Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

Miniatür kitab

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin kitabxanasında “Miniatür kitab” guşəsi yaradılıb. Burada “Heydər Əliyev fondu”, “Vaqif”, “Şəhriyar”, “Qara Qarayev – XX əsrin görkəmli bəstəkarı”, “Lirika”, “Nəbi Xəzri” və digər miniyatür nəşrlərlə tanış olmaq olar. Bütün bu kitablar Azərbaycandan Mədədıniyyət Mərkəzinə hədiyyə olaraq yollanılıb.

“Miniatür kitab” guşəsi Daşkənd oxucularının böyük marağına səbəb olub və onlar yaradılan guşə haqqında bir çox sualla müracıət ediblər. Mədəniyyət Mərkəzinin kitabxanasına gələn ziyarətçilərə “Miniatür kitab” guşə haqqında geniş məlumat verilib.

Qeyd edək ki, 2002-ci il aprel ayı tarixində Bakı şəhərinin tarixi hissəsində, Şirvanşahlar Sarayının yaxınlığında, dünyanın ilk fərdi “Miniatür kitab” muzeyinin açılışı olmuşdur. Bu gün burada bir çox sayda miniatür kitab saxlanılır. Muzeyin ekspozisiyası ilə tanışlığı Azərbaycanda nəşr olunan kitablarla, Azərbaycanın görkəmli siyasi xadimi və ümummilli lideri Heydər Əluyev, Azərbaycanın daxili və xarici siyasətində mühüm tarixi hadisələr haqqında nəşr olunan kitablarla başlayır. Muzeydə Azərbaycan ədəbiyyatının klassikləri, eim və incəsənət xadimləri haqqında miniatür kitablar təqdim olunub.


1. Heydər Əliyev fondu..- Baki, 2012

2. Vaqif. Lirika, Baki, 2000

3. “Qara Qarayev - XX əsrin görkəmli bəstəkarı” – Baki, 2006

4. Lirika.- Baki, 1982

5. Nəbi Xəzri. Lirika. – Bakı, 1980.

6. М. Şahriyar. – Baki, 1987

7. Çingiz Əlioğlu – Bakı, 1984

8. Məmməd İsmail. Lirika. – Bakı, 1998

9. Nigar Rəfibəyli – Bakı, 1993

10. Rəsul Rza. “Soruş” – Bakı, 1988

11. Israfil Məmmədov. Our History. Bakı, 2009

12. Qurban Ağayev. “ Məhəbbətlə dolu ürək”. Baki, 2009














Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası