Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat


AZƏRBAYCANDA TURİZM




Azərbaycanda turizmin inkişafı

html5 slider by WOWSlider.com v8.8

Azərbaycan Respublikasının zəngin təbii imkanları və iqlim şəraiti turizmin inkişafına əlverişli zəmin yaradır. Yer kürəsində mövcud olan 11 iqlim qurşağından 9-u (quru çöllər iqlimindən dağ tundra iqliminədək) burada müşahidə olunur. Bu geniş potensialdan istifadə edib ümumi daxili məhsulun 10 faizini turizmdən əldə edə bilərik. Turizm - Azərbaycan əhalisinin geniş yayılmış, fəal kütləvi və həyati tələbata çevrilmiş istirahət növlərindən biridir.

İlk səyahətlər ticarət, dini, siyasi və tanışlıq məqsədləri ilə bağlı olmuşdur. Qədim Azərbaycan ərazisindən keçən ticarət karvanlarını ilk səyahətçilər hesab etmək olar. Antik dövr müəlliflərinin bildirdiyinə görə Azərbaycan Böyük Ipək yolu üzərində yerləşdiyindən beynəlxalq ticarət mərkəzlərində istirahət etmək və mal (əmtəə) satmaq əlverişli olmuşdur. Ölkələr gəzən tarixçilər və səyahətçilər öz qeydlərində Azərbaycan karvansaraylarını təsvir etmişlər. Bakını daha çox yada salmışlar. Dəniz və quru yollarının kəsişməsində yerləşən Bakı şərq və şimal ölkələrini birləşdirməklə öz bazarları ilə məşhur olmuşdur. Ağ dənizdən Volqa çayı ilə, Xəzərlə İrandan keçməklə Hindistana ticarət yolu məşhur idi. Yol boyu yaraşıqlı, qədim dövrlərdəki ölçülərindən böyük karvansaraylar tikilmişdi. Müxtəlif tarixi dövrlərin diplomatları, tacirləri (Marko Polo, Ruy Qonzales, Afanasiy Nikitin, İosafat Barbaro, Ambrakko Kontarini, Antoni Cenkinson, Vinçenso Aleksandri, Sadko, Övliyə Çələbi, Fyodor Kotov) Azərbaycanda olarkən qeyd etmişlər ki, azərbaycanlılar ticarət, mədəni və diplomatik əlaqələrin inkişafında fəaldırlar.

1908-ci ildə Bakıda dağ Krım–Qafqaz klubunun filialı açılmışdır. Filial səyahət səfərlərinin təşkili və yerinə yetirilməsi ilə məşğul idi. XX əsrin əvvəllərində turizmin inkişafına elmi və coğrafi cəmiyyətlər diqqət yetirməyə başladılar. 1929-cu ildə SSRİ-də “Proletari” Turist Cəmiyyəti yaradılmış, bu isə turizmin yüksək sürətlə inkişafına imkan vermişdir. Bakıda və iri şəhərlərdə şöbələri və səyahət büroları yaradılmışdır. Bu qurumların məqsədi turist marşrutlarının yaradılması və təşkili, diyarşünaslıq və tarixi turizmin inkişafı idi. Turizm kütləvi hərəkata çevrilməklə müxtəlif təbəqələrin geniş kütlələrini əhatə etmişdir. Turizmə əhalinin siyasi, vətənpərvərlik və mədəni səviyyəsinin yüksəldilməsi vasitəsi kimi baxılırdı. Ekskursiyalar, əsasən, zavod, fabrik və neft mədənlərinin fəhlələri üçün təşkil edilirdi. Həmin illərdə həmkarlar ittifaqları fəhlələrin istirahətlərini təşkil edən ekskursiya fəaliyyəti ilə aktiv məşğul olurdu. Azərbaycanda turizmin genişlənməsi və inkişafı üçün 1935-ci ildə Azərbaycan SSR İcraiyyə Komitəsinin yanında Proletar Turizm və Ekskursiyaçılar Cəmiyyətinin Bakı şöbəsi fəaliyyətə başladı. Hacıkənddə, Göygölün sahilində turist bazaları və Gəncədə Rayon Turist Şurası yaradıldı. 1950–ci ildən başlayaraq turizm xidmətləri genişlənir, at və velosiped marşrutları, idman, ailəvi uşaq marşrutları təşkil edilirdi. 1957–ci ildə Mingəçevirdə, 1958-ci ildə Zaqatalada, 1960-cı ildə Şuşada turist bazası yaradıldı. 1962-ci ildə Bakıda Azərbaycan SSR-in turizm üzrə şurası fəaliyyətə başladı. Zəhmətkeşlərin yay istirahəti üçün Xəzərin sahilində Nabran qəsəbəsində Bakı turist bazasının 150 nəfərlik “Sputnik” filialı yaradıldı. 1963-cü ildən Bakıda turist klubu, Nabranda isə “Xəzər” turist bazası işləməyə başlayır. Turist bazaları turistlərin böyük hissəsinə xidmət etməklə geniş şöhrət qazanmışdır. 1965–ci ildə Bakıda, 1967–ci ildə Gəncə və Sumqayıtda, 1969-cu ildə Naftalanda və Mərdəkan qəsəbəsində, bir qədər sonra Xankəndində və Mingəçevirdə ekskursiya büroları yaradılmış, 1978–ci ildə isə Naxçıvanda səyahət və ekskursiyalar bürosu açılmışdır.

Azərbaycana xarici turistləri cəlb etmək məqsədi ilə 1973-cü ildə 1 942 yerlik “Azərbaycan" mehmanxana kompleksi. 1978-ci ildə isə “Inturisl” aksioner cəmiyyətinin "Moskva" mehmanxanası açılmışdır. Sovet hakimiyyəti dövründə Azərbaycana ən çox turist 1987-ci ildə gəlmişdir: 50 min turisl xarici ölkələrdən və 250 min turist isə SSRI–nin müxtəlif regionlarından. Lənkəranda. Mingəçevirdə. Şuşada və Bakıda turist kompleksləri tikilməyə başlandı. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanın Xəzər dənizi sahilində kurort zonasının yaradılması haqqında qərar qəbul edilmişdir.

1988–ci ildən başlayaraq Azərbaycanın tarixi torpağı oları Dağlıq Qarabağın erməni silahlı qüvvələri tərəfindən işğalı və təcavüzü nəticəsində turist axını kəskin surətdə aşağı düşmüşdür. Azərbaycanda öz torpaqlarından qovulmuş yüz minlərlə qaçqın ordusu yarandı. Əhali turizm və istirahətin təşkilindən çox fövqəladə vəziyyətin problemləri ilə məşğul olmağa başladı. Hökumət qaçqınların turist komplekslərində, bazalarında yerləşdirilməsi haqqında qərar qəbul etdi. Turist təşkilatlarının fəaliyyəti dayandı. Ümumittifaq və beynəlxalq turist marşrutları bağlandı. 1991-ci ilin sentyabrında xarici turizm üzrə departament ləğv edildi, onun yerində isə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm Şurası yaradıldı.

XXI əsrin əvvəllərindən Bakıda, Gəncədə, Naxçıvanda və ölkənin digər iri şəhərlərində beynəlxalq standartlarla təchiz olunmuş böyük mehmanxana kompleksləri tikilməyə və turistləri qəbul etməyə başlanmışdır. Hal-hazırda turist xidmətləri üzrə ölkədə 245-dən çox turizm şirkəti və 514-dək mehmanxana və mehmanxana tipli obyekt vardır. Kurort zonalarında xidmət və yaşayış yüksək səviyyədə qurulmuş. xüsusiləşdirilmiş sağlamlıq mərkəzləri və turist bazaları yaradılmışdır. 201 O-cu ildə ölkəmizə gəlmiş turistlərin sayı 1 279,8 min. nəfər, 2013–cü ildə isə 1 985,9 min. nəfər olmuşdur.

Turizm sahəsində dövlət siyasətini yerinə yetirən Mədəniyyət və Turizm Nazirliyi xarici turistləri cəlb etmək, turizmin və əyləncələrin müasir infrastrukturunu qurmaq üçün təbii potensialdan istifadə üzrə məqsədyönlü plan yerinə etirir.

Azerbaycan Respublikasında 2002-2005 və 2010-2014-cü illara när turizmin inkişafı üzrə Dövlət proqramı vardır. Bu müddətdə turistlər üçün bir sira medeni tarixi abidələr bərpa ediləcəkdir. Azərbaycanda hər il sentyabrın 27-də "Ümumdünya turizm günü" qeyd olunur. Hər il Daxili Turizm sərgi- yarmarkası, konfransları keçirilir, turizmin problemləri və onun həlli yolları müzakirə edilir. Ölkənin turizm potensialının beynəlxalq miqyasda tanıdılması ücün kütləvi informasiya vasitələri və turizm şirkətləri üçün müntəzəm olaraq Azərbaycanın gəzməli-görməli yerlərinə infoturlar keçirilir. Nəticədə müxtelif mehmanxana kompleksləri və turizm şirkətləri arasında müqavilələr və saziş- lər imzalanır. Turistlərin informasiya alması üçün Bakıda, Gəncədə, Xaçmaz-da, Qubada, Şamaxıda, Lənkəranda, Şəkide, Zaqatalada və İsmayıllıda "Turizm informasiya mərkəzləri" açılmışdır. Müxtəlif turizm növlərinin: ekoturizm, dağ-xizək, piyada, süvari (at üstündə), avtomobil, deniz, çay, alpinizm, speleoturizm yaradılması və genişləndirilməsi üzrə işlər yerinə yetirilir. Tematik marşrutlar: palçıq vulkanları, təbii mineral bulaqlar, arxeoloji qazıntılar, tarix-memarlıq kompleksleri, maraqlı təbiət obyektləri üzrə marşrutlar hazırlanır. Müntəzəm olaraq qayaya dırmaşma və idman oriyentasiyası üzrə yarışlar keçirilir.

Azərbaycan hökuməti ilə Belarus, Yunanistan, Qazaxıstan, Fransa, Tacikistan, Misir Ərəb Respublikası, Litva, Qətər, lordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Rusiya, Səudiyyə Ərəbistanı, Avstriya, Böyük Britaniya, Israil, Iran, Bahreyn, Oman, Macaristan, Koreya Respublikası, İsveçrə, Indo-neziya, Yaponiya, Bruney, Malayziya, San-Marino, Mərakeş, Argentina, Meksika, Makedoniya, İsveç, Filippin, Kuba və Xorvatiya arasında turizm sahəsində əməkdaşlıq üzrə sazişlər imzalanmışdır. 2005-ci ildən tanınmış xarici kanallarda respublikanın turizm potensialını əks etdiren reklam çarxları verilir. Dünyada müxtəlif dillərdə nəşr olunan 50-yə yaxın reklam çap məhsullarında otellərimiz, çimərliklərimiz və maraqlı turist obyektlərimiz haqqında danışılır.

2005-ci ildə Azərbaycana gələn xarici turistlərin ölkəmizdə xərcləri 373,1 mln. dollar təşkil edirdisə, 2012-ci ildə bu xərclər 1 479,0 mln. dollara çatmışdır. Beynəlxalq miqyasda isə turizmin xüsusi çəkisi 2 dəfə artmışdır.

Azərbaycan Respublikasında 2011-ci il "Turizm ili” elan edilmiş, tədbirlər plani qəbul olunmuş və müvafiq işlər görülmüşdür. 2001-ci ildə Azərbaycan Ümumdünya Turizm Taşkilatına daxil olmuşdur. Təşkilatın əsas məqsədi beynəlxalq sülh, qarşılıqlı anlaşma və iqtisadi inkişafın təmin olunmasında mühüm amil kimi turizmin inkişafıdır. Ümumdünya Turizm Təşkilatının keçirdiyi bütün tədbirlərdə toplantilarda, iclaslarda, seminarlarda və tədris kurslarında Azərbaycan iştirak etmişdir.

Müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır. Azərbaycanda da bu sahənin inkişafına ciddi diqqət göstərilməkdədir. Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Turizm sektorunun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sektoru sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir.

Son 10 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Bu tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb, beynəlxalq turizm bazarına inteqrasiya ilbəil daha geniş şəkildə təmin olunur.

Ölkəmizdə davamlı turizmə nail olmaq üçün qış turizm bazasının yaradılması və mövsümlük anlayışının aradan qaldırılması zərurəti yaranıb. Bu məqsədə nail olmaq üçün Azərbaycan Respublikasındakı “Şahdağ” Yay-Qış Turizm Kompleksi dünyadakı bu tipli komplekslərdən müasirliyi və universallığı ilə fərqlənir. Kompleks Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Bir neçə il öncəyə kimi Azərbaycan vətəndaşları qış mövsümündə turizm məqsədilə digər ölkələrə üz tuturdular. Lakin artıq Azərbaycanda iki qış turizm müəssisəsi fəaliyyət göstərir: Qusardakı “Şahdağ” Yay-Qış İstirahət Kompleksi və Qəbələ rayonunda 2014-cü ilin yanvar ayında açılışı olan “Tufan” Dağ-Xizək Mərkəzi. Bu iri komplekslərin inşası göstərir ki, Azərbaycanda təkcə yay turizminə alternativ turizm növlərinin də inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir.

Azərbaycan Dövlət Turizm Agentliyinin məlumatına görə 2019-cu ilin yanvar-dekabr aylarında Azərbaycana səfər edən xarici vətəndaşların sayı 3.17 milyon nəfər olub.

Qeyd edək ki, hazırkı göstəricilər 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11.4% çoxdur:
Əsasən Rusiya, Gürcüstan, İran, Türkiyə, eyni zamanda Asiya və Avropa ölkələrindən gələn turistlərin sayında artım müşahidə olunub.

Avropa ölkələrindən Azərbaycana gələnlərin sayı ötən ilin yanvar-dekabr aylarında 224 min nəfər olub. Bu isə 2018-ci ilin yanvar-dekabr dövrünə nisbətdə 14.7% artım deməkdir.

Avropa regionundan daha çox ziyarətçi Böyük Britaniya, Almaniya, İtaliya və Fransadan Azərbaycana gəldiyi bildirilir. Cənubi Asiya ölkələrindən isə ən çox turistin Hindistandan və Pakistandan ölkəmizə turist gəldiyi qeyd olunur. Məlumat üçün vurğulayırıq ki, “65 min turist Hindistandan, 46 min turist isə Pakistandan ölkəmizə turist gəlib”.

Ərəb turistlərin sayına gəlincə isə Agentliyin məlumatına görə, bu il ərəb turistlərin sayında 46.7% artım olub: “Bununla yanaşı, 2019-cu ildə Çindən Azərbaycana gələn turistlərin sayında 62.4% artım müşahidə olunub”.



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası