Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdnindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin kitabxanası 2010-cu il 27 sentyabr tarixində sözügedən Mərkəzin açılışı zamanı fəaliyyətə başlamışdır.
Kitabxana Mədəniyyət Mərkəzinin birinci mərtəbəsində yerləşir.
Mədəniyyət Mərkəzinin kitabxanası əsasən Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyi, Özbəkistandan və Azərbaycandan verilən hədiyyə kitablar vasitəsi ilə komplektləşdirilir.
Kitabxananın fondunda 3 minə nüsxəyə yaxın azərbaycan, özbək, rus, ingilis dillərində kitablar, jurnallar mövcuddur.
Mərkəzin kitabxanası habelə müxtəlif tədbirlərin (dövlət tədbirləri, anım günləri, Azərbaycan mədəniyyətinin təbliği) keçirilməsi üçün banerlər, plakatlar, bukletlər və elektron nəşrlərlə təmin olunmuşdur. Hazırda Mərkəzin elektron nəşrlər (film, musiqi) fondu formalaşdırılmaqdadır.
Kitabxanamızda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş daimi sərgi təşkil edilmişdir.
“Kitabxanamızın Qızıl Fondu”nda Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev haqqında, mədəniyyət, milli siyasət, habelə Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti, ədəbiyyatı, musiqisi, mətbəxi, iqtisadiyyatı, islami dəyərlər və digər sahələrə dair kitablar, ensiklopediyalar və s. məlumat nəşrləri saxlanılır. Oxucular Mərkəzin kitabxanasında Azərbaycan Milli Ensiklopediyasının xüsusi nəşrindən də yararlana bilərlər.
Hazırda Mərkəzin kitabxanasının oxucularının sayı 166 nəfərdir.
Oxucuların 70%-i gənclər, 20%-i orta yaşlı, 10%-i isə təqaüdçülərdir.
Oxucular kitabxanada Azərbaycan və Özbəkistanın ədəbi mühiti haqqında nəşrlərdən də istifadə edə bilərlər.
Mərkəzin kitabxanasının iş qrafiki: Kitabxana həftənin beş gunu, şənbə və bazar günü istisna olmaqla, hər gün saat 9:00-dan 18:00-a kimi işləyir..
Kitabxanaya üzv olmaq üçün şəxsi sənədlər tələb olunur.
Kitabxananın əlaqə telefonu: 293 53 56