Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat


  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
1 2 3 4 5 6 7 8 9 10
html5 slider by WOWSlider.com v8.8

Azərbaycan Mədəniyyət Mərkəzinin diaspora
quruculuğu sahəsində fəaliyyəti.


2013-cü ildən başlayaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkədə Azərbaycan diasporası dəstək məqsədi ilə xeyli işlər və layihələr həyata keçirilmişdir.

Belə ki, Azərbaycan diasporası nümayəndələri olan, tanınmış azərbaycanlıların irsinin təbliği və onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində xeyli əməli işlər görülmüşdür.

Tanınmış azərbaycanlı rəssam Yusif Hüseynov, şair İxtiyar Rzanın Daşkənd şəhərində yaşadıqları evlərinin üzərində onların xatirə löhvələri - barelyefləri vurulmuşdur.

Bundan başqa Səmərqənd şəhərində yaşamış tanınmış azərbaycanlı, Səmərqənd Rəssamlıq Akademiyasının rəhbəri olmuş, böyük Özbək şairi Əlişir Nəvainin çoxsaylı heykəllərini hazırlayan, heykəltaraş Eynulla Əliyevin də yaşadığı evin üzərində onun barelyefinin açılışı olub.

Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən açılışı edilmiş barelyeflər və barelyefətrafı ərazinin abadlaşdırılmasına nəzarət və hər il bu şəxslərin xatirəsinə dair tədbirlərin keçirilməsi ilə əlaqədar yerli idarəçi qurumlar və Azərbaycan diaspora təşkilatı ilə razılıq əldə olunmuşdur.

Hər il Seyid Rza Əlizadə, Maqsud Şeyxzadə, Firudin Səfərov, Kaykep Aliyeva kimi tanınmış xadimlərin yubiley və doğum günləri tədbirləri, habelə Özbəkistanda tanınmış azərbaycanlılara həsr olunmuş çoxsaylı konfranslar, yubiley tədbirləri, sənədli filmlər hazırlanır.

2017-ci ildə Səmərqənd şəhərində keçirilən Azərbaycan mədəniyyət həftəsi çərçivəsində Səmərqənd Dövlət Universitetində Seyid Rza Əlizadə adına Azərbaycan-Özbəkistan Dostluq Mərkəzinin açılışı olub.

Mərkəzin açılışında iştirak edən Seyid Rza Əlizadənin nəvəsi, tanınmış alim Fərhad Əlizadə hər iki dövlətin bayraqları ilə bəzədilmiş, mədəniyyətimiz, ədəbiyyatımza dair zəngin məlumatları özündə əks etdirən Mərkəzin onun babasının adını daşımasından qürur hissi duyduğunu qeyd edib. O, xarici ölkələrdə yaşayan tanınmış soydaşlarımızın irsinin öyrənilməsi və təbliğinə görə Azərbaycan dövlətinə, onun Prezidenti cənab İlham Əliyevə şəxsən öz səmimi təşəkkürünü bildirib.

Bu hadisənin digər soydaşlarımız üçün də bir stimul olacağını qeyd edən alim Azərbycan Mədəniyyət Mərkəzinin fəaliyyətinə uğurlar diləyib.

Qeyd edək ki, Mərkəzdə kitabxana fəaliyyət göstərir, sənədli və bədii filmlər nümayiş olunur, görüşlər, ədəbiyyat gecələri, açıq dərslər, masterklaslar, hər iki ölkənin elm, mədəniyyət, təhsil sahəsinə dair tədbirlərin keçirilir. Bununla əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılan Mərkəzə ölkəmizə dair çoxsaylı kitablar, sənədli və bədii filmlər, əyani vasitələr hədiyyə edilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbək ədəbiyyatının tanınmış dramaturqu, məşhur azərbaycanlı şair Maqsud Şeyxzadənin həyat və fəaliyyətinə dair Uzbekkino Milli Təşkilatı ilə birgə «Maqsud Şeyxzadə - azadlığa can atan şair» adlı sənədli film çəkilmişdir. Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə sənədli filmin yaradıcı heyəti Bakıda, habelə Şeyxzadənin doğulduğu Ağdaş rayonunda olmuş və xüsusi çəkilişlər həyata keçirmişlər.

2021-ci il 10 sentyabr tarixində Daşkənddəki “Ədiblər xiyabanı”nda “Özbəkkino” Milli Agentliyinin sifarişi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Özbəkistanın “First Art Media” şirkətinin özbək ədəbiyyatının klassiki, şair, tərcüməçi, pedaqoq, tanınmış soydaşımız Maqsud Şeyxzadə haqqında çəkdiyi “Maqsud Şeyxzadə: azadlığa can atan şair” adlı sənədli filmin təqdimatı keçirilib.

“Özbəkkino” Milli Agentliyi baş direktorunun birinci müavini Şuxrat Rizayev, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək 2021-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə abidələri Daşkənddə “Ədiblər Xiyabanı”nda ucaldılan tanınmış klassik şair və yazıçılar haqqında sənədli və bədii filmlərin çəkilməsi, habelə onların əsərlərinin yenidən nəşri həyata keçirildiyini bildiriblər. Natiqlər Özbək ədəbiyyatının tanınmış nümayəndəsi, azərbaycanlı Maqsud Şeyxzadənin də bu şəxsiyyətlərdən olduğunu qeyd ediblər.

Tədbirdə Maqsud Şeyxzadənin xidmətlərinin Özbəkistan dövləti tərəfindən yüksək qiymətləndirildiyi və onun dövlət tərəfindən “Böyük xidmətləri üçün” ordeni, digər mükafatlarla təltif olunduğu bildirilib.

Çıxışçılar Maqsud Şeyxzadə haqqında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevdən sitat gətiriblər “Maqsud Şeyxzadə tarixi və mənəvi qohumluğumuzun parlaq rəmzidir və XX əsr özbək ədəbiyyatının ən yaxşı nümayəndələrinin fəxri siyahısına daxil edilib”.

Azərbaycan əməkdar artisti, Özbəkistanın “Dostluq” ordenli Kaykep Aliyevanın 80 illik yubileyi münasibəti ilə ona Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi adı verilib.

Özbəkistanda tanınmış azərbaycanlı opera rejissoru, Azərbaycan və Özbəkistanın xalq artisti Firudin Səfərovun 85 illik yubileyi geniş şəkildə qeyd olunub.

2021-ci ildə Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan-Özbəkistan Dostluq Muzeyində “Özbəkistanda tanınmış azərbaycanlılar” adlı xüsusi guşə yaradılıb.

Muzeydə Özbəkistanda tanınmış pedaqoq, maarifçi, naşir Seyid Rza Əlizadənin, Özbək ədəbiyyatının tanınmış şairi, dramaturqu Maqsud Şeyxzadə, tanınmış rəssamlar Yusif Hesynov, heykəltaraş Eynulla Əliyevin, şair İxtiyar Rzanın, Azərbaycanın Özbəkistandakı birinci səfiri Aydın Əzimbəyovun büstləri hazırlanmış və yerləşdirilmiş, onların büstlərinin arxasında isə həyat və fəaliyyətlərini əks etdirən xüsusi banerlər yerləşdirilmişdir.

Banerlərdə sözügedən azərbaycanlıların Özbəkistanın ictimai-mədəni həyatındakı rolu, iki xalq, dövlət arasında dostluq münasibətlərinin inkişafında xidmətləri 3 dildə xüsusi qeyd edilmiş, maraqlı fotoşəkillər verilib. Guşədə onlara aid bir sıra şəxsi əşyalar nümayiş etdirilir.

Muzeydə yaradılmış bu guşə Özbəkistandakı tanınmış azərbaycanlıların irsinə əbədi olaraq Azərbaycan dövləti tərəfindən göstərilən diqqət və hörmətin nümunəsi olaraq nümayiş etdirilir.

2022-ci il 17 aprel tarixində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Daşkənddə Azərbaycan və Özbəkistanın Əməkdar artisti, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin "Azərbaycan qızları" rəqs ansablının rəhbəri olmuş, tanınmış rəqqasə, ömrünün əsas hissəsini Özbəkistanda Azərbaycan musiqisinin, rəqslərinin təbliğinə həsr edən Kaykep Əliyevanın yaşadığı evin üzərində onun xatirə lövhəsinin açılışı olub.

Açılış mərasimində Azərbaycandan olan nümayəndə heyəti ilə yanaşı, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, bu ölkənin mədəniyyət, incəsənət, ictimaiyyət xadimləri iştirak ediblər.

İlk öncə xatirə lövhəsinin açılış lenti kəsilmişdır. Mərasimdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında mədəniyyət sahəsində həyata keçirilən layihələrdən danışaraq, Azərbaycan və Özbəkistanın Əməkdar artisti, Özbəkistan Respublikasının “Dostluq” ordeni və Azərbaycan Respublikasının “Fəxri Mədəniyyət işçisi” adına layiq görülmüş, “Azərbaycan qızları” rəqs ansamblının bədii rəhbəri olmuş Kaykep Əliyevanın həyat və yaradıcılığı haqqında məlumat verib.

Çıxış edən Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Mədəniyyət Nazirliyinin bölmə müdiri Akif Marifli, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri, professor Erkin Nuriddinov milli mədəniyyətimizi təbliğ edən və dövlətlərimiz arasında möhkəm dostluq körpüsü yaradan bu cür mədəniyyət xadimlərimizin xidmətlərini vurğulayıblar, Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzin layihəsi ilə Özbəkistanda tanınmış azərbaycanlıların irsinin əbədiləşdirilməsi və təbliği istiqamətində görülən işlər barədə məlumat veriblər.

Xatirə lövhəsi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Özbəkistan Respublikasının xalq rəssamı Marina Borodinova tərəfindən hazırlanıb.

Mütəmadi olaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda Azərbaycan diaspora təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinə tədbirlərin təşkili, Azərbaycana dair təbliğati materiallar, kitab və digər nəşrlərlə təchizat sahəsində əməli dəstək göstərilir.

2022-ci ilin 10 iyun tarixində Özbəkistanın Daşkənd vilayətinin Nurafşan şəhərində “Dostluq Evi”nin açılış mərasimi keçirilmişdir. Tədbir çərçivəsində Dostluq evində Daşkənd vilayəti üzrə Azərbaycan Milli Mədəniyyət Mərkəzinin yeni ofisinin açılışı olub.

Tədbirdə vilayət rəhbəriyyəti, Özbəkistanın elm, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri, Qazaxıstan, Türkmənistan, Rusiya, Tacikistan, Qırğızıstan mədəniyyət mərkəzlərinin nümayəndələri, habelə tələbələr və yerli gənclər iştirak ediblər.

Azərbaycan üçün ayrılmış otaqda ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan və Özbəkistan prezidentlərinin görüşlərindən fotolar, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, həmçinin Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycanın tarixi və mədəniyyətinə dair özbək dilində çap olunan nəşrlər, suvenirlər nümayiş etdirilib. Açılış mərasimində hər bir mərkəz öz xalqına mənsub milli yeməklər və şirniyyatlarını təqdim edilib.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənd vilayətində Azərbaycan Milli Mədəniyyət Mərkəzinin ölkəmizə dair əyani vəsaitlərlə təmin edilməsinə xüsusi dəstək göstərib.

Hər il Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ölkənin regionlarında yerləşən diaspora təşkilatlarını da cəlb etməklə Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri tədbirləri keçirilir ki, bu tədbirlərdə çoxsaylı diaspor fəalları iştirak edirlər. Sözügedən tədbirlər çərçivəsində Daşkənd, Səmərqənd, Nəvai, Buxara vilayətlərindəki Azərbaycan diaspora təşkilatlarına ölkəmizə dair zəngin nəşr kolleksiyası hədiyyə olunur.

2022-ci il 1 noyabr tarixində Özbəkistanda keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Buxara vilayətində olan Azərbaycan nümayəndə heyəti vilayət üzrə Azərbaycan diaspora təşkilatını ziyarət etmiş və təşkilatın iki xalq arasında dostluğa dair gözəl tədbir keçirilmişdir.

Azərbaycan Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Buxara vilayətində Koqan şəhərində fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatını ziyarət edərək, yerli azərbaycanlılar və şəhər rəhbəri ilə görüşüb.

Görüşdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Buxara vilayətindəki Azərbaycan diaspor təşkilatının rəhbəri Kamran Babayev də iştirak edib.

Görüş çərçivəsində milli mədəniyyətimizi təbliğ etmək məqsədi ilə yerli diaspora təşkilatına Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycana dair Özbək dilində 56 adda kitab Buxaradakı diaspor təşkilatına hədiyyə olunub.

Görüşdə diaspor fəalları, o cümlədən gənclərlə geniş fikir mübadiləsi aparan Q.Paşayeva, onları maraqlandıran məsələlərlə bağlı fikirlərini, bilgilərini bölüşüb.

Təşkil olunan mədəni proqramda Azərbaycan və Özbək musiqiləri, rəqsləri ifa olunub. Komitə sədri diaspor təşkilatına və fəallarına Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb.



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası