Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

Kərimulla Zəbulla oğlu Məmmədzadə
Özbəkistandakı Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru

html5 slider by WOWSlider.com v8.8

Məmmədzadə Kərimulla Zəbulla oğlu, 17 aprel 1981-ci ildə Azərbaycan Respublikası Masallı rayon Həsənli kəndində anadan olub. 1987-ci ildə Həsənli kənd orta məktəbində birinci sinifə gedib. 1998-ci ildə “Qafqaz” Universitetinin Türk dili və ədəbiyyatı fakültəsinə daxil olmuş, 2003-cü ildə təhsilini həmin universitetin magistr pilləsində davam etdirərək 2005-ci ildə məzun olmuşdur. 2006-2010-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertanturasında təhsil almışdır. 2015-ci ildə “Gelibolulu Müslihəddin Mustafa Sürurinin “Bəhrül-məarif” əsərinin tədqiqi” mövzulu dissertasiya işini uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Əmək fəaliyyətinə 2003-cü ildən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Türkdilli əlyazmaların tədqiqi” şöbəsində kiçik elmi işçi kimi başlamışdır. 2015-2016-cı illərdə YAP Masallı rayon təşkilatında çalışmışdır. 2016-2020-ci illərd AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Təhsil şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2020-ci ilin dekabr ayında AMEA Rəyasət Heyəti Elm və Təhsil İdarəsinin Magistratura şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 2020-ci ilin may ayından AMEA Rəyasət Heyəti aparatı Elmi təşkilat İdarəsində fəaliyyətimi davam etdirmişdir. 2021-ci ilin iyun ayından AMEA Məhəmməd Füzuli adına Əlyazmalaram İnstitutunun “Nizami Gəncəvi əlyazmalarının tədqiqi” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışmışdır.

2022-ci ilin dekabr ayından Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində inspektor vəzifəsində çalışır. Eyni zamanda Daşkənd Dövlət Şərqşünaslıq Universitetininin Türkologiya kafedrasının müəllimidir.
4-ü xaricdə olmaqla 29 elmi məqalənin və 5 monoqrafiyanın məllifidir.
Ailəlidir, beş övladı var.

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası