Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat
Arxiv Elanlar

Elanlar

Özbəkistanda Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbir və konsert keçiriləcəkdir.

Azərbaycan gəncləri artıq 2 fevral tarixini - Ümummilli Lider Heydər Əliyev tərəfindən təsis edilən gənclər gününü qalib ölkənin qürurlu vətəndaşları kimi böyük ruh yüksəkliyi ilə qeyd edirlər.

Azərbaycan dövləti ölkədə gənclər siyasətini uğurla həyata keçirir, Prezident İlham Əliyev gənclərə münasibətini qeyd edərək söyləyib: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.

Bugün Azərbaycan gəncliyi həyatımızın hər bir sahəsində aktiv olaraq, ölkənin tərəqqisində fəal iştirak edir.

Özbəkistanda da dövlətin gənclərə xüsusi qayğı və dəstəyi vardır. Təsadüfi deyil ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2024-ci ili ölkədə “Gənclərin və biznesin dəstəklənməsi ili” elan edib.

Bu əlamətdar tarixlə əlaqədar cari il fevralın 2-də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi ilə Daşkənddə Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin binasında tədbir və konsert proqramı keçiriləcəkdir.

Konsertdə Azərbaycandan dəvət olunmuş beynəlxalq müsabiqələrin laureatları - gənc müğənnilər Kənan Qədimov və Aynur İsgəndərli, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” adlı rəqs ansamblının çıxışı da nəzərdə tutulub. Tədbir çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində “Zəfərə gedən yol” adlı fotosərgi iştirakçılara təqdim olunacaqdır.

Tədbirə Özbəkistanda çalışan, yaşayan azərbaycanlı seçicilər, gənclər, habelə Özbək qonaqlar dəvət olunacaqlar.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Mərkəz gənclərlə sıx əməkdaşlıq edir, onlar üçün Mərkəzdə kurs və dərnəklər təşkil olunmuş və hər il gənclərlə bağlı çoxsaylı layihələr, müsabiqələr keçirilir.

Əlaqə telefonu: +99871 293 53 56
Email: culcenter.az@gmail.com
Veb-sayt: http://azculture.uz


26.01.2024

Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində “Azərbaycan mədəniyyəti və poeziya həftəliyi” keçiriləcək.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə cari il 23-26 oktyabr tarixlərində Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” keçiriləcəkdir.

“Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” çərçivəsində cari ilin 23 oktyabr tarixində Azərbaycanın xalq şairi Vahid Əzizlə Özbəkistan Yazıçılar Birliyində görüş keçiriləcək, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində «Müasir dövr Azərbaycan-Özbəkistan ədəbi əlaqələri» mövzulu, habelə xalq şairi Vahid Əziz yaradıcılığına dair tədbir keçiriləcəkdir.

24 oktyabr tarixində isə Özbəkistan Sənət və Mədəniyyət Institutunda Azərbaycan poeziyası və musiqisinə həsr olunmuş ədəbi-bədii tədbir təşkil olunacaqdır. Tədbirdə Azərbaycanın xalq şairi Vahid Əzizlə görüş keçiriləcək, şairin şeirləri səsləndiriləcək, gənc və populyar xanəndələrimiz, beynəlxalq müsabiqələr laureatları, muğam ifaçıları Mirələm Mirələmov və Kamilə Nəbiyeva milli musiqimiz, muğamlarımızı ifa edəcək, eyni zamanda Özbəkistanda tanınmış azərbaycanlı saz ustası İlham Abdullayev milli saz havalarımız, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı isə milli rəqslərimizlə çıxış edəcəklər.

25 oktyabr tarixində Özbəkistanın Xarəzm vilayətində Urgənc Dövlət Universitetində tədbirlər davam edəcək, Azərbaycan poeziya nümayəndələri, incəsənət ustalarının iştirakı ilə ədəbi-bədii, musiqili tədbir keçiriləcəkdir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tanınmış azərbaycanlı yazıçı, ictimai xadim, 1938-40-cı illərdə Urgənc Dövlət Universitetinin müəllimi olmuş Yusif Vəzir Çəmənzəminlinin adı sözügedən təhsil ocağında əbədiləşdiriləcəkdir. Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Urgənc Dövlət Universitetində Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan – Özbəkistan dostluq mərkəzi yaradılmış və Xarəzm vilayətində keçiriləcək “Azərbaycan mədəniyyəti və poeziya həftəliyi” çərçivəsində sözügedən mərkəzin açılışı nəzərdə tutulub.

Mərkəzdə Azərbaycan-Özbəkistan dostluğu, dövlət başçılarımız İlham Əliyev və Şavkat Mirziyoyevin görüşləri, onların dostluğumuzla bağlı fikirləri, Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyəti, ədəbiyyatına dair müxtəlif sərgilər, guşələr təşkil olunacaq, Azərbaycana dair mini kitabxana və auditoriya fəaliyyət göstərəcəkdir.

Tədbirlər çərçivəsində Urgənc Dövlət Universitetində Heydər Əliyev ili münasibəti ilə dahi şəxsiyyətə həsr olunmuş kitab və foto sərgi təqdim olunacaq, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda 3 dildə (Azərbaycan, özbək və türk) çapdan çıxan “Heydər Əliyev – 100 kəlam” adlı kitabın, habelə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı 5 dilli (Azərbaycan, türk, özbək, rus, ingilis) ensiklopedik nəşrin təqdimatları da keçiriləcəkdir.

“Azərbaycan mədəniyyəti və poeziya həftəliyi” çərçivəsində 25 oktyabr tarixində Özbəkistanın Xarəzm vilayətinin Mərkəzi Konsert Sarayında Azərbaycan incəsənət ustalarının iştirakı ilə qala konsert keçiriləcəkdir.

Tədbir çərçivəsində Özbəkistanın Xarəzm vilayətinin Urgənc və Xivə şəhərlərinin kitabxanalarına Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəşrlərindən ibarət zəngin kitab kolleksiyası hədiyyə ediləcəkdir.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə 2023-ci ildə Şuşa şəhəri ilə Özbəkistanın Xivə şəhəri qardaşlaşmış və bu barədə müqavilə imzalanmışdır.

Əlaqə telefonu: +99871 293 53 56
Email: culcenter.az@gmail.com
Veb-sayt: http://azculture.uz


20.10.2023

Azərbaycanda VI Beynəlxalq Muğam Festivalı başlayır.

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə iyunun 18-25-də “Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalı keçiriləcək.

Festival çərçivəsində Azərbaycanın Bakı, Ağcabədi və Şuşada yerli və xarici musiqiçilərin iştirakı ilə müxtəlif konsertlərin, beynəlxalq simpoziumun, muğam və poeziya ifalarının təşkili nəzərdə tutulur.

İyunun 18-də Heydər Əliyev Sarayında Azərbaycanın xalq artisti Alim Qasımov və xüsusi qonaqların, Azərbaycan Milli Konservatoriyasında isə tanınmış musiqiçilər Ənvər Sadıqov və Emil Əfrasiyabın çıxışları ilə açılış mərasimi baş tutacaq.

Festival iyunun 19-da İrandan Mahan Mirarabın gitarada, həmyerlimiz Elçin Şirinovun pianoda ifası və Beynəlxalq muğam müsabiqəsi ilə Azərbaycan Milli Konservatoriyasında davam edəcək.

Həmin gün Beynəlxalq Muğam Mərkəzində Əfqanıstanı təmsil edən musiqiçi Daud Khan Sadozainin konserti, Daş Salnaməsi Muzeyində isə Azərbaycanın Xalq artisti Mənsum İbrahimovun, Əməkdar artistlər – Təyyar Bayramovun, Babək Niftəliyevin, Sevinc Sarıyevanın, xanəndələr Hüseyn Məlikovun, Aytən Məhərrəmovanın və Mirələm Mirələmovun iştirakı ilə muğam axşamı keçiriləcək.

Üçüncü gün Azərbaycan Milli Konservatoriyasında Beynəlxalq muğam müsabiqəsi və Azərbaycan Tarix Muzeyində Beynəlxalq Simpozium keçiriləcək. Bununla yanaşı, Azərbaycan Milli Konservatoriyasında azərbaycanlı pianoçu Etibar Əsədlinin, Milli Kamera və Orqan musiqisi zalında isə xanəndə Səkinə İsmayılovanın, Hindistandan vokalçı Vasumathi Badrinathanın, violin ifaçısı Jyotsna Srikanthın musiqiləri səslənəcək.

İyunun 21-dən 24-dək Azərbaycan Milli Konservatoriyasında, Milli Azərbaycan Tarix Muzeyində, Daş Salnaməsi Muzeyində, Beynəlxalq Muğam Mərkəzində, Kamera və Orqan musiqisi zalında, Heydər Əliyev Mərkəzində, eləcə də Şuşa və Ağcabədidə Azərbaycan, Özbəkistan, Tacikistan, İordaniya, Misir, Yunanıstan və Hindistan təmsilçilərinin ifaları nəzərdə tutulur.

Festival çərçivəsində 24 saat ərzində eyni məkanda bir-birini əvəz edən 24 qrupun ifasında muğam marafonu və açıq havada “Muğam saatı” təşkil olunacaq.

İyunun 25-də “Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalının Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək yekun konserti çərçivəsində festival qaliblərinin mükafatlandırılması da nəzərdə tutulur.

Əlaqə telefonu: +99871 293 53 56
Email: culcenter.az@gmail.com
Veb-sayt: http://azculture.uz


17.06.2023

Özbəkistanda Nizami Gəncəvi haqqında daha bir tədqiqat əsəri işıq üzü gördü.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycanda 2021-ci il “Nizami Gəncəvi ili” və Özbəkistanda Əlişir Nəvainin 580 illik yubileyi ilə əlaqədar xüsusi müsabiqə elan etmişdir.

Sözügedən müsabiqəyə əsasən hər iki şairin yaradıcılığında Türkçülük təfəkkürü, yaradıcılıq əlaqələri, sözügedən şairlərin Türk poeziyasının zirvəsi olaraq ədəbi irslərinin araşdırılması və bu barədə tədqiqat əsərlərinin yaradılması əsas nominasiya olaraq elan olunmuşdur.

Müsabiqəyə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracəddinov və dosent Gülbahar Aşurovanın müəllifi olduğu “Nizomiy Ganjaviy va Alisher Navoiy ijodida Turkona tafakkur va g’oyaviy badiiy asos” adlı monoqrafiya mükafata layiq görülmüş və çapa tövsiyə olunmuşdur.

Monoqrafiya Özbəkistan Respublikasının Ali və Orta ixtisas Təhsil Nazirliyi tərəfindən dərsliyə əlavə vəsait olaraq qəbul edilmiş və Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çap olunmuşdur.

Tədqiqat əsəri dünya ədəbiyyatının və türk xalqlarının ən böyük simaları, poeziya nəhəngləri olan Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılıqları, onların zəngin irsi, tədqiqi, hər iki mütəfəkkirin, bədii-fəlsəfi baxışları, şərq mədəniyyəti, türk milli-mədəni irsinə verdiyi töhfələr, ədəbiyyata gətirdikləri yeniliklər, “Xəmsə”çilik ənənələri öz əksini tapır.

Monoqrafiyada Özbək ədəbiyyatında Nizami Gəncəvi əsərlərinin öyrənməsi problemi, Nizami Gəncəvi “Xəmsə”sinin tərcümə məsələləri, hər iki şairin yaradıcılığının ədəbiyyatımızda intibah dövrü kimi səciyyələndirilməsi və onların əsərlərinin lirik qəhrəmanları barədə mövzular yer alır.

Nəşr Azərbaycan Respublikasının Prezidentinin “2021-ci ilin Nizami Gəncəvi ili” elan edilməsi və Özbəkistan Prezidentinin “Əlişir Nəvainin 580 illik yubileyinin geniş qeyd olunması” haqqında Sərəncamları ilə başlayır.

“Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığında Türk təfəkkürü və ideoloji bədii əsaslar” adlı monoqrafiyanın ön sözünün müəllifi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, elmi redaktor akademik Rafael Hüseynov, rəyçilər isə Özbək alimlər - filologiya elmləri doktoru, professorlar Bakijon Toxliev və Nurboy Cabbarovdur.

Monoqrafiyaya ön söz yazan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türk dünyasının bəşəriyyətə böyük alimlər, filosoflar, şairlər, yazıçılar bəxş etdiyini və belə nəhəng, görkəmli mütəfəkkirlərin siyahısında Azərbaycan xalqının fəxri Nizami Gəncəvi və özbək ədəbiyyatının dahi şairi Həzrəti Əlişir Nəvainin adlarının fəxrlə çəkildiyini qeyd edir.

S.Abbasov dahi mütəfəkkir şairlər Nizami Gəncəvi və Əlişir Nəvainin ədəbi irsinin tədqiqi və təbliğinin bütün dövrlər üçün aktual olaraq qaldığını qeyd edərək, onların irsinin ədəbiyyatşünasların öyrənməsi, tədqiq etməsi və yeni, sanballı mənbələrin üzə çıxarılmasının vacib olduğunu vurğulayıb.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Mərkəzin əsas məqsədi xarici müəlliflər tərəfindən hər iki dahi mütəfəkkirin yaradıcılığının Türk dünyası poeziyasının zirvəsi olaraq araşdırılması, tədqiq edilməsi, yeni mənbələrin, elmi, tədqiqat əsərlərin, dərsliklərin yaradılması və gənc nəslə çatdırılmasıdır. Mərkəz yaradılan bu tədqiqat əsərlərinin gələcəkdə aparıcı xarici dillərə tərcümə və nəşr edilməsinin nəzərdə tutulduğunu bildirib.

“Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığında Türk təfəkkürü və ideoloji bədii əsaslar” adlı monoqrafiyanın Özbəkistanda və Azərbaycanda ədəbiyyatşünasların, tədqiqatçıların, elm adamlarının iştirakı ilə geniş təqdimatı nəzərdə tutulmuş və nəşr Özbəkistanın aparıcı kitabxanalarına, ali məktəblərə hədiyyə olaraq veriləcəkdir.

Əlaqə telefonu: +99871 293 53 56
Email: culcenter.az@gmail.com
Veb-sayt: http://azculture.uz


15.03.2022

Azərbaycanın və Özbəkistanın gənc şairlərinin iştirakı ilə
“Məclisi - fəramuşan” poeziya məclisi təsis edildi.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi əsasında Azərbaycanın və Özbəkistanın gənc şairlərinin iştirakı ilə “Məclisi-fəramuşan” poeziya görüşləri keçiriləcəkdir.

İlk dəfə olaraq bərpa olunan tarixi və mədəni əhəmiyyət daşıyan “Məclisi-fəramuşan” poeziya məclisinə hər iki ölkənin gənc şairləri qoşulacaq və onlar öz şeirlərini səsləndirəcəklər.

Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci ilin “Şuşa ili” elan olunması ilə əlaqədar Özbəkistanda çoxsaylı tədbirlər və layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə keçiriləcək poeziya görüşü XIX əsrdə Qarabağda keçirilən şairlər məclisinin davamı olaraq təşkil edilir. Gələcəkdə poeziya məclisində türk dünyasının digər ölkələrinin də iştirakı nəzərdə tutulub.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, hər iki ölkənin Yazıçılar Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin də dəstək göstərəcəyi şeir məclisinin əsas məqsədi hər iki xalqın klassiklərini dərindən öyrənmək, şeirlər söyləmək, istedadı olan gənc şairləri üzə çıxarmaq, poeziyanın aktual məsələlərinə dair fikir mübadiləsi aparmaq, Türk dünyası şairləri arasında ədəbi əlaqələri genişləndirməkdir.

Şairlər məclisi cari ilin mart ayından başlayaraq dekabr ayına qədər davam edəcək. Məclis ayda bir dəfə olmaqla onlayn (Zoom proqramı) formada keçiriləcəkdir. Avqust ayında məclis Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada Cıdır düzündə, Molla Pənah Vaqifin məqbərəsi və Xurşidbanu Natəvan Sarayının qarşısında təşkil olunacaq və Azərbaycan televiziyasında yayımlanacaqdır.

Hər iki ölkənin gənc şairlərinin qoşulacağı məclisdə iştirak üçün namizəd bugünə qədər şairlik fəaliyyətinə malik olmalı, ya da onun hər hansı şeiri mütləq şəkildə ölkə mətbuatında yayımlanmalıdır. Tədbirə cari ilin noyabr ayında yekun vurulacaq və Məclisdə səsləndiriləcək şeirlər toplu halında Azərbaycan və Özbək dillərinə tərcümə olunaraq nəşr ediləcəkdir.

Qeyd edək ki, Azərbaycan poeziyasının inkişafında müxtəlif dövrlərdə yaranmış ədəbi məclislərin rolu böyük olmuşdur. Bu məclislər zaman-zaman müxtəlif şəhərlərdə fəaliyyət göstərmiş və bir çox şairlərin tanınmasında xüsusi rol oynamışdır. 1872-ci ildə Azərbaycan mədəniyyətinin beşiyi Qarabağda, tarixi Şuşa şəhərində tanınmış şair, ədəbiyyatşünas alim Mir Möhsün Nəvvabın evində təşkil edilən “Məclisi-fəramuşan” şairlər məclisi 1910-cu ilədək fəaliyyət göstərmiş və dövrün tanınmış şairləri M. Nəvvab, X. Natəvan, H. Qaradaği, F. Kəminə, A. Asi, B. Səbur, B.Fədai, habelə Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak etmişlər.

Azərbaycan Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsinin davamı olaraq keçirilən “Məclisi-fəramuşan” şairlər məclisində iştirakçıların yaş həddi 16-40 yaş olaraq müəyyənləşdirilmişdir.

Məclisdə iştirak etmək istəyən şairlər elan olunmuş mövzu üzrə şeiri ana dilində yazmalı, məclisdə oxumalıdır. Hər iştirakçı tərəfindən yalnız bir şeir məclisə təqdim edilə bilər və mətnin həcmi maksimum iki A4 formatından çox olmamalıdır. Əsər təqdim olunarkən kompüterdə (Arial şrifti, 12 ölçüsü işlənməlidir) yığılmalıdır.

Şeir ərizəçinin orijinal əsəri olmalı, əsas mövzu milli mənəvi dəyərlər, Vətənə, insana sevgi, humanizm, əxlaqi-tərbiyəvi məzmun daşıyan əsərlərə xüsusi önəm veriləcəkdir.

Şeir məclisə təqdim edilərkən müəllif özü haqqında məlumatı (ad, soyad, ata adı, təhsil aldığı müəssisənin adını, bölməsini, sinifni, şəxsi telefon nömrəsi və elektron poçt ünvanını) daxil etməlidir. Məclisdə iştirak üçün şeirlər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elektron poçtuna (culcenter.az@gmail.com) təqdim olunmalıdır.

Münsiflər heyətinə hər iki ölkənin Yazıçılar Birliyinin nümayəndəsi, aidiyyatı yaradıcılıq təşkilatları, şairləri daxil edilib.

Hər ay keçiriləcək şairlər məclisində iki ölkənin fəal şairləri üç ayın nəticəsinə əsasən seçiləcək və fərqlənən şairlər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin pul mükafatı, Fəxri diplom, Şuşa şəhərinə iki günlük səfər və həvəsləndirici hədiyyələrlə təltif olunacaqlar.

Əlaqə telefonu: +99871 293 53 56
Email: culcenter.az@gmail.com
Veb-sayt: http://azculture.uz


02.03.2022

Özbəkistanda dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş tədbirlərə start verilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 2022-ci ildə Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə tədbirlərə start verilib.

İl ərzində "Fikrət Əmirov - Azərbaycan musiqi sənətinin parlaq siması, dünya musiqisində simfonik muğam janrının əsasçısı” adlı beynəlxalq konfransın keçirilməsi, dahi bəstəkarın əsərlərindən ibarət Azərbaycan musiqiçiləri və Özbəkistan Milli Simfonik Orkestrinin birgə iştirakı ilə dostluq konsertinin təşkili və digər tədbirlərin təşkili nəzərdə tutulub.

Bununla yanaşı, Azərbaycan Mədəniyyət Mərkəzi dahi bəstəkar Fikrət Əmirovun bir sıra əsərlərinin not yazılarını profilə uyğun Özbəkistan ali məktəblərinə hədiyyə etməyi nəzərdə tutur.

Mədəniyyət Mərkəzindən verilən məlumata görə artıq mərkəzin könüllüləri tərəfindən “Wikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında Fikrət Əmirov haqqında özbək dilində bölmə hazırlanaraq istifadəyə verilib.

Əlaqə telefonu: +99871 293 53 56
Email: culcenter.az@gmail.com
Veb-sayt: http://azculture.uz


27.01.2022

“Kitabi-Dədə Qorqud” dastanı Özbək dilinə tərcüməsi başa çatıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan ədəbiyyatı Özbək dilində” layihəsi əsasında Azərbaycan şifahi xalq ədəbiyyatının şedevrlərindən olan, ən qədim yazılı abidə "Kitabi-Dədə Qorqud" dastanı Özbək dilinə tərcümə olunmuşdur. “Kitabi-Dədə Qorqud” dastanına daxil olan on iki boyu Özbəkistanlı alim, tərcüman Babaxan Şarif Özbək dilinə çevirmişdir.

Qeyd edək ki, Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan və əsrlərdən bəri milli-mənəvi varlığın ayrılmaz tərkib hissəsinə çevrilən “Kitabi-Dədə Qorqud” eposu xalqımızın söz abidəsidir. Bu dastan yalnız Azərbaycan xalqının deyil, bütün Türk dünyasının əzəmətli tarixini yaşadan, onu bu günümüzə qovuşduran möhtəşəm sənət nümunəsidir. Bu bədii söz xəzinəsi türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyasıdır.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dastanın boylarının əsas mahiyyətinin xalqımızın qəhrəmanlıq tarixi, onun müdrikliyi, yurdun və xalqın qorunması, milli mədəniyyətimizin, adət və ənənələrimizin tərənnümü, xeyir qüvvələri təmsil edən qədim oğuzların yadelli işğalçılara - şər qüvvələrə qarşı mübarizəsi və s. xüsusiyyətlərin olduğunu qeyd edərək bu gün də sözügedən görüşlərin aktual və əhəmiyyətli olduğunu bildirib.

Diplomat sözügedən əsərin insanlar arasındakı gözəl münasibətlər, humanizm, məhəbbət, ailə münasibətləri, anaya-qadına hörmət, övlad-valideyn münasibətləri, böyüklərə hörmət məsələlərinin bütün dastan boyu öz əksini tapdığını vurğulayaraq, dastanın gələcək nəsillərimiz olan uşaq və gənclərə, habelə cəmiyyətimizə daha çox tanıtmaq və təbliğ etməyin vacib olduğunu qeyd edib. O, Türk dünyasının bir hissəsi olan, böyük mədəniyyət, ədəbiyyat beşiyi olan Özbəkistanda da “Kitabi Dədə Qorqud” dastanına marağın böyük olduğunu və dastanın ölkənin elm, tədqiqat müəssisələrində öyrənildiyini, tədqiq edildiyini vurğulayıb.

Məhz, bu marağı nəzərə alaraq, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bu il ““Kitabi Dədə Qorqud” dastanı Azərbaycan, Türk dünyası şifahi xalq ədəbiyyatının zirvəsi, ən qədim yazılı abidəmiz” adlı beynəlxalq konfransın keçirilməsini, habelə Özbək dilinə tərcümə olunmuş dastanın Daşkənddə nəşrini planlaşdırır.

Azərbaycan Mədəniyyət Mərkəzi xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, adət və ənənələrini təbliğ etmək məqsədi ilə Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanı haqqında “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə yaradılıb. Yaradılmış səhifə ilə bu linkdən tanış olmaq mümkündür və sözügedən bölmədə “Kitabi-Dədə Qorqud” dastanının tarixi, dastanın boyları, qəhrəmanları, dastanın dünyada həyata keçirilən tərcümələri, filmoqrafiyası, bu mövzuda həyata keçirilən araşdırma əsərləri yer alıb.

Əlaqə telefonu: +99871 293 53 56
Email: culcenter.az@gmail.com
Veb-sayt: http://azculture.uz


17.02.2022

Azərbaycanlı gənc şair Fuad Cəfərlinin “Qayg‘u surati” şeirlər kitabı Özbək dilində işıq üzü görüb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çağdaş Azərbaycan ədəbiyyatının gənc nümayəndələrinin əsərləri Özbək dilinə tərcümə layihəsi həyata keçirilir.

Növbəti layihə ilə Azərbaycanlı gənc şair Fuad Cəfərlinin “Qayg‘u surati”: kədərin şəkli” şeirlər kitabı Özbək dilində işıq üzü görüb. Kitaba ön sözün müəllifi Özbəkistan Yazıçılar Birliyinin müavini, şair Qayrat Məcid, özbək dilinə çevirən, tərcüməçi Şahista Kamranlıdır.

Ön sözün müəllifi Özbək şair Qayrat Məcid Azərbaycan poeziyasının gənc nümayəndələrindən olan, şair Fuad Cəfərlinin ədəbiyyatda özünəməxsus üslubu olduğunu qeyd edərək, onun Özbək dilində ilk dəfə olaraq çap olunan şeirlər kitabının müasir Azərbaycan poeziyası ilə tanışlıq üçün imkan yaradacağına, habelə Özbək ədəbiyyatşünaslar, poeziyasevərlər tərəfindən maraqla qarşılanacağına, şeirlərdən zövq alacaqlarına ümidini bildirib.

Kitabda şairin “Kədərin şəkli”, “Gələn payız”, “Mənim hekayəm”, “Mən aktyor deyiləm”, “Ümid edirəm ANA KİMİ...”, “Bakıda gecə olmaq...” “Sərgi sevir”, “Sabahın şeiri", “Siz kim olduğunuzu bilirsinizmi?!” və s. şeirləri yer alıb.

Qeyd olunur ki, Fuad Cəfərli müasir Azərbaycan ədəbiyyatında yeni üslubda yazan gənc şairlərindəndir və onun “Qayg‘u surati” kitabı müəllifin son illərdə yazdığı şeirlər toplusudur. Şair poetik nümunələrdə bəşəri hissləri öz dili ilə ifadə etmiş, eyni zamanda, onun müxtəlif mənalı şeirləri fəlsəfi və ruh baxımından bir-birinin davamıdır. Bu şeirlərdə insan ruhu ilə həyatın çətinliyi arasında mübarizə, nəfslə qarşıdurma, ümumiyyətlə ürək ifadələri parlaq bədii obrazlar vasitəsilə çatdırılır. Nəşrdə vurğulanır ki, sözügedən kitab müəllifin özbək oxucuları ilə ilk görüşüdür.

Qeyd edək ki, istedadlı şair Fuad Cəfərli Azərbaycan Respublikasının Prezidentinin təqaüdünə layiq görülmüş, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin müşaviridir. Şairin daimi olaraq dövri mətbuatda şeirləri, məqalələri işıq üzü görür. Şair Fuad Cəfərlinin şeirləri bugünə qədər türk, ingilis, rus, ispan və fars dillərinə tərcümə olunub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən gələcəkdə Fuad Cəfərlinin “Qayg‘u surati” özbək dilində işıq üzü görmüş kitabının Daşkənddə təqdimatı nəzərdə tutulub və nəşr əvəzsiz olaraq Özbəkistan kitabxanalarına hədiyyə olunacaqdır.

Əlaqə telefonu: +99871 293 53 56
Email: culcenter.az@gmail.com
Veb-sayt: http://azculture.uz


24.01.2022

Özbəkistanda tanınmış yazıçımız Əzizə Cəfərzadəyə dair “Aləmdə səsim var mənim” adlı layihə həyata keçirilir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, xalq yazıçısı, ədəbiyyatşünas alim, professor, ictimai xadim Əzizə Cəfərzadənin yaradıcılığının Özbəkistanda təbliği və tanıdılması məqsədi ilə “Aləmdə səsim var mənim” adlı layihəyə start verilib.

Azərbaycan ədəbiyyatında mühüm yer tutan, Azərbaycan tarixinin ayrı-ayrı dövrlərində baş vermiş hadisələr, görkəmli şəxsiyyətlərin parlaq həyatını öz əsərlərində işıqlandıran görkəmli yazıçı Əzizə Cəfərzadənin 100 illik yubileyi münasibəti ilə tədbirlər keçiriləcəkdir.

“Aləmdə səsim var mənim” adlı layihə əsasında Əzizə Cəfərzadə yaradıcılığına dair Özbəkistanda tədqiqat əsərlərinin və yaradıcı məqalələrin hazırlanması, tanınmış yazıçının yaradıcılığına dair Özbəkistanın sayt, qəzet və jurnallarında silsilə məqalələrin dərc edilməsi, habelə Əzizə Cəfərzadəyə dair Wikipedia.org Beynəlxalq Elektron Ensiklopediyasında Özbək dilində xüsusi bölmənin yaradılması nəzərdə tutulub. Bölmədə tanınmış yazıçının həyatı, yaradıcılığı, əsərləri, mükafatları haqqında məlumatlar yer alacaqdır.

Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə tarixi əsərlər müəllifi Əzizə Cəfərzadənin “Bakı 1501” romanı Özbək dilinə tərcümə layihəsi həyata keçirilir. Əsər Özbək dilinə tərcüməçi-alim Rüstəm Cabbarov tərəfindən çevrilir. Mədəniyyət Mərkəzi sözügedən əsərin Özbəkistanda nəşrini planlaşdırır.

Azərbaycan Mədəniyyət Mərkəzi bu il Daşkənddə görkəmli yazıçı, tarixi əsərlər müəllifi tanınmış ədəbiyyatşünas alim Əzizə Cəfərzadənin yaradıcılığına dair “Aləmdə səsim var mənim” adlı Azərbaycan-Özbəkistan birgə beynəlxalq konfransın da keçirilməsini nəzərdə tutur. Beynəlxalq konfransda hər iki ölkənin, o cümlədən Türk dünyasının tanınmış ədəbiyyat xadimlərinin, yazıçılarının iştirakı nəzərdə tutulur.

Əlaqə telefonu: +99871 293 53 56
Email: culcenter.az@gmail.com
Veb-sayt: http://azculture.uz


19.01.2022

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Əlişir Nəvainin hikmətləri” kitabı çap olunub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Əlişir Nəvainin hikmətləri” kitabı Bakıdakı “Nüsxə” nəşriyyatında Azərbaycan və özbək dilində çap olunub.

Kitab Özbəkistan Elmlər Akademiyasının Əbu-Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun Klassik Şərq ədəbiyyatı şöbəsi ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib və institutun Elmi Şurasının qərarı ilə nəşrə tövsiyə edilib.

Layihənin rəhbəri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, elmi məsləhətçi tarix elmləri doktoru, professor Bəhram Aduxalimov, nəşrə hazırlayan tarix üzrə fəlsəfə doktoru Kamilcan Rəhimov, Özbək dilindən uyğunlaşdıran Azərbaycan Yazıçılar Birliyinin üzvü Şahməmməd Dağlaroğlu, Azərbaycan dilindəki mətnləri uyğunlaşdıran Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Şəhla Qasımova, redaktorları filologiya elmləri namizədi Səliməxon Eşanova və filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadədir.

Kitabda şairin müxtəlif əsərlərində yer almış hikmətli kəlamları və ibrətamiz deyimləri cəmləşib. Bu kəlamların qələmə alındığı vaxtdan əsrlər keçsə də onlar öz təsir gücünü, tərbiyəvi əhəmiyyətini bu günümüzə qədər gətirib çıxarıb.

Qeyd edək ki, “Əlişir Nəvainin hikmətləri” adlı əsər Özbəkistanın, Türk dünyasının böyük şairi Əlişir Nəvainin 580 illik yubileyi münasibəti ilə Azərbaycan dilinə tərcümə edilmiş və çap edilmişdir.

Əlaqə telefonu: +99871 293 53 56
Email: culcenter.az@gmail.com
Veb-sayt: http://azculture.uz


13.12.2021

NİZAMİ GƏNCƏVİNİN 880 İLLİYİ MÜNASİBƏTİLƏ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK.

2021-ci ilin oktyabr ayında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə “Nizami Gəncəvi: sələflər və xələflər – orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda elmi-nəzəri konfrans keçiriləcək.

Konfransda aşağıdakı bölmələr üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulur:

- Ədəbiyyatşünaslıq;
- Dilçilik;
- Əlyazma abidələrinin mühafizəsi, konservasiya və restavrasiya olunması; - Əlyazmaşünaslıq / Paleoqrafiya;
- Fəlsəfə;
- Kitabşünaslıq;
- Mənbəşünaslıq;
- Mətnşünaslıq;
- Tarixşünaslıq;
- Sənətşünaslıq.

Konfrans iştirakçıları Azərbaycan, türk, ingilis və rus dillərində məruzə edə bilər. Məruzə tezislərinin toplu halında nəşri nəzərdə tutulur. Tezislərin son təqdim olunma tarixi 20 oktyabr 2021-ci ildir.

Tezislərin tərtibinə dair tələblər:
Mətn MS Word redaktorunda, A4 formatında, 12 ölçülü Times New Roman şrifti ilə, sətirlərarası 1,15-lik interval gözlənilməklə yığılmalıdır. Mətnin hər tərəfindən 2 sm boşluq olmalıdır. Mətnin sol başlığında tezisin aid olduğu elm sahəsinin UOT göstəricisi, bir sətir aşağı sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı və soyadı, onun altında kiçik hərflə, kursivlə iş yeri (təhsil aldığı müəssisə), elmi dərəcəsi, elmi adı (əgər varsa), növbəti sətirdə elektron ünvanı göstərilməlidir. 1 sətir buraxıldıqdan sonra, ortada, hamısı böyük və tünd şriftlə məruzənin adı verilməlidir. Daha sonra 2 sətir buraxılmaqla əsas mətn yerləşdirilməlidir. Əsas mətndən sonra 1 sətir buraxılmaqla istifadə olunmuş ədəbiyyat siyahısı, bir sətir sonra isə ingilis dilində xülasə (mətn ingilis dilində olduqda Azərbaycanca, mətn rus dilində olduqda isə Azərbaycanca və ingiliscə xülasə) verilməlidir. Xülasədən öncə sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı və soyadı, növbəti sətirdə mərkəzdən böyük və tünd şriftlə məruzənin adı, altdan isə kursivlə xülasənin mətni yerləşdirilməlidir. Tezisin mətni xülasə də daxil olmaqla 5000 işarədən və ya 2 səhifədən artıq olmamalıdır.

Tezis mətninin nümunəsi (YÜKLƏ)

Qeyd: Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.

Ünvan: AZ1001, Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 26
Tel.: (+994 12) 492 63 33, (+994 12) 437 21 52.
E-mail: konfrans.elyazma@mail.ru
Veb-sayt: www.manuscript.az


07.09.2021

“Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu” adlı onlayn konfrans keçiriləcəkdir.

Cari ilin 25 sentyabr tarixində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Samux və Lənkəran Heydər Əliyev Mərkəzlərinin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu” adlı onlayn konfrans keçiriləcəkdir.

Tədbirə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi müvafiq dəstək göstərir. Konfransda Azərbaycan Respublikanın regionlarda fəaliyyət göstərən Samux, Lənkəran, Yevlax İsmayıllı, Quba, Şabran, Astara, Zaqatala, Balakən, Tovuz, Salyan, Masallı, Ağdam, Abşeron, Yardımlı, Beyləqan, Ucar, Siyəzən, Qəbələ, Qusar, Lerik, Qaradağ, Oğuz, Şəmkir, Qax, Cəlilabad, Ağdaş, Ağstafa, Daşkəsən, Göygöl, Zərdab, Qazax Heydər Əliyev Mərkəzləri rəhbərlərinin iştirakı planlaşdırılır.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sektor müdiri Yaşar Hüseynli açacaq, Heydər Əliyev Mərkəzlərinin fəaliyyəti, Azərbaycan mədəniyyətinin təbliği işində sözügedən mərkəzlərin həyata keçirdiyi layihələr barədə məruzə edəcəkdir.

Onlayn konfransda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov, görülmüş işlərə dair hesabatla çıxış edəcək, habelə milli mədəniyyətimizin təbliği istiqamətində Mərkəz tərəfindən həyata keçirilən layihələr barədə məlumat verəcəkdir.

Konfrans çərçivəsində Samux rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Nuranə Həsənova, Quba Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova, Lənkəran Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova, İsmayıllı Heydər Əliyev Mərkəzinin direktoru Mail Fərəcov, Şabran Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev, Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Zaqatala Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov, Balakən Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva, Tovuz Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, Salyan Heydər Əliyev Mərkəzi direktoru Nübar Bayramova məruzə ilə çıxış edəcəklər.

Keçiriləcək konfransda Azərbaycan mədəniyyətinin, ölkəmizin qazandığı nailiyyətlərin təbliği, Azərbaycanın haqq işinin dünyaya çatdırılması, qeyd edilən istiqamətlərdə mərkəzlər arasında əməkdaşlıq, təcrübə mübadiləsi, gələcəkdə əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi və s. məsələlərin müasir tələblərə uyğun təşkili məsələləri üzrə fikir mübadiləsi nəzərdə tutulmuşdur.

Əlaqə telefonu: +99871 293 53 56
Email: culcenter.az@gmail.com
Veb-sayt: http://azculture.uz


24.09.2020

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universiteti

Özbəkistan Respublikasının Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universiteti cari ilin 20-21 noyabr tarixlərində "Mədəniyyətlərarası dialoqda Şərq dillərinin rolu" mövzusunda Beynəlxalq Onlayn-Elmi konfrans keçirir.

Özbəkistan Respublikasının Ali və orta ixtisas təhsil Nazirliyinin dəstəyi ilə keçirilən tədbirə

Konfrans aşağıdakı istiqamətlər üzrə keçirilir.
• Şərq dilləri təhsilin müxtəlif səviyyələrində tədrisi
• Lüğət məsələləri
• Tərcümə və tərcüməçilik məsələləri
• Şərq mədəniyyəti və fəlsəfəsi
• Şərq ədəbiyyatının öyrənilməsi
• Şərq əlyazmalarının mənbələri
• Dil və mədəniyyatda tolerantlıq və gender problemləri

Elmi məqalələr aşağıdakı tələblərə uyğun tərtib edilib və Təşkilat Komitəsinə göndərilməlidir:

1. Məqalələr özbək, rus və ingilis dillərində qəbul edilir.
2. Məqalənin ümumi həcmi 7-10 səhifə təşkil etməlidir.
3. Məqalə Microsoft Word mətn formatında (interval 1,5) yazılmalıdır, font növü – Times Yeni Roman 14 pt (yazı və ya elektron variantında), Mətn formatının haşıyəsi: hər tərəfdən 2 sm.
4. Məqalənin adı ortada böyük hərflərlə yazılmış qalın şriftlə verilir.

Müəllif haqqında məlumat sərlövhənin altında verilir: tam adı, elmi dərəcəsi və vəzifəsi, iş yeri (ali məktəbin və ya təhsil müəssisəsinin adı, şəhər və ölkə), telefon nömrəsi, kursiv tərəfindən elektron poçt ünvanı. Məqalə haqqında məlumat və açar sözlər üç dildə- Məlumat ölçüsü boşluqlar olmadan 500 işarədən çox olmamalıdır. Açar sözlər-5-6 söz olmalıdır. İstifadə olunan ədəbiyyatda istinadlar dörd bucaqlı mötərizədə [sifariş nömrəsi, səhifə sayı] verilməlidir və məqalədə göstərildiyi kimi sıralanmalıdır. Məqalənin mətnində sitatlar quotes kimi yazılır, "..." ,nümunələri kursiv ilə vurgulanır. Ədəbiyyat siyahısı məqalənin sonunda ardıcıl olaraq göstərilməlidir. Faylın adı müəllifin Soyadı ilə üst-üstə düşməlidir: misal: Umarov S_Application; Umarov S. _ Article.Accepted materials will be published as a Conference Proceeding Book.

1. Elmi standartlara və texniki tələblərə cavab verməyən məqalələr qəbul edilmir. Özbək, rus və ingilis dillərində məqalələr 1 oktyabr 2020-ci il tarixinədək qəbul edilir.

Konfrans materiallarının toplusu və sertifikatlar iştirakçılara Elektron PDF formatında göndəriləcək.

Ünvan: Daşkənd şəhəri, Yusif Xos Xocib küçəsi, 103.
TSUULL building, 4-cü un, Otaq sayı 401. Şərq Dilləri kafedrası. sarvahon@mail.ru
Əlaqə telefonları: (+999871)2815027; (+99893)5454644 (Ruziyevna Sarvinoz)
Təşkilat komitəsi

Konfransda iştirak etmək üçün müraciət formasını bu link vasitəsilə əldə edə bilərsiniz

08.09.2020

Azərbaycan və Özbəkistan arasında “İstedadlı uşaqların sorağında” adlı Beynəlxalq Onlayn Festival keçiriləcək.

Bu ilin iyul ayının 11-də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan və Özbəkistan məktəbliləri arasında “İstedadlı uşaqların sorağında” adlı Beynəlxalq Onlayn Festival keçiriləcəkdir.

Onlayn festivalın əsas məqsədi - gələcəyimiz olan istedadların üzə çıxarılması, onların bacarıqların nümayiş etdirilməsi, onları gələcəkdə daha da böyük uğurlara həvəsləndirmək və stimullaşdırmaqdır.

Festivalın aşağıdakı istiqamətlər üzrə keçiriləcəkdir:

1. Ana dilində daha çox və daha keyfiyyətli mütaliə bacarığını nümayiş etmək: mütailə edilən kitabın (video formatda) treylerini hazırlamaq və təqdim etmək festival keçiriləndən bir gün öncə onun video materialını Azərbaycan Mədəniyyət Mərkəzinə göndərilməsi zəruridir);

2. Ana dilində xüsusi intonasiya ilə şeir söyləmək;

3. Kiçik səhnələşdirilmiş tamaşanın, səhnəciyin (ailəvi, bacı qardaş) icra olunması (festival keçiriləndən bir gün öncə onun video materialını Azərbaycan Mədəniyyət Mərkəzinə göndərilməsi zəruridir);

4. Azərbaycan və Özbək mahnısını, milli rəqsini, milli musiqi alətini ifa etmək; 5. Hər hansı bir sahədə qeyri-adi bacarıq və istedadın nümayişi (qısa müddətdə hesablama, fitri yaddaş, qısa müddətdə hər hansı bir maketin hazırlanması və s.);

6. İdman və akrobatik qabiliyyətin nümayiş etdirilməsi;

Onlayn-festivalda iştirak etmək istəyən hər iki ölkənin məktəbliləri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elektron poçtuna culcenter.az@gmail.com öz ad və familiyasını, təmsil etdiyi məktəbin və sinif, habelə festivalda hansı istiqamət üzrə iştirak etmək barədə məlumatı göndərə bilər. Azərbaycan Mədəniyyət Mərkəzindən iştiraka dair təsdiq verildikdən sonra məktəbli Festivalda iştirak etnək hüququ əldə edəcəkdir.

Qeyd edək ki, "İstedadlı uşaqların sorağında" adlı Beynəlxalq Onlayn Festivalda fərqlənən məktəbli üçün Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi Fəxri diplomu və hədiyyələri təqdim olunacaqdır.

Əlaqə telefonu: +99871 293 53 56
Email: culcenter.az@gmail.com
Veb-sayt: http://azculture.uz


30.06.2020

Azərbaycan və Özbəkistan uşaqlarının iştirakı ilə “Müstəqilliyimiz xalqlarımızın nailiyyətlərinin zirvəsidir” adlı Beynəlxalq Onlayn-Forumu keçiriləcək.

Cari ilin 25 iyun tarixində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı Azərbaycan və Özbəkistan uşaqlarının iştirakı ilə “Müstəqilliyimiz xalqlarımızın nailiyyətlərinin zirvəsi” adlı Beynəlxalq Onlayn-Forumu keçiriləcəkdir. Forum 26 iyun Azərbaycan Silahlı qüvvələr gününə həsr olunacaq və Forumun əsas məqsədi – gələcəyimiz olan uşaqlarımıza milli vətənpərvərlik və qəhrəmanlıq hisslərinin aşılanması, müstəqil dövlətlərimizin nailiyyətləri və onlara vətənlərinin tarixi, mədəniyyəti, tanınmış şəxsiyyətlərini təbliğ etməkdir.

Uşaq Forumunda hər iki ölkənin gələcəyi olan uşaqlar çoxsaylı məruzələri təqdim olunacaqdır. Belə ki, uşaqlar həm hər iki ölkənin tarixi, mədəniyyəti, dövlət rəmzləri, tanınmış şəxsiyyətləri, tarixi şəhərləri, müstəqilliyi, qazandığı nailiyyətlər, Azərbaycan-Özbəkistan arasında tarixi dostluq və əməkdaşlıq və s. mövzular üzrə məruzələr edəcəklər.

Uşaq Forumununu təblik çıxışı ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbbasov açacaq və tədbirin moderatorluğunu Azərbaycan Mədəniyyət Mərkəzinin mütəxəssisləri həyata keçirəcəklər.

Qeyd edək ki, Beynəlxalq Onlayn-Forumda fərqlənən və əhatəli məruzələr üçün Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi Fəxri diplomu və hədiyyələri təqdim olunacaqdır.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin mətbuata bildirilib ki, Azərbaycan və Özbəkistan uşaqlarının iştirakı ilə ilk dəfə olaraq bu cür Beynəlxalq Onlayn-Forum keçirilir. Azərbaycan Mədəniyyət Mərkəzi gələcəkdə iki ölkənin istedadlı uşaqlarının, gənclərinin birgə konsertinin, habelə müxtəlif mövzular üzrə birgə onlayn tədbirlərin tez-tez keçirilməsini planlaşdırır.

23.06.2020

“Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığı: mədəni və ədəbi əlaqələr münasibətlərimizin fövqündə” adlı Beynəlxalq onlayn konfrans keçiriləcəkdir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti və Özbəkistanın “Kitob dunyosi” qəzetinin birgə təşkilatçılığı ilə “Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığı: mədəni və ədəbi əlaqələr münasibətlərimizin fövqündə” Beynəlxalq onlayn konfrans keçiriləcəkdir. Konfrans cari ilin 13 iyun tarixində Bakı vaxtı ilə saat 09:30-da başlayacaqdır.

Konfransda Azərbaycan Milli Məclisin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Gayrat Majid, Özbəkistanın “Kitab dunyosi” qəzetinin baş redaktoru, şairə, tərcüməçi Xosiyat Rustamova, Ə.Nəvai adına Özbəkistan Dövlət Ədəbiyyat Muzeyinin direktoru Jabbor Eshonkulov, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun professoru, Azərbaycan-Özbəkistan-Türkmənistan şöbəsinin müdiri Almaz Ülvi Binnətova, Özbək ədəbiyyatşünas alim, dilşünas, tərcüməçi Babaxan Sharif, Özbək tarixçi-araşdırmaçı, jurnalist Shuxrat Salamov, Ə. Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin dosenti, Universitetdəki M. Füzuli adına Azərbaycan Mərkəzinin rəhbəri Gülbahar Aşurova, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya fənləri üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, Özbəkistanın Termez Dövlət Universitetinin Filologiya fakultəsinin dekanı, filologiya fənləri üzrə fəlsəfə doktoru, "Termez Universiteti” qəzetinin baş redaktoru Obidjon Shofiyev, Özbəkistan Milli Elmlər Akademiyası Dil, Ədəbiyyat, Folklor İnstitutunun dosenti Gülnaz Sattarova, Türkiyənin Qazi Universitetinin müəllimi, filoloq Gülbahar Sattarova, Özbəkistanın “Kitab dünyası” qəzetində “Özbək ədəbiyyatı” bölümünün rəhbəri, tədqiqatçı Raxmat Babojonın iştirakı və çıxışı nəzərdə tutulmuşdur.

İlk öncə konfransda Azərbaycan Milli Məclisin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva giriş sözü ilə çıxış edəcək, Azərbaycan-Özbəkistan arasında dostluq, əməkdaşlıq, Türk Şurası çərçivəsində əlaqələrin genişləndirilməsi və s. haqqında fikirlərini bölüşəcək.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin birinci katibi Samir Abbasov öz çıxışında konfransın əhəmiyyəti, ötən illərdə iki ölkə arasında mədəniyyət, ümumilikdə humanitar sahədə həyata keçirilən layihələr, mövcud əməkdaşlıq məsələləri, Azərbaycan Mədəniyyət Mərkəzinin gələcəkdə həyata keçirəcəyi layihələr və planlar haqqında məlumat verəcəkdir.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov konfransda giriş sözü ilə çıxış edəcək, iki ölkə arasında dostluq və əməkdaşlıq məsələləri, bu istiqamətdə Dostluq Cəmiyyətinin Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihələri, elm, mədəniyyət sahəsində əməkdaşlığın inkişafı ilə əlaqədar fikirlərini bölüşəcəkdir.

Digər iştirakçılar Azərbaycan-Özbəkistan arasında dostluq və əməkdaşlığın daha da möhkəmləndirilməsi, qarşılıqlı səfərlərin reallaşdırılması, mədəniyyət, ədəbiyyat sahəsinin aktual məsələləri, problemləri üzrə konfransların, təqdimatların keçirilməsi, tərcümə və nəşr layihələri, mədəniyyət, ədəbiyyat, musiqi günlərinin reallaşdırılması, milli mədəniyyətə dair çoxsaylı materialların, məqalələrin verilməsi, bu mövzuda tədqiqatların artırılması, iki ölkənin mədəniyyət müəssisələri, mətbuat orqanları arasında əməkdalığın genişləndirilməsi və s. mövzular üzrə məruzələr etməsi planlaşdırılıb.

12.06.2020

Azərbaycan – Özbəkistan arasında təhsil sahəsində əməkdaşlıq genişlənir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Azərbaycan – Özbəkistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi ilə ötən illərdə bir sıra işlər həyata keçirilib. Aparılan təbliğati və təşkilatı işlər nəticəsində onlarla tələbə Azərbaycan Respublikasının ali məktəblərində təhsil alır, hazırda bu istiqamətdə bir sıra tədbirlər və layihələr həyata keçirilir.

ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin ötən il Özbəkistana səfəri zamanı artıq 6 Özbək tələbənin Azərbaycanda sözügedən ali təhsil ocağına qəbul olunub. Özbəkistanda təhsil sahəsinə dair keçirilən beynəlxalq tədbirlərdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə iştirak edərək ölkəmizi təmsil edib.

ADA Universitetinin təşəbbüsü ilə cari ilin 24-27 fevral tarixlərində Daşkənddə çoxsaylı orta və ali məktəblərdə təqdimat mərasimləri keçiriləcəkdir. Təqdimat mərasimi Azərbaycanın Özbəkistandakı Səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçiriləcəkdir. ADA Universitetin tələbə qəbulu üzrə şöbəsinin əməkdaşları trəfindən keçiriləcək təqdimat mərasimləri Daşkənddəki Vest Minister Universiteti, Dünya İqtisadiyyatı və Diplomatiya Universiteti, Daşkənd Sinqapur Universiteti, Vebster Universiteti, Tekstil və Yüngül Sənaye İnstitutu, habelə Akademik liseylər, aparıcı orta məktəblərdə baş tutacaq.

Qeyd edək ki, ADA Universitetində tələbə, müəllim və işçi heyətini 46 müxtəlif ölkədən olan insanların təşkil etməsi burada beynəlmiləl mühitin yaradılmasına təhsilə böyük töhfə verir. Yüksək akademik göstəricilərlə oxuyan tələbələrə təhsil haqqında güzəştlərdən və dünyanın 60 aparıcı universiteti ilə təhsil mübadiləsi imkanlarından yararlanırlar.

Universitetdə dünyanın 41 ölkəsindən 2200 tələbə təhsil alır ki, onlardan da 85 faizi bakalavr, 15 faizi isə magistr pilləsindədir. Təhsil müəssisəsində ictimai və beynəlxalq münasibətlər, biznes, informasiya texnologiyaları və mühəndislik fakültələri fəaliyyət göstərir.

Son zamanlar Özbəkistanda Azərbaycanın ali məktəblərinə maraq genişlənib və bu istiqamətdə Mərkəzə müraciətlər artıb.

Cari ilin aprel ayında Özbəkistanda keçiriləcək təhsil sərgi və yarmarkasında ölkəmizin ali məktəblərinin iştirakı və təmsil olunması ilə əlaqədar müvafiq işlər aparılır.

14.02.2020

Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək.

Sentyabrın 23-dən 26-dək Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində “Azərbaycan kinosu günləri” keçiriləcək.

Kino günlərinin rəsmi açılış mərasimi sentyabrın 23-də Əlişir Nəvai adına Kino Mərkəzində olacaq.

Tədbirdə Özbəkistanın mədəniyyət, incəsənət sahəsinin tanınmış simaları, müxtəlif ölkələrin Özbəkistana akreditə olunmuş diplomatları, kino sahəsinə dair Daşkənddəki ali məktəblərin mütəxəssisləri və tələbələri, yerli azərbaycanlılar, jurnalistlərin iştirakı nəzərdə tutulub.

Azərbaycan Mədəniyyət Nazirliyi, “Özbəkkino” Milli Agentliyinin, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən kino günlərində rejissor Mirbala Səlimlinin “Qırmızı bağ”, İlqar Nəcəfiin “Nar bağı”, Şamil Əliyevin “Çölçü”, Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” tammatrajlı bədii, Natalya Zavoznenkonun “Bakı əsrlərin aynasında”, Adil Azayın “Xəlvətdə qalmış müdrik” və Valentina Qurkalenkonun “Hüseyn Xan Naxçıvanski. Qayıdış” tammatrajlı sənədli filmləri nümayiş etdiriləcək.

Tədbirlə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kinomatoqrafiya şöbəsinin baş məsləhətçisi Almaz Sultanzadənin rəhbərliyi ilə kino sahəsinin tanınmış mütəxəssislərinin Özbəkistana səfəri nəzərdə tutulub. Azərbaycanlı mütəxəssislərin “Azərbaycan kinosu günləri” nin rəsmi açılış mərasimində, habelə “Özbəkkino” Milli Agentliyində, müxtəlif tədris müəssisələrində görüşləri, mətbuat konfransı, təqdimatlarda iştirakı planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan kinematoqrafçıları tərəfindən son illərdə çəkilən və beynəlxalq festivallarda mükafatlara layiq görülən filmlərə Özbəkistanda böyük maraq vardır.

Filmlərin bəziləri Nizami Gəncəvi adına Daşkənd Dövlət pedoqoji Universiteti, paytaxtdakı Mədəniyyət və İncəsənət Universitetində, Daşkənd vilayəti Almalıq rayonunda, habelə Səmərqənd şəhərində göstəriləcək.

Azərbaycanın kino sahəsində tanınmış mütəxəssislərinin iştirakı ilə Özbəkistan Mədəniyyət və İncəsənət Universitetində bu sahənin aktual problemlərinə dair master-klasların keçirilməsi də nəzərdə tutulub.

18.09.2019

Özbəkistanda keçiriləcək Beynəlxalq Mətbəx Festivalında Azərbaycan stendi təşkil olunacaqdır.

Cari il 21 sentyabr tarixində saat 10:00 da Daşkənddə Botanika bağında XVII beynəlxalq mədəni ənənələr və milli mətbəx Festivalında Azərbaycanın Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də dəvət alıb. Tədbirdə Azərbaycan təmsilçiləri tərəfindən xalqımızın milli mədəniyyəti və mətbəxində dair xüsusi guşə təşkil olunacaqdır.

Yüzlərlə ölkənin milli mədəniyyəti, mətbəxinə dair sərgilərlə tanışlıqdan sonra Festivalda müxtəlif ölkələrin təmsilçiləri milli musiqiləri və rəqsləri ilə çıxış edəcəklər. Qeyd edək ki, Festivalda simvolik olaraq hər bir ölkə öz mətbəxinə dair yeməkləri satışını təşkil edəcək, sonda əldə olunan gəlir Daşkənd şəhərindəki uşaq evləri və internet məktəbinə veriləcəkdir.

Azərbaycan Mədəniyyət Mərkəzi hər bir kəsi XVII beynəlxalq mədəni ənənələr və milli mətbəx Festivalında aktiv iştirak etməyə dəvət edir.

10.09.2019

Özbək ədəbiyyatına dair Azərbaycan və Özbək dillərində çapdan çıxan “Özbək şeir çələngi” adlı kitabın Daşkənddə təqdimatı keçiriləcək.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi mütəmadi olaraq Azərbaycan ədəbiyyatına dair əsərlərin Özbək dilində, Özbək ədəbiyyatına aid əsərlərin isə Azərbaycan dilində nəşrinə dəstək olur və bu istiqamətdə son 5 ildə 49 adda kitab Daşkənddə işıq üzü görmüşdür.

Azərbaycan Mədəniyyət Mərkəzimizin dəstəyi ilə “Özbək şeir çələngi: Узбек шеърияти гулчамбари” adlı kitab Daşkənddə “Extremum – press” nəşriyyatında yenicə çapdan çıxmışdır.

Nəşr ilk layihələrdəndir ki, Özbək ədəbiyyatının tanınmış simaları – Çolpan, Oybek, Qafur Qulam, Zülfiyyə, Maqsud Şeyxzadə, Həmid Olimcan, Abdulla Aripov, Həlimə Xudayberdiyeva, Rauf Pərvi, Xurşud Davron, Tahir Qəhhar və başqa ədəbiyyat nümayəndələrinin tanınmış əsərləri Azərbaycan və Özbək dillərində bir kitabda oxuculara təqdim edilir.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun verdiyi məlumata görə nəşrin əsas məqsədinin Azərbaycan oxucusuna, ədəbiyyatşünaslarına Özbək ədəbiyyatını yaxından tanış etmək, XX-XXI əsrdə öz yaradıcılıqları ilə fərqlənən və ölməz əsərlər yaradan qardaş Özbək xalqının poeziyasını təbliğ etməkdir.

Samir Abbasov Azərbaycanda türk dünyasının zəngin ədəbi mühiti olan Özbəkistana, onun yaradıcı şəxslərinin həyatına böyük maraq olduğunu qeyd edərək, gələcəkdə rəhbərlik etdiyi Mədəniyyət Mərkəzinin bu cür layihələrə dəstəyinin davam etdiriləcəyini bildirib. Natiq vurğulayıb ki, artıq Azərbaycanda Özbək ədəbiyyatı geniş tədqiq edilir, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində yaradılmış “Azərbaycan-Özbəkistan-Türkmənistan ədəbi əlaqələr şöbəsi”ndə bu istiqamətdə tədqiqatlar aparılır.

Qeyd edək ki, “Узбек шеърияти гулчамбари” adlı kitabın Daşkənddə çapdan çıxması qardaş ölkədə ədəbiyyatsevərlər arasında böyük maraqla qarşılanıb. Sözügedən kitaba marağı və nəşrin əhəmiyyətini nəzərə alaraq, cari il 13 iyun tarixində saat 16:00-da Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində kitabın təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

Nəşrin tərtibçiləri Azərbaycanlı şair Şahməmməd Dağlaroğlu, özbək şairə, tərcüməçi Şəhla Qasımovadır. Kitaba azərbaycanlı akademik Nizami Cəfərov və filologiya elmləri doktoru, professor Almaz Ülvi rəy veriblər.

“Узбек шеърияти гулчамбари” adlı kitabın məsləhətçiləri Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva və Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.

02.06.2018

Özbəkistanın Respublika sarayı – Türküstanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə möhtəşəm Dostluq konserti keçiriləcəkdir.

class="header-publication"

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Azərbaycanın Özbəkistanın Səfirliyinin dəstəyi ilə Daşkənddəki Respublika sarayı – Türküstanda cari il may ayının 17-də möhtəşəm dostluq konserti keçiriləcəkdir.

Konsert proqramında Özbəkistanın dünya şöhrətli orkestrı – Gənclərdən ibarət Simfonik orkestr, dirijor - Özbəkistanın əməkdar artisti Kamoləddin Urunbayev və Azərbaycanın əməkdar artisti, 2017-ci il “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının qran pri mükafatçısı, tanınmış tarzən Sahib Paşazadə çıxış edəcəklər.

Proqrama Azərbaycanın və dünya musiqisinin inciləri sayılan Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Vasif Adıgözəlovun, Fərhad Bədəlbəylinin əsərləri ifa olunacaqdır. “Koroğlu” üverturası ilə başlanan konsertdə “Alban rapsodiyası”, “Min bir gecə”, “Sarı gəlin”, “Çaxargah rapsodiyası”, “Qərənfil”, “Şuşa” və başqa əsərlər ifa olunacaqdır.

Tədbirdə Özbəkistanın tanınmış sənətçiləri – Nəsibə Abdullayeva, Masuma Boltabaeva, Erkin Ramazanovun da orkestr ilə ifaları nəzərdə tutulub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə dostluq konsertində dövlət və hökumət nümayəndələri, elm, mədəniyyət, xadimləri, ictiamiyyət nümayəndələri, səfirlər, diplomatlar, jurnalistlər, yerli azərbaycanlıların iştirakı nəzərdə tutulub. Qeyd edək ki, konsert proqramı ifa edildikcə arxa fonda quraşdırılmış böyük ekranlarda yüz il öncə yaradılmış Azərbaycan Xalq Respublikası, habelə ölkəmizin son illər əldə etdiyi nailiyyətlər, milli mədəniyyətimiz, Azərbaycanın turizm imkanlarına dair videomateriallar nümayiş etdiriləcək, Türküstan sarayının geniş giriş foyesində “Şərqin ilk parlayan ulduzu - Azərbaycan Xalq Respublikası – 100” adlı sərgi iştirakçılara təqdim ediləcəkdir.

Sərgidə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, adət-ənələrini özündə əks etdirən müxtəlif guşələr, kompozisiyalar qurulacaq, milli geyimli rəqs qruplarının çıxışları planlaşdırılır.

24.04.2018

Özbək müəllif Xocalı soyqırımı haqında Özbək dilində kitab yazdı.

Daşkənddəki “İstiqlol nuri” nəşriyyatı Özbək jurnalist və tədqiqatçı Abduvali Saybnazaro-vun Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən “Xocalı soyqırımında ölən insanlıq” adlı kitabı özbək və rus dillərində çap edilib.

Kitabda “Xocalı-şəhiddlər şəhəri” adlı bölmə ilə açılır. Orada Xocalının coğrafiyası, tarixi və mədəniyyəti, 18-ci əsrə aid Əskəran qalası haqqında məlumat verilir1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Rusiyanın Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini yerlə yeksan etdikləri bildirilir.

Kitabda bildirilir ki, amansızlıqla öldürülən 613 nəfərin arasında 106 qadın, 63 uşaq, 70 qoca olub. 8 ailə tamamilə məhv edilib, 56 nəfərin xüsusi qəddarlıq və vəhşiliklə qətlə yetirildiyi, 1275 nəfərin itkin düşdüyü, 150 nəfərin taleyi haqqında heç bir məlumat olmadığı qeyd edilir.

Topluda deyilir ki, Xocalı soyqırımı zamanı ermənilərin törətdikləri vəhşiliklər Xatın, Xirosima, Naqasaki, Sonqmi, Liditse, Oradur kimi cinayətlərlə bir sırada durur.

Əsərdə Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğu və 20 mindən çox adamın öldürüldüyü, 1 milyondan çox əhalinin qaçqın və məcburi köçkünə çevrildiyi haqqında məlumat verilir.

Kitabda qeyd olunur ki, Ermənistan öz işğalçılıq siyasəti nəticəsində Azərbaycanın zəbt olunmuş ərazilərində mədəniyyət abidələrini dağıdıb. Bununla da Ermənistan müharibə zamanı mədəniyyət abidələrinin qorunmasına dair Haaqa və Paris konvensiyalarını kobud surətdə pozub. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini hələ də yerinə yetirməyib.

Nəşrdə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrri Xocalı faciəsi haqqında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tariixi kökləri, şahidlərin Xocalı faciəsi zamanı gördükləri dəhşətlər və digər məsələlər işıqlandırılır.

Qeyd edək ki, kitab Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunub.

15.08.2018

Özbəkistanda "Azərbaycan, Qarabağ, sülh üçün oxu" adlı layihə böyük maraqla qarşılanır.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Qarabağ üçün oxu" məşhur qlobal layihə Özbəkistan Respublikası üzrə həyata keçirilib və Özbəkistanda "Azərbaycan, Qarabağ, sülh üçün oxu" adlı klip hazırlanıb.

Layihənin əsas məqsədi müxtəlif metodlarla bir daha Özbək ictimaiyyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, müharibə nəticəsində torpaqları işğal edilmiş, milli-mədəni irsi dağıdılmış, talan edilmiş və etnik təmizləmə səbəbindən öz yurd – yuvalarını tərk etmiş Azərbaycan xalqının iztirablarını dünya ictimaiyyətinə, o cümlədən Mərkəzi Asiya xalqlarına çatdırmaq, xalqımızın sülhsevər obrazının möhkəmləndirməkdir. "Azərbaycan, Qarabağ, sülh üçün oxu" adlı layihədə Özbək gəncləri "Bayatı Şiraz Muğam (Vətən haqqında)”, "Anadır arzulara Qarabağ", "Ay Laçın" və "Sizə salam gətirmişəm" adlı bir sıra Azərbaycan xalq mahnılarını ifa ediblər. Klipdə ifaçı gənclər Özbəkistanın paytaxtı Daşkəndlə yanaşı Səmərqənd, Buxara, Xivə, Kokand, Fərqanə, Əndican, Margilan, Kaşqadərya, Gülüstan və s. şəhərlərindən qoşularaq musiqiləri hissə-hissə ifa ediblər. Klipdə 32 professional və həvəskar Özbək musiqiçisi Azərbaycan xalq mahnılarını ifa edərək səslərini sülhə verərək, “işğala və müharibələrə son” çağırışını ediblər.

Qeyd edək ki, layihədə Özbəkistan Dövlət Konservatoriyası, V.Qlier adına Daşkənd Akademik Musiqi Liseyi, dünyada məşhur “Özbək gəncləri”, “Surxan” musiqi qrupları, habelə Özbək musiqisinin tanınmış simaları Yulduz Turdiyeva, Dolnoza Akbarova, İsroil Saidumarov iştirak ediblər.

Musiqi klipində müğənnilər mahnıları ifa edərkən Azərbaycanın Qarabağ diyarı, bu bölgənin gözəl və təkrarsız təbiəti, abidələri, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonlarının işğaldan sonrakı vəziyyəti, müharibənin dəhşətli nəticələri nümayiş etdirilir. Musiqi layihəsində işğal altında olan Azərbaycan rayonlarına dair unikal kadrlar yer alımış.

Heydər Əliyev Fondunun layihəsi ilə hazırlanmış “Göygöl” sənədli filmindəki materiallardan da istifadə edilib.

“Azərbaycan, Qarabağ, sülh üçün oxu” adlı musiqi klipi Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində geniş təqdimatı keçirilmiş və layihə böyük maraqla qarşılanmışdır.

Qeyd edək ki, layihəyə daxil olan kliplər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin youtube.com kanalında yerləşdirilmişdir. Layihə ilə aşağıdakı linklərdən tanış ola bilərsiniz:

https://www.youtube.com/watch?v=1e2SMxK-Sno
https://www.youtube.com/watch?v=x1Sk9edBIsI&t=29s
https://www.youtube.com/watch?v=xjgh-yHQICU&t=8s
https://www.youtube.com/watch?v=PQ37VkA3-_s&t=2s
https://www.youtube.com/watch?v=-efZpD9wIrAг

15.08.2018

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi “Şərqin ilk parlayan ulduzu-Azərbaycan Xalq Respublikası – 100” adlı esse yazı müsabiqəsi elan edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə cari il yanvar ayının 10-da Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə əlaqədar Mədəniyyət Mərkəzinin cari il üçün iş planının 1-ci bəndi bu istiqamətdə çoxsaylı tədbirlər nəzərdə tutulub.

Bununla əlaqədar, cari ilin may ayında Daşkənddə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət Özbəkistanın gənclərdən ibarət Simfonik Orkestrinin ifası ilə “Şərqin ilk parlayan ulduzu: Azərbaycan Xalq Respublikası - 100” adlı möhtəşəm konsert proqramının təşkili, “Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil Azərbaycanın ədəbiyyat tarixi” adlı özbək dilində kitabın nəşri, Özbəkistan KİV-ləri arasında “Первая Демократическая Республика в Мусульманском мире - Азербайджанская Народная Республика – 100” adlı məqalə müsabiqənin keçirilməsi, bu mövzuda yerli mətbuatda çoxsaylı məqalələrin dərc olunması və s. tədbirlər nəzərdə tutulub.

Azərbaycan Mədəniyyət Mərkəzinin start verdiyi ilk tədbir Özbəkistanın yeniyetmələri və gəncləri arasında elan olunan “Şərqin ilk parlayan ulduzu-Azərbaycan Xalq Respublikası – 100” adlı esse yazı müsabiqəsi olub.

Esse yazıda əsasən 23 ay mövcud olan Azərbaycan Xalq Respublikasının əldə etdiyi uğurlar, Azərbaycanın dövlətçilik və müstəqillik tarixində oynadığı müstəsna rol, həyata keçirilən böyük islahatlar və bu Cümhuriyyətin gələcəkdəki müasir Azərbaycanın müstəqilliyinə, onun inkişafına təsiri və s. əsas mövzu olaraq müəyyən edilib.

Məlumatda xüsusi qeyd olunur ki, 100 il əvvəl cümhuriyyətin elan edilməsi ağır məşəqqətlərə məruz qalan Azərbaycan xalqının milli azadlıq mübarizəsinin qanunauyğun nəticəsidir, xalqımızın dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrinin davamı kimi xüsusi əhəmiyyət daşıyır. 23 aylıq bir zamanda mövcud olan bu cümhuriyyətin xalqımızın milli özünüdərk, öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi.

Esse yazısının tələbləri (Arial-12 şriftində, yazılar 1.5 interval və ümumi olaraq 3-5 səhifə həcmində) müəyyən edilimiş və əsas şərt kimi fikirlərin dəqiq, obyektiv olması, mənbələrə əsaslanması, habelə bu əhəmiyyətli hadisənin Azərbaycan xalqının istiqlal tarixində oynadığı mühüm rolun aydın göstərilməsi vacib şərt kimi qeyd olunub.

Sözügedən müsabiqənin şərtlərinə əsasən esse Özbək, Azərbaycan, Rus, və İngilis dillərində yazıla bilər və yazılara Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yaradılmış Xüsusi Komissiya tərəfindən baxılacaqdır.

Müsabiqəyə cari ilin may ayının 20-də yekun vurulacaq, qaliblər Mədəniyyət Mərkəzinin xüsusi mükafatları və Fəxri diplomları ilə təltif olunacaqlar.

Ən yaxşı esse mükafatına layiq görülən yazı Mədəniyyət Mərkəzinin Azərbaycan tarixi muzeyindəki “Azərbaycan Xalq Respublikası”na aid guşəyə yerləşdiriləcək və daimi Muzeydə sərgilənəcəkdir.

13.04.2018

Daşkənddə “Kəlağayı - Azərbaycan ipəyinin incisi“ adlı özbək və rus dillərində kitab işıq üzü görüb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycanın zəngin mədəni irsinin, xalqımızın min illərlə yaşatdığı adət və ənənələrinin təbliği işini uğurla həyata keçirərək, növbəti layihə kimi Azərbaycan ipəyi və ipəyimizin şah əsəri, incisi sayılan Azərbaycan kəlağayılarına həsr edib.

Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Kelag‘ayi–Ozarbayjon ipagining durdonasi: Келагаи–жемчужина Азербайджанского шелка” özbək və rus dillərində hazırlanan kitab Daşkənddəki “Mashur-press” nəşriyyatında çapdan çıxıb.

Kitabın ön sözünün müəllifi Bakı Dövlət Universitetinin professoru, Baskal İpək Mərkəzinin direktoru Rəna İbrahimbəyova, tərtibçisi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.

Kitabda Azərbaycan mədəniyətinin rəmzlərindan biri olan və ən qədim sənət növlərindən sayılan kəlağayı sənəti, Azərbaycanda ipəkçiliyin tarixi, onun inkişaf mərhələləri, dünyanın tanınmış alimlərinin, səyyahlarının bu barədə fikirləri öz əksini tapıb.

Nəşrdə Azərbaycanda unikal və ənənəvi qadın baş geyimi olan Kəlağayı haqqında məlumatlar, onun hazırlanması, nəfis Azərbaycan ipəyinin üzərində vurulan füsunkar naxışlar, bu naxışların mənası, elmi açıqlaması, kəlağayının dünyaya tanıdılması, Heydər Əliyev Fondunun, Azərbaycan Respublikasının Azərbaycanın kəlağayı sənətinin 2014-ci ilin noyabrında YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi və s. barədə məlumatlar verilir.

“Kelag‘ayi - Ozarbayjon ipagining durdonasi” adlı nəşrdə qeyd olunur ki, iki min ildən tarixi olan Azərbaycan ipəyi haqqında məlumatlar orta əsrlərdə ölkəmizə gələn səyyahlar Əl İstəxri, Əl Müqəddəsi, Marko Polo, ipəkşünas alim Evliya Çələbinin əsərlərində yer almışdır.

İpəkçiliyin Azərbaycanda xalq təsərrüfatının qədim bir sahəsi sayıldığı qeyd edilən nəşrdə yazılır ki, ölkəmizə ilk dəfə olaraq ipək qurdu Böyük İpək yolunun inkişafı zamanı Çindən gətirilmiş və ticarət yollarının - Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanda bu amil ipəkçiliyin inkişafına səbəb olmuşdur.

Azərbaycanın Şamaxı, Qarabağ, Şəki, Gəncə, Naxçıvan kimi bölgələrindən xam ipəyin ixrac olunduğu, XIX əsrin 30-50-ci illərində Rusiya imperiyasında Qafqaz üzrə hazır ipək məhsullarının 85 faizinin Azərbaycan tərəfindən istehsal olunduğu nəşrdə xüsusi vurğulanır.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə kitabın özbəkcə işıq üzü görməsi xüsusi ilə əhəmiyyətlidir. Bu nəşr Azərbaycan ipəyi, kəlağayı sənətinin təbliği üçün yeni imkanlar açır, qeyd olunan istiqamətdə tədqiqat aparan mütəxəssislər üçün əvəzsiz informasiya mənbəyidir. Mədəniyyət Mərkəzindən əldə etdiyimiz məlumata əsasən yaxın günlərdə kitab geniş ictimaiyyətə təqdim olunacaq, onun Özbəkistanın aparıcı kitabxanalarına, ali məktəblərinə, tədqiqat mərkəzlərinə, habelə ipəkçilik sahəsi üzrə mütəxəssislərə göndəriləcəkdir.

Qeyd edək ki, kitabda 2016-cı ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr edilən “Kəlağayı” kitabının materiallarından da istifadə edilib.

12.04.2018

Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş “Əzəli dostluq riştələri” adlı sənədli film hazırlanıb.

Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinə həsr olunmuş “Əzəli dostluq riştələri adlı sənədli film hazırlanıb.

“Əzəli dostluq riştələri” adlı sənədli ekran əsərində Avesta, xalq yaradıcılığımizin mərdlik və qəhrəmanlıq rəmzi olan Kitabı Dədə Qorqud, özbək xalqının min illərdən bəri cəsarət və vətənpərvərlik simvolu olan Alpamış, Cəlaləddin Manguberdi, habelə Babək, Koroğlu, Əmir Teymur, Babur, Şah İsmayıl Xətai kimi xalq qəhrəmanları, onların obrazlarının oxşarlığı, xalqlarımızın yetirmələri, oxşar adət və ənənələr, el şənlikləri, mədəni irsimiz geniş işıqlandırılır. Dahi Azərbaycan şairi Nizami Gəncəvi və Özbək xalqının iftixarı, türkdilli ədəbiyyatın banisi olan Əlişer Nəvaidən başlanan Azərbaycan-Özbəkistan dostluq əlaqələrinə sənədli filmdə xüsusi nəzər salınır.

Türk dil qrupuna aid olan Azərbaycan və Özbək xalqlarının mədəni irsi, tarixən yaxınlığı ilə seçilən xalqlarımızın yaratdığı əsərlər, tanınmış elm, ədəbiyyat xadimləri haqqında məlumatlar filmdə öz əksini tapmışdır.

Özbək dilində hazırlanmış bu ekran əsərində tariximizin, mədəniyyətimizin ən şanlı səhifələri, qədim, orta əsrlər və hər iki dövlətin müstəqillik əldə etdikdən sonra qazandığı uğurlar, müstəqillik illərində isə dostluq əlaqələrinin möhkəmlənməsi, strateji partnyorluq səviyyəsinə çatdırılması, bu işdə dövlət rəhbərlərinin xidmətləri, qarşılıqlı səfərlər, Daşkənddə Heydər Əliyev küçəsində Azərbaycan Mədəniyyət Mərkəzinin rəsmi açılışı, açılış mərasimində Şavkat Mirziyoyevin və İlham Əlyevin iki xalq arasında dostluq əlaqələrinə dair dəyərli fikirləri, Daşkənddə dahi Nizami Gəncəvinin, Bakıda isə böyük özbək şairi Əlişir Nəvainin heykəllərinin açılışı, Özbəkistanda Azərbaycan mədəniyyətinə dair keçirilən tədbirlər, Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Azərbaycan musiqiçilərinin iştirakı və başqa məlumatlar yer alıb.

Sənədli filmdə tarixə nəzər salınır, XX əsrin 70-ci illərində Azərbaycanda Özbək, Özbəkistanda Azərbaycan mədəniyyət dekadalarının, günlərinin, Azərbaycan və Özbəkistanın tanınmış simalarının, mədəniyyət, ədəbiyyat xadimlərinin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mədəniyyət günlərinin açılışında iştirakına dair nadir kadrlar öz əksini tapıb.

Sənədli filmdə Özbəkistanda yaşamış tanınmış azərbaycanlılar, onların Özbəkistanın ictimai-mədəni həyatında rolu və verdiyi töhvələr, soydaşlarımızın irsinin təbliği, əbədiləşdirilməsi istiqamətində həyata keçirilən layihələr geniş işıqlandırılıb.

Filmin ssenari müəllifi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, rejissoru Eldar Məmmədovdur.

“Əzəli dostluq riştələri adlı sənədli filmin artıq Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində təqdimatı keçirilmiş və film Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə disk formasında hazırlanmışdır. Mədəniyyət Mərkəzindən verilən məlumata görə sənədli filmin diski Özbəkistanın aparıcı telekanallarına, habelə kitabxanalarına, Özbəkistanda fəaliyyət göstərən Azərbaycan ocaqlarına hədiyyə olunacaqdır.

16.02.2018

2018-ci il üzrə Özbəkistan mətbuatında Azərbaycana dair müsabiqə elan olundu.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə 2013-cü ildən olmaqla hər il keçirilən Azərbaycan haqqında qardaş ölkə mətbuatında “İlin ən yaxşı məqalə” müsabiqəsi uğurla davam etdirilir. Qeyd edək ki, layihəyə Azərbaycanın Özbəkistandakı Səfirliyi tərəfindən təşkilati dəstək göstərilir.

Artıq keçirilən müsabiqə nəticəsində Özbəkistan mətbuatında hər il Azərbaycana dair, habelə ikitərəfli dostluq əlaqələri haqqında yüzlərlə məqalə dərc olunur. Sözügedən ənənə bu il də davam etdirilir.

2018-ci il üzə Özbəkistanda Azərbaycan haqqında müxtəlif nominasiyalar üzrə müsabiqə elan edilib: Müsabiqəyə il üzrə aktual məsələlərə dair bir çox nominasiyalar daxil edilib. Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə bu il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan Sərəncam, müsəlman Şərqində ilk dəfə olaraq 1918-ci ildə yaradılmış ilk demokratik Cümhuriyyətin - Azərbaycan Xalq Respublikasının 100 illiyinin Azərbaycanda geniş qeyd olunacağını nəzərə alaraq birinci nominasiya -“Azərbaycan Xalq Cümhuriyyəti - 100” müəyyən edilmişdir. Bununla əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı elmi – tədqiqat əsərlərinə, kitab layihələrinə də dəstək göstərməyi planlaşdırır.

2018-ci ildə müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinin tamam olmasını nəzərə alaraq “Heydər Əliyev: Azərbaycan- Özbəkistan dostluğu” adlı nominasiya builki müsabiqəyə daxil edilib. Bildiyimiz kimi, Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı prosesi” təşəbbüsü irəli sürülüb.Bakı prosesi mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədi ilə irəli sürülmüşdür. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır.“Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülh və əməkdaşlığın qorunmasına xidmət edir. 2008-ci ildən etibarən hər iki ildən bir dünyanın çoxsaylı dövlətlərinin təmsilçilərinin, nüfuzlu xadimlərin iştirak etdiyi “Bakı prosesi”nin mədəniyyətlərarası dialoqun təşviqi sahəsində öncül yer tutduğu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun isə bununla bağlı əsas qlobal platforma kimi özünü təsdiqlədiyini və bu il bu tarixi hadisənin 10 illiyi ilə əlaqədar növbəti nominasiya “Azərbaycan mədəniyyətlərarası dialoqun unikal məkandır” adlandırılıb.

Azərbaycan-Özbəkistan dostluğunun, habelə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyətinin, əvəzolunmaz turizm imkanlarının Özbəkistanın televiziya kanallarında təbliği məqsədi ilə bu ilki nominasiyasının biri də Özbəkistan telekanallarında “İlin ən yaxşı verilişi, filmi, videoçarxı və klipi” təyin edilib. Qeyd edək ki, Azərbaycanın milli istehsalının təşviqi, ölkənin istehsal etdiyi məhsullara yeni bazarlar qazanmaq və ölkədə istehsal olunan məhsullarının xaricdə təbliği məqsədi ilə 2018-ci il elan olunan müsabiqədə ““Made in Azerbaijan” brendi” adlı nominasiya da daxil edilib. 2009-cu ilin oktyabr ayında Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdir.

Bu il qeyd olunan istiqamətdə çoxsaylı beynəlxalq və yerli tədbirlərin keçirilməsini nəzərə alaraq, Azərbaycanın qədim tarixə və zəngin mədəni irsə malik Naxçıvan diyarı, Muxtar Respublikanın tarixi, iqtisadiyyatı, mədəni irsi, turizm ehtiyyatları və s. barədə Özbəkistan mətbuatında “Naxçıvan – İslam mədəniyyətinin paytaxtı” adlı nominasiya elan edilib. Bundan başqa, Azərbaycan mövzusuna daha çox müraciət edən və qardaş ölkə mətbuatında gündəmdə tutan, daim dostluq əlaqələrimizi geniş təbliğ edən, işıqlandıran mətbu orqanlar (sayt, qazet, jurnal, teleradio kanalı), habelə ilin fəal xadimləri də Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi mükafatlarına layiq görüləcəklər. Azərbaycan haqqında ilin ən yaxşı layihələri, tərcümə əsərləri, təcrüməçiləri də qiymətləndiriləcək və onlarin təltifi nəzərdə tutulub.

Müsabiqəyə hər ilin dekabrında yekun vurulur və qaliblər Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən təntənəli mərasimdə xüsusi mükafatlara layiq görülür.

Qeyd edək ki, təqdim olunan məqalələr arasında ən yaxşılarını seçmək məqsədi ilə tanınmış jurnalistlər, alimlər, Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin rəhbərliyindən ibarət xüsusi komissiya yaradılmış və onların yekun rəyi ilə qaliblər müəyyən edilir.

Qaliblər xüsusi diplomlar və pul mükafatları ilə təltif edilir. Müsabiqədə iştirak etmək üçün dərc olunmuş məqalə, çap olunmuş kitab, televiziya ekranlarında nümayiş etdirilmiş veriliş, film, videoçarx və s. (bir nüsxə vəsaitin özü və onu hazırlayan şəxs haqqında məlumat (pasport, biqorafiya) Azərbaycan Mədəniyyət Mərkəzinə təqdim oluna bilər. Ünvan: Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küçəsi 9. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi.

Əlaqə telefonu: +99871 293 50 92
Email: culcenter.az@gmail.com
Veb-sayt: http://azculture.uz

15.08.2018

“Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı”

Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (daxil ol)

Azərbaycanın Gəncə şəhəri 2016-cı il Avropa Gənclər Paytaxtı seçilib.

Yunanıstanın Saloniki şəhərində keçirilən tədbirdə Gəncəni şəhər icra hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov təmsil edib. Bu hadisə Azərbaycanın, Azərbaycan gəncliyinin yeni uğuru kimi qiymətləndirilib.

Xatırladaq ki, Avropa Gənclər Paytaxtı “Avropa Gənclər Forumu”nun həyata keçirdiyi beynəlxalq layihədir. Avropa Gənclər Forumu (AGF) Avropa ölkələrinin Milli Gənclər Şuralarının və beynəlxalq qeyri-hökumət gənclər təşkilatlarının beynəlxalq platformasıdır.

“Avropa Gənclə Forumu” ilk dəfə Avropa Gənclər Paytaxtı (AGP) layihəsini 2009-cu ildə həyat keçirmişdir. Avropanın ilk seçilən gənclər paytaxtı Rotterdam (Niderland – 2009), daha sonra Turin (İtaliya – 2010), Antverp (Belçika – 2011), Braqa (Portuqaliya – 2012), Maribor (Sloveniya – 2013), Saloniki (Rumıniya – 2014) və Kluj Napoca (Rumıniya – 2015) olmuşdur.

Avropa Gənclər Paytaxtı seçilmiş hər bir şəhər həmin şəhərdə fəal gənclər fəaliyyətinin həyata keçirilməsindən, gənclərin yüksək məlumatlılıq və inkişaf səviyyəsindən xəbər verir. Gənclər paytaxtı seçilən şəhər bir il ərzində gənclər sahəsində həyata keçirdiyi proqram və layihələr haqqında məlumatı Avropa ölkələrinə nümayiş etdirmək imkanı qazanır.

Avropa Gənclər Paytaxtının seçimi münsiflər heyəti vasitəsilə həyata keçirilir. Münsiflər Avropa Gənclər Foumunun, Avropa Şurasının, Avropa İttifaqının, bir sıra beynəlxalq qurumların, Rumıniya Milli Şurasının və Kluj Napoka bələdiyyəsinin nümayəndələrindən təşkil olunub. Bu günə kimi Roterdam, Turin, Antverb, Praqa, Maribor, Saloniki və Kluj-Napoka şəhərləri Avropa Gənclər Paytaxtı adına laiq görülüb.

Gəncə şəhəri 2016-cı ildə Avropa Gəclər Paytaxtı olmaq üçün Avropa Gənclər Forumunun təşkil etdiyi müsabiqəyə qoşulub. Müsabiqədə Avropanın müxtəlif ölkələrindən olan 12 şəhərlə yarışan Gəncə hədəfinə yaxınlaşmağa nail olub. Müsabiqənin final mərhələsinə adlayan Gəncə digər 5 şəhərlə Badajoz (İspanıya), Galvay (Şimali İrlandiya), La Laguna (İspaniya), Varna (Bolqariya) və Vilnius (Litva) şəhərləri ilə yarışmalı olub.

Qeyd edək ki, 2012-ci il üzrə Azərbaycan Gənclər Paytaxtı Gəncə şəhəri seçilib. Bu müddət ərzində şəhərdə çoxsaylı yerli və beynəlxalq tədbirlər həyata keçirilib. Gəncədə Gənclər Mərkəzi tikilməyə başlayıb.

Daha geniş məlumat əldə etmək üçün: http://www.gence.az

2016

Mədəniyyət Mərkəzində yeni dizayn proqramlarının tədrisinə başlanmışdır.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi yeni layihəyə start vermişdir. Özbəkistandakı azərbaycanlılar və digər millətlər üçün Mədəniyyət Mərkəzində yeni dizayn proqramlarının tədrisinə başlanmışdır. İlkin olaraq kurslarda "Photoshop и Corel Draw" proqramları tədris ediləcəkdir.

Məqsəd azərbaycanlı gənclərin bilik və bacarıqlarının yüksəldilməsi, onların cəmiyyətə inteqrasiyası, iş həyatında yeni bacarıqlar əldə etməsinə dəstək göstərmək, habelə soydaşlarımızın problemlərinə Azərbaycan dövlətinin həssas yanaşması və ölkəmizin təbliğidir. Kursları yüksək səviyyəli peşəkar aparır və kurslar ödənişsizdir.

Kurslarda iştirak edənlər Mədəniyyət Mərkəziinin kitabxanasında bu mövzuda nəşrlərlə təmin olunurlar. Sonda yaxşı nəticə toplayan müdavimlər üçün Mədəniyyət Mərkəzinin serifikatları veriləcəkdir.

Qeyd edək ki, artıq Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində 3 ildir ki, müxtəlif kompyuter proqramları tədris olunur. Mərkəzdə xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzləri arasında ilk dəfə olaraq 2013-cü ildən Azərbaycan dili kurslarının keçirilməsinə başlanmışdır.

Bundan başqa, Mərkəzdə rəqs, rəsm, əl işləri-naxıştikmə dərnəkləri də fəaliyyət göstərir ki, bu dərnəklərdə Özbəkistanda yaşayan soydaşlarımız, habelə başqa millətlərin nümayəndələri özdənişsiz faydalana bilirlər.

2016

"Müasir özbək və Azərbaycan poeziyasının xüsusiyyətləri” adlı elmi-populyar kitab

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə Daşkənddə "Müasir özbək və Azərbaycan poeziyasının xüsusiyyətləri” adlı elmi-populyar kitab nəşr olunmuşdur.

Kitabın tərtibçisi Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Səadət Muxammedovadır.Nəşr "Müasir özbək poeziyasının xüsusiyyətləri” və "Müasir Azərbaycan poeziyasının xüsusiyyətləri” adlı bölmələrdən ibarətdir.

Kitabda müasir özbək və Azərbaycan poeziyasından nümunələr təhlil edilmiş, özbək və Azərbaycan şairlərinin orijinalda və özbək dilində şeirləri yer almışdır.Nəşrdə özbək alimləri Səadət Muxammedova, Marquba Mirqasımova, Nəsibə Jumaniyazova, Babaxan Şərif, Nafosat Urakova və Azərbaycan alimləri Almaz Ülvi, Yaşar Qasımov, Təranə Həşimova və Əsad Cahangirin məqalələri öz əksini tapmışdır.Kitabdakı məqalələr özbək, Azərbaycan və rus dillərindədir.

2016

Azərbaycanın xalq yazıçısı Anarın kitabı Daşkənddə özbək dilində çap ediləcək

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə Azərbaycanın xalq yazıçısı Anarın kitabı özbək dilində çap ediləcək.

Kitaba yazıçının “Dantenin yubileyi” povesti, “Dədə Qorqud” kinopovesti və hekayələri daxildir. Kitabı orijinaldan ədəbiyyatımızın yaxın dostu, şair və tərcüməçi Usman Kuçkar tərcümə edib.

U.Kuçkar uzun illərdir ki, Azərbaycan ədəbiyyatını özbək dilinə tərcümə edir. O, Yusif Səmədoğlunun “Qətl günü”, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanlarını, Elçinin “Baladadaşın ilk məhəbbəti”, “Baladadaşın toy hamamı”, “Toyuğun diri qalması” povestlərini, digər Azərbaycan yazıçılarının əsərlərini özbək dilində nəşr etdirib.

Son illərdə Usman Kuçkarın tərcüməsində Sabir Rüstəmxanlının “Göy tanrı” romanı, Anarın “Qırmızı limuzin” hekayələr kitabı, Yunus Oğuzun “Əmir Teymur”, “Şah arvadı və cadugər” romanları, Hidayətin şeirlər toplusu özbək dilində işıq üzü görüb.

2016

Özbəkistan teatrında “Arşın mal alan” operettası əsasında konsert-tamaşa.

Yanvarın 26-da saat 18:00-da Özbəkistan Milli Dram Teatrında böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında hazırlanmış konsert-tamaşa göstəriləcək.

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə hazırlanan konsert-tamaşanın bədii rəhbəri və dirijoru Özbəkistanın Əməkdar İncəsənət Xadimi, professor Firuza Abdurahmanovadır. Musiqi nömrələrini Beynəlxalq müsabiqələr laureatı “Qolden Trophu” Ansamblı və “Soqdiana” Dövlət Xalq Çalğı Alətləri Kamera Orkestri ifa edəcək. Konsert-tamaşada operettadan ariya, duet və mahnılar, xor nömrələri ifa olunacaq.

Qeyd edək ki, “Arşın mal alan” tamaşası Özbəkistanda çox populyardır. Üzeyir Hacıbəylinin bu əsərinə dəfələrlə özbək və rus dillərində səhnə həyatı verilib. Əsər bir neçə il əvvəl paytaxtdakı Operetta Teatrında rus dilində tamaşaya qoyulub, indi də səhnədədir.

26.01.2015

Özbəkistanda “Özbək ədəbiyyatının azərbaycanlı Şekspiri” tanınmış şair Maqsud Şeyxzadə haqqında geniş məqalə dərc olunub.

Özbəkistanın uchildiz.uz portalında tanınmış şair, dramaturq, ədəbiyyatşünas və tərcüməçi, Azərbaycan və özbək xalqlarının böyük oğlu Maqsud Şeyxzadənin həyat və yaradıcılığı haqqında məqalə yayılıb.

Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə özbək dilində yayılan məqalənin müəllifi Tulkin Eşbek bildirir ki, Ağdaş rayonunda anadan olan tanınmış şair 1928-ci ildə Daşkəndə sürgün edilib və ömrünün axırınadək Özbəkistanda yaşayıb.

O, “Şərq həqiqəti”, “Qızıl Özbəkistan” və digər qəzetlərdə, “Gülüstan” jurnalında çalışıb, sonra isə ömrünün sonuna qədər Nizami Gəncəvi adına Daşkənd Pedaqoji İnstitutunda müəllim kimi fəaliyyət göstərib.

Yazıda qeyd edilir ki, ədibin “Cəlaləddin Manquberdi”, “Mirzə Uluqbəy” faciələri, “Daşkəndnamə”, “Ağsaqqal” poemaları oxucular tərəfindən rəğbətlə qarşılanıb. Daşkənddə onun altı cildlik seçilmiş əsərləri çap olunub.

Bildirilir ki, Maqsud Şeyxzadə ölümündən sonra Özbəkistan Prezidenti İslam Kərimovun Fərmanına əsasən “Böyük xidmətlərə görə” ordeni ilə təltif olunub.

Maqsud Şeyxzadə Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza kimi Azərbaycan klassiklərinin əsərlərini özbək dilinə tərcümə edib.

Özbəkistanın xalq yazıçısı Şükrulla M.Şeyxzadəni “Özbək ədəbiyyatının Şekspiri” adlandırıb.

Bir neçə il bundan əvvəl ədibin 100 illik yubileyi Daşkənddə yüksək səviyyədə qeyd edilib. Məqalədə şairin “Daşkəndnamə” poemasından parçalar da yer alıb. Məqalə ilə http://uchildiz.uz portalının beşinci bölməsində tanış olmaq mümkündür.

2015

Nizami Gəncəvi haqqında qardaş Özbək mətbuatında daha bir məqaləmiz. "КОРИФЕЙ АЗЕРБАЙДЖАНСКОЙ ПОЭЗИИ".

Azərbaycanın Özbəkistandakı Səfirliyi, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə Özbəkistanın http://uchildiz.uz saytında Azərbaycan ədəbiyyatnın dahi şairi, söz ustadı Nizami Gəncəviyə həsr olunmuş “Корифей Азербайджанской Поэзии” adlı məqalə verilmişdir.

Məqalənin müəllifi özbək jurnalist Tulkin Eşbekdir.

Məqalədə dahi söz ustadı Nizami Gəncəvinin həyat və fəaliyyəti, onun yaratdığı əsərlər, Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatında rolu, intellektual və fəlsəfi görüşləri haqqında fikirlərə yer verilir, şairin təkcə Şərqdə deyil, bütün dünyada fenomen bir şəxsiyyət kimi tanındığı və şöhrət qazandığı bildirilir.

Qeyd edək ki, “Корифей Азербайджанской Поэзии” adlı məqalə Azərbaycanın Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elan etdiyi 2014-cü ildə Özbək mətbuatında Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi müsabiqəsinə “Azərbaycan ədəbiyyatı" nominasiyası üzrə təqdim olunmuşdur.

2015
Odlar yurdu Azərbaycan
Azərbaycan xalqının
ümummilli lideri
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
$('#s3').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan İki qardaş ölkə - Azərbaycan və Özbəkistan
$('#s4').cycle({fx: 'scrollDown', 
sync: 0, delay: -2000});
Özbəkistanda tanınmış azərbaycanlılar
Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı Özbəkistanda Azərbaycan Diaspora təşkilatı
$('#s6').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
Azərbaycan mədəni irsi
Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi Azərbaycan mədəni irsi
$('#s7').cycle({fx: 'scrollDown', 
sync: 0, delay: -3000});
 
Azərbaycanda turizm
 
Azərbaycanda təhsil
Azərbaycanda təhsil
 
Özbəkistanda Azərbaycan
diaspora təşkilatı
 
Ermənistanın Azərbaycana təcavüzü
Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın Azərbaycana təcavüzü
$('#s5').cycle({fx: 'zoom',
sync:0, delay: -4000 });
 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası