Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

Yeni kitablarımız

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin kitabxanasının fonduna müntəzəm olaraq yeni kitablar daxil olur.
Bura Azərbaycan tarixi, Azərbaycan iqtisadiyyati, siyasəti, Dağlığ Qarabağ problemi, mədəniyyəti, incəsənəti, turizmi, adət və ənələrinə dair kitablar daxildir.
Onların siyahısını və qısa xülasəsini təqdim edirik:



“Leyli va Məcnun” Leyli və Məcnun əsəri Nizami Gəncəvinin.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan ədəbiyyatının dahi şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri Daşkənddə “Extremum Press” nəşriyyatında çap olunub. Əsəri orjinaldan özbəkcəyə çevirən Özbəkistanın xalq şairi Camal Kamaldır.

Camal Kamal kitaba yazılan epiloqda qeyd edir ki, hər bir insan sevgi ilə yaranıb, adları dünyaya sevgi, eşq dastanı ilə yazılan çoxlu qəhrəmanlar var: Tahir və Zöhrə, Romea və Cületta, Aşıq Qərib və Şahsənəm, Antoni və Kleopatra və s. Amma onlar arasında “Leyli və Məcnun” surətləri tamam fərqlidir. Bu bir ilahi məhəbbət timsalıdır.

Kitaba yazılan ön sözün müəllifi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, kitabın redaktoru filologiya elmlər namizədləri Erqaş Açilov, Gülbahar Aşurova, rəyçilər Daşkənddəki Əlişir Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracəddinov və tanınmış professor Naim Kərimovdur.

Ön sözdə Samir Abbasov vurğulayır ki, Türk dünyası ölkələrindən biri və ən zəngin ədəbiyyat, sənət, poeziya beşiyi olan Azərbaycan, bütün bəşəriyyəti heyrətdə qoyan, qeyri-adi, sözlə ifadə olunmayan istedada malik böyük Nizami Gəncəvi ilə fəxr edir, qürur duyur. O, Mədəniyyət Mərkəzinin layihəsi ilə Nizami Gəncəvinin "Xəmsə"sinin bütövlükdə Özbək dilinə tərcümə edilərək Özbəkistanda çap edilməsi ilə bir tarix yazıldığını və kitabların qardaş ölkənin tədqiqatçıları üçün Nizami Gəncəvini daha dərindən öyrənməkdə zəngin və əvəzsiz bir mənbə olacağına ümid etdiyini söyləyir.

Kitabda qeyd olunur ki, Nizami Gəncəvi bu qədim məhəbbət əfsanəsinə ustad qələmi ilə bəzək vurmuş, onu bədii yüksəkliyə qaldırmış, ilahi bir sevgi dastanı yaratmışdır. Şairin yaratdığı bu məhəbbət dastanı dünya ədəbiyyatı xəzinəsinin ən qiymətli incisinə çevrilmişdir.

2018

“Карабах: война идей” (Qarabağ: ideyaların müharibəsi) Şuxrat Salamov.

2016-cı ildə Özbək təhqiqatçısı Şuxrat Salamovun “Карабах: война идей” (“Qarabağ: ideyaların müharibəsi”) kitabı Tbilisidə “Universal” nəşriyyatında çap olunub.

Müəllif kitabdakı materiallara və mənbələrə çıxış, habelə akademik dəstəyə görə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib.

Kitabda təkcə Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, ermənilərin zaman-zaman bu münaqişəyə necə hazırlaşdıqları, müharibə ideyasının necə təbliğ etdikləri barədə məlumatlar əksini tapıb. Kitab həm dərslik, həm də tədqiqatçılar üçün zəngin məlumat mənbəyidir.

Nəşrdə erməni millətçilərinin zaman-zaman Azərbaycan torpaqlarında, Gürcüstanda, Özbəkistanda müxtəlif cinayətlər, qırğınlar, terror aktlarının törətməsi, soyqırımlar həyata keçirməsi haqqında məlumat verilir.

Bu kitabda erməni daşnaklarının öz havadarlarının köməyi ilə necə ideyalar irəli sürdükləri, insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktlar əksini tapıb"

Qeyd olunur ki, Ermənilərin ideyaları, tarixi saxtakarlıqları yeni-yeni münaqişələrə yol açır. Kitabda vurğulanır ki, erməni millətçilərinin müharibə ideologiyasının bəşəriyyət üçün təhlükəlidir. "Bu gün müharibə ideologiyası ilə yanaşı, sülh, mədəniyyətlərarası dialoq ideologiyası da var. Azərbaycan bu gün multikulturalizm ideologiyasını təbliğ edir, özünün sülhsevərliyini nümayiş etdirir.

2018

"Махзан ул-асрор" (Sirlər xəzinəsi)- Nizami Gəncəvi

Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanın dahi şairi, söz ustadı Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş "Maxzan ul-asror" adlanan kitab "Kamalak" nəşriyyatında çap olunub.

"Sirlər xəzinəsi" əsərini orjinaldan Özbək dilinə Özbəkistanın xalq şairi Camal Kamal özbək dilinə çevirib. Kitabın redaktoru filologiya elmləri doktoru Erqaş Oçilovdur.

Kitabda Camal Kamal Azərbaycan ədəbiyyatını Şərqin ən zəngin, ən möhtəşəm ədəbiyyatı adlandırıb, qeyd edib ki, məhz dünya ədəbiyyatının nümayəndələri həmişə Nizamidən, Füzulidən və b. simalardan ilham alıblar.

"Sirlər xəzinəsi" Nizami Gəncəvinin ilk iri həcmli əsəridir. Yaxın və Orta Şərq ədəbiyyatında didaktik poema janrının ən qiymətli nümunəsi olan bu əsər şairin yaradıcılığında epik şeir sahəsində ilk qələm təcrübəsidir. Əsər hicri tarixilə 570-ci ildə yazılmışdır ki, miladi təqvimilə 1174-1175-ci illərə uyğun gəlir. "Sirlər Xəzinəsi" zahirən Nizamiyə qədər Yaxın və Orta Şərq ədəbiyyatında geniş yayılan didaktik əsərlər silsiləsinə daxildir.

Poema müxtəlif məsələlərə həsr edilmiş müqəddimə, məqalətlər və bu məqalətləri epik lövhələrlə əks etdirən kiçik hekayələrdən ibarətdir. Kitabın tamamlanması haqqında kiçik bəhslə poemaya yekun vurulur. Başlanğıcda şair tovhid, minacat, nət adlı başlıqlar altında Allahdan, peyğəmbərdən söhbət açır, islam dini ehkamları çərçivəsində onları tərifləyir. Zamanın tələbinə uyğun hərəkət edən şair bu bəhslərin özündə belə ənənəvi dini ifadələrlə olsa da, çox ciddi ictimai problemlərə toxunur. Nizaminin sənətkar mövqeyi bu hadisələrə münasibətdə də açıq-aydın diqqəti cəlb edir; şair oxucunu həyəcanlandırır, şairin əfvali-ruhiyyəsi, ürək təlatümləri oxucuya da sirayət edir. Məlum olur ki, bütün bu təriflər, müraciətlər əsil mətləbə keçmək üçün bir bəhanədir. Zəmanəsindən son dərəcə narazı olan şair Allaha və peyğəmbərə də böyük ideallar naminə müraciət edir, qədim düzlük və doğruluq, təmizlik dövrünün, islamın ilk illərinin həyatını qaytarmağa çağırır.

2018

“Dünya yuxutək əriyir...” (Dünya yuxutək əriyir...)- Leyla Əliyeva

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və “Kaspi” təhsil şirkətinin birgə layihəsi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla xanım Əliyevanın “Dünya yuxutək əriyir...” şeirlər kitabı Özbək dilinə tərcümə olunaraq Daşkənddə çap olunub.

“Dünya yuxutək əriyir...” şeirlər kitabının tərtibçisi - ön sözün müəllifi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.

Ön sözdə deyilir ki, gənc yaşlarından öz yaradıcılığı ilə həssas oxucu auditoriyasının diqqətini çəkən və məhəbbətini qazanan şairə Leyla xanım Əliyeva bir çox şeir kitablarında qəlbinin incə notlarını kağız üzərinə köçürərək, insanlara təbiilik, sadəlik və humanistlik kimi ülvi hisslər aşılayır.

Tərtibçi qeyd edir ki, dünyanın adi gözlə görülməyən ilahi gözəlliklərinə vurğunluq həm şair, həm də rəssam olan Leyla xanımın əsərlərinin mayasını təşkil edir və bu əsərlərdə həqiqətən əsl həyat mənzərəsi canlandırılır.

Kitabda “ön söz”də vurğulanır ki, şairə Leyla xanım Əliyeva öz əsərlərində yaşadığı mühitdə baş verən hadisələri, yaşanan ağrıları, həyatın işığını və qaranlığını, xeyirini və şərini, sevincini və kədərini, yaxşılığı və pisliyi səmimi poeziyanın dili ilə oxucuya çatdırır.

Nəşrdə şairə Leyla Əliyevanın Özbək dilinə tərcümə olunmuş “Mənə güc ver Allahım”, “Elegiya”, “Tək deyilsən”, “Sevgi və nifrət”, “Kor olmuşam”, “Şeirim” “İnsanlar”, “Getmə”, “Bakı”, və s. çoxsaylı şeirləri ilk dəfə olaraq Özbəkistan oxucularına öz ana dillərində təqdim olunur.

Qeyd olunur ki, Özbəkcə nəşr olunmuş “Dunyo tushdek erib bormoqda...” şeirlər toplusunda şairə Leyla Əliyevanın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə ithaf etdiyi “Elegiya” əsəri milyonlarla insanın qəlbini riqqətə gətirir. Bu şeirdə şairə ayrılıq, həsrət hissi ilə yanan incə qəlbinin çırpıntalırını dilə gətirir.

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Daşkənddəki “Kamalak” nəşriyyatında çapdan çıxan kitabda şairənin ümumilikdə 45 şeiri özbək dilində işıq üzü görüb və kitabı Özbəkcəyə çevirən tərcüməçi, Özbək şairə Şahlo Qasımovadır.

2018

“Kelagayi Ozarbayjon ipagining durdonasi” (Kəlağayı - Azərbaycan ipəyinin incisi)

Kitabda Azərbaycanda unikal və ənənəvi qadın baş geyimi olan kəlağayı, onun hazırlanması, nəfis ipəyə vurulan füsunkar naxışların mənası, elmi açıqlaması, kəlağayının dünyaya tanıdılması, Azərbaycanın kəlağayı sənətinin 2014-cü ilin noyabrında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi barədə məlumat verilir. Qeyd olunur ki, iki min ildən artıq tarixi olan Azərbaycan ipəyi haqqında məlumatlar orta əsrlərdə ölkəmizə gələn səyyahlar Əl İstəxri, Əl Müqəddəsi, Marko Polo, Övliya Çələbinin əsərlərində də yer alıb. Ölkəmizə ilk dəfə olaraq ipəkqurdu Böyük İpək yolunun inkişafı zamanı Çindən gətirilib və ticarət yollarının - Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanda ipəkçiliyin inkişafına səbəb olub. Azərbaycanın Şamaxı, Qarabağ, Şəki, Gəncə, Naxçıvan kimi bölgələrindən xam ipək ixrac edilib, XIX əsrin 30-50-ci illərində Rusiya imperiyasında Qafqaz üzrə hazır ipək məhsullarının 85 faizi Azərbaycanda istehsal olunub.
Kitab sənət adamları, sənət adamları və geniş oxucu kütləsi üçün maraqlı olacaq.

2017

Daşkənddə “Özbək və Azərbaycan müasir poeziyasının xüsusiyyətləri” adlı kitab.

2016-cı ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi “Özbək və Azərbaycan müasir poeziyasının xüsusiyyətləri” adlı kitab çap olunmuşdur. Kitabın tərtibçisi filologiya elmləri doktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin müəllimi Saodat Muhammadovadır.

Nəşrin əsas məqsədi – müasir özbək və azərbaycan poeziyasının xüsusiyyətləri ilə elmi içtimayyəti tanış etməkdir. Nəşrdə özbək, azərbaycan alimlərinin məqalələri yer almışdir.

Kitabın ön sözündə Özbəkistan və Azərbaycan xalqlarının müasir şairlərinin ədəbi əlaqəlarindən bəhs edilir. Bu elmi – populyar nəşr aparılan tadqiqat işlərinin nəticəsidir, nəşrdə müasir özbək və azərbaycan poeziyasının xüsusiyyətlərini əks edildiyi qeyd olunur.

Nəşrdə özbək və azərbaycan alimlərinin poeziyaları haqqında məqalələri toplanıb. Bunlardan özbək alimləri Marğuba Mirqasımova, Saodat Muxammedova, Nəsibə Cumaniyazova, Nafosat Urakova və azərbaycan alimləri Almaz Ülvi, Yaşar Qasımov, Təranə Əzim qızı Həşimovanın özbək, azərbaycan və rus dillərində məqalələri verilmişdir.

Nəşrin əsas üstünlüyü də azərbaycan şairlərinin şerləri özbək dilində, özbək şairlərinin şerləri isə azərbaycan dilində tərcümə edilərək verilməsidir.

İlk dəfə olaraq müasir özbək şairlərindən Çulpan, İqbal Mirzo, Qayrat Macid, Utkir Xıdırov, Malika Səlimovanın şerləri azərbaycan dilinə tərcümə olunmuş, müasir azərbaycan şairlərindən Bəxtiyar Vahabzadə, Qulu Ağsəs, Xanım İsmayıl qızı, Afaq Şıxlı, Elçin İskəndərzadə, Elçin Mirzəbəyli, Firuz Mustafa, İbrahim İlyaslı, Maarif Soltan, Ağamehdi Mehdəliyev, Əli Əmirov və digər şairlərin lirik şerləri nəşr olunmuş, şairlərin poetik, fəlsəfi duyğuları, lirik ifadələri öz əksini tapmışdır.

“Özbək və Azərbaycan müasir poeziyasının xüsusiyyətləri” adlı kitab filoloqlara, elm xadimlərinə və iki qardaş dövlətin ədəbiyyatsevərləri üçün faydalı mənbədir.

2018

Anarın “Mən, sən, o və telefon” adlı kitabı özbək dilində.

Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddəki “Davr press” nəşriyyat evində Azərbaycanın Xalq Yazıçısı Anarın “Mən, sən, o və telefon” adlı kitabı özbək dilində çap edilib.

“Dünya ədəbiyyatı xəzinəsi” seriyasında çap olunan kitabın tərcüməçisi tanınmış tərcüməçi Usman Kuçkar, məsləhətçisi AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə müxbiri Qulu Kəngərlidir. “Ön söz”ün müəllifi AMM-in direktoru Samir Abbasovdur.

Kitaba yazıçının “Dantenin yubileyi”, “Mən, sən, o və telefon”, “Gürcü familiyası”, “Dədə Qorqud” və digər əsərləri salınıb.

Kitabda Anarın həyat və yaradıcılığı haqqında məlumat verilir, yazıçının yaradıcılığı haqqında görkəmli yazıçı və şairlərin fikirləri çap olunur. Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Anarın yaradıcılığı haqqında fikirləri də yer alıb.

Kitabdakı “Ön söz”ün müəllifi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.

2018

“Кор Ёгажак” (Qar yağacaq) Pərvin Nurəliyevanın hekayələr kitabı

Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanın gənc yazarı Pərvin Nurəliyevanın “Qar yağacaq” adlı hekayələr kitabı Özbək dilinə tərcümə edilərək nəşr olunmuşdur.

Kitabın tərcüməçisi tanınmış alim Babaxan Məhəmməd Şərifdir və kitab Daşkənddəki “Extremum Press” nəşriyyatında çap olunmuşdur. Kitaba yazılmış ön sözün müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədri Anardır.

P. Nurəliyevanın “Qar yağacaq” adlı hekayələr kitabında “Şirinlik”, “Sevimli... nəfis... mən...”, “Fiona”, “Samir üçün” və s. hekayələr, habelə “Balerina” kinohissə yer almışdır.

Kitabın sonunda alim, tərcüməçi Babaxan Şərif “Pərvin – Azərbaycan ədəbiyyatının ümidi” adlı məqaləsi verilmişdir.

O, Sovet dövrü Azərbaycan ədəbiyyatına nəzər salır, gənc yazarlar arasında XXI əsrin yeni istedadlı nəslinin yetişdiyini qeyd edir.

2018

"Husayn Jovid İjodi dunyo dramaturgiyasining yuksak namunasidir! Xalqaro konferensiyasining maruzalari" (Beynəlxalq konfransın mövzuları. Hüseyn Cavid sənəti dünya dramaturgiyasının yüksək nümunəsidir)

“Hüseyn Cavid sənəti dünya dramaturgiyasının yüksək nümunəsidir” toplusu , Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında çap olunmuşdur.

Bura 9 noyabr 2018-ci ildə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində keçirilmiş beynəlxalq konfransın məruzələrinin mövzuları daxil edilmişdir. Kitab, tarix elmləri doktoru, Özbəkistan-Azərbaycan dostluq cəmiyyətinin icraçı direktoru professor Erkin Nuriddinovun məqaləsi ilə başlayır. Nəşrdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva, Özbəkistan Milli Universitetinin dosenti, Özbəkistan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və ədəbi tərcümə şöbəsinin müdiri Adhambek Alimbayev və digər müəlliflərin məruzələri göstərilmişdir.

Qeyd edək ki, “Hüseyn Cavid yaradıcılığı və Azərbaycan və Özbəkistan arasındakı ədəbi əlaqələr” mövzusunda çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki xalq arasındakı ədəbi və mədəni əlaqələrin əhəmiyyətini və aktuallığını vurğulamışdır. Diplomat, həmçinin ədəbiyyat və incəsənət sahəsindəki münasibətlərin xalqlarımızın və mədəniyyətlərimizin mənafeyinə uyğun olaraq bundan sonra da möhkəmlənəcəyini və inkişaf edəcəyini qeyd etmişdir.

2018

“Özbək şeir çələngi” adlı Azərbaycan və Özbək dillərində

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzimizin dəstəyi ilə Daşkənddə “Extremum – press” nəşriyyatında çapdan çıxmış “Özbək şeir çələngi: Узбек шеърияти гулчамбари” adlı kitabın təqdimat mərasimi keçirilib.
Qeyd edək ki, Azərbaycan dilində Özbək ədəbiyyatının tanınmış simalarının əsərlərinin işıq üzü görməsi təqdirəlayiq hadisədir və bu işi həyata keçirən azərbaycanlı tərcüməçi Şahməmməd Dağlaroğlu, özbək tərcüməçi Şaxlo Qasımova Özbək ədəbiyyatının tanınmış söz ustalarının şeirlərini Azərbaycan dilinə çevirməklə gözəl bir abidə yaradıblar.
Kitabda ilk dəfə olaraq Özbək ədəbiyyatının tanınmış simaları – Çolpan, Oybek, Qafur Qulam, Zülfiyyə, Maqsud Şeyxzadə, Həmid Olimcan, Abdulla Aripov, Həlimə Xudayberdiyeva, Rauf Pərvi, Xurşud Davron, Tahir Qəhhar və başqa ədəbiyyat nümayəndələrinin tanınmış əsərləri Azərbaycan və Özbək dillərində oxucuya təqdim edilir. Kitabın hər iki dildə tərtibinin gələcəkdə onun hər iki tərəfdə oxunacağına və maraqla qarşılanacağına ümid etdiyini bildirdi.
Nəşrdə tərtibçilərin təkrarsız yaradıcılıqları ilə Özbəkistanda məşhur olan qələm sahiblərinin əsərləri ilə yanaşı, bir sıra gənc şairlərin də şeirlərinə yer verməsini təqdirəlayiq hal kimi qiymətləndirdilər.
Qeyd edək ki, “Özbək şeir çələngi: Узбек шеърияти гулчамбари” adlı ikidilli kitabın tərtibçiləri Azərbaycanlı şair Şahməmməd Dağlaroğlu, özbək şairə, tərcüməçi Şəhla Qasımovadır. Kitaba azərbaycanlı akademik Nizami Cəfərov və filologiya elmləri doktoru, professor Almaz Ülvi rəy veriblər.
“Узбек шеърияти гулчамбари” adlı kitabın məsləhətçiləri Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva və Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.

2018

”Оч Эшикни” (Qapını aç) - Qənirə Paşayeva

Kitabın tərcüməçisi şair və tərcüməçi Xasiyyət Rüstəmova, tərtibçilər Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Bakıdakı Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalıdır.

Kitabdakı “Ön söz”ün müəllifi İmdod Avşardır. “Ön söz”də Qənirə Paşayevanın həyatı və yaradıcılığı haqqında məlumat verilir, onun əsərlərinin məziyyətlərindən danışılır.

Yazıda deyilir ki, Qənirə Paşayeva 2005-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır. Materialda Qənirə Paşayevanın deputat kimi fəaliyyəti haqqında da söhbət açılır.

2019

"Azərbaycan-Özbək ədəbi əlaqələri (1920-1960-cı illər)" Qulamhüseyn Əliyev

Bu kitab Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında hazırlanmış və təqdim edilmişdir.

Tədqiqatçı alim-filoloq Qulamhüseyn Əliyev, 1920-1960-cı illərdə və ondan əvvəlki dövrlərdə Azərbaycan-Özbəkistan münasibətlərini əsərdə ətraflı tədqiq etmişdir.

Kitab bu dövrün ədəbi prosesini araşdıran ilk elmi əsərdir. Azərbaycan-Özbək ədəbi əlaqələrini araşdıran iki ölkənin tədqiqatçı, ədəbiyyatşünas alimləri üçün elmi və nəzəri mənbə olan nəşr, dərin analitik materialla zəngindir.

Qeyd etmək lazımdır ki, müəllif Səmərqənd və Buxarada bir neçə işgüzar səfərlərdə olmuş, bir müddət Daşkənddə yaşamışdır. Özbək dilini mükəmməl bilməsi ona iki xalqın ədəbiyyatı arasında dərin oxşarlıqları bu əsərində göstərmişdir.

2019

“Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca" Lüğət

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çap olunan Azərbaycan-özbək və özbək-özbək lüğəti dövrün tələbinə layiqli cavab oldu.

Qeyd etmək lazımdır ki, lüğət üzərində işləyərkən digər lüğətlər nəzərdən keçirilb, öyrənildi və bəzi məqamlar nəzərə alınmışdır.

Bu lüğətin nəşrinin aktuallığı, bütün sahələrdə xalqlarımız arasında dostluq əlaqələrinin genişlənməsi və dövrün, daha da çox ünsiyyətə və biliyə ehtiyacın artması ilə şərtlənir. Bu gün klassiklərin və müasirlərin kitabları xalqlarımızın dillərinə tərcümə olunur və bu işdə bizə Azərbaycanca- Rusica və Rusca- Azərbaycanca lüğətləri köməklik edir.

Bir neçə vacib detalı vurğulamaq istərdim: bu çox rahat oxuna biləcək bir şrift, keyfiyyətli kağız, cədvəllərin olması, müəyyən bir sözün tələffüzünü və axtarışını asanlaşdıracaq.

2019

“Ovçu” (Ovçu) - - yazıçı Yunus Oğuz.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində yazıçı-publisist, dramaturq və alim-tarixçi Yunus Oğuzun "Ovçu" romanı özbək dilində çap olunmuşdur. Roman, 2016-cı ilin aprel hadisələrinə həsr edilmişdir.
Müəllifə sözlərinə görə, roman müasir tariximizlə bağlı yazdığı ilk əsərdir. O, azadlıq, vətənpərvərlik və şərəfli tariximizi əks etdirən əsərlər yaratmağa davam etməyi planlaşdırdığını qeyd etmişdir. "Ovçu" romanında yaradılan qəhrəmanlıq, öz torpağına olan sevgi və vətənpərvərlik obrazları gənclər üçün bir nümunədir.
Bu nəşr gənc nəslin vətənpərvərlik ruhunun inkişafında müsbət rol oynayacaqdır.
Kitab Özbəkistan oxucuları tərəfindən yüksək qiymətləndirilib.


2019

“Bir səfirin manifesti” - yazıçı Hafiz Paşayev.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə Azərbaycan Xarici İşlər nazirinin müavini, ölkəmizin ABŞ-dakı ilk səfiri, ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin “Bir səfirin manifesti” kitabı çap edilmişdir.
Professor, ölkəmizin ABŞ-dakı ilk səfiri Hafiz Paşayevin Azərbaycanın Amerikadakı diplomatik nümayəndəliyinin necə başladığı, diplomatiyanın həlledici rolu, sülh və dostluq siyasəti, təbliğatı haqqında yazdığı “Bir səfirin manifesti” kitabında göstərmişdir.
Azərbaycan haqqında həqiqətlər, həll olunmayan problemlərin düzgün həllini tapmaq nə qədər vacibdir. Diplomatiya, həll olunmayan görünən problemləri həll etməyin ən yüksək sənətidir. Və "kövrək" dünyamızda diplomatiyanın rolunu qiymətləndirmək çətindir.
“Bir səfirin manifesti” kitabı həm gənc, həm də professional diplomatlar üçün dəyərli dərslik olacaqdır.


2019

Azərbaycan şairi, mütəfəkkiri İmadəddin Nəsiminin “Cananı sevərmən” adlı kitab Daşkənddə Özbək dilində çap olunub.

2019-cu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə “Nəsimi ili” elan edilməsi ilə əlaqədar Azərbaycanla yanaşı xarici ölkələrdə də çoxsaylı tədbirlər, layihələr həyata keçirilir.

Orta Asiyanın zəngin mədəni və ədəbi ənənələrə malik Özbəkistanda Nəsimi yaradıcılığına böyük maraq var, hələ Sovet dövründə Nəsimi əsərləri qardaş ölkədə çap olunub.

Verilən məlumata görə, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə dahi Nəsiminin qəzəlləri Özbək dilinə tərcümə olunmuş və Daşkənddə çapdan çıxmışdır.

“Cananı sevərmən” adlı kitab böyük Azərbaycan şairi, mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili”nə həsr olunub. Qəzəlləri orjinaldan Özbək dilinə tanınmış Özbək alim, tərcüməçi Tahir Qaxxar çevirib.

Layihənin rəhbəri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov nəşrə yazdığı “Ön söz”də Azərbaycan, fars və ərəb dillərində çoxsaylı orijinal əsərlər yaratmış dahi Nəsiminin ölkə poeziyası və ədəbi dilinin inkişafında əvəzsiz xidmətlərini qeyd etmiş, Nəsimi yaradıcılığının dilçilik, eləcə də Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. S.Abbasov Azərbaycan ədəbiyyatında həm də eşq şairi kimi tanınan Nəsiminin bu qəbildən olan şeirləri fəlsəfi baxımdan dünya poeziyasının inciləri siyahısına daxil edildiyini qeyd edib, Nəsiminin əsərlərinin Azərbaycanla yanaşı, Yaxın Şərq, İraq, Kiçik Asiya, eləcə də Orta Asiyada geniş şöhrət qazandığını yazıb.

Nəşrin elmi məsləhətçisi filologiya elmləri doktoru Sona Vəliyevadır. “Cananı sevərmən” adlı kitabda Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan Nəsimi irsinə dair əlyazmaların surətləri, habelə Nəsiminin rubailəri əsasında tanınmış azərbaycanlı xəttat Qulamhüseyn Darabadinin hazırladığı miniaturların surətləri yer alıb.

Kitabın Daşkənddə və Bakıda Azərbaycan və Özbək alimlərinin iştirakı geniş təqdimat mərasiminin keçirilməsi, habelə Özbəkistan və Azərbaycanın aparıcı kitabxanalarına hədiyyə edilməsi planlaşdırılır.

2019

«Азербайджан: 100 вопросов и ответов» (Azərbaycan: 100 sual və cavab)

Kitab müxtəlif sahələrdə İqtisadiyyat, siyasət, mədəniyyət, xalqın adət-ənənələri və çoxsaylı suallara cavab verir. Nəşr Azərbaycan Respublikasının mədəniyyəti, iqtisadiyyatı, tarixi və siyasəti ilə maraqlananlar üçün böyük maraq doğurur.
Qeyd edək ki, sualların hamısı ətraflı formada təqdim olunur və təsvirlərlə müşayət olunur.



"Герой нашего времени Ибад Гусейнов" (Dövrümüzün qəhrəmanı İbad Hüseynov)

Azərbaycan xalqının mərd oğlu, millətin qüruru İbad Hüseynovun qəhramanlığını ğöstərən kitabdır. Nəşr gənc nəsil üçün böyük maraq kəsb edir. Bu kitab, gənc nəslin vətəninə və xalqına sevgi ruhunda tərbiyə olunması üçün bir nümunədir.



«Кулинария клептомания» - müəllifi Tahir Əmiraslanov

Kitab milli Azərbaycan mətbəxindən bəhs edilir hansıki, illərdir başqa xalqlar bu mətbəxə yiyələnməyə çalışır. Nəşrdə yalnız milli yeməklər üçün reseptlər deyil, həm də adlarının mənşəyi tarixi izah olunur.



"Dədə Qorqud. Ensiklopediyası" 1-2 с.

Azərbaycan ədəbiyyatı hekayə, mahnı və əfsanələrlə zəngindir. Bu nəşr türk eposlarının qəhrəmanlğını - müdrikliyin, xeyirxahlığın və qədimliliyini özündə təcəssüm eetdirən – Dədə Qorquddan bəhs edir. Bu tarixi şəxsiyyət bütün türk xalqlarının ədəbiyyatında var.
Nəşr tarixçilər, ədəbiyyatşünaslar, folklorşünaslar və təbii ki, humanitar universitetlərin tələbələri üçün hazırlanmışdır.



Daşkənddə Nizami Gəncəvinin "Xəmsə"si ilk dəfə olaraq özbək dilində çap edildi.

Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin dünya miqyasında araşdırılması və təbliği istiqamətində son vaxtlar olduqca önəmli addımlar atılmaqdadır.
Bəşəriyyətin yetirdiyi ən nəhəng və parlaq dühalardan biri kimi qəbul edilən Nizaminin layiqli səviyyədə, yeni dövrün tələblərinə uyğun tədqiqi və tanıdılmasına yönələn bütün addımlar, Nizaminin adıyla yanaşı, ümumən Azərbaycana aid aktual məsələləri gündəmə gətirir.
Nizami Gəncəvi yaradıcılığına Özbəkistanda da böyük maraq vardır və dahi şair xalq arasında çox sevilir. Daşkənddə dahi şairin büstü və onun adına Daşkənd Dövlət Pedaqoji Universiteti fəaliyyət göstərir. Azərbaycan Səfirliyi və onun nəzdindəki Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənd Dövlət Pedaqoji Universitetində Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi yaradılmış və Mərkəz Nizami irsini, yaradıcılığını, iki ölkə arasında dostluq əlaqələrini geniş təbliğ edir.
Bu il Özbəkistanda Azərbaycanın böyük şairi Nizami Gəncəvinin anadan olmasının 875 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirir. Sözügedən tədbirlər çərçivəsində şairin bütöv əsərlərinin "Xəmsə"sinin ilk dəfə olaraq Özbək dilinə tərcüməsinin həyata keçirilməsi, Nizami yaradıcılığının qardaş ölkədə təbliği, yerli mətbuatda çoxsaylı məqalələrin dərc edilməsi və Nizami irsinin təbliği Mərkəzinin fəaliyyətinin genişləndirilməsi əsas məsələlərdəndir.
Özbəkistanda Nizami Gəncəvi əsərlərinin tərcüməçisi kimi tanınan şair Olimcan Buriyev dahi Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan beş əsəri tərcüməsini həyata keçirmişdir. O, uzun müddət apardığı gərgin iş nəticəsində orjinaldan özbək dilinə Nizami Gəncəvinin beş əsərini - "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" və "İskəndərnamə" əsərlərini daxil edərək tərcümə etmişdir.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Səfirlik və onun nəzdindəki Mədəniyyət Mərkəzinin layihəsi ilə "Nizami Gəncəvi: Xəmsə" adlı kitabı özbək dilində Daşkənddəki "İstiqlol nuri" nəşriyyatında çap edilmişdir. Kitabın redaktoru və ön sözün müəllifi akademik Aziz Kayumovdur. Ön sözdə qeyd edilir ki, Azərbaycanın qədim Gəncə şəhərində anadan olan dahi şair Nizami Gəncəvi öz qüdrəti ilə nəinki Azərbaycanda, Şərqdə və Qərbdə nəhəng söz ustadına çevrilmiş və onun yaratdığı beş əsər dünya ədəbiyyatının inciləri sırasına daxil olmuşdur.
O.Buriyev kitaba yazdığı "Epiloq"da vurğulayır ki, söz, sənət beşiyi olan qədim Arran eli - Azərbaycan nəhəng ustadlar yetişdirmişdir. Onlardan öz yaradıcılığı ilə ən parlaq və təkrarsız incilər yaradan dahi Nizamidir.
Tərcüməçi "epiloq" da qeyd edir ki, kitabı qardaş Azərbaycanın və vətəni olan Özbəkistanın dövlət müstəqilliyinin 25 illik yubileyinə həsr edir. Kitabın sonunda üz qabığında Nizami Gəncəvinin Gəncə şəhərindəki məqbərəsinin fotoşəkli öz əksini tapmışdır.
Qeyd edək ki, O.Buriyevin "Nizami Gəncəvi: Xəmsə" adlı özbək dilində kitabı Özbəkistanın elmi və tədris müəssisələrinə, habelə Özbəkistan kitabxanalarına paylanması nəzərdə tutulmuşdur.

2018

"Azərbaycan xalq cümhuriyyəti ensiklopediyası" - 1-2 cild

Bu ensiklopedik nəşrlə maraqlanan hər kəs ona lazım olan suallara cavab tapacaqdır. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və yaranma səbəbləri, həmçinin Şərqdə ilk Demokratik Dövlətin yaradılması zamanı ölkənin tarixinin, dövlət rəmzlərinin, beynəlxalq vəziyyətin daha da inkişaf etdirilməsində böyük rol oynamış Azərbaycan xalqının görkəmli şəxsiyyətləri haqqında məlumatlar bu kitabda öz əksini tapmışdır.



"Azərbaycan musiqi alətləri"

Azərbaycanın musiqi mədəniyyəti özünəməxsus və çoxşaxəlidir. Bu nəşr, Azərbaycan milli musiqi alətləri, onların yaranma tarixi, tətbiqi və digər faktlardan bəhs edir.
Kitab geniş oxucu kütləsi, xüsusən də Azərbaycan musiqisinə maraq göstərənlər üçün maraqlı olacaq.



Nizami Gəncəvi əsərləri - 1-2 cild.

Azərbaycan ədəbiyyatının dahi şairi Nizami Gəncəvi əsərlərinin zəngin şəkildə təsvir edilmiş iki cildlik kitabının gözəl bir nəşri oxucunu bəşər hisslərinin bolluğunun, gözəllərin və əbədi istəklərin hökm sürdüyü ölməz əsərlərinin sehrli dünyasına aparacaqdır. Böyük Nizaminin ölməz əsərləri bu gün aktualdır.
Kitab ən geniş oxucu kütləsi üçün hazırlanmışdır.



Böyük Azərbaycan şairi Nizami - Yevgeni Bertеls

Şərqşünas, alim Bertels öz əsərini böyük Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr etmişdir.
Kitab poeziya həvəskarlarını və bütün Nizaminin yaradıcılığını, eləcə də geniş oxucu kütləsində maraq oyadır.



"Aзərbajчaн тарихи"

Azərbaycanın tarixi keçmişi, vətəni üçün canlarını fəda etmiş dahi şəxsiyyətləri - bu kitabın əsas məzmunudur.
Kitab geniş oxucu kütləsi, həmçinin humanitar universitetlərin tarixçiləri və tələbələri üçün maraqlı olacaq.



"Культурное наследие Узбекистана в музеях Москвы" (Özbəkistanın mədəni irsi Moskva muzeylərində)

Zəngin təsvir edilmiş nəşrdə Xorazm dövrünün ilk dəmir (Neolit) dövrünə aid abidələri, Özbəkistanın qədim və erkən orta əsr sənət abidələri, 19-20 ci əsrlərdə Özbəkistanın keramikası, toxuculuq, ağac məhsulları, zərgərlik əşyaları və daha çox digər mədəni irsi göstərilmişdir.



"Qobustan petroqlifləri"

Qədim Qobustan - mədəniyyət ocağıdır, Azərbaycan qədim sivilizasiya ocağının mərkəzində yerləşir. Mağara şəkilləri əsrlərdən bəri nəsillərə ötürülən bir səlnamədir. Əsrarəngiz Qobustan, arxeoloji tapıntılar, getdikcə yeni kəşflər bu tarixi abidənin qədimliyini göstərir.
Tarixçilər, arxeoloqlar və geniş oxucu kütləsi bu nəşrdə ölkəmizin tarixinin qədimliyini sübut edən materiallarla tanış ola bilərlər.



"Музыкальное наследие Узбекистана в собраниях Российской Федерации" (Rusiya Federasiyasının kolleksiyalarında Özbəkistanın musiqi irsi)

Nəfis tərtibatlı nəşr Əlişir Nəvainin “kitab müəllimdir” epiqraflı giriş məqaləsi ilə açılır. Özbək xalqı bəşəriyyətin musiqi xəzinəsinə böyük töhfə verdi. Nəşr Özbəkistanın musiqi mədəniyyətindən, Şərq Əlyazmaları İnstitutundan, Rusiyanın Etnoqrafiya Muzeyindən, Glinka Ümumrusiya Musiqi Mədəniyyəti Birliyindən bəhs edir.
Nəşrdə müğənniləri, musiqiçiləri, sənətçiləri, musiqi alətləri ustalarını əks etdirən ötən illərin sənədli fotoşəkilləri də yer alır.



"Художественная Культура Центральной Азии и Азербайджана IX-XV веков Архитектура том 4" (IX-XV əsrlərdə Orta Asiya və Azərbaycan Bədii Mədəniyyəti Memarlıq 4-cü cild) – Səmərqənd-Daşkənd, 2013.

Kitab Beynəlxalq Orta Asiya Araşdırmaları İnstitutunun həyata keçirdiyi layihə çərçivəsində nəşr olunmuşdur. Layihənin məqsədi keramika, memarlıq və digər tətbiqi sənət sahələri də daxil olmaqla XIX-XV əsrlərə aid geniş maddi və bədii mədəniyyət abidələri haqqında elmi məlumatları sistemləşdirməkdir.



"Собрание института Восточных рукописей Российской АН" - (Санкт-Петербург) ("Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmalar İnstitutunun kolleksiyası" - (Sankt-Peterburq))

Əziz oxucu, zəngin material qədim və orta əsrlər Özbəkistanın yazılı və kitab mədəniyyətini, İslamdan əvvəlki dövrə aid yazılı abidələri, Şərq İntibahının yazılı abidələrini, kitab sənətinin inkişafının qızıl dövrünü anlamağa kömək edəcəkdir.



"Кровавая память истории" (Tarixin qan yaddaşı) - S. Zeynalov

Ürək ağrısı və doğma yurd sevgisi ilə müəllif adi insanların çoxunun üzləşdiyi çətinliyi təsvir edir. Bu hekayə müəllifi oxucuları ilə görüşüdür. Material arxiv materialları əsasında hazırlanmışdır.
Müəllif gənclərimizi qanlı yaddaşın itirilməsindən qorumaq üçün kitabın geniş oxucu kütləsi üçün masaüstünə çevriləcəyinə ümid edir. Kitab geniş oxucu kütləsi üçün hazırlanmışdır.



"Тамерлан. Правитель и Полководец" (Tamerlane. Hökmdar və Komandir)- Harold Lamb

Şərqin hökmdarı, görkəmli komandir Tamerlanın əsrlər boyu orta əsr şərqinin geosiyasi quruluşunu əvvəlcədən müəyyənləşdirən, Zaqafqaziyadan Çinə qədər hərbi uğurları haqqında tərcümeyi-halı.
Tarixçilər, siyasətçilər, tədqiqatçılar, elm adamları eləcə də geniş oxucu kütləsi - bu nəşrlə maraqlanan oxucu qruplarına daxildir.



"Из истории становления культурно-гуманитарного сотрудничества народов Узбекистана и Азербайджана в годы независимого развития" (Müstəqil inkişaf illərində Özbəkistan və Azərbaycan xalqları arasında mədəni və humanitar əməkdaşlığın yaranması tarixindən) - Azər Adıgözəlov

Bu dərslik müasir beynəlxalq münasibətlər sisteminin mədəni aspektinin açılmasına və qloballaşma proseslərinin formalaşmasına öz töhfəsini verir.
Dərslik Azərbaycan və Özbəkistan arasındakı əlaqələri öyrənən tələbə və müəllimlər üçün faydalı dərs vəsait ola bilər.



"Собрание Государственного Эрмитажа" (Dövlət Ermitajının kolleksiyası) - Sankt-Peterburq

Üç dildə nəşr olunan gözəl təsvir olunmuş kitabda Daşkənd Oazisi, Fərqanə, Səmərqənd, Xarazm və digər bölgələrin qədim bölgələri haqqında maraqlı materiallar göstərilmişdir.
Burada saxsı qablar, zərgərlik əşyaları, sikkələr, portretlər, keramika, ağac, metal üzərində oyma rəsmlərinə rast gələ bilərsiniz.



"Собрание Государственного Музея Искусств Республики Каракалпакстан им. И. В. Савицкого" (İ.V. Savitsky adına Qaraqalpaqstan Respublikası Dövlət İncəsənət Muzeyinin kolleksiyası)

Qaraqalpaqstan Savitsky adına Dövlət İncəsənət Muzeyində yer alan rəsmlər, kətanlar, təbiəti təsvir edən sənət əsərləri, portretlər, natürmortlar, məşhur və naməlum əsərlər böyük bir mədəniyyət və estetik təbəqəni təmsil edir. Kolleksiya sənəti sevən hər kəs üçün maraqlı sənət nümunəsidir.
Kitab sənət sahəsindəki mütəxəssislər və geniş oxucu kütləsi üçün maraqlı olacaqdır.



"Исторический Центр Еревана (Иревана)" (Yerevanın tarixi mərkəzi (İrəvan))

Tarixi torpaqlarımız İrəvan xanlığı, Zəngəzur, Göyçə. Gənc nəsil, bütün dünya bu barədə bilməlidir. Hər bir azərbaycanlının vəzifəsi yalnız bilmək deyil, eyni zamanda ölkəmizin tarixi ilə bağlı məlumat, fakt və dəlilləri də yaymaqdır. Nəşr arxiv materialları köhnə fotoşəkillərlə və təsvirlərlə zəngindir.
Tarixçilərə, mədəniyyət xadimlərinə və geniş oxucu kütləsinə tövsiyə olunur.



"История Шекинских ханов" - (Şəki xanlarının tarixi) A. L. Əfəndi

Azərbaycanın tarixində qələbələr, şanlı adlar, əlamətdar hadisələrlə dolu misilsiz səhifələr var. Şəki xanlarının qısa tarixi ilk səhifələrdən başlayır və kitabın sonuna qədər davam edir.
Kitab qədim və daim gənc olan Azərbaycanın tarixi ilə maraqlanan hər kəs üçün maraqlıdır. Tarixçilərin, tələbələrin və digər kateqoriyaları oxuculara materialla tanış olmağı məsləhət görürük.



"Религии Центральной Азии и Азербайджана. Том 4-тый Христианство" (Orta Asiya və Azərbaycan dinləri. Cild 4 Xristianlıq)

Kitab Beynəlxalq Orta Asiya Araşdırmaları İnstitutunun (IICAI) təşəbbüsü ilə həyata keçirilən "Orta Asiya və Azərbaycanın qədim və orta əsrlərə aid arxeologiya abidələrində" beynəlxalq layihəsi çərçivəsində çapdan edilmişdir. Əsas məqsəd bu bölgədə yaşayan xalqların mənəvi mədəniyyətini öyrənmək, qorunan yazılı mənbələri və arxeoloji materialları populyarlaşdırmaqdır.
Bu nəşr mütəxəssislər, universitet tələbələri, eləcə də tarixi keçmişi ilə maraqlanan geniş oxucu kütləsi üçün maraqlıdır.



Nizami Gəncəvinin daha bir əsəri “Xosrov və Şirin” poeması Daşkənddə özbək dilində çap edildi.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Daşkənddəki “Bilim və intellektual salohiyyat” nəşriyyatında özbək dilində çap edilib.

Qeyd edək ki, “Xosrov və Şirin” poemasını Özbəkistanın xalq şairi Camal Kamal özbək dilinə tərcümə edib.

Kitabın layihə rəhbəri Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, rəyçi akademik, Özbəkistanın tanınmış alimi Bəxtiyar Nəzərov, “Ön söz”ünün müəllifi akademik, AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, redaktoru dossent Gülbahar Aşurovadır.

Artıq Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Camal Kamalın tərcüməsində “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “İskəndərnamə” əsərinin “İqbalnamə”, “Şərəfnamə” əsərləri özbək dilində Daşkənddə çap olunub.

Əldə etdiyimiz məlumata görə Camal Kamal tərəfindən artıq Nizami Gəncəvinin son əsəri “Yeddi gözəl” əsəri də özbək dilinə tərcümə edilərək, çap olunması məqsədi ilə Mədəniyyət Mərkəzinə təqdim olunub.

Ənənəyə əsasən Nizami Gəncəvinin Özbəkistanda özbəkcə nəşr olunan kitablarının üz qabığının arxa səhifəsində dahi Nizami Gəncəvinin dünyanın müxtəlif ölkələrindəki heykəllərinin şəkilləri öz əksini tapır. “Xosrov və Şirin” kitabının üz qabığında isə şairin doğulduğu Gəncə şəhərində ucaldılan heykəli öz əksini tapıb.

“Ön söz”də vurğulanır ki, məhəbbət və insanliq dastanı olan “Xosrov və Şirin” poeması Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məşhur “Xəmsə” – “Beşlik”inin ikinci böyük əsəridir və şairin əsərlərinin mirvarisi sayılan bu poema üzərində iş 1180-ci ildə işə başlayıb. Akademik Teymur Kərimli qeyd edir ki, Nizaminin “Xosrov və Şirin” poemasında məhəbbət konsepsiyasının qoyuluşu və ideya-estetik həlli maraqlıdır və böyük şairin novator üslubunun başlıca göstəricilərindən birinə çevrilərək, onun sənətinin gücü qarşısında oxucu heyrətini daha da artırır. ““Kainatda hər şey cəzbə bağlıdır!” deyən Nizami ümumdünya cazibə qanununu Nyutondan 500 il əvvəl irəli sürmüş olur və bu cazibəni “eşq” adlandıran Azərbaycan şairi təbiət hadisələri ilə insan münasibətləri arasında qırılmaz bir bağın olduğunu təsdiq etmiş olur.”

Özbək dilində çap olunan “Xosrov və Şirin” kitabında dünyanın müxtəlif muzey, kitabxanalarında əsərə aid saxlanılan unikal miniaturların rəsmləri də yer alır. Bunların arasında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda, Britaniya Muzeyində, Rusiya Federasiyasının Sankt-Peterburq Saltıkov-Şedrin adına Dövlət Kütləvi Kitabxanasında, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Sankt-Peterburq şöbəsində, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılan əlyazmalardan verilmiş miniaturlar vardır.

Mədəniyyət Mərkəzinin çap etdirdiyi kitablar, o cümlədən “Xəmsə”yə daxil olan əsərlər Özbəkistanın və Azərbaycanın aparıcı kitabxanalarına, elm, təhsil, tədqiqat müəssisələrinə göndərilir.

Qeyd edək ki, Nizami irsinin Özbəkistanda tanıdılması və geniş təbliği məqsədilə 2015-ci ildən Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzi xüsusi layihəyə start vermişdir. Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində Mədəniyyət Mərkəzi ilə Özbəkistanın xalq şairi Camal Kamal arasında Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan beş əsərin bütövlükdə özbək dilinə tərcümə olunması ilə bağlı müqavilə imzalanıb və bu layihəyə start verilib.

2019

Özbəkistanda şair Fərid Hüseynin “Səmərqənd divanı” adlı kitabı çap olunub.

Özbəkistanda gənc şair Fərid Hüseynin kitabı işıq üzü görüb. “Səmərqənd divanı” adlı poetik silsiləsi Azərbaycan, özbək rus və dillərindədir.

Kitab Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi əsasında nəşr edilib. Layihənin rəhbəri Samir Abbasovdur. Kitabın özbək və Azərbaycan dilindəki variantının ön sözünü görkəmli Xalq yazıçısı Anar yazıb. Nəşrin rus variantının ön sözünü isə tərcüməçi Nicat Məmmədov qələmə alıb.

Kitabı orjinaldan özbək dilinə özbək alim, tərcüməçi Tahir Qahhar, rus dilinə Nicat Məmmədov tərcümə edib. Nəşrin Azərbaycan və rus dilindəki variantlarının redaktoru Səlim Babullaoğludur.

Kitabda Cavanşir Yusifli, Səlim Babullaoğlu, Əsəd Cahangir, Kənan Hacının ayrı-ayrı vaxtlarda dövrü mətbuatda “Səmərqənd divanı” haqqında yazdıqları və bildirdikləri fikirlər yer alıb.

Fərid Hüseynin “Səmərqənd divanı” poetik silsiləsi şairin fanilik hissinə, insan həyatının mənasına ucaltdığı poetik şərh hesab oluna bilər. Dünyanın faniliyi, ötəriliyi, bu şeirlərdə olduqca dərin şəkildə, fərqli məzmunda – bir şəhərin tarixi ekskursu kimi öz əksini tapmışdır.

Kitab iki doğma xalqın, dövlətin – Azərbaycan və Özbəkistanın ruhunun, təfəkkürünün, dünyagörüşünün yaxınlığının poetik ifadəsi baxımından da olduqca qiymətlidir. “Səmərqənd divanı” Azərbaycan və Özbəkistan ədəbiyyatına, ədəbi-mədəni əlaqələrinə dəyərli töhfədir.

Qeyd edək ki, cari ilin 19 aprel tarixində Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzində müəllifin iştirakı ilə kitabın təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

2019

"Biz Azərbaycanlıyıq. Xaricdə yaşayan Azərbaycanlı rəssamların kataloqu"

Təqdim olunan nəşrdə xaricdə yaşayan azərbaycanlıların tərcümeyi-halları və sənət əsərləri yer alır. Bu kitabda Xaricdə Yaşayan Azərbaycan Rəssamlar Birliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə yaradılıb.
Oxucu, istedadlı sənətkarların əsərləri ilə tanış ola biləcəkdir.



“Kaspi”- Maarifçilik Meydanı

"Xəzər - təhsil sahəsi" adlı kitab - Azərbaycanın maarifçilik tarixi, müstəqillik və dövlətçilik, mədəniyyət və ədəbiyyat məsələləri ilə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur.
Kitabda arxiv və tarixi materiallar, nadir sənədlər, fotoşəkillər, tədqiqat məqalələri əks olunmuşdur.



"Old Baku" (Köhnə Bakı) - Çingiz Qacar

Gözəl təsvir olunmuş kitabda tarixi sənədlərə və arxiv materiallarına əsaslanan zəngin və nadir material yer almışdır.
Nəşrdə mədəniyyət, sosial tədqiqatlar, ədəbiyyat, incəsənət, şəhərsalma, siyasət və digər məsələlər geniş əksini tapmışdır.



"Документы по русской политике в Закавказье" (Zaqafqaziyada rus siyasətinə dair sənədlər)

Nəşrdə Zaqafqaziyada rus siyasətinə dair, bu bölgənin sonrakı həyatına böyük təsir göstərən arxiv tarixi materiallar yer almışdır.
Kitab geniş oxucu kütləsi, xüsusən tarixçilər, ictimai elm xadimləri, siyasətçilər və humanitar universitetlərin tələbələri üçün maraqlı olacaqdır.



"Их лишили Родины" - (Vətənlərindən məhrum oldular) C. Zeynaloğlu

Tanınmış jurnalist tədqiqatçısının kitabında ziyalıların və Azərbaycanın tanınmış mütəfəkirlərinin repressiyası mövzusunda esselər yer alıb.
Kitab geniş oxucu kütləsinə, həmçinin tarixçilərə, tələbələrə və Azərbaycan tarixi ilə maraqlanan hər kəsə tövsiyə olunur.



"Исторические связи Азербайджанского и Узбекского народов" (Azərbaycan və Özbək xalqlarının tarixi əlaqələri) - Məhfuza Zeynalova

Kitabda iki qardaş xalqın çoxəsrlik dostluğundan, mərhələləri əməkdaşlığın əlaqələri, forma və xüsusiyyətləri barədə söhbət açılır. Bu gün mədəni əlaqələrimizi daha da gücləndirməyə kömək edən münasibətlərimizin müsbət istiqamətə yönəlməsi, Mədəniyyətlərin, ortaq bir dinin, xalqlarımızın qarşılıqlı maraqlarının yaxınlığı tarixin dərinliklərindən gəlir və getdikcə daha da güclənir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.



"Сверхзадача Эльчина" (Elçinin xüsusi tapşırığı) - E. Axundova

Kitab yazıçının - vətənpərvər, söz ustası, Azərbaycanın xalq yazıçısı Elçinin Əfəndiyevin həyat və yaradıcılığından bəhs edir. Azərbaycan ədəbiyyatı çoxşaxəlidir, maraqlıdır və rəngarəngdir. Problem və vəzifələr, perspektivlər və ədəbiyyatın bir çox digər sualları bu nəşrdə öz əksini tapmışdır.
Elçinin görkəmli şəxsiyyətlərlə görüşləri, dialoqları, birgə işləri - bütün bunlar ədəbiyyata marağı olan oxucular üçün maraq doğuracaq.





Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası