Samir Əlihəsən oğlu Abbasov — Azərbaycan Respublikasının Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

Samir Əlihəsən oğlu Abbasov.
Azərbaycan Respublikasının Özbəkistandakı Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru

html5 slider by WOWSlider.com v8.8

Samir Abbasov 1980-ci ildə Azərbaycan Respublikasının Ucar rayonunda anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq-İnformasiya fakültəsinə daxil olmuş, 2002-ci ildə sözügedən fakültəni uğurla başa vurmuşdur.

2002-2004-cü illərdə Kitabxanaşünaslıq-İnformasiya fakültəsində Biblioqrafiyaşünaslıq ixtisası üzrə magistr təhsili almış və Bakı Dövlət Universitetini qırmızı diplomla başa vurmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstittutunun doktorantıdır.

Əmək fəaliyyətinə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında - kitabxanaçı, biblioqraf, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının mütəxəssis, aparıcı mütəxəssis, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət Siyasəti şöbəsində və Nəşriyyat, reklamın təşkili, informasiya şöbəsində məsləhətçi vəzifələrində çalışmışdır.

2013-cü ilin fevral ayından Özbəkistan Respublikasındakı Azərbaycan Səfirliyinin nəzdnindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir.

S.Abbasov həmçinin Azərbaycanın Özbəkistandakı Səfirliyinin mədəniyyət, turizm, təhsil və diaspora məsələləri üzrə birinci katibidir.

O, 2008-2013-cü illər üzrə “Azərbaycan Respublikasında Kitabxana-İnformasiya sahəsinin inkişafı” üzrə Dövlət Proqramının Tədbirlər Planı”nın hazırlanmasında iştirak edib. 2009-2010-cu illərdə Azərbaycanın kitab abidələrinin reyestrinin yaradılması layihəsinin koordinatoru olub.

2010-cu ildə isə S.Abbasovun rəhbərliyi ilə “Dağıdılmış kitabxanalar və məhv edilmiş mədəni sərvətimiz” adlı layihə həyata keçirilib. Layihə nəticəsində ilk dəfə olaraq bütün işğal olunmuş ərazilərimizdə məhv edilmiş kitab sərvətimizə dair araşdırılma aparılmış, onların həcmi və Azərbaycan mədəni irsinə vurulan ziyan müəyyənləşdirilmiş, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin layihəsi ilə bu mövzuda 3 dildə (Azərbaycan, rus və ingilis) kitab buraxılıb.

2013-cü ilin fevral ayından Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təqdimatı ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin müvafiq əmri ilə Özbəkistan Respublikasındakı Azərbaycan Səfirliyinin nəzdnindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. S.Abbasov Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin mədəniyyət, turizm, təhsil və diaspora məsələləri üzrə birinci katibidir.

S.Abbasov Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatına dair 50-dan çox kitabın nəşrə hazırlanmasına rəhbərlik edib, 4 sənədli filmin ssenari müəllifi, habelə Özbəkistan mətbuatında ölkəmizə dair yüzlərlə məqalənin müəllifidir.

Samir Abbasov “Azərbaycan, Qarabağ, sülh və qalibiyyət üçün oxu” musiqi klipinin ideya müəllifi və bədii rəhbəridir. Onun rəhbərliyi ilə "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycana dair Özbək dilində yüzlərlə bölmənin yaradılması təmin edilib. Hazırda layihə davam edir.

Samir Abbasov 2015-2017-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Fəxri Fərmanları və təşəkkür məktubları, 2016-cı ildə Özbək-Azərbaycan mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə, 2017-ci ildə Türk dünyası ölkələri arasında mədəni-ədəbi əlaqələrin təbliği, bu istiqamətdə çoxsaylı layihələrə görə “TÜRKSOY” təşkilatının medalı ilə, Azərbaycan-Özbəkistan arasında elm, ədəbiyyat sahəsində əməkdaşlığın inkişafında xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə, 2018-ci ildə isə Azərbaycan-Özbəkistan arasında mədəniyyət sahəsində əlaqələrin dərinləşdirilməsi, xüsusi təşəbbüskarlıq və aktiv fəaliyyətinə görə Azərbaycan Respublikasının “Fəxri Mədəniyyət İşçisi” medalı ilə təltif edilmişdir.

2018-ci il 20 dekabr tarixində isə Azərbaycan və Özbəkistan arasında siyasi, mədəni-ədəbi əlaqələrin inkişafında xidmətlərinə görə Azərbaycan Mətbuat Şurasının Fəxri diplomu ilə təltif edilib.

2019-cı ildə Uğurlu diplomatik fəaliyyətə görə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan diplomatik orqanlarının yaradılmasının 100 illiyi medalı ilə, 2020-ci ildə isə Azərbaycanın tanıdılması və təbliği, qarşı tərəf ilə dostluq əlaqələrinin möhkəmləndirilməsinə görə Azərbaycan Respublikasının Prezident Administrasiyası, A. R. Diasporla iş üzrə Dövlət Komitəsinin təsis etdiyi medalı ilə təltif edilmişdir.

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası