Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifə Bizə yazın Sayt haqda məlumat
Az   |   Рус
 

Xəbərlər 2014

Səhifə 1      Səhifə 2

 

Daşkənddə Azərbaycan cizgi filmləri nümayiş olunmuşdur.

Cari il 5 iyun tarixində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yeni Azərbaycan cizgi filmlərinin nümayişi olmuşdur.
Azərbaycan Mədəniyyət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyindən gönndərilən yeni Azərbaycan cizgi filmlərinin nümayişində Daşkənddəki orta məkəblərin, habelə Türk liseyinin şagirdləri iştirak etmişlər.
Tədbir 1 iyun – uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuşdur. Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyi, Türkiyənin Özbəkistandakı Səfirliyi, habelə Özbəkistanın Respublika Uşaq Kitabxanasının nümayəndələri, Özbəkistanın uşaq yazıçıları iştirak etmişlər. Tədbir çərçivəsində Mədəniyyət Mərkəzinin foyesində Azərbaycan uşaq jurnallarının və kitablarının sərgisi olmuş və uşaqlar Azərbaycan şirniyatlarına qonaq edilmişdir.
Tədbiri açıq elan edən Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan cizgi filmlərinin nümayişinin gələcək nəsillər olan uşaqlara maraqlı olacağını və bu filmlərin uşaqların intellektual inkişafı üçün xüsusilə əhəmiyyətli olduğunu bildirmişdir. O uşaqların formalaşmasında, onların həyatında cizgi filmlərinin rolunun  böyük olduğunu və cizgi filmlərinin uşaqların psixoloji durumuna da təsir etdiyini qeyd etmişdir.
Özbəkistandakı Türkiyə Səfirliyinin Mədəniyyət və Təhsil üzrə müşaviri Cihan Varlıq çıxış edərək Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirmiş  uşaqların tərbiyələndirilməsinə xüsusi diqqət yetirilməsinin vacib olduğunu qeyd etmiş və cizgi filmlərinin uşaqların özlərini dərk etməsinə, ətraf aləmi kəşf etmələri üçün önəmli rola malik olduğunu vurğulamışdır.
Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəkə rəqs kollektivinin qızları maraqlı Azərbaycan rəqsləri ifa etmişlər.
Daha sonra Azərbaycan cizgi filmlərinin nümayişinə başlamış, “Cirtdan”, “Tık-tık xanım”, “Meşəyə insan gəlir” və s. maraqlı Azərbaycan cizgi filmləri uşaqlar tərəfindən maraqla qarşılanmışdır.

 

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, habelə Özbəkistanın təhsil və mədəniyyət sahəsində nüfuzlu şəxsləri Azərbaycanda səfərdədirlər.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, habelə Özbəkistanın təhsil və mədəniyyət sahəsində tanınmış şəxslərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədirlər. Qeyd edək ki, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti Daşkənddəki Nizami adına Dövlət Pedaqoji İnstitutunun bazasında yaradılmışdır.
Nümayəndə  heyətinin  tərkibinə  Özbəkistan-Azərbaycan  Dostluq  Cəmiyyətinin  icraçı direktoru  Erkin  Nuriddinov,  Cəmiyyət  sədrinin  müavini,  Nizami  adına  Daşkənd  Dövlət Pedaqoji  İnstitutunun  Beynəlxalq  əlaqələr  şöbəsinin  müdiri  İsroil  Şamsimuxamedov, Özbəkistanın “Türküstan” Respublika Sarayının rəhbəri Raxmatcan Abdullayev, Kəmaləddin Bexzod adına Daşkənd Rəssamlıq və Dizayn İnstitutunun prorektoru, prof. Dilfuza Raxmatullayeva və başqa elm xadimləri daxildir.  
Səfərin əsas məqsədi Azərbaycanla tanışlıq, ikitərəfli mədəniyyət, elm, təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsidir. 
Özbəkistan-Azərbaycan  Dostluq Cəmiyyəti  Azərbaycan  Respublikasının  Özbəkistan  Respublikasındakı  Səfirliyi və Səfirliyin  nəzdindəki Heydər  Əliyev  adına  Azərbaycan  Mədəniyyət  Mərkəzi  ilə birgə iki  ölkə  arasında  mədəniyyət,  elm,  təhsil  sahəsində  əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində bir sıra layihələr həyata keçirmişdir.  Daşkənddəki Nizami adına  Dövlət  Pedaqoji  İnstitutda  müasir səviyyədə  Azərbaycan  mədəniyyəti  və  ədəbiyyatı  mərkəzi  yaradılmış, sözügedən İnstitututla  Azərbaycan  Dövlət  Pedaqoji  Universiteti  arasında,  K.Bexzod adına Özbəkistan Rəssamlıq və Dizayn İnstitutu ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası arasında, habelə  Özbəkistan  Dövlət Elmi  Tibb  Kitabxanası  ilə  Azərbaycan  Dövlət  Elmi  Tibb  Kitabxanası  arasında  əməkdaşlığa dair  memorandumların  imzalanması,  mütəmadi  olaraq  Azərbaycanın  tanınmış  şəxsləri, mədəniyyət,  ədəbiyyat  xadimlərinə  həsr  olunmuş  tədbirlərin keçirilməsi,  iki  ölkə  arasında  dostluq  münasibətlərinin  möhkəmlənməsinə  və  s. dəstək göstərir. 
Səfərin təşkilatçıları Azərbaycanın Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzidir.
Qonaqlar  səfərin ilk günü Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını, Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Nümayəndə heyəti Bakının görməli yerləri, İçəri şəhəri ziyarət edəcək, onlar Azərbaycan Dövlət İncəsənət Muzeyində, Heydər  Əliyev  Sarayında,  Azərbaycan  Dövlət  Rəsm Qalereyasında, Rəssamlıq Akademiyasında,  Mədəniyyətşünaslıq  üzrə  Elmi-Metodiki Mərkəzdə, Azərbaycan Dövlət Pedaqoji Universitetində  olacaq və  görüşlər  keçirəcəklər.
Nümayəndə  heyəti  səfər çərçivəsində Gəncə şəhərində olacaq, dahi Nizami Gəncəvinin məqbərəsinin ziyarət edərək, Gəncə şəhərinin mədəniyyət müəssisələri, Gəncə Dövlət Universitetində olacaqlar.  Səfər cari il iyunun 8-dək davam edəcəkdir.

 

28 MAY - RESPUBLİKA GÜNÜNÜZ MÜBARƏK!

Daşkənddə 28 may – Respublika günü münasibəti ilə
rəsmi qəbul keçirilmişdir.

28 may – Respublika günü münasibəti ilə Azərbaycanın Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkənddəki “Redission” otelində təntənəli mərasim keçirilmişdir.
Mərasimdə Özbəkistanın Baş Nazirinin müavini Batır Zakirov, Özbəkistanın dövlət nümayəndələri, bu ölkədə fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri, diplomatik nümayəndəlikləri, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, elm, mədəniyyət xadimləri, nüfuzlu şəxslər, Azərbaycan diasporasının nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlamışdır.
Bayran tədbirini giriş sözü ilə açan Azərbaycanın Özbəkistandakı Səfiri cənab Hüseyn Quliyev Azərbaycan Demokratik Cümhuriyyəti haqqında danışmış və bu Cümhuriyyətin varisi olan müstəqil Azərbaycanın əldə etdiyi uğurlar barədə məruzə etmişdir. Səfir Azərbaycan Respublikası qarşısında bu gün yeganə problemin Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi olduğunu bildirmişdir. Ermənistanın Azərbaycana təcavüzü və Azərbaycan ərazilərinin  20 faizinin işğal olunduğunu qeyd edən Səfir, bütün bunlara baxmayaraq Azərbaycanın problemin sülh yolu ilə həllinə sadiq olduğunu qeyd etmişdir.
Daha sonra Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, Azərbaycan mədəniyyəti və turizmini özündə əks etdirən video material nümayiş etdirilmiş və qonaqların şərəfinə ziyafət verilmişdir.

Əziz dostlar Sizi 28 may Respublika günü münasibəti ilə təbrik edir,
dövlətimizə rifah, əmin-amanlıq arzulayırıq.

http://www.silkway.uz/newsmore/4283

http://sharh.uz/munosabat/item/1375-ozarbayjon-kuni

 

“Özbəkistanda 2013-cü ilin “Azərbaycan haqqında ən yaxşı məqalə”lər yazan
jurnalistlər müəyyən edilmişdir.

Cari il 24 may tarixində Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Özbəkistan KİV-lərində Azərbaycan haqqında ən yaxşı məqalə” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.
Müsabiqənin təşkilatçıları Azərbaycanın Özbəkistandakı Səfirliyi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzidir.
Müsabiqə 3 nominasiya üzrə “Azərbaycan”, “Heydər Əliyev” və “Azərbaycan mədəniyyəti” mövzusunda elan edilmiş və bu mövzularda Özbək  mətbuatında xeyli məqalə dərc olunmuşdur. Müsabiqənin Münsiflər Heyəti qeyd olunan nominasiyalar üzrə 2013-cü ilin Özbəkistan mətbuatında ilin ən yaxşı məqalələrini müəyyənləşdirmişdir.
Tədbirin açılışında çıxış edən səfir Hüseyn Quliyev müsabiqənin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi şərəfinə 2013-cü ildə elan edildiyini və bu müsabiqənin Azərbaycan-Özbəkistan dostluğunu, Azərbaycan mövzusunun Özbəkistan mətbuatında geniş işıqlandırdırmasını xidmət etdiyini qeyd etmişdir. O, bütün qalibləri təbrik etmiş, bu cür layihələrin iki ölkə dostluğunun möhkəmlənməsi, habelə təbliğati cəhətdən faydalı olduğunu və gələcəkdə də davam etdiriləcəyini bildirmişdir. 
Daha sonra mükafatlandırma mərasimi başlamış, qaliblər Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev tərəfindən mükafatlandırılmış, onlara Mədəniyyət Mərkəzinin Fəxri Fərmanları və pul mükafatları təqdim olunmuşdur.
Elan olunmuş müsabiqədə “Azərbaycan haqqında” nominasiyası üzrə birinci mükafat   jurnalist Şöhrət Səttarovun “Şərq və Qərbin darvazası” məqaləsi üçün, ikinci mükafat jurnalist Şərafəddin Tulaqanovun “Azərbaycan-Özbəkistan dostluğu inkişaf yolunda” məqaləsi üçün, üçüncü mükafat jurnalist Dilşod İsrailovun “Azərbaycan və Özbəkistan arasında dostluq əlaqələri” məqaləsi üçün, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında” nominasiyası üzrə birinci mükafat jurnalist Olimcan Poladovun “Azərbaycan xalqının böyük oğlu” adlı məqaləsinə, ikinci mükafat jurnalist Cəsur Xəmrəyevin “Azəri xalqının tarixində bir insan var ki” adlı məqaləsi və “Azərbaycan mədəniyyəti” nominasiyası üzrə birinci mükafat jurnalist Rüstəm Cəbbarovun “İsmətli qala-Qız qalası” adlı məqaləsi, ikinci mükafat jurnalist Sergey Qurbanovun “Azərbaycan və Özbəkistan böyük ipək yolu ilə” adlı məqaləsi, üçüncü mükafat isə müstəqil jurnalist Mixail Qornşteynin “Musiqi sərhəd tanımır” adlı məqalələri layiq görülmüşdür.
2013-cü il üçün Özbəkistanda Azərbaycan haqqında ən çox məqalə dərc edən jurnal nominasiyası üzrə Daşkənddəki “Cahan ədəbiyyatı” jurnalı təltif olunmuş və mükafat jurnalın baş redaktoru Şöhrət Rzayevə təqdim olunmuşdur.
Tədbirin bədii hissəsində Azərbaycan və Özbək sənətçiləri maraqlı nömrələrlə çıxış etmiş, Azərbaycan və Özbək mahnıları ifa olunmuşdur. Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı Azərbaycan rəqslərini ifa etmişlər.
Tədbirlə əlaqədar “Azərbaycan”, “Heydər Əliyev” və “Azərbaycan mədəniyyəti” mövzusunda kitab sərgiləri təşkil olunmuş və sərgidə yeni nəşrlər nümayiş etdirilmişdir.
Tədbir çərçivəsində Özbək jurnalistlərinin və qonaqların şərəfinə ziyafət verilmişdir.


Daşkənddə Azərbaycanın Özbəkistandakı Səfirliyi tərəfindən
təşkil olunan möhtəşəm Qələbə bayramı

Özbəkistandakı diplomatik korpus tərəfindən hər il qeyd olunan 9 may – Qələbə və Xatirə Günü münasibəti ilə keçirilən tədbirlər bu il Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin təşkilatçılığı ilə həyata keçirilmişdir.
Tədbirdə iştirak edən digər ölkələrin diplomatik nümayəndəlikləri ilə əvvəlcədən razılaşdırılmış proqrama əsasən, 9 may tarixində diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların başçıları, səfirliklərin hərbi attaşeləri, həmçinin dəvət olunmuş digər qonaqlar Səfirliyin inzibati binasında toplanmışlar. Burada qonaqlar Səfirliyin zalında kitab və rəsm sərgisi ilə tanış olmuş və çay süfrəsi ətrafında söhbət etmişlər. Sonra Səfirliyin həyətində düzülmüş maşın karvanı Dövlət Yol Polisinin müşaiyəti ilə Daşkənd şəhərinin “Müstəqillik meydanı”na doğru hərəkət etmiş və burada tədbir iştirakçıları “Ana abidəsi”nin önünə əklil və gül çələngləri qoymuşlar. Abidə önündə xatirə şəkili çəkildikdən sonra tədbir Daşkənd şəhərində Böyük Vətən Müharibəsi iştirakçilarının dəfn edildiyi “Volqoqrad qəbirstanlığı”nda davam etdirilmişdir. Səfirlik tərəfindən diplomatik korpus adından hazırlanmış əklil “əbədi məşəl” önünə qoyulmuş və hərbi orkestrin müşaiyəti ilə iştirakçılar tərəfindən “qəhrəman şəhər”lərin löhfələri qarşısına gül çələngləri qoyulmuşdur. Sonra tədbir iştirakçıları burada dəfn olunan qəhrəmanların məzarlarını ziyarət etmişlər. Abidə önündə xatirə şəkili çəkdirən tədbir iştirakçıları qarşısında orkestrin müşaiyəti altında hərbiçilərin çıxışları olmuşdur.
Həmin gün Daşkənd şəhərində yaşayan Böyük Vətən Müharibəsinin 50 nəfər iştirakçısına Səfirlik tərəfindən gündəlik tələbat və ərzaq mallarından ibarət sovqatlar və hədiyyələr təqdim olunmuşdur. Hədiyyələr müharibə iştirakçılarına evlərində təqdim olunmuş və Səfirliyin bu xeyriyyəçilik tədbiri yerli mətbuatda geniş işıqlandırılmışdır. Bu tədbir hökumət və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. 
Sonra Daşkənddəki “Redisson Blu” mehmanxanasında 9 may – Qələbə və Xatirə Günü münasibəti ilə Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyi tərəfindən rəsmi qəbul keçirilmişdir. Qəbulda diplomatik nüamayəndəliklərin və beynəlxalq təşkilatların başçıları, onların həyat yoldaşları, səfirliklərin hərbi attaşeləri, Özbəkistanın hökumət və dövlət nümayəndələri, diaspora fəalları və KİV nümayəndələri, ümumilikdə 200-dən çox qonaq iştirak etmişdir. Tədbirdə səfir H.Quliyev 9 may – Qələbə və Xatirə Günü ilə bağlı geniş çıxış etmişdir. Səfir çıxışında Böyük Vətən Müharibəsində həlak olanaların xatirəsinin daim əziz tutulduğunu, müharibə iştirakçılarının igidlikləri və şücayətləri sayəsində bəşəriyyətə qənim kəsilmiş faşizmin zülmündən milyonlara insanların azadlığa qovuşmasını və bu insanların göstərdikləri vətənpərvərlik nümunəsinin gənc nəsilə örnək olduğunu qeyd etmişdir. H.Quliyev Böyük Vətən Müharibəsində Azərbaycanın və Azərbaycanlıların rolundan danışmış və bildirmişdir ki, Azrərbaycan nefti müharibədə həlledici rol oynamış, Azərbayacalılar isə vətən uğrunda igidliklə vuruşmuşlar. Tarixə nəzər salan Səfir müharibə dövrünün statistikasını xatırlatmış və bildirmişdir ki, müharibə illərində bütün SSRİ-də istehsal olunan neftin 85%-i məhz Azərbayacanda istehsal olunmuş, eləcə də respublikanın hərbi sənaye müəssisələrində istehsal olunan döyüş texnikası və silah-sursat cəbhədəki qələbələrimizdə həlledici rol oynamışdır. Cəbhədəki igidliklərinə görə Sovet İttifaqı Qəhramanları adına layiq görülmüş həmvətənlərimizi xatırladan Səfir, müharibə iştirakçılarının xatirəsinin bu gün Azərbaycanda etiramla yad olunmasını qeyd etmiş, həmçinin ölkəmizdə dövlət səviyyəsində müharibə iştirakçılarının sosial müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər haqqında da geniş məlumat vermişdir.
Sonra tədbir iştirakçıları süfrə arxasında Azərbaycan musiqisinin sədaları altında milli mətbəxtimizin təamlarına qonaq olmuşlar.

 

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Ulu Öndərin anadan olmasının
91-ci ildönümü münasibətilə mərasim keçirilmişdir.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin əməkdaşları, diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişlər.

Mərasimin iştirakçıları ulu öndər Heydər Əliyevin AMM-nin qarşısındakı abidəsi önünə əklil və çiçək dəstələri qoymuşlar. Sonra onlar Mərkəzin foyesində Ümummilli Liderin həyat və fəaliyyəti ilə bağlı kitab sərgisinə və Heydər Əliyev muzeyinə baxmışlar.

Səfir Hüseyn Quliyev ulu öndər Heydər Əliyevin mənalı ömür yolu və zəngin dövlətçilik fəaliyyəti haqqında məlumat vermiş, Ümummilli Liderin xalqımız qarşısındakı xidmətlərindən danışmışdır.
Səfir demişdir ki, məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf yoluna çıxmışdır. Diplomat vurğulamışdır ki, müstəqil Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin indiki səviyyəyə qalxmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.



Daşkənddə “Xalqların adət-ənənələri və milli yeməkləri”
mövzusunda xeyriyyə festivalı
keçirilmişdir.

Cari il 10 may tarixində Daşkəndə keçirilən “Xalqların adət-ənənələri və milli yeməkləri” mövzusunda xeyriyyə festivalında Azərbaycanın Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizi təmsil etmişlər.
Özbəkistanda fəaliyyət göstərən 50-dən çox səfirlik və diplomatik nümayəndəliklərin iştirak etdiyi  Festivalı Özbəkistanın Xarici İşlər Nazirliyinin Diplomatik Servis Xidməti təşkil etmişdir.
Özbəkistanda fəaliyyət göstərən səfirliklər və beynəlxalq təşkilatlar festivalda öz xalqlarının adət-ənənələrini nümayiş etdirmiş, qonaqlara öz milli yeməklərini və şirniyyatlarını təklif etmişlər. 
Azərbaycan Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi builki festivalda iştirakını Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr etmişdir.  
Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin gerbi, bayrağı asılmış, xalqımızın milli musiqi alətləri və həmçinin milli məişət əşyaları nümayiş etdirilmişdir.
Guşədə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif kitab və albomlar, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti ilə əlaqədar nəşrlər nümayiş etdirilmişdir. 
Qonaqlara milli xörəklərimiz-dolma, plov, dovğa, kükü, müxtəlif kabablar, həmçinin şirniyyatlarımızdan şəkərbura, paxlava və şərbətlərimiz təklif olunmuşdur. 
Festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə başa çatmışdır.
Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa etmişlər.
Sonda festivalın münsiflər heyəti iştirakçıları mükafatlandırmış, Azərbaycanın Özbəkistandakı Səfirliyi birinci mükafata layiq görülmüş və Fəxri Fərmanla təltif olunmuşdur.


Özbəkistanın təhsil ocaqlarında keçirilən festivallarda
Azərbaycanın zəngin mədəniyyəti nümayiş etdirilmişdir.  
 

Cari ilin 2 may tarixində Daşkənd Nəqliyyat Kollecində dünya xalqlarının mədəniyyətləri mövzusunda festival keçirilmişdir. Festivalda Cənubi Koreya, Qazaxıstan, Rusiya Federasiyası, Tacikistan, Misir, İran, Hindistan,  Çexiya və s. ölkələr iştirak etmişlər.
Festivalda Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan stendi yaratmışdır. Azərbaycanın mədəniyyətini, turizm gözəlliklərini əks etdirən rəsmlər və şəkillər nümayiş olunmuş, Azərbaycan mətbəxinin,  milli kulinariyasına aid yeməklər, şirniyyatlar, tarixi abidələrə dair şəkillər, suvenirlər  nümayiş etdirilmişdir. Festivalda Azərbaycan milli rəqsləri ifa edilmişdir. Tədbirin sonunda Azərbaycan guşəsinin təşkilinə və mədəni irsimizin nümayiş etdirilməsində fərqləndiyinə görə Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi fəxri diplomla təltif olunmuşdur.
Cari il 3 may tarixində Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdindəki “Daşkənd Beynəlxalq Məktəbi”ndə dünya xalqlarının mədəniyyəti festivalı keçirilmişdir. Festivalda Özbəkistan, ABŞ, Rusiya Federasiyası, Türkiyə, Hindistan, Pakistan, Əfqanıstan, İtaliya, Gürcüstan, Qazaxıstan və s. ölkələr iştirak etmiş və öz mədəniyyətlərinə dair guşələri nümayiş etdirmişlər.
Azərbaycanın Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkil etdiyi guşədə Azərbaycan mədəniyyətinə dair kitablar, suvenirlər, milli musiqi alətləri və milli yeməklərimiz nümayiş etdirilmişdir. Məktəblilər və qonaqlar Azərbaycan guşəsinə böyük maraq göstərmiş və Azərbaycan guşəsinin təşkili Təşkilat Komitəsi tərəfindən yüksək qiymətləndirilmişdir.
Festivalı açılışında Mədəniyyət Mərkəzinin rəqs kollektivinin Azərbaycan milli rəqslərini ifa etmişlər.

 

Azərbaycanın Rəssamlıq Akademiyası ilə Özbəkistanın
Kəmaləddin Bexzod adına Rəssamlıq və Dizayn İnstitutu arasında
əməkdaşlıq Memorandumu imzalanmışdır.

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdnindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə cari il 25 aprel tarixində Kəmaləddin Bexzod adına Özbəkistan Rəssamlıq və Dizayn İnstitutu ilə Azərbaycanın Rəssamlıq Akademiyası arasında əməkdaşlıq Memorandumu imzalanmışdır.
Memorandumu Azərbaycan tərəfdən Rəssamlıq Akademiyasının prorektoru, xalq rəssamı Salxab Məmmədov, Özbəkistan tərəfindən Kəmaləddin Bexzod adına Özbəkistan Rəssamlıq və Dizayn İnstitutunun rektoru, tanınmış rəssam Xasan Aminov imzalamışlar.
Memorandumda ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, müəssisələr arasında təcrübə mübadiləsinin aparılması, birgə sərgilərin, festivalların keçirilməsi, rəssamlıq sənətinin inkişaf etmiş janrlarının qarşı tərəflə mübadiləsi, qarşılıqlı səfərlər və tədbirlərin təşkili, hər iki tərəfin tanınmış rəssamlarının qarşı tərəfdə sərgilərinin təşkili və s. məsələlər öz əksini tapmışdır.   
Tədbir çərçivəsində Özbəkistan Rəssamlıq Akademiyasında Azərbaycanın tanınmış rəssamlarının təltifolunma mərasimi də keçirilmişdir.
Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, xalq rəssamı Salxab Məmmədov, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, xalq rəssamı  Fuad Salayev Kəmaləddin Bexzod adına Özbəkistan Rəssamlıq və Dizayn İnstitutunun fəxri professorları adı ilə təltif olunmuşlar.
Özbəkistan Rəssamlıq Akademiyasının rəhbəri, xalq rəssamı Akmal Nuriddinov azərbaycanlı rəssamları təltif etmişdir. O, öz çıxışında Azərbaycanla mədəniyyət, rəssamlıq sahəsində  əməkdaşlığın inkişafından məmnun olduğunu, Azərbaycanda rəssamlıq sənətinin çox zəngin ənənələrə malik olduğunu və dünya şöhrətli Azərbaycan rəssamlarının əsərlərinin bütün dünyada sevildiyini qeyd etmişdir.
Təltif olunan hər üç Azərbaycan rəssamı çıxış edərək, qardaş Özbəkistanda təltif olunmalarına görə minnətdarlıqlarını bildirmişlər. Azərbaycan rəssamları Özbəkistan Dövlət Sənət Qalereyasında olmuşlar, habelə Özbəkistanda keçirilən Respublika rəsm, sənət və milli libaslar festivalında iştirak edərək, təşkil olunan sərgilərlə tanış olmuşlar.

Daşkənddə “Odlar Yurdunun baharı” adlı Azərbaycan rəssamlarının sərgisi keçirilmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə Azərbaycanın Özbəkistandakı səfirliyinin, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycanın Dövlət Rəsm Qalereyasının və Özbəkistan Rəssamlıq Akademiyasının təşəbbüsü ilə Daşkənddə Azərbaycan rəssamlarının akvarel janrında çəkilmiş tablolarından ibarət “Odlar Yurdunun baharı” adlı sərgi keçirilmişdir. Sərgi ümummilli lider Heydər Əliyevin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzində keçirilmişdir.
Sərgidə Özbəkistanın tanınmış rəssamları, sənətşünaslar, Özbəkistan Rəssamlıq Akademiyasının nümayəndələri, Kəmaləddin Behzad adına Özbəkistan Rəssamlıq və Dizayn İnstitutunun və Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedoqoji Universitetinin müəllim və tələbələri, jurnalistlər iştirak etmişlər.
Sərgidə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ölkələrimiz arasında mədəni sahədə əlaqələrdən danışmış, sərgidə əsərləri nümayiş etdirilən rəssamlar haqqında məlumat vermişdir. O, müasir dövr Azərbaycanın tanınmış rəssamlarının sulu boya ilə yaratdıqları rəsmlərin Özbəkistanda maraqla qarşılanacağına əmin olduğunu bildirmişdir.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direkroru Elnur Hüseynov belə tədbirlərin həm Daşkənddə, həm də bakıda tez-tez keçirilməsi zəruriliyindən söhbət açmış, bu sahədə əlaqələrimizin daha da genişləndirilməsi zəruriliyinə toxunmuşdur. Rəssamlığın akvarel janrı haqqında məlumat vermişdir. Sərgidə Azərbaycan rəssamları Nazim Məmmədov, Azad Şıxəliyev, Hafiz Kərimov, İlahə Əliyeva, Humay Axundova, Məmmədhüseyn Hüseynov, Asif Cəfərov, Elşad Hüseynov və başqalarının 50-yə yaxın tablosu nümayiş etdirilmişdir.
Sonra Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri bir-birindən gözəl rəqslərimizi ifa etmişlər.



Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində
“Əmir Teymur türk dünyasının fərəhidir” adlı açıq dərs keçirilmişdir.

(08/04/2014) Nizami adına Daşkənd Dövlət Universitetinin Azərbaycan Mədəniyyəti və ədəbiyyatı kabinetində böyük türk hökmdarı Əmir Teymurun 678- illiyinə həsr olunmuş “Əmir Teymur türk dünyasının fərəhidir" adlı açıq dərs keçirilmişdir.
Açıq dərsdə Universitetin özbək dili və ədəbiyyatı fakültəsinin 1-ci kurs tələbələri, fikologiya fakultəsinin müəllim heyəti, "Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak etmişlər. Dərsdə giriş sözü ilə  filologiya elimləri namizədi, dossent Gulbahar Aşurova məruzə ilə çıxış etmiş, Əmir Teymur şəxsiyyəti və onun türk dünyasında mədəniyyətin inkişafına dəstəyindən danışmışdır.
Tələbələr Əmir Teymura həsr olunmuş şerlər söyləmiş və ulu sərkərdənin həyatı və fəaliyyəti barəsində çıxış etmişlər. İştirakçılara Azərbaycan yazıçısı Yunus Oğuzun “Əmir Teymur” romanından səhnələşdirilmiş hissələr göstərilmişdir. Özbək dili və ədəbiyyatı fakültəsinin dekanı İnomcan Əzimov, Filoloqiya elimləri doktoru, professor S.Muxamedova və Özbək dili və ədbiyyatı kafedrasının müdiri K.Mullaxodjayeva tədbirdə məruzə etmişlər.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan dili müəlliməsi Salama Fətəliyeva “Özbək və Azəri xalqlarının tarixində Əmir Teymur şəxsiyyətinin rolu barədə məruzə etmişdir. Mədəniyyət Mərkəzinin kitabxanaçısı Kifayət Pirməmmədova məruzəsində Əmir Teymurun tarixi şəxsiyyət kimi fəaliyyəti haqında çıxış etmişdir.
Yekunda tədbir iştirakçılarına Əmir Teymur haqqında Prezident İslam Kərimovun fikirlərini əks etdirən filmi nümayiş etdirildi və özbək rəqsi ifa olunmuşdur.
Açıq dərs tələbələrin böyük marağına səbəb olmuş və onlar mövzuya dair əyani vəsaitlərlə tanış olmuşlar.

Daşkənddəki Beynəlxalq Vestminster Universitetində Mədəniyyət festivalı keçirilmişdir.

(05/04/1014) Universitetdə keçirilən festivalda Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Türkiyə, İtaliya, İran, Misir, Hindistan, Pakistan, Böyük Britaniya və digər ölkələrin Özbəkistandakı səfirlikləri iştirak etmişlər. Qeyd edək ki, Beynəlxalq Vestminster Universitetində dünyanın 30-dan çox ölkəsindən tələbələr təhsil alırlar və təhsil ingilis dilindədir.
Ölkəmizi festivalda Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil etmişlər.
Azərbaycan üçün ayrılmış salonda dövlətimizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizin iqtisadi inkişafı, özbək, Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş kitablar, Heydər Əliyev Fondunun “Qarabağ həqiqətləri” seriyasından rus və ingilis dillərində nəşrləri, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər, həmçinin müxtəlif jurnallar nümayiş etdirilmişdir.
Azərbaycan Mədəniyyət Mərkəzinin naxıştikmə və rəsm dərnəyi üzvlərinin əl işləri və suvenirlər də maraqla qarşılanmışdır.
Azərbaycan salonunda milli musiqilərimiz səsləndirilmiş, qədim məişət əşyalarımız, həmçinin tar, kamança, saz, qaval və nağara, Azərbaycan musiqisi yazılmış disklər, habelə Azərbaycan mədəniyyətini əks etdirən suvenirlər tamaşaçılarda böyük maraq doğurmuşdur.
Azərbaycan salonuna gələnlərə ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı haqqında müxtəlif məzmunlu kitab və jurnallar hədiyyə olunmuşdur.
Sonra iştirakçı ölkələr arasında milli mətbəx festivalı olmuşdur. Azərbaycan Mədəniyyət Mərkəzi festival iştirakçılarını Novruz şirniyyatlarını təqdim etmişdir.
Festival bu xalqların nümayəndələrinin geniş konsert proqramı ilə başa çatmışdır. Konsert proqramında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azəri qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa etmişlər.

 

Azərbaycanın Kəlbəcər rayonunun işğalı Özbək şagirdlər tərəfindən anıldı

(02/04/2014) Bugün Azərbaycan Respublikasının Özbəkiatan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində 2 aprel – Azərbaycanın Kəlbəcər rayonunun işğalının 21-ci ildönümünə həsr olunmuş açıq dərs keçirilmişdir. Açıq dərsdə Mədəniyyət Mərkəzinin nəzdindəki dərnək və kursların şagirdləri, habelə Daşkənd şəhərinin bir sıra orta məktəblərinin şagirdləri iştirak etmişlər. Təşkil olunmuş sərgidə Kəlbəcər rayonu, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü haqqında materiallar yerləşdirilmişdir. 
Mədəniyyət Mərkəzinin Azərbaycan dili kursları üzrə müəllimi Salama Fətəliyeva Kəlbəcər rayonu, onun təbii gözəllikləri, resursları, tarixi abidələri haqqında geniş məlumat verərək, Kəlbəcərin Azərbaycanın ən böyük rayonlarından biri olduğunu qeyd etdi. O, dünyaca məşhur istisu mineral suyunun, təbii landştaftı, Kiçik Qafqaz dağlarının səfalı meşələri ilə Kəlbəcəri Azərbaycan təbiətinin incisi adlandırdı. 
Mədəniyyət Mərkəzinin kitabxanaçısı Kifayət Pirməmmədova şagirdlərə Ermənistanın Azərbaycana təcavüzü, Kəlbəcərin işğalı və bu işğalın ağır nəticələri haqqında danışaraq, Kəlbəcərdən olan məcburi köçkünlərin ağır həyatından danışdı. O, keçmiş Dağlıq Qarabağ Müxtar Vilayətinə heç bir aidiyyatı olmayan Kəlbəcərin işğalı hadisəsinin bir daha Ermənistanın Azərbaycana torpaq iddiasını sübut etdiyini qeyd etdi. 
Açıq dərsin sonunda Özbək şagirdlərə Kəlbəcər haqqında qısa sənədli film nümayiş etdirildi.

 

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində
31 mart – azərbaycanlıların soyqırımına həsr olunmuş sərgi

Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin kitabxanasında 31 mart – azərbaycanlıların soyqırımına həsr olunmuş sərgi təşkil olunmuşdur. Sərgidə 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırım hadisələrini özündə əks etdirən kitablar, jurnallar və elektron nəşrlər nümayiş etdirilmişdir. Qeyd edək ki, sərgi ilə Mərkəzin nəzdindəki dərnək və kursların şagirdləri, habelə Mərkəzin yaxınlığındakı azərbaycanlıların təhsil aldığı 147 saylı orta məktəbin şagirdləri tanış olmuşlar. Mərkəzin kitabxanaçısı K.Pirməmmədova 31 mart azərbaycanlıların soyqırım hadisələri haqqında şagirdlərə məlumat vermiş, minlərlə dinc azərbaycanlının yalnız milli mənsubiyyətinə görə məhv edildiyini, insanların diri-diri yandırıldığını, milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və digər abidələrin dağıdıldığını, Bakının böyük bir hissəsinin xarabalığa çevrildiyini bildirmişdir.
O, 1918-ci ilin martında Bakı ilə yanaşı Şamaxıda, Qubada, Göyçayda, Qarabağda, Qərbi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirildiyini qeyd etmişdir.
31 mart – azərbaycanlıların soyqırımı ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – OMBUDSMAN Elmira Süleymanovanın müraciəti Mədəniyyət Mərkəzinin veb-saytında yerləşdirilmişdir.

 

Azərbaycanlı muğam ifaçılarının növbəti Novruz konserti Səmərqənd şəhərində təşkil olunmuşdur

(19/03/2014) Azərbaycanın Özbəkistandakı səfirliyi, Respublika Azərbaycan Mədəniyyət Mərkəzi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycandan gəlmiş muğam ifaçıları qədim Səmərqənd şəhərində Novruz bayramına həsr edilmiş konsert proqramı ilə çıxış etmişlər.
Tədbirdə şəhər hakimiyyətinin nümayəndələri, Azərbaycan diasporunun üzvləri, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Səmərqənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Ədiağa Mirzəyev Novruz bayramı münasibəti ilə iştirakçıları təbrik etmiş, Novruzun məişətimizdəki rolundan danışmışdır.
RAMM-nin icraçı direktoru Firdovsi Hüseynov demişdir ki, müstəqillik illərində Novruz bayramı Azərbaycanda yüksək səviyyədə qeyd olunmağa başlamışdır. O demişdir ki, Novruz həm də sülhə, əmin-amanlığa, etibara, vəfaya çağırış bayramıdır.
Sonra Azərbaycandan gəlmiş „Aypara“ Muğam qrupunun çıxışı olmuşdur.
VII Beynəlxalq “Avrasiya səsləri” festivalının qaliblər Ədalət Behbudov (tar), Pərviz Fərhadov (kamança) və ikinci respublika muğam müsabiqəsinin qalibi, xanəndə Aytən Məhərrəmova və “Muğam televiziya müsabiqəsi – 2007”-nin laureatı, xanəndə Vüsal Zamanov xalq mahnıları və muğamlarımızı ifa etmişlər.
Tədbirin sonunda Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək Səmərqəndli soydaşlarımıza konsertin təşkilində göstərdikləri köməyə görə təşəkkür etmiş, Novruz bayramı və Azərbaycan muğam sənətinin gözəlliyinin Özbək tamaşaçılarına çatdırmaqdan məmnun olduğunu bildirmişdir.  

 

Özbəkistanın “Türkiston” mərkəzi sarayında azərbaycanlıların
möhtəşəm Novruz şənliyi

(18/03/2014) Daşkənd şəhərinin tanınmış “Turkiston” sarayında Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistan Beynəmiləl Mədəniyyət Mərkəznin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş Azərbaycan – Özbəkistan dostluq konserti keçirilmişdir.
Tədbirdə Özbəkistanda fəaliiyyət göstərən xarici ölkələrin səfir və diplomatları, mədəniyyət mərkəzlərinin kollektivləri, ziyalılar, Azərbaycan diaspor təşkilatının nümayəndələri, yerli azərbaycanlılar və özbəklər iştirak etmişlər.
Novruz şənliyində Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Hüseyn Quliyev təbrik çıxışı etmişdir. O, yuzilliklər boyu Azərbaycan xalqının ən əziz bayramlarından olan Novruz bayramının Azərbaycan dövləti tərəfindən daim yüksək səviyyədə qeyd olunduğunu bildirmiş və tədbir iştirakçılarını təbrik etmişdir.
Tədbirdə Özbəkistan Beynəlmiləl Mədəniyyət Mərkəznin direktoru Nəsrəddin Muxamadiyev və Özbəkistandakı Azərbaycan diasporasının rəhbəri Mobil Məmmədov çıxış edərək qonaqları təbrik  etmişlər.
Çıxışlardan sonra ifaçılara təşkilatçılar tərəfindən fəxri fərmanlar və hədiyyələr təqdim olunmuşdur. Səfir Hüseyn Quliyev Özbəkistandakı azərbaycanlı saz ustası İlham Abdullayevə Azərbaycan Respublikasının Mədəniyyət və Turizim naziri Əbülfəz Qarayevin imzaladığı fəxri fərmanı təqdim etmişdir.
Konsertdə Azərbaycandan dəvət olunmuş Beynəlxalq Festivalların laureatları Aytən Məhərrəmova və Vusal Namazov, “Aypara” qrupu, həmçinin Özbəkistan tərəfindən Beynəlxalq festivalların laureatları İsroil Saidumarov, Yulduz Turdiyeva, Rəna Əzizova və saz ustası  İlham Abdullayev çıxış etmişlər.
Xüsusilə qeyd etmək olar ki, Aytən Məhərrəmova, Vüsal Zamanov və özbəkistanlı Yulduz Turdiyevanın birlikdə duet olaraq ifa etdikləri Qarabağ şikəstəsi tamaşaçıların alqışları ilə qarşılandı.
Konsertin əsas məqsədlərindən biri YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri – Maddi Mədəni irsi siyahısına daxil edilmiş Azərbaycan Muğam sənəti və Novruz baramının gözəlliyini özbək tamaşaçısına çatdırmaq olmuşdur.
Konsertdən əvvəl “Turkiston” sarayının foyesində tədbir iştirakçılarına və qonaqlara Novruz ziyafəti, Azərbaycan milli mətbəxinin yeməkləri, şirniyyatları təklif olunmuş, uşaq və gənc rəssamlarımızın Novruza aid rəsmləri, Azərbaycanın müxtəlif regionlarına (Qarabag, Şirvan, Quba, Gəncə, Bakı) aid əl ilə toxunmuş xalçalar, xalq musiqi alətləri, qədim suvenirlər və nəşrlər nümayiş olunmuşdur.
Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin səfirləri, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Özbəkistanda mədəniyyət, incəsənət sahəsində tanınmış şəxslər, habelə Azərbaycana dost olan nüfuzlu şəxslər üçün ziyafət verilmişdir.
Ziyafət zamanı Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansambılının Azərbaycan milli rəqsləri ilə çıxışı qonaqların alqışları ilə qarşılanmışdır.

 

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində
“Xocalıya ədalət” adlı anım mərasimi keçirilmişdir.

(26/02/2014) Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Xocalı faciəsi ilə bağlı mərasim keçirmişdir.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Azərbaycan Milli Məclisinin mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov və yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişdir.
Əvvəl mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə əklil və çiçək dəstələri qoymuşlar. Sonra AMM-nin həyətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə güllərdən hazırlanmış kompozisiya nümayiş etdirilmiş, onların xatirəsinə şamlar yandırılmışdır.
Hüseyn Quliyev Xocalı faciəsi və bu faciənin ağır nəticələri haqqında ətraflı məlumat vermiş, erməni silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş ağlasığmaz cinayətlər haqqında məlumat vermişdir. O,  hərbi əməliyyat zamanı Xocalı sakinləri- qocalar, qadınlar, uşaqaların amansızcasına güllələdiyini qeyd etmişdir.
Səfir Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası haqqında məlumat vermiş, Xocalı soyqırımının tanınması istiqamətində görülən işlərdən dfanışmışdır.  
Diplomatın sözlərinə görə artıq Xocalı faciəsini Pakistan, Meksika, Kolumbiya parlamentləri, Amerika Birləşmiş Ştatlarının 14 ştatının qanunverici orqanı tərəfindən tanımışdır və faciə ilə əlaqədar Rumıniya, Çexiya, Serbiya, Honduras, həmçinin Bosniya və Hesroqovina parlamentləri qətnamə qəbul etmişlər.  
Sonra Xocalı faciəsi ilə əlaqədar “Məhv edilmiş şəhər” sənədli və “Fəryad” bəddi filmləri göstərilmişdir.
Tədbirdə Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın Özbəkistandakı səfirliyinə Xocalı soyqırımı haqqında göndərilmiş fotoşəkillər və nəşrlər, xüsusi stend həmçinin AMM-də fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin Xocalıya soyqırımı haqqında çəkdikləri rəsmlərin sərgisi də olmuşdur.


Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində
“Əmir Teymurun dünya tarixindəki yeri və mövqeyi“ mövzusunda elmi konfrans keçirilmişdir.

(25/02/2014) Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Əmir Teymurun dünya tarixindəki yeri və mövqeyi“ mövzusunda elmi konfrans keçirilmişdir.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov, yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz, universitetin professor-müəllim heyəti, teymurşünas alimlər, elm və mədəniyyət xadimləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.
Konfrans iştirakçıları əvvəlcə böyük Azərbaycan şairi Nizami Gəncəvinin universitetin qarşısındakı abidəsi önünə əklil və çiçək dəstələri qoymuşlar.
Tədbiri universitetin rektoru, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin sədri, professor Şavkat Şaripov açmış, qonaqları konfrans iştirakçılarına təqdim etmişdir. Ş.Şaripov Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə fəaliyyətləri haqqında məlumat vermiş, bu tədbirin əhəmiyyətindən danışmışdır.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev xalqlarımızın qardaşlıq əlaqələrinin tarixindən danışmış, ölkələrimiz arasında əməkdaşlığın hazırkı vəziyyətinə toxunmuş, böyük sərkərdə və dövlət xadimi Əmir Teymurun dünya tarixindəki yeri və mövqeyi haqqında söhbət açmışdır.
Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov “Əmir Teymur obrazı Azərbaycan ədəbiyyatında” mövzusundakı məruzəsində bildirmişdir ki, Azərbaycanın şair və yazıçıları zaman-zaman Əmir Teymur haqqında əsərlər yaratmışlar. O demişdir ki, böyük Azərbaycan şairi Hüseyn Cavidin “Topal Teymur” əsəri və Yunus Oğuzun “Əmir Teymur” romanı buna bariz misaldır. O demişdir: ”Əmir Teymur bilirdi ki, tarix yaradır. O böyük sərkərdə və dövlət xadimi olmaqla yanaşı, həm də poeziya həvəskarı idi”.
Yazıçı-publisist Yunus Oğuz “Əmir Teymur” əsəri üzərindəki işindən danışaraq bildirmişdir ki, bu romanı yazmağa hazırlaşarkən Əmir Teymurun həyatı ilə bağlı 500-dən artıq əsər oxumuş və tarixi faktlara əsaslanan bu romanı yaratmışdır. O, Əmir Teymuru bir dövlət xadimi, sərkərdə və strateq kimi təhlil etmişdir.
Tarix elmləri namizədi Azadə Raxmatulayevanın “Əmir Teymurun Azərbaycandakı quruculuq fəaliyyəti”, jurnalist Rüstəm Cabbarovun “Əmir Teymur və ədəbiyyat” mövzularında məruzələri də maraqla qarşılanmışdır.
Sonra Əmir Teymur haqqında sənədli film nümayiş etdirilmişdir. Konfransda “Əmir Teymur və Teymurilər tarixinin dünya kontekstində öyrənilməsi”, “Özbəkistanda Əmir Teymur və Teymurilər tarixinin tədqiqi məsələləri” və digər mövzularda məruzələr də dinlənilmişdir.

 

Daşkənddə “Azərbaycan ədəbiyyatı özbək dilində” mövzusunda elmi simpozium keçirilmişdir.

(12/02/2014) Simpoziumdan öncə Özbəkistanda səfərdə olan AMEA-nın elmi işçisi, yazıçı-tədqiqatçı Xalidə Xalidin Nizami adına Dövlət Pedaqoji Universitetində Özbək həmkarları ilə görüşü keçirilmişdir. Daha sonra simpozium iştirakçıları Universitetin qarşısındakı Nizami Gəncəvinin heykəli önünə gül və çiçəklər düzmüşlər.
Daha sonra Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində  Azərbaycanın Özbəkistandakı səfirliyinin, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Özbəkistanın Beynəlmiləl Mədəniyyət Mərkəzinin birgə təşəbbüsü ilə “Azərbaycan ədəbiyyatı özbək dilində” mövzusunda elmi simpozium və bu tədbir çərçivəsində özbək dilində nəşr edilmiş “XX əsr Azərbaycan poeziyası antologiyası” kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professor-müəllim heyəti, tələbələr, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.
Əvvəlcə mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin Mərkəzin qarşısındakı abidəsinin önünə əklil və çiçək dəstələri qoymuşlar.
Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş “Azərbaycan ədəbiyyatı Özbək dilində” kitab sərgisi ilə tanış olan Səfir Hüseyn Quliyev Azərbaycan ədəbiyyatından tərcümələr edən Özbək yazarlarla görüşdü və bu mövzuda söhbətlər aparıldı.  
Tədbirin rəsmi hissəsində Azərbaycanın Özbəkistandakı səfirliyinin müşaviri Nəsimi Ağababayev ədəbi əlaqələrimizin inkişafı haqqında məlumat vermiş, şair və yazıçılarımızın dostluğundan danışmışdır. O qeyd etmişdir ki, böyük özbək şairi Əlişir Nəvai dahi şair Nizami Gəncəvini özünün müəllimi hesab etmiş, tarixə türk dilində “Xəmsə” yazan şair kimi düşmüşdür.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, tədqiqatçı-alim Xalidə Xalid “XX əsrdə Azərbaycan-Özbəkistan ədəbi əlaqələri” mövzusunda geniş məruzə etmişdir. Alimin ədəbi əlaqələrimizin tarixinin geniş əks olunduğu məruzəsi maraqla qarşılanmışdır.
Özbəkistan Yazıçılar İttifaqının sədri Məhəmməd Əli “Özbəkistan-Azərbaycan ədəbi əlaqələri keçmişdə və bu gün” mövzusundakı məruzəsində Azərbaycan yazıçılarının əsərlərinin Özbəkistanda nəşri haqqında ətraflı məlumat vermişdir. Sədr Nizami Gəncəviyə Daşkənddə, Əlişir Nəvaiyə isə Bakıda abidə qoyulmasını ədəbi əlaqələrimizin inkişafında mühüm amil adlandırmışdır. “XX əsr Azərbaycan poeziyası antologiyası” kitabının tərtibçisi, şair və tərcüməçi Babaxan Şərif bu nəşrin üzərindəki işindən danışmış, belə ədəbi əsərlərin həm Bakıda, həm də Daşkənddə tez-tez çap edilməsinin zəruriliyinə toxunmuşdur. Simpoziumda “Özbəkistan-Azərbaycan ədəbi əlaqələri: ənənə və novatorluq”, “Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin inkişafında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti”, “Cahan ədəbiyyatı” jurnalında Azərbaycan ədəbiyyatı mövzusu”, “Ədəbi təsir və sintez: Nizami-Nəvai-Füzuli”, “Mumtoz söz” nəşriyyatında çap edilən Azərbaycan ədəbiyyatı nümunələrinin bədii-estetik xüsusiyyətləri”, ”Şair və tərcüməçi Babaxan Şərifin elmi-ədəbi fəaliyyəti” və digər mövzularda məruzələr dinlənilmişdir. Mərasim iştirakçılarına “XX əsr Azərbaycan poeziyası antologiyası” kitabı hədiyyə edilmişdir.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev tədbirdə iştirak etmişdir. 

 

“Azərbaycan ədəbiyyatı özbək dilində” adlı elmi simpozium
və “XX əsr Azərbaycan  şeriyyəti antologiyası” kitabının
təqdimat mərasimi

Cari il 12 fevral tarixində saat 15:00-da Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan ədəbiyyatı özbək dilində” adlı elmi simpozium keçiriləcəkdir.

Tədbir çərçivəsində bugünə qədər Özbək dilində nəşr olunmuş Azərbaycan ədəbiyyatı nümunələrinin sərgisi, habelə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və maliyyə dəstəyi ilə Özbək dilində çap olunmuş  “XX əsr Azərbaycan  şeriyyəti antologiyası” kitabının təqdimatı da keçiriləcəkdir.  

Elmi simpoziumun təşkilatçıları Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistan Beynəmiləl Respublika Mədəniyyət Mərkəzidir.

Elmi simpoziumun iştirakçıları öncə Daşkənddəki dahi Nizami Gəncəvinin heykəlini ziyarət edəcək və heykəlin önünə əklil qoyacaqlar.

Tədbirdə Özbəkistanın tanınmış ədəbiyyat, elm xadimləri, Daşkənddəki Şərqşünaslıq və Nizami adına Dövlət universitetlərinin, Özbəkistan Elmlər Akademiyasının və Nəvai adına Milli Kitabxanasının mütəxəssisləri, gənc tədqiqatçılar, tələbələr, habelə Daşkənddəki xarici ölkələrin diplomatları da iştirak edəcəklər.


ELMİ SİMPOZİUMDA ÇIXIŞÇILARIN SİYAHISI:

Məhəmməd Əli – Özbəkistan Yazıçılar Birliyinin rəisi, professor.
  “Özbəkistan-Azərbaycan ədəbi əlaqələri”.
Xalidə Xalid – Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi işçisi, tədqiqatçı-yazıçı.
  “XX əsrdə Özbəkistan-Azərbaycan ədəbi əlaqələri”.
Bəxtiyar Nəzərov – Akademik, Özbəkistan Dil və Ədəbiyyat İnsitutu.
  “Özbəkistan-Azərbaycan ədəbi əlaqələri: ənənə və navatorluq”.
Nəsriddin Məhəmədiyev – Özbəkistan Beynəmiləl Respublika Mədəniyyət Mərkəzinin direktoru, yazıçı.
 
“Özbək-Azərbaycan ədəbi əlaqələrinin inkişafında Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti”.
Şöhrət Rzayev – “Cahan ədəbiyyatı” jurnalının baş redaktoru, dosent.
  ““Cahan ədəbiyyatı” jurnalında Azərbaycan ədəbiyyatı mövzusu”.
Həmidulla Boltabayev – professor.
 
““Mumtoz söz” nəşriyyattında çap edilən Azərbaycan ədəbiyyatı nümunələrinin bədii-estetik xüsusiyyətləri”.
Tahir Kahar – dosent, tərcüməçi
  “Azərbaycancadan Özbəkcəyə tərcümə işində şeirlər və məsəllər”.
Zuxriddin İsomiddinov – filologiya e.n. Nəvai adına Özbəkistan Milli Kitabxanasının mütəxəssisi.
 
“Azərbaycan nəsrində Özbək dilinə tərcümə olunan əsərlərin bədii xüsusiyyətləri”.
Sultanmurad Olimov - filologiya e.n.
  “Ədəbi təsir və sintez: Nizami-Nəvai-Füzuli”.
Nəzirə Daşpoladova – dosent, Dünya dilləri Universitetinin kafedra müdiri.
  “Tərcüməçi Tahir Kaharın Azərbaycan ədəbiyyatından tərcümələri”.
Gülnaz Səttarova - filologiya e.n., Özbəkistan Dil və Ədəbiyyat İnstitutunun böyük elm xadimi.
  “Azərbaycan və Özbək ədəbiyyatı üzrə tərcüməçi Babaxan Şərifin elmi fəaliyyəti”.
Mirəziz Əzam – şair, tərcüməçi.
  “Azərbaycan şeiriyyəti Özbək tərcüməçilərinin nəzərində”.
Osman Kuçkar – şair, tərccüməçi.
  “Azərbaycan nəsrinin Özbəkcə tərcümələri haqqında”.
Xasiyyət Rüstəmova – şairə, tərcüməçi.
  “Azərbaycan şeirindən nümunələr”.
Babaxan Şərif - ədəbiyyatşünas, tərcüməçi.
  “Azərbaycan şairlərinin əsərlərində ədalət mövzusu”.

 

Daşkənddə 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir.

(20/01/2014) Azərbaycanın Özbəkistandakı Səfirliyinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Tədbirdə Özbəkistanın elm və mədəniyyət xadimləri, şair və yazıçılar, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsi önünə əklil və çiçək dəstələri qoyulmuşdur.
Mərasim iştirakçıları 20 Yanvar faciəsi ilə bağlı fotostend, eləcə də Qara Yanvar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitab sərgisi ilə tanış olmuşlar.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov 20 Yanvar faciəsi haqqında danışmış, şəhidlərin xatirəsinin həmişə əziz tutulduğunu qeyd etmişdir.
Tədbirdə 20 yanvar faciəsinə dair Lider televiziyası tərəfindən lentə alınmış sənədli film nümayiş etdirilmişdir.
Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev XX əsrdə sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlardan biri olan 20 Yanvar faciəsinin səbəbləri və nəticələri haqqında məlumat vermişdir. Diqqətə çatdırmışdır qanlı faciədən bir neçə gün əvvəl Rusiyanın Stavropol, Krasnodar və Rostov vilayətlərindən muzdlular toplanmış və yanvarın 19-da sovet imperiyasının qoşunları ilə birgə Bakıya yeridilmişdir.
Azərbaycanın Özbəkistandakı hərbi attaşesi Elbrus Orucov, özbək şairi Sunnatulla Suleymanov, jurnalist Şövkət Əliyeva və başqaları sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının təşkilatçılarını və iştirakçılarını lənətləmişlər.
Anım günündə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Mərasim iştirakçıları arasında 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın müraciəti yayılmışdır.


Azərbaycan Dövlət Tibb Kitabxanası ilə Özbəkistan Dövlət Tibb Kitabxanası
arasında əməkdaşlığa dair Memorandum imzalanmişdir.

(08/01/2014) Bugün Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Özbəkistanın elmi tibb kitabxanaları arasında əməkdaşlığa dair Memorandumun imzalanması mərasimi keçirilmişdir.
Qeyd edək ki, Azərbaycan tərəfdən Memorandumu Bakıda Azərbaycan Dövlət Tibb Kitabxanasının direktoru Yeganə Pirəliyeva, sonra Daşkənddə Özbəkistan Dövlət Tibb Kitabxanasının direktoru Faina Bolkunova imzalamışlar.
Memorandumda tərəflər arasında kitabxana-informasiya sahəsinin aktual məsələləri, kitabxana-informasiya proseslərinin avtomatlaşdırılmasına dair təcrübə mübadiləsinin aparılması, bu sahədə birgə elmi konfrans, seminar, kursların, habelə ONLİNE konfrans və tədbirlərin keçirilməsi, kitab, jurnal və elektron nəşrlərin mübadiləsi, qarşı tərəfin tibb sahəsində əldə etdiyi nailiyyətlərə dair guşə və sərgilərin təşkili və s. həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Bu məqsədlə Daşkənddəki Heydər Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan və Özbəkistan arasında mədəniyyət, təhsil sahəsində əməkdaşlığın inkişaf etdiyini və artıq bu sahədə fəaliyyət göstərən müəssisələr arasında yeni-yeni əməkdaşlıq əlaqələrinin yarandığını qeyd etmişdir. O, Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin dəstəyi ilə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə artıq təhsil və mədəniyyət sahəsində Azərbaycan və Özbəkistanın müəssisələri arasında əlaqələr yarandığını bildirdi.
O, son zamanlar Azərbaycan və Özbəkistanın pedaqoji uinversitetəri arasında əməkdaşlıq əlaqələrinə dair memorandumunun imzalandığını və bugün artıq kitabxanalar arasında da bu sənədin imzalanmasının böyük hadisə olduğunu qeyd etdi.
Özbəkistan Dövlət Tibb Kitabxanasının direktoru Faina Bolkunova çıxışında Azərbaycan tərəfi ilə əməkdaşlıq əlaqələrinin yaradılmasının hər iki tərəf üçün faydalı olduğunu və iki dost ölkənin kitabxanaçılarının qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə ehtiyac olduğunu qeyd etdi. O, azərbaycanlı həmkarları ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının və Azərbaycan tərəfinin tibb sahəsində əldə etdiyi nailiyyətlərin öyrənilməsində və yayılmasında maraqlı olduğunu bildirdi.
Daha sonra Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış mədəni proqram nümayiş etdirildi.

 

Səhifə 1      Səhifə 2

Odlar yurdu Azərbaycan
Azərbaycan xalqının
ümummilli lideri
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
$('#s3').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan
$('#s4').cycle({fx: 'scrollDown', 
sync: 0, delay: -2000});
Özbəkistanda Azərbaycan
Diaspora təşkilatı
Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı
$('#s6').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
Azərbaycan mədəni irsi
Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi
$('#s7').cycle({fx: 'scrollDown', 
sync: 0, delay: -3000});
 
Azərbaycanda turizm
 
Azərbaycanda təhsil
Azərbaycanda təhsil
 
Azərbaycan Respublikasinin
Milli Mədəniyyət Mərkəzi
 
Ermənistanın Azərbaycana təcavüzü
Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü
$('#s5').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Genesis Studiyası