Ünvan: Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Telefon: (+99871) 293 53 56 , (+99871) 293 52 89
E-mail:culcenter.az@gmail.com
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistan Dövlət Televiziyası ilə birgə layihəsi əsasında «Heydər Əliyev ili» münasibəti ilə növbəti «Mənbələr sözləşəndə» adlı televiziya verilişini Azərbaycan xalqının Ümummilli lideri, Azərbaycan-Özbəkistan dostluğu və dövlətlərarası münasibətlərində müstəsna xidmətləri olan Heydər Əliyevə həsr edib.
Azərbaycanın Elm və Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsinin həyata keçirdiyi OCEP layihəsi çərçivəsində Bakı şəhər 53 saylı orta məktəbin müəllim və istedadlı şagirdlərindən ibarət nümayəndə heyəti cari il 21-25 mart tarixlərində Özbəkistanda səfərdədirlər. Layihəyə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycandakı Özbəkistan Səfirliyi xüsusi dəstək göstərir.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin, Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, yerli azərbaycanlılar, Daşkənddəki ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin prorektoru Firuza İkramxanova, Universitetin professoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinovu qəbul edib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanın Sırdərya vilayətində olub və vilayətdə Azərbaycan diaspor təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Əzizağa Bayramov arasında görüş keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanda səfərdə olan İrəvan Dövlət Dram Teatrının rəhbəri, Əməkdar mədəniyyət işçisi İftixar Piriyevlə görüşüb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan Səfəvi imperiyasının banisi və birinci şahı, ilk dəfə olaraq Azərbaycan ərazilərini vahid dövlətdə birləşdirən və Azərbaycan türkcəsini dövlət dili elan edən hökmdar, şair Şah İsmayıl Səfəvi haqqında “Wikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində “Shoh Ismoil Safaviy” adlı bölmə istifadəyə verilib.
Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşkilatçılığı, Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialının moderatorluğu ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Xalqa bağışlanan ömürdən anlar" mövzusunda onlayn Beynəlxalq elmi-nəzəri konfrans keçirilib.
Monoqrafiyada qədim dövrdən bugünədək Özbək və Azərbaycan - iki qardaş xalqın qarşılıqlı əlaqələri, mədəni-mənəvi əməkdaşlığı, dövlətlərarası münasibətlər, rəsmi dövlət sənədləri, arxiv materiallarla bağlı məlumatlar konkret tarixi faktlar yer alıb.
Özbəkistanın nüfuzlu www.xabar.uz, daryo.uz, azon.uz, www.qalampir.uz, zamin.uz saytlarında Ermənistanın Azərbaycana son tərtibatına aid məqalələr yer alıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Soqdiana” Özbəkistan xalq çalğı alətləri kamera orkestrinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət “Dostluq” konserti təşkil olunub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan-Özbəkistan Dostluq Muzeyinin açılış mərasimi olub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə Daşkənd Dövlət Transport Universiteti ilə birgə Maqsud Şeyxzadəyə həsr olunmuş “Mənim iki Vətənim var – Azərbaycan və Özbəkistan” adlı beynəlxalq konfrans keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rektoru Eldor Şermanovun rəhbərliyi ilə geniş nümayəndə heyətinin cari il 23-28 fevral tarixlərində Azərbaycana səfəri təşkil olunmuşdur. Nümayəndə heyətini səfərdə Mədəniyyət Mərkəzimizin inzibatçısı, ictimaiyyət və KİV-lərlə iş üzrə mütəxəssis Yusif Məmmədov müşaiyət edib.
Samir müəllim, dünən məlumat əldə etdik ki, Azərbaycan və Özbəkistanın bir sıra şəhərləri, xüsusi ilə Xivə və Şuşa şəhərləri arasında «Qardaşlaşmış şəhərlər» haqqında müqavilə imzalanıb. Bu barədə fikirlərinizi bölüşməyinizi xahiş edirik.
Azərbaycanın Özbəkistandakı səfirliyi, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Xocalı faciəsi ilə bağlı mərasim keçirib.
Azərbaycan ədəbiyyatının böyük şairi, dahi mütəfəkkir Nizami Gəncəvinin adını daşıyan Daşkənd Dövlət Pedaqoji Universiteti Özbəkistanda daim Azərbaycanla elm, mədəniyyət, ədəbiyyat sahəsində əlaqələrin inkişafında mühüm rol oynayır və Universitetin bazasında Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti fəaliyyət göstərir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun rektoru Eldar Şermanov arasında görüş keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2023-cü il üzrə Özbəkistan mətbuatı, ictimaiyyəti arasında Azərbaycan, habelə Özbəkistanla tarixi dostluq və əməkdaşlığa dair müsabiqə elan edilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, “İslahatçı Gəncələr” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Daşkənd şəhərində keçirilən “Azərbaycan-Özbəkistan Gənclərinin Dostluq Əməkdaşlıq Forumu” çərçivəsində “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycana dair özbək dillində yaradılan bölmələrin təqdimatı olub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycanın “İslahatçı Gənclər” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Daşkənd şəhərində ilk dəfə olaraq “Azərbaycan-Özbəkistan Gənclərinin Dostluq və Əməkdaşlıq Forumu” baş tutmuşdur.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Əlişir Nəvai və XXI əsr” mövzusunda 8-ci beynəlxalq konfrans keçirilib. Konfrans Ədəbiyyat İnstitutu, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti və Özbəkistan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşıb.
Özbəkistanın darakchi.uz adlı aparıcı xəbər portalında bu ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin birinci katibi Samir Abbasovun Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi ekoloji terror, buna etiraz edən azərbaycanlı ekofəalların aksiyası, habelə yerli əhalinin blokadada saxlanılması haqqında Ermənistan tərəfinin dünyaya yaydığı yanlış məlumatlara dair geniş müsahibəsi dərc olunub.
Özbəkistanın aparıcı media təmsilçiləri, çoxsaylı respondentlər, tanınmış simalar, ictimaiyyət nümayəndələri arasında keçirilmiş onlayn sorğunun nəticələri məlum olub. Bununla əlaqədar, Daşkənddəki Əlişir Nəvai adına Panorama Kino sarayında təntənəli mükafatlandırma mərasimi təşkil olunub.
Özbəkistanın nüfuzlu www.xabar.uz, darakchi.uz, azon.uz, www.qalampir.uz, marifat.uz saytlarında Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi ekoloji terror, azərbaycanlı ekofəalların etiraz aksiyası dair silsilə məqalələr dərc olunub.
Özbəkistanın nüfuzlu www.xabar.uz, darakchi.uz, azon.uz, marifat.uz, human.uz saytlarında 20 Yanvar faciəsinin 33-cü ildönümünə ilə əlaqədar silsilə məqalələr yer alıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2023-cü il “Heydər Əliyev ili” münasibətilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına və Özbəkistanın vilayətlərində yerləşən 14 mərkəzi kitabxanaya Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Türk dünyasından Şuşaya - Şuşadan Türk dünyasına" adlı layihə çərçivəsində eyni adlı nəşrin təqdimat mərasimi keçirilib.
Bununla əlaqədar Dostluq Cəmiyyəti tərəfindən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə məktub daxil olub. Məktubda qeyd olunur ki, Azərbaycan tarixinə “Qanlı Yanvar” faciəsi kimi yazılmış 20 Yanvar hadisələri Azərbaycanın azadlıq və müstəqilliyə gedən yolun, qardaş xalqın qəhrəmanlığının, şanlı tarixinin və birliyinin bariz göstəricisidir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan anma mərasimi keçirilib.
Azərbaycanın Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə XIX əsr Azərbaycanın bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvan haqqında “Wikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində “Xurshidbonu Notavon” adlı bölmə istifadəyə verilib.
2022-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Şuşa ili” elan olunub. Bu istiqamətdə biz mətbuatdan da daim tanış olduğumuz kimi xarici ölkələr arasında «Şuşa ili» ilə bağlı Özbəkistanda xeyli işlər, layihələr həyata keçirilmişdir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin Qadınlar Şurası ilə birgə Daşkənddə yaşayan azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi keçirib.
Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyinin əməkdaşları, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti, Özbəkistan Jurnalistlər İttifaqının rəhbərliyi, ictimaiyyət nümayəndələri, Özbəkistanın elm, mədəniyyət, ədəbiyyat xadimləri, jurnalistlər, yerli azərbaycanlılar iştirak ediblər.
Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzində 31 dekabr - dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib, Özbəkistanda 2022-ci il üzrə Azərbaycana dair elan edilmiş müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin İdarə Heyəti dünya ictimaiyyətinə müraciət edərək bəyan edir ki, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü məsələsində həmişə Azərbaycan xalqının, dövlətinin yanında olduğunu bəyan edib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Türkologiya fakültəsi bazasında Azərbaycan dili fakültəsinin yaradılması üzrə işlər aparılır.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Özbəkistanın “Yoshlar” telekanalının “Sayohatlar shamoli” verilişində Azərbaycan və Türk xalqlarının min illərə söykənən zəngin yaylaq ənənələri və elat mədəniyyətinin yaşadılması və təbliği məqsədilə ölkəmizdə hər il keçirilən Yaylaq Festivalı haqqında veriliş yayımlayıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Ankaradakı Türk Tarixi və Mədəniyyəti Fondunun layihəsi ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin mərkəzi foyesində “Türkistan və Qafqazların unikal tarixi xəritələri” adlı Azərbaycan-Özbəkistan-Türkiyə sərgisinin açılışı olub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında bu il tanınmış Azərbaycan şairi Əhməd Cavadın 130 illik yubileyi münasibəti ilə qardaş ölkədə silsilə tədbirlər və layihələr həyata keçirilir.
Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının böyük oğlu, dövlətçilik tariximizdə əvəzsiz xidmətləri olan dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı mərasim keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan və Özbəkistan Yazıçılar Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin dəstəyi ilə cari ilin mart ayından keçirilməsinə start verilən Azərbaycan və Özbəkistanın gənc şairlərinin iştirakı ilə “Məclisi - fəramuşan” adlı növbəti poeziya görüşləri keçirilib.
Prezident Serdar Berdiməhəmmədovun təşəbbüsü ilə Türkmənistan Mədəniyyət Nazirliyinin təşkil etdiyi bu tədbirdə beynəlxalq təşkilatların, əlaqədar nazirliklərin rəhbərləri və nümayəndələri, müğənnilər, musiqiçilər - milli musiqi alətləri ifaçıları iştirak edirlər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə azərbaycanlı tarixçi alim, jurnalist Teymur Atayevin müəllifi olduğu “Феномен Амира Теймура” adlı kitab Daşkənddə “Bilim və intellektual salaxiyat” nəşriyyatında rus dilində nəşr edilmişdir.
Cari ilin 9 dekabr tarixində Özbəkistanda Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində ölkənin elm, təhsil nümayəndələri, alim və tədqiqatçıların iştirakı ilə «Türkistan və Qafqazların unikal tarixi xəritələri» adlı Azərbaycan-Özbəkistan- Türkiyəsərgisinın açılışı nəzərdə tutulub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yazıçı, Özbək ədəbiyyatının dramaturqu, azərbaycanlı şair, ədəbiyyatşünas-alim, dünya ədəbiyyatı klassiklərinin özbək dilinə tərcümələrinin müəllifi, pedaqoq Maqsud Şeyxzadənin anadan olmasının 114-cü ildönümünə həsr olunmuş «Azadlığa can atan şair» adlı tədbir keçirilib.
Özbəkistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda Prezident Şavkat Mirziyoyevin təşəbbüsü və göstərişi ilə hazırlanmış 100 cildlik “Türk ədəbiyyatının inciləri” seriyasından olan kitabların təqdimatı keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində opera müğənnisi, kinoaktyor, bəstəkar, Azərbaycanın və SSRİ xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin göstərişi ilə Türk dövlətlərinin şair və yazıçılarının əsərləri Özbək dilinə tərcümə olunmuş “Türk ədəbiyyatının inciləri” adlı 100 cildlik kitablar seriyası Daşkənddə “Özbəkistan” nəşriyyatında çap edilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Türk dili bölümü üzrə Azərbaycan dili fakültəsi yaradılır.
Özbəkistan Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrı Bakıya qastrol səfəri çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində çıxış edib.
Özbəkistanın Dövlət Nəqliyyat Universitetində azərbaycanlı yazıçı, şair, dramaturq, tərcüməçi, görkəmli pedaqoq və ədəbiyyatşünas, Özbəkistanın Əməkdar İncəsənət Xadimi Maqsud Şeyxzadənin anadan olmasının 114-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə Mərkəzin nəzdindəki rəqs ansamblı və rəqs dərnəyinin uşaq və yeniyetmələri üçün milli rəqslərimizə dair ustad dərslərinə başlanılıb.
Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Tarixi və Mədəniyyəti Fondunun rəhbəri Nizamettin Aykurt Özbəkistan səfəri çərçivəsində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib və Mərkəzin direktoru Samir Abbasovla görüş keçirib.
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi və Türk Tarixi və Mədəniyyəti Fondu arasında əldə edilən razılığa əsasən 2023-cü ildə Azərbaycan-Özbəkistan arasında Şuşa və Səmərqəndin Türk mədəniyyətinə töhfələri, habelə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş beynəlxalq layihələr həyata keçiriləcəkdir.
Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan və Macarıstanın Baş nazirinin xanımı Aniko Levai “Əbədi şəhər” tarixi-etnoqrafik kompleksi ilə tanış olublar.
Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Noyabrın 11-də Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan və Macarıstan Respublikasının Baş nazirinin xanımı Aniko Levai Səmərqənddə Ekspo Mərkəzində təşkil edilən “Zamanın ilğımları” adlı sərgi ilə tanış olublar.
Noyabrın 10-da Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Macarıstanın Baş nazirinin xanımı Aniko Levai Səmərqənd şəhərində Həmid Alimcan adına Səmərqənd Musiqili Dram Teatrında “Lazgi” adlı baletə baxıblar.
Noyabrın 10-da Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və digər ölkələrin birinci xanımları Səmərqənddə “Özbəkistanın rəngləri” adlı sərgi ilə tanış olublar.
Noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfərə gəlib.
Qazaxıstandakı Beynəlxalq Türk Akademiyası Daşkənddəki Özbək Dili və Ədəbiyyatı Universiteti ilə birgə qazax ictimai-siyasi xadimi Əhməd Baytursunulının anadan olmasının 150 illiyi ilə bağlı “Əhməd Baytursunulı və Türk dünyasının mənəvi varisliyi” adlı beynəlxalq elmi konfrans keçirib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Türk Ağsaqqalları Birliyi - TAİB-in birgə təşkilatçılığı ilə Zəfər bayramı münasibəti ilə “Azərbaycanın Qarabağ zəfəri Türk dünyası tarixinin şanlı səhifəsi kimi” adlı konfrans keçirilib.
Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdində Heydər Əliyev adında Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddəki “Hyatt Regency” otelində Zəfər Günü münasibəti ilə qəbul keçirib.
Özbəkistan Respublikası Prezidentinin Administrasiyası nəzdində İnformasiya və kütləvi kommunikasiya Agentliyi ölkənin müxtəlif nazirlik və komitələrinin dəstəyi ilə 2019-cu ildən “TASHKENT BOOK FEST” Beynəlxalq Kitab Sərgi-Yarmarkasını keçirir.
Özbəkistan dövləti ölkədə bütün millətlərə öz dillərini, mədəniyyətlərini yaşatmaq, inkişaf etdirmək üçün şərait yaratmış, Buxara şəhərinin daxilində yerləşən Koqan şəhərində Azərbaycan diaspora təşkilatı üçün xüsusi bina ayrılmışdır.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycana təşkil olunmuş Mediaturun nəticəsi olaraq Daşkənddəki “Mening Yurtim 5” telekanalının “Xush ko'rdik” televiziya proqramında dünən Azərbaycanın Ağdam və Zəngilan şəhərlərinə dair veriliş nümayiş etdirilib.
Azərbaycanın Özbəkistandakı Səfirliyi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Daşkənddəki “Mening Yurtim 5” telekanalının “Xush ko'rdik” verilişinin jurnalistlərinin Azərbaycana, işğaldan azad olunmuş bölgələrə Mediaturu təşkil edilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi və “Prestige Travel” şirkətinin təşkilatçılığı ilə Daşkənddəki “Wyndham” otelində Azərbaycanın turizm potensialına dair təqdimat mərasimi keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkədə keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” tədbirləri çərçivəsində Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Özbəkistan Jurnalistlər Birliyini ziyarət edib və birliyinin sədri Olimjon Usarov ilə görüşüb. Görüşdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da iştirak edib.
Daşkənd şəhərinin Xalq Təhsili Şöbəsinin nəzdindəki Mirzo-Ulugbek rayonunun 210 saylı məktəbində “Özbəkistan və Azərbaycan: Qardaş və müttəfiq məmləkətlər” tədbiri çərçivəsində iki ölkənin dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib.
Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” tədbirlərində iştirak edən Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Özbəkistan Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayevanı Özbəkistan Ali Məclisi sədrinin müavini Əlişer Kadırov qəbul edib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkədə keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva ilə görüş keçirilib.
Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində bu ölkənin Səmərqənd səhərindəki Gənclər sarayında möhtəşəm açılış mərasimi tədbiri keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə cari ilin 16-22 oktyabr tarixlərində Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçirilib. Tədbirlər paytaxt Daşkəndlə yanaşı, Buxara, Nəvai və Səmərqənd vilayətlərini də əhatə edib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində Özbək dilinə tərcümə və nəşr olunmuş “Qarabağdan doğan Günəş: Xurşidbanu Natəvan” adlı kitabının Özbəkistanda təqdimat və imza mərasimi keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə reallaşan tədbirlər ölkənin Daşkənd vilayəti ilə yanaşı, Buxara, Səmərqənd və Nəvai vilayətlərini də əhatə edib.
Bildiyimiz kimi 16-22 oktyabr tarixlərində Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçirilir. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə reallaşan tədbirlər paytaxtla yanaşı, Buxara, Nəvai və Səmərqənd vilayətlərini də əhatə edir.
Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycanın Xalq yazıçısı Əzizə Cəfərzadənin Daşkənddə özbək dilində çap olunmuş “Bakı 1501” tarixi romanının təqdimatı olub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Mirzo Uluqbek adına Özbəkistan Milli Universiteti ilə birgə “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində özbək dilinə tərcümə və çap olunmuş “Kitabi Dədə Qorqud” dastanının təqdimat mərasimi keçirib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddəki Abdulla Qadiri Xatirə muzeyi ilə birgə “Repressiya qurbanları - Hüseyn Cavid və Abdurauf Fitrət: maarifçi ziyalılar və milli-azadlıq carçıları” mövzusunda tədbir keçirib.
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinə start verilmiş, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Əməkdar artisti Kaykeb Aliyevanın büstü açılış mərasimi keçirilib.
Tədbiri Özbəkistan Yazıçılar İttifaqının sədri, xalq şairi Siracəddin Səyyid açaraq Türk dövlətləri arasında ədəbi əlaqələr, Azərbaycan və Türkiyə şairlərinin, ədəbiyyat xadimlərinin Daşkənddə bir araya gəlməsini, bu istiqamətdə müxtəlif görüşlərin keçirilməsini Özbəkistanın mədəni həyatında mühüm hadisə adlandırıb. Sədr deyib ki, belə mədəni tədbirlərin, kitab təqdimatlarının türk dövlətlərinin hər birində müntəzəm olaraq keçirilməsi istiqamətində təkliflər verilib.
Bakıda keçirilən VIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə istiqlal şairi Əhməd Cavadın şeirlərinin Özbək və Azərbaycan dillərində nəşrinin təqdimatı keçirilib mərasimi keçirilib. Təqdimat Bakı Ekspo Mərkəzinin Bülbül təqdimat zonasında baş tutub.
Özbəkistanda tanınmış azərbaycanlı maarifçi xadim, pedaqoq və naşir Seyid Rza Əlizadənın anadan olmasının 135 illiyi münasibətilə Səmərqənd Dövlət Universitetində “Seyid Rza Əlizadə - redaktor, tərcüməçi, alim və pedaqoq” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.
Özbəkistanlı müəllif Şuxrat Salamovun «Zəngəzur - Türk dünyasının qapısı» adlı nəşr 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində təqdim olundu.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Mirzə Ələkbər Sabirin Özbəkistanda çap olunan “Hophopnamə”sinin təqdimatı keçirilib. Təqdimat Bakı Ekspo Mərkəzində 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində reallaşıb.
Azərbaycanda keçirilən VIII Beynəlxalq Bakı Kitab Sərgisi çərçivəsində böyük Azərbaycan hökmdarı, dahi şair Şah İsmayıl Xətainin anadilli “Divan”ının Daşkənd nüsxəsi əsasında hazırlanmış nəşrin təqdimatı keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, Türk dünyası ədəbiyyatı üzrə araşdırmaçı, professor Elman Quliyevin özbək dilinə tərcümə edilmiş “Türk xalqları ədəbiyyatı” adlı kitabın təqdimat mərasimi keçirilib. Təqdimat Bakı Ekspo Mərkəzinin Bülbül təqdimat zonasında baş tutub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanın tanınmış şairi Xurşidbanu Natəvanın əsərlərinin özbək dilinə tərcümə olunmuş kitabı nəşr edilmiş və Bakı şəhərində keçirilən 8-ci Beynəlxalq Kitab Sərgisində təqdimat mərasimi keçirilmişdir. Kitab Özbək şairə Şəhla Qasımova tərəfindən özbək dilinə tərcümə edilmişdir.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyi günlərinə həsr olunmuş xeyriyyə tədbiri keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ölkənin aparıcı nəşriyyatlarının rəhbərləri ilə görüş keçirib, əməkdaşlıq məsələləri müzakirə olunub.
Anım Günündə Azərbaycanın Özbəkistandakı Səfirliyi, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, yazıçı və şairlər, tələbələr, jurnalistlər, Azərbaycan diasporunun üzvləri və iş adamları iştirak ediblər.
Özbəkistan ədəbiyyatına böyük itki üz verib. Azərbaycanın dostu, Özbəkistanın Xalq şairi Camal Kamal 85 yaşında dünyasını dəyişib.
Özbəkistanın Daşkənd şəhərindəki Mirzo Uluqbek adına Mərkəzi parkda bu ölkəyə akkreditə olunmuş diplomatik nümayəndəliklər, səfirliklər, mədəniyyət mərkəzləri arasında XVIII “Mədəni ənənələr və xalqların milli mətbəxi” festivalı keçirilib.
Özbəkistandakı keçirilən “İpək Yolu dürdanəsi” XIV Daşkənd beynəlxalq kinofestivalı çərçivəsində bu ölkənin qədim Buxara şəhərində Buxara Dövlət Universitetinin böyük zalında “Azərbaycan kinosu günləri”nə həsr olunmuş tədbir keçirilib.
Özbəkistanın Daşkənd şəhərində “İpək Yolunun dürdanəsi” XIV-cü Daşkənd Beynəlxalq kinofestivalının bağlanışına həsr olunmuş təntənəli tədbir keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “İpək Yolu dürdanəsi” XIV Daşkənd kinofestivalı çərçivəsində Daşkənd və Buxara şəhərlərində keçiriləcək “Azərbaycan kinosu günləri”nin açılışı olub.
Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub.