Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

Ana səhifə

SON XƏBƏRLƏR

Azərbaycan tarixi muzeyi


“Azərbaycan tarixi və dövlətçiliyi muzeyi”nin açılışı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Azərbaycanın yenidən müstəqillik əldə etməsinin 27-ci ildönümünə həsr edilib.
“Azərbaycan tarixi və dövlətçiliyi” muzeyində dünyada ən qədim insan yaşayış məskənlərindən olan Azıx mağarası, Qobustan – qədim insan yaşayış məskəni, Bakı şəhərində yerləşən İçərişəhər abidələr kompleksi, İrəvan şəhərindəki “Göy məscid”, Xudafərin körpüsü, habelə Azərbaycanın Qarabağ bölgəsində yerləşən tarixi abidələrin maketləri yer alıb.
Muzeydə “Ənənəvi Azərbaycan kəndlisinin evi” adlı guşədə hər gün istifadə edilmiş əşyalar, əmək və məişət alətləri, çoxsaylı eksponatlar və kompozisiyalar təqdim edilib.
Bundan başqa, ən qədim dövrlərdən müasir dövrə qədər Azərbaycan dövlətləri - Manna, Midiya, Azərbaycan tarixinin şanlı səhifəsi - Səfəvilər imperiyası, Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil Azərbaycana aid tarixi xəritələr, bölmələr, habelə müstəqillik əldə etdikdən sonra ölkəmizin həyata keçirdiyi nəhəng layihələrə dair guşələr yaradılmış, qədim və müasir pul əskinazlarımız Muzeydə yaradılan xüsusi guşələrdə sərgilənir.
Qeyd edək ki, muzeydə yaradılmış stendlərdə “Azərbaycanın milli musiqi alətləri”, “misgərlik sənətinə aid qədimi qablar”, “dövlət rəmzlərimiz” nümayiş etdirilir.
Muzeydə dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqının özünün qədim tarixi, maddi-mədəniyyət abidələri, zəngin ənənələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə bağlı maraqlı eksponatlar və kompozisiyalar nümayiş etdirilir.
Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və dünyanın ən nəhəng layihələrindən olan - Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı – Tbilisi – Kars dəmiryolu layihəsi və s. haqqında muzeydə xüsusi bölmə yaradılıb.
Yeni açılmış “Azərbaycan tarixi və dövlətçiliyi muzeyi”nə Daşkənddəki ali və orta məktəblərin tələbələri üçün mütəmadi olaraq ekskursiyaların təşkili və burada milli mədəniyyətimizə, tariximizə dair tədbirlər keçirilir.
Muzey həftənin 6 günü (bazar günü istisna olmaqla), hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərir.


“Odlar yurdunun naxışları”
Azərbaycan xalçalaları muzeyi və sərgi zalı

2017-ci ildən Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Odlar yurdunun naxışları” Azərbaycan xalçalaları sərgi zalının açılışı olub.
“Odlar yurdunun naxışları” Azərbaycan xalçalaları muzeyi, daimi sərgi zalında Azərbaycanın 7 əsas xalçaçılıq məktəbini özündə əks etdirən, müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar nümayiş etdirilir.
Qeyd edək sərgi zalında nümayiş etdirilən Azərbaycan xalqının yaratdığı Şirvan, Qarabağ, İrəvan, Dərbənt, Quba, Naxçıvan, Qazax-Borçalı və digər ərazilərdə əllə toxunulmuş xalçalar sərgilənir.
Zaldakı sərgi stendində ümumilikdə Azərbaycan xalçaçılıq məktəbinə aid 30-a yaxın qədim və unikal xalçalar nümayiş etdirilir və Azərbaycan xalça sənətini özündə əks etdirən kitab sərgisi, xalçaların əl ilə toxunulmasında istifadə olunan dəzgah sərgilənir.
Divarboyu quraşdırılmış stendlərdə Azərbaycanın müxtəlif regionlarında hazırlanmış xalçaların daimi sərgilənir və xalçaların xüsusi işıqlandırılması, onlar haqqında 3 dildə (özbək, rus və ingilis) yazılı məlumat tablosu yerləşdirilib.
Qeyd edək ki, Azərbaycan xalq sənətlərinin ən geniş yayılmış növü olan xalça sənətinin Azərbaycan xalqının bədii təfəkkürünü, istedadını nümayiş edirir və qədim Azərbaycan xalçaları barədə bir sıra mənbələrdə antik yunan tarixçiləri yazıblar.
Xalçaçılıq Azərbaycan xalqının qədim tarixini, zəngin mədəniyyətini nümayiş etdirir və ən çətin əl işlərindən biri hesab olunur.
Mədəniyyət Mərkəzinin “Odlar yurdunun naxışları” Azərbaycan xalçalaları muzeyi və sərgi zalında mütəmadi olaraq Daşkənddəki ali məktəblərin tələbələri, orta məktəblərin şagirdləri üçün ekskursiyalar təşkil olunur, habelə Mərkəzi ziyarət edən bütün qonaqlara Muzeyin eksponatları nümayiş etdirilir. Muzeydə Azərbaycan xalçaları, xalçaçılıq sənətinə aid çoxsaylı nəşrlərdən ibarət xüsusi daimi kitab sərgisi fəaliyyət göstərir.
Mədəniyyət Mərkəzi tərəfindən keçirilən mükafatlandırma mərasimləri, rəsmi dövlət qəbulları və s. tədbirlər “Odlar yurdunun naxışları” Azərbaycan xalçalaları muzeyi və sərgi zalında da keçirilir....


Dostluq muzeyi (Azərbaycan-Özbəkistan)

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan-Özbəkistan Dostluq Muzeyinin açılış mərasimi olub.
Tədbir iştirakçıları ilk öncə Mədəniyyət Mərkəzinin önündə Ümummilli Lider Heydər Əliyevin büstünün qarşısına gül-çiçəklər qoyublar.
Muzeyin açılış lenti kəsilmiş, qonaqlar muzeyin müxtəlif bölümləri, eksponatları ilə tanış olublar. Mərasimi giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov açılışı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Dostluq Muzeyi haqqında geniş məlumat verib, xalqlarımız, dövlətlərimiz arasında tarixi dostluq və qardaşlıq əlaqələri barədə danışıb. O, Özbəkistanla əlaqələrin daim Azərbaycan üçün mühüm əhəmiyyət daşıdığını, dövlət başçılarımızın görüşləri, günü-gündən inkişaf edən əməkdaşlğımızın strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini bildirib.
Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin uzun illər ərzində hazırladığı Azərbaycan-Özbəkistan Dostluq Muzeyində işlərin bu günlərdə başa çatdığını, muzeydə Azərbaycan və Özbəkistanın tarixi dostluğu, ümumi dəyərlərimiz, dövlət rəmzlərimiz, xəritələr, milli mədəni irsimiz, xalqlarımızın yaxınlığını əks etdirən guşələr və eksponatlar, maketlər, maraqlı nəşrlərin yer aldığını bildirib. O, Ulu Öndər Heydər Əliyevin ölkələrimiz arasında münasibətlərin, dostluq və əməkdaşlığın qurulmasında misilsiz xidmətləri olduğunu qeyd edərək, məhz bu səbəbdən muzeyin açılışının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edildiyini vurğulayıb....


Bizim layihələr

Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi iki ölkə arasında humanitar sahədə - mədəniyyət, informasiya, mətbuat, təhsil, ədəbi əlaqələr, turizm sahəsində, ümumilikdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirir.

Azərbaycan Mədəniyyət Mərkəzi iki ölkə dostluğunu təbliğ etmək məqsədi ilə təbliğati tədbirlər, mədəniyyət, ədəbiyyat, kino günləri, rəsm sərgiləri, dostluq konsertləri, mətbəx festivalları, konfranslar, tanınmış şair, yazıçılarla görüşlər təşkil edir, hər iki ölkənin mədəniyyəti, əsdəbiyyatına dair kitablar, tərcümə layihələri həyata keçirir.

Təbliğat işini effektiv həyata keçirilməsi məqsədi ilə mütəmadi olaraq müsabiqələr keçirilir, Özbək mətbuatında iki ölkə dostluğuna dair çoxsaylı məqalələr yayımlanır, virtual aləmdə Özbək dilində “Azərbaycan seqmenti” üzrə məlumatların artırılması təmin edilir, Özbək jurnalistlərin Azərbaycana mediaturları rellaşdırılır, habelə Özbəkistanın müxtəlif böyük, tarixi şəhərlərində milli mədəniyyətimizə dair tanıtım, təqdimat tədbirləri təşkil edilir.

Turizm sahəsi daim diqqətdə saxlanılır. Qarşılıqlı turist cəlb olunması məqsədi ilə Özbəkistanda və Azərbaycanda keçirilən beynəlxalq turizm sərgi və yarmarkalarında qarşılıqlı iştiraka dəstək göstərilir, il ərzində Özbəkistanda Azərbaycanın müxtəlif turizm mərkəzlərinin təqdimat mərasimləri keçirilir. Özbəkistan televiziya kanallarında Azərbaycana dair çoxsaylı verilişlərin yayımlanmasına yardım göstərilir.

Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yerli Azərbaycanlıların təşəbbüsləri dəstəklənir, Özbəkistanda yaşayıb-yaratmış tanınmış azərbaycanlıların xatirəsi əbədiləşdirilir və onların irsi geniş təbliğ olunur.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və
layihəsi ilə “Azərbaycan, Qarabağ, sülh üçün oxu” musiqi klipi





Diaspora işi, tanınmış azərbaycanlıların irsinin təbliği

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında Özbəkistanda yaşayıb yaradan tanınmış azərbaycanlıların irsinin təbliği istiqamətində mühüm işlər görülür.
Tanınmış rəssamlar Yusif Hesynov və Eynulla Əliyevin, şair İxtiyar Rzanın yaşadıqları evlərinin üzərində onların xatirə löhvələri - barelyeflərinin açılışı olub.
Seyid Rza Əlizadə, Maqsud Şeyxzadə və Firudin Səfərov kimi tanınmış xadimlərin yubiley mərasimləri keçirilib.
Səmərqənd şəhərində keçirilən Azərbaycan mədəniyyət həftəsi çərçivəsində 2017-ci ildə Səmərqənd Dövlət Universitetində Seyid Rza Əlizadə adına Azərbaycan-Özbəkistan Dostluq Mərkəzinin açılışı olub.
Tanınmış azərbaycanlılara həsr olunmuş çoxsaylı konfranslar, yubiley tədbirləri, sənədli film hazırlanıb.
Azərbaycan əməkdar artisti, Özbəkistanın “Dostluq” ordenli Kaykep Aliyevanın 80 illik yubileyi münasibəti ilə ona Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi adı verilib.
Özbəkistanda tanınmış azərbaycanlı opera rejissoru, Azərbaycan və Özbəkistanın xalq artisti Firudin Səfərovun 85 illik yubileyi geniş şəkildə qeyd olunub.
Hazırda Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan-Özbəkistan Dostluq Muzeyində “Özbəkistanda tanınmış azərbaycanlılar” adlı xüsusi guşə yaradılır.








Qeyd: Sayt üzərində iş aparıldığından, yarana biləcək texniki problemlərə görə
ziyarətçilərdən üzr istəyirik.





Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası