Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

Mərkəzimiz

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi

Mədəniyyət Mərkəzi iki dost ölkə - Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələri daha da möhkəmləndirmək, mədəniyyət və turizm sahəsində əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, habelə Azərbaycanın mədəniyyəti, tarixi, sosial, iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğati işləri həyata keçirir.

Mərkəzin həyata keçirdiyi əsas işlərdən biri fəaliyyət göstərdiyi dövlətdə Azərbaycan dilinin tədrisi və təbliğinə yardım etmək, mədəniyyətin müxtəlif sahələri – rəsm, musiqi, rəqs və incəsənətin müxtəlif sahələri üzrə istedadların üzə çıxarılması, onların stimullaşdırılması, bu sahədə kursların təşkili və onların yaradıcılıqlarına dəstək verməkdən ibarətdir.

Mərkəz Özbəkistanda yaşayan azərbaycanlılara mədəni əlaqələrin qurulması, əməkdaşlığın inkişafına yardım göstərir, onların Özbəkistanın mədəni həyatında, habelə qardaş ölkənin inkişafında aktiv iştirakına dəstək verir.

Mədəniyyət Mərkəzinə müraciət edən istənilən şəxs Mərkəzin kitabxanasında mövcud olan kitab, qəzet, jurnal və electron nəşrlərdən, eləcə də mədəni, elmi və texniki xarakterli sənədlərdən istifadə edə bilərlər. Kitabxana hər il yeni nəşrləlrə zənginləşdirilir. Kitabxana həmçinin Mərkəzin nəzdində fəaliyyət göstərən kurs və dərnəkləri əyani vəsaitlərlə təmin edir.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində ödənişsiz olaraq müxtəlif dərnək və kurslar fəaliyyət göstərir: Onlardan rəqs, rəsm dərnəklərini, kompyuter, əl işləri – naxıştikmə, Azərbaycan dili kurslarını qeyd etmək olar. Xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzləri arasında ilk dəfə olaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan dili kursları təşkil olunmuş və kurslarda yüzlərlə azərbaycanlı, özbək və digər millətlərin nümayəndələri, xüsusilə uşaq, gənclər iştirak edirlər.

Mədəniyyət Mərkəzində 3 muzey (Azərbaycan-Özbəkistan Dostluq Muzeyi, Heydər Əliyev Muzeyi, Azərbaycan dövlətçiliyi və tarixi muzeyi), kitabxana və müxtəlif dərnəklər fəaliyyət göstərir. Muzeylərin eksponatları mütəmadi olaraq zənginləşdirilir və muzeylərdə açıq dərslər təşkil olunur.

Mərkəzin kitabxanasının iş qrafiki: Kitabxana həftənin beş gunu, şənbə və bazar günü istisna olmaqla, hər gün saat 9:00-dan 18:00-a kimi işləyir.

2013-cü ildən başlayaraq Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi öz fəaliyyətini genişləndirmiş və mühüm tədbirlər keçirməyə başlamışdır.

Ümumiyyətlə, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin dəstəyi ilə bugün öz fəaliyyətini genişləndirir, əsrarəngiz və zəngin Azərbaycan mədəniyyətini, turizmini qardaş Özbəkistanda nümayiş etdirir, mədəni əlaqələrimizi daha da möhkəmləndirmək istiqamətində çox səylə çalışır. Ümumiyyətlə, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin dəstəyi ilə bugün öz fəaliyyətini genişləndirir, əsrarəngiz və zəngin Azərbaycan mədəniyyətini qardaş Özbəkistanda nümayiş etdirir, mədəni əlaqələrimizi daha da möhkəmləndirmək istiqamətində çox səylə çalışır.



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası