Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat
Az   |   Рус

Kompyuter kursu

Cari il 1 aprel tarixindən Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində kompyuter kursları da fəaliyyətə başlamışdır. Kurslarda müxtəlif kompyuter proqramları (Windows, Microsoft Oficce, İnternet Explore) tədris olunur.

Dərslər ödənişsizdir. Həftədə 3 dəfə keçirilir: bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı, saat 15:00-da. Qeydiyyatdan keçmək üçün şəxsiyyəti təsdiq edən sənəd olmalıdır. Kursları azərbaycanlı mütəxəssis Lalə Orucova aparır. Artıq 30-dan çox uşaq və yeniyetmə kurslarda iştirak edir.

Kursların keçirilməsi üçün Mədəniyyət Mərkəzinin Kompyuter zalı kompyuter avadanlıqları, habelə daimi və sürətli İnternetlə təmin edilmişdir.

Əhali və kurs iştirakçıları kurslardan əlavə olaraq hər həftənin cümə günləri Mədəniyyət Mərkəzinə müraciət edərək kompyuterlərdən yararlana bilər və öz şəxsi işlərini yerinə yetirə bilərlər.

Kurslara yazılmaq üçün şəxs özü haqqında CV-ni dolduraraq Mədəniyyət Mərkəzinə təqdim etməlidir.

Kursları uğurla bitirən müdavimlərə Mədəniyyət Mərkəzinin sertifikatı veriləcəkdir.



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası