Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifə Bizə yazın Sayt haqda məlumat
Az   |   Рус

Bizim nəşrlər

Nizami Gəncəvinin “Sirlər xəzinəsi” (“Maxzan-ul Asror”)

(2013) Mədəniyyət Mərkəzinin təşəbbüsü və maliyyə dəstəyi ilə Özbəkistanda Nizami Gəncəvinin “Sirlər xəzinəsi” (“Maxzan-ul Asror”) əsəri özbək dilinə tərcümə edilmişdir.

Tərcüməçi, alim Olimcan Buriyev tərəfindən özbək dilinə tərcümə olunan kitab Daşkənddəki Əlişir Nəvai adına Ədəbiyyat Muzeyində çap olunmuşdur.

Kitaba “Ön söz”ün müəllifi akademik Əziz Kayumov, təzkirəçi professor Xamidcan Xamididir.

15.08.2018

Yunus Oğuzun "Əmir Teymur" kitabı

class="header-publication"

(2014) Kitaba yazıçının Teymurləng haqqında iki romanı - "Zirvəyə doğru" və "Dünyanın hakimi" daxildir.

Kitabı özbək dilinə Özbəkistan oxucusunu Azərbaycan yazıçılarının bir çox əsərləri ilə tanış edən tanış edən tanınmış özbək yazıçı Usman Kuçkar tərcümə edib.

Kitabın özbək dilində tərcüməsini təşkil edən və rəyçi Qulu Kəngərlidir. Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddə "Əmir Teymur" kitabının geniş təqdimatl keçirilmişdir.

Kitabın Yazıçının bu əsərləri bundan əvvəl rus, türk və qazax dillərinə də tərcümə olunub. Eyni zamanda, Moskvada da rus dilində böyük tirajla nəşr olunaraq populyarlıq qazanıb.

15.08.2018

“XX əsr Azərbaycan şeiriyyəti antologiyası" kitabı

2014-cü il 12 fevral tarixində Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan ədəbiyyatı şeiyyəi antologiyası” kitabının təqdimatı keçirilmişdir.

15.08.2018

"Azərbaycan mədəniyyəti qardaş Özbəkistanda" kitabçası

İki dildə (Özbək və Azərbaycan) dilində çap olunan nəşrdə Azərbaycan, onun zəngin mədəniyyəti, təbiəti, görməli yerləri haqqında məlumat verilir. Kitabçada ayrıca bölmə olaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında materiallar verilmişdir.

Kitabçada Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi tədbirlər, layihələr geniş işıqlandırılmış, Mərkəzin nəzdindəki muzeylər, kitabxana, dərnək və kurslar haqqında geniş məlumatlar öz əksini tapmışdır.

İki ölkə arasında tarixən mövcud olan münasibətlər, mədəni-ədəbi əlaqələr, qarşılıqlı səfərlər də geniş işıqlandırılmışdır.

15.08.2018

«Умрдан узун кеча»

Özbək tərcüməçi-jurnalist Rüstəm Cabbarovun ““Ömürdən uzun gecə” Azərbaycan yazıçılarının hekayələri” kitabı çap olunmuş və Özbəkistan Milli Kitabxanasında təqdimatı keçirilmişdir. Kitabda müasir Azərbaycan yazıçıları (Anar, Sabir Rüstəmxanlı, Vaqif Soltanlı, Ulvi Bünyadzadə, İlqar Fəxmi, Elçin Hüseynbəyli və s. ) öz əksini tapmışdır.

15.08.2018

«Узбекско-Азербайджанского и Азербайджано-Узбекского разговорник

“Özbək-Azərbaycan, Azərbaycan-Özbək danışıq kitabçası” 2014-cü ildə çap olunmuş və Özbəkistan Milli Kitabxanasında təqdimatı keçirilmişdir. Kitab hər iki dili öyrənmək istəyən və danışıqda gündəlik həyatda istifadə etmək üçün əla vasitədir.

15.08.2018

«Тема Азербайджана в средствах массовой информации Узбекистана»

Тема Азербайджана в средствах массовой информации Узбекистана» kitabı çap olunmuş və ictimaiyyətə təqdim olunmuşdur.

Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbək mətbuatında Azərbaycan mövzusunu maksimum işıqlandırmaq və təbliğ etmək məqsədi ilə hər il “İlin ən yaxşı məqalə müsabiqəsi” elan olunur və mükafata layiq görülən məqalələr toplu halında qeyd olunan kitabda nəşr olunur.

Kitabda materiallar özbək və rus dillərində verilmişdir. Kitabda Azərbaycan, onun dövlətçiliyi, tarixi, mədəniyyəti haqqında çoxsaylı məqalələr əks olunmuşdur.

15.08.2018

Azərbaycan muğamları

Azərbaycan muğamları diskində tanınmış muğam ustalarının 12-dən çox muğamları verilmişdir.

Onlardan Xan Şuşinski, Rübabə Muradova, Alim Qasımov, Könül Xasıyeva, Arif Babayev, Nəzakət Məmmədova, Süleyman Abdullayev və b.

15.08.2018

Azərbaycan xalq mahnıları

Azərbaycan xalq mahnıları diskində 15 tanınmış xalq musiqisi əks olunmuşdur.

Onlardan Şövkət Ələkbərova, Rübabə Muradova, Rəşid Behbudov, Arif Babayev, Zeynəb Xanlarova və s. qeyd etmək olar.

15.08.2018

Zeynəb Xanlarova

Diskdə Azərbaycan və SSRİ-nin xalq artisti, tanınmış müğənni Zeynəb Xanlarovanın 16 mahnısı yer almışdır.

Onlardan Zeynəb Xanlarovanın vətənpərvərlik, sevgi, lirik mahnıları yer almışdır.

Onların arasında "Azərbaycanım", "Tərlanım", "Leylam", "Nə qaldı" və b mahnıları yer almışdır.

15.08.2018

Müslüm Maqomayev "Azərbaycan"

Azərbaycan və SSRİ-nin xalq artisti dahi Müslüm Maqomayevin 12 ifası diskdə verilmişdir.

Manıların əsasən mövzusu Azərbaycan haqqında, dostluq və lirik mahnılar, Azərbaycan və rus dillərində ifa olunmuşdur.

Onların arasında "Azərbaycan, "Sənsiz", "Lay-lay", "Mi bez tebya", "Arzu", "Zubeyda" və s.

15.08.2018

Aytən Məhərrəmova "Ana yurdum"

Aytən Məhərrəmova "Ana yurdum" diski gənc xanəndənin "Aypara" musiqi qrupu ilə ifa etdiyi xalq mahnıları və muğamlardan

ibarətdir. Aytən Məhərrəmova Azərbaycanın xalq artisti, xanəndə Mənsum İbrahimovun tələbəsidir.

Diskdə Aytən Məhərrəmovanın ifasında "Ey vətən", "Darıxıram", "Ana yurdum", ümumilikdə 23 mahnısı yer almışdır.

15.08.2018

Daşkənddə Azərbaycanın Naftalan: müalicə-istirahət mərkəzi haqqında özbək və rus dillərində kitab hazırlanmışdır.

2015-ci ilin 30 mart tarixində Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda Azərbaycanın Naftalan:müalicə-istirahət mərkəzi haqqında “Муъжизавий Нафталан: Озарбойжон” adlı məlumat nəşri hazırlanmışdır. Məlumat nəşri iki dildə - özbək və rus dillərindədir.

Nəşrin hazırlanmasında əsas məqsəd Azərbaycanın turizm resurslarının təbliği və Naftalana maraq göstərən, habelə burada müalicə almaq istəyən Özbək turistlərini informasiya dəstəyi göstərməkdir.

Kitabda ilkin olaraq Azərbaycanın qərbində yerləşən Naftalan şəhəri haqqında məlumat verilir, öz möcüzəsi və şəfası ilə bütün dünyada məşhur olan Naftalan neftinin tarixi, müalicəvi xarakteristikası, burada yaradılmış və müasir standartlara cavab verən şərait, otel, sanatoriyaların xidmətləri geniş işıqlandırlır.

İlk dəfə olaraq məlumat nəşrində maraqlananlar Naftalan şəhərində fəaliyyət göstərən otellər, buradakı xidmətlər, qiymətlər barədə məlumat əldə edə bilərlər.

15.08.2018

Azərbaycanlı gənc yazar Pərvin Nurəliyevanın “Qar yağacaq” hekayələr kitabı Özbək dilində

Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanın gənc yazarı Pərvin Nurəliyevanın “Qar yağacaq” adlı hekayələr kitabı Özbək dilinə tərcümə edilərək nəşr olunmuşdur.

Kitabın tərcüməçisi tanınmış alim Babaxan Məhəmməd Şərifdir və kitab Daşkənddəki “Extremum Press” nəşriyyatında çap olunmuşdur. Kitaba yazılmış ön sözün müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədri Anardır.

P. Nurəliyevanın “Qar yağacaq” adlı hekayələr kitabında “Şirinlik”, “Sevimli... nəfis... mən...”, “Fiona”, “Samir üçün” və s. hekayələr, habelə “Balerina” kinohissə yer almışdır.

Kitabın sonunda alim, tərcüməçi Babaxan Şərif “Pərvin – Azərbaycan ədəbiyyatının ümidi” adlı məqaləsi verilmişdir.

O, Sovet dövrü Azərbaycan ədəbiyyatına nəzər salır, gənc yazarlar arasında XXI əsrin yeni istedadlı nəslinin yetişdiyini qeyd edir.

15.08.2018

Yunus Oğuz “Malika və cadugər” kitabı Özbək dilində

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə 2015-ci il noyabrın 13-də Əlişir Nəvai adına Milli Kitabxanada yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun özbək dilində çapdan çıxan “Şah arvadı və cadugər” romanının təqdimatı keçirilmişdir.

Əsəri orjinaldan özbək dilinə şair və tərcüməçi Usman Kuçkar çevirib.

“Əmir Teymur” romanından sonra bu əsər Yunus Oğuzun özbək dilində çap olunan ikinci əsəridir.

“Şah arvadı və cadugər” adlanan əsərdə Azərbaycan tarixinin maraqlı dövrünə işıq tutan tarixi romandır və əsərdə əsasən Şah Abbasın anası Xeyranisə xanımdan söhbət açılır.

Romanda demək olar ki, bütün əsas məsələlər bu obrazın ətrafında cərəyan edir. Romanda XVI əsrin keşməkeşli hadisələrindən bəhs edilir.

15.08.2018

"Müasir özbək və Azərbaycan poeziyasının xüsusiyyətləri” adlı elmi-populyar kitab

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə Daşkənddə "Müasir özbək və Azərbaycan poeziyasının xüsusiyyətləri” adlı elmi-populyar kitab nəşr olunmuşdur.

Kitabın tərtibçisi Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Səadət Muxammedovadır.Nəşr "Müasir özbək poeziyasının xüsusiyyətləri” və "Müasir Azərbaycan poeziyasının xüsusiyyətləri” adlı bölmələrdən ibarətdir.

Kitabda müasir özbək və Azərbaycan poeziyasından nümunələr təhlil edilmiş, özbək və Azərbaycan şairlərinin orijinalda və özbək dilində şeirləri yer almışdır.Nəşrdə özbək alimləri Səadət Muxammedova, Marquba Mirqasımova, Nəsibə Jumaniyazova, Babaxan Şərif, Nafosat Urakova və Azərbaycan alimləri Almaz Ülvi, Yaşar Qasımov, Təranə Həşimova və Əsad Cahangirin məqalələri öz əksini tapmışdır.Kitabdakı məqalələr özbək, Azərbaycan və rus dillərindədir.

15.08.2018

"Ozarbayjoning madaniy merosi: Культурное наследие Азербайджана" adlı iki dilli (özbək və rus) kitab

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə "Ozarbayjoning madaniy merosi: Культурное наследие Азербайджана" adlı iki dilli (özbək və rus) kitab nəşr olunmuşdur. Kitab Daşkənddəki "Kamalak-PRESS" nəşriyyatında çap edilib.
Sözügedən nəşr özbək dilində ilk layihədir ki, Azərbaycan mədəni irsinə dair məlumatları özündə əks etdirir. Kitabda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan "YUNESKO-nun "Qeyri-maddi mədəni irs siyahısı"na daxil edilmiş mədəni irs elementləri, milli musiqi alətləri haqqında, habelə Azərbaycan Milli Kulinariya Mərkəzinin məlumatlarından istifadə edilib.
"Azərbaycanın mədəni irsi" adlı kitabda Azərbaycan xalça, muğam və aşıq sənəti, Novruz bayramı, kəlağayılar, Lahıc - misgərlik sənəti, Qarabağ atı ilə oynanılan Çovqan atüstü oyunu, milli musiqi alətlərimiz, milli kulinariyamızın nümunələri geniş olaraq öz əksini tapmışdır. Nəşrdə Azərbaycan xalq rəqsləri - "Köçəri", "Yallı", "Uzundərə", "Turacı", "Nəlbəki" və digər rəqslərimiz haqqında məlumatlar da geniş işıqlandırılmışdır.
Kitabda milli musiqi alətləri "Balaban", "Kamança", "Qaval", "Ney", "Ud", "Tulum", "Tütək", "Rübab" və s. haqqında geniş məlumat verilib, Azərbaycan mətbəxinin əvəzsiz yeməkləri - müxtəlif növ dolmalar, plovlar, kəbablar, "piti", "lavaş" və şirniyyatlarımız, onların şəkilləri, hazırlanma metodları, xalqımıza aid olduğunu təsdiq edən faktlar, məlumatlar öz əksini tapmışdır.
Nəşrin reallaşdırılmasında əsas məqsəd Azərbaycan mədəniyyətinin, mədəni irsinin saxtalaşdırılması, mənimsənilməsinin qarşısını almaq və bu barədə dünya ictimaiyyətinə obyektiv məlumatların çatdırılmasıdır.
Kitabın redaktoru və tərcüməsini tanınmış Özbək alim Usman Kuçkar həyata keçirmişdir. "Ön söz"ün müəllifləri Azərbaycanınn Özbəkistandakı Səfiri Hüseyn Quliyev, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.
"Ön söz"də Azərbaycan ərazisinin bəşər sivilizasiyasının ilk meydana gəldiyi məkanlardan olduğu və burada yaşamış insanların çox böyük və dəyərli maddi mədəniyyət nümunələri yaratdığı qeyd olunur.
Azərbaycan dövlətinin yürütdüyü humanitar siyasət nəticəsində respublika ərazisindəki mövcud tarixi, dini və mədəniyyət abidələrinin aşkar edilməsi, mühafizəsi istiqamətində çox böyük və məqsədyönlü layihələrin həyata keçirildiyi və bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanır. Qeyd olunur ki, məhz Heydər Əliyev Fondunun reallaşdırdığı bir sıra regional, yerli və beynəlxalq layihələr əsasında xalqımızın maddi-mənəvi sərvətlərinin qorunub saxlanır, dünyada geniş təbliğ olunur və gələcək nəsillərə çatdırılması xüsusi fəaliyyət proqramına çevrilib.
Nəşrdə Azərbaycan torpaqlarının işğalı nəticəsində ölkənin mədəni irsinə, mədəniyyət abidələrinə çox böyük ziyan dəydiyi, açıq səma altında muzey olan Azərbaycan mədəniyyətinin, musiqisinin beşiyi - Şuşa şəhərində və digər ərazilərdə xalqımıza məxsus maddi mədəniyyət nümunələrinin talan və məhv edilməsi yazılır.
Dağlıq Qarabağ və ona heç bir aidiyyatı olmayan 7 rayonda 13 dünya, 292 ölkə əhəmiyyətli abidə, muzey, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi - tarixi və mədəniyyət nümunələrini yerlə-yeksan edilməsinin beynəlxalq təşkilatların rəsmi sənədlərində də öz əksini tapdığı, Azərbaycanın Ağdam şəhərindəki dünyada yeganə hesab olunan "Çörək muzeyi", 13 mindən artıq nadir eksponatlı Kəlbəcər və Laçın şəhər tarix-diyarşünaslıq muzeylərinin darmadağın edildiyi "Ön sözdə" xüsusi vurğulanır.
Qeyd edilir ki, oxuculara təqdim olunan bu kitabda tarixi abidələrimizlə yanaşı, ilk dəfə olaraq Azərbaycan musiqi alətləri haqqında məlumat verilir. Nəşrdə musiqi tariximizdə ifa olunan, hazırda geniş istifadə olunmayan musiqi alətlərinə dair məlumatlar da yer almışdır.
"Ozarbayjoning madaniy merosi: Культурное наследие Азербайджана" adlı kitab həm Özbəkistanda, həm də dünyada maraqlananlara Azərbaycan mədəni və qeyri-maddi irs nümunələri haqqında məlumat və biliklər əldə etməyə yardımçı olacaqdır.

15.08.2018

Daşkənddə Nizami Gəncəvinin "Xəmsə"si ilk dəfə olaraq özbək dilində çap edildi.

Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin dünya miqyasında araşdırılması və təbliği istiqamətində son vaxtlar olduqca önəmli addımlar atılmaqdadır.
Bəşəriyyətin yetirdiyi ən nəhəng və parlaq dühalardan biri kimi qəbul edilən Nizaminin layiqli səviyyədə, yeni dövrün tələblərinə uyğun tədqiqi və tanıdılmasına yönələn bütün addımlar, Nizaminin adıyla yanaşı, ümumən Azərbaycana aid aktual məsələləri gündəmə gətirir.
Nizami Gəncəvi yaradıcılığına Özbəkistanda da böyük maraq vardır və dahi şair xalq arasında çox sevilir. Daşkənddə dahi şairin büstü və onun adına Daşkənd Dövlət Pedaqoji Universiteti fəaliyyət göstərir. Azərbaycan Səfirliyi və onun nəzdindəki Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənd Dövlət Pedaqoji Universitetində Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi yaradılmış və Mərkəz Nizami irsini, yaradıcılığını, iki ölkə arasında dostluq əlaqələrini geniş təbliğ edir.
Bu il Özbəkistanda Azərbaycanın böyük şairi Nizami Gəncəvinin anadan olmasının 875 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirir. Sözügedən tədbirlər çərçivəsində şairin bütöv əsərlərinin "Xəmsə"sinin ilk dəfə olaraq Özbək dilinə tərcüməsinin həyata keçirilməsi, Nizami yaradıcılığının qardaş ölkədə təbliği, yerli mətbuatda çoxsaylı məqalələrin dərc edilməsi və Nizami irsinin təbliği Mərkəzinin fəaliyyətinin genişləndirilməsi əsas məsələlərdəndir.
Özbəkistanda Nizami Gəncəvi əsərlərinin tərcüməçisi kimi tanınan şair Olimcan Buriyev dahi Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan beş əsəri tərcüməsini həyata keçirmişdir. O, uzun müddət apardığı gərgin iş nəticəsində orjinaldan özbək dilinə Nizami Gəncəvinin beş əsərini - "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" və "İskəndərnamə" əsərlərini daxil edərək tərcümə etmişdir.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Səfirlik və onun nəzdindəki Mədəniyyət Mərkəzinin layihəsi ilə "Nizami Gəncəvi: Xəmsə" adlı kitabı özbək dilində Daşkənddəki "İstiqlol nuri" nəşriyyatında çap edilmişdir. Kitabın redaktoru və ön sözün müəllifi akademik Aziz Kayumovdur. Ön sözdə qeyd edilir ki, Azərbaycanın qədim Gəncə şəhərində anadan olan dahi şair Nizami Gəncəvi öz qüdrəti ilə nəinki Azərbaycanda, Şərqdə və Qərbdə nəhəng söz ustadına çevrilmiş və onun yaratdığı beş əsər dünya ədəbiyyatının inciləri sırasına daxil olmuşdur.
O.Buriyev kitaba yazdığı "Epiloq"da vurğulayır ki, söz, sənət beşiyi olan qədim Arran eli - Azərbaycan nəhəng ustadlar yetişdirmişdir. Onlardan öz yaradıcılığı ilə ən parlaq və təkrarsız incilər yaradan dahi Nizamidir.
Tərcüməçi "epiloq" da qeyd edir ki, kitabı qardaş Azərbaycanın və vətəni olan Özbəkistanın dövlət müstəqilliyinin 25 illik yubileyinə həsr edir. Kitabın sonunda üz qabığında Nizami Gəncəvinin Gəncə şəhərindəki məqbərəsinin fotoşəkli öz əksini tapmışdır.
Qeyd edək ki, O.Buriyevin "Nizami Gəncəvi: Xəmsə" adlı özbək dilində kitabı Özbəkistanın elmi və tədris müəssisələrinə, habelə Özbəkistan kitabxanalarına paylanması nəzərdə tutulmuşdur.

15.08.2018

Daşkənddə Almaz Ülvinin “Özbək ədəbiyyatı və Azərbaycan” kitabı çap edilib.

Daşkənddəki “Kamalak-PRESS” nəşriyyatındafilologiya elmləri doktoru Almaz Ülvinin özbək və rus dillərində “Özbək ədəbiyyatı və Azərbaycan” (Tədqiqatlar, ədəbi poprtretlər, söhbətlər) kitabı çap edilib.

Kitabın məsul redaktorları və “Ön söz”ün müəllifləri Qozakboy Yoldaşev və Sırdaryoxon Otanova, redaktoru Muhayyo Yoldaşevadır.

Kitabda müəllifin Azərbaycan-özbək ədəbi əlaqələri sahəsindəki tədqiqat əsərləri salınıb.

“Ön söz”də deyilir ki, Almza Ülvi özbək-Azərbaycan ədəbi əlaqələrio sahəsində tanınmış alimdir.

Onun bu mövzudakıl məqalələri Bakıda, Daşkənddə və Müstəqil Dövlətlər Birliyinin digər şəhərlərində çap edilib.

Bildirilir ki, müəllif böyük özbək şairi Əlişir Nəvai ilə bağlı silsilə məqalələr yazıb və bu iş davam etdirilir.

Topluda müəllifin Babur, Bəkir Çobanzadə, Xalid Səid Xocayev, Maqsud Şeyxzadə, Zülfiyyə haqqında məqalələri də yer alıb.

15.08.2018
Odlar yurdu Azərbaycan
Azərbaycan xalqının
ümummilli lideri
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
$('#s3').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan
$('#s4').cycle({fx: 'scrollDown', 
sync: 0, delay: -2000});
Özbəkistanda tanınmış azərbaycanlılar
Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı
$('#s6').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
Azərbaycan mədəni irsi
Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi
$('#s7').cycle({fx: 'scrollDown', 
sync: 0, delay: -3000});
 
Azərbaycanda turizm
 
Azərbaycanda təhsil
Azərbaycanda təhsil
 
Özbəkistanda Azərbaycan
diaspora təşkilatı
 
Ermənistanın Azərbaycana təcavüzü
Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü
$('#s5').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
HotLog © 2013 - 2018 Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası