Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifə Bizə yazın Sayt haqda məlumat
Az   |   Рус

Xəbərlər 2017

Səhifə 1      Səhifə 2

 

Özbəkistanın qədim Səmərqənd şəhərində “Azərbaycan Mədəniyyət günləri”nin açılışı olmuşdur.

(12.06.2017) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı, Səmərqənd Vilayət Hakimiyyəti, Səmərqənd Dövlət Universitetinin, Azərbaycan diaspora təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin, Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə Səmərqənd şəhərində “Azərbaycan Mədəniyyət günləri”nin açılışı olmuşdur.
Tədbirdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycanın Özbəkistandakı Səfirliyinin 1-ci katibi Samir Abbasov “Azərbaycan Mədəniyyət günləri”nin keçirilməsində əsas məqsədin qədim mədəniyyət beşiyi, turizm mərkəzi olan Səmərqənddə zəngin Azərbaycan mədəniyyətini təbliğ etmək, ölkələrimiz, xalqlarımız arasında dostluğu daha da möhkəmləndirmək olduğunu söyləyib.
Samir Abbasov Səmərqənd şəhərindəki “Azərbaycan Mədəniyyət günləri” çərçivəsində silsilə tədbirlərin keçiriləcəyini və bu məqsədlə şəhərin mərkəzindəki park bulvarda Azərbaycan musiqilərindən ibarət konsert proqramının, Azərbaycan milli geyimlərindən, ölkəmizin Qarabağ bölgəsinin milli libaslarından ibarət moda sərgisinin keçirilməsi, Səmərqənd dövlət Universitetində iki ölkə arasında mədəni-ədəbi əlaqələrə dair elmi Konfransın təşkili, Səmərqənd kitabxanalarına Azərbaycana dair zəngin kitab kolleksiyasının hədiyyə olunması mərasimi, Səmərqənddə azərbaycanlı tanınmış rəssam, heykəltaraş Eynulla Əliyevin yaşadığı evinin qarşısında onun barelyefinin açılış mərasimi və s. tədbirlərin planlaşdırıldığını qeyd edib.
Açılış mərasimində çıxış edən Səmərqənd Dövlət Universitetinin prorektoru, beynəlxalq məsələlər üzrə departamentin rəhbəri Muxtar Nasirov şəhər hakimiyyəti və Universitet adından hamını salamlayaraq, iki xalq, dövlət  arasında dostluq əlaqələrindən danışıb, qardaş Azərbaycana Səmərqənddə böyük maraq olduğunu bildirib. O, Səmərqəndin açıq havada bir muzeyi xatırlatdığını söyləyib,  şəhərdəki tarixi abidələrin tikilməsində azərbaycanlı memarların da böyük xidmətləri olduğunu vurğulayıb.
Səmərqənd Vilayəti üzrə Azərbaycan Diaspora Təşkilatının rəhbəri Adilağa Mirzəyev təşkil olunmuş sərgiləri yüksək qiymətləndirib, bütöv bir həftənin şəhərdə Azərbaycan mədəniyyətinə həsr edildiyini qeyd edib. O, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə  bu cür silsilə tədbirlərin təşkilinə və mədəniyyətimizi Özbəkistanda bu cür əhatəli təbliğinə görə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, Səmərqəndin mərkəzi park – bulvar ərazisində keçirilən açılış mərasimində park əsl Azərbaycan görkəmi almışdır. Parkda təşkil olunmuş fotosərgidə Odlar yurdunun əsrarəngiz gözəllikləri, turizm məkanları, habelə Azərbaycanın Qarabağ bölgəsinin  təbiəti,  tarixi abidələrinə  dair fotoşəkillər təşkil olunmuş sərgidə nümayiş etdirilib. Park ərazisində yaradılmış ənənəvi Azərbaycan evində xalqımızın tarixi, mədəniyyətini, ənənələrini özündə əks etdirən və milli ornamentlərlə bəzədilən xana iştirakçıların böyük diqqətinə səbəb olub.
Milli suvenirlərimiz, mədəniyyətimizə dair eksponatlar, Azərbaycanın müxtəlif regionlarında hazırlanmış xalçalarımız, habelə milli musiqi alətlərimizə dair təşkil olunmuş sərgi də böyük diqqət qazanıb.
Tədbir çərçivəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatına dair özbək dilində çap olunan çoxsaylı nəşrlər, habelə ölkəmizin təbliğinə dair Heydər Əliyev Fondu tərəfindən, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunan kitablar sərgilənmişdir.
Tədbirdə Azərbaycan çayı, milli şirniyyatlarımız qonaqlara təqdim olunub.
Açılış mərasimində Özbəkistanın tanınmış sənətçiləri Azərbaycan musiqilərini ifa ediblər. Daşkənddəki Qlier adına İxtisaslaşmış Akademik Musiqi liseyinin şagirdləri Qarabağa dair musiqilər oxuyub, dünya şöhrətli  “Özbək gəncləri” musiqi qrupu milli mahnılarımızı səsləndiriblər. Tədbir geniş konsert proqramı ilə davam edib,  böyük tamaşaçı marağına səbəb olub.

 

 

Nizami Gəncəvinin şah əsəri “Leyli və Məcnun” Daşkənddə özbək dilində çapdan çıxdı.

(09.06.2017) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan ədəbiyyatının dahi şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri Daşkənddə “Extremum Press”  nəşriyyatında çap olunub. Əsəri orjinaldan özbəkcəyə çevirən Özbəkistanın xalq şairi Camal Kamaldır.
2015-ci ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə xalq şairi Camal Kamal arasında bağlanan müqaviləyə əsasən 2018-ci ilə qədər Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan beş poemanın özbək dilinə tərcüməsi nəzərdə tutulur. Onu da deyək ki, “Xəmsə”yə daxil olan əsərlər hələ Özbəkistanda tam olaraq çap olunmayıb.
Artıq “Sirlər xəzinəsi” və “Leyli və Məcnun” poemaları özbək dilində çap edilib, ədəbiyyatsevərlər, ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.
Camal Kamal kitaba yazılan epiloqda qeyd edir ki, hər bir insan sevgi ilə yaranıb, adları dünyaya sevgi, eşq dastanı ilə yazılan çoxlu qəhrəmanlar var: Tahir və Zöhrə, Romea və Cületta, Aşıq Qərib və Şahsənəm, Antoni və Kleopatra və s. Amma onlar arasında “Leyli və Məcnun” surətləri tamam fərqlidir. Bu bir ilahi məhəbbət timsalıdır.
Mədəniyyət Mərkəzindən verilən məlumata görə kitabın cari ilin sentyabr ayında Daşkənddəki Nizami Gəncəvi adına Dövlət Pedaqoji Universitetində və Əlişir Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetində geniş təqdimat mərasimlərinin keçirilməsi planlaşdırılır.
Təqdimat mərasimindən sonra kitabın Özbəkistanın və Azərbaycanın aparıcı kitabxanalarına, elm, təhsil, tədqiqat müəssisələrinə göndərilməsi planlaşdırlır.
Kitaba yazılan ön sözün müəllifi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, kitabın redaktoru filologiya elmlər  namizədləri Erqaş Açilov, Gülbahar Aşurova, rəyçilər Daşkənddəki Əlişir Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracəddinov və tanınmış professor Naim Kərimovdur.
Ön sözdə Samir Abbasov vurğulayır ki, Türk dünyası ölkələrindən biri və ən zəngin ədəbiyyat, sənət, poeziya beşiyi olan Azərbaycan, bütün bəşəriyyəti heyrətdə qoyan, qeyri-adi, sözlə ifadə olunmayan istedada malik böyük Nizami Gəncəvi ilə fəxr edir, qürur duyur. O, Mədəniyyət Mərkəzinin layihəsi ilə Nizami Gəncəvinin "Xəmsə"sinin bütövlükdə Özbək dilinə tərcümə edilərək Özbəkistanda çap edilməsi ilə bir tarix yazıldığını və kitabların qardaş ölkənin tədqiqatçıları üçün Nizami Gəncəvini daha dərindən öyrənməkdə zəngin və əvəzsiz bir mənbə olacağına ümid etdiyini söyləyir.
Kitabda qeyd olunur ki, Nizami Gəncəvi bu qədim məhəbbət əfsanəsinə ustad qələmi ilə bəzək vurmuş, onu bədii yüksəkliyə qaldırmış, ilahi bir sevgi dastanı yaratmışdır. Şairin yaratdığı bu məhəbbət dastanı dünya ədəbiyyatı xəzinəsinin ən qiymətli incisinə çevrilmişdir. 
Şair-tərcüməçi Camal Kamal Nizami Gəncəvinin əsərləri ilə yanaşı, böyük Azərbaycan şairləri  Məhəmməd Füzuli, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və s. əsərlərini özbək dilinə tərcümə edibdir.
Qeyd edək ki, Azərbaycan dövləti də Camal Kamalın bu xidmətlərini yüksək qiymətləndirir. Cari ilin 29 may – 1 iyul tarixlərində Özbəkistanın xalq şairi Camal Kamalın Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və millət vəkili Qənirə Paşayevanın dəstəyi ilə Bakıya səfəri təşkil olunmuş, onun Azərbaycan Yazıçılar Birliyində, Azərbaycan Milli Kitabxanasında, Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda 80 illik yubileyləri və şairlə yaradıcılıq görüşləri keçirilmiş, o Avrasiya Universitetinin Fəxri doktoru, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü adına layiq görülmüşdür.

 

 

 

Özbək şairi Camal Kamalın 80 illik yubileyi Bakıda qeyd olunub və o, Bakı Avrasiya Universitetinin Fəxri doktoru, Azərbaycan Yazıçılar Birliyinin Fəxri üzvü adına layiq görülüb.

(31.05.2017) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycanın millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin təşkilatçılığı ilə Özbəkistanın xalq şairi, tanınmış tərcüməçi, alim Camal Kamalın rəhbərliyi ilə tanınmış tarixçi Şuxrat Salamov, Əlişir Nəvai adına Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin alimləri – Roza Niyozmetova və Gülbahor Aşurovadan ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Səfər çərçivəsində Özbəkistan nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Millət vəkili Qənirə Paşayeva ümummilli liderin Azərbaycan - Özbəkistan əlaqələrinin inkişafında böyük xidmətləri barədə məlumat verib. 
Sonra Özbəkistan nümayəndə heyəti Fəxri Xiyabanda Camal Kamalın dostluq və əməkdaşlıq etdiyi Bəxtiyar Vahabzadə, Xəlil Rza daxil olmaqla Azərbaycanın tanınmış şair, yazar, alim və ziyalılarının məzarlarını ziyarət ediblər. Özbəkistan nümayəndə heyəti Şəhidlər Xiyabanına gələrək torpaqlarımizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin məzarlarını ziyarət ediblər. Millət vəkili Qənirə Paşayeva qonaqlara erməni daşnaklarının XX əsrin əvvəllərində, Ermənistanın XX əsrin sonlarında xalqımıza qarşı həyata keçirdiyi soyqırımlar, işğalçılıq siyasəti, Xocalı Soyqırımı barədə geniş məlumatlar verib, bu həqiqətlərin qardaş Özbəkistan ictimaiyyətinə daha da geniş çatdırılmasının vacibliyindən danışıb. 
Sonra Bakı Avrasiya Universitetində Özbəkistanın Xalq şairi, tanınmış tərcüməçi, alim, yaradıcılığı Azərbaycan və Şərq ədəbiyyatı ilə sıx bağlı olan Camal Kamalın 80 illik yubileyi keçirilib. İki ölkənin dövlət himnləri səsləndirildikdən sonra giriş sözü ilə tədbiri açan universitetin rektoru, professor Nazim Hüseynli Özbəkistan və Azərbaycan ədəbi əlaqələrinin dərin köklərinə toxunaraq, bu əlaqələrin digər sahələrdə də inkişaf etməsindən danışdı.Rektor, bu gün Camal Kamalı universitetdə görməsindən məmnunluğunu ifadə edərək, şairin Azərbaycan ədəbiyyatına verdiyi tövhələrə və xidmətlərinə görə təşəkkürünü bildirdi. 
Tədbirdə çıxış edən millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında müstəsna rolu olan Camal Kamalın həyat fəaliyyəti və geniş yaradıcılığına toxunaraq onun Azərbaycanın böyük şairi Nizami Gəncəvinin “Xəmsə”sini özbək dilində tərcümə etməsini, eləcədə Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün və digər Azərbaycan ədiblərinin əsərlərini özbək xalqına təqdim və təbliğ etməsinə görə dərin təşəkkürünü bildirdi.
Tədbir – Qarabağ həqiqətlərini, Xocalı faciəsi barədə tarixi həqiqətləri dünya ictimaiyyətinə olduğu kimi çatdıran Şuhrat Salamov, professor Gülbahar Aşurova, professor Roza Niyazəhmədova və digərlərinin çıxışı ilə davam etdirilib.
Tədbirin sonunda Özbəkistanın xalq şairinə Bakı Avrasiya Universitetinin Fəxri doktor diplomunun təqdimatı olub və xatirə şəkilləri çəkdirilib. Öz növbəsində Camal Kamal Bakı Avrasiya Universitetinin rektoruna,eləcədə universitetin professor-müəllim kollektivinə ona yüksək adın verilməsinə görə təşəkkürünü bildirib.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda isə Özbəkistanın Xalq şairi Camal Kamalın anadan olmasının 80 illiyi münasibətilə “Camal Kamal və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafından söz açıb, son illərdə iki ölkə arasında mədəni-ədəbi əlaqələrin daha da genişləndirildiyini bildirib. Alim rəhbərlik etdiyi qurumda Özbəkistan ədəbiyyatının nümayəndələrinin yaradıcılığının təbliği istiqamətində mühüm işlərin görüldüyünü deyib. 
Qeyd edib ki, ötən il Ədəbiyyat İnstitutunda Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsi fəaliyyətə başlayıb və aparılan tədqiqatlar nəticəsində bir sıra kitablar nəşr olunub. "Ölkələrimiz arasında ədəbi əlaqələrin inkişafında Camal Kamalın müstəsna xidmətləri vardır" -deyən akademik İ.Həbibbəyli ədibin yaradıcılığında Azərbaycan ədəbiyyatının xüsusi yer tutduğunu, şairin hazırda Nizami Gəncəvinin “Xəmsə”sinin özbək dilinə tərcüməsi üzərində işlədiyini diqqətə çatdırıb. Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafından danışan millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Özbəkistanın Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini beynəlxalq arenada dəstəklədiyini vurğulayıb. Millət vəkili çıxışında Camal Kamalın hər zaman Azərbaycan ədəbiyyatına xüsusi önəm verdiyini deyib. Bildirib ki, C.Kamal böyük Azərbaycan şairi Məhəmməd Füzuli, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və digər şairlərin əsərlərini özbək dilinə tərcümə edib.
Konfransda Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Almaz Ülvinin “Ədəbiyyatın 60-cılar nəslinin görkəmli özbək nümayəndəsi Camal Kamal”, həmin şöbənin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Yaşar Qasımbəylinin “Çağdaş özbək poeziyasının baş canlı klassiki, Xalq şairi Camal Kamal”, institutun dissertantı Sənubər Səmədovanın “Camal Kamal yaradıcılığında Azərbaycan izləri”, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin həmsədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbahor Aşurovanın “Camal Kamalın həyat və yaradıcılığı”, Əlişir Nəvai adına Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin baş müəllimi, professor Roza Niyozmetovanın “Ədəbiyyat tədrisinin aktual məsələləri haqqında” məruzələri dinlənilib. Sonda çıxış edən Camal Kamal səfərdən çox məmnun olduğunu, qardaş Azərbaycanla bağlı xatirələrini bölüşüb. O, səfər zamanı çox təsirləndiyini qeyd edib, bir vaxtlar dostluq etdiyi Azərbaycan şairləri Bəxtiyar vahabzadəni, Xəlil Rzanı, Səməd Vurğunu çox ehtiramla yad etdiyini bildirib. Azərbaycanda göstərilən belə böyük qiymətə, diqqətə görə minnətdarlığını bildirən Özbək şair Azərbaycan və Özbək xalqlarının çox yaxın olduqlarını və bu qardaşlığın əbədi olmasını arzulayıb.
Camal Kamalın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın böyük şairi Nizami Gəncəvinin abidəsini ziyarət edib, Azərbaycanın tanınmış alimləri, ədəbiyyatçıları ilə və bir sıra KİV qurumlarının rəhbərləri ilə görüşüb, Azərbaycan və Özbəkistan arasında ədəbi əlaqələrin daha dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Camal Kamalın yaradıcılığında Azərbaycan ədəbiyyatı xüsusi yer tutur. Camal Kamal Azərbaycan şairləri Bəxtiyar Vahabzadənin Məhəmməd Füzuli barədə yazdığı “Şəbi-Hicran” (Ayrılıq gecəsi) və Xəlil Rza Ulutürkün Nəsimiyə ithaf etdiyi “Fəryad” poeması və bir sıra şeirləri özbək dilinə tərcümə edib. Onu Azərbaycan şair və ədəbiyyatşünasları ilə dostluq əlaqələri bağlayır. O, Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə ilə sıx dostluq əlaqələri olub.
Camal Kamal 40-dan çox əsəri rus, fars, ingilis dillərindən özbək dilinə tərcümə edib. Onların əksəriyyəti dünya klassikasının şedevrləri hesab olunur – Şekspirin on iki dramı, Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan poemalar.
Azərbaycan ictimaiyyəti Özbək şairin xidmətlərini yüksək qiymətləndirərək Bakıda ədəbi mühit  bütöv bir həftəni Camal Kamala həsr edib.

 

Daşkənddə azərbaycanlılar möhtəşəm – 28 may bayram tədbiri.

(27.05.2017) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistandakı Azərbaycan diaspora təşkilatı – Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi ilə birlikdə Daşkənddə möhtəşəm bayram tədbiri keçirilib.
Tədbir Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında açıq havada təşkil olunub. Bayram tədbirinə çoxsaylı azərbaycanlılar, özbək xalqının nümayəndələri, mötəbər qonaqlar qatılıblar.
Açılış mərasimində çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalqının yaratdığı Şərqdə ilk Demokratik Respublika haqqında məlumat verdi, 70 ildən sonra xalqımızın yenidən öz qəlbində yaşatdığı müstəqillik arzusunu reallaşdırdığını qeyd etdi. O, tarixə nəzər salanda müstəqilliyin tək qazanmaq deyil, onun qorunub saxlanılması, möhkəmləndirilməsinin necə vacib amil olduğunu vurğuladı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik siyasəti nəticəsində bugün Azərbaycan dünyanın sayılıb seçilən ölkəsinə çevrildiyini q      eyd etdi. Samir Abbasov bir vaxtlar xəyal belə edilə bilməyən tədbirlərin, bügün prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, ölkəmizin Avropa Musiqi Festivalı, Avropa oyunları, İslam həmrəyliyi oyunları, ümumdünya forumlarının keçirildiyini məkana çevrildiyini öz çıxışında söyləyib. Müstəqilliyin böyük nemət olduğunu qeyd edən S.Abbasov qazanılan böyük uğurlar haqqında danışdı.
Özbəkistandakı Daşkənd şəhər Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov öz çıxışında bütün dünya azərbaycanlılarının tarixi vətəni olan müstəqil Azərbaycanın uğurlarına həmişə sevindiklərini və soydaşlarımızın Azərbaycan ətrafında sıx birləşərək Azərbaycana daim dəstək olmalarını istədi.
Daha sonra təntənəli bayram konsertinə start veridi. Tədbirdi Azərbaycan Mədəniyyət Mərkəzlərinin “Qardaşlıq” ansamblı, Özbəkistanın tanınmış sənətçiləri İsroil Saidumarov, Abdulmalik Tatlı, “Özbəyim yoşları” qrupunun musiqiçiləri, “Azərbaycan qızları” rəqs ansamblı Azərbaycan və Özbək mahnılarını ifa etdilər.

 

 

 

Özbəkistanın Respublika sarayı olan Türküstanda keçirilən uşaq xeyriyyə festivalının təşkilatçısı Azərbaycan Mədəniyyət Mərkəzi olmuşdur. 

(20.05.2017) Özbəkistandakı Azərbaycan Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın Respublika sarayı -Türküstanda uşaq xeyriyyə festivalı keçirilmişdir.
Özbəkistanın "Türküstan" Respublika Sarayında Daşkəndəki internet evlərinin uşaqları üçün keçirilən xeyriyyə festivalının builki təşkilatçısı Səfirliyimiz və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi olub.
Azərbaycan tərəfi builki xeyriyyə festivalında iştirakını Azərbaycanın Respublika gününə həsr edib və Festivalın rəsmi sponsoru olub.
Tədbirdə Daşkənd Şəhər Hakimiyyətinin, Özbəkistan Həmkarlar İttifaqının nümayəndələri, Daşkənddəki 15-ə yaxın uşaq evlərinin minə yaxın fiziki qüsurlu və yetim uşaqları iştirak ediblər.
Tədbirin açılışında iştirakçılar Azərbaycan tərəfinin bu təşəbbüsünü və dəstəyini yüksək qiymətləndirərək xeyriyyə aksiyasını əsl dost addımı adlandırıblar.
Daşkənd şəhər Həmkarlar İttifaqının sədr müavini Omon Topilov  Azərbaycan Mədəniyyət Mərkəzinin xeyriyyə Festivalına dəstəyini yüksək qiymətləndirərək bunu əsl dost qayğısı və dəstəyi adlandırdı. O, kiçikyaşlı istedadların tapılaraq üzə çıxarılması, onların Özbəkistanın ən ali səhnəsində konsertlərinin təşkili, habelə uşaq evlərinin hər il bir zəruri ehtiyacının ödənilməsi nümunəvi dost addımı olduğunu vurğuladı. Natiq Özbəkistan-Azərbaycan dostluğundan danışaraq bu münasibətlərin böyük tarixə malik olduğunu söylədi.
Səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan dostluğundan danışaraq, bu dostluğun möhkəmlənməsi, xalqlarımız arasında əlaqələrin inkişafında gələcək nəsillər olan uşaqların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O, çıxışında gələcək nəsillərin elm və biliklərə yiyələnməsinin vacib olduğunu vurğuladı, Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun ölkəmizdə uşaq evlərinə qayğısı, onların fəaliyyətinin yüksək səviyyədə qurulması istiqamətində görülən işlərdən danışdı. Diplomat hər bir xalq üçün böyük nemət olan müstəqilliyin tariximizin, dilimizin, dinimizin, mədəniyyətimizin, adət və ənənələrimizin yaşadılması və inkişafında əvəzsiz olduğunu söylədi.
Daha sonra Festivalda Daşkənddəki İnternat evlərinin fiziki qüsurlu uşaqları maraqlı musiqi nömrələri ilə çıxış etdilər. Onlar bir sıra Özbək, Azərbaycan  və dünya musiqilərini və rəqslərini ifa ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qzıları” və “kiçik fidanlar” rəqs qrupları milli rəqslərimizi ifa etdilər.
Tədbirin sonunda Daşkənddəki 15 uşaq evi və İnternet məktəblərinə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin hədiyyələri təqdim olunub.
Bədii hissədən sonra Daşkənddəki "Turon" sarayında uşaqlara nahar və sovqatlar verilib.
Məlumatın aidiyyatı üzrə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə göndərilməsinə göstəriş verməyinizi Sizdən xahiş edirik.

 

 

 

Daşkənddə keçirilən Azərbaycanın təntənəli Respublika günündə diplomatik nümayəndəliklər arasında ilk dəfə olaraq Özbəkistanın Baş Naziri iştirak etdi.

(19.05.2017) Hər ilin may ayında dövlət tərəfindən ənənəvi olaraq keçirilən çox sayda konfransların olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 28 may – Respublika günü münasibəti ilə rəsmi tədbir cari ilin may ayının 19-da Daşkənd şəhərində keçirilmişdir.
250 nəfərdən çox qonaq sayı olan tədbir “Windham Tashkent” otelində təşkil edilmişdir. Tədbirdə əsas qonaq qismində ölkə rəhbərliyinin göstərişi ilə Özbəkistan Respublikasının Baş Naziri cənab Abdulla Oripov iştirak etmişdir. Bildirmək istəyirik ki, Özbəkistanın müasir siyasi tarixində ilk dəfədir ki, bu kimi tədbirdə ölkənin baş naziri iştirak edir. Baş nazir cənab A.Oripovu qarşılama zamanı səfir H.Quliyev Özbəkistan hökumətinin ölkəmizə göstərilən bu hörmətin tərəfimizdən yüksək qiymətləndirildiyi vurğulanmış və iştirakı ilə bizi qururlandırdığını bildirmişdir.
Baş nazirlə yanaşı tədbirdə Xarici İşlər Nazirinin müavini Saidikrom Niyazxocayev, Müdafiə Nazirinin müavini Baxodir Taşmatov, Özbəkistan Xarici İşlər, Milli Təhlükəsizlik nazirliklərinin nümayəndələri, Özbəkistanda akkreditə olmuş xarici ölkələrin səfirləri, eyni zamanda beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər. Digər dəvətlilər arasında elm, mədəniyyət və ictimai xadimlər, jurnalistlər və s. nüfuzlu qonaqlar yer almışdır.
Öz çixişı ilə tədbirə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev açılış edilmişdir. Səfir H.Quliyev çıxışında 1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycanın qazandığı uğurlar, həyata keçirdiyi nəhəng lahiyələrdən bəhs etdikdən sonra, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü haqqında qonaqlara ətraflı məlumat verdişdir. Çıxış zamanı səfir Azərbaycan-Özbəkistan iki qardaş ölkə arasındakı yüksək səviyyəli münasibətlərdən danışaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə ölkə rəhbərliyinə öz təşəkkürünü bildirmişdir.
Tədbirdə verilən furşet zamanı Heydər Əliyev Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansablı milli rəqslərimizi ifa edərək maraqlı çıxışlar etmiş və qonaqlar üçün Azərbaycanın zəngin kartotekasından milli musiqilər səsləndirilmişdir. Tədbirin bədii hissəsində Özbəkistanın tanınmış sənətçiləri çıxış etmiş, ölkəmizin son illər əldə etdiyi nailiyyətlər, Azərbaycanın turizm gözəllikləri nümayiş etdirildi.

 

 

 

Daşkənddə “Xalqların adət-ənənələri və milli yeməkləri” adlı 15-cü xeyriyyə festivalı keçirib.

(13.05.2017) Özbəkistan Xarici İşlər Nazirliyinin diplomatik servis xidməti “Uzekspomərkəz” sərgilər mərkəzinin həyətində “Xalqların adət-ənənələri və milli yeməkləri” adlı 15-cü xeyriyyə festivalı keçirib.
Festivalda Özbəkistanda fəaliyyət göstərən səfirliklər öz xalqlarının adət-ənənələri və milli yeməklərini nümayiş etdiriblər.
Tədbirdə ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Tədbirdə Özbəkistanda akreditə olunmuş xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycan səfirliyinin və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
Diplomatik servis xidmətinin rəhbəri Abduraşid Kayumov festivalın əhəmiyyəti haqqında söhbət açıb, deyilib ki, xalqların bir-birini daha da yaxından tanımasında belə tədbirlərin əhəmiyyəti böyükdür.
Azərbaycan tərəfi ənənəvi olaraq Festivalda builki iştirakını da ulu öndər Heydər Əliyevin doğum gününə həsr edib.
Azərbaycan Mədəniyyət Mərkəzi üçün ayrılmış guşədə ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatlar haqqında kitab və albomlar, Qarabağın milli qadın və kişi geyimləri, Qarabağ xalçaları, suvenirlərimiz nümayiş etdirilib.
Xalqımızın tarixi, ədəbiyyatı, mədəniyyəti ilə əlaqədar nəşrlər, milli musiqi alətləri, milli məişət əşyalarımız buraya gələnlərin diqqətini çəkib.
Guşədə qonaqlara milli xörəklərimiz, o cümlədən dolma, plov, dovğa, kükü, qutab və digər təamlarımız təklif olunub.
Tədbirin sonunda festivalın münsiflər heyəti iştirakçıları mükafatlandırıb. Səfirliyimiz və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi festivalda aktiv iştirak etdiyinə görə səfir Hüseyn Quliyevə diplom və qiymətli hədiyyələr təqdim edilib.

 

 

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Daşkənddə anılıb.

(10.05.2017) Azərbaycanın Özbəkistandakı səfirliyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Daşkənd şəhəri üzrə Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı mərasim keçirilib.

Tədbirdə səfirliyin, AMM-nin əməkdaşları, diasporumuzun üzvləri iştirak ediblər. Əvvəlcə Ulu Öndərin Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsi önünə əklillər və çiçək dəstələri qoyulub. İştirakçılar ümummilli liderin həyat və fəaliyyətini əks etdirən kitab sərgisinə də baxıblar.

Mərasimdə çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar.

Qeyd olunub ki, Heydər Əliyevin adı təkcə Azərbaycanda deyil, bütün dünyada hörmətlə yad olunur. Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

 

 

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ulu öndərin
anadan olmasının 94-cü ildönümü münasibətilə Heydər Əliyev təqaüdünü təqdim edib.

(10.05.2017) Təqaüd 2016-cı ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin təbliği məqsədilə təsis olunub.

Bu il təqaüdə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin iki tələbəsi - Şaxnoza İsmatova və Tatyana Abbasova layiq görülüblər.

Təqaüdü tələbələrə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov təqdim edib.

Samir Abbasov tələbələrlə görüş zamanı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyəti, onun elmə, təhsilə verdiyi töhfələrdən danışıb.

O, qeyd edib ki, Heydər Əliyevin gənclərə xüsusi diqqət və qayğısı nəticəsində onların bir qismi dünyanın aparıcı universitetlərdə təhsil alıb.

Şaxnoza İsmatova və Tatyana Abbasova AMM-nə təşəkkürlərini bildirib, gələcək fəaliyyətlərini Azərbaycan və ulu öndər Heydər Əliyevin zəngin irsinin geniş təbliğinə həsr edəcəklərini vurğulayıblar.

Qeyd edək ki, ötən il bu təqaüdə Özbəkistandakı Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin iki tələbəsi layiq görülmüşdü.

 

 

Özbəkistanda azərbaycanlı alim, görkəmli pedaqoq, tərcüməçi Seyid Rza Əlizadənin
130 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

Cari il 6 may tarixində Daşkənddəki Cahan Dilləri Universitetində Səmərqənddə yaşayan azərbaycanlı alim, görkəmli pedaqoq və tərcüməçi və jurnalist Seyid Rza Əlizadənin 130 illiyi ilə əlaqədar elmi konfrans keçirilib.
Tədbirdə Özbəkistanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, azərbaycan diasporunun üzvləri, bu ali ali məktəblin professor, müəllim heyəti, tələbələr, jurnalistlər iştirak ediblər.
Qeyd edək ki, ötən əsrin sonlarında və XX əsrin əvvəllərində Özbəkistanın Səmərqənd şəhərində yaşayıb-yaratmış görkəmli maarifçi, jurnalist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi və aktyor Seyid Rza Əlizadə  özbək xalqının maariflənməsində çox böyük xidmətləri olmuşdur. 14 dil bilən azərbaycanlı alim ensiklopedik biliyə malik olmuş, Azərbaycan və dünya ədəbiyyatından çoxsaylı əsərlər tərcümə etmişdir.
Azərbaycan maarifçilərindən ilham alan Seyid Rza Əlizadə Səmərqənddə ilk dəfə olaraq yeni tipli məktəblərin açılmasına nail olmuş, məktəblər üçün çoxsaylı tədris proqramları hazırlamış, Səmərqənddə çıxan "Səmərqənd", "Novıy Samarkand", "Ovozi tacik" qəzet və jurnallarına maarifçi məqalələr dərc etdirib.
Tədbiri giriş sözü ilə açan  Qanisher Rahimov Seyid Rza Əlizadənin Türküstanda xalq maarifinin və mədəniyyətin inkişafındakı müstəsna xidmətlərindən danışıb. O, Özbəkistan Respublikasının Nazirlər Kabinetinin tanınmış alim Seyid Rza Əlizadənin 130 illik yubileyinin qeyd olunması Qərarını yüksək qiymətləndirərək, bunu dövlətin elmə, mədəniyyətə, ədəbiyyata göstərdiyi qayğı kimi qiymətləndirib.
Çıxış edən akademik Bəxtiyar Nazarov S.R.Əlizadənin 1918-1920-ci illərdə özbək, tacik və Orta Asiyada yaşayan farsların Əlifba kitabını, tacik dilinin qrammatikasını hazırladığını və alimin çıxşaxəli fəaliyyətindən danışıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bu ölkədə yaşayan azərbaycanlıların elm, mədəniyyət, ədəbiyyatın inkişafında xidmətlərini qeyd edib. O, Türküstan və Azərbaycan arasında bir mədəniyyət körpüsü yaradan Seyid Rza Əlizadənin maarifçi, jurnalist və tərcüməçi kimi fəaliyyətindən danışaraq, alimin Azərbaycan ədəbiyyatı ilə əlaqələri, Mirzə Ələkbər Sabirlə görüşü və Üzeyir Hacıbəyovla əlaqələrini xüsusi qeyd edib.
Diplomat Seyid Rza Əlizadənin ensiklopedik biliyə malik olması, çox dil bilməsi, zəngin pedaqoji təcrübəsinin nəticəsi olaraq bölgənin özbək, tacik, qazax və qırğız əhalisi arasında məşhurlaşmasına səbəb olduğunu və bu cür şəxsiyyətlərin fəaliyyətlərin xalqlar arasında bir dostluq körpüsü  yaratdığını söylədi.
Özbək professor Naim Kərimov çıxışında bildirdi ki, S.R.Əlizadə fitri istedadı və zəhməti sayəsində Türküstanda cədidçilər adlandırılan yenilikçilər hərəkatının öncüllərindən birinə çevrilib. O, xalqı maarifləndirmək, cəhalət yuxusundan ayıltmaq üçün mətbuatdan istifadə edən alimin həm Türküstanda, Qafqazda və Hindistanda yüzlərlə məqalə və şeirlərinin nəşr olunduğunu çıxışında qeyd etdi.
Digər çıxışçılar Seyid Rza Əlizadəni gərgin əməyi və səyi nəticəsində 1918-ci ildə Səmərqənddə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operaları, "Arşın mal alan", "O olmasın, bu olsun" musiqili komediyalarının tamaşaya qoyduğunu və bütün imkanlardan istifadə edərək Azərbaycan mədəniyyətini Orta Asiyada yayılmasına çalışdığını vurğuladılar.
Böyük maarifçinin nəvəsi Fərhad Əlizadə babasının xatirəsinə göstərilən ehtirama görə təşkilatçılara və iştirakçılara minnətdarlıq edib. Fərhad Əlizadə represiya qurbanı olmuş babasının nəşinin uzun illər axtardığını və 1987-ci ildə isə çox çətinliklə olsa da, uzaq Sibirdən Səmərqəndə gətirildiyini və burada dəfn etdirdiyini söylədi. O, Özbəkistan dövlətinin Səmərqənddə Seyid Rza Əlizadənin xatirəsini əbədiləşdirdiyini, onun adına küçə, məhəllə , orta məktəb verildiyini fərəh hssi ilə qeyd etdi.
Sonda Özbəkistanın xalq artisti Nəsibə Abdulalyeva Seyid Rza Əlizadənin ana dili Azərbaycan dilində mahnılar ifa etdi.

 

 

 

Daşkənddə “Xalqların adət-ənənələri” adlı mədəniyyət festivalında
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizi təmsil edib.

(29.04.2017) Daşkənddəki ingilisdilli Beynəlxalq Vestminster Universitetində ənənəvi olaraq  keçirilən “Xalqların mədəniyyəti və adət-ənənələri” adlı festivalda Azərbaycan təmsil olunub.
Festival çərçivəsində Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri və mədəniyyət mərkəzlərinə otaqlar ayrılmış və hər bir ölkə öz mədəniyyətini, turizmini nümayiş etdirib.
Öncə tədbirin rəsmi açılış mərasimində universitetin rektoru Kamilcon Karimov çıxış edərək festivalın əhəmiyyətindən danışıb, qeyd edib ki, festival Universitetin tələbələrinə, o cümlədən özbək gənclərinə müxtəlif xalqların mədəniyyətləri, incəsənəti, adət və ənənələri ilə tanış olmaq və bu mövzuda biliklərini artırmağa imkan verdiyini söyləyib.
Tədbirdə bir neçə xarici ölkənin təmsilçisinə fəal əməkdaşlığa görə fəxri diplomlar təqdim olunub. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da təltif olunub.
Festivalda Azərbaycan stendini Özbəkistandakı Heydər Əliyev Azərbaycan  Mədəniyyət Mərkəzi təşkil edib.
Ölkəmiz üçün ayrılmış xüsusi otaqda Azərbaycan mədəniyyətinə dair stend, Qarabağ geyimləri, suvenirlərimiz, milli musiqi alətlərimiz, Azərbaycanın müxtəlif regionlarında toxunmuş xalçalar nümayiş etdirilib.
Azərbaycan guşəsində təşkil olunmuş kitab sərgisində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər iştirakçıların böyük marağına səbəb olub.
Nümayiş etdirilən videoçarxda Azərbaycanın füsunkar mədəniyyəti, turizm gözəllikləri  göstərilib.
Builki sərgidə Daşkənddəki Heydər Əliyev Azərbaycan  Mədəniyyət Mərkəzinin əl işləri və naxıştikmə dərnəyinin istedadlı uşaqlarının hazırladıqları milli suvenirlərimiz nümayiş etdirilməklə yanaşı, praktiki olaraq onların hazırlanma prosesi təqdim edilib.
Azərbaycan Mədəniyyət Mərkəzinə ayrılmış xüsusi stenddə isə ölkəmizin ali məktəbləri, dünya standartlarına cavab verən təhsil ocaqlarına dair məlumatlar sərgilənib, Azərbaycan Diplomatik Akademiyası, Xəzər Universiteti, Azərbaycan Turizm və Menecment Universitetinin təqdimatı keçirilib, xüsusi bukletlər paylanılıb.
Qeyd edək ki, Mədəniyyət Festivalında ABŞ, Böyük Britaniya, Misir, Koreya, Pakistan, İtaliya, Rusiya, Çin, Qazaxıstan, İran və başqa ölkələr öz mədəniyyət stendlərini təqdim ediblər.
Tədbirin bədii hissəsində müxtəlif ölkələrin milli rəqs qrupları çıxış edib, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı bir sıra milli rəqslərimizi ifa ediblər.

 

 

 

Daşkənd Dövlət İqtisadiyyat Universitetində keçirilən "Turizm təhsili: problemlər
və perspektivlər" adlı konfransda Azərbaycan təmsil olunub.

Cari il 28 aprel tarixində Daşkənd Dövlət İqtisadiyyat Universitetində keçirilən "Turizm təhsili: problemlər və perspektivlər" adlı konfransda Özbəkistanın Daşkənd Dövlət İqtisadiyyat Universiteti,  Turizmin inkişafı üzrə Dövlət Komitəsinin nümayəndələri, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistan Aşpazlar Birliyinin, aparıcı turizm şirkətləri, mütəxəssislər, tələbələr iştirak ediblər.  
Tədbirin açılışında giriş sözü ilə çıxış edən Daşkənd Dövlət İqtisadiyyat Universitetinin prorektoru M.Pulatov ölkədə son illər turizm təhsili sahəsində əldə edilmiş nailiyyətlər, problemlər və perspektivlər barədə danışaraq, təşkil edilmiş tədbirin əhəmiyyətindən danışaraq, konfransda maraqlı məruzələrin, təqdimatların, habelə tələbələrin itirakı ilə turizm şirkətləri ilə birbaşa debatların olacağını qeyd etdi.
Tədbirdə Özbəkistanda turizm infrastrukturunun inkişafı, mövcud resurslardan faydalı istifadə, xidmət və təhsil sisteminin əlaqələndirilməsi sahəsində Turizmin inkişafı üzrə Dövlət Komitəsinin departament rəhbəri Abduləziz Akkulov məruzə edib.
Konfransda qastronomik turizmin inkişafı məsələlərinə dair Özbəkistan Aşpazlar Birliyinin sədri Akbar Umarov çıxış edərək turizm sahəsinin inkişafında yüksək kadr hazırlığının əhəmiyyətindən danışdı, Özbəkistanda ali məktəblərlə turizm şirkətlərinin əlaqəli işləməsi və praktikaya daha çox üstünlük verilməsinin vacibliyi barədə məruzə etdi. 
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi Kifayət Pirməmmədova Azərbaycan Turizm və Menecment Universiteti barədə məruzə etdi. Məruzədə Azərbaycanda turizm təhsili sahəsində dünya standartlarına cavab verən ali təhsil ocağının tədris prosesi və tədrisdə qazanılan uğurlar barədə danışılıb.
Qeyd edək ki, məruzə ilə yanaşı Azərbaycan Mədəniyyət Mərkəzinin ölkənin turizm potensialı, Azərbaycanda təhsili, Azərbaycan Turizm və Menecment Universitetinin fəaliyyətinə dair hazırladığı xüsusi videoçarx nümayiş etdirilib.
Sonrakı məruzələrdə Daşkənddəki “Le grande Plaza” otelinin rəhbəri Zakircon Qafurov, “Battuta travel” turizm firmasının direktoru Bekzod Şatulaqanov turizm sahəsində innovasiyaların tətbiqi, kadrların əsas tələbləri və s. barədə çıxışlar olub.
Daha sonra dəyirmi masada diskusiyalar keçirilib. İştirakçı təşkilatlar və şirkətlər sualları cavablandırıblar.
Dəyirmi masada çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi direktoru Samir Abbasov Azərbaycanın turizm təhsili sahəsində Özbəkistanla əməkdaşlığa önəm verdiyini, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin sisteminə daxil olan Turizm və Menecment Universitetinin turizm təhsil sahəsində bir sıra uğurlar əldə etdiyini qeyd etdi.
Tələbələrin sualını cavablandıran S.Abbasov Azərbaycanın turizm sahəsində böyük infrastruktur layihələrinin həyata keçirdiyini, ölkənin şəhərlərinin görkəminin tamamilə dəyişdiyini və son illər Azərbaycana böyük turist axının olduğu vurğuladı.
Özbəkistanla-Azərbaycan arasında turizm təhsili sahəsində əməkdaşlığa dair sualı cavablandıran S.Abbasov Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənd Dövlət İqtisadiyyat Universiteti ilə Azərbaycanın Turizm və Menecment Universiteti arasında Memorandumun imzalanmasına dair hər iki tərəflə razılıq əldə edildiyini söylədi.
Diplomat Memoranduma qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması, səfərlərin reallaşdırılması, turizm təhsili sahəsinin aktual məsələlərinə dair birgə konfransların, seminarları təşkili, elmi nəşrlərin mübadiləsi, birgə yay məktəblərin təşkili və gələcəkdə qarşılıqlı tələbə mübadiləsinin həyata keçirilməsinə dair tədbirlərin daxil edilməsinin planlaşdırıldığını qeyd edib.
Qeyd edək ki, Konfrans maraqlı müzakirələrlə davam edib.
Tədbirin sonunda Daşkənd Dövlət İqtisadiyyat Universitetinin həyətində “Açıq səma altında muzey” layihəsi təqdim olunub. Burada Özbəkistanın bir sıra tanınmış abidələrinin maketləri nümayiş etdirilib, bədii hissə iştirakçılara təqdim edilib.

 

Özbəkistanın aparıcı kitabxanasına “Azərbaycan ədəbiyyatı Özbək dilində”
adlı kitab kolleksiyası hədiyyə edilib.

(27.04.2017) Özbəkistan kitabxanalarının fondlarını Azərbaycana dair nəşrlərlə zənginləşdirilməsi işi artıq ənənən halını alıb. Bu məqsədlə hər il Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi çoxsaylı kitab kolleksiyaları hazırlayır və kitabxana müəssisələrinə hədiyyə edir.
Mədəniyyət Mərkəzinin layihəsi ilə son illərdə iki ölkə arasında mədəni-ədəbi əməkdaşlığa dair, Azərbaycan ədəbiyyatının klassikləri, Azərbaycanın mədəni irsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair çoxsaylı kitablar nəşr olunub.
Qeyd edək ki, sözügedən kitablar cari il 29 mart tarixində Bakıda Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Azərbaycan ədəbiyyatı özbək dilində” adlı layihə ilə ictimaiyyətə təqdim olunmuşdur.
“Azərbaycan ədəbiyyatı Özbək dilində” kitab kolleksiyasına Özbəkistanın xalq şairi Camal Kamalın tərcüməsi Nizami Gəncəv "Sirlər xəzinəsi", özbək tərcüməçi Olimcan Buriyevin tərcüməsi ilə Nizami Gəncəvi "Xəmsə", “XX əsr Azərbaycan şeiriyyəti antologiyası","Ozarbayjoning madaniy merosi: Культурное наследие Азербайджана", "Azərbaycan yazıçılarının hekayələri”, Məhəmməd Füzulinin "Kalb kovhari", "Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri", professor Əli Həsənovun "Geosiyasət" monoqrafiyası (özbək dilində), “Müasir Azərbaycan şairlərinin şeirləri”, tanınmış yazıçı Yunus Oğuzun “Sultan Alp Arslan”, “Şah arvadı və cadugər” romanları,  Azərbaycanın Xalq yazıçısı Anarın seçilmiş əsərlərindən ibarət "Mən, sən, o və telefon", Özbək araşdırmaçı Şuxrat Salamovun "Карабах война идей", "Туркестан и Южный Кавказ XIX - XX вв. Дашнаки от Ферганы до Карабаха" adlı kitabları daxildir.
Heydər Əliyev adına Azərbaycan Mədıəniyyət Mərkəzi qeyd olunan nəşrlərdən ibarət “Azərbaycan ədəbiyyatı Özbək dilində” adlı kitab kolleksiyasını Ə.Nəvai adına Özbəkistan Milli Kitabxanasına hədiyyə edib və sözügedən kitablar Kitabxananın fonduna daxil edilib.
Yaxın zamanlarda sözügedən kolleksiyanın, ölkəmizə dair çoxsaylı nəşrlərin Səmərqənd və Buxara şəhərlərinin kitabxanalarına da göndərilməsi nəzərdə tutulub.
Ötən illərdə də ölkəmizə dair Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin göndərdiyi nəşrlər, habelə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin topladığı kitab kolleksiyası qardaş Özbəkistanın aparıcı kitabxanalarına hədiyyə edilib. Son 4 ildə isə Azərbaycanı tanıyaq” layihəsi həyata keçirilmiş və layihə əsasında ölkəmizə dair yüzlərlə nəşr Özbəkistanın aparıcı kitabsaxlayıcılarına hədiyyə edilib.
Əsas məqsəd dostluq əlaqələrinə töhvə, Azərbaycanın təbliği, Özbək dilində Azərbaycana dair məlumatların, mənbələrin artırılması və ölkəmizlə əlaqədar informasiya əldə etmək istəyən oxuculara, araşdırma aparmaq istəyən tədqiqatçılara geniş imkanlar yaradılması olduğunu bildirib.

 

 

Özbəkistanda Azərbaycanın Qarabağ geyimlərinin moda sərgisi keçirilib.

(19.04.2017) Özbəkistan Rəssamlıq Akademiyasında keçirilən "Ənənəvi təsviri incəsənət festivalı"nda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin Qarabağ geyimlərini nümayiş etdirib.
Daşkənddə Rəssamlıq Akademiyasında keçirilən “Ənənəvi təsviri incəsənət festivalı"nda ölkənin bütün regionları, habelə Daşkənddəki Kəmaləddin Bexzod adına  Rəssamlıq və Dizayn İnstitutunun tələbələri canlı olaraq Akademiyanın həyətində rəsmlər və əl işləri yaradaraq, sərgiyə xüsusi rəng qatıblar.
Bu il də Festivala maraq böyük olmuş, festivalda Akademiyanın müxtəlif sərgi salonlarda gənc istedadların rəsmləri əl işləri sərgilənib.
Festival çərçivəsində Akademiyanın və İnstitututların Milli libaslar və Dizayn fakültəsinin tələbələri milli geyim koloritlərindən istifadə edərək öz kolleksiyalarını nümayiş etdiriblər.
Geyimlərdə Özbək adrasından istifadə edilmiş, ənənəvi və müasir geyim stilləri nümayiş etdirilib.
Moda sərgisi Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyırdı.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi builki Festivalda da Azərbaycanın Qarabağ diyarına aid geyimlərin moda sərgisini təqdim edib.
Qarabağ geyimlərini Özbəkistanın Kəmaləddin Bexzod adına Rəssamlıq və Dizayn İnstitutunun tələbələri nümayiş etdiriblər.
“Qarabağ şikəstəsi”nin sədaları altında Özbək modelyer qızlar XVII-XIX əsrlərə aid Qarabağın bir sıra mərasim, toy libasları, şənlik geyimləri, Qarabağ xanlarının dövrünə aid zadəgan xanımların geyimlərini nümayiş etdiriblər.
Sərgidə nümayiş etdirilən Bakı Geyim Evi tərəfindən hazırlanmış və Mədəniyyət Mərkəzinin "Azərbaycan milli geyimləri" muzeyində daimi nümayiş etdirillən Qarabağ geyimləri iştirakçıların böyük marağına və alqışlarına səbəb olub.
Qeyd edək ki, sərgidə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblı Azərbaycan kəlağayılarını sərgiləyib, “Arşın mal-alan” əsərindən musiqili səhnəni təqdim ediblər.
İştirakçılara festival çərçivəsində Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda Azərbaycan xalqının yaratdığı zəngin mədəniyyət, mədəni irs təqdim edilib, milli geyimlərin hər bir xalqın qədim tarixini, zəngin mədəniyyətinin göstəricisi olduğu vurğulanıb.

 

 

Azərbaycanlı şair İxtiyar Rzanın Özbəkistanda barelyefinin açılışı olub.

(18.04.2017) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkədə yaşamış tanınmış azərbaycanlı şair, Özbəkistan Yazıçılar Birliyinin üzvü olmuş İxtiyar Rzanın yaşadığı evin üzərində onun xatirə löhvəsinin açılışı olub.
Açılış mərasimində Azərbaycan Mədəniyyət Mərkəzinin, Səfirliyinin əməkdaşları, Daşkənd şəhəri üzrə Azərbaycan diasporasının fəalları, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, şairin ailə üzvləri, yaxınları, mətbuat nümayəndələri  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qardaş ölkənin ictimai-mədəni həyatında azərbaycanlıların daim aktiv olduğunu və onların yaradıcılıqları iki ölkə arasında dostluq əlaqələrinin inkişafına təkan verdiyini söylədi. O, Özbəkistanda yaşayan tanınmış azərbaycanlıların irsinin əbədiləşdirilməsi layihəsinə Azərbaycan Respublikasının Mədəniyyət və Turzm Nazrliyinin dəstək göstərdiyini və bu hadisənin Azərbaycan dövlətinin, prezidentinin xarici ölkələrdə yaşayan tanınmış azərbaycanlıların yaradıcılığına  və irsinə olan hörməti, qayğısının bir göstəricisi olduğunu qeyd etdi.
Samir Abbasov Özbəkistandakı tanınmış azərbaycanlıların irsi, habelə şair İxtiyar Rzanın yaradıcılığı haqqında danışaraq, azərbaycanlıların daim Özbəkistanın ictimai-mədəni həyatında mühüm rol oynadıqlarını bildirib. O, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə ötən il tanınmış azərbaycanlı rəssam Yusif Hüseynovun  Daşkənddə yaşadığı evin qarşısında xatirə löhvəsinin açıldığını qeyd etdi. Bu cür layihələrin davam etdiriləcəyini bildirən diplomat  iki xalq arasında dostluq, mədəni əlaqələrin inkişafı istiqamətində həyata keçirilən işlər barədə məlumat verdi.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Gülbahar Aşurova çoxmillətli, çoxmədəniyyətli ölkə olan Özbəkistanın inkişafında Azərbaycanlıların rolundan danışdı, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə artıq tanınmış azərbaycanlı rəssam Yusif Hüseynovun, şair İxtiyar Rzanın xatirəsinin əbədiləşdirilməsinin xalqlar arasında dostluğa, qardaşlığa verilən töhvə kimi dəyərləndirdi.
Daşkənd şəhər Azərbaycan diaspora təşkilatının sədri Firdovsi Hüseynov, azərbaycanlı ziyalı, alim Səxavət  Odjiev, Özbək şair Tahir Qahhar  Özbəkistanda Seyid Rza Əlizadə, Maqsud Şeyxzadə kimi ədəbiyyat nəhəngləri ilə bir sırada adı çəkilən İxtiyar Rzanın yaradıcılığının əsas məqamlarından söhbət açdılar.
Qeyd edək ki, Özbəkistan Yazıçılar Birliyinin üzvü olmuş, tanınmış azərbaycanlı şair İxtiyar Rza 1969-2012-ci illərdə Daşkənd şəhərindəki Üçtəpə rayonunda  22-ci məhəllə, 11-ci binada yaşamışdır.
Şairin yaradıcılığında Vətən, azadlıq, insan xoşbəxtliyi əsas mövzu olaraq öz əksini tapıb. Onun “Vətən”, “Ana yurdum Türküstanım”, “Mənim ölkəm”, “Mənimsən” və başqa əsərləri Özbəkistanda sevilir və populyardır.
İxtiyar Rzanın barelyefi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Özbəkistanın Arxitektura və Layihə İnstitutunun dosenti, tanınmış heykəltaraş Marina Borodinova tərəfindən hazırlanıb.

 

 

 

Daşkənddə Azərbaycan və Özbəkistanın turizm Assosiasiyaları əlaqələrin 
inkişafına dair Əməkdaşlıq Memorandumu imzaladılar.

(14.04.2017) Özbəkistanda keçirilən “İstirahət dünyası” V Daşkənd Beynəlxalq Turizm Sərgisinin  bağlanış mərasimi keçirilib.
Tədbir çərçivəsində Azərbaycan və Özbəkistanın turizm Assosiasiyaları arasında əlaqələrin  inkişafına dair Əməkdaşlıq Memorandumu imzalanma mərasimi olub.
Azərbaycan tərəfdən Memorandumu Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov Özbəkistan tərəfdən bu ölkənin Turizm Assosiasiyasının rəhbəri Nəbican Kasimov sənədə imza atıblar.
Memorandumda əsasən tərəflər qarşılıqlı təcrrübə, informasiya mübadiləsi, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, birgə turların, turizmin təşviqi ilə bağlı birgə tədbirlərin, qarşılıqlı səfərlərin təşkili, hər iki öl­kə ara­sın­da sağlamlıq turizminin təşviqi və bu istiqamətdə turist axınının güclən­di­ril­mə­sinə dəstək göstərilməsi və s.  nəzərdə tutulub.
Memorandumun imzalanma mərasimindən sonra Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı bədii proqram təqdim olunub.
V Daşkənd Beynəlxalq Turizm Sərgisinin yekunları ilə bağlı Özbəkistanın turizmin inkişafı üzrə Dövlət Komitəsinin sədrinin  müavini Ravşan Usmanov çıxış etmiş tədbirin uğurlu nəticələrindən danışmış və tədbir çərçivəsində iki ölkə ilə Azərbaycan və Qazaxıstanla əməkdaşlığa dair Memorandum imzalanmasını xüsusiq qeyd edib.
O, Sərgidə Özbəkistanın yaxşı nəticə göstərən regionlarını mükafat təqdim edib. Qeyd edək ki, Azərbaycanı builki Sərgidə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib, “Azərbaycan” stendi ziyarətçilərə təqdim edilib.

 

 

Daşkənddə “İstirahət dünyası”  V Daşkənd Beynəlxalq Turizm Sərgisi öz işinə başlayıb.
Sərgidə Azərbaycan da təmsil olunur.



(13.04.2017) “İstirahət dünyası” V Beynəlxalq Turizm Sərgisi bugün Daşkənddə "УЗКУРГАЗМАСАВДО" mərkəzində rəsmi açılışı olub.
Beynəlxalq Sərginin əsas təşkilatçısı Özbəkistanın Turizmin inkişafı üzrə Dövlət Komitəsi, “İpək yolu” turizm şirkətidir.
Tədbiri Özbəkistan Respublikasının Baş Nazirinin müavini Sadıq Safayev açaraq, qonaqları salamlamış, tədbirin əhəmiyyətindən danışmış, Özbəkistanın turizm sahəsində qarşıya qoyduğu vəzifələr barədə məlumat verib.
Özbəkistanın Turizmin inkişafı üzrə Dövlət Komitəsinin sədri Ənvər Şarapov  “İstirahət dünyası” V Beynəlxalq Turizm Sərgisində xarici turizm firmaları ilə yanaşı, ölkənin regionlarının da fəal  iştirak etdiyini və onlar öz turizm resurslarını təqdim etdiyini bildirdi.  
Qeyd edək ki, Sərgidə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizi təmsil edib, “Azərbaycan” stendi ziyarətçilərə təqdim edilib.
Azərbaycan stendində ölkəmizin zəngin mədəniyyəti, turizm potensialı nümayiş etdirilib, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın turizminə dair göndərilmiş nəşrlər paylanılmış, “Baku Shopping Festival”ın təqdimatı olmuş, haqqında Mədəniyyət Mərkəzinin layihəsi ilə Bakıda keçirilən Ticarət Festivalı haqqında hazırlanmış xüsusi bukletlərin və bu mövzudakı videoçarxın nümayiş etdirilmişdir.
Beynəlxalq Turizm Sərgisində Azərbaycan Mədəniyyət Mərkəzinin stendi ilə yanaşı Azərbaycanın Naftalan şəhərindəki “Çinar” və “Qaşaltı” otelləri də öz turpaketlərini təqdim ediblər.
Azərbaycan stendinə maraq böyük olub, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki  “Azərbaycan qızları” rəqs ansamblının qızları milli rəqslərimizi ifa ediblər.
Sərgidə Rusiya Federasiyası, Türkiyə, Çin, Çexiya, Ukrayna, Qazaxıstan, Malayziya, Tailand, Sinqapur, Vyetnam və s. ölkələr milli stendlərini təşkil edərək turpaketlərini təqdim ediblər.
Çoxsaylı xarici turizm şirkətləri öz ölkələrinin yaz-yay turizm paketlərini təqdim ediblər.

 

 

      Özbəkistanda “Azərbaycan, Qarabağ, sülh üçün oxu” musiqi layihəsi həyata keçiriləcək.

(07.04.2017) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi məşhur qlobal layihənin Özbəkistan Respublikası üzrə həyata keçirilməsinə start vermişdir.
Azərbaycan, Qarabağ, sülh üçün oxu”  layihəsinin əsas məqsədi  müxtəlif metodlarla bir daha Özbək ictimaiyyətinə Azəraycanın mədəniyyət, musiqi beşiyi olan Qarabağı tanıtmaq, bu diyarda azərbaycanlıların yaratdığı zəngin mədəniyyət, musiqi, tarixi abidələri təbliğ etmək, münaqişə nəticəsində işğala məruz qalmış, torpaqları zəbt edilmiş və öz yurd - yuvalarını tərk etmiş Azərbaycan xalqının iztirablarını insanlara çatdırmaq  və xalqımızın sülhsevər obrazının möhkəmləndirməkdir.
Layihə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Özbəkistandakı Səfirliyinin təşkilati dəstək göstərəcəkdir. 
“Azərbaycan, Qarabağ, sülh üçün oxu” adlı layihədə Özbək gəncləri 4 Azərbaycan xalq mahnısını "Bayatı Şiraz" (Vətən haqqında), "Anadır arzulara Qarabağ", "Ay Laçın" və "Sizə salam gətirmişəm" adlı Azərbaycan mahnılarını Azərbaycan və Özbək dillərində ifa edəcəklər. Hazırlanacaq xüsusi videomaterialda ifaçı gənclər Özbəkistanın paytaxtı Daşkəndlə yanaşı Səmərqənd, Buxara, Xivə, Kokand, Nəvai, Fərqanə və s. şəhərlərin təmsil edən gənclər qeyd edilən musiqi nömrələrini hissə-hissə ifa edəcəklər.
Müsabiqədə iştirak edəcək və nəticələri müsbət qiymətləndirilən istedadlı uşaqların yekunda Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində geniş qala konserti keçiriləcəkdir. Qaliblərə müsabiqənin şərtlərinə əsasən Fəxri Fərman və pul mükafatları təqdim ediləcəkdir. Gənclər Azərbaycan və Özbək mahnılarını ifa edərək öz musiqiləri ilə Azərbaycana dostluq mesajları verəcək, müharibələrə son, sülhə çağırış edəcəklər.
Nəticələr nümayiş etdirmək məqsədi ilə televiziya kanallarına göndəriləcək, İnternetin "youtube.com" səhifəsində yerləşdiriləcək və disklərdə buraxılacaqdır.
Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirmişdir ki, sözügedən layihə sırf mədəniyyət layihəsidir, burada peşəkar müğənnilərlə yanaşı, həvəskar musiqiçilər də iştirak edəcəklər.

 

 

 

Azərbaycan  Mədəniyyət Mərkəzi "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyanın
Azərbaycana dair
Özbək dili versiyasının yaradılması işinə start verib.

(22.03.2017) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan  Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə 2016-cı ildən "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyanın Azərbaycana dair Özbək dilində məlumatlarla zənginləşdirilməsi işi həyata keçirilir.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun verdiyi məlumata görə 2016-cı ildə "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyada aparılan monitorinq nəticəsində məlum olmuşdur ki, sözügedən məlumat bazasında Azərbaycana dair Özbək dilində məlumatlar olduqca az və demək olar ki, yox səviyyəsindədir.
S.Abbasov bununla əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təkliflə çıxış etmiş və Nazirlik Beynəlxalq Elektron Ensiklopediyanın Azərbaycana dair Özbək bölməsinin yaradılması təklifini müsbət qiymətləndirmişdir.
"Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyanın dünyanın ən böyük məlumat bazası kimi milyonlarla insanın müraciət etdiyi mənbə olduğunu və dünyanın əksər dillərində məlumatların mövcud olmasını nəzərə alaraq, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi sözügedən nəhəng layihəyə start vermişdir.
Bununla əlaqədar, Azərbaycan  Mədəniyyət Mərkəzi tərəfindən Xüsusi Komissiya yaradılmış, özbək dilinə tərcümə ediləcək materiallar müəyyənlişdirilmiş, sistemləşdirilmiş və tərcüməçi ailimlərlə (Usman Kuçkarov, Rüstəmcan Cabbarov, Şaxlo Kasımova) sözügedən materialların Azərbaycan dilindən Özbək dilinə tərcüməsinə dair razılıq əldə olunmuşdur. Artıq Mədəniyyət Mərkəzi tərəfindən proses başlanmılıb.
Materiallar tərcümə və redaktə olunduqdan sonra Beynəlxalq Elektron Ensiklopediyada Özbək dili üzrə yaradılan bölmələrə daxil edilir.
Layihə çərçivəsində İnternetdə Azərbaycana dair özbək dilində informasiya əldə etmək istəyən hər bir istifadəçi ölkəmizə dair dolğun və obyektiv məlumat əldə edə biləcəklər.
Aparılan gərgin iş öz nəticəsini vermişdir. Beynəlxalq Elektron Ensiklopediyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın birinci vitze prezidenti Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Respublikasının Xankəndi şəhəri, Şuşa rayonu, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti, İrəvan şəhəri, İrəvan Dövlət Dram Teatrı adlı bölmələr tam yaradılmış, yeni məlumatlar və şəkillərlə zənginləşdirilmişdir.
Hazırda Azərbaycan tarixi ən qədim dövrlərdən müasir dövrlərədək, xüsusi ilə müstəqillik dövrü, Zəngəzur, Qarabağın etimologiyası, Xocalı şəhəri, Laçın, Kəlbəcər, Ağdam rayonları, Xocalı soyqırımı,  azərbaycanlıların tarixi torpaqlarından, öz yurdlarından deportasiyası, 20 yanvar, 20 noyabr, Ağdaban, Qaradağlı faciəsi, Xocalı soyqırımı, Azərbaycan iqtisadiyyatı, ölkəmizin son illər əldə etdiyi nailiyyətlər, Azərbaycan mədəniyyəti, incəsənəti, musiqisi, şəhərləri, ölkəmizin turizm məkanları, Azərbaycan ədəbiyyatı, klassikləri haqqında məlumatlar, habelə Azərbaycan üçün prioritet əhəmiyyət daşıyan məlumatların hazırlanması işi həyata keçirilir.
Mənbələr, ədəbiyyat siyahısı olmadığı halda məlumatların "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasına daxil olunması qeyri-mümkündür, habelə informasiyaların bir-biri ilə bağlılığı, məlumatlar arasında keçid linklərinin olması  həyata keçirilən  işlər üçün böyük əmək tələb edir. 
Son zamanlar Mədəniyyət Mərkəzinin layihəsi ilə nəşr olunan onlarla kitabın elektron versiyası da Ensiklopediyaya daxil edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, digər dillərdə olduğu kimi Özbək dilində də qlobal axtarış saytlarında "google.uz", "yandex.ru" və s. sistemlrdə sorğu verildikdə əsasən ilk mənbə kimi "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasının məlumatlarına isnad edilir.

 

 

Azərbaycanda Prezident Kitabxanasında
“Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsinin təqdimatı olmuşdur.

(29.03.2017) Bakıda Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında  cari il 29 mart tarixində “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsinin təqdimatı olmuşdur.
Qeyd edək ki, layihənin əsas məqsədi Özbəkistandakı Azərbycan Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin son
4 ildə həyata keçirdiyi işlərin, xüsusi ilə özbək dilində işıq üzü görmüş nəşrlərin təqdimatı olmuşdur.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri, Özbəkistanın Azərbaycandakı Səfirliyinin müşaviri, Milli Məclisin deputatları,  Azərbaycan Milli Məclisində Azərbaycan-Özbəkistan parlamentlərarası dostluq qrupunun üzvləri,  ictimai-siyasi xadimlər, şairlər, yazıçılar, media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycanın Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov açaraq “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi barədə, keçirilən təqdimat mərasimi barədə məlumat vermiş, təqdimat mərasiminin məhz, Azərbaycanla Özbəkistan arasında ictimai, mədəni, ədəbi əlaqələrin yüksək səviyyədə olmasının bariz təzahürü olduğunu vurğuladı.  
Mayıl Əhmədov bu cür tədbirlərin keçirilməsinin hər iki ölkə arasında mədəni-ədəbi əlaqələrin daha da inkişafına yeni təkan verdiyini söylədi.
Mayıl  Əhmədov xüsusilə vurğulamışdır ki, Azərbaycan və özbək xalqları arasında tarixi köklərə malik dərin mədəni-ədəbi əlaqələr mövcuddur. Bu əlaqələr XX əsrin sonlarında hər iki respublikanın dövlət müstəqilliyinə yenidən qovuşmalarından sonra daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu gün Azərbaycanın haqq işinin müdafiə edilməsində Özbəkistan dövləti həmişə bizim  yanımızdadır. Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi dövlətlərimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edən çoxsaylı layihə və tədbirlər həyata keçirməkdədir. Təqdim edilən “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi həmin silsilədən olan tədbirlərdən biridir.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Azərbaycanla Özbəkistan arasında münasibətlərin daha da inkişaf etdirilməsi sahəsində görülən işlər və perspektivlər haqqına ətraflı məlumat vermiş, bu cür layihələrin davamlı olaraq həyata keçiriləcəyini bildirmişdir.
Daha sonra Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinın direktoru Samir Abbasov məruzə ilə çıxış edib. Diplomat  məruzəsində həyata keçirilən layihələr çərçivəsində Özbəkistanın müxtəlif mədəniyyət və təhsil ocaqlarında Azərbaycan guşələri və otaqlarının  yaradıldığını qeyd edib. Azərbaycan Mədəniyyət Mərkəzinın təşəbbüsü ilə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Otağının, Özbəkistan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyli adına Azərbaycan-Özbəkistan Musiqi Mədəniyyəti Kabineti fəaliyyətə başlayıb.
S. Abbasov Azərbaycan milli mədəni irsinin qardaş ölkədə tanıdılması, təbliği istiqamətində görülən işlər barədə məlumat verərək bildirmişdir ki, Azərbaycan kəlağayılarına həsr olunmuş tədbirlər yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan kino sənətinin təbliğinə də xüsusi diqqət yetirilimiş, "Bəxt üzüyü" və "Yol əhvalatı" kinokomediyaları, 4 cizgi filmi özbək dilinə dublyaj olunmuşdur.
Özbəkistan mətbuatında Azərbaycanın təbliği və tanıdılması istiqamətində görülən işlər barədə danışan Samir Abbasov bildirmişdir ki, hər il Özbəkistan KİV-lərində Azərbaycan haqqında “İlin ən yaxşı məqaləsi” müsabiqəsi elan edilir və ilin yekununda Mədəniyyət Mərkəzində müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilir.
Təqdim olunan kitablar və Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən “Kitab layihələri” haqında ətraflı məlumat verərək S. Abbasov qeyd etmişdir ki, Azərbaycan və Özbəkistan arasında mədəni-ədəbi əlaqələrin dərinləşdirilməsi sahəsində aparılan elmi araşdırmalar səfirliyimiz tərəfindən daim dəstəklənir.
2016-cı ildə özbək alimi, professor Saodat Muxammadovanın tərtibçisi olduğu “Özbək və Azərbaycan müasir poeziyasının xüsusiyyətləri” adlı kitabı çap olunub. Kitabın əsas üstün cəhəti Azərbaycan şairlərinin şerlərinin özbək dilində, özbək şairlərinin şerlərinin isə Azərbaycan dilində tərcümələrindən nümunələrin verilməsidir. Bundan əlavə, “Özbək-Azərbaycan, Azərbaycan-özbək” danışıq kitabçası, Azərbaycanın Xalq yazıçısı Anarın seçilmiş əsərlərindən ibarət "Mən, sən, o və telefon" adlı kitabı Daşkənddə çap edilmişdir. Özbəkistanın xalq şairi Camal Kamalın tərcüməsində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan 5 əsərin ayrı-ayrılıqda özbək dilinə tərcümə olunması ilə bağlı müvafiq razılıq əldə olunmuş və artıq 2 əsər - "Sirlər xəzinəsi" və "Leyli və Məcnun" özbək dilinə tərcümə edilmişdir. Son üç il ərzində Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “XX əsr Azərbaycan şeiriyyəti antologiyası", "Azərbaycan mədəniyyəti qardaş Özbəkistanda",  "Azərbaycan yazıçılarının hekayələri”, "Müasir özbək və Azərbaycan poeziyasının xüsusiyyətləri”, Nizami Gəncəvinin “Maxzanu-ulasror” (“Sirlər xəzinəsi)”, "Ozarbayjoning madaniy merosi: Культурное наследие Азербайджана", Məhəmməd Füzulinin "Kalb kovhari", "Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri" kitabları, Nizami Gəncəvinin "Xəmsə"si, Müasir Azərbaycan şairlərinin şeirləri, tarix elmləri doktoru, professor Əli Həsənovun "Geosiyasət" monoqrafiyası, Yunus Oğuzun “Sultan Alp Arslan”, “Şah arvadı və cadugər” romanları, gənc yazar Pərvin Nurəliyevanın “Qar yağacaq” hekayələr kitabı özbək dilinə tərcümə edilərək çap edilmişdir.
Tədbirdə Yazıçılar Birliyinin sədri Anar, Milli Məclisin deputatlarından Səyavuş Novruzov, Elman Nəsirli, Elmira Axundova, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, yazıçı-publisist Yunus Oğuz, filologiya elmləri doktoru Ramiz Əskər və digərləri çıxış edərək Özbəkistandakı Azərbaycan səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin bu istiqamətdə gördüyü işlərin digər nümayəndəliklər üçün örnək ola biləcəyini vurğulamış, ikitərəfli əlaqələrin daha genişləndirilməsi istiqamətində öz təkliflərini səsləndirmişlər.

 

 

Daşkənddə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə mərasim keçirib.

(07.03.2017) Azərbaycanın Özbəkistandakı səfirliyi bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə mərasim keçirib.
Mədəniyyət Mərkəzində keçirilən tədbirdə səfirlikdə və Mədəniyyət Mərkəzində çalışan xanımlar, Daşkənddəki Azərbaycan diasporasının fəal qadınları, bir sıra mötəbər qonaqlar iştirak edib.
Azərbaycanın Özbəkistandakı səfirinin xanımı Gülzar Quliyeva bayram münasibətilə qadınları təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
G.Quliyeva bu bayramın tarixi haqqında da söhbət açıb. Deyilib ki, 1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət  Komitəsi yaradılıb.  Azərbaycan Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, Ölkəmiz BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.
O, Azərbaycanda qadınlara göstərilən diqqət və qayğı haqqında məlumat verib, zərif cinsin nümayəndələrinin dövlət və hökumət strukturlarında geniş təmsil olunduğunu bildirib. G.Quliyeva Özbəkistanda yaşayan qadınların ictimai işlərdə fəal olduqlarını da diqqətə çatdırıb.
Sonra mərasim bayram süfrəsi ətrafında davam etdirilib. İlham Abdullayev sazda qədim el havalarımızı, müğənni Rəna Əzizova xalq mahnıları və təsniflərimizi ifa edib.

 

 

 

Daşkənddə Xocalı faciəsi ilə əlaqədar konsert-rekviyem keçirilib.

(24.02.2017) Daşkənddəki Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasında Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar konsert-rekviyem keçirilib.
Azərbaycanın Özbəkistandakı  Səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan tədbirdə səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak edib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Xocalı faciəsi haqqında məlumat verib, deyilib ki, bu soyqırım 20-ci əsrin ən qanlı faciələrindən biri kimi tarixə düşüb.
Səfir deyib ki, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə erməni silahlı qüvvələri fevralın 25-dən 26-na keçən gecə Xocalını yer üzündən silib, qocalar, qadınlar, uşaqlar qəddarlıqla qətlə yetirilib.
Diplomat XX əsrin qəddar və qanlı hadisələrindən biri olan Xocalı faciəsinin erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı yürütdüyü etnik təmizləmə və soyqırımı siyasətinin bir səhifəsi olduğunu qeyd edib.
H.Quliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla dövlətimizin Xocalı soyqırımının əsl mahiyyətinin, həmçinin erməni terrorizminin bütün bəşəriyyətə təhlükə olmasının sübut edilməsina yönələn fəaliyyəti haqqında məlumat verib. Məhz bu məqsədyonlü siyasətin nəticəsidir ki, Xocalı faciəsini artıq dünyanın 14 dövlətl və ABŞ-nın 21 ştatı, İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə Xocalı faciəsini törədənləri ittiham edib, bu faciəni soyqırım kimi tanıyıb.
Səfir xüsusi vurğulayıb ki, Ermənistan prezidenti Serj Sarkisyan Britaniya jurnalisti Tomas de Vaalın Xocalı faciəsi ilə bağlı sualına belə cavab verib:”Xocalı faciəsinə qədər azəırbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki vətəndaşların üzərinə əl qaldırmaz. Biz isə bu stereotipi sındıra bildik. Orada nə baş verdi...”
H.Quliyev deyib:”Elə bilirəm ki, bunu şərh etməyə ehtiyac yoxdur və bu qanlı hadisəni də ermənilər öz tarixlərinə yazdılar”.
Sonra Konsert-rekviyem keçirilib. Konsertdə Frans Şubert, Fərhad Bədəlbəyli, İohan Sebastyan Baax, Antonio Vivaldi, Asəf Zeynallı, Əzizə Mustafazadə və digər bəstəkarların əsərləri səslənib.
Konsert boyu monitorda Xocalı faciəsi ilə bağlı sənədli film göstərilib.

 

 

Daşkənddə Xocalı faciəsinin anım tədbiri və “Daşnaklar Fərqanədən Qarabağadək”
sənədli filminin təqdimatı keçirilib.

(23.02.2017) Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Xocalı faciəsinin 25-ci illiyi ilə bağlı anım mərasim keçirib.
Mədəniyyət Mərkəzindəki Heydər Əliyev muzeyində keçirilən tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
Mərasim iştirakçıları əvvəl mərkəzin foyesində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr edilən stendə baxıb, kitab sərgisi ilə tanış olub.
Gənclər stendin qarşısında “Xocalıya ədalət” kompaniyası ilə bağlı dünya dövlətlərinə çağırış ediblər.
Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Xocalı soyqırımının yaranma səbəbləri haqqında ətraflı məlumat verib.
Səfir 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni işğalçı qüvvələrinin blokada şəraitində olan Xocalı şəhərinə ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçərək dinc əhaliyə qarşı ağlasığmaz işgəncələr həyata keçirmiş, yaşlılar, uşaqlar, qadınlara aman verilməmiş, onlar xüsusi qəddarlıqla məhv edilmişlər. O, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası haqqında danışıb, Xocalı soyqırımının tanınması istiqamətində görülən işlər haqqında məlumat verib.
Tanınmış özbək şairi Tura Mirzə bildirib ki, 1990-cı illərdə burada “Qarabağ Komitəsi” yaradılıb və Dağlıq Qarabağ həqiqətlərinin yayılması istiqamətində onlar xeyli işlər görmüşlər.
Soydaşımız, tanınmış alim Almaz Məcidova, professor Gülbahar Aşurova, müğənni Xursənd Şerov və başqaları Xocalı soyqırımı, erməni təcavüzü barədə fikirlərini bölüşüblər. Bildirilib ki, Xocalı soyqırımı yalnız azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı törədilən cinayətdir.
Sonra Daşnaklar Fərqanədən Qarabağadək sənədli film iştirakçılara təqdim olunmuşdur.
Sənədli filmdə ötən əsrin 18-20-ci illərində Türküstanda yaradılan muxtariyyət və bu muxtariyyətin ləğv edilməsi məqsədi ilə daşnaklar tərəfindən törədilən qanlı qırğınlar barədə məlumat verilir.
Sənədli filmin ssenari müəllifi özbək tarixçi-araşdırmaçı Şuxrat Salamov, rejissor Eldar Mamedovdur. Filmin hazırlanmasına Azərbaycanın Özbəkistandakı Səfirliyi və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi dəstək göstərib.
30 dəqiqəlik sənədli filmdə Özbəkistanın tanınmış tarixçilərinin Türküstan hadisələrinə dair  çıxışları, Türküstanda törədilən soyqırımla yanaşı, 1918-ci ilin mart ayında Bakıda, Qubada və Azərbaycanın digər regionlarında daşnakların həyata keçirdiyi qətliamlar, habelə bu hadisələrlə ötən əsrin axırlarında Qarabağda başlanan işğalçılıq və etnik təmizləmə siyasəti arasında əlaqələndirmə aparılır, geniş məlumatlar, faktlar filmdə öz əksini tapır. 
Sənədli filmdə 20-ci əsrin sonlarında ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırım, münaqişə tarixində ən qanlı, qeyri-insani terror hadisəsi olan Xocalı faciəsi və bütövlükdə müharibənin dəhşətləri kadrlarda nümayiş olunur.
İlk dəfə olaraq Özbəkistan Respublikasının birinci prezidenti İslam Kərimovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə Özbəkistanın yekdil mövqeyi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin münaqişənin həllinə dair prinsipial mövqeyi barədə fikirləri sənədli ekran əsərində öz əksini tapır.
Qeyd edək ki, sənədli film iştirakçılarda böyük rezonans doğurdu, özbək alimləri, mütəxəssisləri tərəfindən film yüksək qiymətləndirildi.
Özbəkistanda Xocalı faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir.

 

 

Özbəkistanın "Dunyo boylab" telekanalında "Telesayohat" verilişində növbəti
buraxılışına Azərbaycana həsr etmişdir.

(11.02.2017) Azərbaycanın təbliği, habelə Özbək turistlərin ölkəmizə cəlb edilməsi məqsədi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Özbəkistanın "Dunyo boylab" telekanalının jurnalistlərinin Azərbaycana səfəri təşkil olunmuş və onlar ölkəmiz haqqında geniş veriliş hazırlamışlar.
"Telesayohat Ozarbayjon" adlanan 2 hissəlik veriliş qardaş ölkənin "Dunyo boylab" telekanalında 5 dəfə nümayiş olunmuşdur.
Verilişin 1-ci hissəsində Azərbaycan, onun paytaxtı Bakı şəhəri, şəhərin turizm imkanları, tarixi binalar, turistlər üçün maraqlı məkanlar, ölkəmizin mədəniyyəti, adət-ənənələri, son illər əldə edilmiş nailiyyətlər geniş işıqlandırılmışdır. Bakının tarixi Qız qalası, İçəri şəhər, habelə müasir memarlıq nümunələri, Heydər Əliyev Mərkəzi, Alov qüllələri, Xalça Muzeyi və s. haqqında verilişdə xüsusi məlumat verilib.
Verilişin 2-ci hissəsində Azərbaycanın Gəncə şəhəri, şəhərin ümumi mənzərəsi, Xan bağı, Cavad xanın  məqbərəsi, Nizami məqbərəsi, habelə Azərbaycan təbiətinin incisi Göygöl haqqında danışılır. Göygölün füsunkar gözəlliyi haqqında məlumat verilir, qeyd olunur ki, nəinki Azərbaycanın dünyanın gəzməli-görməli yerləri siyahısında Göygölün adı il sıralarda olmalıdır.
2016-cı ilin sentyabr ayında Gəncədə keçirilən Türkdilli ölkələrin Gənclər Festivalı verilişdə xüsusi işıqlandırılır, Özbəkistanın Festivalda iştirakı və hər dövlətin təmsilçilərinin təşkil etdiyi milli mədəniyyət nümunələri, xalqların mətbəxinə dair sərgilər verilişdə nümayiş olunur, xalqlar arasında tarixi yaxınlıq, oxşarlıqlar faktlarla vurğulanır.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi sözügedən televiziya verilişlərinin materiallarını geniş kütləyə çatdırılması məqsədi ilə internetin "youtube.com" səhifəsində yerləşdirmişdir. 

 

 

2017-ci ildə Özbəkistan mətbuatında "Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi"
müsabiqəsinin nominasiyaları elan edildi.
          

(08.02.2017) Özbəkistan mətbuatında "Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi" müsabiqəsi artıq 4 ildir keçirilir, müsabiqə nəticəsində Özbək mətbuatında Azərbaycan haqqında yüzlərlə məqalələr dərc olunmuş, iki ölkə arasında dostluq əlaqələri təbliğ edilmiş, Özbək oxucuları qardaş Azərbaycan, onun mədəniyyəti, ədəbiyyatı, turizm potensialı və s. haqqında geniş məlumat əldə edirlər.  Bu ildə sözügedən ənənə davam etdirilmiş, müasabiqənin nominasiyaları müəyyən edilmişdir.  
Beləliklə, Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihəsi ilə 2017-ci ildə Özbəkistan mətbuatında "Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi" müsabiqəsinin nominasiyalarının "Azərbaycan və İslam həmrəyliyi", "Azərbaycanda ekoturizmtibbi-müalicəvi turizm", "Azərbaycan-Özbəkistan tərəfdaşlığı: qədimlikdən müasirliyə" mövzusunda elan edilmişdir. Qeyd olunan nominasiyalarla yanaşı il ərzində bir sıra təşəbbüs və fəallıqları ilə seçilən mətbu orqanlar və şəxslər də mükafatnandırılır: "Özbək mətbuatında Azərbaycan haqqında ən çox materiallar dərc edən mətbu orqan”, "Özbəkistanda Azərbaycanla bağlı nəşr olunmuş ilin ən yaxşı kitabı", "Özbəkistanda Azərbaycana dair ilin ən yaxşı tərcümə əsəri”, "Özbəkistanda Azərbaycanla dostluğu, ədəbi-mədəni əməkdaşlığı təbliğ edən və bu sahədə il ərzində öz aktivliyi ilə seçilən şəxslər də müsabiqənin xüsusi mükafatları ilə təltif olunur.
Qeyd edək ki, qalibləri müəyyən etmək üçün Özbəkistanda tanınmış jurnalistlər, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri, tanınmış elm, mədəniyyət xadimlərindən ibarət xüsusi komisiya yaradılmış və Komisiyanın xüsusi rəyi nəticəsində qaliblər müəyyən edilir. 
Müsabiqənin qalibləri xüsusi  pul mükafatları, fəxri fərman və hədiyyələrlə təltif olunur. Əlavə məlumatlar almaq istəyən şəxslər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə müraciət edə bilər: telefonlar 293 50 92, email: culcenter.az@gmail.com.

 

 

 

Daşkənddə “Azərbaycanı tanıyaq” layihəsi çətçivəsində xeyriyyə tədbiri keçirilib.

(28.01.2016) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Azərbaycanı tanıyaq” layihəsi çətçivəsində növbəti xeyriyyə tədbiri keçirilib.
Tədbirdə Daşkənddəki beş internat məktəbi və uşaq evlərinin 250-dən artıq şagirdi iştirak edib.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan dostluğu, Azərbaycan Mədəniyyət Mərkəzinin uşaq evləri ilə bağlı layihələri barədə danışaraq, yeganə maraqlarının gələcək nəsillər olan uşaqlara  iki ölkə arasında dostluğu təbliğ etmək, gələcəkdə də yüksək səviyyəli bu münasibətlərin davam etməsinə çalışmaq olduğunu vurğuladı.
Daşkənddəki 102 nömrəli məktəbin direktoru Manzura Saidazimova, 4 nömrəli internat məktəb direkltorunun müavini Manzura Karimova, 22 saylı uşaq evinin tərbiyəçisi Nina Vereşagina və 30 nömrəli uşaq evi direktorunun müavini Fanila Qabbasova və başqaları uşaqların tərbiyə edilməsində belə tədbirlərin rolundan danışıblar. Onlar tez-tez belə xeyriyyə tədbirlərinə dəstək göstərdiyi üçün Azərbaycan Mədəniyyət Mərkəzinə öz minnətdarlıqlarını bildiriblər. İnternat məktəblərinin təmsilçiləri bu cür xeyriyyə tədbirlərinin keçirilməsinin iki ölkə arasında dostluğun necə yüksək səviyyədə olmasının bir göstəricisi olduğunu qeyd ediblər.
Tədbirin bədii hissəsində Daşkənddəki internat məktəblərinin fiziki qüsurlu uşaqları özbək, azərbaycan və dünya xalqlarının rəqslərini ifa ediblər.
Tədbirin sonunda uşaqlara bir sıra sovqatlar verilib, onlar plov, meyvə və şirniyyatlara qonaq ediliblər.

 

 

 

Azərbaycan rəssamlarının əsərləri və milli geyimlərimiz Özbəkistan Rəssamlıq Akademiyasında “Özbəkistan bizim ümumi evimizdir” adlı sərgidə nümayiş olunur.

(24.01.2017) Özbəkistan Rəssamlar İttifaqının (ÖRİ) Mərkəzi Sərgi salonunda Beynəlmiləl Mədəniyyət Mərkəzinin (BMM) 25 illiyinə həsr edilmiş “Özbəkistan bizim ümumi evimizdir” adlı sərgi açılıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bu ölkədəki Azərbaycan Diaspora təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi ilə birgə Rəssamlıq Akademiyasında açılan “Özbəkistan bizim ümumi evimizdir” adlı sərgidə "Azərbaycan" stendini təşkil ediblər. Sərgi Özbəkistanın Respublika Beynəlmiləl Mədəniyyət Mərkəzinin 25 illiyinə həsr edilib.

Sərginin açılışında Daşkənddə fəaliyyət göstərən milli mədəniyyət mərkəzlərinin rəhbərləri, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, diasporumuzun üzvləri iştirak ediblər.

Özbəkistan Baş nazirinin müavini Tanzila Norbaeva BMM-in 25 illiyi münasibətilə mədəniyyət mərkəzinin rəhbərliyini və üzvlərini təbrik edərək onların ölkə mədəniyyətinin tanınması və təbliğindəki rolunu vurğulayıb.

BMM-in sədri Nəsrəddin Məhəmmədiyev, ÖRİ-nin sədri Akmal Nuriddinov və başqaları belə sərgilərin keçirilməsinin ölkədə millətlərarası sabitliyin möhkəmlənməsi, xalqlar arasında dostluq və qardaşlığın daha da güclənməsi, dinlərarası tolerantlığın inkişafına zəmin yaratdığını bildiriblər.

Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə tanınmış fırça ustalarımız - Toğrul Nərimanbəyov, Salam Salamzadə, Maral Rəhmanzadə, Elbəy Rzaquliyev, Həsən Haqverdiyev, Hüseyn Məmmədov və digərlərinin əl işlərindən ibarət 16 rəsm əsəri sərginin ekspozisiyasında yer alıb. Sərgidə Qarabağın milli qadın və kişi geyimləri, milli musiqi alətlərimiz və suvenirlər də maraq doğurub.

 

 

Azərbaycanın Əməkdar Artisti Özbəkistanın “Dostluq” ordeninə layiq görülüb.

(24.01.2017) Daşkənddə Beynəlmiləl Mədəniyyət Mərkəzinin (BMM) 25 illiyi ilə bağlı böyük bayram tədbiri keçirilib.

Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyayev salona toplaşanları və ölkədə yaşayan xalqları BMM-in 25 illiyi münasibətilə təbrik edərək sabitliyin yaradılmasında bu xalqların böyük rolu olduğunu söyləyib.

Dövlət başçısı bildirib ki, bu gün Özbəkistanda 130-dan artıq xalq və millətin nümayəndələri əmin-amanlıq şəraitində yaşayır, ölkədə 137 milli mədəniyyət mərkəzi, 16 dini konfessiya fəaliyyət göstərir. Məktəblərdə 7 dildə dərslər keçirilir, televiziya kanallarında 12 dildə verilişlər hazırlanır, 10 dildə qəzet və jurnal dərc edilir.

Sonra dövlət başçısı BMM-ə daxil olan milli mədəniyyət mərkəzlərinin bir qrup rəhbərinə və aktiv əməkdaşlarına müvafiq mükafatlar təqdim edib.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının rəhbəri, Əməkdar Artist Kaykəb Əliyeva da mükafat alanlar sırasındadır.

Özbəkistan Prezidenti Kaykəb Əliyevaya “Dostluq” ordeni təqdim edib, mükafat alanlara daha böyük uğurlar arzulayıb.

 

 

Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinə həsr olunmuş
geniş anım mərasimi keçirilib.

(18.01.2017) Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə 20 yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Tədbirdə ölkəmizin Özbəkistandakı səfirliyinin və mədəniyyət mərkəzinin əməkdaşları, Özbəkistanın ictimaiyyət, elm, mədəniyyət xadimləri, Daşkənddəki universitetlərin tələbələri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.  
Mərasim iştirakçıları əvvvəlcə 20 Yanvar faciəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitab sərgisi və Mədəniyyət Mərkəzinin rəsm dərnəyinin şagirdlərinin "20 yanvar faciəsi uşaqların gözü ilə" rəsm sərgisi ilə tanış olublar. Mədəniyyət Mərkəzinin foyesində şamlar yandırılıb, qərənfillərdən hazırlanan və şəhidlərin xatirəsinə həsr olunmuş  ekspozisiya nümayiş etdirilib.
Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edərək XX əsrdə sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlardan danışaraq, 20 yanvar faciəsinin səbəbləri və nəticələri haqqında məlumat verib.
Səfir deyib ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet silahlı qüvvələrinin çoxsaylı kontingenti heç bir xəbərdarlıq edilmədən Bakıya yeridilib. İmperiya ordusu həmin gecə dinc əhaliyə tank, pulemyot, avtomat və digər silahlardan atəş açaraq yüzdən çox dinc sakini, o cümlədən qadınları və uşaqları xüsusi qəddarlıqla qətlə yetirib. Öldürülənlər arasında azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələri də olub.
Diplomat qeyd edib ki, hadisə baş verən günün səhəri xalqımızın ümummilli lideri Heydər Əliyev özünün və ailə üzvlərinin həyatı üçün yaranmış təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib, Bakıda törədilən hərbi cinayətə etirazını bildirib, günahkarların cəzalandırılmasını tələb edib və etiraz əlaməti olaraq Sovet İttifaqı Kommunist Partiyası sıralarından çıxdığını bildirib.
Həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, Vətənə sədaqətini, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya sübut edib.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının təşkilatçılarını və iştirakçılarını lənətləyib. O, 20 yanvar tarixinin Azərbaycan xalqının müstəqillik yolunda keçdiyi mühüm mərhələ olduğunu vurğulayaraq, yanvar şəhidlərinin Azərbaycanın istiqlala qovuşmasında müstəsna xidmətlərini qeyd edib.
Tədbirdə 20 yanvar hadisələrini özündə əks etdirən sənədli film nümayiş etdirilib. Anım mərasimində Özbəkistan Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə Milli Konservatoriyanın Kamera orkestri 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunan konsert-rekviyem təqdim edib.
Rekviemdə bir sıra Azərbaycan və dünya klassiklərinin əsərləri ifa olunub, şəhidlərin əziz xatirəsi anılıb.

 

Səhifə 1      Səhifə 2

Odlar yurdu Azərbaycan
Azərbaycan xalqının
ümummilli lideri
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
$('#s3').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan
$('#s4').cycle({fx: 'scrollDown', 
sync: 0, delay: -2000});

 

Özbəkistanda tanınmış azərbaycanlılar
Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı
$('#s6').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });

 

Azərbaycan mədəni irsi
Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi
$('#s7').cycle({fx: 'scrollDown', 
sync: 0, delay: -3000});
 
Azərbaycanda turizm
 


Azərbaycana virtual tur

 

Azərbaycanda təhsil

Azərbaycanda təhsil
 
Özbəkistanda Azərbaycan
diaspora təşkilatı
 
Ermənistanın Azərbaycana təcavüzü
Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü
$('#s5').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Genesis Studiyası