Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

“Odlar yurdunun naxışları”
Azərbaycan xalçalaları muzeyi və sərgi zalı



2017-ci ildən Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Odlar yurdunun naxışları” Azərbaycan xalçalaları sərgi zalının açılışı olub.
“Odlar yurdunun naxışları” Azərbaycan xalçalaları muzeyi, daimi sərgi zalında Azərbaycanın 7 əsas xalçaçılıq məktəbini özündə əks etdirən, müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar nümayiş etdirilir.
Qeyd edək sərgi zalında nümayiş etdirilən Azərbaycan xalqının yaratdığı Şirvan, Qarabağ, İrəvan, Dərbənt, Quba, Naxçıvan, Qazax-Borçalı və digər ərazilərdə əllə toxunulmuş xalçalar sərgilənir.
Zaldakı sərgi stendində ümumilikdə Azərbaycan xalçaçılıq məktəbinə aid 30-a yaxın qədim və unikal xalçalar nümayiş etdirilir və Azərbaycan xalça sənətini özündə əks etdirən kitab sərgisi, xalçaların əl ilə toxunulmasında istifadə olunan dəzgah sərgilənir.
Divarboyu quraşdırılmış stendlərdə Azərbaycanın müxtəlif regionlarında hazırlanmış xalçaların daimi sərgilənir və xalçaların xüsusi işıqlandırılması, onlar haqqında 3 dildə (özbək, rus və ingilis) yazılı məlumat tablosu yerləşdirilib.
Qeyd edək ki, Azərbaycan xalq sənətlərinin ən geniş yayılmış növü olan xalça sənətinin Azərbaycan xalqının bədii təfəkkürünü, istedadını nümayiş edirir və qədim Azərbaycan xalçaları barədə bir sıra mənbələrdə antik yunan tarixçiləri yazıblar.
Xalçaçılıq Azərbaycan xalqının qədim tarixini, zəngin mədəniyyətini nümayiş etdirir və ən çətin əl işlərindən biri hesab olunur.
Mədəniyyət Mərkəzinin “Odlar yurdunun naxışları” Azərbaycan xalçalaları muzeyi və sərgi zalında mütəmadi olaraq Daşkənddəki ali məktəblərin tələbələri, orta məktəblərin şagirdləri üçün ekskursiyalar təşkil olunur, habelə Mərkəzi ziyarət edən bütün qonaqlara Muzeyin eksponatları nümayiş etdirilir. Muzeydə Azərbaycan xalçaları, xalçaçılıq sənətinə aid çoxsaylı nəşrlərdən ibarət xüsusi daimi kitab sərgisi fəaliyyət göstərir.
Mədəniyyət Mərkəzi tərəfindən keçirilən mükafatlandırma mərasimləri, rəsmi dövlət qəbulları və s. tədbirlər “Odlar yurdunun naxışları” Azərbaycan xalçalaları muzeyi və sərgi zalında da keçirilir.

Muzey həftənin 6 günü (bazar günü istisna olmaqla), hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərir.





Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası