Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifə Bizə yazın Sayt haqda məlumat
Az   |   Рус

Bizim layihələr

 

QARŞILIQLI SƏFƏRLƏRİN TƏŞKİLİ


Azərbaycan tərəfinin səfərləri

Ötən müddət ərzində Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanın millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının muxbir üzvü, akademik Nizami Cəfərovun, yazıçı-alim, “Əmir Teymur” kitabının müəllifi Yunus Oğuz, AMEA-nın elmi işçiləri Almaz Ülvi Binnətova, Xalidə Xalidin, Azərbaycan Dövlət Rəsm Qalareyasının direktoru Elnur Hüseynovaun, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Salxab Məmmədovun, Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyevin Özbəkistana səfəri təşkil edilmiş və onlar Özbək həmkarları ilə faydalı görüşlər keçirmiş, təcrübə mübadiləsi aparmışlar.

Mədəniyyət Mərkəzinin layihəsi ilə 2015-ci ilin may ayının 11-14 may tarixlərində Azərbaycan Milli Məclisinin deputatı, yazıçı-publisist Elmira Axundova, Azərbaycan və SSRİ-nin xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərxad Bədəlbəyli Özbəkistana səfər etmiş və Mədəniyyət Mərkəzində çıxış etmişlə.

Özbək tərəfinin Azərbaycana səfərləri

2014-cü il 2-9 iyun tarixlərində Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, habelə Özbəkistanın təhsil və mədəniyyət sahəsində tanınmış şəxslərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri təşkil edilmişdir. Qeyd edək ki, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti Daşkənddəki Nizami adına Dövlət Pedaqoji İnstitutunun bazasında yaradılmışdır. 
Nümayəndə  heyətinin  tərkibində  Özbəkistan-Azərbaycan  Dostluq  Cəmiyyətinin  icraçı direktoru  Erkin  Nuriddinov,  Cəmiyyət  sədrinin  müavini,  Nizami  adına  Daşkənd  Dövlət Pedaqoji Universtetin Beynəlxalq  əlaqələr  şöbəsinin  müdiri  İsroil  Şamsimuxamedov, Özbəkistanın “Türküstan” Respublika Sarayının rəhbəri Raxmatcan Abdullayev, Kəmaləddin Bexzod adına Daşkənd Rəssamlıq və Dizayn İnstitutunun prorektoru, prof. Dilfuza Raxmatullayeva və Dostluq Cəmiyyətinin üzvləri, Pedaqoji Universitetin dosentləri Səadət Muxamedova, İbrahim Yuldaşov, Parida Pulatova və Davron Kadirov səfərdə iştirak etmişlər. Səfərin əsas məqsədi Azərbaycanla tanışlıq, ikitərəfli mədəniyyət, elm, təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsidir.
Qonaqlar  səfər müddətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını, Şəhidlər Xiyabanını ziyarət etmişlər. Nümayəndə heyəti Bakının görməli yerlərini ziyarət etmiş, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Dövlət İncəsənət Muzeyində, Heydər  Əliyev  Sarayında,  Azərbaycan  Dövlət  Rəsm Qalereyasında, Rəssamlıq Akademiyasında, Mədəniyyətşünaslıq  üzrə  Elmi-Metodiki Mərkəzində olmuş  və  görüşlər  keçirmişdir.
Nümayəndə  heyəti  səfər çərçivəsində Azərbaycanın ikinci böyük şəhəri Gəncə şəhərində oluş, dahi Nizami Gəncəvinin məqbərəsinin ziyarət etmiş, Gəncə şəhərinin mədəniyyət müəssisələri, habelə Gəncə Dövlət Pedaqoji Universiteti ilə tanış olaraq ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və təcrübə mübadiləsinin həyata keçirmişlər. Hər iki tərəf qarşı tərəfin əldə etdiyi nailiyyətlərlə maraqlanmış və fikir mübadiləsi aparılmışdır.

Mədəniyyət Mərkəzinin dəstəyi ilə 2015-ci il 15-16 oktyabr tarixlərində Özbəkistan-Azərbaycan  Dostluq  Cəmiyyətinin  icraçı direktoru  Erkin  Nuriddinov,  Cəmiyyət  sədrinin  müavini, Nizami  adına  Daşkənd  Dövlət Pedaqoji  Universitetinin  Beynəlxalq  əlaqələr  şöbəsinin  müdiri  İsroil  Şamsimuxamedovun Azərbaycanın Gəncə şəhərinə səfəri təşkil olunmuşdur.

Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın Səmərqənd vilayəti ilə Azərbaycanın Qəbələ rayonu arasında əməkdaşlıq əlaqələrinin yaradılması layihəsi həyata keçirilir.
Bununla əlaqədar 2016-cı il 22-26 fevral tarixlərində Özbəkistanın Səmərqənd Vilayət hakimiyyətinin nümayəndə heyətinin Azərbaycanın Qəbələ şəhərinə səfəri təşkil olunmuşdur. Səfər müddətində Qəbələ rayonu ilə tanışlıq, ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılması, bu istiqamətdə birgə iş planının razılaşdırılması, qarşılıqlı müsbət  təcrübələrin öyrənilməsi və mübadiləsi həyata keçirilmişdir. Qonaqlar səfər zamanı Qəbələ rayon İcra Hakimiyyətində görüşlər keçirmiş, gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsinə dair razılıq əldə olunmuş, rayonun tarixi, mədəniyyət, turizm obyektlərini ziyarət etmişlər.

TƏHSİL VƏ MƏDƏNİYYƏT MÜƏSSİSƏLƏRİ ARASINDA ƏLAQƏLƏRİN YARADILMASI

Azərbaycan Dövlət Pedaqoji Universiteti və Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır. 

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti arasında (DDPU) Anlaşma Memorandumu imzalanmışdır.
Memorandumu əvvəlcə Bakıda, sonra cari il 18 dekabr tarixində Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetindəki Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı kabinetinin rəsmi açılışı mərasimində DDPU-nun rektoru, professor Şavkat Şaripov imzalamış və icra məqsədilə tərəflər bir-birinə təqdim etmişdır. 
Sənəd bu iki universitet arasında əlaqələrin yaradılmasını və genişləndirilməsini, elmi əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Memorandumda bu ali məktəblər arasında elmi məlumatların və elmi-texniki ədəbiyyatın mübadiləsi, birgə konfrans, seminar və simpoziumların, həmçinin elmi məsləhətləşmələrin təşkili, tədris prosesi ilə bağlı təcrübə və informasiya mübadiləsinin aparılması və digər bu kimi müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. 
Sənəddə ADPU və DDPU-nun elmi jurnallarında qarşılıqlı olaraq elmi məqalələrin verilməsi, bu ali məktəblər haqqında materialların yerləşdirilməsi haqqında da maddə yer almışdır.

Azərbaycanın Rəssamlıq Akademiyası ilə Özbəkistanın Kəmaləddin Bexzod adına Rəssamlıq
və Dizayn İnstitutu arasında 
əməkdaşlıq Memorandumu imzalanmışdır.

Cari il 25 aprel tarixində Kəmaləddin Bexzod adına Özbəkistan Rəssamlıq və Dizayn İnstitutu ilə Azərbaycanın Rəssamlıq Akademiyası arasında əməkdaşlıq Memorandumu imzalanmışdır. 
Memorandumu Azərbaycan tərəfdən Rəssamlıq Akademiyasının prorektoru, xalq rəssamı Salxab Məmmədov, Özbəkistan tərəfindən Kəmaləddin Bexzod adına Özbəkistan Rəssamlıq və Dizayn İnstitutunun rektoru, tanınmış rəssam Xasan Aminov imzalamışlar. 
Memorandumda ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, müəssisələr arasında təcrübə mübadiləsinin aparılması, birgə sərgilərin, festivalların keçirilməsi, rəssamlıq sənətinin inkişaf etmiş janrlarının qarşı tərəflə mübadiləsi, qarşılıqlı səfərlər və tədbirlərin təşkili, hər iki tərəfin tanınmış rəssamlarının qarşı tərəfdə sərgilərinin təşkili və s. məsələlər öz əksini tapmışdır.  

Azərbaycan və Özbəkistan elmi-tibb kitabxanaları arasında əməkdaşlığa
dair Memorandum imzalanmişdir.


2014-cü ilin 08 yanvar tarixində Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Özbəkistanın elmi tibb kitabxanaları arasında əməkdaşlığa dair Memorandumun imzalanmışdır. Memorandumda tərəflər arasında kitabxana-informasiya sahəsinin aktual məsələləri, kitabxana-informasiya proseslərinin avtomatlaşdırılmasına dair təcrübə mübadiləsinin aparılması, bu sahədə birgə elmi konfrans, seminar, kursların, habelə ONLİNE konfrans və tədbirlərin keçirilməsi, kitab, jurnal və elektron nəşrlərin mübadiləsi, qarşı tərəfin tibb sahəsində əldə etdiyi nailiyyətlərə dair guşə və sərgilərin təşkili və s. həyata keçirilməsi nəzərdə tutulmuşdur.



Özbəkistanın Nizami  adına  Daşkənd  Dövlət Pedaqoji  Universiteti ilə 
Azərbaycanın Gəncə Dövlət Universiteti arasında 
əməkdaşlığa dair Memorandum imzalanmışdır.

Mədəniyyət Mərkəzinin dəstəyi ilə 2015-ci il 15-16 oktyabr tarixlərində Özbəkistan-Azərbaycan  Dostluq  Cəmiyyətinin  icraçı direktoru  Erkin  Nuriddinov,  Cəmiyyət  sədrinin  müavini, Nizami  adına  Daşkənd  Dövlət Pedaqoji  Universitetinin  Beynəlxalq  əlaqələr  şöbəsinin  müdiri  İsroil  Şamsimuxamedovun Azərbaycanın Gəncə şəhərinə səfəri çərçivəsində Özbəkistanın Nizami  adına  Daşkənd  Dövlət Pedaqoji  Universiteti ilə Azərbaycanın Gəncə Dövlət Universiteti arasında əməkdaşlığa dair Memorandum imzalanmışdır.

 

XEYRİYYƏ TƏDBİRLƏRİNİN KEÇİRİLMƏSİ

“Happy Summer” Uşaq düşərgəsində xeyriyyə tədbiri keçirilmişdir.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanın məşhur “Happy Summer” Uşaq düşərgəsinin təşkilatçıları ilə birgə layihə həyata keçirmişdir. 
2013-cü ilin iyun ayının 20-də lagerin bir gününü Azərbaycan Mədəniyyət Mərkəzi təşkilatçılıq etmişdir.
Düşərgə Daşkənddən 140 km məsafədə Bostanlık rayonunun Bruçmulla qəsəbəsindəki istirahət mərkəzində təşkil olunmuşdur. 
Tədbirdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs kollektivinin hazırladığı rəqs nömrələri iştirakçılara təqdim edildi və çıxışlar uşaqların maraq və alqışlarına səbəb oldu. Tədbir çərçivəsində təşkil olunan viktorinada Özbək uşaqlarının iki ölkənin dostluğuna, ədəbiyyatı və mədəniyyətinə dair bilgiləri yoxlanıldı və viktorinanın qalibləri mükafatlandırıldı. 
Uşaqlara Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi adından Özbək və Azərbaycan milli yeməkləri, şirniyyatları verildi.  
Sonda hədiyyə olaraq, düşərgə iştirakçılarına kiçik Özbək və Azərbaycan bayraqları, təqvimlər hədiyyə edilmişdir.

Özbəkistanda internat məktəblərinin əlil uşaqları üçün xeyriyyə tədbiri keçirilmişdir.

2013-cü ilin 12 noyabr tarixində Daşkənddəki 24, 101, 102, 106 saylı İnternat məktəblərinin 300 nəfər əlil uşağı üçün xeyriyyə tədbiri keçirilmişdir. Tədbir Özbəkistanın “İnternational” Veteranlar Birliyi təşkilatı ilə birgə keçirilmişdir.
Tədbirin əsas məqsədi iki qardaş ölkə Özbəkistan və Azərbaycanın  zəngin mədəniyyətlərini, adət-ənənələrini uşaqlara təbliğ etmək,  habelə onlarda vətənpərlik hislərinin gücləndirilməsi olmuşdur.
Özbəkistanın “İnternational” Veteranlar Birliyi təşkilatının sədri Talat Muradov, Özbəkistan Daxilıi İşlər Nazirliyinin generalı, “Beynəlxalq dünya generalları” təşkilatının fəxri üzvü Nosir İsmayılov  çıxış edərək özbək uşaqları üçün təşkil olunmuş xeyriyyə tədbiri, habelə iki ölkə dostluğunun təbliğinə görə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürlərini bildirmişlər.
Tədbirdə iştirakçı Əlil uşaqlara Özbək və Azərbaycan yeməkləri və şirniyatları verilmiş, onlar üçün konsert proqramı təşkil olunmuşdur. Onlara Özbəkistan və Azərbaycanın kiçik bayraqları və maykalar hədiyyə edilmişdir. 
Konsert proqramında “Azərbaycan qızları” rəqs ansamblının və Daşkənddəki 24, 101, 102, 106 saylı İnternat məktəblərinin əlil uşaqlarının çıxışı uşaqların marağına səbəb olmuşdur.

 

TƏQDİMAT VƏ TƏBLİĞATI İŞLƏR

Özbəkistanda yeni Azərbaycan filmlərinin təqdimatı.

2013-cü il  20 sentyabr tarixində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yeni Azərbaycan filmlərinin təqdimat mərasimi keçirilmiş və yeni filmlər nümayiş etdirilmişdir.
Yeni Azərbaycan kinolarının nümayişinə 2009-cu ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən “Niyyət” filmi ilə başlanmışdır. 
Mərkəzdə digər yeni Azərbaycan filmləri “40-cı qapı”, “Arxada qalmış gələcək”, “Cavadxan”, “Küçələrə su səpmişəm” və s. filmlər nümayiş olunmuşdur.

Daşkənddə Azərbaycan cizgi filmləri nümayiş olunmuşdur.

2014-cü il 5 iyun tarixində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yeni Azərbaycan cizgi filmlərinin nümayişi olmuşdur. 
Azərbaycan Mədəniyyət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyindən gönndərilən yeni Azərbaycan cizgi filmlərinin nümayişində Daşkənddəki orta məkəblərin, habelə Türk liseyinin şagirdləri iştirak etmişlər. 
Tədbir 1 iyun – uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuşdur. Tədbir çərçivəsində Mədəniyyət Mərkəzinin foyesində Azərbaycan uşaq jurnallarının və kitablarının sərgisi olmuş və uşaqlar Azərbaycan şirniyatlarına qonaq edilmişdir. 
Tədbirdə Azərbaycan cizgi filmləri “Cırtdan”, “Tık-tık xanım”, “Meşəyə insan gəlir” və s. nümayiş etdirilmişdir.

Azərbaycan  cizgi filmləri özbək dilinə dubliyaj olunmuş və onların təqdimatı keçirilmişdir.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda Azərbaycanın  “Tıq-tıq xanım”, “Meşəyə insan gəlir”, “Qız qalası əfsanəsi”, “Kirpi” populyar cizgi filmləri özbək dilinə dubliyajı həyata keçirilmişdir. Cizgi filmlərinin ssenarisini tanınmış Özbək jurnalisti Rüstəm Cabbarov Azərbaycan dilindən Özbək dilinə çevirmişdir.  2015-ci ilin 9 oktyabr tarixinə özbək dilinə dubliyaj olunmuş Azərbaycan cizgi filmlərinin Mədəniyyət Mərkəzində təqdimatı keçirilmişdir.

 

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində 
Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı kabineti açılmışdır.

Nizami Gəncəvi adına Özbəkistan Dövlət Pedaqoji Universitetində Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı kabineti yaradılmışdır.  
Kabinetdə kiçik kitabxana, kinozal, habelə tədbirlər keçirmək üçün zal və başqa şərait yaradılmışdır. Azərbaycanın və Özbəkistanın dövlət bayraqları, ölkəmizin tarixi, ədəbiyyatı, mədəniyyəti, ulu öndər Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif kitablar, Azərbaycan xalçaları və qədim filmlərimiz, milli musiqilərimizdən ibarət disklər kabinetə hədiyə olaraq verilmişdir. Kabinetdə Azərbaycan və özbək şairlərinin yaradıcılıq və xatirə gecələrinin keçirilməsi nəzərdə tutulur.
Kabinetin fəaliyyəti xalqlarımız və dövlətlərimiz arasında mədəniyyət, ədəbiyyat və incəsənəti sahəsində əlaqələrin inkişafına yardım edəcəkdir.

 

KONSERTLƏR, DOSTLUQ KONSERTLƏRİ

Mərkəzin layihəsi ilə dəfələrlə Özbəkistanda Azərbaycan musiqiçilərinin konserti, habelə dostluq konsertləri təşkil olunmuşdur.
2013-cü ildə Azərbaycanın əməkdar artisti Elnarə Abdullayevanın, Aşıq Əlinin, 2014-cü ildə Azərbaycan və SSRİ-nin xalq artisti Fərxad Bədəlbəylinin, Azərbaycaın xalq artisti Yalçın Adıgözəlovun Özbəkistan Simfonik Orkestri ilə Dostluq konserti, Azərbaycanlı gənc xanəndə Aytən Məhərrəmovanın, Özbəkistanlı sənətçi Yulduz Turdiyeva ilə birlikdə Dostluq Konserti, habelə gənclərdən ibarət “Baku chamber orcestra” Simfonik Orkestrin Özbəkistan səhnəsində çıxışları təşkil olunmuşdur.
2015-ci ildə Azərbaycanın xalq artisti Simarə İmanovanın, əməkdar artist Təyyar Bayramovun Özbəkistanda keçirilən “Şərq taranələri” beynəlxalq musiqi festivalı çərçivəsində Səmərqənd şəhərlərində konsert proqramlarında çıxışları təşkil olunmuşdur.
Bundan başqa, Özbəkistanın xalq aşığı Abdunazir Poyanovun Azərbaycanda keçirilən Aşıq Festivalında iştirakına dəstək göstərilmişdir.

 

BİRGƏ SƏRGİLƏR VƏ MƏDƏNİ TƏDBİRLƏR

Daşkənddə “Azərbaycan – Özbəkistan uşaqlarının gözü ilə”, Bakıda “Özbəkistan - Azərbaycan uşaqlarının gözü ilə” mövzusunda rəsm sərgiləri təşkil edilmişdir.

2013-cü ilin aprel ayının 26-da Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində, İyulun 19-da Bakıda tarixi yer olun İçərişəhər təsviri sənət yarmarkasında rəsm sərgisi açılmışdır.
Sərginin əsas məqsədi iki qardaş ölkə arasında mədəni əlaqələrinin inkişaf etdirilməsi, istedadlı gəncləri üzə çıxarmaq, Azərbaycan və Özbəkistan uşaqlarının qarşı tərəf haqqında fikir və düşüncələrini bölüşməkdir. 
Nümayiş olunan əsərlərdə uşaqlar rənglərin vasitəsilə hər iki ölkənin mədəniyyətini, tarixi abidələrini və turizm məkanlarını öz təxəyyülləri vasitəsilə təsvir etmişlər. 

Daşkənddə “Odlar Yurdunun baharı” adlı Azərbaycan rəssamlarının akvarel
əsərlərinin sərgisi keçirilmişdir.

2014-cü il 25 aprel tarixində Daşkənddə Azərbaycan rəssamlarının akvarel janrında çəkilmiş tablolarından ibarət “Odlar Yurdunun baharı” adlı sərgi keçirilmişdir. Sərgi ümummilli lider Heydər Əliyevin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzində keçirilmişdir. 
Sərgidə Özbəkistanın tanınmış rəssamları, sənətşünaslar, Özbəkistan Rəssamlıq Akademiyasının nümayəndələri, Kəmaləddin Behzad adına Özbəkistan Rəssamlıq və Dizayn İnstitutunun və Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedoqoji Universitetinin müəllim və tələbələri, jurnalistlər iştirak etmişlər. 
Sərgidə Azərbaycan rəssamları Nazim Məmmədov, Azad Şıxəliyev, Hafiz Kərimov, İlahə Əliyeva, Humay Axundova, Məmmədhüseyn Hüseynov, Asif Cəfərov, Elşad Hüseynov və başqalarının 50-yə yaxın tablosu nümayiş etdirilmişdir.

 

Daşkənddə “Böyük İpək Yolu Azərbaycan və özbək rəssamlarının gözü ilə” 
adlı rəsm sərgisi keçirilmişdir.

2014-cü ilin 26 noyabr tarixində Azərbaycanın Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Dövlət Rəsm Qalereyasının və Kəmaləddin Behzad adına Rəssamlıq və Dizayn İnstitutunun təşkilatçılığı ilə Daşkənddə “Böyük İpək Yolu Azərbaycan və özbək rəssamlarının gözü ilə” adlı rəsm sərgisi açılmışdır. 
Sərginin açılışında səfirliyimizin və Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistan Rəssamlıq Akademiyasının rəhbərləri, habelə Özbəkistan – Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, tanınmış sənət adamları və rəssamlar, institutun professor-müəllim heyəti, tələbələr iştirakı etmişlər.
Əvvəlcə iştirakçılara “Böyük İpək Yolu” haqqında qısametrajlı sənədli film nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edənlərdən sonra sərginin açılışı oldu. 
Açılışda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı bədii proqram təqdim olundu. 
Azərbaycan tərəfi ilə yanaşı sərgidə özbək tərəfindən tanınmış rəssamlar Akmal Nuriddinov, Sabir Raxmedov, Cablan Umirbekov, Baxadur Calalov və digər sənətkarların rəsmləri yer almışdır. 
Sərgi 3 gün müddətində açıq olmuş və sərgidə Böyük ipək yolu haqqında hər iki ölkə rəssamlarının 80-dən artıq əsəri nümayiş olunmuşdur. 

 

 

Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində “Könlüm keçir Qarabağdan” adlı 
Azərbaycan abidələrinin fotosərgisi keçirilmişdir.

2015-ci ilin 28 aprel tarixində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Dövlət Rəsm Qalereyasının  təşkilatçılığı ilə Daşkənddə “Könlüm keçir Qarabağdan” adlı Azərbaycan abidələrinin fotosərgisi keçirilmişdir.
Tədbirdə Azərbaycan səfirliyinin və mədəniyyət mərkəzinin əməkdaşları, Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, alimlər, Azərbaycan diasporasının Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, tələbələr və jurnalistlər iştirak etmişlər.
Tədbirdə “Şuşa” sənədli filmi nümayiş etdirilmişdir. Filmdə Şuşanın füsunkar təbiəti, görüntüləri, turizm gözəllikləri, habelə tarixi öz əksini tapmışdır. 
Daha sonra sərginin rəsmi açılışı olmuşdur. Mədəniyyət Mərkəzinin foyesində  Qarabağ abidələri, təbiəti, dahi şəxsiyyətlərinə dair fotosərgi icyimaiyyətin marağına səbəb olmuşdur. 
Qeyd edək ki, fotosərgi ilə yanaşı tədbirdə Qarabağ xalçaları, Qarabağa aid Azərbaycan kişi və qadın geyimlərinin maketləri, Şuşa məscidi, Gəncəsar məbədi, Şuşa qalası və Qarabağdakı digər abidələrin maketləri, Azərbaycan kəlağayıları nümayiş etdirilmişdir. 
Tədbir çərçivəsində Qarabağa dair Azərbaycan mətbəxinin nümunələri - Qarabağ kətəsi, fəsəli, kükü, şəkərbora, paxlava və s. yemək, şirniyyatlar iştirakçılara təqdim edilmişdir. 
Tədbirin sonunda iştirakçılara qarabağa dair nəşrlər – kitab, qəzet və bukletlər hədiyyə edilmişdir.

 

“Arşın mal alan” musiqili komediyası Özbək səhnəsində nümayiş olundu.

2015-ci ilin yanvar ayında Daşkənddəki Mukimi adına Özbəkistan Dövlət Musiqili Teatrında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının özbək dilində yeni quruluşda ilk tamaşaya qoyulmuşdur.
Tamaşa Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanıb.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın mədəniyyət
elm  və incəsənət xadimləri, Özbəkistanda Azərbaycan diasporunun üzvləri, mətbuat içşiləri iştirak etmişlər. 
Tamaşaya teatrın rejissoru, əməkdar incəsənət xadimi Əhəd Farmonov quruluş verib. Dirijor Askil Turayevdir. Əsas rolları Rövşən İbrahimov, Umud Şadmanov, Nərgiz Şohobayeva ifa ediblər. 

Bundan başqa, 2015-ci ilin 26 yanvar tarixində Özbəkistan Milli Dram Teatrının səhnəsində“Arşın mal alan” operettası əsasında hazırlanmış konsert-tamaşa təşkil olunmuşdur.

Mərkəzinin dəstəyi ilə hazırlanan konsert-tamaşanın bədii rəhbəri və dirijoru Özbəkistanın Əməkdar İncəsənət Xadimi, professor Firuza Abdurahmanova olmuşdur. 
Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyinin, Səfirliyin nəzdindəki Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin əməkdaşları da iştirak etmişlər. 
“Arşın mal alan” tamaşasından musiqi nömrələrini beynəlxalq müsabiqələr laureatı Özbəkistanın “Qolden Trophu” Ansamblı və “Soqdiana” Dövlət Xalq Çalğı Alətləri Kamera Orkestri ifa etmişlər. Konsert-tamaşada operettadan ariya, duet və mahnılar, xor nömrələri ifa olunmuşdur. İfa tamaşaçıların çoxsaylı alqışları ilə qarşılanmışdır. 


 

 

Odlar yurdu Azərbaycan
Azərbaycan xalqının
ümummilli lideri
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
$('#s3').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan
$('#s4').cycle({fx: 'scrollDown', 
sync: 0, delay: -2000});
Özbəkistanda tanınmış azərbaycanlılar
Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı
$('#s6').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
Azərbaycan mədəni irsi
Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi
$('#s7').cycle({fx: 'scrollDown', 
sync: 0, delay: -3000});
 
Azərbaycanda turizm
 
Azərbaycanda təhsil
Azərbaycanda təhsil
 
Özbəkistanda Azərbaycan
diaspora təşkilatı
 
Ermənistanın Azərbaycana təcavüzü
Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü
$('#s5').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Genesis Studiyası