Nadir Zaməddin oğlu Əlimirzəyev
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzinin direktor müavini
02 fevral 1980-cı ildə Azərbaycan Respublikasının Qəbələ rayonunda anadan olub.
N.Əlimirzəyev 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” fakultəsinə daxil olmuşdur.
2002-ci ldə hərbi xidməti bitirdikdən sonra N.Əlimirzəyev fərdi sahibkarlıqla- Kompyuter proqramları və xarici dillər üzrə tədris mərkəzlərin fəaliyyəti ilə məşğul olmuşdur.
2008-ci ildə “AZƏRSUN HOLDİNQ"-də İnsan Resursları departamentində aparıcı mütəxəssis, 2009-2017-ci ilərdə “DəmirBank”ASC-də Maliyyə Nəzarəti departamentində Maliyyə analitiki, 2018-ci ildə "Kontakt" MMC-də analitik vəzifələrində çalışmışdır.
03 avqust 2018-ci il tarixindən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində direktor müavini vəzifəsində çalışır. O, Mərkəzin nəşr layihələrini, təşkilati və təbliğati işləri həyata keçirir, Mərkəzin Veb-saytının, İnformasiya kommunikasiya texnologiyalarının işini, kurs və dərnəklərin texniki təchizatını, illik hesabatlar, maliyyə sənədləri, xərclərin icrası və ilkin hesabatların hazırlanmasını təmin edir.
Ailəlidir, 2 övladı var.