Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

Rəqs kursu



“Əməkdar artist Kaykep Aliyeva adına Azərbaycan qızları” Rəqs kursu - Heydər Əliyev adına Mədəniyyət Azərbaycan Mərkəzində fəaliyyət göstərən ilk kursdur.

Mərkəzdə kurslarda iştirak edən qabaqcıl uşaqlardan təşkil olunmuş “Azərbaycan qızları” rəqs ansamblı təşkil edilmişdir. Ansamblın bədii rəhbəri Javliyeva Kamola.

“Azərbaycan qızları” uşaq xoreoqrafik ansablı kiçik və böyük məktəbyaşlı uşaqlardan təşkil olunmuşdur. Bundan başqa, litsey və kollec tələbələri də burada iştirak edirlər. Kurslarda kiçik yaşlı uşaqlar xoreoqrafiyanın əsaslarını öyrənirlər. Bu qrupdan başlayaraq milli rəqslərin sadə, sonra isə daha mürəkkəb kompozisiyaları öyrədilir.

Dərslər ödənişsizdir. Həftədə 4 dəfə: bazar ertəsi, çərşənbə, şənbə, bazar günləri saat 15:00-da. Qeydiyyatdan keçmək üçün şəxsiyyəti təsdiq edən sənəd olmalıdır. Kursun əsas məqsədi – Azərbaycan uşaqlarını orijinal milli mədəniyyətə cəlb etmək və Özbəkistanda Azərbaycan rəqslərini təbliğ etməkdir. Tədris proqramında əsas yer folklor rəqs ənənəsinə verilir və müasir xoreoqrafiya öyrədilir. Təlimin teoretik hissəsinə girişdə uşaqlar milli rəqslərin elementləri olan videoyazılara baxırlar.

Kurs iştirakçıları Azərbaycan Respublikasının ən yaxşı kolleltivlərinin çıxışlari, Azərbaycan bəstəkarlarının, muğənnilərinin və rəqqaslarının fəaliyyəti ilə tanış olurlar. Sonradan Azərbaycan Respublikası incəsənət ustalarının musiqi və mahnıları əsasında rəqslər qoyulur.

“Azərbaycan qızları“ kollektivinin tərkibi 85 faiz azərbaycanlı uşaqlardan ibarətdir. Özbəkistanda yaşayan başqa millətlərin uşaqları da kurslarımızda fəal iştirak edir və Azərbaycan rəqslərini öyrənirlər.

“Əməkdar artist Kaykep Aliyeva adına Azərbaycan qızları” ansamblının repertuarı daim yenilənir – bu azərbaycan folkloru, şərq xalqlarının muasir rəqsləri, dünya xalqlarının rəqsləridir. Əlbəttə ki, özbək xalq rəqsi və müasir rəqslər də kurslarda öyrədilir.

Ansamblın kollektivi müxtəlif respublika, şəhər və vilayətində təşkil olunan festivallarda və müsabiqələrdə fəal iştirak edirlər.

Ansambl üç dəfə “Özbəkistan – bizim evimiz“ və “Mexricon” festivallarının laureatları olmuşlar.





Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası