Özbəkistan Yazıçılar Birliyində Azərbaycanlı yazıçı-alim Yunuz Oğuzun “Ovçu” kitabının təqdimat mərasimi keçiriləcək.
Bildiyimiz kimi Özbəkistandakl Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ilin iyun ayının ilk ongünlüyündə bu ölkənin Daşkənd və digər şəhərlərində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçiriləcəkdir.
Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nin davamı olaraq Azərbaycan yazıçısı Yunus Oğuzun “Ovçu” kitabının Daşkənddə təqdimatı planlaşdırılır.
Təqdimat mərasimi cari il 14 iyun ayı tarixində saat 16:00-da Özbəkistan Yazıçılar Birliyində keçiriləcəkdir.
Tədbir çərçivəsində “Azərbaycan ədəbiyyatı Özbək dilində” adlı sərgi təşkil olunacaqdır. Sərgidə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə ötən 6 il ərzində Daşkənddə özbək dilində nəşr olunan kitablar ictimaiyyətə təqdim olunacaqdır.
Qeyd edək ki, mərasimdə əsərin müəllifi, yazıçı-dramaturq, publisist Yunus Oğuzun iştirakı nəzərdə tutulmuşdur.
Tədbirdə Özbəkistan Yazıçılar Birliyinin nümayəndələri, Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, ədəbiyyat, mədəniyyət, elm xadimləri, tələbələr, yerli azərbaycanlılar və jurnalistlər iştirak edəcəklər.
Tədbirdən sonra müəllif tərəfindən çap olunan kitabların imzalanma mərasimi keçiriləcəkdir.
Özbəkistanda Azərbaycan ədəbiyyatına maraq böyükdür, Azərbaycan yazıçısı Yunus Oğuzun Daşkənddə özbək dilində çapdan çıxmış “Əmir Teymur” əsərindən sonra onun yaradıcılığına maraq böyük olmuş, Özbək xalqının qəhrəmanı haqqında əsər yazan yazıçının əsərləri bu ölkədə geniş oxunmağa başlanmışdır.
Özbək tərcüməçi Usman Kuçkar tərəfindən yazıçının “Malikə və cadugar”, “Sultan alp Arslan”, “Atabəy Eldəniz” kimi əsərləri qardaş ölkənin dilinə tərcümə olunmuş və ictimaiyyətə təqdim edilib.