Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifə Bizə yazın Sayt haqda məlumat
Az   |   Рус

Xəbərlər 2017

Səhifə 1      Səhifə 2

 

Daşkənddə azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi keçirilib

(30.12.2017) Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddə yaşayan azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi keçirib.

Mədəniyyət Mərkəzində təşkil olunan şənlikdə təxminən 130-dan artıq azərbaycanlı uşaq iştirak edib.

Mərkəzin əməkdaşı Kifayət Pirməmmədov uşaqları Yeni il bayramı münasibətilə təbrik edib, onlara cansağlığı, dərslərində əlaçı olmağı, valideynlərinə sevinc bəxş etmələrini arzulayıb.

Sonra səhnələşdirilmiş bayram tamaşası göstərilib, Şaxta baba, Qar qız, cizgi filmlərinin qəhrəmanları uşaqlara xoş anlar yaşadıblar.

Şənlikdə müxtəlif viktorinalar keçirilib, qaliblərə hədiyyələr verilib. Sonda Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” və “Azərbaycan qartalları” uşaq rəqs ansambllarının üzvləri bir-birindən gözəl rəqslərimizi ifa ediblər.

Şənliyin sonunda uşaqlara Mədəniyyət Mərkəzinin adından bayram hədiyyələri verilib.

 

 

 

Daşkənddə 2017-ci il Özbək mətbuatında “Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi” müsabiqəsinin qalibləri, Azərbaycanı təbliğ edən fəallar mükafatlandırılıb.

(29.12.2017) Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan mərasim dünya azərbaycanlılarının həmrəylik günü və yeni il bayramına həsr olunub.
Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyinin, Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin rəhbərliyi, elm, mədəniyyət, incəsənət xadimləri, yerli azərbaycanlılar, tələbələr, jurnalistlər iştirak ediblər.
Mədəniyyət  Mərkəzinin foyesində “Azərbaycan Qafqazın mirvarisi” adlı fotosərgi təşkil olunub. Sərgidə Azərbaycanın tarixi abidələri, turizm imkanları, milli mədəni irsimizə dair fotoşəkillər nümayiş etdirilib.
Giriş sözü ilə çıxış edən Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev iştirakçıları dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə təbrik edib. O, 2017-ci ilin Azərbaycan-Özbəkistan münasibətləri üçün uğurlu olduğunu, çoxsaylı yüksək səviyyəli qarşılıqlı səfərlərin reallaşdırıldığını, Daşkənddə hər iki tərəfin iştirakı ilə “İslam həmrəyliyi” mövzusunda beynəlxalq konfransın keçirildiyini, Özbək jurnalistlər üçün Azərbaycana “Mediatur” təşkil edildiyini söylədi. Səfir ötən ildə Daşkənd və Səmərqənddə dəfələrlə “Azərbaycan mədəniyyəti həftəsi”nin keçirildiyini, Özbəkistanın aparıcı universitetlərində Azərbaycan ocaqlarının yaradıldığını, iki xalq arasında dostluq münasibətləri, mədəni-ədəbi əlaqələrə dair çoxsaylı nəşrlərin, habelə sənədli filmin hazırlandığını qeyd etdi. O, ölkə başçıları arasında yüksək səviyyədə olan dostluq əlaqələrinin bu münasibətlərin göstəricisi olduğunu vurğuladı.
Daha sonra 2017-ci ilin yekunlarına dair ilin fəal jurnalistlər, dosluq münasibətlərinin təbliğatçıları, Azərbaycan ədəbiyyatına dair  çoxsaylı tərcümələrin müəllifləri  Səfirlik Heydər  eydər Əliyev adına Mədəniyyət Mərkəzinin Fəxri Fərmanları, Mədəniyyət Mərkəzinin pul mükafatına layiq görülüblər.
Ölkəmizin tarixini, iqtisadiyyatını, mədəniyyətini, turizmini, ədəbiyyatını, habelə Azərbaycan-Özbəkistan dostluğunu 2017-ci ildə Özbəkistanda ən fəal təbliğ edən, Özbəkistanın xəbər saytlarının jurnalistlərinə fəxri mükafatlar təqdim edilib.
Mərasimdə  Özbəkistanın tanınmış jurnalistləri - Maqsad Caxangirov, Lola Raxmanboeva, Obidcon Şofiyev, Rimma Sabircanova, Qamaraddin Şayxov, Yuriy Kortsunsov, Tulkin Eşbekov, Boris Babayev, Sobircan Yoqubov, Mixail Dovlatov və başqaları xüsusi mükafata layiq görüldülər.
Azərbaycanın “Palitra” qəzeti iki ölkə arasında dostluq əlaqələrinin təbliği, Azərbaycan Mədəniyyət Mərkəzinin çoxsaylı layiohələrinin işıqlandırdığı üçün xüsusi mükafatla təltif edilib. Qəzetin jurnalisti Tural Tağıyev Fəxri Fərmana  layiq görülüb.
Qeyd edək ki, 2017-ci ildə Özbəkistanda Azərbaycan haqqında “İlin ən yaxşı məqaləsi” müsabiqəsi elan olunmuş, müsabiqədə 3 nominasiya “Azərbaycan və Özbəkistan əməkdaşlığı: qədimlikdən-müasirliyə”, “Azərbaycan və İslam həmrəyliyi”, “Azərbaycanda ekoturizm və müalicəvi turizm” üzrə məqalələr qəbul edilib. Mədəniyyət Mərkəzində yaradılmış xüsusi Komissiya ilin ən yaxşılarını seçib.
“2017-ci ildə Azərbaycan-Özbək ədəbi əlaqələrini araşdıran və təbliğ edən ilin fəal azərbaycanlı və özbək alimləri” nominasiyası üzrə Fəxri Fərmanlar Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri, filologiya elmləri doktoru, Almaz Ülvi Binnətovaya və  Özbəkistan tərəfindən bu mükafat Əlişer Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurovaya təqdim olunub.
Azərbaycan ədəbiyyatından “İlin ən yaxşı tərcümə əsərləri” nominasiyasına görə tərcüməçi Rüstəm Cabbarovun Özbək dilinə çevirdiyi Azərbaycan yazıçısı Vaqif Sultanlının “Ölüm yuxusu” əsəri, digər mükafat isə tərcüməçi Muxammadəmin Toxliyevin Özbək dilinə tərcümə etdiyi azərbaycanlı professor Əli Həsənovun “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti: Xocalı soyqırımı” kitabı layiq görülüb.
Dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə bir sıra ilin fəal azərbaycanlıları da mükafatlandırılıblar. Mükafata Səmərqənd Vilayəti Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin rəhbəri Adilağa Mirzəyev, Özbəkistanda azərbaycanlı tərcüməçi, fəxri müəllim  Şərqiyyə Şıxəliyevaya mükafatlar təqdim edilib.
Daha sonra Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkil etdiyi bədii proqrama start verilib. Özbəkistanın məşhur “Asl” musiqi qrupu, tanınmış müğənni Madina Mumtaz Azərbaycan və Özbək musiqilərini ifa ediblər. Mədəniyyət Mərkəzinin nəzdindəki “Qafqaz qartalları” rəqs ansamblı maraqlı Azərbaycan milli rəqslərini ifa ediblər.
Tədbir Mədəniyyət Mərkəzinin “Odlar yurdunun naxışları” Azərbaycan xalçaıarı zalında rəsmi ziyafətlə başa çatıb. İştirakçılar  milli şirniyyatlar, yeməklərə qonaq ediliblər.

 

 

 

Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində ilin yekunları ilə əlaqədar tədbir və Özbəkistanın tanınmış simalarına Azərbaycan Milli Elmlər Akademiyasının mükafatlarının
təqdimolunma mərasimi keçirilib.

(22.12.2017) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 2017-ci ilin yekunları ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Özbəkistanın elm, mədəniyyət xadimləri, şair və yazıçılar, Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin rəhbərliyi, yerli azərbaycanlılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ötən müddət ərzində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən işlər, layihələr barədə məlumat vermiş, Daşkənd və Səmərqənd şəhərlərində “Azərbaycan mədəniyyəti həftəsi” keçirildiyini, Özbəkistanın Elmlər Akademiyasının Tarix Muzeyində “Azərbaycan Qafqazın dürdanəsi” adlı pavilyonun açıldığını, iki ölkə arasında dostluğun təbliği istiqamətində çoxsaylı tədbirlər, nəşrlərin reallaşdırıldığını söylədi. O, Özbəkistanda Azərbaycan-Özbəkistan dostluğunu elmi-ədəbi əlaqələri fəal təbliğ edən Özbək ədəbiyyatının bir sıra tanınmış simalarının əməyinin Azərbaycan dövləti tərəfindən qiymətləndirildiyini və onların mükafatlara  layiq görüldüyünü qeyd edib.
Samir Abbasov Azərbaycan-Özbəkistan arasında elmi-ədəbi əlaqələrin inkişafında və təbliğində xüsusi xidmətləri olan bir sıra Özbək şair, yazıçı, Azərbaycan ədəbiyyatından Özbək ədəbiyyatına çoxsaylı tərcümələr edən tanınmış ədəbiyyat nümayəndələrinə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Fəxri Fərmanlarını təqdim edib.
Qeyd edək ki, onların arasında şair və tərcüməçi, Azərbaycan ədəbiyyatından Özbək dilinə çoxsaylı tərcümələrin etmiş Osman Qoçqar (ölümündən sonra), Özbəkistanın “Kitob dunyosi” qəzetinin baş redaktoru Xasiyət Rüstəm, ədəbiyyatşünas-tərcüməçilər Babaxan Şərifov, Şəhla Qasımova, Rüstəm Cabbarov, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sini ilk dəfə olaraq özbək dilinə tərcümə edən şair Olimcan Buriyev, elmi araşdırmaçı Sırdərya Utanova və başqaları xüsusi mükafata layiq görülüb.
Mükafatlandırılanlar Azərbaycan dövlətinin bu diqqətini xüsusi qiymətləndirərək, öz təşəkkürlərini bildirdilər.
Daha sonra Azərbaycan-Özbəkistan dostluğuna dair Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış xüsusi klip və videomaterial nümayiş etdirilib.
Mərasim konsert proqramı ilə davam edib. Özbək sənətçiləri bir sıra Azərbaycan və Özbək musiqilərini ifa ediblər, Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizi ifa edib.

 

 

Özbəkistanda dahi Azərbaycan şairi Nizami Gəncəvinin “İqbalnamə” əsəri çapdan çıxıb.

(21.12.2017) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə Azərbaycan ədəbiyyatının dahi şairi Nizami Gəncəvinin “Iqbalnamə’” əsəri Daşkənddə “Extremum Press”  nəşriyyatında çap olunub. Əsəri orjinaldan özbəkcəyə çevirən Özbəkistanın xalq şairi Camal Kamaldır.

Kitabın ön sözünün müəllifi Daşkənddəki Ə.Nəvai adına Özbək dili və ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracəddinov, rəyçilər professor Naim Karimov, Boqicon Toxliyevdir.

Ön sözdə professor Şuxrat Siracəddinov Azərbaycan-Özbək ədəbi əlaqələrində Nizami Gəncəvinin yaradıcılığını yüksək qiymətləndirmiş, Nizaminin təsiri ilə nəinki Özbək ədəbiyyatının, bütün Şərq ədəbiyyatının inkişafa nail olduğunu və zənginləşdiyini qeyd edir.

O, vurğulayır ki, İsgəndərnamə özünün yüksək ideya və bədii dəyərləri ilə Yaxın Şərq xalqları ədəbiyyatına güclü təsir göstərmiş, Şərqdə yazılmış  Əmir Xosrov Dəhləvinin Ayineyi-İsgəndəri,  Əbdürrəhman Caminin Xirədnameyi-İsgəndəri, Əlişir Nəvainin Səddi-İsgəndəri və başqa əsərləri Nizami İsgəndərnaməsinin təsiri ilə yaradılmış əsərlər sırasındadır.

Kitabın tərcüməçisi, Özbəkistanın xalq şairi Camal Kamal girişdə qeyd edir ki, “İqbalnamə” dahi şairin beşinci əsəri “İskəndərnamə”nin ikinci kitabı, Nizami yaradıcılığının dürdənəsidir.

Əsərdə hökmdar İskəndərin filosoflarla söhbəti, onun səyahətləri, İsgəndərin peyğəmbərlik səfərinə çıxması, qəhrəmanın xəstəliyi və ölümü ilə əlaqəli olaraq oxucuya kədərli səhnələr və təbiət səhnələri təqdim edilir, habelə  İsgəndərin ölümünü göstərən səhnələr və sonrakı final hissədə filosofların, hətta Nizaminin öz ölümü təsvir edilir.

Kitabın 2018-ci ilin əvvəllərində Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində və Daşkənddəki Nizami Gəncəvi adına Dövlət Pedaqoji Universitetində, Əlişir Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetində geniş təqdimat mərasimlərinin keçirilməsi planlaşdırılır.

Təqdimat mərasimindən sonra kitabın Özbəkistanın və Azərbaycanın aparıcı kitabxanalarına, elm, təhsil, tədqiqat müəssisələrinə göndərilməsi planlaşdırlır.

Nizami irsinin dünyada tanıdılması və geniş təbliğ etmək məqsədi ilə 2015-ci ildən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi geniş layihəyə - Nizami Gəncəvinin bütün əsərlərinin özbək dilinə tərcüməsi layihəsi işinə start verib. Bununla əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Özbəkistanın xalq şairi Camal Kamal arasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan bütün poemaların özbək dilinə tərcümə edilməsi barədə müqavilə imzalanıb.

Artıq şair, tərcüməçi Camal Kamal Nizami Gəncəvinin üç əsərini “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”,  “İqbalnamə” əsərlərini özbək dilinə tərcümə edilib və sözügedən əsərlər Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə çap edilib.

Hazırda şair, tərcüməçi Nizami Gəncəvinin “Şərəfnamə” əsərini özbəkcəyə tərcüməsi üzərində işləyir. Gələcəkdə “Xosrov və Şirin”, “Yeddi gözəl” əsərlərinin də özbəkcəyə tərcüməsi nəzərdə tutulub.
Qeyd edək ki, hər dəfə Daşkənddə çap olunan Nizami Gəncəvinin kitablarının üz qabığında şairin əsərlərindən ibarət miniatürlər və dahi şairin Azərbaycanda, dünyada mövcud heykəllərinin şəkli verilir.

 

 

 

Daşkənddə Azərbaycan Mədəniyyət  Mərkəzində “Azərbaycan, Qarabağ və sülh
üçün oxu” adlı musiqi klipinin təqdimatı keçirilib.

Cari ilin 20 dekabr tarixində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində  “Azərbaycan, Qarabağ və sülh üçün oxu” adlı musiqi klipinin təqdimatında Özbəkistanın ictimaiyyət nümayəndələri, elm, mədəniyyət, ədəbiyyat xadimləri, jurnalistlər, tələbələr, yerli azərbaycanlılar iştirak ediblər.
Musiqi klipi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzin layihəsi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanıb.
Öncə Mədəniyyət Mərkəzinin foyesində iştirakçılara “Qarabağ Azərbaycanın incisi” adlı kitab, foto və rəsm sərgisi təqdim olunub, “Azərbaycan, Qarabağ və sülh üçün oxu” adlı musiqi klipinin diskləri paylanılıb.
Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “Azərbaycan, Qarabağ və sülh üçün oxu” adlı musiqi klipinin əsas məqsədinin Azərbaycan-Özbəkistan dostluğunu, həmrəyliyini təbliğ etməklə yanaşı, ölkəmizin tarixini, mədəniyyətini tanıtmaq, haqq işimizin, Azərbaycan xalqının iztirablarının dünyaya çatdırılması, xalqımızın sülhsevər obrazını möhkəmləndirmək və təbliğ etmək olduğunu söyləyib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində işğal olunan Azərbaycan torpaqlarının geri qaytarılacağına hər bir azərbaycanlının inandığını qeyd etdi.
Layihəyə xüsusi dəstək göstərmiş Özbəkistan Dövlət Konservatoriyasının professoru, dünyada məşhur “SOQDİANA” Ansamblının bədii rəhbəri Firuzə Abduraximova, “Özbəyim yoşları” musiqi qrupunun rəhbəri, tanınmış mədəniyyət xadimi Lütfiyyə Ruzibayeva klipin qardaş Azərbaycanın təbiətinin, gözəlliklərinin nümayiş etdirilməsi, həqiqətlərin ictimaiyyətə çatdırılması istiqamətində unikal bir musiqi layihəsi olduğunu və bu istiqamətdə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndiriblər.
Daha sonra layihənin reallaşmasında dəstək göstərən şəxslərə Mədəniyyət Mərkəzinin xüsusi mükafatları təqdim olunub.
Tədbirdə “Azərbaycan, Qarabağ və sülh üçün oxu” adlı musiqi klipi ictimaiyyətə təqdim edilib.
Qeyd edək ki, musiqi klipində 32 tanınmış və əsasən həvəskar özbək musiqiçiləri, Özbəkistanın dünyada populyar “Surxan”, “Özbək gənclər (yoshlari)” musiqi qrupları, habelə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” milli rəqs ansamblı  çıxış ediblər.
Musiqiçilər mahnıları ifa edilərkən Azərbaycanın Qarabağ bölgəsi, bu bölgənin gözəl və təkrarsız təbiəti, abidələri, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonlarının işğaldan sonrakı vəziyyəti, müharibənin dəhşətli nəticələri nümayiş olunur. 
Çəkilişlər Özbəkistanın Daşkənd, Səmərqənd, Buxara, Xivə, Fərqanə, Margilan, Gülüstan, Kaşqadərya və digər şəhərlərində aparılıb.
Klipin cari ilin dekabr ayında Özbəkistanın Səmərqənd şəhərində, daha sonra isə Bakıda Nizami Kino Mərkəzində təqdimatı olub.
Tədbirdə bir sıra tanınmış Özbək sənətçiləri Azərbaycan və Özbək mahnılarını ifa etdilər, Qarabağa dair musiqilər səsləndirilib.
Özbəkistanda populyar olan Azərbaycan əsərləri “O, olmasın bu olsun”, “Arşın mal alan” əsərindən səhnəciklər nümayiş etdirilib. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” və “Qafqaz qartalları” rəqs ansamblları milli rəqslərimizi ifa ediblər. Korifey sənətkar Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ifa edilib. Çıxışlar maraq və alqışlarla qarşılanıb.

 

 

Özbəkistanda “Azərbaycan musiqisinin inciləri” adlı disk buraxılıb.

(18.12.2017) Azərbaycanın təbliği və ölkəmiz haqqında qarşı tərəfin obyektiv informasiya təminatını həyata keçirmək məqsədi ilə Özbəkistandakı Azərbaycan Səfirliyinin  nəzdindəki  Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə “Azərbaycan musiqisinin inciləri” adlı musiqi diski buraxılıb.
Qeyd edək ki, Özbəkistanda dəfələrlə musiqi həvəskarları Azərbaycan Mədəniyyət Mərkəzinə müraciət edərək Azərbaycan musiqisinə dair mahnıları əldə etmək istədiklərini bildiriblər.
Məhz, Azərbaycan musiqisinə olan böyük marağı nəzərə alaraq, Azərbaycan Mədəniyyət Mərkəzi milli musiqimizin incilərini seçərək onları qardaş ölkədə təbliğ etmək məqsədi ilə disk formasında buraxıb.
“Azərbaycan musiqisinin inciləri” adlı musiqi diskində həm Azərbaycan klassik musiqisinin şedevrləri sayılan Üzeyir Hacıbəylinin “Koroğlu uverturası”, “Aşıq sayağı”, “Arşın mal alan - qızların xoru”, Fikrət Əmirovun “Mən səni araram”, “Kürd ovşarı”, Qara Qarayevin “İldırımlı yollarla”, “Yeddi gözəl” əsərləri, həm də XX əsrin Azərbaycan musiqisinin şah əsərləri hesab olunan Müslüm Maqomayevin “Azərbaycan”, “Sənsiz”, Rəşid Behbudovun “Ay Laçın”, “Nazəndə sevgilim yadıma düşdü”, “Ana”, Şövkət Ələkbərovanın “Azərbaycanım”, “Axşam”, Zeynəb Xanlarovanın “Kimə nə qaldı”, “Cavanlığım”, “Sən mənimsən Qarabağ” və s. hitləri  öz əksini tapıb.
Müasir dövr Azərbaycan  musiqisinin ulduzları, sevilən mahnılarımız da diskdə öz əksini tapıb. Belə ki, Alim Qasımovun “Əziz dostum”, “Xatirələr”, Akif İslamzadənin “Ala gözlüm”, Flora Kərimovanın “Əzizim”, “Darıxıram sənin üçün Şuşam”,  Azərinin “Çırpınırdı Qara dəniz”, Elnarə Abdullayevanın “Azərbaycanım mənim”, Mirələm Mirələmovun “Sənsiz” mahnıları musiqi incilərimiz sırasına daxil edilərək diskdə verilib.
Bildiririk ki, Səfirliyin nəzdindəki Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkənin
Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində, Özbəkistan Dövlət Konservatoriyasında, Səmərqənd Dövlət Universitetində Azərbaycan ocaqları fəaliyyət göstərir. Yaxın vaxtlarda Əlişer Nəvai adına Daşkənd Dövlət  Özbək dili və ədəbiyyatı Universitetində, Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan ocaqları yaradılacaqdır. Sözügedən ocaqlara ölkəmizin təbliği məqsədi ilə Azərbaycana dair çoxsaylı kitablar, foto və rəsmlər, xəritələr, Azərbaycan bədii filmləri, videoçarxlar, sənədli filmlər hədiyyə olunur.
Qeyd edək ki, musiqi diskləri məhdud sayda hazırlanıb, Özbəkistan Dövlət Konservatoriyasına, musiqi, incəsənət məktəblərinə, yaradılan Azərbaycan ocaqlarına, habelə musiqi diskinin təqdimat mərasimizdə milli musiqimizə maraq göstərən  şəxslərə yalnız hədiyyə ediləcəkdir.

 

 

Daşkənddə Ulu öndər Heydər Əliyevin anım mərasimi və ümummilli liderə həsr olunmuş
“Unudulmaz” sənədli filmin təqdimatı keçirilib.

(12.12.2017) Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin Mərkəzin qarşısındakı abidəsi önünə əklil və gül dəstələri qoyublar. Mərasimdə səfirliyin və mərkəzin əməkdaşları, Özbəkistanın elm, ədəbiyyat, mədəniyyət xadimləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.
Tədbir iştirakçıları Mərkəzdəki Heydər Əliyev muzeyini ziyarət edib, foyedə Ulu Öndərin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi iqtisadi uğurlar haqqında kitab və albomlara, Azərbaycanın tarixi, mədəniyyəti barədə nəşrlərə baxıblar.
Mərkəzin direktoru Samir Abbasov tədbiri açaraq Heydər Əliyev şəxsiyyəti, Özbəkistan – Azərbaycan əlaqələrinin inkişafında ulu öndərin xidmətləri barədə danışıb.
Mərasimdə çıxış edən Azərbaycandanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi dövrdən başlamış Moskvadakı fəaliyyəti və ən nəhayət xalqın təkidli tələbi ilə Bakıya qayıtması, müstəqil Azərbaycanın Prezidenti seçilməsi, ölkəmizi sözün əsl mənasında xilas etməsi və s. barədə söhbət açıb. H.Quliyev deyib ki, müasir Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyev ölkəmizi dünyaya tanıtdı, qısa müddət ərzində siyasi və iqtisadi islahatlara başladı, uğurlu nəticələr əldə edildi. Səfir Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında da söhbət açıb.

Daha sonra Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində «Lider» televiziyası tərəfındən ərsəyə gələn “Unudulmaz” filminin təqdimat mərasimi keçirilmişdir.
Ekran əsərinin ssenari və ideya müəllifi Elnur Niftəliyev isə bildirib ki, bu, ulu öndər Heydər Əliyevin həyatının araşdırılmamış anları haqqında sənədli filmdir.
«Lider» televiziyası tərəfındən ərsəyə gələn “Unudulmaz” filmi, milli liderin ABŞ-ın Klivlend klinikasında müalicə aldığı dövrü işıqlandırır.
Müəllif, sənədli fılmdə milli liderlə təmasda olan Klivlend xəstəxanasının həkım kollektivini bir araya gətirib. Burda ulu öndərin müalicəsində xüsusi əməyi olan ABŞ-ın aparıcı həkimlərinin milli liderlə bağlı xatirələri əksini tapıb. Ekran işində eyni zamanda çox qiymətlı və nadir arxiv kadrlardan da istifadə edilib. “Ulu öndərin anım günündə Daşkənddə təqdim olunan “Unudulmaz” sənədli filminin premyerası, Bakıda Nizami Kino Mərkəzində gerçəkləşib.

 

 

Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığa dair
üçtərəfli memorandum imzalanıb.

(08.12.2017) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Əzəli dostluq riştələri: Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələri” mövzusunda elmi konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Daşkənddə son zamanlar özbək dilində nəşr edilmiş kitabların sərgisi ilə tanış olublar.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan ilə Özbəkistan arasında mədəni-ədəbi əlaqələrin tarixindən, ümumi dil, din, mədəniyyətlərin oxşarlığından danışıb.

Bildirilib ki, Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun böyük xidmətləri olub. Tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycanın və Özbəkistanın sıx əlaqələrindən söhbət açılıb, Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Babur, Nəsimi, Əmir Teymur, Qafur Qulam, Səməd Vurğun və başqalarının bu əlaqələrdəki rolu vurğulanıb. Hər iki ölkənin ədəbiyyatı və mədəniyyətinin bir-biri ilə qarşılıqlı vəhdətdə zənginləşdiyi və inkişaf etdiyi diqqətə çatdırılıb.

Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən mədəni-humanitar istiqamətdə əlaqələrin durmadan inkişaf etdiyini bildirib. Özbəkistanda Azərbaycan mədəniyyətinə və ədəbiyyatına böyük maraq olduğu qeyd edilib.

Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında əməkdaşlığa dair üçtərəfli memorandum imzalanıb.

Memorandumda Azərbaycan və Özbəkistanın elm, mədəniyyət müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə araşdırmaların aparılması, layihələrin reallaşdırılması, elm və ədəbiyyat sahəsində mübadilənin həyata keçirilməsi və s. məsələlər nəzərdə tutulur.

 

“Əzəli dostluq riştələri: Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələri”
mövzusunda elmi konfrans keçirilib.

(08.12.2017) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Əzəli dostluq riştələri: Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələri” mövzusunda elmi konfrans keçirilib. Tədbir iştirakçıları Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Daşkənddə son zamanlar özbək dilində nəşr edilmiş kitabların sərgisi ilə tanış olublar.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafından söz açıb, son illərdə iki ölkə arasında mədəni-ədəbi əlaqələrin daha da genişləndirildiyini bildirib. Alim vurğulayıb ki, müasir dövrdə əlaqələrimizin təməli ümummilli lider Heydər Əliyev və Özbəkistanın sabiq Prezidenti İslam Kərimov tərəfindən qoyulub. Bu əlaqələr hazırda Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyayev tərəfindən uğurla davam etdirilir. Azərbaycan və Özbəkistan inamla irəliyə doğru addımlayır.

Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Babur, Nəsimi, Əmir Teymur və digər ədiblərin Özbəkistan-Azərbaycan əlaqələrindəki rolundan bəhs edən AMEA-nın vitse-prezidenti hər iki ölkənin ədəbiyyatı və mədəniyyətinin bir-biri ilə vəhdətdə zənginləşdiyini və inkişaf etdiyini diqqətə çatdırıb.
İ.Həbibbəyli bildirib ki, rəhbərlik etdiyi Ədəbiyyat İnstitutunda Özbəkistan ədəbiyyatının nümayəndələrinin yaradıcılığının təbliği istiqamətində mühüm işlər görülür. Ötən il Ədəbiyyat İnstitutunda Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsi fəaliyyətə başlayıb, aparılan tədqiqatlar nəticəsində bir sıra kitablar nəşr olunub, özbək ədəbiyyatının Azərbaycanda yaşayıb yaratmış tanınmış nümayəndələrinin irsi araşdırılıb.

AMEA-nın Özbəkistan Elmlər Akademiyası ilə əməkdaşlığından danışan İ.Həbibbəyli konfransı dərin tarixə və çoxəsrlik ənənələrə malik olan Azərbaycan-Özbəkistan əlaqələrinin müstəqillik dövrü mərhələsinin əlamətdar hadisəsi adlandırıb. Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev ölkələrimiz arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirib, müsəlman ölkələri arasında elm, mədəniyyət sahələri üzrə əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, ölkələrimiz İslam mədəniyyətinin və dünya mədəni-tarixi irsinin mərkəzi sayılır.

Daha sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək Azərbaycan-Özbəkistan arasında mədəni-ədəbi sahədə əlaqələr, həyata keçirilən tədbirlər, layihələr barədə danışaraq, əlaqələrin yüksək səviyyədə inkişafında dövlət başçılarının xidmətini qeyd etdi. O ikitərəfli dostluq əlaqələrinə dair məruzə ilə çıxış etdi, Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanan "Əzəli dostluq riştələri" adlı sənədli film barədə məlumat verdi.

AMEA-nın Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın “Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son iki ildə Daşkənddə özbək dilində çap olunan kitablar haqqında” mövzusunda məruzələri dinlənilib.
Konfransda “Əzəli dostluq riştələri” sənədli filmi nümayiş olunub. “Əzəli dostluq riştələri” adlanan sənədli ekran əsərində Azərbaycan-Özbək xalqları arasında tarixən yaranmış dostluq, qohumluq, qədim dövrlərdən bu əlaqələrin başlanması, millətlərin eyni kökə, mədəniyyətə, adət və ənənələrə malik olması, Sovet dövründə Azərbaycanda və Özbəkistanda keçirilən "Mədəniyyət günləri, dekadaları", dövlət başçılarının qarşılıqlı səfərləri, dostluq əlaqələrinə dair fikirləri, iki ölkə arasında yüksək mədəni-ədəbi əlaqələr və s. dair maraqlı kadrlar yer alıb.

“Əzəli dostluq riştələri” adlı sənədli ekran əsərinin ssenari və ideya müəllifi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, rejissoru tanınmış kinorejissor Eldar Məmmədovdur. Film ilk dəfə olaraq Səmərqənd şəhərində keçirilən "Azərbaycan Mədəniyyət günləri"ndə təqdimatı olub.

 

 


“Azərbaycan, Qarabağ və sülh üçün oxu” musiqi klipinin təqdimatı olub.

(06.12.2017) Bakıda Nizami Kino Mərkəzində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Özbəkistanda hazırlanmış “Azərbaycan, Qarabağ və sülh üçün oxu” adlı musiqi klipinin təqdimat mərasimi keçirilib. 
Tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, layihədə məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqları işğal edilmiş, milli-mədəni irsi dağıdılmış, talan edilmiş və etnik təmizləmə səbəbindən öz yurd-yuvalarını tərk etmiş soydaşlarımızın iztirablarını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və xalqımızın sülhsevərliyini təbliğ etməkdir.
Vurğulanıb ki, Özbəkistan ictimaiyyətini Azərbaycanla bağlı məlumatlandırmaq, iki ölkə arasında dostluq əlaqələrini, Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri təbliğ etmək məqsədilə bir sıra işlər görülür. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı materialların dünyada ölkəmizin təbliği işində dəyərli vasitə olduğunu deyən natiq dost və qardaş ölkədə keçirilən bütün beynəlxalq tədbirlər, festivallar, sərgi və yarmarkalarda bu əyani vəsaitlərin təbliğat işində rolunu yüksək qiymətləndirib.  Sonra “Azərbaycan, Qarabağ və sülh üçün oxu” musiqi klipi nümayiş olunub. 
Klipdə musiqiçilər “Bayatı-Şiraz” muğamını, “Anadır arzulara Qarabağ”, “Ay Laçın” və “Sizə salam gətirmişəm” və “Qarabağ şikəstəsi”ni ifa ediblər.
Layihədə 32 həvəskar özbək musiqiçi iştirak edib. Klipdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” milli rəqs ansamblı bir sıra rəqslər ifa ediblər. Mahnıları ifa edilərkən Azərbaycanın Qarabağ bölgəsi, bu bölgənin gözəl və təkrarsız təbiəti, abidələri, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonlarının işğaldan sonrakı vəziyyəti, müharibənin dəhşətli nəticələri nümayiş olunur. 
Çəkilişlər Özbəkistanın Daşkənd, Səmərqənd, Buxara, Xivə, Fərqanə, Margilan, Gülüstan, Kaşqadərya və digər şəhərlərində aparılıb.

 

Səmərqənddə Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinə həsr olunmuş
“Əzəli dostluq riştələri adlı sənədli filmin təqdimatı olub.

(25.11.2017) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkənin Səmərqənd şəhərində keçirilən “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinə həsr olunmuş “Əzəli dostluq riştələri adlı sənədli filmin təqdimatı olub.
Təqdimat mərasimində Səmərqənd şəhər hakimiyyətinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin, Səmərqənd Dövlət Universitetinin rəhbərliyi, Azərbaycan Mədəniyyət Mərkəzinin və bu şəhərdəki  Azərbaycan diasporasının nümayəndələri iştirak ediblər.
Giriş sözü ilə çıxış edən Səmərqənd Dövlət Universitetinin prorektoru Muxtar Nəsirov dünyada mədəniyyətləri, adət və ənənələri, soykökləri oxşar olan millətlərin arasında Türk dil qrupuna aid olan Azərbaycan və Özbək xalqlarının da olduğunu, bu dostluq əlaqələrini təbliğ etmək, möhkəmləndirməyin vacibliyini qeyd etdi. O, xaqlarımız arasında bütün bu yaxınlığı, tarixi dostluq əlaqələrini, oxşarlığı, ortaq dəyərlərimiz barədə məlumatları toplayaraq, onların əsasında sənədli filmin ərsəyə gətirilməsinə görə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.
O, Səmərqənd şəhər Hakimiyyətinin və Dövlət Universitetinin birgə qərarı ilə imzalanmış, xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı, bu istiqamətdə çoxsaylı tədbirlərin reallaşmasında xidmətlərinə görə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinova Səmərqənddə hazırlanan qədim kağızın üzərində həkk olunmuş ali diplom təqdim edib və digər təşkilatçıları da mükafatlarıb. 
Çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki xalq arasında mədəni-ədəbi əlaqələrdən danışaraq, rəhbərlik etdiyi Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan “Əzəli dostluq riştələri” adlı sənədli ekran əsərində Avesta, xalq yaradıcılığımizin mərdlik və qəhrəmanlıq rəmzi olan Kitabı Dədə Qorqud, özbəklərin min illərdən bəri cəsarət və vətənpərvərlik simvolu olan Alpamış, Babək, Koroğlu, Cəlaləddin Manguberdi kimi türk xalqlarının qəhrəmanlıq obrazlarının yaradıldığını vurğulayaraq,  onlar arasında oxşarlıq, Əmir Teymur, Babur, Şah İsmayıl Xətai kimi xalq qəhrəmanlarının səhnələrinə filmdə geniş yer verildiyini qeyd edib.
Sənədli filmin rejissoru Eldar Məmmədov ilk dəfə olaraq filmdə ötən əsrin 70-ci illərində Azərbaycanda Özbək, Özbəkistanda Azərbaycan mədəniyyət dekadaları, günləri, habelə Ulu Öndər Heydər Əliyevin mədəniyyət günlərinin açılışında iştirakına dair nadir kadrların öz əksini tapdığını qeyd etdi.
Qeyd edək ki, sənədli əsərdə Özbəkistanda yaşayıb yaratmış tanınmış azərbaycanlılar, onların qardaş ölkənin mədəniyyətinə, ədəbiyyatına verdiyi töhvələr, soydaşlarımızın irsinin təbliği, əbədiləşdirilməsi istiqamətində həyata keçirilən layihələr geniş işıqlandırılıb.
Daha sonra “Əzəli dostluq riştələri adlı sənədli film nümayiş etdirilib. Filmdə tariximizin, mədəniyyətimizin ən parlaq səhifələri, dostluq əlaqələrinin yaranması, qədim, orta əsrlər və hər iki dövlətin müstəqillik əldə etdikdən sonra qazanılan uğurlar, müstəqillik dövründə bu dostluğumuzun dərinləşdirilməsi, strateji partnyorluq səviyyəsinə çatdırılmasında ulu öndər Heydər Əliyevin, Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük xidmətləri, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin Özbəkistana səfərləri, Daşkənddə Heydər Əliyev küçəsində ulu öndərin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzinin rəsmi açılışı,  Daşkənddə dahi Nizami Gəncəvinin, Bakıda isə böyük özbək şairi Əlişir Nəvainin heykəllərinin açılışı, Özbəkistanda Azərbaycan mədəniyyətinə dair keçirilən tədbirlər, Səmərqənddə  keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Azərbaycan musiqiçilərinin iştirakı və başqa məlumatlar yer alıb.

 

 

Özbəkistanın Səmərqənd şəhərində “Azərbycan mədəniyyəti həftəsi”nin açılışı olub.  

(24.11.2017) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın qədim tarixə malik, turizm mərkəzi olan Səmərqənddə “Azərbaycan mədəniyyəti həftəsi” keçirilr.
Qeyd edək ki, “Azərbaycan mədəniyyəti həftəsi”ində Səmərqənd Vilayət Hakimiyyətinin nümayəndələri, Səmərqənd Dövlət Universitetinin müəllim və tələbələri, Vilayətdəki Azərbaycan Diaspora təşkilatının iştirakı ilə  şəhərin müxtəlif məkanlarında xüsusi ilə böyük ausitoriyaya malik Dövlət Universitetində bu istiqamətdə çoxsaylı tədbirlər həyata keçirilir.
Şəhərdə təşkil olunan “Azərbycan mədəniyyəti həftəsi”nin açılışında çıxış edən Səmərqənd Dövlət Universitetinin prorektoru Muxtar Nəsirov Şərqin zəngin mədəniyyətinə, ənənələrinə malik Azərbaycanın Özbəkistanla yaxınlığı, dil, din, adət və ənənə, eyni soykökü daşıyan xalqlar arasındakı münasibətlər barədə danışıb. O, Azərbaycanla əlaqələrə xüsusi önəm verdiklərini və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi “Azərbaycan mədəniyyəti həftəsi”nə Şərq mədəniyyətinin dürdanəsi olan Səmərqənddə marağın böyük olduğunu qeyd etdi.
Tədbirdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov hər il paytaxt Daşkəndlə yanaşı Özbəkistanın regionlarında da Azərbaycan mədəniyyətinə dair çoxsaylı tədbirlərin keçirildiyini qeyd edərək təşkil olunan “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində “Azərbaycan Qafqazın mirvarisi” adlı fotosərgi, Səmərqənd Dövlət Universitetində iki xalq arasında mədəni-ədəbi əlaqələrə dair konfrans, kitab sərgisi, Azərbaycanın Qarabağ geyimlərinin moda sərgisi, habelə  Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 2017-ci ildə hazırlanmş və iki xalq arasında dostluğu özündə əks etdirən “Əzəli dostluq riştələri” adlı sənədli filmin təqdimatının nəzərdə tutulduğunu qeyd etdi.
Çıxış edən digər natiqlər Səmərqənddə Teymurilər dövründə tikilmiş abidələrdə Azərbaycan memarlarının da böyük xidmətlərinin olduğunu, Tarixi İpək yolunun üzərində yerləşən Özbək və Azərbaycan xalqlarının yaxınlığı, ötən əsrin əvəllərində Orta Asiya, Özbək xalqlarının maariflənməsində azərbaycanlı ziyalıların rolundan danışıblar.  
Daha sonra Səmərqənd Dövlət Universitetində Özbəkistanda tanınmış azərbaycanlı maarifçi, pedaqoq, naşir Seyid Rza Əlizadənin adını daşıyan Azərbaycan-Özbəkistan Dostluq Mərkəzinin açılışı olub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə təşkil olunan Mərkəzdə fəaliyyət göstərəcək kiçik kitabxanada ölkəmizin tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı, Ulu öndər Heydər Əliyevin irsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitablar, xəritələr, video materiallar, habelə Azərbaycanın çoxsaylı bədii filmləri Universitet tələbələrin istifadəsinə verilib.  
Fəxri qonaqlara məlumat verilib ki, yaradılan Mərkəzdə Azərbaycanın tanınmış şair və yazıçılarının, dünya şöhrətli musiqiçilərinin portretləri, habelə Özbəkistanda yaşayıb yaratmış tanınmış azərbaycanlılar, onların irsləri haqqında ayrıca guşə təşkil edilib. Azərbaycan mədəniyyətinə, ədəbiyyatında dair yaradılan xüsusi bölmədə isə milli mədəniyyətimizə dair suvenirlər, tarixi abidələrin maketləri, xalçalarımız, milli musiqi alətlərimiz nümayiş etdirilir.
Mərkəzin açılışında iştirak edən Seyid Rza Əlizadənin nəvəsi, tanınmış alim Fərhad Əlizadə hər iki dövlətin bayraqları ilə, mədəniyyətimiz, ədəbiyyatımza dair zəngin məlumatları özündə əks etdirən Mərkəzin onun babasının adını daşımasından qürur hissi duyur. O, xarici ölkələrdə yaşayan tanınmış soydaşlarımızın irsinin öyrənilməsi və təbliğinə görə Azərbaycan dövlətinə, onun Prezidenti cənab
İlham Əliyevə şəxsən öz səmimi təşəkkürünü bildirib. Bu hadisənin digər soydaşlarımız üçün də bir stimul olacağını qeyd edən alim  Azərbycan Mədəniyyət Mərkəzinin fəalliyyətinə uğurlar diləyib.
Qeyd edək ki, Mərkəzdə kitabxana, sənədli və bədii filmlərin nümayiş olunacaq, görüşlər, ədəbiyyat gecələri, hər iki ölkənin elm, mədəniyyət, təhsil sahəsinə dair  tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Bununla əlaqədar Azərbycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılan Mərkəzə ölkəmizə dair çoxsaylı kitablar, sənədli və bədii filmlər, əyani vasitələr hədiyyə edilib.
Tədbirin sonunda Azərbaycan və Özbək musiqiləri ifa olunub, proqram şənliklə davam edib.

 

 

Daşkənddə Azərbaycan dili və ədəbiyyatı kafedrası, Azərbaycanca-Özbəkcə,
Özbəkcə-Azərbaycanca danışıq lüğəti  yaradılacaqdır.



(16.11.2017) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Daşkənddəki Əlişer Nəvai adına Özbək dili və ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracədddinov arasında görüş keçirilmişdir.
Görüş zamanı xalqlarımız, iki dövlət arasında ədəbi-mədəni əlaqələr, hal hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər, layihələr müzakirə edilib.
Samir Abbasov Azərbaycan – Özbəkistan arasında hər bir sahədə olduğu kimi mədəni-ədəbi sahədə də yüksək əməkdaşlığın olduğunu, dövlət rəhbərlərinin səyləri nəticəsində bugün bu əlaqələrin strateji partnyorluq səviyyəsinə çatdığını qeyd edib. O, iki ölkə arasında tarixi dostluq, mədəni, ədəbi əlaqələr barədə danışaraq, son zamanlar ölkəmizdə aparılan islahatlar, habelə Ermənistanın Azərbaycana qarşı təcavüzu, işğal nəticəsində mədəniyyətimizə, ədəbiyyatımıza dəyən ziyan barədə məlumat verib.
S.Abbasov Azərbaycan və Özbəkistan universitetləri, elm, təhsil müəssisələri arasında əməkdaşlığın dərinləşdirilməsi, habelə rəhbərlik etdiyi Özbəkistandakı
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistanın nüfuzlu Əlişer Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universiteti arasında əməkdaşlıq Memorandumunun imzalanmasını təklif edib.
Rektor Ş. Siracədddinov Azərbaycan mədəniyyətinə, ədəbiyyatına Özbəkistanda böyük maraq olduğunu qeyd edərək, Tarixi İpək yolunun üzərində yerləşən hər iki xalqın bir-birinə çox yaxın olduğunu, eyni mədəniyyətə, adət və ənənələrə malik olduğunu qeyd edib.
O, ik itərəf arasında mədəni-ədəbi əlaqələr sahəsində Özbəkistandakı
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin gördüyü işlər, layihələri qeyd edərək, Özbəkistanın ali məktəblərində Azərbaycan otaqlarının yaradılması, Azərbaycan mədəniyyəti, ədəbiyyatı, tarixinə dair Özbəkistanda Özbək dilində nəşrlərin işıq üzü görməsi, bədii filmlərin özbək dilinə dubliuaj olunması, bu sahədə çoxsaylı tədbirlərin, konfransların, görüşlərin keçirilməsini yüksək qiymətləndirdi. 
Görüş zamanı rektor Ş.Siracəddinov Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə imzalanacaq Memoranduma bir sıra tədbirlərin daxil edilməsini təklif edib. Azərbaycanın ali təhsil ocaqları, elmi araşdırma institutları ilə əlaqələrin yaradılması, onlarla birgə əməkdaşlığa dair memorandumların imzalanması istiqamətində işlərin aparılması, müvafiq razılıq əsasında Azərbaycanda mövcud olan  Əlişir Nəvai və b. Özbək sənətkarlarının əlyazmalarının surətlərinin Özbəkistana gətirilməsi, iki ölkə universitetləri, elmi müəssisələri arasında tələbə, doktorant mübadiləsi, ədəbiyyatımıza dair birgə nəşr layihələrinin reallaşdırılması və s.
Samir Abbasov çıxış edərək səsləndirilən təkliflərin maraqlı və hər iki tərəf üçün faydalı olduğunu qeyd edərək,  Daşkənddə Əlişer Nəvai adına Dövlət Universitetində Nizami Gəncəvi adına Azərbaycan-Özbəkistan Dostluq Mərkəzinin təşkili, yaradılacaq Mərkəzin bazasında Azərbaycan dili kafedrasının yaradılması, birgə Azərbaycanca-Özbəkcə, Özbəkcə Azərbaycanca sözlüyün-lüğətin yaradılması və s. təkliflər irəli sürdü.
Görüş zamanı irəli sürülər təkliflər, onların konkret icrası müzakirə edildi və təkliflərin Memoranduma daxil edilməsi razılaşdırıldı.
Yaxın günlərdə tərəflər rasında Memorandumun imzalanması planlaşdırılır.  
Sonda Samir Abbasov Daşkənddəki Əlişer Nəvai adına Özbək dili və ədəbiyyatı Universitetinin kitabxanası üçün Özbəkistanda son zamanar Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbək dilində çap olunmuş kitabları rektor Ş.Siracəddinova hədiyyə etdi.

 

 

Özbəkistan Milli Kitabxanasında  Azərbaycanın dahi  şairi Nizami Gəncəvinin Özbək dilinə tərcümə olunmuş “Xəmsə” əsərinin təqdimatı keçirilib.

(03.11.2017) Ə.Nəvai adına Özbəkistan Milli Kitabxanasında Özbəkıstanlı şair- tərcüməçi Olimcan Buriyevin Özbək dilinə tərcümə olunmuş “Xəmsə” əsərinin təqdimat mərasimi keçirilib. Kitab Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Özbəkistandakı Heydər Əyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddəki "İstiqlol nuri" nəşriyyatında çap edilmişdir. Kitabın redaktoru və ön sözün müəllifi akademik Aziz Kayumovdur.
Təqdimat mərasimi Daşkənddəki Heydər Əyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistan Milli Kitabxanasında keçirilən “Kitabxana-informasiya həftəsi” çərçivəsində təşkil edilib. Tədbirdə tanınmış Nizamişünas alimlər, elm-ədəbiyyat xadimləri, tələbələr, jurnalistlər iştirak ediblər.
Giriş sözü ilə çıxış edən Özbəkistan Milli Kitabxanasının direktoru Əlişer Abduəzizov Azərbaycan torpağının yetişdirdiyi və bəşər mədəniyyətinə, ədəbiyyatını öz əsərləri ilə zinətləndirən, Şərqin ən böyük mütəfəkkiri Nizami Gəncəvinin irsinin dünya miqyasında tanıdılması və təbliğinin vacib olduğunu qeyd edib. O, Özbəkistan tarixində ilk dəfə olaraq Nizami Gəncəvinin əsərlərinin bötüövlükdə Özbək dilinə tərcümə olunduğunu və bu istiqamətdə Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib. Natiq, Nizami Gəncəvi xatirəsinin Özbəkistanda da əbədiləşdirildiyini, Daşkənd Dövlət Pedaqoji Universitetinin dahi şairin adını daşıdığını və 2004-cü ildə Daşkənddə Nizami Gəncəvinin büstünün açılışı olduğunu qeyd etdi.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nizami Gəncəvinin yaradıcılığı haqqında danışaraq onun təkrarsız incilər yaratdığını və şairin yaradıcılığına Özbəkistanda da böyük maraq olduğunu vurğuladı. Diplomat Nizaminin yaratdığı beş əsərin “Xəmsə”nin dünya ədəbiyyatının inciləri sırasına daxil olduğunu qeyd edərək Nizami irsinin təbliği məqsədi ilə rəhbərlik etdiyi Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən işlərdən danışdı.
Samir Abbasov dahi şairin yubiley tarixlərinin Azərbaycanda geniş qeyd olunduğunu vurğuladı. O, çıxışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Nizami Gəncəvi haqqında söylədiyi fikirlərdən sitat gətirərək dedi: “Nizami elə böyük bir şəxsiyyət, elə böyük dahidir ki, onun doğum gününü on ildən, beş ildən bir deyil, hər il qeyd etmək zəruridir”.
Çıxış edən digər alimlər şair Abduləziz Mansur, Daşkənd İqtisadiyyat və Diplomatiya Universitetinin professoru Raxmon Fərman, Özbəkistanın Turan Akademiyasının həqiqi üzvü, yazıçı Maxkam Maxmudov, tarixçi Nemat Xasan, şair Nurulla Sultan Türk dünyası məmləkətlərindən biri olan Azərbaycanın zəngin ədəbiyyatının digər xalqların ədəbiyyatının formalaşmasına öz təsirini göstərdiyini, Özbək ədəbiyyatının tanınmış nümayəndəsi Əlişer Nəvaiyə Nizami Gəncəvi yaradıcılığının təsir etdiyini və onun türk dilində “Xəmsə” yaratdığını qeyd etdilər. Onlar Nəvainin Nizamiyə öz ustadı kimi baxdığını və bunun iki xalq arasında dostluq əlaqələrinin yaranması tarixi kimi dəyərləndirdilər.
Təqdimat mərasimində çıxış edən şair- tərcüməçi Olimcan Buriyev kitabın çapına göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan dövlətinə öz minnətdarlığını  bildirdi və söz, sənət beşiyi olan qədim Arran eli - Azərbaycanın nəhəng ustadlar yetişdirdiyini, onlardan öz yaradıcılığı ilə ən parlaq səhifə yaradan Nizami Gəncəvinin yaradıcılığı haqqında danışdı.
Daha sonra gənclər arasında Nizami yaradıcılığına dair viktorina keçirildi, qaliblərə Xəmsə kitabı hədiyyə edildi. Sonda Nizami yaradıcılığına dair sənədli film nümayiş etdirildi.

                                                            

 

Daşkənddə Eluca Atalının “Özünü gətir” və “Tiqranizm Xocalıda”
kitablarının təqdimatı olub.

(31.10.2017) İsveçdə yaşayan azərbaycanlı yazıçı Eluca Atalı Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində özbək dilində çap edilən “Özünü gətir” və Bakıda Azərbaycan dilində işıq üzü görən “Tiqranizm Xocalıda” kitablarının təqdimatı olub.
Tədbirdə şair, yazıçı və alimlər, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak edib.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Eluca Atalının yaradıcılığı haqqında danışaraq yazıçının indiyədək Azərbaycan, Türkiyə, İsveç, Özbəkistan və digər ölkələrdə hekayə, roman, esse, şeir, dram əsərləri və digər janrlarda 18 kitabının çap olunduğunu qeyd etdi. O, xüsusi ilə Xocalı soyqırımına həsr olunmuş “Tiqranizm Xocalıda”  pyesi haqqında danışaraq kitabda Roma imperiyası dövrü ilə XX əsrin axırlarında baş verən hadisələr, erməni hiyləgərliyi və vəhşilikləri öz əksini tapdığını vurğuladı. Diplomat Xocalı soyqırımı və 20 yanvar faciəsi həqiqətlərini  bəddiləşdirib oxuculara çatdırılmasında müəllifin xidmətlərini xüsusi qeyd etdi.
Təqdimat mərasimində müəllifin həyat və yaradıcılıq fəaliyyətinə dair videomaterial nümayiş etdirildi.
Daha sonra təqdimat mərasimində Daşkənddəki Özbək dili və ədəbiyyatı Universitetinin doktoru İslam Yaqubov, professor Səadət Muxammedova, dosent Gülbaha Aşurova çıxış edərək təqdimatı edilən kitabların mövzuları, habelə insanlığın faciəsi olan Xocalı soyqırımının dəhşətləri haqqında danışdılar. Onlar bu hadisələrin Eluca Atalının kitabında bədii şəkildə öz əksini tapdığını və vurğuladılar ki, kitabın oxucuya verdiyi mesaj ermənilərin etdikləri vəhşiliklərin bəşəri faciə olduğunu çatdırmaq və buna susmağın ləyaqətsizlik olduğunu bildirməkdir. 
Kitabın tərcüməçisi Şermurad Subxon Eluca Atalı ilə əməkdaşlığından söhbət açaraq bundan sonra da bu istiqamətdə əlaqələrin davam edəcəyini bildirib.
Eluca Atalı “Daşkənddə çap edilən “Özünü gətir” və Bakıda dərc olunan “Tiqranizm Xocalıda” kitablarının təqdimatında çıxış edib.
Müəllif əsas məqsədinin erməni xislətinin dünyaya çatdırılması və tarix boyu ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımların bədiiləşdirərək oxucu kütləsinə təqdim etmək olduğunu söylədi. O, kitabda ermənilərin Xocalıda həyata keçirdikləri vəhşiliklərin, qeyri insani cinayətlərin öz əksini tapdığını dedi və Azərbaycan həqiqətlərinin yayılması istiqamətindəki fəaliyyətindən danışdı.
Qeyd edək ki, Eluca Atalının bugünə qədər 18 kitabı çapdan çıxıb. Dörd kitabı, "Azadlık hekayeleri", "Atlara kurşun sıkmayın", "Kerkükler yalniz burakılmış türklər", "Tiqranizm Hocalıda" türk dilinə, "Özünü gətir" adlı kitabı isə özbək dilinə tərcümə olunub.
Özbəkistanda və Orta Asiyada müəllifin yazıları geniş  yayımlanır.

 

 

Daşkənddə “Odlar yurdunun naxışları” Azərbaycan xalçalalarının daimi
sərgi zalının açılışı olub.

(19.10.2017) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Odlar yurdunun naxışları” Azərbaycan xalçalaları sərgi zalının açılışı olub.
Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda keçirilən bütün tədbirlərdə xalq sənətlərinin ən geniş yayılmış növü, Azərbaycan xalqının rəmzinə çevrilmiş xalça sənətini təbliğ edir, Özbəkistanın aparıcı kitabxanalarına “Azərbaycan xalçaları” “İrəvan xalaçaları” kitabları bağışlanır, Özbəkistanın aparıcı xəbər saytlarında çoxsaylı məqalələr dərc olunur.
Tədbir çərçivəsində öncə Mədəniyyət Mərkəzinin foyesində Azərbaycan xalçları, milli geyimlər, kəlağayılar və musiqi alətlərini özündə əks etdirən xüsusi kompozisiya ilə tanışlıq oldu.
Daha sonra isə Azərbaycan xalçaları mövzusunda bir sıra məruzələr təqdim olundu.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalaçaları haqqında məruzə edərək, xalq sənətlərinin ən geniş yayılmış növü olan xalça sənətinin Azərbaycan xalqının bədii təfəkkürünü, istedadını nümayiş edirdiyini və qədim Azərbaycan xalçaları barədə bir sıra mənbələrdə antik yunan tarixçilərin yazdıqlarını qeyd etdi. O, Azərbaycan dövlətinin milli mədəniyyətimizin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi işlər barədə məlumat verdi. Azərbaycan ərazisinin yüzdə 20 faizinin Ermənistan Silahlı qüvvələri tərəfindən işğal olunduğunu, zəbt olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qaldığını, 22 muzeyin, 4 rəsm qalereyasının tamamilə işğalçılar tərəfindən məhv edildiyini bildirən diplomat, maddi-mədəni irsimizin, İslam irsinə aid abidələrin qarət edildiyini, Azərbaycanın qədim xalça məmulatlarının talançıların əlinə keçdiyini qeyd edib. Samir Abbasov Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr və 2010-cu ildə Azərbaycanın ənənəvi xalça sənətinin YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edildiyini vurğulayıb.
Digər çıxış edənlər Özbəkistanın Dövlət Tarix Muzeyinin direktoru professor Cənnət İsmayılova, Milli Elmlər Akademiyanın Əsaslı Kitabxanasının direktoru Zuxra Berdiyeva Azərbaycan xalqının istedadını, onun qədim tarixini, zəngin mədəniyyətini nümayiş etdirən və ən çətin əl işlərindən biri hesab olunan xalçaçılığın Azərbaycan xalqının vizit kartına çevrildiyini qeyd etdilər. Özbəkistanda da xalça sənətimizin alternativi olan ipək parçalar üzərində syuzannalar ilə oxşar və fərqli cəhətləri barədə məruzələr etdilər. Dünyada ilk dəfə olaraq Azərbaycanda yaradılan unikal xalça muzeyi haqqında fikirlərini bölüşdülər.
Özbəkistanda Azərbaycan xalçalarının tanıdılması və satışı ilə məşğul olan mütəxəssis-sahibkar Şəmsəddin Museyibzadə Azərbaycan xalçalarının rəngarəngliyi, özünəməxsusluğu, onu dünyaya sevdirən xüsusiyyələri barədə məruzə etdi. O, təmsil etdiyi təşkilat adından Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin yeni yaradılan “Azərbaycan xalçaları” daimi sərgi zalına Qarabağ xalçasını hədiyyə etdi.
Tədbirdə Azərbaycanın əsrarəngiz xalça sənəti, onun qədim tarixi, ölkəmizin regionlarına xas xalçalar, onlarda əks olunmuş naxışlar və s. barədə ətraflı prezentasiya və videomaterial iştirakçılara təqdim olundu.
Daha sonra “Odlar yurdunun naxışları” Azərbaycan xalçalalarının daimi
sərgi zalının açılışı olub. Açılış lenti kəsildikdən sonra ölkəmizin 7 əsas xalçaçılıq məktəbini özündə əks etdirən, müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar nümayiş etdirildi.
Qeyd edək sərgi zalında nümayiş etdirilən Azərbaycan xalqının yaratdığı  Şirvan, Qarabağ, İrəvan, Dərbənt, Quba, Naxçıvan, Qazax-Borçalı və digər ərazilərdə əllə toxunulmuş xalçalar sərgiləndi.
Zaldakı sərgi stendində ümumilikdə Azərbaycan xalçaçılıq məktəbinə aid 20-ə yaxın qədim və unikal xalçalar nümayiş etdirilir və Azərbaycan xalça sənətini özündə əks etdirən kitab sərgisi, xalçaların əl ilə toxunulmasında istifadə olunan dəzgah sərgilənir.
Mədəniyyət Mərkəzində “Odlar yurdunun naxışları” Azərbaycan xalçalalarının daimi sərgisi qardaş ölkədə böyük marağa səbəb olub və yerli mətbuat açılışı geniş işıqlandırıb.
Tədbirin sonunda Özbəkistanın “Surxan” musiqi qrupu Azərbaycan və Özbək mahnılarını ifa edib, Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizi ifa ediblər.

 

 

Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət göstərən dərnək və kursların
təqdimatı keçirilib.

(14.10.2017) Artıq 4 ilə yaxındır ki, Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində kurs və dərnəklər fəaliyyət göstərir.
Mədəniyyətin müxtəlif sahələrinə aid bu kurs və dərnəklərdə Azərbaycan mədəniyyətini, incəsənətini, musiqi və rəqs sənətini təbliğ etməklə yanaşı, habelə Azərbaycan dilinin tədrisi geniş şəkildə həyata keçirilir.
Təqdimat mərasimində Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin rəhbərləri, tanınmış təhsil, mədəniyyət xadimləri, fəxri qonaqlar, Daşkənddə fəaliyyət göstərən internat və orta məktəblərin müəllim və şagirdləri, jurnalistlər iştirak ediblər.
Mədəniyyət Mərkəzində fəaliyyət göstərən rəsm və əl işləri dərnəyinin fəal şagirdlərinin əl işlərindən ibarət sərgi, habelə Mərkəzin foyesində dərnəklərin hazırladığı master klaslar iştirakçılara təqdim edildi.
Açılışda çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ötən illərdə Mərkəzdə yaradılan rəqs, rəsm, əl işləri, fortepiano, Azərbaycan dili və kompyuter kursları haqqında məlumat verərək, əsas məqsədlərinin Azərbaycanın zəngin mədəniyyətini, dilini təbliğ etmək, iki ölkə arasında dostluq əlaqələrini möhkəmləndirmək, habelə yeni-yeni istedadları üzə çıxararaq onların fəaliyyətinə stimul vermək olduğunu bildirmişdir.
O, Azərbaycanda və Özbəkistanda uşaq və yeniyetmələrə qayğı, ölkəmizdə Heydər Əliyev Fondunun dəstəyi ilə yeni – yeni uşaq – internat evlərinin, sağlamlıq və reabilitasiya mərkəzlərinin inşası barədə danışaraq, gələcəyimiz olan uşaqlara qayğı, onların bilikli, bacarıqlı və öz tarixlərinə, mədəniyyətlərinə dərindən yiyələnməsinin vacib olduğunu vurğuladı.
Daşkənd şəhər İnternat məktəbləri üzrə koordinasiya Şurasının sədri  Oybek Babacanov  Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirərək, burada uşaq və yeniyetmələrin öz fəaliyyətlərini inkişaf etdirmək üçün bütün şəraitin olduğunu qeyd etdi.
Daha sonra Mədəniyyət Mərkəzinin Azərbaycan dili kursunun təqdimatı başlandı, kurslarda iştirak edən uşaq və yeniyetmələr Azərbaycan dilində ölkəmizə aid şeirlər söylədilər.
Mərkəzin nəzdindəki kompyuter kurslarının fəal şagirdlərinin Azərbaycanın tarixi, mədəniyyəti, turizm resurslarına, habelə Qarabağın şəhərləri, abidələrinə dair xüsusi proqramla hazırladıqları slayd şou nümayiş etdirilib. Mərkəzdəki kompyuter kurslarında artıq dizayn və qrafika proqramları tədris olunur.
Qeyd edək ki, Mədəniyyət Mərkəzi kurslarda istifadə olunan tədris vəsaitləri və əyani vasitlərlə  uşaq və yeniyetmələri təmin edir.
Artıq 5 ilə yaxındır ki, Mədəniyyət Mərkəzində rəqs dərnəyi fəaliyyət göstərir ki, dərnəkdə yüzlərlə azərbaycanlı, özbək və digər millətlərin uşaq və yeniyetmələri, Azərbaycan rəqs sənətinin sirlərini öyrənir. Artıq dərnəyin nəzdində “Azərbaycan qızları” və kişik yaşlı uşaqlardan ibarət “balaca fidanlar rəqs ansamblları fəaliyyət göstərir və onlar Özbəkistanda keçirilən beynəlxalq tədbirlərdə iştirak edirlər. Ansamblın bədii rəhbəri Azərbaycan və Özbəkistanın əməkdar artisti Kaykep Əliyevadır.
Qısa müddətdir ki, fəaliyyətə başlayan fortepiano dərnəyinin uşaqlarının çıxışı maraqla qarşılandı, bir sıra Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olundu. 
Sonda kurs və dərnəklərdə xüsusi fəallıq göstərən müdavimlərə Mədəniyyət Mərkəzinin xüsusi sertifikatları verildi və yeni tədris ilində kurslara və dərnəklərə qəbulla bağlı prioritetlər elan olundu.            
Təqdimat mərasiminin sonunda IDEA İctimai Birliyinin “Azərbaycanın 9 möcüzəsi” adlı layihəsi çərçivəsində çəkilmiş “Göygöl Milli Parkı” sənədli film iştirakçılara təqdim olunub. Azərbaycanın əsrarəngiz təbiət gözəlliyi, Göygöl Milli Parkı, Azərbaycan təbiətinin incisi olan Göygölün yaranması, buranın zəngin flora və faunası maraqla iştirakçıların böyük marağına səbəb olub. Layihənin təşəbbüskarı və rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva, filmin rejissoru İqor Bışnyovdur.
Tədbir çərçivəsində Daşkənddə fəaliyyət göstərən internat məktəblərin şagirdləri üçün Azərbaycan milli mətbəxinə dair yeməklərə qonaq ediliblər.

 

Daşkənddə “SOQDİANA” Xalq Çalğı Alətləri Ansamblının yeni konsert sezonunun açılışında Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub.


(09.10.2017) Özbəkistanın “SOQDIANA” Xalq Çalğı Alətləri Ansamblı 1991-ci ildə Murtuza Əşrəfi adına Dövlət Konservatoriyasının nəzdində yaradılıb və Orkestrin bədii rəhbəri Özbəkistanın əməkdar artisti, professor Fizruzə Abduraximovadır.
Orkestr Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edir və daim repertuarında Azərbaycan bəstəkarlarının əsərlərinə geniş yer verir.
Yalnız Özbəkistanda deyil, dünyada da məşhur olan “SOQDIANA” Xalq Çalğı Alətləri Ansamblı Rusiya, ABŞ, Misir, Almaniya, Koreya, Çin, Qazaxıstan, Fransa və b. ölkələrdə keçirilən festivallarda yüksək mükafatlara layiq görülmüş və Özbəkistanı layiqincə təmsil ediblər. 20-ə yaxın Özbək milli musiqi alətlərində - rübab, dütar, nay, surnay, koşnay, çanq, ud və b. milli və xarici bəstəkarların əsərlərini uğurla ifa edən kollektivin Özbəkistan Dövlət Konservatoriyasının Böyük zalında keçirilən qala konsertinə maraq böyük olub.
Konsert sezonunun açılışında çıxış edən tanınmış mədəniyyət işçisi Svetlana İnamova “SOQDIANA” Xalq Çalğı Alətləri ansamblı haqqında danışaraq Özbəkistanın dünyaya tanıdılmasında Ansamblın xidmətlərini yüksək qiymətləndirmiş və Orkestrin bədii rəhbəri, Özbəkistanın əməkdar artisti, professor Fizruzə Abduraximovaya Nazirliyin Fəxri Fərmanını təqdim edib.
Daha sonra qala konsertdə Özbək musiqisinin inciləri hesab olunan “Nərgiz”, “Əbədi melodiya”, “Dostluq nəğmələri”, «Xilaskar haqqında dua” əsərləri ifa olunub.
Konsert proqramında “SOQDIANA” Xalq Çalğı Alətlərinin Ansamblının ən çox müraciət etdiyi Azərbaycan bəstəkarlarının əsərlərinə yer verildi.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək “SOQDIANA” Ansamblının dahi Azərbaycan bəstəkarlarının əsərlərini tez-tez ifa etdiklərini, Mədəniyyət Mərkəzi tərəfindən Daşkənddə təşkil olunan Xocalı soyqırımı, 20 yanvar faciəsi qurbanları xatirəsinə həsr olunmuş konsert-rekviemlərlə çıxış etdiklərini qeyd edib. Diplomat Azərbaycanın zəngin musiqi ənənələri haqqında danışaraq, Şərqdə ilk operanın əsasının məhz Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən qoyulduğunu, Azərbaycan musiqisinin Özbəkistanda daim maraqla qarşılandığını qeyd edib.
Daha sonra “SOQDIANA” Xalq Çalğı Alətləri Ansamblı Üzeyir Hacıbəyovun “Arşın mal-alan əsərindən ifa edib, tanınmış Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Qarabağ Azərbaycanın mirvarisi” əsərini səsləndirib. Qeyd edək ki, əsər ifa olunarkən böyük monitorlarda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış Qarabağın füsunkar təbiəti, Azərbaycan torpaqlarının işğalı, Azərbaycanın işğal olunmuş torpaqlarında dağıdılmış abidələrə dair video çarx nümayiş etdirilib. Əsərlər iştirakçıların böyük marağına və alqışlarına səbəb olub. Tədbirdə Avropa musiqisinə də yer verilib. Almaniyanın Özbəkistandakı Səfiri Gyunter Overfeld Özbəkistan-Almaniya arasında mədəni əməkdaşlıqdan danışaraq, “SOQDIANA” Xalq Çalğı Alətlərinin Ansamblının Almaniyada çıxışlarını yüksək qiymətləndirib. Konsert proqramında Qans Qunter Vaqenarın “Yuxu və yay gecəsi”, İsveçrə xalq mahnısı “Mənim atam”, Popuri: İrland və Şotland melodiyaları” və s. əsərlər ifa edilib. Konsert proqramının sonunda çıxış edən Orkestrin bədii rəhbəri, Özbəkistanın əməkdar artisti, professor Fizruzə Abduraximova konsertin təşkilində dəstəyə görə Özbəkistan Mədəniyyət Nazirliyinə və Dövlət Konservatoriyasına öz təşəkkürünü bildirib. O, 2015-ci ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyli adına Azərbaycan-Özbəkistan Musiqi Mədəniyyəti zalının açılışı olduğunu və hazırda “SOQDIANA” Ansamblının məhz bu zalda fəaliyyət göstərdiyini qeyd edərək Azərbaycan tərəfinə öz minnətdarlığını qeyd edib.  Fizruzə Abduraximova əsas məqsədlərinin Özbək milli musiqisinin dünyaya tanıdılması olmaqla yanaşı, dünyanın müxtəlif xalqlarına məxsus əsərlərini Özbək milli musiqi alətlərində ifa etməklə onları Özbəkistan auditoriyasına sevdirmək olduğunu söyləyib.

 

 

Daşkənddə "Turizm biznesinin inkişafı və xarici təcrübənin Özbəkistanda tətbiqi məsələləri” adlı Beynəlxalq elmi  konfransda Azərbaycan təmsil olunub.

Cari il 6 oktyabr tarixində Daşkənd Dövlət İqtisadiyyat Universitetində Özbəkistanda keçirilən  23-cü Daşkənd Beynəlxalq Turizm yarmarkası çərçivəsində "Turizm biznesinin inkişafı və xarici təcrübənin Özbəkistanda tətbiqi məsələləri” adlı elmi konfrans keçirilib.
Qeyd edək ki, Daşkənd Dövlət İqtisadiyyat Universitetində turizmin müxtəlif sahələrinə dair fakültələr fəaliyyət göstərir.
Tədbirin təşkilatçıları Özbəkistan Ali və orta təhsil Nazirliyi, Turizmin inkişafı üzrə Dövlət Komitəsi, Daşkənd Dövlət İqtisadiyyat Universiteti olub.
Tədbirin açılışında giriş sözü ilə çıxış edən Daşkənd Dövlət İqtisadiyyat Universitetinin rektoru, professor Baxodir Xudiyev son illər Özbəkistanda turizm sahəsində həyata keçirilən işlər, mövcud problemlər, turizm biznesinin inkişafını təmin etmək məqsədi ilə ölkədə turizm təhsili sahəsində həyata keçirilən layihələr barədə danışıb.
Rektor Baxodir Xudiyev turizm sahəsində inkişafa nail olmaq üçün qabaqcıl xarici təcrübənin öyrənilməsi və Özbəkistanda tətbiqinin olduqca vacib olduğunu vurğuladı.
Turizmin inkişafı üzrə Dövlət Komitəsinin departament rəhbəri Ənvər Yusupov Özbəkistanda  turizm sahəsinin artıq iqtisadiyyatın aparıcı sahəsi kimi prioritet sahəyə çevrildiyini və bu istiqamətdə əsaslı işlərin, layihələrin həyata keçirilməsinin dövlətin diqqətində olduğunu bildirdi. Natiq Türkiyə, Azərbaycan, Tailand və Sinqapur təcrübəsinin onlar üçün maraqlı olduğunu qeyd etdi.
Daha sonra Sinqapur, Tailand, Azərbaycan, Yunanıstan təmsilçiləri tədbirdə məruzə ilə çıxış edərək turizm sahəsində əldə olunan nailiyyətlərdən, ölkələrinə turist cəlb etmək üçün həyata keçirilən layihələr barədə geniş çıxış etdilər.
Azərbaycan təmsilçisi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzninin direktoru Samir Abbasov ölkədə turizmin inkişafı sahəsində həyata keçirilən nəhəng layihələr barədə danışaraq, bu sahənin ölkə rəhbərliyinin bir başa diqqətində olduğunu qeyd etdi. O, 2011-ci ilin Azərbaycanda “turizm ili” elan olunduğunu, yay turizmi ilə yanaşı qış turizm mərkəzləri olan Qusarda Şahdağ, Qəbələdə Tufandağ kimi müasir dünya standartlarına cavab verən istirahət turizm mərkəzlərinin yaradıldığını söylədi, turizm təhsili sahəsində həyata keçirilən işlər, Azərbaycan Turizm və Menecmentlik Universiteti haqqında məlumat verdi.
Samir Abbasov Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ölkədə turist sayının son statistikasına dair məlumatlarını açıqlayaraq, bu ilin ilk 8 ayında ayında Azərbaycana 1 milyon 818 min nəfər gəldiyini və Azərbaycan dövlətinin əsas hədəfinin 2020-ci ilə qədər turist sayının 4-5 milyon nəfərə çatdırılması olduğunu qeyd etdi.
Tədbirdə Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən ölkəyə gələn turistlər üçün prosedurun asanlaşdırılması məqsədi ilə elektron “ASAN VİZA” sisteminin  yaradılması haqqında məlumat verildi, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin – Avropa və İslam oyunlarının, “Formula 1” yarışması, Bakı Şopinq Festival və b. turizmin inkişafına böyük təkan verdiyini vurğulandı.
Konfrans çərçivəsində iştirakçılar arasında maraqlı diskusiyalar oldu, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin ötən 3 ildə Özbək turistlərin Azərbaycana cəlb olunması və bu istiqamətdə həyata keçirilən işlər, iki ölkə arasında turizm sahəsində perspektivlərdən danışıldı. Azərbaycandan 4 milyondan çox Azərbaycan vətəndaşının xaricə səfər etdiyini və Azərbaycan turistlərinin Özbəkistana da cəlb olunmasının vacibliyi barədə Özbək turizm ekspertləri xüsusi təkliflər səsləndirdilər. 
Məruzələrlə yanaşı, tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin ölkəmizin turizm potensialı, turizm obyektləri və regionlara təşkil olunan turizm turlara dair hazırladığı xüsusi video material nümayiş etdirildi.
Konfransda fəal iştirak edən qonaqlar Təşkilat Komitəsinin Fəxri Fərmanları ilə təltif olundular. Azərbaycan təmsilçisi də xüsusi mükafata layiq görüldü.
Tədbirin sonunda Daşkənd Dövlət İqtisadiyyat Universitetinin Turizm Fakultəsində turizm təhsilində praktiki məşğələləri həyata keçirmək üçün təlim mərkəzinin açılışı oldu.
Qeyd edək ki, Təlim Mərkəzində oteldə qəbul, müştərilərlə söhbət kafedrası, restoran və orada təşkil olunan xidmət, yataq otaqları, dünya standartlarına uyğun xidmətin təşkili və s. bölmələr nəzərdə tutulub.
Tanışlıq zamanı Daşkənd Dövlət İqtisadiyyat Universitetinin tələbələri əyani olaraq turistlərə xidmətin təşkilinə dair məşğələləri təqdim olunub.  

 

 

 

Özbəkistanda keçirilən 23-cü Daşkənd Beynəlxalq Turizm Yarmarkasında
Azərbaycan təmsil olunmuşdur.

Cari il 3 oktyabr tarixində Daşkəndin Mərkəzi Sərgi Sarayında “Turizm İpək yolu ilə” 23-ci Daşkənd Beynəlxalq Turizm yarmarkasının (ТМТЯ-2017) rəsmi açılışı olmuşdur.
Sərginin əsas məqsədi Özbəkistanın, habelə dünya ölkələrinin turizm resurslarını təbliğ etmək, turizm şirkətləri arasında əlaqələri genişləndirmək, şirkətlər və turistlər üçün faydalı turpaketlər təqdim etməkdir.
Qeyd edək ki, “Turizm İpək yolu ilə” Daşkənd Beynəlxalq Turizm Yarmarkası 1995-ci ildən Ümumdünya Turizm Təşkilatının dəstəyi ilə hər il keçirilir.
Beynəlxalq Turizm Yarmarkasının açılışında Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev də iştirak edib.
Beynəlxalq sərginin açılış mərasimində çıxış edən Özbəkistanın turizmin inkişafı üzrə Dövlət  Komitəsinin sədri Aziz Abduxakimov ölkənin turizm potensialı, inkişaf edən turizm sənayesi, son zamanlar turizmin inkişafı istiqamətində Özbəkistanda həyata keçirilən yeni layihələr, infrastrukturun yenilənməsi, xarici turistlərin ölkəyə cəlb edilməsi istiqamətində yaradılan şərait və s. barədə məruzə ilə çıxış edib.
Tədbirdə digər çıxışçılar qeyd ediblər ki, hazırda dünya iqtisadiyyatında neft və kimya sənayesindən sonra üçüncü gəlirli sahə turizm sahəsidir. Çıxışçılar vurğuladılar ki, ölkələrin iqtisadiyyatının inkişafı, dövlət büdcəsinin gəlirlər əldə etməsi, əhalinin məşğulluğu, işsizlik probleminin həll olunması, təbiətin mühafizəsi, tarixin və ekologiyanın qorunması və s. istiqamətdə turizm əvəzsiz bir sahədir. Turizm həm də dövlətlərə imkan verir ki, öz mədəniyyətlərini, tarixlərini, adət və ənənələrini və s. təbliğ etsin və tanıtsın.
Builki sərgidə Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Türkiyə, Azərbaycan, Rusiya, Tailand, Misir, Sinqapur, Malayziya, ABŞ və s. ölkələr ölkələr öz turizm resurslarını təqdim edirlər.
Sərginin rəmzi açılış lenti kəsildikdən sonra xüsusu mədəni proqramlar təqdim edildi və milli stendlərə baxış keçirilib.
Sərgidə turizm sahəsi üzrə dünyanın öndə gedən şirkətləri, otelləri öz məhsullarını iştirakçılara nümayiş etdirməklə yanaşı, hazır turpaketlər təqdim edilib.
Sərgi-Yarmarkada Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılmış stenddə ölkəmizin 3 turizm firması öz turpaketlərini təqdim ediblər.
“Xəzər Travel”, “My travel” və “Gilan travel” şirkətləri təqdim etdikləri turpaketlərdə “Bakı Şopinq Festival”da iştirak, “Azərbaycan Tarixinə ekskursiya: Bakı-Qobustan-Şamaxı-Lahıc-Şəki”, Müalicə turu: Naftalan – Qalaltı, Qış istirahəti: Qusar Şahdağ, Qəbələ Tufandağ, Şərabçılıq marşurutu, Çimərlik və Ovçuluq istirahət-turizm paketlərini  təklif etmişlər. Azərbaycan stendinə maraq böyük olub.
Qeyd edək ki, Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən aparılan təbliğati işlər nəticəsində son zamanlar ölkəmizə səfər edən Özbək turistlərin sayında xeyli artım baş verib. Aparılan sorğulara əsasən Özbək turistlər əsasən Naftalan müalicəvi sanatoriyalarına, Bakı və Qəbələyə daha çox maraq göstərirlər.

 

Özbəkistanda keçirilən milli mədəniyyət və mətbəx festivalında Azərbaycan 2-ci yerə layiq görülüb.

(30.09.2017) Özbəkistan Xarici İşlər Nazirliyinin dəstəyi və Kulinariya Asossiasiyasının təşkilatçılığı ilə Daşkənd vilayətinin Bostanlıq rayonunda "Xanbalıq" restoranında "Xalqların mədəniyyət və kulinariya Festivalı keçirilib.
Rəsmi açılışda çıxış edən Özbəkistan xarici işlər nazirinin müavini Qayrat Fazilov tədbirin əsas məqsədi ölkənin milli mətbəxinin təbliğ edilməsi olduğunu qeyd etdi. O, tədbirdə iştirakçı ölkələrin öz mətbəxlərini nümayiş etdirmək üçün əlavə imkan qazandıqlarını söylədi. 
Festivalda Çin, Rusiya, Özbəkistan, Qazaxıstan, Azərbaycan, Hindistan, Koreya, Avropa Birliyi, Gürcüstan, Pakistan, Ukrayna, Qırğızıstan, Fələstin, Əfqanıstan və s. ölkələr iştirak edib, öz guşələrini təqdim ediblər.
Azərbaycan Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi festivalda Azərbaycan guşəsini yaradıb və guşə iştirakçıların böyük marağına səbəb olub. Guşədə milli mədəniyyətimizi, mətbəximizi özündə əks etdirən özbək dilində çap edilən "Azərbaycanın mədəni irsi" kitabı təqdim olunub və iştirakçılara paylanılıb.
İştirakçılar Azərbaycan milli mətbəxinə aid balıq ləvəngisi, çığırtma, kükü, lavaş və başqa yeməklərə qonaq ediliblər. Yeməklər Festivalın Münsiflər heyəti və iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. 
Qeyd edək ki, bu il Festivalın əsas devizi ölkələrin stendində hazırlanan ən yaxşı balıq yeməyi və milli mədəniyyəti özündə əks etdirən stendin hazırlanması olub.
Milli mədəniyyət nümunələrimizi özündə əks etdirən Azərbaycan stendi və Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan balıq ləvəngisi Festivalın sonunda xüsusi mükafatla təltif edilmiş, Azərbaycan təmsilçiləri festivalda 2-ci yerə layiq görülüblər.
Mərasimdə 1-ci yer Qırğızıstan, 3-cü yerə isə Əfqanıstan layiq görülüb.
Festivalda Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin "Azərbaycan qızları" rəqs ansamblı milli rəqslərimizi ifa ediblər.  

 

 

Ədəbiyyatımızın yaxın dostu, tanınmış özbək  şair və tərcüməçisi Usman Kuçkar vəfat edib

(21.09.2017) Özbək və Azərbaycan ədəbiyyatına ağır itgi üz verib. Özbəkistanın tanınmış naşiri, şair, Azərbaycan ədəbiyyatı üzrə tərcüməçi, alim Usma Kuçkarov dünyasını dəyişib.

Ədəbiyyatımızın yaxın dostu Usman Kuçkar ömrünün 65 payızında vəfat edib. U.Kuçkar uzun illərdir ki, Azərbaycan ədəbiyyatı nümunələrini özbək dilinə tərcümə edir. O, Xalq yazıçıları Yusif Səmədoğlunun “Qətl günü”, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanlarını, “Mən, sən, o və telefon” kitabını özbək dilinə çevirib.
U.Kuçkarın tərcüməsində Xalq Şairi Sabir Rüstəmxanlının “Göy tanrı”, Yunus Oğuzun “Əmir Teymur”, “Şah arvadı və cadugər” romanlar, Əli Həsənovun "Geopolitik" kitablarını da özbək oxucularına çatdırılıb.
Ötən il çap olunan “Müasir Azərbaycan poeziyası antologiyası” kitabının tərcüməçilərindən biri də Usman Kuçkardır. Tərcüməçi Cəlil Məmmədqulzadənin, Hüseyn Cavidin seçilmiş əsərlərini də özbək dilinə tərcümə etmişdir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasının Azərbaycan ilə bağlı özbəkdilli versiyasının materiallarının Özbək dilinə tərcüməçiləri arasında Usman Kuçkar da var.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi Usman Kuçkarın vəfatı ilə əlaqədar mərhumun ailəsinə və sevənlərinə başsağlığı verir və onun əziz xatirəsinin daim ürəklərdə yaşayacağını bildirir. Allah rəhmət eləsin.

 

Bu gün Azərbaycanda Milli Musiqi günüdür.

Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəyovun doğum günüdür.

Həmin gün təkcə musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır.

Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub.

Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş.

1995-ci ildə isə prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi günü kimi qeyd olunması qərara alınıb.

 

 

“Mən Azərbaycan haqqında nə bilirəm” adlı esse yazı müsabiqəsinin qalibləri olan
Özbək gənclər Azərbaycanda səfərdədirlər.

(18.09.2017) Özbəkistandakı Azərbaycan Səfirliyinin və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Mən Azərbaycan haqqında nə bilirəm” adlı esse yazı müsabiqəsinə yekun vurulub.
Azərbaycan Respublikasında 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş müvafiq Tədbirlər Planında islam ölkələri arasında “Mən Azərbaycan haqqında nə bilirəm” adlı müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.
Bununla əlaqədar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin layihəsi ilə İslam ölkələrinin gəncləri arasında keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm” adlı esse yazı müsabiqəsinin qaliblərinin Azərbaycana səfəri reallaşdırılır.
Özbəkistanda keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm” adlı esse müsabiqəsində ölkənin Daşkənd və Səmərqənd şəhərindən 5 gənc ölkəmizin tarixi, dövlətçiliyi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyəti, milli mədəniyyətimiz, Azərbaycanın beynəlxalq aləmdə rolu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin son illər əldə etdiyi nailiyyətlər, neft və qaz strategiyası, Azərbaycan qədim mənbələrdə və s. mövzuları özündə əks etdirən esselər yazaraq Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təqdim ediblər.
Mədəniyyət Mərkəzindən verilən məlumata görə qaliblər sırasına Səmərqənd Dövlət Universitetindəki Gənclər Təşkilatının sədri Khusen Tukhtaev,  Daşkənd Kimya Texnologiyaları  Universitetinin tələbəsi İbrokhim Kosimkujaev, Mirzə Uluqbek adına Özbəkistan Milli Universitetinin tələbəsi Tatyana Abbasova, Səmərqənd Dövlət Universitetinin məzunu Yusif Cəfərov, Daşkənd şəhər Humanitar kollecinin tələbəsi Sitara İslomova daxildir.
Cari il 15-22 sentyabr tarixlərində gənclər Azərbaycanın paytaxtı Bakı şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını, İçərişəhər Dövlət Tarix Qoruğu, Atəşgah məbədi, dünyada ən qədim insan yaşayış məskənlərindən olan Qobustan Dövlət Qoruğu, Qala Etnoqrafiya Muzeyi, Azərbaycan Dövlət Tarix Muzeyini ziyarət edəcəklər.
Özbəkistanla yanaşı, Albaniya, Bosniya-Herseqovina, İndoneziya, İordaniya, Küveyt, Malayziya, Mərakeş, Misir, Pakistan, Qırğızıstan, Qətər, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkiyədən olan iştirakçılar Azərbaycan Diplomatik Akademiyasının fəaliyyəti ilə tanış olacaq,  Heydər Əliyev Mərkəzi və Xalça Muzeyini də ziyarət edəcəklər.
Ölkəmizin paytaxtı ilə yanaşı turizm regionlarına səfər proqrama daxil edilib. Belə ki, səfər müddətində gənclər İsmayıllı rayonu və onun qədim Lahıc kəndində, Qəbələ rayonu və Şəki  şəhərlərində olaraq buranın tarixi və turizm məkanlarını ziyarət edəcəklər.
Yekunda isə Bakı şəhərində təşkil olunacaq tədbirdə ayrılacaq stendlərdə islam ölkələrini təmsil edən gənclər öz ölkələrinin mədəniyyətlərini, adət və ənənələrini özündə, mətbəxini əks etdirən xüsusi guşə yaradacaqlar.

 

 

Daşkənddə keçirilən seminarda Azərbaycan da iştirak edib.

(14.09.2017) Özbəkistandakı “Özbəkistan-Azərbaycan” və Özbəkistan-Gürcüstan” Dostluq Cəmiyyətlərinin təşəbbüsü ilə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedoqoji Universitetində “Millətlərarası həmrəylik və tolerantlıq sabitliyin açarıdır” adlı seminar keçirilib.
Tədbirdə bu cəmiyyətlərin rəhbərləri, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərləri və əməkdaşları, universitetin professor-müəllim heyəti, tələbələr iştirak edib.
Seminarda “Müasir dünyada mədəniyyətlərarası dialoq”, ”Özbəkistan multikultural cəmiyyətin bir üzvü kimi”, ”Tolerantlıq və həmrəylik sabitliyin qarantı kimi” və digər mövzularda məruzələr dinlənilib.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb və 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” olub.
Azərbaycan dünyada ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.
S.Abbasov Azərbaycan-Özbəkistan dostluğu, ölkələrimiz arasındakı mədəni əlaqələr haqqında da söhbət açıb.

 

 

“Dünya azərbaycanlılarının palitrası” kitabının Daşkənddə təqdimatı keçirildi.

(13.02.2017) Özbəkistanın paytaxtı Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Diaspor Jurnalistləri Birliyinin sədri, araşdırmaçı-jurnalist
Fuad Hüseynzadənin “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib.
Təqdimatda Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev, Özbəkistandakı Azərbaycan diasporunun üzvləri, alilmlər, mədəniyyət və KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan səfir Hüseyn Quliyev Azərbaycan dövlətinin diaspora siyasətindən danışaraq, azərbaycanlıların yaşadıqları ölkənin ictimai-mədəni həyatında fəal olmasının vacib olduğunu qeyd etdi. Səfir “Dünya azərbaycanlılarının palitrası” kitabını yüksək qiymətləndirərək kitabda bəhs olunmuş nüfuzlu azərbaycanlıların dünyada öz sözünü demiş və xalqımızı dünyaya tanıtdıqlarını qeyd etdi.
Təqdimatda kitabın müəllifi Fuad Hüseynzadə çıxış edərək  kitabın hazırlanması, kitabdakı insanların Azərbaycanın təbliği ilə bağlı fəaliyyətləri barədə məlumat verdi. O qeyd edib ki, dövlət müstəqilliyimizin 25 illiyi münasibəti ilə ərsəyə gələn kitabın əsas hədəfi xaricdəki soydaşlarımzla əlaqələrin  yaranması, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsidir". O, ümumi olaraq kitabda  dünyanın 5 qitəsindəki aktiv həmvətənlərimizdən 173 müsahibəsinin yer aldığını qeyd etdi.
Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında qeyd etdi ki, Özbəkistanda azərbaycanlılar daim aktiv olmuş və onlar öz yaradıcılıqları, fəaliyyətləri ilə iki xalq, dövlət arasında bir körpü rolunu oynayırlar. O, qeyd etdi ki, məşhur maarifçi-pedaqoq Seyid Rza Əlizadə, şair – yazıçı Maqsud Şeyxzadə, tanınmış rəssam və heykəltaraşlar Yusif Hüseynov, Eynulla Əliyev, şair İxtiyar Rza, yeganə opera rejissoru Firudin Səfərov və b. ziyalılar qardaş Özbəkistanın elminə, mədəniyyətinə, ədəbiyyatının inkişafına öz töhvələrini veriblər.
Azərbaycan Diaspora Təşkilatının Daşkənd Vilayəti üzrə rəhbəri Firdovsi Hüseynov bu cür layihələrin diaspora fəalları üçün stimul yaratdığını, onların Ana Vətənə - Azərbaycana bağlılığını daha da artırdığını qeyd edərək Özbəkistandakı tanınmış azərbaycanlıların irsi barədə məlumat verdi.
Digər çıxışçılar Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov iki ölkə arasında ədəbi-mədəni əlaqələr və azərbaycanlıların Özbəkistan ictimai həyatında fəal iştirakı barədə məlumat verdi.
Daşkənddəki Ə.Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetinin professoru Gülbahar Aşurova xalqlarımız arasında tarixi dostluqdan danışaraq, yaxın günlərdə Azərbaycana səfərdə olmuş Özbəkistanın xalq şairi Camal Kamalın Azərbaycana səfərdən təsirlənərək yazdığı “Azərbaycan” şeirini söylədi və şeur iştirakçıların alqışları ilə qarşılandı.
Sonda kitabın müəllifi Fuad Hüseynzadə “Dünya azərbaycanlılarının palitrası” kitabına avtoqraf yazaraq iştirakçılara və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin kitabxanasına hədiyyə etdi.

 

 

 

Özbəkistanda keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında
Azərbaycan təmsilçilər ən yaxşı nəticəyə – qran pri mükafatına layiq görüldülər.

(30.08.2017) Azərbaycanın gənc tarzəni, beynəlxalq müsabiqələr laureatı, Əməkdar Artist Sahib Paşazadə və əməkdar artist, nağaraçı  Kamran Kərimov Özbəkistanın qədim tarixi şəhəri Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalın  “Qran pri” mükafatına layiq görülüblər.
Özbəkistanın Səmərqənd şəhərinin tarixi “Registan” meydanında “Şərq təranələri” ХI  Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi keçirilib. Festivalda dünyanın 60-dək ölkəsindən 280 ifaçı və musiqiçi iştirak edib.
Azərbaycanın gənc tarzəni, beynəlxalq müsabiqələr laureatı, Əməkdar Artist Sahib Paşazadə və əməkdar artist, nağaraçı  Kamran Kərimov festivalın “Qran pri” mükafatına layiq görülüb. Onların 16 dəqiqəlik çıxışı münsiflər heyətinin və iştirakçıların böyük marağına səbəb olub.
“Şərq təranələri” ХI  Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimində qaliblər elan edilib. Azərbaycan təmsilçiləri Əməkdar artistlər, tarzən  Sahib Paşazadə və nağarada Kamran Kərimov Festivalda ən yüksək nəticə əldə edərək qran-pri mükafatına layiq görülüblər. Mükafatı musiqiçilərimizə Səmərqənd Vilayət Hakimiyyətinin rəhbəri Vaxid Raximov təqdim edib.
Qeyd edək ki, dünyanın 5 regionundan (Avropa, Asiya, Afrika, Amerika, Avstraliya), o cümlədən Özbəkistandan tanınmış musiqi mütəxəssislərindən ibarət Münsiflər Heyəti Azərbaycan musiqisinə ən yaxşı bal verərək səs veriblər.
Festival iştirakçıları Azərbaycan təmsilçilərinin çıxışını möcüzəli və təkrarsız adlandıraraq ayaq üstə alqışlayıblar.
Azərbaycan musiqiçiləri “Şərq təranələri” ХI  Beynəlxalq Musiqi Festivalının Təşkilat Komitəsinin, habelə Səmərqənd şəhər Hakimiyyətinin  xüsusi mükafatına,
10 min ABŞ dolları pul mükafatı ilə təltif ediliblər.
Bildiririk ki, S.Paşazadə “Muğam dünyası” layihəsinin daimi iştirakçısı, yaratdığı xalq çalğı alətləri ansamblının bədii rəhbəri, Prezident təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının dosentidir. O, “Ağcaqayın yarpağı” adlı beynəlxalq “Qran pri”yə, Kanadanın Niaqara şəhərində keçirilən beynəlxalq musiqi festivalında isə “Tarın Paqaninisi” tituluna layiq görülüb.
1997-ci ildə Səmərqənddə keçirilən birinci festivalda Simarə İmanova “Qran pri” mükafatına layiq görülmüşdü. Sahib Paşazadə artıq ikinci “Qran pri”ni Azərbaycana gətirəcək. Ayrı-ayrı vaxtlarda tanınmış xanəndə Alim Qasımov, həmçinin Aygün Bəylər, Qoçaq Əsgərov festivalda birinci, Zabit Nəbizadə ikinci yerləri tutublar.

 

 

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun adından Özbəkistanın Səmərqənd Vilayətindəki İmam Al Buxari ziyarətgahına nəfis “Quran” bağışlanmışdır.

(29.08.2017) Səmərqənd şəhərindəki İmam Al Buxari ziyarətgahına Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri
Vasif Talıbov tərəfindən ziyarətgahın Muzeyinə bağışlanmış xüsusi nəfis şəkildə hazırlanmış “Quran” kitabının təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev, Özbəkistanın İmam Al Buxari ziyarətgah kompleksinin rəhbəri İlhom Ramazanov, AMEA-nın vitze prezidenti İsa Həbibbəyli, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, Azərbaycan Səfirliyinin müşaviri Mahir Hacıyev, Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Səmərqənd Vilayəti üzrə Azərbaycan diaspora təşkilatının rəhbəri Adilağa Mirzəyev, Səmərqənd Vilayət hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev Azərbaycan-Özbəkistan münasibətlərindən danışaraq, xalqlarımızın eyni kökə, mədəniyyətə, dinə malik olduğunu, iki xalq arasında əsrlərlə davam edən dostluq münasibətlərindən danışıb. O, Azərbaycan dövlətinin dinə qayğısından danışaraq, ölkədə dinlərarası dialoqa mühüm töhvələr verdiyini söylədi.
Diplomat cari ilin iyun ayında Səmərqənddə olan Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun bu tarixi şəhərdəki İmam Al Buxari ziyarətgahında olduğunu və burada Muzeydə saxlanılan, müxtəlif dövlət rəhbərləri tərəfindən hədiyyə olunmuş “Quran” kitabları ilə tanış olduğunu qeyd edib.  Səfir bildirib ki, Vasif Talıbov Muzeydə olarkən buraya Azərbaycandan da nəfis şəkildə hazırlanmış müqəddəs “Quran” kitabının hədiyyə olunmasına qərar verib.
Daha sonra çıxış edən AMEA-nın vitze prezidenti, akademik İsa Həbibbəyli 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə “İslam həmrəyliyi ili” elan edildiyini və Azərbaycanda bu il “İslam həmrəyliyi oyunları”nın keçirildiyini qeyd etdi. Azərbaycanın İslam dünyasında daim dostluq və əməkdaşlığa can atdığını qeyd edən akademik tədbirin əhəmiyyyətindən, Azərbaycanda İslam ənənələrinin qorunub saxlanılması və bu sahədə dövlət siyasətindən danışdı.
Səmərqənd Vilayəti İmam Al Buxari ziyarətgah kompleksinin rəhbəri İlhom Ramazanov ziyarətgah kompleksi haqqında məlumat verərək, Azərbaycan tərəfinin təşəbbüsünü yüksək qiymətləndirdi. O, Azərbaycan-Özbəkistan dostluğundan danışaraq bu əlaqələrin yüksək səviyyəyə çatdırılmasında hər iki ölkənin liderlərinin rolunu qeyd etdi. Azərbaycan tərəfinə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbova öz təşəkkürünü bildirən dini müəssisənin rəhbəri Azərbaycan tərəfdən hədiyyə edilən nəfis “Quran” kitabının komleksin Muzeyində daimi olaraq nümayiş etdiriləcəyini bildirdi.
Sonra Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev nəfis “Quran” kitabını İmam Al Buxari ziyarətgah kompleksinin rəhbəri İlhom Ramazanova təqdim etdi.
Qeyd edək ki, İslam hafizlərindən biri olan İmam Buxari 810-cu ildə (hicri təqvimlə 194-cü il) indiki Özbəkistan ərazisində yerləşən Bəhratəng adlı Buxaraya yaxın bir kənddə anadan olmuşdur. 870-ci ildə  isə, elə orada da vəfat etmişdir. Buxarinin müəlləq və mutəbiə rəvayətlər istisna edilməklə təkrarlı şəkildə nəql etdiyi hədislərin sayı (7593) yeddi min beş yüz doxsan üçdür. Buxarinin Məhəmməd Peyğəmbərin vəfatından 200 il sonra yazılmış şəriət hökmlərinin məcmuəsi hesab olunan “Altı kitab” ən mötəbər dini əsər sayılır. “Qurani-Kərim”dən sonra ikinci əhəmiyyətli kitab hesab olunan əl-Buxarinin ən məşhur toplusu “Səhih əl-Buxari” 97 kitabdan ibarətdir.
Özbəkistan höküməti Səmərqənd Vilayətinin Xartanq kəndində yerləşən Al Buxarinin məqbərəsini yenidənqurma işləri çərçivəsində böyük məscid, muzey, mədrəsə inşa edərək burada ziyarətgah kompleksini istifadəyə verib.
Hazırda dünyanın müxtəlif ölkələrindən, o cümlədən Özbəkistanın daxilindən yüz minlərlə insan hər il bu dini kompleksi ziyarət edir.

 

 

Bu il “Şərq təranələriŞərqin nufuzli musiqi Festivalında Azərbaycanı Əməkdar artist,
tarzən Sahib Paşazadə təmsil edəcəkdir.

(25.08.2017) Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Azərbaycanı Beynəlxalq və respublika müsabiqələri laureatı, “Muğam - 2007” televiziya müsabiqəsinin iştirakçısı, Azərbaycanın Əməkdar artisti, tarzən Sahib Paşazadə təmsil edəcəkdir.
“Muğam dünyası” layihəsinin daimi iştirakçısı olan tarzən yaratdığı xalq çalğı alətləri ansamblının bədii rəhbəri, Prezident təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının dosentidir.
Azərbaycanda keçirilən bütün muğam festivallarında iştirak edən Sahib Paşazadəyə bütövlükdə konsert proqramları və başçılıq etdiyi musiqi kollektivləri ilə demək olar ki, dünyanın 40-dan artıq ölkəsində səfərlərdə olaraq milli musiqimizi tanıdaraq təbliğ edir.
Gənc tarzən Sahib Paşazadə bir çox Beynəlxalq mükafatlar sahibidir. O, “Ağcaqayın yarpağı” adlı Beynəlxalq “Qran-Pri” mükafatına, Kanadanın Niaqara şəhərində keçirilən beynəlxalq musiqi festivalında “Tarın Paqaninisi” tituluna layiq görülüb.
Müxtəlif beynəlxalq festivallarda qazandığı nailiyyətlər Sahibin timsalında Azərbaycan tarının dünyanı öz sehrinə saldığını bir daha təsdiqləyir.
Qeyd edək ki, “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı Şərqin qədim mədəniyyət mərkəzi olan Səmərqənddə keçirilir və dünyanın müxtəlif ölkələrinin təmsilçiləri bu beynəlxalq tədbirdə iştirak edirlər.
1997-ci ildən keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı hər iki ildən bir təşkil olunur, Festivalın nüfuzu isə ildən-ilə artmaqdadır. İlk illərdə Festivalda 30 ölkə iştirak edirdisə, hazırda bu musiqi müsabiqəsinə maraq xeyli artmış və 2015-ci ildə dünyanın 66 ölkəsi bu böyük musiqi bayramına qoşularaq təmsil etdikləri xalqlarının musiqilərini ifa ediblər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə iki ildən bir keçirilən beynəlxalq musiqi festivalının bu il açılış mərasimi xüsusi təmtaraqla qeyd olunacaqdır. Özbək tərəfi açılış mərasimində çıxış etmək məqsədi ilə Festivalda daim fərqlənən ölkələrdən, xüsusi ilə Azərbaycandan fəxri qonaq qismində tanınmış müğənni dəvət etməyi planlaşdırır.
Sevindirici haldır ki, festivalda hər dəfə iştirak edən Azərbaycanlı musiqi və muğam ustaları, demək olar ki, uğur qazanırlar.
Qeyd edək ki, Festivalın 1-ci ilində 1997-ci ildə müğənni Simarə İmnaova “Qran Pri” mükafatının sahibi olub. 2001-ci ildə Azərbaycanın xalq artisti Alim Qasımov 1-ci yeri əldə edib.
2003-cu ildə isə əməkdar artist Zabit Nəbizadə 2-ci yerin mükafatçısı olub. 2005-ci ildə müğənni Aygun Bəylər festivalda 1-ci yer tutan ifaçı olub. Qalib ənənəsini 2009-ci ildə xanəndə Qoçaq Əsgərov davam etdirib.
2015-ci il Festivalda Azərbaycanın Əməkdar Artisti, xanəndə Təyyar Bayramovun rəhbərliyi ilə “Buta” qrupu (əməkdar artistlər tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov, habelə balabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov) öz gözəl ifaları ilə milli musiqimizi yüksək səviyyədə təbliğ edərək 66 iştirakçı dövlət arasında yüksək nəticə göstərərək “Nadir səs” nominasiyasına layiq görülüblər.
İnanırıq ki, bu il də “Şərq təranələri” Festivalında Azərbaycanı təmsil edən musiqiçimiz qələbə əldə edərək ecazkar Azərbaycan musiqisini bir daha dünyaya tanıdacaqdır. 

 

 

Özbəkistanda yaşamış tanınmış azərbaycanlı heykəltəraş Eynulla Əliyevin barelyefinin açılışı olub.

(15.06.2017) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkənin Səmərqənd şəhərində artıq bir həftədir ki, “Azərbaycan Mədəniyyət günləri” uğurla davam edir və bu məqsədlə  Səmərqənddə Azərbaycan  mədəniyyətinə dair silsilə tədbirlər keçirilir.
Keçirilən Mədəniyyət günləri çərçivəsində Səmərqənddə yaşamış tanınmış azərbaycanlı heykəltəraş Eynulla Əliyevin barelyefinin açılışı olub.
Qeyd edək ki, Eynulla Əliyev uzun müddət Özbəkistan Rəssamlıq Akademiyasının  Səmərqənd Vilayəti üzrə rəhbəri olub və onun daş, mis, bürünc, ağacdan yaratdığı unikal əsərlər nəinki Özbəkistanda, Moskvadakı Tretyakov Qalereyasında və digər məşhur muzeylərdə saxlanılır.
Heykəltaraş Eynulla Əliyev Özbək ədəbiyyatının dahi nümayəndəsi Əlişir Nəvainin 550 illik yubileyi münasibətilə Daşkənddə ucaldılan möhtəşəm abidənin müəllifidir. O, Özbəkistanın Katta Kurqan şəhərində, Səmərqənd şəhərində, Akdarı və Payarı rayonlarında bir sıra heykəllərin müəllifidir, 1977-ci ildə isə Daşkənddəki "Mirzə Uluqbəy" metrostansiyasının döymə misdən dizaynını işləyərək ölməz əsərlər yaratmışdır.
Heykəltaraş Eynulla Əliyevin barelyefin açılış mərasimində çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin birinci katibi Samir Abbasov dünyada yaşayan tanınmış, yaradıcı soydaşlarımızın irsinin təbliği, onların xatirəsinin əbədiləşdirilməsinin Azərbaycan dövlətinin diqqətində olduğunu söyləyərək, Özbəkistanda yaşayıb, yaratmış azərbaycanlıların özlərindən sonra böyük bir irs qoyduqlarını bildirib.  Azərbaycanlıların həmişə Özbəkistanın ictimai həyatında aktiv olduqlarını qeyd edən diplomat, bu cür şəxslərin öz fəaliyyətləri, yaradıcılıqları ilə iki xalq və dövlət arasında möhkəm dostluq körpüsü yaratdıqlarını söylədi.
Samir Abbasov heykəltaraş Eynulla Əliyev haqqında danışaraq, onun xidmətlərini yüksək qiymətləndirdi və bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il sentyabr ayında Özbəkistana səfəri zamanı Daşkənddə Heydər Əliyevin adına Azərbaycan Mədəniyyət Mərkəzində Eynulla Əliyevin fərdi sərgisi ilə tanış olub.
Səmərqənd Vilayəti üzrə Azərbaycan Diaspora Təşkilatının rəhbəri Adilağa Mirzəyev Səmərqənddə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi  keçirilən Azərbaycan Mədəniyyət günlərinin olduqca faydalı olduğunu və milli mədəniyyətimizin təbliği istiqamətində yaxşı imkanlar açdığını vurğuladı. O, azərbaycanlı memarların Səmərqənddə hələ orta əsrlərdə Əmir Teymur zamanında bir çox abidələrin inşasında xüsusi əməkləri olduğunu söylədi.
Diaspora rəhbəri heykəltaraş Eynulla Əliyevin xidmətlərindən danışaraq, onun öz əsərlərində daim yaşayacağını  qeyd etdi.
Özbəkistan Rəssamlıq Akademiyasının Səmərqənd Vilayəti üzrə rəhbəri, heykəltaraş Eynulla Əliyevin qızı Yaqut Əliyeva Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirərək, Azərbaycan dövlətinə, prezident İlham Əliyevə öz təşəkkürünü ifadə etdi.
O, dövlətimizin tanınmış azərbaycanlıların irsinin təbliği və əbədiləşdirilməsinə bu cür diqqət göstərməsini onlarda böyük həvəs yaratdığını, atasının Özbəkistan incəsənətinə öz imzasını qoyduğunu bildirdi. O, Özbəkistanda da atasının yaradıcılığına yüksək qiymət verildiyini, onun Xəmzə Xakimzadə Niyazi adına Dövlət Mükafatına layiq görüldüyünü, habelə əsərlərinin Özbəkistan Dövlət Muzeyində saxlanıldığını və nümayiş etdirildiyini qeyd etdi.
Yaqut Əliyeva Azərbaycan dövlətinə sevgisini illərdir öz evində saxladığı və atasının dünya şöhrətli “Aysel” əsərini Daşkənddə ulu öndər Heydər Əliyevin adına daşıyan Azərbaycan Mədəniyyət Mərkəzinin muzeyinə hədiyyə etdi.
Digər çıxışçılar heykəltaraş Eynulla Əliyevin öz əsərləri ilə nəinki Özbəkistanda, Bakı, Alma-Ata, Moskva, Helsinki, Vaşinqton, San-Fransisko və dünyanın digər şəhərlərində  təşkil olunan sərgilərdə iştirak etdiyini və onun yüksək insani keyfiyyətlərindən söhbət açmışlar.
Sonda heykəltaraş Eynulla Əliyevin Səmərqənddə yaşadığı evinin üzərində barelyefinin açılışı olmuşdur. Barelyef Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə  Özbəkistanın tanınmış heykəltaraşı, professor Marina Borodinova hazırlayıb.
Qeyd edək ki, layihəyə Özbəkistandakı Azərbaycan Səfirliyi, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi, Səmərqənd Vilayət hakimiyyəti təşkilati dəstək göstərib.

 

 

Özbəkistanın qədim Səmərqənd şəhərində “Azərbaycan  milli geyimləri,
Qarabağ geyimlərinin moda sərgisi keçirilib.


(14.06.2017) Özbəkistanın ikinci və qədim tarixə malik Səmərqənd şəhərində artıq bir həftədir ki, “Azərbaycan Mədəniyyət günləri” uğurla davam edir və bu məqsədlə  ölkənin turizm mərkəzi olan Səmərqənddə milli mədəniyyətimizə dair silsilə tədbirlər keçirilir.
Qeyd edək ki, Səmərqənd şəhərində Azərbaycan mədəniyyətinə maraq böyükdür, burada yaşayan azərbaycanlılarla yanaşı, yerli əhali tədbirlərdə yaxından iştirak edir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı Səmərqənddə keçirilən “Azərbaycan Mədəniyyət günləri” çərçivəsində şəhərin Mərkəzi park-bulvar ərazisində “Azərbaycan milli geyimləri, Qarabağ geyimlərinin moda sərgisi keçirilib.
Tədbirdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru  Samir Abbasov Azərbaycanın təkrarsız və zəngin mədəniyyəti haqqında danışıb, Azərbaycan mədəniyyətinin beşiyi Qarabağda azərbaycanlıların yaratdığı zəngin mədəni irs barədə məlumat verib.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzinin milli geyimlər kolleksiyasına aid libasları Səmərqənd Dövlət Universitetinin gənc modelyer qızları nümayiş etdirib.
Sərgidə geyimlər nümayiş etdirilərkən Qarabağ geyimləri və onların özünəməxsusluğu haqqında geniş məlumat veriilb.
Qarabağ şikəstəsinin sədaları altında mərkəzi podiumda milli geyimlərimiz və Qarabağ geyimləri nümayiş etdirilib.
Geyimlərdə əsasən Qarabağ xanları dövrünə aid zəngin Azəri qadınlarının  libasları, şənlik geyimləri, gənc Qarabağ bəylərinin mərasim geyimləri, habelə toy libasları sərgilənib.
Milli ornamentlərlə, daş-qaşlarla bəzədilmiş Qarabağ zadəgan geyimləri, habelə Azərbaycan milli kəlağayıları moda sərgisinə xüsusi rəng qatıb.
Sərgidə nümayiş etdirilən hər bir geyim haqqında aparıcı xüsusi məlumat verib, onun xüsusiyyətlərini, xalqımızın mədəniyyətini, tarixini özündə əks etdirməsinə dair faktları qeyd edib.
İştirakçılara moda sərgisi çərçivəsində Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda Azərbaycan xalqının yaratdığı zəngin mədəniyyət, mədəni irs təqdim edilib, milli geyimlərin hər bir xalqın qədim tarixini, zəngin mədəniyyətinin göstəricisi olduğu vurğulanıb.
Sərgiyə maraq böyük olub, Özbəkistanın mətbuatı, Səmərqənd şəhərinin yerli televiziya kanalları moda sərgisindən birbaşa reportajlar hazırlayıblar.
Qeyd edək ki, sərginin sonunda Daşkənddəki Qlier adına İxtisaslaşmış Akademik Musiqi liseyinin tələbə və şagirdləri Qarabağa  dair musiqilər ifa ediblər.
Sərgidə Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizi ifa ediblər.  Çıxışlar iştirakçıların alqışları ilə qarşılanıb.
Tədbirə Səmərqənd şəhər Hakimiyyəti, Səmərqənd Dövlət Universiteti, Azərbaycanın Özbəkistandakı Səfirliyi və bu ölkədəki Azərbaycan Diaspora Təşkilatı dəstək göstərib.

 

Özbəkistanın Səmərqənd Dövlət Universitetində  Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinə dair elmi konfrans keçirilib.

(13.06.2017) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı, Səmərqənd Dövlət Universitetinin, Azərbaycan diaspora təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin dəstəyi ilə  Səmərqənd şəhərində keçirilən “Azərbaycan Mədəniyyət günləri” çərçivəsində Səmərqənd Dövlət Universitetində  Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinə dair elmi konfrans keçirilib.
Konfransda Şərqin qədim ali təhsil ocağı olan Səmərqənd Dövlət Universitetinin, habelə Daşkənddəki Nizami adına Dövlət Pedaqoji Universitetinin, Ə.Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin müəllim və professorları, Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Səmərqənd Dövlət Universitetinin birinci prorektoru Eşdayev Alişer Özbəkistanla Azərbaycanının mədəni-ədəbi əlaqələrinin tarixinin qədim dövrlərə təsadüf etdiyini, xalqlarımızın bir-birinə tarixi yaxınlığı, qohumluq əlaqələri, dil, mədəniyyət, musiqi, eyni dinə sitayiş etmələri bu əlaqələri daha da dərin və möhkəm etdiyini söyləyib. O, Özbəkistanda Azərbaycan mədəniyyətinə, ədəbiyyatına böyük maraq olduğunu, Azərbaycan şairlərinin heç də Özbək şairlərindən fərqləndirilmədiyini, sevilərək oxunulduğunu qeyd edib. İki ölkə arasında mədəni-ədəbi əlaqələrin hər zaman öyrənilməsinin, tədqiqinin, təbliğinin vacib olduğunu bildirən natiq, elmi konfransın əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qədim dövrlərdən başlanan və bugün də uğurla davam edən Özbəkistan-Azərbaycan əlaqələri haqqında məlumat verib, bu əlaqələrin yüksək səviyyəyə çatmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Özbəkistanın birinci prezidenti İslam Kərimovun xidmətlərini qeyd edib. Diplomat Azərbaycan və Özbəkistanın tarixi ipək yolunun üzərində yerləşdiyini, ölkələrimiz arasında bağlılıq, oxşarlıq haqqında danışaraq, bir sıra tanınmış mədəniyyət, ədəbiyyat simaları Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Babur, Nəsimi, Əmir Teymur, Qafur Qulam, Səməd Vurğun və başqa şəxslərin bu əlaqələrdəki rolu barədə məruzə edib. O, ədəbiyyatımızın və mədəniyyətimizin biri biri ilə qarşılıqlı vəhdətdə zənginləşdirdiyini və inkişaf etdiyini qeyd edib. Samir Abbasov çıxışının sonunda Universitetin kitabxanasına Azərbaycan Mədəniyyət Mərkəzi adından “İrəvan xalçaları” kitabını hədiyyə edib.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov iki ölkə arasında əlaqələrin tarixindən tanışaraq, bu istiqamətdə son 5 ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin  həyata keçirdiyi layihələrdən danışaraq, çoxsaylı nəşrlərin işıq üzü görməsini, iki ölkənin mədəniyyət, ədəbiyyat adamları, təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsini fəxrlə qeyd edib.
Ə.Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin dosenti, filoloq Gülbahar Aşurova müasir dövr Azərbaycan-Özbəkistan ədəbi əlaqələri barədə məruzə ilə çıxış edib. O, tədbirdə Özbəkistanın xalq şairi və yaxın günlərdə Bakıda 80 illik yubileyi geniş qeyd olunan  Camal Kamalın səfərdən təsirlənərək yazdığı “Azərbaycan” şeirini oxuyub və şeir konfrans iştirakçılarının alqışlarına səbəb olub.
Çıxış edən digər natiqlər - Səmərqənd Dövlət Universitetinin professoru, tarixçi alim İlhamcan Saidov, Termez Dövlət Univsersitetinin doktorantı Abidcan Şafiyev iki xalq arasında mədəni-ədəbi əlaqələrə dair geniş məruzələr ediblər.  
Tədbirdə Özbəkistanın və Tacikstanın əməkdar artisti Asadulla Ataullayev Azərbaycan şairi Məhəmməd Füzulinin əsərlərindən tarda ifa edərək oxumuşdur.
Tədbirin sonunda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycana dair hazırlanmış kitab kolleksiyası Səmərqənd Dövlət Universitetinə hədiyyə edilib.

 

Səmərqənddə Puşkin adına İnformasiya-Kitabxana Mərkəzinə
  Azərbaycanla bağlı kitablar təqdim edilib.

(13.06.2017) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı, diaspor təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi, Səmərqənd Vilayət Hakimiyyəti və Səmərqənd Dövlət Universitetinin, Özbəkistandakı səfirliyimizin dəstəyi ilə bu qədim şəhərdə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Puşkin adına İnformasiya-Kitabxana Mərkəzinə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı kitablar təqdim olunub.

AMM-in əməkdaşı Kifayət Pirməmmədova tədbirdə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, təqdim olunan kitablar haqqında məlumat verib.

Mərkəzin direktoru Şaxodat Əhmədova belə kitab kolleksiyası təqdim etdiyinə görə AMM-ə minnətdarlığını bildirib, bu kitabların gənclərin istifadəsinə veriləcəyini deyib. O qeyd edib ki, bu sahədə əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

Kitab kolleksiyasına ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə həyata keçirilən islahatlarla bağlı nəşrlər, Özbəkistanın Xalq Şairi Camal Kamalın tərcüməsində Nizami Gəncəvinin "Sirlər xəzinəsi" poeması, Olimcon Buriyevin tərcüməsində Nizami Gəncəvinin "Xəmsə"si, "XX əsr Azərbaycan poeziyası antologiyası", "Azərbaycanın mədəni irsi", "Azərbaycan yazıçılarının hekayələri", Məhəmməd Füzulinin "Qəlb gövhəri", "Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri", professor Əli Həsənovun "Geosiyasət" monoqrafiyası (özbək dilində), "Müasir Azərbaycan şairlərinin şeirləri", tanınmış yazıçı Yunus Oğuzun "Sultan Alp Arslan", "Şah arvadı və cadugər" romanları, Xalq Yazıçısı Anarın seçilmiş əsərlərindən ibarət "Mən, sən, o və telefon", özbək tarixçisi Şuxrat Salamovun "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər" və "Qarabağ: ideyalar müharibəsi" kitabları və digər nəşrlər daxildir. Səmərqənddə Azərbaycan mədəniyyəti günləri davam edir.

 

 

Səhifə 1      Səhifə 2

Odlar yurdu Azərbaycan
Azərbaycan xalqının
ümummilli lideri
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
$('#s3').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan
$('#s4').cycle({fx: 'scrollDown', 
sync: 0, delay: -2000});

 

Özbəkistanda tanınmış azərbaycanlılar
Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı
$('#s6').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });

 

Azərbaycan mədəni irsi
Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi
$('#s7').cycle({fx: 'scrollDown', 
sync: 0, delay: -3000});
 
Azərbaycanda turizm
 


Azərbaycana virtual tur

 

Azərbaycanda təhsil

Azərbaycanda təhsil
 
Özbəkistanda Azərbaycan
diaspora təşkilatı
 
Ermənistanın Azərbaycana təcavüzü
Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü
$('#s5').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Genesis Studiyası