Azərbaycan Mədəniyyət Mərkəzi kitabxanasının “Qızıl Fondu”.
Hörmətli oxucular, sizə bildirmək istəyirik ki, Azərbaycan Mədəniyyət Mərkəzinin kitabxanası öz “Qızıl fonduna” malikdir. Fondumuz “qızıl” adlanır ona görə ki, çünki burada yalnız Azərbaycan Mədəniyyət Mərkəzinin fondundakı kitablar toplanıb və eləcə də, həmin kitablarda yalnız arxiv və tarixi materiallardır, bu kitablar eim adamları və mütəxəssislərin istifadəsi üçün əlverişlidir. Onlardan bəziləri bir nüsxədədir, zəngin və nadir materiallardan ibarətdir. Hörmətli oxucular, bizim fondun kitabları bütün suallarınıza məlumat verəcəkdir.
Fondumuz oxucularda maraq doğurur və mütəmadi olaraq yeni nəşrlərlə zənginləşir. Qeyd edək ki, məlumat 4 dildə: azərbaycan, rus, özbək və ingilis dillərində verilir. Bundan əlavə, burada müxtəlif mövzuda kitablar mövcuddur. Sizi marağlandıran suallara cavab olaraq, kitabxanaçıdan müraciət edə bilərsiniz.
“Qızıl Fond” kitablarının siyahısı
Tarix
1. Heydər Əliyev mədəni irsimizin keşiyində. 1-2 kitab. – B.,2001.
Bu kitab Azərbaycan xalqının ümummilli liderinin mədəniyyət və bizim mədəni irsimisin qorunması sahəsində apardığı böyük işlər haqqındadır.
Mədəni irsimizi qoruyub saxlayaraq, biz onları gələcək nəsillərə ötürüb və bununla öz zəngin və unikal mədəniyyətimizi daha da inkişaf edib, onu bütün dünyaya tanıdırıq.
2. Azərbaycan Respublikası Milli Atlas/ National Atlas.
Azərbaycanın Milli Atlası böyük bir məlumata malikdir, o tarix, coqrafiya sahəsində işləyən mütəxəssislərə və Azərbaycanın tarixi, coğrafi sərhədləri ilə maraqlanan oxuculara bütün məlumatları əldə etməyə köməklik edə bilər.
3.Heydər Əliyev və mədəni irs.- B.. 2014.
Hər zaman mədəniyyət xalqın əsas amilidir. Əsas məqsəd və məsələ - gələcək nəsillər üçün bizim qədim mədəniyyəti qoruyub, saxlamaqdır. Bu kitab Heydər Əliyev şəxsiyyətinin, milli mədəni və tarixi irsin qorunub saxlanmasına olan inandırıcı töhvəsi haqqında danışır. Bu kitab böyük bir oxucu dairəsi üçün ünvanlanıb.
4. К.Əliyev Antik Qafkaz Albaniyası. – B., 2015.
Antik Qafkaz Albaniyası haqqında maraqlı tarixi material. Bu kitabda bir çox suallara cavab tapa bilərsiniz: mədəniyyət, tarix, qonşu dövlətlərlə olan münasibətlər, bir sözlə, bütün maraq etdiyiniz suallara cavab tapa bilərsiniz.
5. Qarabağ - əsrlərdən keçən yol – B., 2016.
Qarabağ – Azərbaycanın qədim diyarıdır. Gözəl tərtib edilmiş nəşrdə bu qədim məmləkətin tarixi, əsrlərlə burada yaşayan gözəl insanlar haqqında danışılır. Hadisələr və onun tarixi, onların Qarabağ regionunun həyatına təsiri. Kitab tarixçilər, tətqiqatçılar üçüm, geniş oxucu dairəsi üçün böyük maraq kəsb edir.
6. E. Kozubskiy Dərbənd şəhərinin tarixi. 1-3 cild. B., 2013.
Dərbənd şəhərinin Rus İmperiyasına birləşməsindən yüz ildən çox keçib. Kitab tarixi və ədəbi mənbələrin əsasında nəşr olunub. Xüsusən tarixçilərə, ictimai elm xadimlərinə, coqrafiya alimləri və Qafqaz regionuna maraq göstərənlərə bu materiallarla tanış olmağı məsləhət görürük.
7. Zaqafqaziyada rus siyasətinin sənədləri. – B,. 2010.
Hesabatlar, məruzələr, məxvi sənədlər, gizli yazışmalar və digər sənədlər. Oxucu qədim tarixi dövrlərə baş vura bilər və Zaqafqaziyada baş verən rus siyasəti məsələləri haqqında məlumat əldə edə bilər və bundan əlavə, Zaqafqaziya tarixində baş verən hadisələrin gələcəkdə hansi nəticələrə səbəb olduğunu müəyyən edir. Kitab geniş oxucu dairəsi üçün məsləhət görülür.
8. E. Vendenbaum. Qafqaz üzrə soraq kitabçası – B,. 2010.
Əgər Siz Qafqaz haqqında məlumat əldə etmək istəsəniz, onun ərazisi, əhalisi, inzibati bölmə, iqlim, təbiət, etnoqrafiya və digər, deməli bu kitab Sizin üçündür. Kitab zəngin coqrafi və tarixi materiallaı təmsil edir.
9. A. Əfəndi. Şəki xanlarının tarixi.
Bu kitab Azərbaycanın qədim və zəngin tarixini öyrənənlər üçün çox maraqlıdır. Maraqlı şəkildə burada xanlıq çərçivəsində baş verən əlaqələri əks edən material verilir. Kitab Azərbaycan tarixinə təsir edən şəxsiyyətlərin adlari ilə zəngindir. Tarixçilərə və geniş oxucu dairəsinə məsləhət görülür.
10. C. Qacar.Old Baku. – B.,2009.
Gözəl təsvir edilmiş kitab sizin üçün qədim və müasir Bakı şəhərinin gözəlliyinin panoramasını əks edir. Şəhərin tarixi, onun təbiəti, memarliq üslubu heç kəsi laqeyd qoymur.
11. C. Qacar. Qədim Şuşa – B,. 2007.
Qədim Şuşa – nə çox sirlər, taleh dəyişikləri, qala divarların nə çox hadisələr yaddaşına həkk edib. Bu torpaq nə çox dahi və istedadlı insan böyüdüb, onlar öz adlarını əbədiləşdirib və mədəni tariximizdə layiqli yer tutublar.
12. E. Muradaliyev. Böyük İpək Yolu üzərinda Qafqaz şəhərləri. – B,. -2011.
Kitab Qafqaz şəhərlərinin qədim dövründən sənaye quruluşu tarixinə həsr olunub. Tiflis Qafqazın inzibati mərkəzi idi, lakin Bakı bu ölkənin iqtisadi modernləşdirilməsini sürətləndirən ən böyük neft sənaye bazası olub.
13. Yampolski. Babək üsyanı. – B,. 2010.
Oçerk Azərbaycan tarixinin şanlı səhifələrini əks edir – IX əsrdə xalq qəhrəmanı Babəkin rəhbərliyi ilə ərəb işğalçılarına qarşı mübarizə. Kitab geniş oxucular auditoriyası üçün çox maraqlıdır.
14. Yəhudilər Azərbaycanın mədəniyyəti və sənətində. – B,. 2008.
Azərbaycan müxtəlif xalqların nümayəndələrinin yaşadığı bir ölkədir, onlardan biri də yəhudilərdi. Kitabda bu millətin Azərbaycan tarixində oynadığı roldan bəhs edilir. Geniş oxucu dairəsi üçün təxsis edilmişdir.
15. İbrəhimov. Azərbaycan tarixində alman səhifələri. – B,. 1995.
Tarixi zamanlardan alman xalqının nümayəndələri digər xalqlarla birgə sülh şəraitində Azərbaycanda yaşayırdılar. Bu kitabda alman xalqının həyatı və fəaliyyəti, onların buraxdığı izlər haqqında danışılır. Geniş dairəli oxuculara tövsiyə edirik.
16. M. Acı. Armagedonun nəfəsi. – M,. 2008.
Tarixə gözlənilməz və cəsarətli baxımdı, kitab birinci səhifələrdən özünə cəlb edir. Maraqlı faktlar və onların qeyri-adi izahı heç kəsi laqeyd qalmağa qoymur, mübahisələr və tərəddüdlər doğurur. Lakin faktlar sübut edir. Materiallar tarixçilər və oxucular üçün nəzərdə tutulub.
17. Bakı nefti qələbənin açarıdır. - B,. 2014.
Neft – torpağın qanıdır. Müharibə zamanı neft ən vacib yanacaq idi, onun sayəsində xalq 1941-1945-ci illərin sərt müharibəsində qələbəyə nail oldu.
18. T Fayql. Həqiqət. Erməni terrorizmi: mənbə və səbəblər. B,. 2007.
Bu nəşrin aktuallığı danılmazdır, burada minlərlə günahsız insanlara kədər və ölüm gətirən erməni terrorizmi kimi dəhşətli bir hadisədən bəhs edilir. Kökləri və səbəbləri, olacağı və nəticələri, bu nəşrdə göstərilən məsələlərin tam olmayan dairəsidir. Kitabda tarixi arxiv materiallar və sənədlər toplanıb. Nəşr fakt və arxiv sənədlərdən əsaslanan həqiqi tarixlə maraqlananlar üçün ünvanlanıb.
19. İ. Məmmədov. Sumqayıt təxribatı. B,. 2014.
1980-cı illərin Sovet dövrü. Sumqayıt şəhərinin faciəsi Qorbaçovun başçılıq etdiyi rəhbərliyin səhlənkarlığına və cinayət siyasətinə görə baş vermişdir. Erməni separatçıları və millətçiləri yaranan vəziyyətdən faydalanaraq, xaincə dinc əhalini məhv etməyə başladılar. Sonradan məlum olduğu kimi, bu azərbaycanlıları məhv etmək üçün əvvəlcədən planlaşdırılmış bir cinayət hərəkatıdır. Kitab böyük oxucu dairəsi və tarixçilər üçün nəzərdə tutulib.
Bu nəşr erməni faşizminin, insan nifrətinin mahiyyətini anlamaqda kömək edəcəkdir.
20. Q. Visotskas. Qara bağın faciəsi – Litva. 2017.
Bu kitabda oxucunun biganə qalmasına imkan verməyən maraqlı bir anları var. Xalqın faciəsi, ölkənin faciəsi, düşmənin Azərbaycanın torpaqlarına gətirdiyi dəhşət kitabın məzmununun əsasını təşkil edir. Kitab oxucular üçün böyük maraq kəsb edir.
Mədəniyyət
1. Şuşa Musiqi beşiyidir.- B.,2012.
Şuşa – xalqın istedadlarının torpağıdır. Bu torpaq milli və dünya musiqi tartixinə adları yazılmış böyük sənətkarlar, şairlər, dövlət xadimləri və musiqiçilər bəxş edib.
Azərbaycanın qədim torpağı, gözəl Şuşa şəhəri – musiqinin və incəsənətin beşiyidir. Kitab geniş oxucu dairəsi üçün nəzərdə tutulub.
2. İçəri şəhər Azərbaycan poçt markalarında.- B.,2010.
İçəri şəhər - Azərbaycan mədəni abidəsi poçt markalarında. Bu nəşr böyük oxucu dairəsində maraq yaradır və xüsusən filatelistlər üçün faydalı və maraqlı olacaq.
3. Bakı simfoniyası. – B., 2015.
Gözəl memarlıq, qədim abidələr, qərbin və şərgin vəhdəti, qədimliklə müasirliyin qarşılaşması, Bakı şəhərinin keçmişi və bu günü – bunlar harmoniya və gözəllik simfoniyası doğurur. Kitab geniş oxucu dairəsi və mədəniyyət, incəsənət xadimləri üçün maraqlı olar.
4. Elçin T. Əliyev. Bakı - memarliq abidələrində 1-2 cild.
Hamını valeh edən təkrarolunmaz memarlıq harmoniyası, Bakı şəhərinə gələnləri bənzərsiz gözəlliyi ilə cəlb edir. Kitabın ilk səhifələrindən müasir və qədim məmarlıq abidələri göz önündə canlanır. Kitab sənətkar və memarlıq sevənlər üçün nəzərdə tutulmuşdur.
5. Arşın Mal Alan – 100. – B., 2016.
“Arşın Mal Alan” operettasının səhnədə qurulmasından yüz ildən çox keçib. Bu kitabda Üzeyir Hacıbəyovun xatirələri, onun əlyazmaları, fotoşəkilləri, müəllifin yazışmaları əks olunub. Kitab musiqişünaslarda, Üzeyir Hacıbəyov yaradıcılığı ilə məşğul olan tətqiqatçılar üçün maraqlıdır.
6. Azərbaycan xalq mahnıları. – B.,1997.
. Azərbaycan xalq mahnıları – musiqi və sözlərlə ifadə olunan xalqın mədəni xəzinəsidir. Xalq mahnılarımız xalqımızın ruhu kimi qeyri-adi zəngin və dərin olan mədəniyyətimizin boyük bir təbəqəsidir. Geniş oxucu dairəsi, musiqiçilərə, sənətkarlara, bir sözlə, mədəniyyət xadimlərinə məsləhət veririk.
7. Muğam. New revivers.- B., 2014.
Muğam incəsənəti YUNESKO-nun qeyri-maddi mədəni siyahısına daxildir, valehedici musiqi və səs aləmini təmsil edir. Kitab musiqi sahəsində fəaliyyət göstərən mütəxəssislərə,tətqiqatçı və alimlərə, muğama qiymət verənlərə və geniş oxucu dairəsinə ünvanlanıb.
8. Novruz. Azərbaycan xalq bayramı.- B., 2011.
Müxtəlif bayramlar arasında, Novruz, əsrlərin dərinliklərindən gəlib çıxmış Azərbaycan xalqının ən sevimli və qədim bayramlarından biridir. Yeni gün, yeni il, yeni arzuları, sevinc, həmrəylik və baharın gəlişini təcəssüm edir. Novruz bizim xalqımızın istedadını açıqlayır, onun işləmək və dincəlmək bacarığını bir daha nümayış edir, özünün zəngin mədəniyyətini qoruyub saxlamağını təmsil edir. Kitab geniş oxucu dairəsi üçün maraqlıdır.
9. Ş. S. Fətullayev-Fiqarov. Bakının Memarlıq Ensiklopediyası. –B., 2013.
Bu kitabda Bakının qədim tarixi hissəsi olan İçəri şəhər, onun memarlıq abidələri, Şirvanşahlar sarayı kompleksi, küçə və maqistrallar gözdən keçirilir. Ensiklopediya geniş oxucu dairəsi üçün maraqlı olacaq.
10. Rəşid Behbudov. Sönməz Ulduz. –B., 2016.
Azərbaycanın rəmzi olmuş təkrarolunmaz səsə malik olan mədəniyyət xadimi, muğənni və aktyor haqqında kitab. Bu insan valehedici bir səsə malik idi və bu səs dinləyiciləri hər zaman heyran edir. Kitab geniş oxucudairəsi, incəsənət və mədəniyyət xadimləri üçün nəzərdə tutulub.
11. R. Hüseynov. Məhsəti Gəncəvi – B., 2013.
Dahi Azərbaycan şairəsi Məhsəti Gəncəvi söz ustası və mahir bir musiqiçi kimi məşhur olub. Onun gözəl rubailəri incə və pak hissləri əks edirdi. Bu şəxsiyyətin yaradıcılığı şərq şeriyyətinə böyük təsir göstərib. Şərq şeriyyəti sevənlər üçün nəzərdə tutulub.
Dahi Azərbaycan şairi Nizami Gəncəvi özündən sonra ədəbi irs olaraq bizlərə heyranedici əsərlər saxlayıb. Oxuculara iki cilddə nəşr olunan əsərləri təqdim edirik. Kitab geniş oxucu kütləsi, Nizami yaradıcılığı ilə maraqlanan və pərəstişkarları olan oxucular üçün nəzərdə tutulub.
13. Molla Pənah Vaqif Əsərləri.- B., 2913.
Bu məcmuədə dahi müəllifin qəzəlləri, təsnifləri, qoşma və digər əsərləri toplanıb. Bu kitab şeirsevənlərə tövsiyə edilir.
14. Kəlağayi sənəti. – B., 2018.
Bu kitab Azərbaycan qadınlarının baş örpəyi olan Kəlağayının yaranma tarixi və hazırlanma prosesini əks edir. Kəlağayı qadın geyiminin elementidir, eyni zamanda, o, gözəlliyin, ismətin və bizim istedadlı xalqımızın təcəssümüdür. Kəlağayı sənəti – bir sıra ardıcıl və mürəkkəb prosesdir, onun nəticəsində möcüzəli bir ipək olan Kəlağayı zahir olur. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
15. Azərbaycan - təbiət və mеmarlıq möcüzələri.- В.,2015.
Əsrarəngiz təbiət, gözəl memarlıq – bunlar vəhdətdə valeh edir və sevinc bəxş edir. Azərbaycan insanlara sevinc və ilham bəxş edən Odlar Yurdu olmaqla yanaşı, o həm də möcüzələr ölkəsidir.
16. А. Şərif. XX əsrdə Azərbaycanın yaradıcı sülalələri. – B., 2007.
Azad Şərifin kitabında bir çox yaradıcı sülalələr,Bül-Bül, Rəşid Behbudov, Rəsul Rza, Oqtay Sadığzadə və digərləri əks olunub. Müəllif öz kitabında çox sadə və geniş formada Azərbaycan yaradıcı sülaləsinin panoramasını açıqlayır. Kitab geniş oxucu dairəsi, mədəniyyət və incəsənət xadimləri üçün nəzərə alınır.
17. Könüllər şairi. The poet of the hearts.
Dünya ədəbiyyatının dahı nümayəndəsi, mütəfəkkiri və alimi olan şairin,8 əsr bunda öncə yazılan bu əsərlər indiki zamanda da ölməz və aktualdı. Geniş oxucu kütləsi bu əsəri oxuyarkən, şairin ürəkdən gələn poetik sözlər onun qəlbində yer tapacaq.
18. Təbrizin sehrli nağilları.- B.,2014.
Azərbaycan xalçası – donmuş bir musiqi, şərq nağılıdır. Bizim qədim xalq həqiqi və məcazi mənada xalça üzərində dünyaya gəlib və dünyadan köçürdü. Azərbaycan xalçalarının gözəl nümunələri, xüsusilə Təbriz xalçası, səhvən delitanat adlandırılan bu xalça, həqiqətən istedadlı və əməksevən Azərbaycan xalqının təkrarolunmaz nümunəsidir, onun geniş bədii fantaziyasıdır. Bu nəşriyyat geniş oxucu kütləsi, mədəniyyət və tətbiqi sənət sevərlər üçün nəzərdə tutulur.
19. Azərbaycan xalçaları. Qarabağ İnciləri.
Qarabağ xalçaçılıq məktəbi – bu incəsənət növünün əsas məktəblərindən biridir. Qarabağın bütüb çalarlarını özünə çəkmiş bu xalça öz gözəlliyi və cazibədarlığı ilə heyran edir.
20. Azərbaycan xalçaları. İrəvan məktəbi. B., 2007.
Qədim Azərbaycan şəhəri İrəvan. Qərbi Azərbaycan. Qavqaz ərazisini tədqiq edən dahi şəxsiyyətlər, tarixçi alimlər onu “Məscidlər şəhəri” adlandırırdılar. İrəvan xalça məktəbi – xalçaçılığın əsas məktəblərindən biridir. Nəşrin gözəl dizaynı və mündəricatı, onun zəngin illyustrasiyası oxucularda böyük maraq yaradır. Biz bu kitabı geniş oxucu kütləsi və incəsənət xadimləri, mədəniyyət sahəsində çalışanlara tövsiyə edirik.
21. A. Ələkbərli. Qərbi Azərbayjan abidələri (The monuments of Western Azerbaıjan). -B., 2007.
Azərbaycan memarlıq abidələri ilə zəngin bir ölkədir. Bu kitab sizə Qərbi Azərbaycanda ( inda Ermənistan Respublikası) yerləşən monumentlərlə tanış edəcək.
22. Hüseyin Cavid. Əsərləri.- B., 2013
Dahi və əvəzolunmaz dramaturq Hüseyn Cavid Azərbaycan ədəbiyyatına öz əsərləri ilə böyük töhvələr bəxş etmiş, onun dramaturgiyası bu gündə aktualdı, çünki bu əsərlər xeyirxah və ədalət idealını təcəssüm edir.Geniş oxucu kütləsi, tələbə və gənclərə tövsiyə edilir.
23. Azərbaycanin tanınmış xanimları. Famous ladies of Azerbaijan. –B.,2002.
Azərbaycan ictimaiyyətinin həyatında qadınlar böyük rol oynayır. Şübhəsiz, qadının əsas vəzifəsi ailəsini qorumaq, uşaqlarını tərbiyələndirmək, bununla yanaşı, Azərbaycan qadınları bizim həyatımıza öz töhvələrini verirlər. Bu kitab Azərbaycanın tanınmış qadınları haqqında söhbət açır.
24. Аzərbaycanin gənc alimləri. Young scientists of Azərbaijan. – B.,2002.
Bu gün gənc nəsil ölkə həyatında fəal iştirak edir və onu zənginləşdirir. Bu nəşr Azərbaycanın gənc alimlərinin fəaliyyətini əks edir. Ürək qürurla və inamla doludur, çünki bizim gələcəyimiz güclü, enerjili və vətənpərvər Azərbaycan gənc nəslinin əllərindədir. Ali və kollejdə təhsil alan tələbə, yuxarı sinif şagirdlər üçün nəzərdə tutulub.
25. Humanizm və xeyirxahlıq missiyası. –B.,2007.
Bu kitab Heydər Əliyev Fondu Prezidentinin nəcib missiyası, YUNESKO-nun Xoş məramlı Səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı – Mehriban xanım Əliyeva haqqındadır. Kitab geniş oxucu dairəsinə və gənclərə tövsiyə edilir.
26. Dədə Qorqud. Elmi - ƏdəbiToplu. - B., 2012.
Nəşrdə Türk eposunun qəhrəmanı, müdriklik və xeyirxahlıq təcəssümü olan Dədə Qorqud haqqında rəvayət edilir. Kitab tarix və ədəbiyyat xadimləri və folklor tətqiqatçıları üçün nəzərdə tutulur.
Özbəkistan.
1. 100 pearls of wisdom by Navoi (Navainin 100 müdrik inciləri).
Navai – Özbəkistanın dahi şairi, mütəfəkkiri və humanisti. Bu topluya dahi şəxsiyyətin düşüncə inciləri olan müdrik mülahizələr daxildir. Bu kitabın üstünlüyü ondan ibarətdi ki, özündə əks edən məzmun özbək, rus və ingilis dillərindədir. Geniş oxucu dairəsi, ədəbiyyatsevərlər, Əlişir Navai yaradıcılığının tətqiqatçıları, yazıçılar və şairlərə maraqlıdır.
2. Orta əsr Şərqinin böyük alimləri və mütəfəkkirləri. - T., 2015.
Orta əsr Şərqi – dünya tarixinə daxil olmuş parlaq bürclərin, mütəfəkkirlərin və alimlərin vətənidir. Kitab geniş oxucu kütləsinin marağını təmsil edir, çünki dəqiq humanitar elmin böyük bir dairəsini əhatə edir.
3. İslam Kərimov – Özbəkistan Respublikasının Prezidenti. – D., 2008.
Hər bir xalq öz rəhbərinə layiq və rəhbər isə öz xalqına layiq olmalıdır. Bu kitab xalqın həqiqi prezidenti İslam Kərimovun həyat və yaradıcılığı haqqında danışır. Geniş oxucu dairəsinə ünvalanıb.
4. V. Manakova.. Özbəkistan xalq məskəninin sənət mədəniyyəti. XIX-XX əsr. Узбек хонадонининг бадий безак маданияти. XIX-XXаср. ArtistryofpopulardwellingsinUsbekistan XIX-XX centuries.
Xalq məskəninin memarlığı – memarlıq tarixinin və bədii-dekorativ sənətinin ən maraqlı səhifələrindən biridir. Monoqrafiyanın mətni cizgilər və cədvəllərlə təsvir olunub.Bu monoqrafiya mütəxəssislərın, Özbəkistanın çoxsayli qonaqların marağına səbəb ola bilər, xalq incəsənətinin təbliğatında böyük rolu var.
5. Evernew Tashkent. –D.,2008.
Daşkənd – qədim, həmişə cavan, sülhsevər və xeyixah bir şəhərdir. Müasir və gözəl şəhər xalqlar arasında dosluğun rəmzidir. Kitab geniş oxucu dairəsi üçün tövsiyə edilir.Əsər ingilis dilindədir.
6. Səmərqənd. Orta Asiyanın şah əsərləri. – D., 2008.
Səmərqənd canlı bir tarixdir, açıq səma altında təkrarolunmaz abidələr, həqiqətən də Orta Asiyanın şah əsəri və incisidir və bu şəhərin gözəlliyini, əzəmətliyini görmək üçün bura bütün dünyadan turistlər gəlir. Kitab geniş oxucu dairəsi, tarixçilərə və mədəniyyət xadimlərinə maraqlıdır.
7. Узбекистон гуллаган диёр. (Uzbekistan – is a blossoming land).-d.,2010.
Özbəkistan – bu ölkədə 135-dən çox millət və xalqların nümayəndəsi yaşayır, bu ölkə gül və yaşıllıq içində qərq olub. Uşaqların şən gülüşləri, böyüklərin təbəssümləri və sevincləri bu şəhəri daha da cəlbedici edir, dinlərin fərqli olması, milliyətinə baxmayaraq, qədim, gənc və çiçəklənən Özbəkistanda dinc və hörmətlə birgə yaşayırlar.
8. Worksby Alisher Navoi inthenational Library of Russia. (Rusiyanın Villi kitabxanasının toplusunda Əlişir Navainin əsərləri). – D., 2017.
Nəşrdə dahi Əlişir Navai yaradıcılığının zəngin materialları yer alır. Geniş oxucu dairəsi və humanitar ali məktəblərin tələbələrinə məsləhət görülür.
9. Q. Lemb Tamerlan. Hökmdar və sərkərdə. – M., 2017.
Böyük sərkərdə Əmir Temur - bu şəxsiyyət haqqıda bütün dünyanın tarixçiləri əsərlər yazmış, eyni zamanda bu şəxsiyyətın həyatı tam olaraq tətqiq olunmayıb, onun üzərində sirli bir halə gəzir. Müəllif öz mülahızələri ilə oxucularla bölüşür və biz özümüz üçün Əmir Temurun böyük şəxsiyyətinin yeni cəhətlərini kəşv edirik. Kitab tarixçi, tələbələr və geniş oxucu dairəsi üçün nəzərdə tutulur.
10. М. Zeynalova. Azərbaycan və Özbək xalqlarının tarixi əlaqələri. B., 2017.
Qədim tarixi zamanlardan indiyədək Azərbaycan və Özbək xalqlarını dostluq və mədəni əlaqələri birləşdirir. Bizim xalqlar daim bir-birlərinə maraq göstərirlər. Ənənələrə sadiq olaraq, bu gün də dostluğu yeni nəsl davam edir və möhkəmləndirir. Bu kitab geniş oxucu dairəsinə məsləhət edilir.
11. Abdulla Oripov. Seçilmiş əsərlər. 1-2 cild.. D., 2001.
Abdulla Oripov Özbək poeziyasına özünün təkrarolunmaz əsərləri ilə xalqın həyatını, Vətənini, keçmişini və gələcəyini əks etdirən yeni bir dalğa daxil etdi, onların çoxunun fəlsəfi baxımından mənaları, anlayışı çox sadədir. İlk baxışdan, bu sadə sözlər bir vəhdət olaraq bizlərdə pak və uca hisslər və arzular oyadır. Kitab geniş oxucu dairəsinə və poeziya sevərlərə ünvanlanıb.