Yusif İntiqam oğlu Məmmədov
Özbəkistandakı Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət Mərkəzinin inzibatçısı
Məmmədov Yusif İntiqam oğlu 1 fevral 1995-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub.
2012-2016-cı illərdə Moskva Maliyyə və Sənaye Universiteti “Sinergiya” “Menecment” fakültəsində təhsil alıb.
2017-2018-ci illərdə “Azimut” Təhsil Mərkəzində “Administrator” vəzifəsində çalışıb. 2017-2019-cu illərdə “SMART SAFETY” MMC “Administrator” habelə "TRADESERVICE AZ" MMC menecer vəzifələrində çalışıb.
05 iyun 2019-ci il tarixindən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində inzibatçı vəzifəsində çalışır.
O, Mədəniyyət Mərkəzin tədbirlərin təşkilati və təbliğatı işləri həyata keçirir, ictimaiyyətlə əlaqələr, mətbuatla iş, Veb-saytının idarə edilməsi, “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında Özbək dilində Azərbaycana dair bölmələrin yaradılması, habelə İnformasiya kommunikasiya texnologiyalarının işini, aylıq və illik hesabatlar hazırlanmasını təmin edir.
Fəaliyyətində fərqləndiyinə görə Y.Məmmədov “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Özbəkistandakı Səfirliyinin, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının, habelə “Gorqud Wikipediya Methodic Club”unun Fəxri Fərmanları və Diplomları ilə təltif edilib.
Hazırda Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun Mədəniyyət və İncəsənət Sahəsində İdarəetmə Fakültəsinin magistratura pilləsində təhsil alır.
Subaydır.