Hər bir kitabxanada olduğu kimi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin kitabxanasında da kitabxananın qızıl fondu mövcuddur. Buraya daxil olan kitablar açıq rəf üsulu ilə sistemləşdirilmiş, Şkafın birinci rəfində Azərbaycanın Ümummilli Lideri Heydar Əliyevə ithaf olmuş kitablar yerləşdirilmişdir.
I rəfdə - “Görkəmli insanların həyatı” haqqında kitablar öz əksini tapmışdır: “Heydər Əliyev” - müəllifləri - Viktor Andriyanov və Huseynbala Miralamov.
Kitabxanamızın qızıl fonduna bir sıra kiçik miniatur kitablar, Azərbaycan xüsusi Ensiklopediyası, Azərbaycan mədəniyəti və incəsənəti haqqında kitablar, “Molla Nəsrəddin” kitabının üç cildi və “Kitabi Dədə Qorqud” ensiklopediyası mövcuddur.
Fondumuzda Azərbaycan incəsənəti haqqında bir çox kitablar da var. Qızıl Fondun kitabları ələ verilmir, Oxucular yalnız bu kitabları kitabxananın Oxu zalında istifadə edə bilərlər. |