Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

Heydər Əliyev Muzeyi

Heydər Əliyev Muzeyi Mədəniyyət Mərkəzinin 2-ci mərtəbəsinin sol tərəfində yerləşir.

Bugün ulu öndər Heydər Əliyevin əsəri olan Azərbaycan azad və müstəqil dövlətdir.

Muzey müstəqil Azərbaycanın memarı, qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr edilmişdir.

Muzey bir ekspozisiya zalından, çoxsaylı 7 fotostentdən, 10 vitrindən, 77 ədəd fotoşəkildən, 52 kitabdan ibarətdir, habelə ulu öndər Heydər Əliyevin həyatı, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, onun digər dövlət rəhbərləri ilə görüşü haqqındakı foto sənədlər, məşhur şəxsiyyətlərin Heydər Əliyev haqqında rəyləri saxlanılır.

Muzeydə olan maraqlı eksponatlardan biri 1990-cı ildə Daşkəndli azərbaycanlı uşaq Yulduz Əliyevanın çəkdiyi 2 rəsm əsəri də bəzəyir.

Muzeyin ən maraqlı bölmələrindən biri də Ulu Öndərin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən fotoşəkillərdir. “Heydər Əliyev Mədəni İrsimizin keşiyində”, “Müstəqillik yollarında”, “Müstəqilliyimiz əbədidir”, “Təhsil millətin gələcəyidir” və.s kitabları muzeydə nümayiş etdirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2010-cu il 27 sentyabr tarixində Azərbaycan Mədəniyyət Mərkəzinin rəsmi açılışı zamanı Heydər Əliyev Muzeyi ilə tanış olmuşdur.

Son zamanlar Muzeydə yaradılmış şərait əsasında burada çoxsaylı seminarlar, tədbirlər, təqdimatlar keçirilir. Təşkil olunmuş dəyirmi masa əsasında Heydər Əliyev Muzeyi 50-100 nəfərlik tədbirlər keçirmək imkanı yaranmışdır. Bu isə Heydər Əliyev Muzeyinin daha geniş təbliğinə, daimi işlək vəziyyətdə olmasına şərait yaratmışdır.

Ulu öndər Heydər Əliyevin irsinin təbliğinə növbəti töhfə olaraq 2018-ci ildə Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Heydər Əliyevin büstü hazırlanmışdır. Özbəkistanın xalq rəssamı, tanınmış incəsənət xadimi Marina Borodinova tərəfindən hazırlanmış büst Mədəniyyət Mərkəzinin Heydər Əliyev muzeyində daimi olaraq nümayiş etdirilir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan-Özbəkistan dostluğunun möhkəmlənməsində rolu əvəzsizdir. O, həm Sovetlər dövründə, həm də Azərbaycanın müstəqillik əldə etdikdən sonra həmişə Özbəkistanla münasibətlərə xüsusi önəm vermiş, onun Özbəkistana səfərləri, Uluqbek adına Özbəkistan Milli Universitetinin fəxri doktoru mükafatına layiq görülməsi, Özbəkistanın birinci prezidenti İslam Kərimovla dostluq əlaqələri Özbəkistanda həmişə xatırlanır.

Mütəmadi olaraq Daşkənddəki təhsil ocaqlarında oxuyan tələbələr və məktəblilər muzeyi ziyarət edir və Muzeydə açıq dərslər keçirilir. Bundan başqa, Özbəkistanda yaşayan azərbaycanlılar, habelə Mədəniyyət Mərkəzinin rəsmi qonaqları da Muzeyin daimi ziyarətçiləridir.

Muzey həftənin 6 günü (bazar günü istisna olmaqla), hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərir.





Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası