Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

Fortepiano kursu

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində mədəniyyətin müxtəlif sahələrinə dair çoxsaylı kurs və dərnəklər fəaliyyət göstərir. Yerli azərbaycanlıların, habelə Daşkənd şəhər sakinlərinin istəklərini nəzərə alınaraq Azərbaycan Mədəniyyət Mərkəzində uşaq və yeniyetmələr üçün fortepiano üzrə musiqi kursları açılır.

Fortepiano kursunu azərbaycanlı peşəkar musiqiçi – Asəf Zeynallı adına Bakı Musiqi Kollecində təhsil almış təcrübəli fortepiano müəllimi Günay Əliyeva tərəfindən aparacaqdır. İştirakçılar Mədəniyyət Mərkəzi tərəfindən nəşr və digər əyani vasitələrlə təmin edilir.

Xüsusi bir təlim kursu sayəsində uşaqlar və yeniyetmələr fortepiano musiqi aləti ilə ifanın onun sirlərinə yiyələnəcəklər. Kurslarda tədrisə musiqi duyumunun inkişafı, ritmin inkişafı, pianoda ifa etmək texnikası və metodikası, notla ifa etmək üsulu və qaydaları daxildir.

Musiqi təhsilini başa vurduqdan sonra uğur qazanan tələbələrə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin diplomları və sertifikatları veriləcəkdir. Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət göstərən fortepiano kurslarında iştirakçılar praktiki olaraq Azərbaycan, Özbək və dünya klassiklərinin əsərlərinin ifası üzrə məşğələlər keçəcəklər.

Kurslarda iştirak edəcək istedadlı uşaqlar mütəmadi olaraq Mədəniyyət Mərkəzinin layihələrinə, habelə keçirilən tədbirlərə, müsabiqələrə cəlb olunacaqlar. Kurslarda iştirak etmək üçün Azərbaycan Mədəniyyət Mərkəzinin (+71) 293 53 56, 293 50 92 nömrəsinə zəng edə bilərsiniz.





Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası