Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifə Bizə yazın Sayt haqda məlumat
Az   |   Рус
 

Xəbərlər 2015

Səhifə 1      Səhifə 2

 

Hörmətli İslam Abduqəniyeviç,

Yenidən Özbəkistan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Seçkilərdə qələbəniz uzun müddət ərzində Sizin həyata keçirdiyiniz dərindən düşünülmüş, ardıcıl siyasətin qardaş Özbəkistan xalqı tərəfindən dəstəklənməsini inandırıcı şəkildə təsdiq edir. Bu gün Özbəkistan müstəqilliyin və demokratiyanın möhkəmləndirilməsi, dinamik sosial-iqtisadi inkişaf yolu ilə inamla irəliləyir. Özbəkistan dünya birliyində layiqli yer tutur, beynəlxalq aləmdə onun nüfuzu artır.

Xalqlarımız arasında çoxəsrlik dostluq, əməkdaşlıq, qarşılıqlı dəstək ənənələrinin inkişafına və genişləndirilməsinə Sizin töhfənizi Azərbaycanda yüksək qiymətləndirirlər. Əminəm ki, Azərbaycan ilə Özbəkistan arasında çoxplanlı qarşılıqlı fəaliyyət və strateji tərəfdaşlıq qardaş xalqlarımızın və ölkələrimizin firavanlığı naminə bundan sonra da hərtərəfli və dönmədən inkişaf edəcək.

Əziz İslam Abduqəniyeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və qardaş Özbəkistanın rifahı naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 31 mart 2015-ci il. 

 

 

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı
həyata keçirdiyi soyqırımından 97 il ötür.

(31/03/2015) 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib.

Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.

Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. 1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

 

Daşkənddə Azərbaycanın Naftalan: müalicə-istirahət 
mərkəzi haqqında
özbək və rus dillərində kitab hazırlanmışdır.

(30/03/2015) Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda Azərbaycanın Naftalan:müalicə-istirahət mərkəzi haqqında  “Муъжизавий Нафталан: Озарбойжон” adlı məlumat nəşri hazırlanmışdır. Məlumat nəşri iki dildə - özbək və rus dillərindədir. 
Nəşrin hazırlanmasında əsas məqsəd Azərbaycanın turizm resurslarının təbliği və Naftalana maraq göstərən, habelə burada müalicə almaq istəyən Özbək turistlərini informasiya dəstəyi göstərməkdir.
Kitabda ilkin olaraq Azərbaycanın qərbində yerləşən Naftalan şəhəri haqqında məlumat verilir, öz möcüzəsi və şəfası ilə bütün  dünyada məşhur olan Naftalan neftinin tarixi, müalicəvi xarakteristikası, burada yaradılmış və müasir standartlara cavab verən şərait, otel, sanatoriyaların xidmətləri geniş işıqlandırlır.
1926-cı ildən fəaliyyətə başlayan Naftalan sanatoriyaları Sovet dövründə və bugün,  müstəqillik dövründə dünyanın müxtəlif yerlərindən gələn xəstələrə şəfa verdiyi və 70-ə yaxın xəstəliyin müalicəsi üçün Naftalan neftinin faydalı olduğu nəşrdə qeyd olunur.
İlk dəfə olaraq məlumat nəşrində maraqlananlar Naftalan şəhərində fəaliyyət göstərən otellər, buradakı xidmətlər, qiymətlər barədə məlumat əldə edə bilərlər. 
Qeyd edək ki, Özbəkistanda Naftalan müalicəvi sanatoriyalarına böyük maraq vardır.  Məhz bu layihənin davamı olaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə cari ilin yay aylarında özbəklər üçün özhesablarına Naftalana on günlük müalicə turu təşkil ediləcəkdir. Layihəyə  Azərbaycandan “My Travel” turizm firması da təşkilati dəstək göstərəcəkdir. 
Bu məqsədlə nəşrin sonunda sifarişçilər üçün bu şəhərdə müalicə turunu təşkil edən əlaqələndirici təşkilatların məlumatları da daxil edilmişdir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Naftalana müalicə turu və “Муъжизавий Нафталан:Озарбойжон” adlı kitabın cari ilin 10 aprel tarixində Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətində geniş ictimaiyyətin iştirakı ilə təqdimatı keçiriləcəkdir.

 

 

Daşkənddə Novruz bayramı təntənəli şəkildə qeyd olunub.

(18/03/2015) Azərbaycanın Özbəkistandakı səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkənddə  Novruz bayramı şənliyi keçirilmişdir.
Bayram tədbiri Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilmişdir.
Tədbirdə Özbəkistanın dövlət nümayəndələri, bu ölkəyə akreditə olunmuş səfirliklər, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, Azərbaycan diasporasının rəhbər və üzvləri, azərbaycanlı tələbələr,  jurnalistlər, yerli özbəklər iştirak etmişlər.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edərək Novruz bayramı haqqında söhbət açmış, bayramın tarixi haqqında məlumat vermişdir.
Diplomat bildirmişdir ki, 2010-cu ildə Azərbaycanın təşəbbüsü, ilə BMT Baş Məclisi yekdilliklə martın 21-ni Beynəlxalq Novruz Günü kimi tanınması ilə əlaqədar qətnamə qəbul etmişdir. Səfir çıxışında qeyd edib ki, Novruz yenilik, bolluq, sülhə, əmin-amanlığa çağırış bayramıdır.
Çıxış edənlər bildirmişlər ki, Novruz bayramı Azərbaycanla yanaşı, Özbəkistanda da geniş qeyd olunur, bu məqsədlə silsilə tədbirlər keçirilir.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edən bir sıra qurumların rəhbərləri mükafatlandırılmış, onlara fəxri fərmanlar və hədiyyələr təqdim olunmuşdur.
Özbəkistanın “Uzbeqim yoşları” musiqi qrupunun solistləri Movcuda Alimova, Omadbek Axmadjonov və Umida Tadjimatova Azərbaycan və özbək mahnılarını ifa etmişlər. Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri bir sıra milli rəqslərimizi ifa etmiş və çıxışlar iştirakçıların alqışları ilə qarşılanmışdır.
Müğənni Xilola Sadikova böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını və Daşkənd Xareoqrafiya Məktəbənin tələbələrinin hazırladıqları proqram iştirakçılara təqdim etmişdir.
Bayram şənliyi ilə əlaqədar tədbir iştirakçılarına Novruz şirniyyatları paylanmış, rəsmi qonaqlara Azərbaycan milli yeməkləri və şirniyyatları təqdim olunmuşdur. 
Mərasimdə ənənəyə uyğun olaraq Novruz tonqalları qalanmış, milli geyimli qızlar tonqal ətrafında rəqslərimizi ifa etmişlər.

(07/03/2015) Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bütün qadınları 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə təbrik edirik. Onlara daimi xoşbəxtlik, səadət və möhkəm can sağlığı arzulayırlq.
Arzu edirik ki, dünyada bütün qadınlar sülh, əminamanlıq və firavanlıq şəraitində yaşasınlar.

 

Özbəkistanda Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirib.

(26/03/2015) Azərbaycanın Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirib.
Tədbirdə Özbəkistandakı xarici ölkələrin səfirləri, bu ölkəyə akkreditə olunan çoxsaylı diplomatlar, elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Mədəniyyət Mərkəzində keçirilən tədbirdə mərasim iştirakçıları  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi ilə bağlı kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olmuş, onlara kitablar və məlumatlar paylanmışdır. 
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bu qətliam barədə ətraflı məlumat vermişdir. Səfir bildirmişdir  ki, Xocalı faciəsi erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilən ən dəhşətli soyqırım və etnik təmizləmə siyasətidir, bu soyqırım təkcə Azərbaycan xalqına deyil, ümumilikdə bütün bəşəriyyətə qarşı törədilən vəhşilikdir. O, bu günə qədər dünyanın bir sıra ölkələrinin və beynəlxalq təşkilatlarının Xocalı soyqırımını rəsmi olaraq tanıdıqlarını qeyd etmişdir.  
Daha sonra çıxış edən Türkiyənin Özbəkistandakı səfiri Namik Önər ermənilərin tarix boyu azərbaycanlılara və türklərə qarşı törətdikləri vəhşiliklərdən danışıb. Səfir, Xocalı faciəsini dövrün ən qanlı soyqırımlarından biri olduğunu qeyd etdi. O, Türkiyənin hər zaman Azərbaycanın haqq işini dəstəklədiyini bildirdi.  
Daşkənddəki Beynəlmiləl Respublika Mədəniyyət Mərkəzinin direktoru Nəsrəddin Məhəmmədiyev ermənilərin Xocalıda törətdikləri cinayətləri pisləyərək bildirmişdir ki, ermənilər ötən əsrin əvvəllərində Özbəkistanın Kokand  vilayətində də bolşeviklərin dəstəyi ilə yerli özbəklərə qarşı çoxsaylı qətliamlar törətmişdir. O,  Özbəkistanın qardaş Azərbaycan xalqının hər zaman yanında olduğunu və dərdinə şərik olduqlarını bildirmişdir. Daha sonra soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Xocalı faciəsini özündə əks etdirən sənədli film və “Eurovision-2011” mahnı müsabiqəsinin qalibi Nigar Camalın “Məhv edilmiş arzular” (Broken dreams) klipi nümayiş etdirildi.
Qeyd edək ki, Xocalı soyqırımına Özbək mətbuatı geniş yer vermiş və faciənin  23-cü ildönümü ilə əlaqədar çoxsaylı  məqalələr  dərc edilmişdir.

 

“Arşın mal alan” musiqili komediyası Özbəkcə yeni quruluşda
Mukimi adına Özbəkistan Dövlət Musiqili Teatrında nümayiş olundu.

Daşkənddəki Mukimi adına Özbəkistan Dövlət Musiqili Teatrında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının özbək dilində yeni quruluşda ilk tamaşası olub.
Tamaşa Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə hazırlanıb.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın mədəniyyət
elm  və incəsənət xadimləri, Özbəkistanda Azərbaycan diasporunun üzvləri, mətbuat içşiləri iştirak etmişlər.
Tamaşaya teatrın rejissoru, əməkdar incəsənət xadimi Əhəd Farmonov quruluş verib. Dirijor Askil Turayevdir. Əsas rolları Rövşən İbrahimov, Umud Şadmanov, Nərgiz Şohobayeva ifa ediblər.
Yüz illər keçməsinə baxmayaraq “Arşın mal alan” Özbəkistanda sevilir və olduqca populyardır. Özbək teatr səhnəsində o dəfələrlə özbək və rus dillərində tamaşaya qoyulmuşdur.
Özbəkistan Dövlət Televiziyası “Arşın mal alan” filmini özbəkcə dubliyaj etmiş və sözügedən film hər il Özbəkistanda nümayiş olunur.
Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının özbək dilində yeni quruluşda ilk tamaşasına böyük maraq olmuş, Mukimi adına Özbəkistan Dövlət Musiqili Teatrında tamaşa anşlaqla keçmiş və alqışlarla qarşılanmışdır. 

 

“Arşın mal alan” operettası əsasında hazırlanmış konsert-tamaşa
Özbəkistan Milli Dram Teatrının səhnəsində
.

(26/01/2015) Özbəkistan Milli Dram Teatrında böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında hazırlanmış konsert-tamaşa təqdim olmuşdur.
Qeyd edək ki, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə hazırlanan konsert-tamaşanın bədii rəhbəri və dirijoru Özbəkistanın Əməkdar İncəsənət Xadimi, professor Firuza Abdurahmanova olmuşdur.
Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyinin, Səfirliyin nəzdindəki Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin əməkdaşları da iştirak etmişlər.
Tədbirin açılışında çıxış edən Özbəkistandakı Azərbaycan Səfirliyinin birinci katibi, Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistan teatrlarının bu təşəbbüsünü yüksək qiymətləndirdiyini, Azərbaycan mədəniyyətinə Özbəkistanda böyük maraq olduğunu qeyd etmişdir. S.Abbasov U.Hacibəyovun “Arşın mal alan” tamaşasının qardaş ölkədə dəfələrlə səhnəyə qoyulmasına baxmayaraq bugün də aktual olduğunu söylədi. O, iki ölkə arasında mədəni əməkdaşlığın yüksək səviyyədə olduğundan məmnun olduğunu və gələcəkdə də bu cür layihələrə dəstək veriləcəyini bildirdi.
Daha sonra “Arşın mal alan” tamaşasından musiqi nömrələrini beynəlxalq müsabiqələr laureatı Özbəkistanın “Qolden Trophu” Ansamblı və “Soqdiana” Dövlət Xalq Çalğı Alətləri Kamera Orkestri ifa etmişlər. Konsert-tamaşada operettadan ariya, duet və mahnılar, xor nömrələri ifa olunmuşdur. İfa tamaşaçıların çoxsaylı alqışları ilə qarşılanmışdır.
Tədbirin sonunda çıxış edən konsert-tamaşanın bədii rəhbəri və dirijoru Özbəkistanın Əməkdar İncəsənət Xadimi, professor Firuza Abdurahmanova tamaşaçılara, habelə Azərbaycan Səfirliyinə və Mədəniyyət Mərkəzinə göstərilən dəstəyə görə təşəkkürünü bildirmişdir.

 

20 yanvar faciəsi Özbəkistanda anıldı.

(18.01.2015) Hər bir xalqin tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O müdhiş gecə Azərbaycan xalqı sınağa çəkildi. Həm xalqın öz içində yetişdirdiyi qəhrəmanlar üzə çıxdı, həm də ona başçılıq edənlərin kimliyi bəlli oldu.
Daşkənddə 18 yanvar tarixində Azərbaycanın Özbəkistandakı səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə 20 Yanvar faciəsinin 25-ci il dönümü ilə bağlı anım mərasimi keçirilib.
Tədbirdə diplomatlar, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporasının nümayəndələri, jurnalistlər iştirak etmişlər. Mərasim iştirakçıları əvvəl 20 Yanvar faciəsi, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çap edilən kitabların sərgisinə, həmçinin foto stendə və Mədəniyyət Mərkəzinin rəsm dərnəyində məşğul olan uşaqların əl işlərinə baxıblar.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev 20 Yanvar faciəsinin yaranma səbəbləri haqqında məlumat verib, keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı apardığı ayrı – seçkilik siyasətindən danışıb. Ölkənin baş diplomatı bildirib ki, Bakıda dinc sakinlər – qocalar, qadınlar və uşaqlar güllələndikdən sonra – yanvarın 20-də səhər tezdən şəhərdə fövqəladə vəziyyət elan olunması ilə əlaqədar SSRİ-nin rəhbəri Mixail Qorbaçovun fərmanı oxunub.
H.Quliyev bildirib ki, 20 Yanvar faciəsindən bir gün sonra o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib, keçmiş SSRİ rəhbərlərini ittiham edib və faciənin məsuliyyətini bir başa Mixail Qorbaçovun üzərinə qoyub. Səfir qeyd edib ki, Azərbaycan xalqının tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin qətiyyəti sayəsində faciəyə siyasi qiymət verilib. Sonra “Qanli Yanvara aparan yol” adlı sənədli film nümayiş etdirilib, şagirdlər 20 Yanvar faciəsinə şerlər söyləyiblər.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliamdan illər keçməsinə baxmayaraq Azərbaycan xalqı unutmur.  1990-cı ilin 20 yanvarında Azərbaycanın ərazisi olan Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi faciə ilə nəticələndi.
1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətillər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. `

 

Səhifə 1      Səhifə 2

Odlar yurdu Azərbaycan
Azərbaycan xalqının
ümummilli lideri
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
$('#s3').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan
$('#s4').cycle({fx: 'scrollDown', 
sync: 0, delay: -2000});
Özbəkistanda tanınmış azərbaycanlılar
Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı
$('#s6').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
Azərbaycan mədəni irsi
Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi
$('#s7').cycle({fx: 'scrollDown', 
sync: 0, delay: -3000});
 
Azərbaycanda turizm
 
Azərbaycanda təhsil
Azərbaycanda təhsil
 
Özbəkistanda Azərbaycan
diaspora təşkilatı
 
Ermənistanın Azərbaycana təcavüzü
Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü
$('#s5').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Genesis Studiyası