Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

BÖLGƏLƏR



Ümumi məlumat



ŞUŞA


Dəniz səviyyəsindən 1300-1600 metr hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan Şuşa şəhəri (Tarixi Şuşa qalası-Pənahabad) şimalda Xankəndi şəhəri, şərqdə və cənub-şərqdə Xocavənd, qərbdə və cənub-qərbdə Laçın rayonları ilə həmsərhəddir.

Cənub tərəfdən, Girs dağından Şuşaya bir nəzər saldıqda, cənub-şərq tərəfdən şəhəri sıldırım qayalı dərə əhatə edir ki, bu da Şuşanın tarixən strateji əhəmiyyətli bir qala-şəhər oluduğunu göstərir. v İşğal olunmuşdur – 8 may 1992-ci il

v Ərazisi – 289 km²

v İşğal olunan zaman əhalisinin sayı (min nəfər) – 24900

v Hazırda əhalisinin sayı (min nəfər) – 30690

v İşğal olunmuş şəhər, qəsəbə və kəndləri –1 şəhər,30 kənd

v Mədəni -məişət obyektləri –103

v Şəhid olmuşdur – 195

v Əlil olmuşdur – 165

v Milli qəhrəmanlar – 4

v Şuşa rayonu ilə Bakı arasında olan məsafə – 373 km



Tarixi abidələri və maddi-mədəniyyət nümunələri


1. Kurqan – tunc dövrü (Şuşa şəhərinin şimal-qərbində)

2. Şuşa və Şuşakənd daş qutusu qəbirləri – Son tunc və ilk dəmir dövrü (Şuşa şəhəri və Şuşa kəndinin yaxınlığında)

3. Şuşa mağara düşərgəsi – daş dövrü (Şuşa şəhərinin cənubunda, Daşaltı çayının sol sahilində)

4. Daş qutu nekropolu – dəmir dövrü (Qarabulaq kəndi)

5. Nekropol – son tunc və ilk dəmir dövrü (Dolanlar kəndi)

6. Şuşa qalasının divarları – 1750-ci il (Şuşa şəhəri)

7. Pənah xanın sarayı – XVIII əsr (Şuşa şəhəri)

8. Ağabəyim ağanın qəsri – XVIII əsr (Şuşa şəhəri)

9. Heydər türbəsi – XIX əsr (Şuşa şəhəri)

10. Hacı Quluların malikanəsi – XIX əsr (Şuşa şəhəri)

11. Natəvanın evi – XIX əsr (Şuşa şəhəri)

12. Əsəd bəyin evi – XIX əsr (Şuşa şəhəri)

13. Yuxarı Gövhərağa məscidi – 1768-1769-cu illər

14. Aşağı Gövhərağa məscidi – XVIII əsr (Şuşa şəhəri)

15. İkimərtəbəli karvansaray – XIX əsr (Şuşa şəhəri)

16. Mehmandarovların malikanə kompleksi: məscid, yaşayış evi, - XVIII əsr (Şuşa şəhəri)

17. İbrahim xanın bürcü – XVIII əsr (Daşaltı kəndi)

18. İsa bulağı – XIX əsr (Şuşa şəhərinin yaxınlığında)

19. İbrahim xanın qəsri – XVIII əsr (Daşaltı kəndi)

20. Üzeyir bəy Hacıbəyovun ev muzeyi – XIX əsr (Şuşa şəhəri)

21. Xanlıq Muxtar karvansarayı – XVIII əsr (Şuşa şəhəri)

22. Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarayı – XIX əsr (Şuşa şəhəri)

23. Zülfüqar Hacıbəyovun evi – XIX əsr (Şuşa şəhəri)

24. Saatlı məscidi – XVIII əsr (Şuşa şəhəri)

25. Gəncə qapısı – XVIII əsr (Şuşa şəhəri)

26. Ə. Haqverdiyevin evi – XVIII əsr (Şuşa şəhəri)

27. Qazançı kilsəsi – XIX əsr (Şuşa şəhəri)

28. Y.V. Çəmənzəminlinin evi – XVIII əsr (Şuşa şəhəri)

29. Yuxarı məscid mədrəsəsi – XVIII əsr (Şuşa şəhəri)

30. Səfərov qardaşlarının karvansarayı – XVIII əsr (Şuşa şəhəri)

31. Tarzən Sadıqcanın evi – XVIII əsr (Şuşa şəhəri)

32. Uğurlu bəyin evi – XVIII əsr (Şuşa şəhəri)

33. Xan sarayı – XVIII əsr (Şuşa şəhəri)

34. Şirin su hamamı – XVIII əsr (Şuşa şəhəri)

35. Xanəndə Seyid Şuşinskinin evi – XIX əsr (Şuşa şəhəri)

36. Şair M.P.Vaqifin türbəsi – XX əsr (Şuşa şəhəri)

37. Qasım Bəy Zakirin evi XVIII əsr (Şuşa şəhəri)

38. Mədrəsə - XVIII əsr (Şuşa şəhəri)

39. Behbudovların evi – XVIII əsr (Şuşa şəhəri)

40. Firudin bəyin evi – XVIII əsr (Şuşa şəhəri)

41. M.M.Nəvvabın evi – XVIII əsr (Şuşa şəhəri)

42. Bülbülün evi –XIX əsr (Şuşa şəhəri)

43. F.B.Köçərlinin evi – XIX əsr (Şuşa şəhəri)

44. Hüseyn bəyin evi – XVIII əsr (Şuşa şəhəri)

45. Keçəçi oğlu Məhəmmədin evi – XIX əsr (Şuşa şəhəri)

46. Karvansaray – XVIII əsr (Şuşa şəhəri)

47. Gəray Əsədovun evi – XVIII əsr (Şuşa şəhəri)

48. S.S.Axundovun evi – XIX əsr (Şuşa şəhəri)

49. C.Qaryağdıoğlunun evi – XVIII əsr (Şuşa şəhəri)

50. Realni məktəbinin binası – XX əsr (Şuşa şəhəri)

51. Xəstəxana binası – XIX əsr (Şuşa şəhəri)

52. Yaşayış binası – XIX əsr(Şuşa şəhəri)

53. Qız məktəbi – XIX əsr (Şuşa şəhəri)

54. Aslan Qaraşarovun evi – XIX əsr (Şuşa şəhəri)

55. Məşədi İbrahimin yaşayış evi – XIX əsr (Şuşa şəhəri)

56. Yaşayış evi – XVIII əsr (Şuşa şəhəri)

57. Məşədi Novruzun evi – XIX əsr (Şuşa şəhəri)

58. Həsən ağanın evi – XIX əsr (Şuşa şəhəri)

59. Yaşayış evi – XIX əsr (Şuşa şəhəri)

60. Yaşayış evi – XVIII əsr (Şuşa şəhəri)

61. Şükür Bəyin evi – XIX əsr (Şuşa şəhəri)

62. Cəfərqulu ağanın evi – XVIII əsr (Şuşa şəhəri)

63. Məbəd qalıqları - ? (Şuşa şəhəri)

64. Türbə - ? (Şuşa şəhəri)

65. Bulaq – XVIII əsr (Şuşa şəhəri)

66. “Laçın” su anbarı XIX əsr (Şuşa şəhəri)

67. Qız monastrı – XIX əsr (Şuşa şəhəri)

68. Süleyman Vəzirovun evi – XIX əsr (Şuşa şəhəri)

69. Hamam - XIX əsr (Malıbəyli kəndi)

70. Məscid - XIX əsr (Malıbəyli kəndi)

71. Novlu bulaq – XIX əsr (Malıbəyli kəndi)

72. İnzibati bina – XIX əsr (Malıbəyli kəndi)

73. Mamay bəyin evi – XVIII əsr (Şuşa şəhəri)

74. Məşədi Teymurun evi – XVIII əsr (Şuşa şəhəri)

75. Şor bulaq – XIX əsr (Şuşa şəhəri)

76. Xəlil Məmmədovun evi – XIX əsr (Şuşa şəhəri)

77. Ələkbər bəyin evi – XIX əsr (Şuşa şəhəri)

78. Məscid (Çuxur məhəllə) – XIX əsr (Şuşa şəhəri)

79. Lətif İmanovun evi – XVIII əsr (Şuşa şəhəri)

80. Hacı Abbas məscidi və karvansaray – XVIII əsr (Şuşa şəhəri)

81. Mərdinli məscidi – XIX əsr (Şuşa şəhəri)

82. Cahangir bəyin evi – XIX əsr (Şuşa şəhəri)

83. Hacı Məmmədin evi – XVIII əsr (Şuşa şəhəri)

84. Hacı Yusifli məscidi – XVIII əsr (Şuşa şəhəri)

85. Məşədi Salmanın evi – XVIII əsr (Şuşa şəhəri)

86. Culfalar məscidi – XIX əsr (Şuşa şəhəri)

87. Dəyirman – XX əsrin əvvəli (Şuşa şəhəri)

88. Hacı Əlibalanın evi – XIX əsr (Şuşa şəhəri)

89. Kəblə Azadın evi – XIX əsr (Şuşa şəhəri)

90. Hacı Sadığın evi – XIX əsr (Şuşa şəhəri)

91. “Çöl qala” bulağı – XVIII əsr (Şuşa şəhəri)

92. Məşədi Süleymanın evi – XVIII əsr (Şuşa şəhəri)

93. Musəvinin evi – XVIII əsr (Şuşa şəhəri)

94. Hacı Məmmədbağırın evi – XIX əsr (Şuşa şəhəri)

95. Hüsü Hacıyevin evi – XIX əsr (Şuşa şəhəri)

96. Məşədi Zeynal Hətəmovun evi – XVIII əsr (Şuşa şəhəri)

97. Məşədi Əlinin evi – XVIII əsr (Şuşa şəhəri)

98. Məşədi Səhliyarın evi – XVIII əsr (Şuşa şəhəri)

99. Hacı Dadaşın evi – XVIII əsr (Şuşa şəhəri)

100. A.Əzimovun evi – XVIII əsr (Şuşa şəhəri)

101. Məşədi İbrahimin evi – XVIII əsr (Şuşa şəhəri)

102. Məşədi Cəlalın evi – XVIII əsr (Şuşa şəhəri)

103. Meydan Bulağı – XVIII əsr (Şuşa şəhəri)

104. Hacı Bəşirin evi – XVIII əsr (Şuşa şəhəri)

105. Dərzi Bəhramın evi – XIX əsr (Şuşa şəhəri)

106. Məşədi Hüsünün evi – XIX əsr (Şuşa şəhəri)

107. Məmməd Həsən oğlunun evi – XVIII əsr (Şuşa şəhəri)

108. Kəlbə Məhəmmədin evi – XIX əsr (Şuşa şəhəri)

109. Xoca Mərcanlı məscidi – XVIII əsr (Şuşa şəhəri)

110. Xoca Mərcanlı bulağı – XVIII əsr (Şuşa şəhəri)

111. Bəhmən Mirzənin evi – XIX əsr (Şuşa şəhəri)

112. Bəhmən Mirzənin ərzaq anbarı – XIX əsr (Şuşa şəhəri)

113. Qulam şahın yaşayış evi – XIX əsr (Şuşa şəhəri)

114. N.B.Vəzirovun evi – XIX əsr (Şuşa şəhəri)

115. Köçərli məscidi – XIX əsr (Şuşa şəhəri)

116. Quyuluq məscidi – XVIII əsr (Şuşa şəhəri)

117. Seyid Məcidin evi – XVIII əsr (Şuşa şəhəri)

118. Bulaq (Seyidli məhəlləsi) – XVIII əsr (Şuşa şəhəri)

119. Seyidli məscidi – XVIII əsr (Şuşa şəhəri)

120. Məşədi Qaranın evi – XIX əsr (Şuşa şəhəri)

121. Kəlbə Yusifin evi – XVIII əsr (Şuşa şəhəri)

122. Zöhrabbəyovun evi XIX əsr (Şuşa şəhəri)

123. Məşədi İbişın evi – XVIII əsr (Şuşa şəhəri)

124. Məşədi Zülfüqarın evi - XIX əsr (Şuşa şəhəri)

125. Hacı Aslanın evi – XVIII əsr (Şuşa şəhəri)

126. Hacı Məlik oğlunun evi – XVIII əsr (Şuşa şəhəri)

127. Mir Həsən Vəzirovun evi – XIX əsr (Şuşa şəhəri)

128. Mamayı məscidi – XIX əsr (Şuşa şəhəri)

129. Mamayı bulağı – XIX əsr (Şuşa şəhəri)

130. Fərəməzovların evi – XIX əsr (Şuşa şəhəri)

131. Bulaq (Hacı Yusifli məhəllə) – XVIII əsr (Şuşa şəhəri)

132. Bulaq (Ağadədəli məhəllə) – XIX əsr (Şuşa şəhəri)

133. Bulaq (Köçərli məhəllə) – XVIII əsr (Şuşa şəhəri)

134. Bulaq (Çuxur məhəllə) – XVIII əsr (Şuşa şəhəri)

135. Saxsı bulaq - XVIII əsr (Zarıslı kəndi)

www.karabakh.az


AĞDAM


Ağdam rayonu Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında, yəni Qarabağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərb hissəsində yerləşir. Relyefi əsasən düzənlik, qismən dağlıqdır. Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır. Şimalda Tərtər və Bərdə rayonları ilə, cənubda Xocavənd, şərqdə Ağcabədi rayonu ilə, qərbdə isə, Kəlbəcər rayonu və Xocalı şəhəri ilə həmsərhəddir.

v İşğal olunmuşdur –23 iyul 1993-cü il

v Ərazisi – 1094 km² (846, 7 km² işğal altındadır)

v İşğal olunan zaman əhalisinin sayı (min nəfər) – 165000

v Hazırda əhalisinin sayı (min nəfər) – 182000 (onlardan 145000 nəfəri məcburi köçkündür )

v İşğal olunmuş şəhər, qəsəbə və kəndlərin sayı – 1 şəhər, 83 kənd Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Hazırda Ağdam rayonunun Quzanlı qəsəbəsi və 10 kəndi Azərbaycanın nəzarətindədir və həmin ərazilərdə 90 min nəfər əhali (37 min yerli, 53 min məcburi köçkün) yaşayır.

v Mədəni -məişət obyektləri – 598

v Şəhid olmuşdur – 538

v Əlil olmuşdur – 587

v Milli qəhrəmanlar – 17

v Ağdam rayonu ilə Bakı arasında olan məsafə – 362 km

Tarixi abidələri və maddi-mədəniyyət nümunələri

1. Çıraqtəpə yaşayış yeri – tunc dövrü (Ağdam şəhəri)

2. Qarahacı yaşayış yeri – ilk tunc dövrü (Ağdam Xankəndi yolunun sağ tərəfində)

3. Qarahacılı nekropolu – tunc dövrü (Ağdam şəhəri)

4. Vəlixantəpə yaşayış yeri – eneolit dövrü (Ağdam- Ağcabədi şosesinin 1,5 km-də)

5. Kurqan – tunc dövrü (Novruzlu kəndi)

6. İlanlıtəpə yaşayış yeri – eneolit – dəmir dövrü (Baş Qərvənd kəndi)

7. Dəyirmantəpə kurqanı – tunc və dəmir dövrü (Orta Qərvənd və Mirəşəlli kəndlərinin arasında)

8. Yaşayış yeri – antik dövrü (Qərvənd kəndi)

9. Şomullutəpə yaşayış yeri - eneolit dövrü (Mirəşrəfli kəndindən 1 km şimal-şərqdə)

10. Bənövşələr təpəsi yaşayış yeri - eneolit dövrü (Mirəşəlli Armudlu kəndlərinin arasında)

11. Kültəpə yaşayış yeri - eneolit dövrü (Mirəşəlli kəndindən 300 m. şimal-şərqdə) 12. Yaşayış yeri- e.ə. II-I minilliklər (Armudlu kəndi)

13. Rəsultəpə yaşayış yeri – orta tunc dövrü, orta əsrlər (Armudlu kəndinin şimal-qərbində)

14. Rəsultəpə kurqanları tunc dövrü (Armudlu kəndi, Rəsultəpə yaşayış yerinin 30-40 m. şimalında)

15. İsmayılbəy təpəsi yaşayış yeri - eneolit dövrü (Armudlu kəndi)

16. Kəbləhüseyn yaşayış yeri - eneolit dövrü (Kəbləhüseyn kəndi)

17. Namazəli təpəsi yaşayış yeri - eneolit dövrü (Kəbləhüseyn kəndindən 500 m. şərqdə)

18. Kurqan çölü – e.ə. II-I minilliklər (Boyəhmədli kəndi)

19. Boyəhmədli kəndi kurqanları (80-a qədər)- ilk tunc dövrü (Boyəhmədli, Qızıllı Gəngərli və Salahlı Gəngərli kəndlərinin arasında)

20. Gavurqala yaşayış yeri – ilk orta əsrlər (Boyəhmədli kəndinin cənubunda)

21. Daş qutusu nekropolu – ilk orta əsrlər (Boyəhmədli kəndinin cənubunda)

22. Papravənd-Boyəhmədli kurqanları (Möhülü təpələri, Əli kişi təpəsi, Molla Mustafa oğlu təpəsi, həmşəri təpəsi və.s)- tunc-dəmir dövrü- (Boyəhmədli kəndinin şimal-şərqində)

23. Qarapirim təpələri – tunc və ilk dəmir dövrü (Qarapirim kəndinin qərbində)

24. Güllütəpə - I yaşayış yeri – III-XIII əsrlər (Papravənd kəndi)

25. Güllütəpə - II yaşayış yeri- son tunc dövrü, ilk orta əsrlər (Papravənd kəndinin cənub- şərqində)

26. Misir qışlağı yaşayış yeri - son tunc, ilk dəmir dövrü (Papravənd kəndindən 250 m. şərqdə)

27. Kurqanlar - son tunc, ilk dəmir dövrü (Papravənd kəndindən 1 km. şərqdə)

28. Qala qalıqları- orta əsrlər (Tarnaut kəndi)

29. Nekropol - orta əsrlər (Kəngərli kəndi)

30. Şomullutəpə yaşayış yeri – e.ə.V-II minilliklər (Quzanlı kəndi)

31. Gülməmməd təpəsi yaşayış yeri- eneolit dövrü (Quzanlı kəndindən 2 km. cənub-şərqdə)

32. Çaqqalı təpənin yaşayış yeri- eneolit dövrü ((Quzanlı kəndindən şimal-şərqdə)

33. Əjdahatəpə yaşayış yeri - eneolit dövrü (Quzanlı kəndindən 2,5 km. şərqdə)

34. Yaşayış yeri – e.ə.V-II minilliklər (Zəngişalı kəndi)

35. Yaşayış yeri – e.ə.V-II minilliklər ( Mərzili kəndi)

36. Nekropol – antik dövrü (Seyidli kəndi)

37. Yaşayış yeri – antik dövrü (Əlimədətli kəndi)

38. Yaşayış yeri – antik dövrü (Göytəpə kəndi)

39. Göytəpə yaşayış yeri – tunc dövrü (Göytəpə kəndinin qərbində)

40. Göytəpə kurqanları - tunc dövrü (Göytəpə kəndinin qərbində)

41. Şümürlütəpə kurqanı- tunc dövrü ( Əfətli kəndi)

42. Balatəpə kurqanı - tunc dövrü ( Əfətli kəndi)

43. Yaşayış yeri – antik dövrü ( Sarıhacılı kəndi)

44. Çinartəpə yaşayış yeri- e.ə.II-I minilliklər ( Sarıhacılı kəndindən 3 km. cənub-şərqdə)

45. Sarıhacılı yaşayış yeri və nekropol – eneolit, tunc dövrü ( Sarıhacılı kəndindən 2 km. cənub-şərqdə)

46. Sarıhacılı tayı yaşayış yeri- tunc dövrü ( Sarıhacılı kəndindən 2,5-3 km. şərqdə)

47. Ağtəpə yaşayış yeri- tunc dövrü (Çəmənli kəndindən 3 km. şərqdə)

48. Çəmənli təpə kurqanı - eneolit, tunc dövrü (Çəmənli kəndindən 3 km. şərqdə)

49. Seyid Mustafa yaşayış yeri – eneolit ( Bala Baharlı kəndindən 2 km. qərbdə)

50. Yaşayış yeri – e.ə.V-I minilliklər ( Baharlı kəndi)

51. Yaşayış yeri – antik dövrü ( Əhmədavar kəndi)

52. Qəhrəmanbəyli kurqanı – tunc dövrü (Qəhrəmanbəyli kəndi)

53. I və II Qoşatəpə yaşayış yeri - eneolit dövrü ( Əhmədağalı kəndi)

54. Əhmədoğlu yaşayış yeri - eneolit (Əhmədağalı kəndi)

55. Məscidtəpə yaşayış yeri – eneolit (Əhmədağalı kəndi)

56. Əzginlitəpə yaşayış yeri – eneolit (Əhmədağalı kəndi)

57. Vəlibəy təpələrii ( 4 ədəd ) – eneolit , tunc dövrü və orta əsrlər (Əhmədağalı kəndində 2 km şərqdə)

58. Yaşayış yeri - antik dövr ( Poladlı kəndi)

59. Qasımtəpə yaşayış yeri – ilk tunc dövrü (Qiyaslı kəndi)

60. Çinartəpə yaşayış yeri – tunc dövrü ( Şelli kəndi )

61. Yaşayış yeri – e.ə. V-I minilliklər ( Evoğlu kəndi )

62. Qaradağlı kurqanları – tunc dövrü ( Qaradağlı kəndinin qərbində )

63. Bəyliktəpə kurqanı – ilk tunc dövrü (Qaradağlı kəndinin şimal-şərqində)

64. Xırmantəpə kurqanı – ilk tunc dövrü ( Çuxurməhlə kəndi)

65. Hüseyntəpə kurqanları – ilk tunc dövrü ( Çuxurməhlə kəndinin qərbində)

66. Çuxurməhlə kurqanı – ilk tunc dövrü (Çuxurməhlə kəndi)

67. Qaratəpə yaşayış yeri – son tunc, ilk dəmir dövrü ( Şıxbabalı kəndinin cənubunda)

68. Gülablı kurqanları – son tunc, ilk dəmir dövrü (Gülablı kəndinin şımal-şərqində)

69. Maqsudlu kurqanları – tunc dövrü (Maqsudlu kəndindən 3 km şərqdə)

70. Töyrətəpə kurqanları – tunc və dəmir dövrü (Güllücə kəndinin şimalında)

71. Karvansaray təpə və Çaparyeri yaşayış yeri – ilkin orta əsrlər (Güllücə kəndinin cənub-qərbində)

72. Yüzbaşlı təpəsi yaşayış yeri – eneolit (Yuxarı Yüzbaşlı kəndi)

73. Ağabəy təpəsi yaşayış yeri – eneolit (yuxarı Yüzbaşlı kəndinin şımalında)

74. Abdüləzim təpəsi yaşayış yeri – eneolit (Aşağı Yüzbaşlı kəndindən 1,3 km şərqdə)

75. Şükürbəyli təpəsi yaşayış yeri – eneolit ( Aşağı Yüzbaşlı kəndindən 2,3 km şımal-şərqdə)

76. Sarıçoban kurqanları – tunc dövrü (Sarıçoban kəndinin qərbində)

77. Bəşirtəpə yaşayış yeri – eneolit (Üçoğlan kəndi)

78. Böyüktəpə kurqanı və yaşayış yeri – tunc dövrü (Üçoğlan kəndi)

79. Kərimtəpə yaşayış yeri – eneolit (Üçoğlan kəndinin şımal-şərqində)

80. Qəbristan təpəsi – tunc dövrü (Üçoğlan kəndi)

81. I və II Üçoğlan yaşayış yerləri və kurqanlar – tunc dövrü (Sarıçoban kəndi)

82. Qaçaytəpə yaşayış yeri və nekropol – tunc dövrü ( Üçoğlan kəndi)

83. Güllütəpə yaşayış yeri - eneolit (Alıbəyli kəndindən 1 km. cənub şərqdə)

84. Kazımtəpə yaşayış yeri – eneolit (Alıbəyli kəndinin qərbində)

85. Sayadtəpə kurqanı – tunc dövrü ( Səfərli kəndinin qərbində)

86. Səfərli təpələri yaşayış yeri – eneolit (Səfərlı kəndi)

87. Leyla təpəsi II yaşayış yeri - eneolit (Eyvazlı kəndi)

88. Nəsirbəy təpəsi yaşayış yeri – eneolit ( Eyvazlı kəndindən cənub-qərbdə)

89. Kərimtəpə yaşayış yeri – eneolit ( Eyvazlı kəndinin şərqində)

90. Əhəd təpəsi yaşayış yeri – eneolit (Eyvazlı kəndinin şərqində)

91. Düyü təpəsi yaşayış yeri – eneolit (Eyvazlı kəndindən 500 m. cənub- şərqdə)

92. Nazdıxan təpəsi yaşayış yeri – eneolit (Eyvazlı kəndindən 1,5 km. cənub-şərqdə)

93. Çullutəpə kurqanı - tunc dövrü (Çullu, İmamqulubəyli və Quzanlı kəndlərinin arasında)

94. Həsəntəpə kurqanı – tunc dövrü (Çullu kəndindən qərbdə)

95. Sultanbud kurqanı – tunc dövrü (İmamqulubəyli kəndinin şimal-qərbində)

96. Pənah xanın imarəti – XVIII əsr (Ağdam şəhəri, 20 yanvar küçəsi)

97. Pənah xanın türbəsi – XIX əsr (Ağdam şəhəri)

98. Xanoğlu türbəsi – XVIII əsr (Ağdam şəhəri)

99. Türbə - XIX əsr (Ağdam şəhəri)

100. Sərdabə – XV əsr (Ağdam şəhəri, 20 yanvar küçəsi)

101. Körpü – XIV (Madaqiz kəndi)

102. Hatəm Məlik qalası – XII əsr (Ağdam şəhəri)

103. Məscid – 1868-ci il (Ağdam şəhəri)

104. Məbəd – VI-VIII əsrlər ( Şahbulaq kəndi )

105. Məbəd – VI əsr (Kəngərli kəndi)

106. Məbəd – XIII əsr (Tərtər çayının yuxarı axarında)

107. Türbə - XVIII əsr (Papravənd kəndi)

108. Məscid - XVIII əsr (Papravənd kəndi)

109. İqamətgah – XVIII əsr (Şahbulaq kəndi)

110. Karvansaray – XVIII əsr (Şahbulaq kəndi)

111. Bürc – XVIII əsr (Şahbulaq kəndi)

112. Məbəd – XV əsr (Maqsudlu)

113. Türbə - XVIII əsr (Maqsudlu kəndi)

114. Məscid – XVIII əsr (Qiyaslı kəndi)

115. Məbəd – XVI əsr ( Salahlı Kəngərli kəndi)

116. Məscid – XIX əsr (Boyəhmədli kəndi)

117. Türbə - XIV əsr (Kəngərli kəndi)

118. Türbə - XIX əsr (Ağdam şəhəri)

119. Uğurlu bəyin türbəsi - XIX əsr (Ağdam şəhəri)

120. Türbə - XIX əsr (Ağdam şəhərinin 5 kilometrliyində, Qaraağac qəbristanlığında)

121. Gavur Qala şəhərgahı – orta əsrlər (Ağdam şəhəri, Sofulu kəndi)

122. Qəbrisstanlıq – orta əsrlər (Papravənd kəndi)

123. Qədim qəbristanlıq – orta əsrlər (Qızıllı Kəngərli kəndi)

124. Abıştəpə yaşayış yeri – orta əsrlər (Üçoğlan kəndi )

125. Qulu Musa oğlu türbəsi – 1314 –cü il (Türbətli kəndi)

126. Üzərliktəpə yaşayış yeri - tunc dövrü (Ağdam şəhəri)

127. Seyid Lazım Ağanın məqbərəsi – XX əsr (Çəmənli kəndi)

www.karabakh.az


KƏLBƏCƏR


Kəlbəcər rayonu Azərbaycanın qərbində, Tərtər çayı vadisində, Böyük Qafqaz dağlarında, dəniz səviyyəsindən 1500-3800 metr hündürlükdə yerləşir. Ən uca nöqtəsi dəniz səviyyəsindən 3724 metr yüksəkdəki Camışdağ zirvəsidir (Murovdağ). Rayonun ərazisindən axan əsas çaylar Tərtər, Bazarçay və onların qollarıdır. Ərazisinin çox hissəsində qışı quraq keçən soyuq və dağlıq tundra iqlim tipləri hakimdir. Kəlbəcər rayonu qərbdə Ermənistan Respublikası, şərqdə Ağdam və Tərtər, şimalda Daşkəsən, Göygöl və Goranboy rayonları ilə, cənubda isə Laçın rayonu və Xocalı şəhəri ilə həmsərhəddir.

v İşğal olunmuşdur – 2 aprel 1993-cü il

v Ərazisi –1936 km²

v İşğal olunan zaman əhalisinin sayı (min nəfər) – 55000

v Hazırda əhalisinin sayı (min nəfər) – 69949

v İşğal olunmuş şəhər, qəsəbə və kəndləri – 1 şəhər, 1 qəsəbə, 128 kənd

v Mədəni -məişət obyektləri –134

v Şəhid olmuşdur – 217

v Əlil olmuşdur – 49

v Milli qəhrəmanlar – 2

v Kəlbəcərrayonuilə Bakı arasındaolanməsafə –445 km

Tarixi abidələri və maddi-mədəniyyət nümunələri

1. Qayaüstü təsvirlər – ilk və orta tunc dövrü (Qırmızı dağın ətəyində)

2. Yaşayış yeri - ilk və orta tunc dövrü ( İstisu qəsəbəsi)

3. Dovşanlı nekropol – son tunc ilk dəmir dövrü ( Dovşanlı kəndi)

4. Balıqqaya nekropolu – son tunc ilk dəmir dövrü ( Sırxavənd kəndinin şərqində)

5. Zar mağara düşərgəsi- paleolit (Zar kəndinin qərb tərəfində)

6. Qala – 1284-cü il ( Vəngli kəndi)

7. Məbəd - XIII əsr ( Vəngli kəndi)

8. Məbəd - 1251-ci il ( Bazarkənd kəndi)

9. Kilsə - 1668-ci il (Dovşanlı kəndi)

10. Kilsə - XVII əsr (Dəvədaşı kəndi)

11. Qırmızı məbəd – XVII əsr (Qozlu kəndi)

12. Alban məbədi – 718-ci il (Qasaped kəndi)

13. Kilsə - 1894-cü il (Qasaped kəndi)

14. Kilsə - 1898-ci il ( Madaqiz kəndi)

15. Ürek məbədi – 1279-cu il (Talış kəndi)

16. Kilsə- 1883-cü il (Maxrataq kəndi)

17. Məbəd – 1881-ci il (Maxrataq kəndi)

18. Comərd qalası - (Pirilər kəndi)

19. Qalaboyun qalası - (Qalaboyun kəndi)

20. Körpü - (Zəylik kəndi)

21. Uluxan qalası – XVII əsr (Qaraxançallı kəndi)

22. Alban məbədi – 713-cü il (Dastaqir kəndi)

23. Daş qoç fiquru ərəb yazı ilə - XIX əsr ( Zar kəndi)

24. Daş at fiquru –orta əsrlər-(Zəylik kəndi)

25. Lök qalası - XIII-XIV əsrlər (Qanlıkənd kəndi, meşədə)

26. Xanabert qalası (Vənkli kəndi)

27. Müqəddəs Yaqub kilsəsi - 635- ci il ( Kolataq kəndi)

28. Alban məbədi – 614-cü il (Kolataq kəndi)

29. Qala - (Şaplar kəndi)

30. Alban məbədi – XII əsr (Çıldıran kəndi)

31. Qırmızı məbəd – XIII əsr (Çıldıran kəndi)

32. Alban məbədi – X əsr (Çormanlı kəndi)

33. Alban kilsəsi – XI əsr (Çormanlı kəndi)

34. “Xatırvank” məbədi – 1204-cü il ( Qozlu kəndi)

35. Alban məbədi – 698-ci il ( Yayıcı kəndi)

36. Alban məbədi – 672- ci il ( Yayıcı kəndi)

37. Məbəd - 1283-cü il ( Həsənriz kəndi)

38. Alban məbədi – 500-cü il (Həsənriz kəndi)

39. Gəncəsər monastrı – 1238-ci il (Vəngli kəndi)

40. Xudavənd monastrı – XII-XVII əsrlər (Kəlbəcər rayonu, Tərtər çayının qərbində)

www.karabakh.az


XOCALI


Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli, 279-XII nömrəli Qanununa əsasən DQMV ləğv edilərək Xocalı şəhəri və Əsgəran rayonlarının bazası əsasında Xocalı rayonu yaradılmışdır. Xocalı rayonu şimalda Ağdam, şimal-şəqdə indi artıq ləğv olunmuş Ağdərə rayonu, şərqdə Kəlbəcər və Laçın rayonları, cənubda Şuşa, cənub-qərbdə isə Xocavənd rayonu ilə həmsərhəddir. Xocalı şəhəri Xankəndindən 10 km cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağ bölgəsinin yeganə hava limanının məhz burada yerləşməsi idi. Hazırda Xocalıdan keçən Əsgəran-Xankəndi yolu və Xocalıda yerləşən hava limanı Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

v İşğal olunmuşdur – 26 fevral 1992-ci il

v Ərazisi – 970 km²

v İşğal olunan zaman əhalisinin sayı (min nəfər) - 11567

v Hazırda əhalisinin sayı (min nəfər)– 14221

v İşğal olunmuş şəhər, qəsəbə və kəndləri - 1 şəhər, 1 qəsəbə, 52 kənd

v Mədəni -məişət obyektləri – 80

v Şəhid olmuşdur – 613

v Əlil olmuşdur – 487

v Milli qəhrəmanlar – 10

v Xocalı rayonu ilə Bakı arasında olan məsafə –375 km

Tarixi abidələri və maddi-mədəniyyət nümunələri

1. Daş qutu nekropolu – tunc dövrü ( Xocalı şəhəri Əsgəran dağı)

2. Nekropol – ilk tunc və orta tunc dövrü (Xankəndidən cənubda)

3. Xocalı kurqanları - ilk tunc və dəmir dövrü (Xocalı rayonu)

4. Küp qəbirlər nekropolu – ilk orta əsrlər (Xankəndinin ərazisində)

5. Kurqan - dəmir dövrü (Xankəndi yaxınlığında)

6. Xankəndi kurqanları - tunc dövrü (Xankəndidən şimalda)

7. Xaçıncay kurqanları - ilk tunc və orta tunc dövrü (Seyidşən kəndindən şimal-şərqdə)

8. Küp qəbirləri nekropolu - tunc dövrü (Armudlu kəndindən 2km. İlis kəndinə tərəf)

9. Kurqan - tunc dövrü (Armudlu kəndindən 15 km aralı, İlis çayının sahilində)

10. Daş qutu nekropolu – dəmir dövrü (Armudlu kəndi, qəbristanlığın yaxınlığında)

11. Köhnə qəbristanlıq - tunc dövrü (çanaqçı kəndi)

12. Daş qutu nekropolu – dəmir dövrü (Saruşen kəndi)

13. Daş qutu nekropolu – dəmir dövrü (Saruşen kəndi , dağın ətəyində)

14. Dairəvi məbəd - 1356-1357-ci il (Xocalı şəhəri)

15. Türbə – XlV əsr (Xocalı şəhəri)

16. Alban məbədi - 1100-ci il (Çanaxçı kəndi)

17. Alban məbədi - 1065-ci il (Çanaxçı kəndi)

18. Alban məbədi - 905-ci il (Şuşa kəndi)

19. Alban məbədi - 1122-ci il (Xansıx kəndi)

20. Alban məbədi - 1100-ci il (Xaçmaz kəndi)

21. Alban məbədi - 1202-ci il (Armudlu kəndi)

22. Qala – X əsr (Maşxmaat kəndi)

23. Qırxlar qalası – orta əsrlər (Badara kəndi)

24. Məbəd kompleksi - VII əsr ( Badara kəndi)

25. Qala - IX əsr ( Daşbaşı kəndi)

26. Əsgəran qalası - XVIII əsr ( Əsgəran qəsəbəsi)

27. Aslan qalası – IX əsr (Anabert kəndi)

28. Məbəd – XIII əsr (Xanabad kəndi)

www.karabakh.az


XANKƏNDİ


Xankəndi Qarqar çayının sahilində, Qarabağ silsiləsinin şərq ətəyində, Bakıdan 385 km aralıda yerləşir. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan qəsəbəsi daxildir. Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olmuşdur. Sahəsi 8,8 km²-dir. Əhalisinin sayi 55.3 min nəfərdir(01.01.2013) Xankəndi şəhəri erməni silahlı qüvvələri tərəfindən 28.12.1991-ci ildə işğal olunmuşdur.

Xankəndi şəhəri şimaldan Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, cənubdan Şuşa, şərqdən Xocavənd, qərbdən Laçın, mərkəzdən isə Xocalı və Əsgəran rayonları ilə əhatə olunmuşdur.

Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir. Arxiv sənədlərinə görə şəhər XVIII əsrin axırlarında Qarabağ xanlarının istirahəti üçün yaşayış məskəni kimi salınmışdır. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində salınır. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında "Xanın kəndi" kimi tanınır. Qısa bir müddətdən sonra isə Xankəndi adını alır. Xankəndi Qarabağ xanlarının istirahət mərkəzi kimi salınsa da, XX əsrdə o, Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf etməyə başlayır. Bu zaman bu işə daima Azərbaycanın ümumi respublika resurslarından böyük dəstək verilir.

Xankəndində tikilmiş müəssisələr vilayətin sənaye məhsulunun yarısından çoxunu istehsal edirdi. Xankəndində bütün Cənubi Qafqazda tanınan ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd kombinatı və şərab zavodu fəaliyyət göstərirdi. Elektrotexniki zavodun, mebel fabrikinin, tikinti materialları kombinatının məhsulları isə Azərbaycanın daxili bazarında özünə layiqli yer tutmuşdur.

Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Sovetlərinin 07.07.1923-cü il tarixli Dekretinə əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılarkən, həmin Vilayətin mərkəzi Xankəndi şəhəri olmuşdur. 18.09.1923-cü ildə isə Qarabağ Vilayət Partiya Komitəsinin qərarı ilə Xankəndi şəhərinin adı dəyişdirilərək Stapanakert şəhəri adlandırılmışdır.

Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin 15.05.1978-ci il tarixli, 837-IX nömrəli Fərmanı ilə Stepanakert rayonunun mərkəzi Stepanakert şəhərindən Əsgəran fəhlə qəsəbəsinə keçirilmiş və Stepanakert rayonu Əsgəran rayonu adlandırılmışdır.

Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin 21.04.1990-cı il tarixli, 1783-XI nömrəli Fərmanına əsasən Stepanakert şəhərinin Kərkicahan yaşayış massivi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və Stepanakert Şəhər Sovetinin tərkibində Kərkicahan Qəsəbə Soveti yaradılmışdır.

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında” 26 noyabr 1991-ci il tarixli, 279-XII nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən isə şəhərin tarixi adı qaytarılaraq Stepanakert şəhəri Xankəndi şəhəri adlandırılmışdır.



www.karabakh.az


LAÇIN


Laçın rayonu Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə Xankəndi dəmiryol stansiyasının 60 kilometrliyində yerləşir. Ən uca nöqtəsi dəniz səviyyəsindən 3.594 metr yüksəklikdəki Qızılboğaz zirvəsidir. İqlimi mülayim kontinentaldır. Ərazisindən axan əsas çay Həkəridir. Qərbdə Ermənistan Respublikası, şərqdə Şuşa, Xankəndi və Xocalı şəhərləri ilə, şimalda Kəlbəcər, cənubda isə Qubadlı rayonları ilə həmsərhəddir. Yevlax-Laçın-Naxçıvan magistral şosse yolunun üstündə yerləşir.

v İşğal olunmuşdur – 18 may 1992-ci il

v Ərazisi – 1875 km²

v İşğal olunan zaman əhalisinin sayı (min nəfər) – 60000

v Hazırda əhalisinin sayı (min nəfər) – 71628

v İşğal olunmuş şəhər, qəsəbə və kəndləri –1 şəhər, 1 qəsəbə, 125 kənd

v Mədəni -məişət obyektləri – 575

v Şəhid olmuşdur – 304

v Əlil olmuşdur – 225

v Milli qəhrəmanlar – 6

v Laçın rayonu ilə Bakı arasında olan məsafə –414 km

Tarixi abidələri və maddi-mədəniyyət nümunələri

1. Daş qutu – dəmir dövrü (Abdallar kəndi)

2. Kurqan – dəmir dövrü ( Cicimli kəndi)

3.“Qızqəbri” kurqanı – dəmir dövrü (Cicimli kəndi)

4. Kurqan – dəmir dövrü (Cicimli kəndi)

5. Kurqan – tunc dövrü (Ziyrik kəndi)

6. Kurqan – dəmir dövrü (Qoçaz kəndi)

7. Kurqan – dəmir dövrü (Güləbird kəndi)

8. Mağara məbədi – V əsr (Qoçaz kəndi)

9. Məbəd – XIX əsr (Ağoğlan çayının sahilində)

10. Məlik Əjdər türbəsi – XIV əsr (Cicimli kəndi)

11. Türbə - XVII-XVIII əsrlər (Cicimli kəndi)

12. Bulaq – XV əsr (Quşçu kəndi)

13. Behbudalı bulağı – XV əsr (Göybulaq kəndi)

14. Daşbulaq bulağı – XVII əsr (Pircahan kəndi)

15. Daşbulaq – XVII əsr (Sus kəndi)

16. Daşbulaq – XVII əsr (Seyidlər kəndi)

17. Məbəd – XVII əsr (Hoçaz kəndi)

18. Körpü – XVIII əsr (Bəhələ kəndi, Həkəri çayının üzərində)

19. Türbə - ? (Güləbird kəndi)

20. Həmzə Soltan sarayı – 1761-ci il (Hüsülü kəndi)

21. Soltan Əhməd sarayı - ? (Soltanlar kəndi)

22. Soltan Baba türbəsi – XIX əsr (Zeyvə kəndi)

23. Şeyx Əhməd türbəsi – XIX əsr (Zeyvə kəndi)

24. Türbə – XIX əsr (Zeyvə kəndi)

25. Kafir-Qala – XVII əsr (Zeyvə kəndi)

26. Məscid – 1718-ci il (Qaraqışlaq kəndi)

27. Qala – XI əsr (Qaraqışlaq kəndi)

28. Dəmirovlu Pir məbədi – XI əsr (Qaraqışlaq kəndi)

29. Məscid - ? (Piçəniz kəndi)

30. Məbəd – XVII əsr (Piçəniz kəndi)

31. Məbəd – XII əsr (Qorçu kəndi)

32. Məbəd – X əsr (Aşağı Fərəcan kəndi)

33. Məbəd – XV əsr (Şəlvə kəndi)

34. Məbəd – XVI əsr (Əhmədli kəndi)

35. “Ağbaxt xeyir” türbəsi – XVI əsr (Əhmədli kəndi)

36. Körpü - XIX əsr (Əhmədli kəndi)

37. Məbəd – XV əsr (Minkənd kəndi)

38. İkitağlı körpü – XIX əsr (Minkənd kəndi)

39. Birtağlı körpü – XIX əsr (Minkənd kəndi)

40. Mağara qalası - XV əsr (Güləbird kəndi)

41. Sınıq körpü – XV əsr (Ağdərə kəndi)

42. Qala – XIX əsr (Quşçu kəndi)

43. Sadınlar qalaçığı – XIX əsr (Quşçu kəndi)

44. Körpü – XIX əsr (Qaraqaş yaylağı)

45. Birtağlı körpü – XIX əsr (Zabux kəndi)

46. Körpü – XIX əsr (Zabux kəndi)

47. Sınıq körpü – XIX əsr (Malxələf kəndi)

48. Qala – XV əsr (Mirik kəndi)

49. Məbəd – XV əsr (Mirik kəndi)

50. Körpü – XIX əsr ( Pircahan kəndi)

51. Körpü – XIX əsr (Pircahan kəndi)

52. Körpü – XIX əsr (Seyidlər kəndi)

53. Məbəd – XIX əsr ( Sonasar kəndi)

54. Körpü – XIX əsr (Şeytanlı kəndi)

55. Məbəd – XVII əsr Sadınlar kəndi

56. Ağoğlan qəsri – IX əsr (Kosalar kəndi)

57. Uşaq qalası – XV əsr (Quşçu kəndi)

58. Kəlbəlayı Behbudalı bulağı – XV əsr (Mirik kəndi)

59. Xəlifə türbəsi – XVII əsr ( Malxələf kəndi)

60. Gavur qalası – XI əsr (Pircan kəndi)

61. Qarasaqqal türbəsi – XVI əsr (Ərikli kəndi)

62. Xallanlı qəbristanlığı – XVI əsr ( Zabux kəndi)

63. Qədim qəbristanlıq – XIII əsr ( Malıbəy kəndi)

64. Daş at fiquru - ərəb yazısı ilə - XVI əsr ( Malıbəy kəndi)

65. Daş at fiquru- ərəb yazısı ilə - XVII əsr ( Güləbird kəndi)

66. Daş qoyun fiquru - ərəb yazısı ilə - XV əsr (Küsülü kəndi)

67. Daş at fiquru – XVII əsr (Xallanlı kəndi)

68. Məbəd – IX əsr (Ərəb kəndi)

69. Qəbristanlıq – VI-VII ( Ərəb kəndi)

www.karabakh.az


XOCAVƏND


Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli, 279-XII nömrəli Qanununa əsasən DQMV ləğv edilərək keçmiş Martuni (Xocavənd) və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdır. Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu şimalda Ağdam, Ağcabədi, şərqdə Füzuli, cənubda Cəbrayıl, cənub-qərbdə Qubadlı, Laçın rayonları, qərbdə Şuşa, şimal-qərbdə isə Xankəndi şəhərləri və Xocalı rayonları ilə həmsərhəddir.

v İşğal olunmuşdur – 2 oktyabr 1992-ci il

v Ərazisi – 1458km²

v İşğal olunan zaman əhalisinin sayı (min nəfər)–9011

v Hazırda əhalisinin sayı (min nəfər) – 11208

v İşğal olunmuş şəhər, qəsəbə və kəndləri – 1 şəhər, 2 qəsəbə, 81 kənd

v Mədəni -məişət obyektləri – 75

v Şəhid olmuşdur – 145

v Əlil olmuşdur – 48

v Xocavənd rayonu ilə Bakı arasında olan məsafə –334 km

Tarixi abidələri və maddi-mədəniyyət nümunələri

1. Nərgiztəpə yaşayış yeri – ilk və orta tunc dövrü ( Xocavənd şəhərindən şərqdə)

2. Nekropol – son tunc və ilk dəmir dövrü ( Dolanlar kəndi)

3. Tağlar mağarası – daş dövrü ( Tağlar kəndi)

4. Alban məbədi - 1170-ci il (Hadrut qəsəbəsi)

5. Alban məbədi - 1147-ci il (Məmmədzar kəndi)

6. Alban məbədi - 1197-ci il (Tuğ kəndi)

7. Qırmızı məbəd – 1000-ci il (Tuğ kəndi)

8. Alban məbədi - 1094-cü il (Zoğalbulaq kəndi)

9. Alban məbədi - 900-cü il (Vəng kəndi)

10. Alban məbədi - 1131-ci il (Sakuri kəndi)

11. Alban məbədi - IV-VI əsrlər (Süsənlik kəndi)

12. Məbəd – 1635-ci il (Tağaser kəndi)

13. Məbəd (Xsaberd kəndi)

14. Məbəd-1635-ci il ( Tağaser kəndi)

15. Dini kompleks - XIII əsr ( Sor kəndi)

16. Qala - (Sor kəndi)

17. Məbəd - 1241-ci il (Böyük Tağlar kəndi)

18. Alban məbədi – 1236 –cı il (Güneyçartar kəndi)

19. Alban məbədi – 995-ci il (Qavahın kəndi)

20. Alban məbədi – IV əsr (Sos kəndi)

21. İki alban məbədi – 701-ci il (Çörəkli kəndi)

22. Alban məbədi – VIII əsr (Çörəkli kəndi)

23. Alban məbədi – V əsr (Çörəkli kəndi)

24. Məbəd - 1270-ci il (Çörəkli kəndi)

25. Məbəd - XII əsr (Çörəkli kəndi)

26. Amaras monastrı - IV əsr (Cütçü kəndi)

27. Məbəd – XII əsr ( Şıxdursun kəndi)

28. Alban məbədi – 675-ci il ( Tağaverd kəndi)

29. Qala – III əsr ( Tağaverd kəndi)

30. Bağır xan məbədi – XII əsr (Cəmiyyət kəndi)

31. Məbəd – XIV əsr (Dolanlar kəndi)

32. Məbəd – XIV əsr (Ataqud kəndi)

33. Türbə - XVII əsr (Xocəvənd qəsəbəsi)

34. Məbəd – XVII əsr (Tağavard kəndi)

35. Məbəd – XVIII əsr (Hadrut qəsəbəsi)

36. Məbəd – XIII əsr (Tuğ kəndi)

37. Məbəd – 1747-ci il (Tuğ kəndi)

38. Körpü – XVIII əsr (Tuğ kəndi yaxınlığında)

39. Ağ kilsə – XVII əsr (Vəng kəndi)

40. Məbəd – 1664-cü il (Qarqar kəndi)

41. Məbəd – XVII əsr (Sakuri kəndi)

42. Məbəd – XVII əsr (Sur kəndi)

43. Məbəd – XVIII əsr (Domi kəndi)

44. Məbəd – XIX əsr (Şaqah kəndi)

45. Məbəd – 1896-cı il (Noraşen kəndi)

46. Məbəd – XIX əsr (Qoçbəy kəndi)

47. Məbəd – 1698- ci il (Ağcakənd)

48. Məbəd – XVII əsr (Zamzur)

49. Məbəd – XVII əsr (Azıx kəndi)

50. Məbəd – XIX əsr (Bünyadlı kəndi)

51. Məbəd – XIII əsr (Dolanlar kəndi)

52. Türbənin sərdabə hissəsi – XII-XIII əsrlər (Dolanlar kəndi)

53. Albanbeki məbədi – XI əsr (Qarakənd kəndi)

www.karabakh.az


QUBADLI


Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ silsiləsinin cənub-qərb ətəklərində yerləşir. Relyefi dağətəyi və dağlıqdır. Ən uca nöqtəsi dəniz səviyyəsindən 2003 m yüksəklikdəki Topağac zirvəsidir. İqlimi mülayim kontinentaldır. Ərazisindən Bərgüşad və Həkəri çayları axır. Şimalda Laçın, qərbdə Ermənistan Respublikası (120 km), şimal-şərqdə indi artıq ləğv olunmuş Hadrut rayonu ilə (42 km), qərbdə Cəbrayıl, cənub-qərbdə isə, Zəngilan rayonu ilə həmsərhəddir.

v İşğal olunmuşdur – 31 avqust 1993-cü il

v Ərazisi – 802 km²

v İşğal olunan zaman əhalisinin sayı (min nəfər) – 30323

v Hazırda əhalisinin sayı (min nəfər) – 34642

v İşğal olunmuş şəhər, qəsəbə və kəndləri – 1 şəhər, 93 kənd

v Mədəni -məişət obyektləri – 205

v Şəhid olmuşdur – 232

v Əlil olmuşdur – 146

v Milli qəhrəmanlar – 9

v Qubadlı rayonu ilə Bakı arasında olan məsafə – 403 km

Tarixi abidələri və maddi-mədəniyyət nümunələri

1. Xırman yeri yaşayış yeri – son tunc və ilk dəmir dövrü (Qubadlı qəsəbəsi)

2. Koroğlu qalaçası - son tunc və ilk dəmir dövrü (Əliquluuşağı)

3. Qalaça - son tunc və ilk dəmir dövrü (Əliquluuşağı)

4. Sığınacaq – IV əsr (Əliquluuşağı)

5. Mal təpəsi - son tunc və ilk dəmir dövrü (Muradxanlı kəndi)

6. Göy qala – V əsr (Əliquluuşağı)

7. Laləzar körpüsü – 1867-ci il (Əliquluuşağı)

8. Türbə - XVII əsr (Gürcülü kəndi)

9. 1 nömrəli türbə - XIV əsr (Dəmirçilər kəndi)

10. 2 nömrəli türbə - XIV əsr (Dəmirçilər kəndi)

11. Sığınacaq - IV əsr (Balahəsənli kəndi)

12. Sığınacaq - IV əsr (Zor kəndi)

13. Qara qaya sığınacağı - (Mahmudlu kəndi)

14. Qəbristanlıq - XIV əsr (Qayalı kəndi)

15. Mağara məbədi – (Əliquluuşağı)

16. Mağara məbədi – IV əsr (Gayr dərəsi)

17. Bulaq – XIX əsr (Əliquluuşağı)

18. Bulaq – (Əliquluuşağı)

19. “Qalalı” qalası - (Əliquluuşağı)

20. “Qalalı” qalası (yeraltı keçidlə) – V əsr (Muradxanlı kəndi)

21. Şirin bulaq – XVIII əsr (Məmər kəndi)

22. Bulaq – XIX əsr (Dəmirçilər kəndi)

23. Mədət bulağı - XIX əsr (Mahmudlu kəndi)

24. Məscid – XIX əsr (Dəmirçilər kəndi)

25. Məscid – XIX əsr (Dondarlı kəndi)

26. Hacıbədəl körpüsü – XVIII əsr (Dondarlı kəndi)

27. Cavanşir türbəsi – XIV əsr (Yazı düzü)

28. Qalaçid qalası – XIV əsr (Xocamusaxlı kəndi)

29. Türbə - XVIII əsr (Xocamusaxlı kəndi)

30. Məscid – XVIII əsr (Yusifbəyli kəndi)

31. Türbə - XVIII əsr (Boyunəgər kəndi)

32. Məscid - XVIII əsr (Mollalı kəndi)

33. Məscid - XVIII əsr (Mirlər kəndi)

34. Məscid - XVIII əsr (Məmər kəndi)

35. Məscid - XV-XVI əsrlər (Xələc kəndi)

36. Məbəd – XI əsr (Məzrə kəndi)

37. Məscid – XIX əsr (Mahrızlı kəndi)

38. Körpü – XIX əsr (Mahmudlu kəndi)

39. Daş qoyun fiquru – XV əsr (Mahmudlu kəndi)

40. Daş sandıq – XV əsrlər (Məmər kəndi)

www.karabakh.az


ZƏNGILAN


Zəngilan rayonu Kiçik Qafqazın Arazboyu sahəsində yerləşir. Mürəkkəb və parçalanmış relyefi, əsasən, orta və alçaq dağlıqdır. Ərazisindən iti dağ çayları Həkəri, Oxçu, Bəsitçay və Araz axır. Qışı quraq keçən mülayim isti iqlim üstünlük təşkil edir. Qərbdə və şimal-qərbdə Ermənistanla, cənubda və cənub-qərbdə İranla, şimalda Qubadlı, şərqdə isə, Cəbrayıl rayonları ilə həmsərhəddir. Bakı-Şirvan-Naxçıvan magistralının üstündə yerləşir. Həmçinin ərazisindən Bakı-İrəvan dəmir yolu (Mincivan-Qafan qolu ilə) və İmişli-Laçın magistral şosse yolu keçir.

v İşğal olunmuşdur – 29 oktyabr 1993-cü il

v Ərazisi – 707 km²

v İşğal olunan zaman əhalisinin sayı (min nəfər) – 32600

v Hazırda əhalisinin sayı (min nəfər) – 38485

v İşğal olunmuş şəhər, qəsəbə və kəndləri - 1 şəhər, 1 qəsəbə, 81 kənd

v Mədəni -məişət obyektləri -575

v Şəhid olmuşdur – 235

v Əlil olmuşdur – 143

v Milli qəhrəmanlar – 2

v Zəngilan rayonu ilə Bakı arasında olan məsafə - 385 km

Tarixi abidələri və maddi-mədəniyyət nümunələri

1. Nekropol – e.ə. VI-IV əsrlər ( Quyudərə Xaştab kəndi)

2. Şəhri Şərifan yaşayış yeri – orta əsrlər (Şərifan kəndi)

3. Ağca Aşıq yaşayış yeri – orta əsrlər (Havalı kəndi)

4. Qız qalası – orta əsrlər (Havalı kəndi)

5. Qəsr qalası – orta əsrlər (Oxçuçayın Araza tökuldüyü yerdə)

6. Şərəfan türbəsi – XIV əsr (Şərifan kəndi)

7. Hacalı qülləsi - XIV əsr ( Məmmədbəyli kəndi)

8. Məscid – XIX əsr ( Zəngilan kəndi)

9. Məscid – XIX əsr (Malatkeşin kəndi)

10. Məscid – XVII əsr ( Zəngilan şəhəri)

11. Körpü – XIX əsr (Hacıalılar kəndi)

12. Dairəvi bürc – XIII-XIV əsr (Hacıalılar kəndi)

13. Məscid – XIX əsr (Muşlan kəndi)

14. Dairəvi – XII əsr (Hacıalılar kəndi)

15. Səkkizguşəli türbə - 1304-1305-ci illər (Məmmədbəyli kəndi)

16. Qız qalası – XII əsr (Əmirxanlı kəndi)

17. Sərdabə - XII əsr (Şərəfan kəndi)

18. Sərdabə - XIV əsr (Yenikənd kəndi)

19. Qədim hamam kompleksi – XI əsr (Şərəfan kəndi)

20. Məscid – XIX əsr (Qırıq Müşlan kəndi)

21. Şükrataz qalası – VI əsr (Bartaz kəndi)

22. Əsgülüm qalası – VII əsr (Keçikli kəndi)

23. Türbə - XIV əsr (Babaylı kəndi)

24. Türbə - XIV əsr (Ağalı kəndi)

25. Türbə - XIV əsr (Yenikənd kəndi)

26. Türbə - XV əsr (Malatkeşın kəndi)

27. Dağdağan piri – XIII əsr (Malatkeşın kəndi)

28. Koroğlu daşı – VII-VIII əsrlər (Yazı düzü)

29. Tağlı qalası – XVIII əsr (Zəngilan şəhəri)

30. Günəş abidə piri – XVI əsr (Gülətağ kəndi)

31. Top körpüsü – XII əsr (Top kəndi)

32. Məscid – IX əsr (Rəzdərə kəndi)

33. Türbə - VII əsr ( Rəzdərə kəndi)

34. Sürtüm piri – IX əsr (Vejnəli kəndi)

35. Yol piri – IX əsr (Vejnəli kəndi)

36. Qız qalası – IX-XI əsrlər (Bartaz kəndi)

www.karabakh.az


CƏBRAYIL


Cəbrayıl rayonunun relyefi əsasən maili düzənlik, şimalda alçaq dağlıqdır. İqlimi ərazisinin cənub hissəsində yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl, şimalda yayı quraq keçən mülayim istidir. Araz çayı hövzəsinə aid bir neçə kiçik çayı var. Şimalda Xocavənd rayonu ilə, cənubda İran Islam Respublikası, şərqdə Füzuli, qərbdə və cənub-qərbdə isə, Qubadlı və Zəngilan rayonları ilə həmsərhəddir. Bakı-Şirvan-Naxçıvan magistralının üstündə yerləşir.

v İşğal olunmuşdur – 23 avqust 1993-cü il

v Ərazisi – 1050 km²

v İşğal olunan zaman əhalisinin sayı (min nəfər) – 52604

v Hazırda əhalisinin sayı (min nəfər) – 66509

v İşğal olunmuş şəhər, qəsəbə və kəndləri –1 şəhər, 4 qəsəbə, 92 kənd

v Mədəni -məişət obyektləri – 197

v Şəhid olmuşdur – 368

v Əlil olmuşdur – 230

v Milli qəhrəmanlar – 6

v Cəbrayıl rayonu ilə Bakı arasında olan məsafə –338 km

Tarixi abidələri və maddi-mədəniyyət nümunələri

1. 11 tağlı Xudafərin körpüsü – XI-XII əsrlər ( Cəbrayıl rayonu)

2. 15 tağlı Xudafərin körpüsü – XIII əsrlər ( Cəbrayıl rayonu)

3. Niftalı kurqanları – tunc dövrü ( Xudyarlı kəndi)

4. Ağoğlan nekropolu – ilk orta əsrlər (Cəbrayıl şəhəri)

5. Karxulu kurqanları və yaşayış yeri – tunc dövrü – (Karxulu kəndi)

6. Canqulu kurqanı – tunc dövrü (Mahmudlu kəndinin şimal-qərb tərəfində)

7. Quştəpə kurqanı - tunc dövrü (Mahmudlu kəndinin şimal-qərb tərəfində)

8. İmanqazan təpələri- tunc dövrü (Şıxlar kəndi)

9. Şıxlar mağarası – daş dövrü (Şıxlar kəndi)

10. Şıxlı kurqanları- son tunc dövrü (Şıxlı kəndi)

11. İmanqazantəpə kurqanları - son tunc dövrü (Şıxlı kəndi)

12. Qaladağ qalaçası və yaşayış yeri – ilk orta əsrlər (Qalaçıq kəndi)

13. Məscidtəpə kurqanı - tunc dövrü (Qalaçıq kəndi)

14. Naftalı kurqanları- son tunc və ilk dəmir dövrü (Naftahlar kəndi)

15. Qışlaq kurqanları və yaşayış yeri- son tunc və ilk dəmir dövrü (Qışlaq kəndi)

16. Hovuzlu kurqanları - son tunc və ilk dəmir dövrü (Hovuzlu kəndi)

17. Cinlitəpə yaşayış yeri - ilk dəmir dövrü (Hovuzlu kəndi)

18. Torağaytəpə yaşayış yeri - ilk tunc dövrü ( Şükürbəyli kəndi)

19. Divlər sarayı - daş dövrü (Çələbilər kəndi)

20. Sultan Allahverdi hamamı – XIX əsr (Cəbrayıl şəhəri)

21. Dairəvi türbə - XVII əsr (Xubyarlı kəndi)

22. Səkkizguşəli türbə - XVII əsr (Xubyarlı kəndi)

23. Dairəvi türbə - XIV əsr (Şıxlar kəndi)

24. Qala qülləsi - (Sirik kəndi)

25. Qız qalası – XII əsr (Diridağ dağı)

26. Sərdabə - XIII-XIV əsr (Dağ Tunas kəndi)

27. Məscid – (Çələbilər kəndi)

28. Məscid - XIX əsr (Papi kəndi)

29. Məscid - (Daşkəsən kəndi)

30. Məscid – XIX əsr (Məzrə kəndi)

31. Məscid – XIX əsr (Süleymanlı kəndi)

32. Köhnə qəbristanlıq - orta əsrlər (Cəbrayıl şəhəri)

33. Köhnə qəbristanlıq - XVII-XVIII əsr (Karxulu kəndi)

34. Köhnə qəbristanlıq - orta əsrlər (Sirik kəndi)

35. Köhnə qəbristanlıq və yaşayış yeri – orta əsrlər (Diridağ dağı)

36. Mağara- orta əsrlər ( Dağ Tumas kəndi)

37. Şəhərcik kəndinin xarabalıqları- orta əsrlər (Şıxlar kəndi)

38. Dulusxana yaşayış yeri- orta əsrlər (Şıxlar kəndi)

39. Hasanlı yaşayış yeri – orta əsrlər (Hasanlı düzü)

40. Köhnə qəbristanlıq - orta əsrlər (Şıxlar kəndi)

41. Daş qoç fiquru –orta əsrlər- (Şıxlar kəndi)

www.karabakh.az


FÜZULİ


Füzuli rayonunun relyefi əsasən Araz çayına tərəf alçalan maili düzənlik, qərbdə alçaq dağlıqdır. İqlimi şərq hissəsində yayı quraq keçən yarımsəhra və quru çöl, qərbdə mülayim istidir. Çayları Köndələnçay, Quruçay və Qozluçay rayonun İran İslam Respublikası ilə sərhədindən axan Araz çayı hövzəsinə aiddir. Şimalda Ağcabədi rayonu ilə, cənubda Cəbrayıl rayonu və İran İslam Respublikası ilə, şərqdə Beyləqan, qərbdə isə, Xocavənd rayonları ilə həmsərhəddir. Bakı-Şirvan-Naxçıvan magistralının üstündə yerləşir.

v İşğal olunmuşdur – 23 avqust 1993-cü il

v Ərazisi – 1386 km² (1112 km² işğal altındadır)

v İşğal olunan zaman əhalisinin sayı (min nəfər) – 95940

v Hazırda əhalisinin sayı (min nəfər) – 114452

v İşğal olunmuş şəhər, qəsəbə və kəndləri – 1 şəhər, 1 qəsəbə, 58 kənd Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin yanvar ayında Horadiz qəsəbəsi və 22 kənd işğaldan azad edilmiş və Azərbaycanın nəzarətindədir. Azad olunan ərazilər minalardan təmizlənərək yeni qəsəbələr salınmışdır ki, burada 114452 nəfər əhali (64545 nəfər yerli, 50 minə qədər məcburi köçkün) yaşayır.

v Mədəni -məişət obyektləri -145

v Şəhid olmuşdur – 528

v Əlil olmuşdur – 1309

v Milli qəhrəmanlar – 6

v Füzuli rayonu ilə Bakı arasında olan məsafə - 310 km

Tarixi abidələri və maddi-mədəniyyət nümunələri

1. Azıx mağara düşərgəsi – paleolit dövrü

2. Tağlar mağara düşərgəsi - paleolit dövrü

3. Qarabulaq kurqan çölü – tunc dövrü (Füzuli şəhərindən şimal-qərbdə)

4. Günəştəpə yaşayış yeri – e.ə. II-I minilliklər (köndələn çayının sağ sahilində)

5. Qaraköpəktəpə yaşayış yeri – e.ə. IV əsr-e.ə I əsr (Köndələn çayının sağ sahilində)

6. Zərgərtəpə yaşayış yeri – tunc dövrü (Zərgər kəndi)

7. Şəkərcik yaşayış yeri – tunc dövrü (Şəkərcik kəndi) 8. Kültəpə yaşayış yeri – ilk tunc dövrü (Əhmədbəyli kəndinin qərbində)

9. Balalartəpə yaşayış yeri – ilk tunc dövrü (Qaraxanbəyli kəndinin cənub-şərqində)

10. Uzuntəpə yaşayış yeri - ilk tunc dövrü (Quruçay və Köndələnçay arasında)

11. Meynətəpə yaşayış yeri – ilk tunc dövrü (Quruçay və Köndələnçay arasında)

12. Xantəpə yaşayış yeri – ilk tunc dövrü (Quruçay və Köndələnçay arasında)

13. Dədəli kəhrizi – XIX əsr (Dədəli kəndi)

14. Hacı Bayram kəhrizi - XIX əsr (Qoçəhmədli kəndi)

15. Qalpirəhmədli kəhrizi – XIX əsr (Qoçəhmədli kəndi)

16. Kəhriz – XIX əsr (Saracın kəndi)

17. Türbə - XIII əsr (Əhmədallar kəndi)

18. Şeyx Babı türbəsi – XIII əsr (Babı kəndi)

19. Karvansaray – XVII əsr (Qarğabazar kəndi)

20. Mirəli türbəsi – XIV əsr (Aşağı Veysəlli kəndi)

21. Müəllimlər evi – XIX əsr (Füzuli şəhəri)

22. Hamam - XIX əsr (Füzuli şəhəri)

23. Bulaq – XIX əsr (Horadiz şəhəri)

24. Bulaq – XIX əsr (Qarğabazar kəndi)

25. Məscid – XIX əsr (Qorqan kəndi)

26. Bulaq – XIX əsr (İşıqlı kəndi)

27. Bulaq – XIX əsr (Xəlafşə kəndi)

28. Hacı Ələkbər məscidi – XVII-XIX əsrlər (Füzuli şəhəri)

29. Dəyirman – XIX əsr (Füzuli şəhəri)

30. Körpü – XIX əsr (Füzuli şəhəri)

31. Məscid – XIX əsr (Böyük Bəhmənli kəndi)

32. Məscid – XVII əsr (Qarğabazar kəndi)

33. Türbə - XVIII əsr (Qarğabazar kəndi)

34. Məscid – XIX əsr (Dədəli kəndi)

35. Körpü – XVIII əsr (Görəzilli kəndi)

36. Məscid – XIX əsr (Qacar kəndi)

37. Məscid – XIX əsr (Mərdanlı kəndi)

38. Körpü – XIX əsr (İşıqlı kəndi)

39. Körpü – XIX əsr (Şıxlı kəndi)

40. Məscid – 1889-cu il (Horadiz qəsəbəsi)

41. Məscid – XX əsr (Horadiz şəhəri)

42. İmamzadə - XIX əsr (Horadiz qəsəbəsi)

43. Məscid – XIX əsr (Gecəközlü kəndi)

44. Körpü – XIX əsr (Yağvələnd kəndi)

45. Məscid – XIX əsr (Yuxarı Veysəllı kəndi)

46. Türbə - XIX əsr ((Seyidəhmədli kəndi)

47. Məscid – XIX əsr (Aşağı Dilağarda kəndi)

48. Məscid – XVIII əsr ( Qoçəhmədli kəndi)

49. Körpü – XIX əsr ( Qoçəhmədli kəndi)

50. Arış körpüsü – XIX əsr ( Qoçəhmədli kəndi)

51. Sərdərli məscidi – XIX əsr ( Qoçəhmədli kəndi)

52. Körpü – XVII əsr ( Qoçəhmədli kəndi)

53. Məscid – XIX əsr ( Qoçəhmədli kəndi)

54. Alı körpüsü – XIX əsr (Saracıq kəndi)

55. Körpü – XIX əsr (Saracıq kəndi)

56. Kərəm körpüsü – XIX əsr (Saracın kəndi)

57. Məscid – XVIII əsr (Qaradağlı kəndi)

58. Türbə - XIX əsr (Yuxarı Divanlılar kəndi)

59. Məscid – XIX əsr (Bəy Pirəhmədli kəndi)

60. Məscid – XIX əsr (Qaraxanbəyli kəndi)

www.karabakh.az




Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası