Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifə Bizə yazın Sayt haqda məlumat
Az   |   Рус
Müsabiqələr
2018-сi il üzrə Özbəkistan mətbuatında Azərbaycana dair müsabiqə elan olundu.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə 2013-cü ildən olmaqla hər il keçirilən Azərbaycan haqqında qardaş ölkə mətbuatında “İlin ən yaxşı məqalə” müsabiqəsi uğurla davam etdirilir. Qeyd edək ki, layihəyə Azərbaycanın Özbəkistandakı Səfirliyi tərəfindən təşkilati dəstək göstərilir.Artıq keçirilən müsabiqə nəticəsində Özbəkistan mətbuatında hər il Azərbaycana dair, habelə ikitərəfli dostluq əlaqələri haqqında yüzlərlə məqalə dərc olunur. Sözügedən ənənə bu il də davam etdirilir.
2018-ci il üzə Özbəkistanda Azərbaycan haqqında müxtəlif nominasiyalar üzrə müsabiqə elan edilib: Müsabiqəyə  il üzrə aktual məsələlərə dair bir çox nominasiyalar daxil edilib.
Bu il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan Sərəncam, müsəlman Şərqində ilk dəfə olaraq 1918-ci ildə yaradılmış ilk demokratik Cümhuriyyətin - Azərbaycan Xalq Respublikasının 100 illiyinin Azərbaycanda geniş qeyd olunacağını nəzərə alaraq birinci nominasiya -“Azərbaycan Xalq Cümhuriyyəti - 100” müəyyən edilmişdir. Bununla əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı elmi – tədqiqat əsərlərinə, kitab layihələrinə də dəstək göstərməyi planlaşdırır. 2018-ci ildə müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinin tamam olmasını nəzərə alaraq “Heydər Əliyev: Azərbaycan- Özbəkistan dostluğu” adlı nominasiya builki müsabiqəyə daxil edilib. 
Bildiyimiz kimi, Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı prosesi” təşəbbüsü irəli sürülüb. Bakı prosesi mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədi ilə irəli sürülmüşdür. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır. “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülh və əməkdaşlığın qorunmasına xidmət edir.
2008-ci ildən etibarən hər iki ildən bir dünyanın çoxsaylı dövlətlərinin təmsilçilərinin, nüfuzlu xadimlərin iştirak etdiyi “Bakı prosesi”nin mədəniyyətlərarası dialoqun təşviqi sahəsində öncül yer tutduğu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun isə bununla bağlı əsas qlobal platforma kimi özünü təsdiqlədiyini və bu il bu tarixi hadisənin 10 illiyi ilə əlaqədar növbəti nominasiya “Azərbaycan mədəniyyətlərarası dialoqun unikal məkandır” adlandırılıb. Azərbaycan-Özbəkistan dostluğunun, habelə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyətinin, əvəzolunmaz turizm imkanlarının Özbəkistanın televiziya kanallarında təbliği məqsədi ilə bu ilki nominasiyasının biri də Özbəkistan telekanallarında “İlin ən yaxşı verilişi, filmi, videoçarxı və klipi” təyin edilib.
Qeyd edək ki, Azərbaycanın milli istehsalının təşviqi, ölkənin istehsal etdiyi məhsullara yeni bazarlar qazanmaq və ölkədə istehsal olunan məhsullarının xaricdə təbliği məqsədi ilə 2018-ci il elan olunan müsabiqədə ““Made in Azerbaijan” brendi”  adlı nominasiya da daxil edilib.
2009-cu ilin oktyabr ayında Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdir. Bu il qeyd olunan istiqamətdə çoxsaylı beynəlxalq və yerli tədbirlərin keçirilməsini nəzərə alaraq, Azərbaycanın qədim tarixə və zəngin mədəni irsə malik Naxçıvan diyarı, Muxtar Respublikanın tarixi, iqtisadiyyatı, mədəni irsi, turizm ehtiyyatları və s. barədə Özbəkistan mətbuatında “Naxçıvan – İslam mədəniyyətinin paytaxtı” adlı nominasiya elan edilib.
Bundan başqa, Azərbaycan mövzusuna daha çox müraciət edən və qardaş ölkə mətbuatında gündəmdə tutan, daim dostluq əlaqələrimizi geniş təbliğ edən, işıqlandıran mətbu orqanlar (sayt, qazet, jurnal, teleradio kanalı), habelə ilin fəal xadimləri də Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi mükafatlarına layiq görüləcəklər. Azərbaycan haqqında ilin ən yaxşı layihələri, tərcümə əsərləri, təcrüməçiləri də qiymətləndiriləcək və onlarin təltifi nəzərdə tutulub. Müsabiqəyə hər ilin dekabrında yekun vurulur və qaliblər Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən təntənəli mərasimdə xüsusi mükafatlara layiq görülür.

Qeyd edək ki, təqdim olunan məqalələr arasında ən yaxşılarını seçmək məqsədi ilə tanınmış jurnalistlər, alimlər, Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin rəhbərliyindən ibarət xüsusi komissiya yaradılmış və onların yekun rəyi ilə qaliblər müəyyən edilir. Qaliblər xüsusi diplomlar və pul mükafatları ilə təltif edilir. Müsabiqədə iştirak etmək üçün dərc olunmuş məqalə, çap olunmuş kitab, televiziya ekranlarında nümayiş etdirilmiş veriliş, film, videoçarx və s. (bir nüsxə vəsaitin özü və onu hazırlayan şəxs haqqında məlumat (pasport, biqorafiya) Azərbaycan Mədəniyyət Mərkəzinə təqdim oluna bilər. Ünvan: Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küçəsi 9. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Əlaqə telefonu: +99871 293 50 92, Email: culcenter.az@gmail.com, Veb-sayt: http://azculture.uz 

 

 

2015-ci il üçün Özbəkistan mətbuatında “Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi”
müsabiqəsi elan olundu.

Bildiyiniz kimi, 2013-cü ildən başlayaraq Azərbaycanın Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən hər il Özbəkistan mətbuatında Azərbaycan haqqında ilin ən yaxşı məqalə müsabiqəsi elan olunur. Artıq iki ildir ki, keçirilən müsabiqə nəticəsində Özbək mətbuatında Azərbaycan haqqında yüzlərlə məqalələr dərc olunmuşdur.
Ənənəni davam etdirərək 2015-ci ildə də müsabiqənin nominasiyaları seçilmişdir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2015-ci ilin “kənd təsərrüfatı ili” elan edilməsini nəzərə alaraq birinci nominasiyanın “Azərbaycanda kənd təsərrüfatı” başlığında verilməsi məqsədəuyğun hesab edilmişdir.
Bu nominasiya üzrə ölkəmizdə bu sahədə əldə olunan qabaqcıl təcrübə, qazanılan uğurlar, həyata keçirilən layihələr barədə məqalələr dəstəklənəcəkdir.
İkinci nominasiya “Azərbaycan-Özbəkistan dostluq əlaqələri və ortaq dəyərlərimiz” adlanmasını nəzərdə tutulmuşdur. Qeyd olunan  nominasiyada iki ölkə arasında dostluq münasibətləri, bu münasibətlərin tarixi, ortaq dəyərlər, bir-birinə yaxın olan iki xalqin adət-ənənələri, tarixi dostluğu, liderləri, qarşılıqlı səfərlər və bütün sahələrdə əlaqələrə dair məqalələrə daha çox üstünlük verilməsi nəzərdə tutulur.
Üçüncü nominasiyanın “Azərbaycanda YUNESKO-nun Ümumdünya irsi obyektlərinin, habelə bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil olan nümunələri” başlığında elan olunması planlaşdırılır.  Bu nominasiya üzrə YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil olan və perspektivdə daxil olunması nəzərdə tutulan Azərbaycana dair qeyri-maddi mədəniyyət nümunələri haqqında məqalələr mükafatlandırılacaqdır.
Ənənəyə sadiq qalaraq, 2015-ci ildə Azərbaycan dilindən Özbək dilinə, yaxud Özbək dilindən Azərbaycan dilinə “ən yaxşı tərcümə əsəri” nominasiyasının da mükafata layiq görülməsi nəzərdə tutulub.

 

 

2014-cü il üçün Özbəkistan mətbuatında “Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi”
müsabiqəsi elan olundu.

(15.07.2014) Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2014-cü il üçün Özbəkistan mətbuatında “Azərbaycan haqqında ilin ən yaxşı məqalə” adlı növbəti müsabiqəni elan etmişdir.
Müsabiqənin təşkilatçıları Azərbaycanın Özbəkistandakı Səfirliyi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzidir.
Müsabiqə 3 nominasiya “Azərbaycan iqtisadiyyatı”, “Azərbaycanda turizm”, “Azərbaycan ədəbiyyatı” üzrə elan olunmuşdur.
Müsabiqənin əsas məqsədi Azərbaycan mövzusunu Özbək mətbuatında daha çox işıqlandırmaq, qardaş ölkədə Azərbaycanı təbliğ etmək və ikitərəfli əməkdaşlığı möhkəmləndirməkdir.  
2014-cü ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə “Sənaye ili” elan olunmasını nəzərə alaraq “Azərbaycan iqtisadiyyatı” nominasiyasına müabiqədə əsas yer  verilmişdir.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə “Azərbaycan iqtisadiyyatı” nominasiyası üzrə ölkəmizin son illərdə iqtisadiyyat sahəsində əldə etdiyi nailiyyətlər, həyata keçirdiyi nəhəng layihələr barədə məqalələrə daha çox üstünlük veriləcəkdir.
            “Azərbaycanda turizm” nominasiyası üzrə ölkəmizin turizm resursları, bu sahədə həyata keçirilən nəhəng infrastruktur layihələri, müasir turizm komleksləri, müalicəvi-istirahət mərkəzləri, habelə tarixi ipək yolu üzərində yerləşən tarixi Azərbaycan şəhərləri, abidələri, otel və istirahət kompleksləri haqqında məqalələrə üstünlük veriləcəkdir.
Son zamanlar Özbəkistanda Azərbaycanın turizm bölgələrinə, müalicəvi-istirahət mərkəzlərinə marağın artmasını nəzərə alaraq, bu sahədə qarşı tərəfdə məlumatlandırma işini gücləndirmək və qardaş ölkədə Azərbaycanın turizm resurslarını təbliğini genişləndirmək müsabiqənin əsas məqsədlərindədir.
Azərbaycan ədəbiyyatı nominasiyası üzrə Azərbaycan ədəbiyyatının klassikləri, dünyada tanınmış dahi söz ustaları, onların əsərləri haqqında məqalələrə üstünlük veriləcəkdir.  Müsabiqədə bu nominasiya üzrə Azərbaycan – Özbək ədəbi əlaqələri haqqında məqalələr daha çox dəstəklənəcəkdir.
Qeyd olunan nominasiya üzrə ədəbiyyat sahəsində 2014-ci il üçün Azərbaycan dilindən  Özbək dilinə tərcümə edilmiş “İlin ən yaxşı tərcümə əsəri”  üçün də mükafat veriləcəkdir.  
Bundan başqa, Azərbaycan mövzusuna ən çox müraciət edən mətbu orqan (qəzet, jurnal, sayt, elektron informasiya vasitəsi) üçün də xüsusi mükafat təqdim olunacaqdır.
Müsabiqəyə 2014-ci ilin dekabr ayının 31-də yekun vurulacaqdır.
İlin ən yaxşı məqalələrini  müsabiqənin təşkilatçıları, özbəkistanlı jurnalistlər, redaktorlar, habelə elm və mədəniyyət sahəsində bu ölkədə tanınmış şəxslərdən ibarət Münsiflər Heyəti müəyyən edəcəkdir.
Qeyd edək ki, Özbəkistan mətbuatında “Azərbaycan haqqında ilin ən yaxşı məqalə” müsabiqəsi 2013-cü ilin may ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi şərəfinə elan olunmuşdur.
Cari ilin may ayında Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində  müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.
2013-cü il üzrə Özbək mətbuatında “Azərbaycan haqqında” məqalə nominasiyası üzrə birinci mükafat  jurnalist Şöhrət Səttarovun “Şərq və Qərbin darvazası” məqaləsi üçün, ikinci mükafat jurnalist Şərafəddin Tulaqanovun “Azərbaycan-Özbəkistan dostluğu inkişaf yolunda” məqaləsi üçün, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında” nominasiyası üzrə birinci mükafat jurnalist Olimcan Poladovun “Azərbaycan xalqının böyük oğlu” adlı məqaləsinə, ikinci mükafat jurnalist Cəsur Xəmrəyevin “Azəri xalqının tarixində bir insan var ki” adlı məqaləsi və “Azərbaycan mədəniyyəti” nominasiyası üzrə birinci mükafat jurnalist Rüstəm Cəbbarovun “İsmətli qala-Qız qalası” adlı məqaləsi, ikinci mükafat jurnalist Sergey Qurbanovun “Azərbaycan və Özbəkistan böyük ipək yolu ilə” adlı məqalələri layiq görülmüşlər.
2013-cü il üçün Özbəkistanda Azərbaycan haqqında ən çox məqalə dərc edən jurnal nominasiyası üzrə Daşkənddəki “Cahan ədəbiyyatı” jurnalı təltif olunmuş və mükafat jurnalın baş redaktoru Şöhrət Rzayevə təqdim olunmuşdur.

Özbəkistan KİV-lərində dərc olunmuş
Azərbaycan haqqında ən yaxşı məqalə müsabiqəsi elan edilmişdir.

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi yeni bir layihəyə start vermişdir.  

Özbəkistan KİV-lərində dərc olunmuş Azərbaycan haqqında ən yaxşı məqalə müsabiqəsi elan edilmişdir. Müsabiqə 3 nominasiya üzrə - “Azərbaycan”, “Heydər Əliyev” və “Azərbaycan mədəniyyəti” mövzularında elan edilmişdir və bu mövzuları geniş, sanballı, obyektiv işıqlandıran jurnalistlər müsabiqə qalibləri elan olunacaqlar.

Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan mövzusunun qardaş Özbəkistan mətbuatında daha çox işıqlandırılması və təbliğidir.

Təşkilatçılar Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və Özbəkistan Jurnalistlər İttifaqıdır.  Müsabiqə Özbəkistanda jurnalistlər arasında aparılacaqdır və cari ilin noyabr ayında müsabiqəyə yekun vurulacaqdır.

Qeyd edək ki, müsabiqənin nəticələrini qiymətləndirmək üçün yaradılmış xüsusi işçi qrupuna Özbəkistanın tanınmış jurnalist, redaktorları daxil edilmişdir.

Qaliblər Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin diplom və pul mükafatları ilə təltif ediləcəklər. Müsabiqədə hər nominasiya üzrə 1-ci yerə layiq        görülən jurnalist – 300 $, 2-ci yerə layiq görülən jurnalist 200 $, 3-cü yerə layiq görülən jurnalist 100 $ pul mükafatı veriləcəkdir. Azərbaycan mövzusunu qardaş Özbəkistanda ən çox işıqlandıran mətbu orqan (qəzet, jurnal, eloktron informasiya vasitəsi) da münsiflər heyəti tərəfindən seçiləcək və qalibə 300 $ pul mükafatı təqdim ediləcəkdir.

Mwsabiqədə iştirak etmək üçün qəzetdə dərc olunan məqalənin surəti, məqalə müəllifinin (jurnalistin) pasportunun surəti və onun CV-si (CV-də onun iş yeri, telefon, email və ünvanı dəqiq göstərilməlidir) Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə təqdim olunmalıdır.

Mərkəzin ünvanı: Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küçəsi 9,Heydər Əliyev adına Mədəniyyət Mərkəzi,

Telefonlar:  (+998 71) 293 53 56; (+998 71) 293 52 89

Email: culcenter.az@gmail.com

 

Odlar yurdu Azərbaycan
Azərbaycan xalqının
ümummilli lideri
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
$('#s3').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan
$('#s4').cycle({fx: 'scrollDown', 
sync: 0, delay: -2000});
Özbəkistanda tanınmış azərbaycanlılar
Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı
$('#s6').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
Azərbaycan mədəni irsi
Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi
$('#s7').cycle({fx: 'scrollDown', 
sync: 0, delay: -3000});
 
Azərbaycanda turizm
 
Azərbaycanda təhsil
Azərbaycanda təhsil
 
Özbəkistanda Azərbaycan
diaspora təşkilatı
 
Ermənistanın Azərbaycana təcavüzü
Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü
$('#s5').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Genesis Studiyası