Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat



  • bg1
  • bg2
  • bg3
  • bg4
1 2 3 4
html5 slider by WOWSlider.com v8.8

Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi.


Mərkəzİ Asİyanın zəngİn mədənİyyətİ və qədİm tarİxə malİk Özbəkİstan öz tolerantlığı İlə seçİlİr. Özbəkİstan Respublİkasında çoxsaylı xalqlar yaşayır kİ, onların arasında azərbaycanlıların sayı 40 mİnə yaxındır.

Özbəkistanda digər xalqlar kimi azərbaycanlılar öz mədəniyyətlərini, dillərini, adət və ənələrini yaşatmaq və inkişaf etdirmək imkanı yaradılıb.

Özbəkistan dövləti ölkədə yaşayan xalqlar üçün öz mədəniyyət mərkəzləri yaratmaq imkanını təmin etmiş, sözügedən mərkəzlər (diaspora təşkilatları) ictimai təşkilatlar kimi qardaş ölkənin Nazirlər Kabinetinin yanında Xarici ölkələrlə dostluq əlaqələri, millətlərarası münasibətlər üzrə Komitənin nəzdində və binasında fəaliyyət göstərirlər.

Azərbaycanın Özbəkistanda ilk mədəniyyət mərkəzi olan "Qardaşlık" 1989-cu ildə Daşkənddə yaradılmışdır. Daha sonra Səmərqənd və Buxara şəhərlərində, 2003-cü ildə isə Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi yaradılmışdır.

Mərkəzin nəzdindəki "Qardaşlık", "Ocaq", habelə Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblı və başqa bədii kollektivlər fəaliyyət göstərir və onlar Özbəkistanda Azərbaycan diaspora təşkilatını, Azərbaycan xalqının mədəniyyəti, adət və ənənələrini təqdim və təbliğ edirlər.

Özbəkistanda keçirilən festivallarda, dövlət bayramları, el şənliklərində Azərbaycan diaspora təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi yaxından iştirak edir.

Hər il Azərbaycanın səfirliyi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Azərbaycandan xalq və klassik incəsənətinin tanınmış ifaçılarının konsertləri təşkil olunur.

Mərkəz Özbəkistan və Azərbaycan xalqları arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi, habelə millətlərarası münasibətləri inkişaf etdirməklə, mədəniyyətlərin qarşılıqlı əlaqəsi, zənginləşməsi prosesinə öz töhfəsini verir.

Azərbaycan diaspora təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi Özbəkistanda gənclərin yaradıcılıq potensialının inkişafına və ali təhsil almasına xüsusi diqqət yetirilir. Mərkəzin nəzdindəki gənclər təşkilatı xeyriyyə aksiyalarında fəal iştirak edir, Uşaq bayramlarının təşkilində, diasporun tanınmış nümayəndələrinin iştirakına dəstək olur.

Müxtəlif layihələrin həyata keçirilməsinə kömək etməklə, mərkəzdə gənclər yeni dostlar qazanır, ailə cütlükləri yaradır, toyları qədim xalq adətlərinə uyğunlaşdıraraq keçirir.

Mərkəz çoxsaylı idman yarışları, yüngül atletika, mini-futbol, dama və şahmat üzrə olimpiadaların, Özbəkistan İdman güləş Assosiasiyası ilə birlikdə yunan-roma və sərbəst güləş yarışlarını təşkil edir.

Bu gün mərkəz ölkənin altı vilayətində — Səmərqənd, Buxara, Nəvai, Sırdarya, Daşkənd vilayətlərində və Daşkənd şəhərində fəaliyyət göstərir.

Azərbaycan diaspora təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinə sədr rəhbərlik edir və sədr qurumun İdarə Heyətinə üzv olan şəxslər tərəfindən hər 4 ildən bir seçki yolu ilə təyin edilir.

Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynovdur.



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası