Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifə Bizə yazın Sayt haqda məlumat
Az   |   Рус
Əl işləri kursu

Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində
“Əl işi və naxış tikmə” kursları fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində rəqs, rəsm, kompyuter, Azərbaycan dili kursları ilə yanaşı “Əl işləri və naxış tikmə” kursları da fəaliyyətə başlamışdır.

Qədim ənənələrə malik olan Azərbaycan tikmə sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Burada müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallar,  bəzək əşyaları, hətta qiymətli daşqaşlardan da geniş istifadə edilmişdir.

Mədəniyyət Mərkəzində təşkil olunan kursları Özbəkistanın “Barkamal avlod” Respublika Uşaq Ədəbi Mərkəzinin müəlliməsi, Fond Forumun nəzdindəki “Bazarart” sərgi yarmarkasının təşkilatşılarından olan Dildora Şoraxmedova aparır. Kurslarda Azərbaycan motivləri və naxışlarına, habelə bəzək elementlərinə daha çox üstünlük verilir. Artıq kursları əyani vəsaitlərlə, kitab və digər nəşrlərlə təmin etmək üçün Mədəniyyətin Mərkəzinin kitabxanası bu sahədəki nəşrlərlə təmin olunmuşdur.

Qeyd edək ki, kurslarda iştirak etmək üçün qəbul aparılmış və bu məqsədlə Daşkənddə azərbaycanlıların daha çox təhsil aldığı Mirabad rayon 147 saylı orta məktəbdə elanlar verilmiş, qruplar təşkil edilmişdir. Kurslar Mədəniyyət Mərkəzində həftədə 3 gün  və növbəlilik prinsipi ilə aparılır.

Mədəniyyət Mərkəzindən verilən məlumata görə kurslar ödənişsizdir, sonda  yaxşı nəticə göstərən müdavimlərə Mərkəzin sertifikatı veriləcək, gələcəkdə isə onların sərgiləri təşkil ediləcəkdir.

 

Odlar yurdu Azərbaycan
Azərbaycan xalqının
ümummilli lideri
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
$('#s3').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan
$('#s4').cycle({fx: 'scrollDown', 
sync: 0, delay: -2000});
Özbəkistanda tanınmış azərbaycanlılar
Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı
$('#s6').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
Azərbaycan mədəni irsi
Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi
$('#s7').cycle({fx: 'scrollDown', 
sync: 0, delay: -3000});
 
Azərbaycanda turizm
 
Azərbaycanda təhsil
Azərbaycanda təhsil
 
Özbəkistanda Azərbaycan
diaspora təşkilatı
 
Ermənistanın Azərbaycana təcavüzü
Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü
$('#s5').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Genesis Studiyası