Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

Özbəkistanda ortaq mədəni irs nümunələrimiz.

Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinin inkişafında böyük xidmətləri olan tanınmış şəxslərin, Azərbaycan-Özbəkistan dostluğunun möhkəmlənməsində xidmətləri olan, məşhur Azərbaycan ziyalılarının xatirələrini əbidəlişdirmək üçün ucaldılmış heykəl, barelyef, qəbirüstü abidələr:

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin binasının qarşısında, acıq havada Heydər Əliyevin büstü

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Heydər Əliyev muzeyi”ndə foyesində Heydər Əliyevin kiçik büstü (Büst Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə hazırlanıb)

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin girişində Heydər küçəsində foyesində Heydər Əliyevin barelyefi (Xatirə lövhəsi Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə hazırlanıb. Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küçəsi 9.)

Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin giriş foyesində Heydər Əliyevin büstü

Azərbaycan dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin xatirəsinə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin qarşısında açıq havada büstü (Daşkənd şəhəri, Çilanzar rayonu, Bunyodkor küçəsi, ev 27).

Azərbaycanlı özbək ədəbiyyatının klassiki, dramaturq, şair, tərcüməçi, pedaqoq Maqsud Şeyxzadənin Çığatay qəbiristanlığında qəbirüstü abidəsi (Daşkənd şəhəri, Tələbələr küçəsi)

Daşkənddə Ədiblər xiyabanında Maqsud Şeyxzadənin heykəli (Daşkənd şəhəri, Əmir Temur küçəsi, ev 20);

Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Dostluq muzeyi”ndə Maqsud Şeyxzadənin büstü (Büst Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə hazırlanıb)

Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Dostluq Muzeyi”ndə Seyid Rza Əlizadənin büstü (Büst Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə hazırlanıb)

Özbəkistanda tanınmış Azərbaycanlı rəssam, Özbəkistan Rəssamlıq Akademiyasının üzvü, Akademiyanın Səmərqənd filialının sədri və heykəltəraşı olmuş Eynulla Əliyevin yaşadığı binada barelyefi (Xatirə lövhəsi Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə hazırlanıb. Səmərqənd şəhəri, Biruni küçəsi, 49 ev);

Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Dostluq Muzeyi”ndə heykəltəraş Eynulla Əliyevin büstü (Büst Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə hazırlanıb)

Tanınmış Azərbaycanlı rəssam Yusif Hüseynovun yaşadığı binada barelyefi (Xatirə lövhəsi Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə hazırlanıb. Daşkənd şəhəri, Yunusabad rayonu, 8 kvartal, Axilobod küçəsi, 1 ev.)

Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Dostluq Muzeyi”ndə tanınmış Azərbaycanlı rəssam Yusif Hüseynov büstü (Büst Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə hazırlanıb)

Özbəkistanda tanınmış Azərbaycanlı şair, Özbəkistan Yazıçılar birliyinin üzvü, İxtiyar Rzanın yaşadığı binada barelyefi ( Xatirə lövhəsi Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə hazırlanıb. Daşkənd şəhəri, Chilanzar rayonu, 22 kvartal, 12 ev.)

Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Dostluq Muzeyi”ndə şair İxtiyar Rzanın büstü (Büst Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə hazırlanıb)

Azərbaycanlı rəqqası, Azərbaycan və Özbəkistanın əməkdar artisti, Azərbaycan Respublikasının “Fəxri Mədəniyyət işçisi”, Özbəkistanın “Dostluq” ordeni laureatı Kaykep Aliyevanın yaşadığı binada barelyefi (Xatirə lövhəsi Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə hazırlanıb. Daşkənd şəhəri, Mirzo-Uluqbəy rayonu, Laşkarlar küçəsi, ev 6)

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası