Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

Yerli azərbaycanlıların irsinin təbliği



Azərbaycan Mədəniyyət Mərkəzinin diaspora quruculuğu sahəsində fəaliyyəti.

2013-cü ildən başlayaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkədə Azərbaycan diasporası dəstək məqsədi ilə xeyli işlər və layihələr həyata keçirilmişdir.
Belə ki, Azərbaycan diasporası nümayəndələri olan, tanınmış azərbaycanlıların irsinin təbliği və onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində xeyli əməli işlər görülmüşdür.
Tanınmış azərbaycanlı rəssam Yusif Hüseynov, şair İxtiyar Rzanın Daşkənd şəhərində yaşadıqları evlərinin üzərində onların xatirə löhvələri - barelyefləri vurulmuşdur.
Bundan başqa Səmərqənd şəhərində yaşamış tanınmış azərbaycanlı, Səmərqənd Rəssamlıq Akademiyasının rəhbəri olmuş, böyük Özbək şairi Əlişir Nəvainin çoxsaylı heykəllərini hazırlayan, heykəltaraş Eynulla Əliyevin də yaşadığı evin üzərində onun barelyefinin açılışı olub.
Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən açılışı edilmiş barelyeflər və barelyefətrafı ərazinin abadlaşdırılmasına nəzarət və hər il bu şəxslərin xatirəsinə dair tədbirlərin keçirilməsi ilə əlaqədar yerli idarəçi qurumlar və Azərbaycan diaspora təşkilatı ilə razılıq əldə olunmuşdur.
Hər il Seyid Rza Əlizadə, Maqsud Şeyxzadə, Firudin Səfərov, Kaykep Aliyeva kimi tanınmış xadimlərin yubiley və doğum günləri tədbirləri, habelə Özbəkistanda tanınmış azərbaycanlılara həsr olunmuş çoxsaylı konfranslar, yubiley tədbirləri, sənədli filmlər hazırlanır.






Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi.

Mərkəzİ Asİyanın zəngİn mədənİyyətİ və qədİm tarİxə malİk Özbəkİstan öz tolerantlığı İlə seçİlİr. Özbəkİstan Respublİkasında çoxsaylı xalqlar yaşayır kİ, onların arasında azərbaycanlıların sayı 40 mİnə yaxındır.
Özbəkistanda digər xalqlar kimi azərbaycanlılar öz mədəniyyətlərini, dillərini, adət və ənələrini yaşatmaq və inkişaf etdirmək imkanı yaradılıb.
Özbəkistan dövləti ölkədə yaşayan xalqlar üçün öz mədəniyyət mərkəzləri yaratmaq imkanını təmin etmiş, sözügedən mərkəzlər (diaspora təşkilatları) ictimai təşkilatlar kimi qardaş ölkənin Nazirlər Kabinetinin yanında Xarici ölkələrlə dostluq əlaqələri, millətlərarası münasibətlər üzrə Komitənin nəzdində və binasında fəaliyyət göstərirlər.
Azərbaycanın Özbəkistanda ilk mədəniyyət mərkəzi olan "Qardaşlık" 1989-cu ildə Daşkənddə yaradılmışdır. Daha sonra Səmərqənd və Buxara şəhərlərində, 2003-cü ildə isə Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi yaradılmışdır.
Mərkəzin nəzdindəki "Qardaşlık", "Ocaq", habelə Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblı və başqa bədii kollektivlər fəaliyyət göstərir və onlar Özbəkistanda Azərbaycan diaspora təşkilatını, Azərbaycan xalqının mədəniyyəti, adət və ənənələrini təqdim və təbliğ edirlər.
Özbəkistanda keçirilən festivallarda, dövlət bayramları, el şənliklərində Azərbaycan diaspora təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi yaxından iştirak edir.












Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası