Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

Mərkəzin strukturu

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdnində fəaliyyət göstərir.

Azərbaycan Mədəniyyət Mərkəzi diplomatik statusa malikdir. Mərkəzin yerləşdiyi binanın ərazisi 1999-cu ildə Daşkənd şəhər Hakimiyyətinin Qərarı ilə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinə ayrılmışdır.

Daşkənddə Azərbaycanlıların kompakt yaşadığı Mirabad rayonu Heydər Əliyev küçəsi 9. ünvanında yerləşən Mərkəzin binasının tikilməsində Azərbaycanın Özbəkistandakı birinci səfiri Aydın Əzimbəyovun böyük rolu olmuşdur. 2007-ci ildə Azərbaycan dövlətinin ayırdığı məqsədli vəsait nəticəsində bina əsaslı şəkildə yenidən qurulmuş, əlavə binalar tikilmiş, ən müasir inventar, texniki avadanlıqlarla təmin edilib. 2010-cu ildə Mədəniyyət Mərkəzinin rəsmi açılışı olub.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi rəsmən fəaliyyətə 2013-cü ilin fevral ayından Mərkəzə direktor təyin olunduqdan sonra başlayıb.

2013-cü ilin fevral ayından Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Əlihəsən oğlu Abbasov təyin edilib.

S.Abbasov Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin mədəniyyət, turizm, təhsil və diaspora məsələləri üzrə birinci katibidir.

Telefon: +998 71 293 53 46 (iş) E-mail: culcenter.az@gmail.com

    Azərbaycan Mədəniyyət Mərkəzinin ştatına aşağıdakı vəzifələr daxildir:
  • Direktor
  • Direktor müavini
  • İnspektor
  • Texniki və təsərrüfat işləri üzrə mütəxəssis
  • İnzibatçı
    Mərkəzdə ştatdankənar kurs və dərnəklər fəaliyyət göstərir:
  • Azərbaycan dili kursu
  • Kompyuter kursu
  • Rəqs dərnəyi
  • Rəsm dərnəyi
  • Əl işləri və naxıştikmə dərnəyi
  • Bədii gumnastika
Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində Özbəkistanda və Azərbaycanda məşhur olan “Azərbaycan qızları”, “Körpə fidanlar” rəqs ansamblları fəaliyyət göstərir.

Rəqs dərnəyini Azərbaycan və Özbəkistanın əməkdar artisti, Dostluq Ordenli Kökəb Əliyeva aparır.

Azərbaycan dili kurslarını tanınmış azərbaycanlı pedaqoq Salama Fətəliyeva aparır.
    Mərkəzdə 4 muzey fəaliyyət göstərir:
  • Heydər Əliyev Muzeyi
  • Azərbaycan tarixi və dövlətçiliyi muzeyi
  • Özbəkistan-Azərbaycan dostluq Muzeyi
  • “Odlar yurdunun naxışları” Azərbaycan xalçları muzeyi
    Mərkəzin nəzdində Kitabxana-informasiya Mərkəzi fəaliyyət göstərir ki, burada nəşrlər aşağıdakı bölmələrdə istifadəyə verilir:
  • Kitab fondu
  • Jurnal və qəzetlər
  • Elektron nəşrlər, videoteka
  • İnternet zalı
    Müasir texniki avadanlıqlarla təchiz olunmuş Mədəniyyət Mərkəzində tədbirlərin keçirilməsi üçün 3 zal istifadədir:
  • Konfrans zalı - 250 nəfərlik
  • Rəsmi ziyafət zalı - 150 nəfərlik
  • Təqdimatlar, seminarlar zalı - 50 nəfərlik
Azərbaycan Mədəniyyət Mərkəzində yaradılmış daimi stenddə qədim Azərbaycan geyimləri, Qarabağ bölgəsinin tarixi geyimləri nümayiş etdirilir.

Mərkəzin geyimlər zalında rəqs kollektivləri üçün çoxsaylı kolleksiyalar nümayiş etdirilir və rəqs kollektivinin istifadəsinə verilib.



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası