ÖN SÖZ
Qədim, zəngin, ortaq tarixi köklərə əsaslanan Azərbaycan
və Özbək mədəniyyətləri qloballaşan dünyada özünə məxsus xüsusiyyətlərini qoruyub saxlayaraq müasir bəşər sivilizasiyasında
özlayiqli yerini tutmaqdadır. Qədim Şərq incəsənətinə, elminə,
ədəbiyyatına, ümümlikdə dünya mədəniyyətinə əvəzolunmaz,
misilsiz töhfələr vermiş bu iki xalq bugündə Şərq dünyası ilə yanaşı bütün dünyanı öz mədəniyyəti ilə heyran etməkdədir. Eyni tarixi mənbələrdən qaynaqlanan Azərbaycan və Özbək mədəniyyəti öz bünyəsində fəlsəfə, tibb, riyaziyyat, astronomiya, ədəbiyyat, musiqi, incəsənət və s. kimi onlarla sahəyə aid alim, filosof, şair yetişdirərək, Biruni, İbn Sina, Uluqbəy, Nəsrəddin Tusi, Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, İmadəddin
Nəsimi kimi dahiləri ümumbəşər mədəniyyətinə bəxş etmişdir....