Daşkənddə Özbəkistanın məşhur "Soqdiana" Kamera Orkestri Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış etmişdir.
(28.12.2015) Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Daşkənddə Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il bayramı münasibəti ilə Özbəkistanın məşhur "Soqdiana" xalq çalığı alətləri Kamera Orkestri konsert proqramı ilə çıxış etmişdir.
Dostluq Konserti ulu öndərin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzində keçirilmişdir.
Tədbirdə Azərbaycan Səfirliyi, onun Mədəniyyət Mərkəzi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, bu ölkədəki xarici ölkələrin səfirləri, diplomatları, Özbəkistandakı azərbaycanlılar, çoxsaylı mötəbər qonaqlar, mətbuat nümayəndələri iştirak etmişlər.
İlk öncə çıxış edən Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev bayram münasibəti ilə bütün qonaqları, özbəkistandakı azərbaycanlıları təbrik etmişdir. Səfir 1991-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 31 dekabrı dünya azərbaycanlılarının həmrəylik günü kimi elan edildiyini və ötən müddət ərzində ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışmışdır.
Daha sonra konsert proqramı başlamışdır. Konsert proqramında Özbəkistanın "Soqdiana" xalq çalığı alətləri Kamera Orkestri Üzeyir Hacıbəyovun "Koroğlu üverturası ilə başlamışdır.
Konsertdə Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev kimi Azərbaycan bəstəkarlarının əsərləri ifa olunmuşdur.
Özbəkistanın Respublika müsabiqəsinin laureatı Qasımcan Nazarovun Azərbaycan xalq mahnıları mövzusunda Qaşqar rübabında ifa etdiyi "Popuri" tamaşaçıların alqışları ilə qarşılanmışdır.
Konsert proqramında Ü.Hacıbəyovun "Sənsiz", "Sevgili canan", "Arşın mal alan"dan Gülçöhrənin, Əsgərin ariyaları, Fikrət Əmirovun Qarabağ - Azərbaycanın incisidir, Şərq melodiyaları ifa olunmuşdur.
Konsert proqramına maraq böyük olmuş, tədbir yerli mətbuatda geniş işıqlandırılmışdır.
Tədbirin sonunda fəxri qonaqlar üçün ziyafət verilmişdir.
Daşkənddəki 30 saylı uşaq evinin azərbaycanlı və özbək uşaqları üçün xeyriyyə tədbiri keçirilmişdir.
(25.12.2015) Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkil etdiyi xeyriyyə tədbiri dünya azərbaycanlılarının həmrəylik günü və yeni il bayramına həsr olunmuşdur.
Tədbirin əsas məqsədi istedadlı uşaqların üzə çıxarılması, iki ölkə arasında dosluq əlaqələrinin möhkəmləndirilməsi olmuşdur.
Qeyd edək ki, Daşkənddəki 30 saylı uşaq evində 150 uşaq yaşayır və təhsil alır. Onlardan 8-i azərbaycanlıdır.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 30 saylı uşaq evini himayəyə götürmüş və mütəmadi olaraq burada tədbirlər keçirir, azərbaycanlı uşaqlar isə Mədəniyyət Mərkəzinin təşkil etdiyi dərnəklərdə iştirak edirlər.
Bayram tədbirində çıxış edən Daşkənd şəhər 30 saylı uşaq evinin direktoru
Firuza Osmanxocayeva Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirərək Azərbaycan dövlətinə öz təşəkkürünü bildirmişdir. O, uşaq evində olan azərbaycanlı uşaqlar haqqında məlumat vermiş və gələcəyin istedadlarının yetişməsində bu cür tədbirlərin rolunu qeyd etmişdir.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru
Samir Abbasov qonaqları yeni il və dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə təbrik etmiş, rəhbərlik etdiyi təşkilat tərəfindən istedadlı uşaqların üzə çıxarılması, iki ölkə arasında mədəni, dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layhələr barədə məlumat vermişdir. O, bu sahədə Heydər Əliyev Fondunun Azərbaycanda və dünyada çoxsaylı xeyriyyə tədbirlərini həyata keçirdiyini qeyd etdi.
Daha sonra uşaq evinin istedadlı uşaqları tərəfindən hazırlanmış konsert proqramı və səhnəciklər nümayiş olundu. Balaca fidanlar özbək, Azərbaycan və dünya rəqslərini, mahnılarını ifa etmişlər. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qizları" rəqs ansamblının çıxışı alqışlarla qarşılandı.
Tədbir zamanı istedadlı uşaqların əl işlərinə baxış keçirilmiş, əlaçı şagirdlər Azərbaycan-Özbəkistan dostluğuna dair şeirlər söyləmişlər.
Tədbirin sonunda Azərbaycan Mədəniyyət Mərkəzinin bayram sovqatı və hədiyyələr uşaqlara təqdim olundu. Onlar milli xörəklərə, şirniyyatlara qonaq edildilər.
Daşkənddə "Azərbaycan və Özbək milli geyimləri"nin moda sərgisi (FOTO).
(15.12.2015) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi yenə də mədəniyyətin müxtəlif sahələrinə dair keçirdiyi maraqlı tədbirlə ictimiayyətin diqqətini cəlb etmişdir.
Mədəniyyət Mərkəzində keçirilən "Azərbaycan və Özbək milli geyimləri" adlı moda sərgisinin təşkilatçıları çıxış edərək milli geyimlərin hər iki xalqın tarixinin, mədəniyyətinin göstəricisi olduğunu, Azərbaycan və Özbək xalqlarının zəngin geyim mədəniyyəti haqqında danışmışlar.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanın müxtəlif regionlarının özünəxas geyimləri ilə seçildiyini bildirmiş, milli geyimlərimizin dünyada tanıdılması və təbliği ilə əlaqədar Heydər Əliyev Fondunun layihələri barədə məlumat vermişdir.
Daha sonra tədbirdə Azərbaycan geyimlərinin nümayişinə başlanmışdır.
Moda sərgisində Azərbaycan milli geyimlərini Bakıdakı Geyim Evinin, Özbək geyimlərini isə Daşkənddəki Rəssamlıq və Dizayn İnstitutunun kolleksiyaları təqdim olunmuşdur.
Geyimləri Özbəkistanın Kəmaləddin Bexzod adına Rəssamlıq və Dizayn İnstitutunun tələbələri nümayiş etdirmişlər.
Sərgi Daşkənddə böyük rezonans doğurmuş, ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış və yerli mətbuatda geniş işıqlandırılmışdır.
Moda sərgisində Azərbaycanın müxtəlif regionları Qarabağ, Şirvan, Gəncə, Naxçıvan və başqa bölgələrinə dair geyimlər təqdim olunmuşdur.
Azərbaycan milli geyimləri ilə yanaşı sərgidə Özbək milli geyimləri, habelə müasir kolleksiyalar da nümayiş olunmuşdur. Hər iki tərəfdən təqdim olunan geyim nümunələri iştirakçıların marağına səbəb olmuşdur.
Sərginin sonunda hazırlanmış xüsusi çıxış - milli geyimli oğlan və qızın Azərbaycan və Özbəkistan bayraqlarını səhnəyə gətirməsi tamaşaçıların alqışları ilə qarşılanmışdır. Bu çıxışla modelyerlər hər iki dövlətin dostluğunun simvolizə etmişlər.
Tədbirin bədii hissəsində Özbəkistanın tanınmış müğənnilərinin çıxışı olmuşdur.
Sərgidə Özbəkistanın mədəniyyət, incəsənət, elm sahəsində tanınmış mütəxəssisləri, Daşkənddəki dizayn institutlarının müəllim və tələbələri, Azərbaycanın Özbəkistandakı Səfirliyinin və Mədəniyyət Mərkəzinin əməkdaşları, Azərbaycan diasporasının üzvləri, çoxsaylı mətbuat nümayəndələri iştirak etmişlər.
Daşkənddə ulu öndər Heydər Əliyevin adını daşıyan küçədə onun xatirə löhvəsi açılmışdır.
(11.12.2015) Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Daşkənddə ulu öndər Heydər Əliyevin adını daşıyan küçədə onun xatirə löhvəsi açılmışdır.
Qeyd edək ki, 2010-cu il 27 sentyabr tarixində Azərbaycan Prezidenti
İlham Əliyevin Özbəkistana səfəri zamanı Daşkənddə azərbaycanlıların kompakt yaşadığı Mirabad rayonunda ulu öndərin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzinin binasının və dahi rəhbərin büstünün açılışı olmuş, buradakı küçəyə Heydər Əliyevin adı verilmişdir.
Xatirə löhvəsi Heydər Əliyev küçəsində, ulu öndərin adını daşıyan Mədəniyyət Mərkəzinin qarşısında qoyulmuşdur.
Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev ulu öndərin müstəqil Azərbaycanın qurucusu olduğunu, ölkəmizin bugünki səviyyəyə çatmağında onun xidmətlərindən danışmışdır.
Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov Heydər Əliyevin iki ölkə arasında dostluq münasibətlərinin inkişafında xidmətlərindən danışmış, məhz onun Özbəkistana səfəri zamanı Özbəkistanda Azərbaycan Səfirliyinin açılışı olduğunu qeyd etmişdir.
Daha sonra iştirakçılar ulu öndərin büstünün qarşısına əklil və gül çiçəklər düzmüşlər.
Mədəniyyət Mərkəzinin Heydər Əliyev Muzeyində davam etdirilən tədbirdə iştirakçılar ulu öndərə həsr olunmuş kitab sərgisi ilə tanış olmuş və dahi liderin Azərbaycan xalqı qarşısında xidmətlərindən bəhs edən video material nümayiş etdirilmişdir.
Səfir Hüseyn Quliyev Nizami adına Daşkənd Dövlət Pedqoji Universitetinin əlaçı tələbələri - Oybek Erqaşova və Firangiz Xaşimovaya "Heydər Əliyev təqaüdü"nü təqdim etmişdir. Qeyd edək ki, "Heydər Əliyev təqaüdü"nü Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təsis etmiş və təqaüd hər il sözügedən təhsil ocağının əlaçı tələbələrinə təqdim olunacaqdır.
Daha sonra özbək tələbələr Azərbaycan dilində Heydər Əliyevə aid şeirlər söyləmişlər.
Tədbirdə Azərbaycan Səfirliyinin və Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin rəhbərləri və üzvləri, Özbəkistanda azərbaycanlılar, tələbələr və mtəbuat nümayəndələri iştirak etmişlər.
Özbəkistanda Həmkarlar Şurasının bu il keçirdiyi "Mexricon-2015" 46-cı Xeyriyyə Festivalında Azərbaycan Mədəniyyət Mərkəzi iştirak etmişdir.
(10.12.2015) Daşkəndin Respublika sarayı olan "Türkiston"da keçirilən bu ilki xeyriyyə Festivalının sponsorlarından biri də Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi olmuşdur.
Daşkənddəkı 14 uşaq evinin kimsəsiz və qüsurlu uşaqları üçün təşkil olunmuş xeyriyyə tədbirində Özbəkistanın Daşkənd şəhəri üzrə Həmkarlar Şurasının sədri Olimcan Topilov giriş sözü ilə çıxış etdi və qeyd etdi ki, təşkil olunan xeyriyyə festivalı vasitəsi ilə internat evlərinin uşaqları öz istedadlarını nümayiş etdirə bilir və bu xeyriyyəçilik tədbirləri ilə balaca fidanlara böyük sevinc bəxş edilir. O, tədbirə dəstək göstərdikləri üçün Daşkənddəki iş adamlarına, təşkilatlara öz təşəkkürünü bildirdi.
Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov rəhbərlik etdiyi təşkilatın keçirilən Xeyriyyə Festivalında builki iştiraklarını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr etdiklərini bildirdi. O, ulu öndərin uşaqları çox sevdiyini və onlara daim qayğı ilə yanaşdığını qeyd etdi. Samir Abbasov xeyriyyə festivalında uğur qazanacaq istedadlı uşaqların gələcəkdə Azərbaycan Mədəniyyət Mərkəzinin kurs və dərnəklərində iştirak etmək üçün şərait yaradılacağını bildirdi.
Daha sonra Daşkənddə fəaliyyət göstərən uşaq evlərinin hazırladığı konsert proqramı iştirakçılara təqdim edildi.
Onlar həm Özbək milli həmdə xarici mahnıları və rəqsləri ifa etdilər. Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı Azərbaycan milli rəqslərini ifa etdilər. Konsert tamaşaçıların alqışları ilə qarşılandı.
Tədbirdə çıxış edən uşaq evlərinə Azərbaycan dövlətinin adından gündəlik istifadə olunan məişət cihazları hədiyyə olundu. Sonda Daşkənddəki "Turan" restoranında internat evlərinin uşaqları üçün ziyafət verildi.
Özbəkistanın Səmərqənd şəhərindəki "Afrosiab" Dövlət Tarix Muzeyində "Azərbaycan" pavilyonunun açılışı olmuşdur.
(05.12.2015) Azərbaycan Mədəniyyətinə həsr olunmuş tədbirlər çərçivəsində Səmərqənddəki 200 hektarlıq "Afrosiab" qədim insan yaşayış məskəni olan qoruq ərazisində yerləşən və Orta Asiyanın ən nüfuzlu, zəngin Muzeyində "Azərbaycan paviliyonu"nun açılışı olmuşdur.
Qeyd edək ki, Muzey Səmərqənd şəhərində turizm marşurutuna daxil edilmiş və bu qədim insan yaşayış məskənini, tarixi muzeyini minlərlə turist ziyarət edir.
"Afrosiab" Səmərqənd Dövlət Tarix Muzeyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi "Azərbaycan" adlı sərgidə ölkəmizin tarixi, mədəniyyətinə dair suvenirlər, maddi-mədəniyyət nümunələri, Azərbaycan milli qadın və kişi geyimləri, xalçalarımız, milli musiqi alətləri, kəlağayılar, habelə ölkəmizin mədəniyyəti, xalça sənətinə dair kitablar nümayiş etdirilmişdir.
Təşkilatçılar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Səmərqənd Vilayət Hakimiyyəti, Səmərqənd vilayəti üzrə Azərbaycan diaspora təşkilatı olmuşdur.
Sərginin açılış lenti kəsildikdən sonra çıxış edən "Afrosiab" Dövlət Tarixi Muzey-Qoruğun direktoru Xodjakul Muxammediev Azərbaycanın Özbəkistana qardaş ölkə olduğunu bildirmiş, iki xalq arasında dostluğun qədim tarixindən danışmışdır. O, Azərbaycan mədəniyyətinin qədim və zəngin olduğunu, Özbəkistanda həmişə maraqla qarşılandığını bildirmişdir. Xodjakul Muxammediev Azərbaycan guşəsində nümayiş etdirilən suvenir və eksponatların Muzeyə daimi olaraq bağışlanmasına görə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür etmişdir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki xalq arasında mədəni-ədəbi əlaqələrin inkişafından danışmışdır. O, Səmərqənd Dövlət Tarix Muzeyində yaradılmış "Azərbaycan" sərgisi vasitəsi ilə həm səmərqəndlilərin, həm də bu şəhərə gələn turistlərin Azərbaycan mədəniyyəti, adət-ənənələri haqqında geniş məlumat əldə edəcəklərini bildirdi. Samir Abbasov rəhbərlik etdiyi Mədəniyyət Mərkəzinin layihəsi ilə Səmərqənddə Azərbaycan mədəniyyətinə həsr olunmuş silsilə tədbirlərin davam edəcəyini qeyd etdi.
Daha sonra iştirakçılar sərgi ilə tanış oldular, sərgidə nümayiş olunan eksponatlar, ölkəmizə dair maddi-mədəniyyət nümunələri barədə məlumat verildi. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən muzeyə "İrəvan xalçaları" və Heydər Əliyev Fondunun nəşri olan "Azərbaycan xalçaları" kataloqu bağışlanıldı.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı "Yallı", "Uzundərə" kimi Azərbaycan milli rəqslərini ifa etmişlər.
Qeyd edək ki, Səmərqənddə Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlər davam edir. Tədbirlər çərçivəsində Puşkin adına Səmərqənd Vilayət Mərkəzi Kitabxanasında "Odlar yurdu - Azərbaycan" adlı sərgi təşkil olunmuş və Vilayətin baş kitabxanasında "Azərbaycan guşəsi" yaradılmışdır. Kitabxanaya "Azərbaycanı tanıyaq" layihəsi çərçivəsində ölkəmizin tarixi, mədəniyyəti, dövlətçiliyi, turizmi, ədəbiyyatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair çoxsaylı kitablar hədiyyə olunmuşdur.
Səmərqənd Dövlət Universitetində "Azərbaycan gecəsi" adlı tədbir keçirilmişdir.
(04.12.2012) Özbəkistanın və Orta Asiyanın nüfuzlu universiteti olan Səmərqənd Dövlət Universitetində Azərbaycan mədəniyyəti, musiqiləri və rəqslərinə həsr olunmuş "Azərbaycan gecəsi" keçirilmişdir.
Qeyd edək ki, "Azərbaycan gecəsi" Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Səmərqənd şəhərində keçirdiyi və Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlər çərçivəsində təşkil olunmuşdur.
Tədbirdə Səmərqənd vilayəti hakimiyyətinin nümayəndələri, şəhər ziyalıları, Səmərqənd Dövlət Universitetinin müəllim və tələbələri, şəhərdəki Azərbaycan diaspora təşkilatının üzvləri iştirak etmişlər.
Səmərqənd Dövlət Universitetinin prorektoru Alişer Eştaev tədbirdə giriş sözü ilə çıxış etmişdir. O, Özbək və Azərbaycan xalqları arasında dostluqdan danışaraq, bu əlaqələrin böyük tarixi olduğunu vurğulamışdır. Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirən A.Eştaev qeyd etmişdir ki, Özbəkistanda Azərbaycan mədəniyyətinə, musiqisinə, rəqslərinə böyük maraq vardır. O, Səmərqənddə keçirilən bütün el tədbirlərində, mədəni-konsert proqramlarında, toylarda Azərbaycan musiqilərinin xalq tərəfindən sevə-sevə ifa olunduğunu və dinlənildiyini söylədi.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Böyük Ipək Yolunun üzərində yerləşən Azərbaycan və Özbəkistanın tarixi, mədəni bağlılığı, eyni soykökə, dil və adət-ənənələrə malik bu xalqların yaratdığı mədəniyyət nümunələrindən danışmışdır.
Səmərqənd Dövlət Universitetində təşkil olunan "Azərbaycan gecəsi"nin bütövlükdə Azərbaycana həsr olunduğunu qeyd edən Samir Abbasov sözügedən Universitetin rəhbərliyi ilə razılaşmaya əsasən burada Azərbaycan mədəniyyəti və ədəbiyyatı guşəsinin yaradılacağını və "Azərbaycanı tanıyaq" layihəsi çərçivəsində ölkəmizin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizmi, ədəbiyyatına dair nəşrlərin Universitetə hədiyyə olunacağını bildirdi.
Özbəkistanda Azərbaycan musiqisinə böyük maraq olduğunu qed edən diplomat Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Rəşid Behbudov, Zeynəb Xanlarova və başqa sənətçilərin yaradıcılıq, ifalarının qardaş ölkədə çox sevildiyini vurğuladı.
Səmərqənd vilayəti üzrə Azərbaycan diaspora təşkilatının rəhbəri Ədilağa Mirzəyev Özbəkistanda azərbaycanlılar üçün bütün şəraitin yaradıldığını, azərbaycanlıların həmişə Özbəkistanın ictimai-mədəni həyatında aktiv iştirak etdiyini qeyd etdi. O, Özbəkistanda tanınmış azərbaycanlılar - Seyid Rza Əlizadə, Maqsud Şeyxzadə, Firudin Səfərov və başqa soydaşlarımızın qardaş ölkənin rifahı üçün çalışdıqlarını bildirdi.
Tədbirdə Azərbaycanın gözəl təbiəti, zəngin mədəniyyəti, turizm potensialı, kilinariyasına dair videoçarx nümayiş etdirildi.
Daha sonra təşkil olunan bədii hissədə Özbəkistanın tanınmış sənətçiləri Abdumalik Tatlı, İsroil Saidumarov, Kökəb Əliyeva Azərbaycan musiqilərini ifa etdilər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı "Köçəri", "Uzundərə", "Tello və digər milli rəqslərimizi ifa etdilər.
Konsert proqramı tamaşaçıların alqışları ilə qarşılandı. Tədbiri yerli KİV-lər geniş işıqlandırmışlar.
Daşkənddə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
(26/11/2015) Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetindəki Azərbaycan mədəniyyəti və ədəbiyyatı mərkəzində Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş "Azərbaycan poeziyasının klassiki - Bəxtiyar Vahabzadə" adlı tədbir keçirilmişdir.
Tədbirin təşkilatçısı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti olmuşdur. Tədbirdə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, habelə Özbək şair və yazıçılar iştirak etmişlər.
Bununla əlaqədar şairin Azərbaycan və Özbək dillərində kitablardan ibarət sərgisi təşkil olunmuşdur.
Əvvəlcə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunmuş sənədli film nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov Azərbaycan ədəbiyyatına Özbəkistanda böyük maraq olduğunu, özbək və Azərbaycan xalqlarının ədəbi-mədəni əlaqələrinin uğurla inkişaf etdiyini bildirdi. O, Bəxtiyar Vahabzadənin həmişə Özbəkistana türkdilli xalqları böyük rəğbətlə yanşdığını və onun əziz xatirəsinin qardaş Özbəkistanda hörmətlə anıldığını bildirdi.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr verən, bu istiqamətdə müstəsna xidmətləri olan Bəxtiyar Vahabzadə yaradıcılığı haqqında danışmış, şairi çağdaş Azərbaycan milli şeirinin klassiki adlandırarmışdır. O, Vahabzadə yaradıcılığına Azərbaycan dövlətinin xüsusi qiymət verdiyini və şairin adının əbədiləşdirilməsi, onun 90 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Sərəncamı haqqında məlumat vermişdir.
Tədbirdə çıxış edən Özbəkistanın xalq şairi, Bəxtiyar Vahabzadənin yaxın dostu olmuş Camal Kamal Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Bəxtiyar Vahabzadə haqqında xatirələrini və onunla görüş haqqında danışaraq, şairin şeirlərindən söyləmişdir. Bəxtiyar Vahazadənin türk dünyası üçün böyük bir şəxsiyyət olduğunu bildirən Camal kamal onun əsərlərinin özbək dilinə tərcümə etdiyini və bu işdən şərəf duyduğunu qeyd etmişdir.
Çıxış edənlər özbək şair Usman Kuçkar, tərcüməçi alim Babaxan Şərif, dosent Gülbahar Aşurova və başqaları özbək şairləri, tərcüməçiləri tərəfindən Bəxtiyar Vahabzadənin əsərlərinin özbək dilinə tərcümə edildiyini və bu işdə tərcüməçi alimlər - Pulad Mumin, Camal Kamal, Usman Kuçkar, Nəsrəddin Muxammadiyevin xidmətlərini qeyd etmişlər.
Daha sonra Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin ədəbiyyat fakultəsinin tələbələrinin Bəxtiyar Vahabzadənin Azərbaycan və Özbək dillərində şeirlərindən hazırlanmış ədəbi kompozisiya nümayiş olunmuşdur.
Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində 17 noyabr dirçəliş gününə həsr olunmuş xeyriyyə tədbiri keçirilmişdir.
(16/11/2015) Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən xeyriyyə tədbirində şəhərdəki internat məktəblərinin 200-ə yaxın əlil, fiziki qüsurlu uşaqları iştirak etmişlər.
Əvvəlcə uşaqlara ölkəmiz haqqında məlumat verilmiş, sonra onlar Mərkəzdəki "Azərbaycan tarixi" və "Heydər Əliyev" Muzeyləri ilə tanış olmuşlar. Tədbir çərçivəsində uşaqlara Azərbaycan və Özbəkistanın kiçik bayraqları və ölkəmiz adından hədiyyələr verilmişdir.
Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov təşkil olunan xeriyyə tədbirinin əsas məqsədinin iki ölkə dostluğunun təbliği, uşaqlarda vətənpərvərlik hislərinin aşlanması, onlara Azərbaycan haqqında bilgilərin verilməsinin olduğunu söyləmişdir. O, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bu cür layihələrin davam etdiriləcəyini, fiziki qüsurlu uşaqlar arasında istedadların üzə çıxarılmasına dəstək göstəriləcəyini bildirmişdir.
Daşkəntdəki 101 saylı şəhər İnternat Məktəbinin direktoru Gülçöhrə Axrarova çıxış edərək Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini alqışlayaraq, Özbəkistan-Azərbaycan dostluğu haqqında danışmış, tədbir çərçivəsində uşaqların Azərbaycan haqqında xeyli biliklər əldə edəcəyini bildirmişdir.
Tədbirin bədii hissəsində Odlar yurdu Azərbaycan sənədli filmi nümayiş olunmuş, Özbəkistanın İnternat Məktəblərinin hazıladıqları rəqslər və çıxışlar təqdim olunmuşdur. Qeyd edək ki, tədbirdə Özbək, Azərbaycan və dünya rəqsləri ifa olunmuşdur. Çıxışlar alqışlarla qarşılanmışdır.
Sonda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən internat Məktəblərinin uşaqları milli yeməklərə qonaq edilmiş, onlara bir sıra milli yeməklərimiz və şirniyyalar təqdim olunmuşdur.
Özbəkistanda müxtəlif xalqların mədəniyyətinə həsr olunmuş tədbirdə Azərbaycan da təmsil olunmuşdur.
(14/11/2015) Daşkənddəki xarici və yerli şagirdlərin təhsil aldığı nüfuzlu Britaniya məktəbində Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri, mədəniyyət mərkəzləri, beynəlxalq təşkilatların nümayəndəlikləri iştirak etmiş və hər ölkə öz təmsil etdiyi xalqın mədəniyyətini nümayiş etdirmişlər.
Azərbaycanı builki tədbirdə Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təmsil etmişdir. Azərbaycan üçün ayrılmış otaqda ölkəmizin bayraqları, milli suvenirlər, musiqi alətləri, xalçalarla bəzədilmiş, milli geyimlər nümayiş olunmuş, ölkəmizin inkişafı, dövlətçiliyimiz, tariximiz, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitab sərgisi təşkil olunmuşdur.
Azərbaycan guşəsində ölkəmizin turizm gözəlliklərinə videomaterial nümayiş olunmuşdur.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki dərnəklərin təşkilatçılığı ilə məktəbin foyesində Azərbaycan mədəniyyətinə aid əl işlərinin masterklasları da təşkil olunmuşdur.
Festivalda digər iştirakçı ölkələr də öz mədəniyyətlərini, milli mətbəxlərini nümayiş etdirmişlər.
Daha sonra ölkəmizin adından milli mətbəximizə dair yeməklər - plov, kebablar, müxtəlif qutablar, şirniyyatlar uşaqlara təqdim olunmuşdur.
Tədbirdə Azərbaycan guşəsinə maraq böyük olmuş, iştirakçıların marağı əsasında fəal ölkələr müəyyən edilmişdir.
Azərbaycan guşəsi ən yüksək mükafata layiq görülmüşdür.
Özbəkistan Milli Kitabxanasında tanınmış azərbaycan yazıçısı Yunus Oğuzun özbək dilində çap edilən “Şah arvadı və cadugər” romanının təqdimatı keçirilib.
(13/11/2015) Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında azərbaycanlı yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun Daşkənddə özbək dilində çap olunan “Şah arvadı və cadugər” romanının təqdimat mərasimində Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, tanınmış şair və yazıçılar, tələbələr və jurnalistlər iştirak etmişlər.
Tədbir Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında keçirilən kitabxana-informasiya həftəsi çərçivəsində təşkil olunmuşdur.
Qeyd edək ki, əsəri Azərbaycan dilindən özbək dilinə ədəbiyyatımızın yaxın dostu, şair və tərcüməçi Usman Kuçkar çevirmişdir.
Əvvəl foyedə yazıçının əsərlərinin sərgisi keçirilmiş və iştirakçılara təqdimatı keçirilən kitab, habelə yazıçının digər əsərləri hədiyyə olunmuşdur.
Tədbirdə yazıçının yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirilmişdir.
Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedoqoji Universitetinin dossenti Gülbahar Aşurova Yunus Oğuzun həyat və yaradıcılığı haqqında məlumat vermiş və bildirmişdir ki, bu əsər müəllifin “Əmir Teymur” romanından sonra Daşkənddə özbək dilində çap olunan ikinci kitabıdır. O, qeyd etmişdir ki, dünyanın 33 ölkəsində yazıçının 43 kitabı çap olunmuş və Özbəkistanda da Yunus Oğuz yaradıcılığına böyük maraq vardır.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında Yunus Oğuz yaradıcılığından söhbət açmış, tarixi əsərlər yaradan yazıçılarının üzərinə böyük məsuliyyət düşdüyünü qeyd etmişdir. O, məhz alimlərin yaratdığı əsərlər nəticəsində tarixin təhrif olunmasının qarşısının alındığını bildirmişdir.
Samir Abbasov rəhbərlik etdiyi Mədəniyyət Mərkəzinin bu cür layihələri gələcəkdə də davam etdirəcəklərini və iki xalqın ədəbiyatına, ortaq dəyərlərinə dair kitabların təbliğinə dəstək göstərəcəklərini bildirmişlər.
Kitabı Azərbaycan dilindən Özbək dilinə çevirən Usman Kuçkar Yunus Oğuzla yaradıcı əməkdaşlığın davam edəcəyini bildirmiş, Azərbaycan Özbəkistan arasında bütün istiqamətlərdə, o cümlədən ədəbi əlaqələr sahəsində əməkdaşlığın bugünkü səviyyəsindən danışmışdır.
Özbəkistanın Xalq şairi Camal Kamal, alim və tərcüməçi Babaxan Şərif, jurnalist Rüstəm Cabbarov, filologiya elmləri namizədlərii İslam Yakubov çıxışlarında Yunus Oğuzu ancaq Azərbaycan deyil, türk dünyasının tanınmış yazıçısı, qiymətli tarixi romanlar müəllifi kimi xarakterizə etmişlər.
Tədbirin sonunda Yunus Oğuz əsər üzərindəki işindən danışmış, göstərilən dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə, Özbəkistan Milli Kitabxanasına öz minnətdarlığını bildirmişdir.
Sonra müəllifin kitablarınıın imza mərasimi keçirilmişdir.
Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə Gəncə Dövlət Universiteti arasında əməkdaşlığa dair Memornadum imzalanmışdır.
(29.10.2015) Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə Azərbaycanın Gəncə Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələri yaradılmış, 2015-ci ilin oktyabr ayında Daşkənd Dövlət Pedaqoji Universitetin rəhbərliyinin Gəncəyə səfəri təşkil olunmuşdur.
Səfər müddətində Memorandum Gəncə Dövlət Universitetində tərəflər arasında əməkdaşlığa dair Memorandum izalanmışdır. Memorandumda universitetlər arasında qarşılıqlı təcrübə mübadiləsi, elmi məsləhətləşmələrin elmi-metodik ədəbiyyatın, qabaqcıl informasiyanın mübadiləsi, tədris prosesinin təkmilləşdirilməsi, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, təhsil sahəsinin aktual problemlərinə dair birgə konfransların, elmi simpoziumların, seminarların təşkili, elmi işçilərin və müəllimlərin qarşı tərəfdə keçirilən tədbirlərə, kurslara dəvət edilməsi, beynəlxalq proqramlar çərçivəsində birgə tədris, tədqiqat layihələrini həyata keçirmək və s. məsələlər öz əksini tapmışdır. Memorandumu Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Şavkat Şaripov imzalamışlar
Daşkənd Beynəlxalq Məktəbində Birləşmiş Millətlər günü ilə əlaqədar millətlərin mədəniyyət festivalında Azərbaycan mədəniyyəti təmsil olunmuşdur.
(24.10.2015) Orta Asiyanın ən nüfuzlu ingilis dilli orta məktəblərindən olan Daşkənd Beynəlxalq Məktəbində Birləşmiş Millətlər günü ilə əlaqədar millətlərin mədəniyyət festivalına bu il maraq böyük olmuşdur. Festivalda Özbəkistanda fəaliyyət göstərən səfirliklər və mədəniyyət mərkəzləri iştirak etmiş və onlar üçün ayrılmış otaqlarda hər ölkə öz mədəniyyətinə dair guşələr yaratmışdır.
Özbəkistandakı Səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi Azərbaycan otağına iştirakçılar böyük maraq göstərmişlər.
Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin mədəniyyəti, milli suvenirlər, milli musiqi alətləri, kəlağayılar, Azərbaycanın turizm resurslarına dair nəşrlər nümayiş etdirilmiş, milli mətbəximizi əks etdirən xörəklər, şirniyyatlar təqdim olunmuşdur.
Tədbir çərçivəsində Azərbaycanın turizm resurslarını təbliğ edən xüsusi videoçarx nümayiş olunmuşdur.
Tədbirin rəsmi açılışında Birləşmiş Millətlər Təşkilatı haqqında məlumat verilmiş və xalqlar arasında sülhün, inkişafın əldə olunmasında BMT-nin rolu vurğulanmışdır.
Festival çərçivəsində təşkil olunan konsertdə müxtəlif ölkələri təmsil edən rəqs və musiqi qruplarının çıxışı olmuşdur.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs ansamblı “Uzundərə”, “Tello” milli rəqslərimizi ifa etmiş və Azərbaycan qızlarının çıxışı böyük maraqla qarşılanmışdır.
Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan kinosu günü keçirilmişdir.
(22.10.2015) Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və dəstəyi ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində 2013-cü ildə yaradılmış “Azərbaycan mədəniyyəti və ədəbiyyatı mərkəzində Azərbaycan kinosu günü keçirilmişdir.
Bununla əlaqədar sözügedən Mərkəzin zalında “Dərviş Parisi partladır”, “Qayınana”, “Arşın mal alan” Azərbaycanın populyar bədii filmləri nümayiş etdirilmişdir.
Tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetin müəllimləri, universitetin fəal tələbələri iştirak etmişlər.
Tədbir çərçivəsində Universitetin tələbələri Azərbaycan kinolarında ifa olunan mahnılardan kompozisiyalar təqdim etmişlər.
Qeyd edək ki, Azərbaycan bədii filmlərinin tam kolleksiyası “Azərbaycan mədəniyyəti və ədəbiyyatı mərkəzinə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən 2014-cü ildə hədiyyə edilmişdir.
Azərbaycanın qürur günü: 18 oktyabr ölkəmizin Dövlət Müstəqilliyi Günüdür.
(18.10.2015) Oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. İyirmi dörd il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi.
Müstəqilliyinin ilk illərində ölkəmiz xeyli çətinliklərlə üzləşdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyinin əbədi və dönməz etdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən ümummilli lider Heydər Əliyev müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu Öndərin yorulmaz səyləri nəticəsində qısa müddətdə Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Əsl müstəqillik isə öz sərvətlərinin tam sahibi olmaqdır. 1994-cü il sentyabrın 20-də Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi - “Əsrin kontraktı” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələr, Avropa və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə, əgər Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və bağlıdır.
Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə edib. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Azərbaycan özünün siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyasət prioritetlərinin təmin olunmasında məharətlə istifadə edir. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı özünün inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə durur.
Beləliklə, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir (AzerTac).
Özbəkistan mətbuatında “Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi”müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.
(16.10.2015) Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elan etdiyi Özbəkistan mətbuatında “Azərbaycan haqqında ilin ən yaxşı məqalə” müsabiqəsinin Mədəniyyət Mərkəzində təqdimetmə mərasimi keçirilmişdir.
Mərasim 18 oktyabr – Azərbaycanın dövlət müstəqilliyi gününə həsr olunmuşdur.
İştirakçılar ümummilli lider Heydər Əliyevin Mədəniyyət Mərkəzinin həyətindəki büstünün qarşısına əklil qoymuşlar.
Tədbirdə Səfirlik və Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Özbəkistanın müxtəlif mətbuat və xəbər agentliklərinin jurnalistləri iştirak etmişlər.
Daha sonra tədbiri giriş sözü ilə açan Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev keçirilən müsabiqənin ölkəmizin təbliği istiqamətində mühüm iş olduğunu və müsabiqə elan olunduqdan sonra Özbək mətbuatında Azərbaycan, onun tarixi, mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında yüzlərlə məqalə dərc olunduğunu qeyd etmişdir.
Sonra qaliblərin mükafatlandırma mərasimi keçirilmişdir. Müsabiqə qalibləri 3 nominasiya üzrə “Azərbaycanda turizm”, “Azərbaycan ədəbiyyatı”, “Azərbaycan iqtisadiyyatı” mövzusunda yazdıqları məqalələrə görə mükafatlandırıldılar və onlar Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri fərmanları, pul mükafatları ilə təltif olundular.
Qeyd olunan nominasiyalarda prdrobno.uz portalının baş redaktoru Andrey Teşaev, sharh.uz analitik-informasiya saytının jurnalisti Şərafətdin Tulaqanov, uchildiz.uz portalının müxbiri Dilbar Turqanova, kultura.uz mədəniyyət saytının jurnalisti Rimma Sabircanova, silkway.uz portalının müxbiri Sergey Kurbanov, “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəmova, müstəqil jurnalist Tulkin Eşbek xüsusi mükafatlara layiq görülmüşlər.
Məraimin bədii hissəsində tanınmış Özbək sənətçiləri çıxış etmiş, onlar Azərbaycan milli musiqilərini ifa etmişlər.
Qeyd edək ki, müsabiqənin keçirilməsindən əsas məqsəd qardaş Özbəkistan mətbuatında Azərbaycan haqqında daha çox informasiya verilməsi və ölkəmizin təbliği olmuşdur.
Daha sonra qonaqların şərəfinə ziyafət verilmiş, onlar Azərbaycan milli kulinariyasının yeməklərinə qonaq edilmişlər.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin, Nizami adına Daşkənd Dövlət
Pedaqoji Universitetinin rəhbərləri Azərbaycanın Gəncə şəhərinə səfərdədirlər.
(15.10.2015) Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Daşkənddəki Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin (ÖADC) icraçı direktoru, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin kafedra müdiri Erkin Nuriddinov və ÖADC sədrinin müavini, universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İsroil Şamsimuxamedov Gəncə şəhərinə səfər ediblər.
Səfər çərçivəsində qonaqlar Gəncə Dövlət Universitetində olacaq və bu ali məktəbin təhsil sahəsində əldə etdiyi nailiyyətlər, həmçinin qabaqcıl təcrübəsi ilə tanış olacaq, qədim şəhərin görməli yerlərini gəzəcəklər.
Səfər müddətində Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə Gəncə Dövlət Universiteti arasında əməkdaşlığa dair Memorandum imzalanması da nəzərdə tutulur.
Səfərin əsas məqsədi Azərbaycanla tanışlıq, mədəniyyət, elm, təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsidir.
Daşkənddə Özbək dilinə dubliyaj olunmuş Azərbaycan cizgi filmlərinin təqdimatı keçirilmişdir.
(09.10.2015) Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbək dilinə dubliyaj olunmuş Azərbaycan cizgi filmlərinin təqdimatı qardaş ölkədə böyük maraqla qarşılanmışdır.
Tədbirdə Özbəkistan Respublika Uşaq Kitabxanasının, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri, Daşkəndin orta məktəblərində təhsil alan şagirdlər iştirak etmişlər.
Ulu öndərin adını daşıyan Mədəniyyət Mərkəzində Azərbaycan uşaq ədəbiyyatından ibarət sərgi, cizgi filmlərinin qəhrəmanlarını əks etdirən sərgilər təşkil olunmuş, habelə milli şirniyyatlar paylanılmışdır.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov cizgi filmlərinin uşaq və yeniyetmələrin inkişafında rolundan danışaraq, Mərkəzin layihəsi ilə bır sıra Azərbaycan cizgi filmlərinin özbək dilinə dubliyaj olunduğunu qeyd etdi. O, filmlərin orjinal nüsxələrinin Mədəniyyət Mərkəzinə göndərdiyi üçün C.Cabbarlı adına “Azərbaycanflm” kinostudiyasına təşəkkürünü bildirdi.
Özbəkistanın Respublika Uşaq Kitabxanasının direktor müavini Qulnoza Nərimanova Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirərək, layihənin Özbək uşaqlarının Azərbaycan cizgi fimləri ilə yaxından tanış olması üçün imkan yaradacağını bildirdi.
Sonra “Tık tık xanım”, “Meşəyə insan gəlir”, “Qız qalası əfsanəsi” və “Kirpi” cizgi filmləri nümayiş etdirildi. Sözügedən cizgi filmlərinin ssenarisini tanınmış Özbək tərcüməçisi Rüstəm Cabbarov Özbək dilinə çevirmişdir.
Tədbir çərçivəsində Azərbaycan milli rəqsləri, habelə Özbəkistanın tanınmış sehirbazlarının müxtəlif nömrələrlə çıxışı olmuşdur.
Qeyd edək ki, Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş sərgidə bir sıra Azərbaycan uşaq kitabları, jurnalları nümayiş etdirilmiş, Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan cizgi filmləri” diskləri özbək uşaqlarına hədiyyə olunmuşdur.
Özbəkistan Milli Elmlər Akademiyasının Əsaslı Kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilmişdir.
(06.10.2015) Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan, onun tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizmi, ədəbiyyatı, dövlətçiliyi, ümummilli lider Heydər Əliyev, prezident İlham Əliyev, ölkəmizin son illər əldə etdiyi nailiyyətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi, ermənilərin saxtalaşdırma siyasətinə dair kitablar, jurnallar Özbəkistan Milli Elmlər Akademiyasının Əsaslı Kitabxanasına hədiyyə edilmişdir.
Sözügedən nəşr kollksiyasına В.Андриянов. “Гейдар Алиев Жизн замечательных людей”, “Ильхам Алиев: Я верю в мой Азербайджан”, “От агрессии к агрессии”, “Qarabağ: real tarix, faktlar, sənədlər”, “İrəvan xalçaları”, R.Mehdiyev “Gorus”, “Элементы культурного наследия Азербайджана в списках ЮНЕСКО”, Чаладзе Т. “Карабахский геноцид: Обречённый Ходжалы”, "Azerbaijan 100 Questions Answered», Azərbaycan klassiklərinin əsərləri, habelə “İRS” jurnalının Azərbaycan mədəniyyəti və Qarabağa aid nüsxələri və s. daxildir.
Özbəkistan Milli Elmlər Akademiyasının Əsaslı kitabxanasının direktoru Zuxra Berdiyeva hədiyyə olunan kitabların kitabxana üçün olduqca qiymətli olduğunu bildirmiş və Azərbaycana dair sorğularının cavablandırılmasında kitab kolleksiyasının əhəmiyyətini qeyd etmişdir.
Qeyd edək ki, “Azərbaycanı tanıyaq” adlı layihə çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Nəvai adına Özbəkistan Milli Kitabxanasına, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetin kitabxanasına, habelə Universitetdə fəaliyyət göstərən Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzinə, Səmərqənd Dövlət Universitetinin kitabxanasına Azərbaycan haqqında xeyli sayda kitab və jurnallar hədiyyə edilmişdir.
Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin
80 illik yubileyi geniş qeyd olunmuşdur.
(30.09.2015) Cari ilin 30 sentyabr tarixində Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin 80 illik yubileyi geniş qeyd olunmuşdur. Yubiley tədbirində Özbək tərəfi ilə yanaşı, Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev, Səfirliyin və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak etmişlər.
Qeyd edək ki, 1935-ci ildə Orta Asiya Dövlət Universitetinin bazası əsasında Daşkənd Dövlət Pedaqoji İnstitutu yaradılmışdır. 1947-ci ildə İnstituta dahi Azərbaycan şairi Nizami Gəncəvinin adı verilmişdir. 2004-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının prezidenti İslam Kərimovun iştirakı ilə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin qarşısındakı meydanda dahi Nizaminin büstünün açılışı olmuşdur. Universitetin bazasında 2008-ci ildə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti yaradılmışdır və universitetin rektoru sözügedən Dostluq Cəmiyyətin rəhbəridir.
Tədbiri giriş sözü ilə açan Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Şavkat Şaripov yarandığı vaxtdan bugünədək Universitetin Özbəkistanın elmi həyatında tutduğu mövqe, ölkə üçün minlərlə mütəxəssisin yetişdirilməsi, kadr təminatı sahəsində həyata keçirdiyi işlərdən danışmışdır. Ş.Şaripov Universitetin iki ölkə Özbəkistan-Azərbaycan arasında dostluq körpüsü yaratdığını, əlaqələrinin dərinləşdirilməsi sahəsində həyata keçirdiyi layihələr barədə danışaraq, Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq etdiyini bildirdi.
Daha sonra Özbəkistanın təhsil naziri Uluqbek İnoyatov çıxış edərək, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin fəaliyyətini yüksək qiymətləndirərək, Özbəkistanın ali təhsil ocaqları arasında pedaqoji kadrların hazırlanmasında xüsusi xidmətlərini qeyd etmiş və universitetin fərqlənən müəllimlərini diplomlarla təltif etmişdir.
Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev təbrik çıxışı etmişdir. Səfir Universitetin ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini, 1947-ci ildən bu təhsil ocağının Azərbaycanın dahi şairi Nizami Gəncəvinin adını daşıdığını qeyd etmişdir. Diplomat Universitetin minlərlə məzununun ölkənin ictimai həyatında mühüm rol oynadığını qeyd edərək, Özbəkistan-Azərbaycan arasında mədəni-ədəbi əlaqələrin inkişafına Universitetin böyük töhvələr verdiyini söyləmişdir. O, Nizami Gəncəvinin vətəni olan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin Universitetin 80 illik yubileyi münasibəti ilə göndərmiş təbrik məktubunu oxumuş və daha sonra Universitetin rektoruna Gəncə xalçası hədiyyə etmişdir.
Tədbirin bədii hissəsində Universitetin tələbələri, Özbəkistanın tanınmış sənətçiləri, habelə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs kollektivi çıxış etmişdir.
Yubiley tədbiri çərçivəsində Səfir Hüseyn Quliyev sözügedən Universitetin Filologiya fakültəsində yaradılmış Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur.
Qeyd edək ki, Mərkəz Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə yaradılmışdır. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov yaradılan Mərkəzin fəaliyyəti, onun iki ölkə arasında əməkdaşlığın inkişafı sahəsində həyata keçirdiyi tədbirlər və layihələr barədə məlumat vermişdir. Universitetdə yaradılmış Azərbaycan Mədəniyyəti və ədəbiyyatı mərkəzində ölkəmizin tarixi, mədəniyyəti, turizminə dair zəngin kitabxana, daimi sərgi, habelə kinozal fəaliyyət göstərir ki, burada müxtəlif tədbirlər, sərgilər keçirilir, Azərbaycan bədii filmləri mütəmadi olaraq nümayiş etdirilir.
Sonda Səfir Mərkəzin kitabxanasına “İrəvan xalçaları” kitabını hədiyyə etmişdir.
Daşkənddə keçirilən “Tasanno-2015” Milli Mətbəx Festivalında Azərbaycan mətbəxi xüsusi mükafata layiq görülüb.
(16.09.2015) Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Xarici ölkələrlə mədəni əməkdaşlıq üzrə Dostluq Cəmiyyətləri Şurasının təşkil etdiyi və hər il ənənəvi olaraq keçirilən “Tassano-2015” xalqların Mətbəx festivalında xarici ölkələrin səfirlikləri və mədəniyyət mərkəzləri iştirak etmişlər.
Azərbaycan üçün ayrılmış guşədə Azərbaycan Səfirliyi və Səfirliyin nəzdindəki
Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ölkəmizin milli mətbəxini əks etdirən xörəklər, şirniyyatlar, habelə milli suvenirlər, milli kəlağayılar, Azərbaycanın turizm resurslarına dair nəşrlər nümayiş etdirilmişdir.
Tədbirin rəsmi açılışı olmuş və açılışda çıxış edən Dostluq Cəmiyyətləri Şurasının icraçı direktoru Kəmaləddin İşıdxocayev tədbirin əhəmiyyətindən danışmış, festivalın xalqların öz mədəniyyətlərini, milli mətbəxlərini nümayiş etdirmək üçün əlavə imkanlar verdiyini qeyd etmişdir.
Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev Azərbaycan stendi tanış olmuşdur. Qeyd edək ki, iştirakçılar Azərbaycan stendində milli xörəklərimiz olan plov, dolma, kükü, dovğa, müxtəlif qutablar, habelə şirniyyatlar – şəkərbura, paxlavalara qonaq edildilər. Milli stendimizdə həmçinin Azersun firmasının istehsal etdiyi müxtəlif növ çaylar, qəndlər, yağlar nümayiş etdirilmişdir.
Festival çərçivəsində təşkil olunan konsertdə müxtəlif ölkələri təmsil edən rəqs və musiqi qruplarının çıxışı olmuşdur. Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəqs ansamblı “Uzundərə”, “Yallı” milli rəqslərimizi ifa etmiş və Azərbaycan qızlarının çıxışı böyük maraqla qarşılanmışdır.
Festivalın sonunda iştirakçı dövlətlərin təqdim etdiyi milli mətbəx nümunələrinə münsiflər heyəti tərəfindən baxış keçirilmiş və qaliblər təltif olunmuşdur.
Azərbaycan Səfirliyi və onun Mədəniyyət Mərkəzi münsiflər heyətinin xüsusi mükafatı ilə təltif olunmuşdur.
Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə birgə Özbəkistanın dövlət müstəqilliyinin
24-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Cari il 11 sentyabr tarixində Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə bu təhsil ocağındakı Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzində Özbəkistanın müstəqilliyinin 24-cü ildönümü ilə bağlı tədbir keçirib.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov bu münasibətlə müəllim və tələbələri təbrik edib, Özbəkistanın müstəqilliyinin qazanılması, müstəqillik illərində əldə edilən uğurlar, habelə Özbəkistan-Azərbaycan arasındakı dostluq əlaqələrinin tarixi haqqında məruzə edib.
Səfirliyin birinci katibi, AMM-nin direktoru Samir Abbasov müstəqillik illərində Azərbaycan-Özbəkistan arasında əlaqələrin inkişafı, iki dövlət arasında mədəniyyət sahəsində əlaqələrdən danışmış və bu sahədə həyata keçirilən layihələr, tədbirlər barədə məlumat vermişdir.
Filologiya elmləri doktoru İbrahim Yuldaşev, dossent Gülbahar Aşurova, professor Səadət Məhəmmədova, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti sədrinin müavini İsrail Şamsimuxammedov çıxışlarında ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin durmadan inkişaf etdiyini, qardaşlığımızın dərin köklərə söykəndiyini vurğulamışlar.
Təyyar Bayramovun rəhbərliyi ilə “Buta” musiqi qrupu “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında “Nadir səs” nominasiyasına layiq görülmüşdür.
(01/09/2015) Xəbər verdiyimiz kimi Özbəkistanın qədim Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” onuncu Beynəlxalq Musiqi Festivalında Azərbaycanı bu dəfə “Buta” musiqi qrupu təmsil etmişdir.
Azərbaycanın Əməkdar Artisti, xanəndə Təyyar Bayramovun rəhbərliyi ilə “Buta” qrupunda əməkdar artistlər Elçin Həşimov, kamançada Elnur Əhmədov, habelə balabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov öz gözəl ifaları ilə milli musiqimizi yüksək səviyyədə təbliğ edərək 66 iştirakçı dövlət arasında yüksək nəticə göstərərək “Nadir səs” nominasiyasına layiq görülmüşlər. Mükafatı Səmərqənd vilayətinin hakimi (rəhbəri) Zoir Mirzəyev təqdim etmişdir.
Bu ildə Festivalda Azərbaycan musiqisinə maraq böyük olmuş, musiqiçilərimiz Səmərqəndin küçə və meydanlarında, Həmid Əlimcan adına Dram Teatrının qarşısındakı meydanda, o cümlədən Səmərqənd vilayətinin Camboy şəhərində bir-birindən gözəl muğam və xalq mahnılarını ifa edərək çoxsaylı iştirakçıların rəğbətini və alqışlarını qazanmışlar.
Qeyd edək ki, festivalın ilk “Qran pri” mükafatına layiq görülmüş Xalq Artisti Simarə İmanova da yubiley tədbirlərinə fəxri qonaq kimi qatılmış və Festival çərçivəsində keçirilən konsert proqramlarında çıxış etmişdir.
1997-ci ildən bəri iki ildən bir keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının nüfuzu ildən-ilə artmaqdadır. İlk illərdə Festivala 30 ölkə iştirak edirdisə, hazırda festivala maraq artmış və dünyanın 66 ölkəsi bu böyük musiqi bayramına qatılaraq təmsil etdikləri xalqlarının musiqilərini təbliğ etmək imkanını əldə etmişlər.
Festival çərçivəsində elmi-nəzəri konfrans da keçirilib. Tədbirdə Azərbaycandan gələn musiqişünas alimlər - Lalə Hüseynova və Zümrüd Dadaşzadə musiqi sahəsinin aktual məsələlərinə dair məruzə ilə çıxış ediblər.
Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab İslam Kərimova
Hörmətli İslam Abduqəniyeviç,
(31/08/2015) Sizi və qardaş Özbəkistan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Sevindirici haldır ki, qardaş Özbəkistan müstəqillik illəri ərzində Sizin rəhbərliyinizlə bütün sahələrdə sanballı uğurlar qazanıb. Bu gün Özbəkistan dinamik sosial-iqtisadi inkişaf və hərtərəfli düşünülmüş siyasi fəaliyyət yolu ilə firavanlaşan bir ölkə kimi beynəlxalq aləmdə layiqli nüfuz və hörmət qazanıb.
Azərbaycan ilə Özbəkistanı tarixən bir-biri ilə müştərək mədəniyyətlər və mənəvi dəyərlər bağlayır. Xalqlarımızın zəngin dostluq və qarşılıqlı dəstək ənənələri var. Əminəm ki, bu mehriban münasibətlərin, sıx əməkdaşlığın və tərəfdaşlığın inkişaf etdirilməsi və möhkəmlənməsi bundan sonra da ölkələrimizin firavanlaşmasına kömək edəcək.
Hörmətli İslam Abduqəniyeviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Özbəkistan xalqına sülh və firavanlıq arzu edirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 31 avqust 2015-ci il.
Qafqazda ilk dəfə - Azərbaycanın Şəki şəhərində keçirilən “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalında Özbəkistan musiqiçiləri də iştirak edir.
(24/08/2015) Əksər festivallari özünəməxsus şəkildə qeyd edən Şəkidə nağara festivalı da öz qeyri-adiliyilə diqqət çəkib. Möhtəşəm festivalın canlı şahidi olmaq və yaşanan həyəcanın həvəsində olanlar avqustun 26-a kimi davam edəcək festivalın keçiriləcəyi ünvana yol alır.
ANS TV-nin məlumatına görə, Şəkidə “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalının təntənəli açılış mərasimi olub.
Festivala axşam saatlarında ilk olaraq şəhərin mərkəzi meydanında nağaraçıların yürüşü ilə start verilib. Şəhər sakinlərinin müşayəti və alqış sədaları altında 100-ə yaxın nağaraçıdan ibarət qruplar Yay teatrına doğru çal-çağırlı yürüş edib. Festival ritm qrupun rəhbəri Natiq Şirinovun ANS-in şüarını səsləndirilməsilə öz işinə başlayıb.
İlk zərbə isə rayon icra başçısı Elxan Usubovdan gəlib. Rayon rəhbəri ilk dəfə keçirilən zərb alətləri festivalının qədim musiqi sənətimizi, eyni zamanda tariximizi qoruyub saxlamaq və təbliğ etmək məqsədi daşıdığını qeyd edib.
Rəsmi hissədən sonra Özbəkistanın “Abbos”, İranın “Lion”, Türkiyənin “İstanbul Harem” və Azərbaycanın “Natiq ritm” qrupları musiqi nömrələrini təqdim ediblər.
“Biz Özbəkistandan gəlmişik. Bunlar isə şagirdlərimdi. Bizim üçün çox xoşdur ki, belə bir festivaldayıq. Təşkil olunmuş səhnəyə heyranam. Hər şey superdir”, – deyə Özbəkistan qrupunun rəhbəri Abbos Qasumov bildirib.
İranlı təmsilçi Hüseyn Səyyafi bu festivala dəvət olunduğu üçün çox şad olduğunu deyərək əlavə edib ki, festival hər il keçirilsin.
Bu gün tarix memarlıq abidəsi olan karvansarayda Özbəkstanın “Abbos” qrupunun ustad dərsləri, axşam Yay teatrında isə konsert proqramı ilə festival öz işini davam etdirəcək.
Azərbaycanda, eləcə də Qafqazda ilk dəfə keçirilən bu musiqi bayramı avqustun 26-dək davam edəcək.
Azərbaycanı bu il “Şərq təranələri” beynəlxalq musiqi festivalında
əməkdar artist Təyyar Bayramov təmsil edəcəkdir.
Azərbaycan tərəfi bu il Özbəkistanın Səmərqənd şəhərində 25-30 avqust tarixlərində keçiriləcək “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalına dəvət almışdır.
Qeyd edək ki, Festival iki ildən bir keçirilir və bu nüfuzlu musiqi tədbirində dünyanın 80-dən çox ölkəsinin musiqiçiləri iştirak edirlər.
Builki Festivalın açılışında YUNESKO-nun baş katibi İrina Bokova və Özbəkistan prezidenti İslam Kərimovun iştirakı gözlənilir.
Azərbaycan musiqiçiləri “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında daim uğurlu iştirak etmişlər, tanınmış müğənnilərimiz Alim Qasımovun, Simarə İmanovanın, Zabit Nəbizadənin, Aygün Bəylərin, Qoçaq Əskərovun, Arzu Əliyevanın çıxışları yüksək qiymətləndirilmiş və onlar ən yüksək mükafatlara layiq görülmüşlər.
Bu il “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında ölkəmizi Azərbaycanın əməkdar artisti, tanınmış gənc xanəndə Təyyar Bayramovun rəhbərlik etdiyi “Buta” musiqi qrupu təmsil edəcəkdir. T.Bayramovu əməkdar artistlər - tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov müşaiyət edəcəklər.
İki ildən bir keçirilən beynəlxalq musiqi festivalının bu il 10-cu yubiley tədbirləri festivalın açılış mərasimində geniş qeyd olunacaqdır. Yubiley tədbirlərinə fəxri qonaq kimi festivalın ilk illərində qran-pri mükafatına layiq görülmüş müğənnilər dəvət almışlar. Azərbaycandan yubiley tədbirlərində “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalın ilk 1-ci iştirakçısı və festivalın qran-pri mükafatına layiq görülmüş (1997) xalq artisti Simarə İmanova fəxri qonaq kimi iştirak edəcəkdir.
Builki Festivalın açılışı cari ilin 25 avqust tarixində nəzərdə tutulmuşdur və tədbir çərçivəsində “Ən yaxşı milli musiqi və musiqi alətlərini ifa edənlər” arasında müsabiqə, habelə elmi-nəzəri konfrans da keçiriləcəkdir.
Festival çərçivəsində keçiriləcək konfransda Azərbaycandan musiqişünas alimlər Lalə Hüseynova və Zümrüd Dadaşzadə musiqi sahəsinin aktual məsələlərinə dair məruzə ilə çıxış edəcəklər.
Azərbaycanlı gənc yazar Pərvin Nurəliyevanın “Qar yağacaq” hekayələr kitabı Özbək dilində Özbəkistanda çap olundu.
Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanın gənc yazarı Pərvin Nurəliyevanın “Qar yağacaq” adlı hekayələr kitabı Özbək dilinə tərcümə edilərək nəşr olunmuşdur.
Kitabın tərcüməçisi tanınmış alim Babaxan Məhəmməd Şərifdir və kitab Daşkənddəki “Extremum Press” nəşriyyatında çap olunmuşdur. Kitaba yazılmış ön sözün müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədri Anardır.
P. Nurəliyevanın “Qar yağacaq” adlı hekayələr kitabında “Şirinlik”, “Sevimli... nəfis... mən...”, “Fiona”, “Samir üçün” və s. hekayələr, habelə “Balerina” kinohissə yer almışdır.
Kitabın sonunda alim, tərcüməçi Babaxan Şərif “Pərvin – Azərbaycan ədəbiyyatının ümidi” adlı məqaləsi verilmişdir. O, Sovet dövrü Azərbaycan ədəbiyyatına nəzər salır, gənc yazarlar arasında XXI əsrin yeni istedadlı nəslinin yetişdiyini qeyd edir.
Qeyd edək ki, cari ilin payız aylarında Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı və özbək yazarların, ədəbiyyat xadimlərinin iştirakı ilə kitabın geniş təqdimat mərasimi keçiriləcəkdir.
28 may – Respublika günü münasibəti ilə Daşkənddə Azərbaycan Səfirliyi tərəfindən möhtəşəm tədbir keçirilmişdir.
28 may – Respublika günü münasibəti ilə Azərbaycanın Özbəkistandakı Səfirliyi tərəfindən Daşkənddəki “Radission” otelində geniş bayram tədbiri keçirilmişdir.
Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfiri cənab Hüseyn Quliyev, Özbəkistanın Baş Nazirinin müavini cənab Uluqbek Ruzikulov, Özbəkistan Xarici İşlər Nazirliyinin rəsmiləri, xarici ölkələrin bu ölkədəki səfirləri, diplomatları, beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycan diasporasının üzvləri, KİV əməkdaşları iştirak etmişlər.
Bayram tədbiri Azərbaycan və Özbəkistanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanmışdır.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfiri cənab Hüseyn Quliyev Şərqdə ilk dəfə demokratik Cümhuriyyət quran Azərbaycan xalqının ötən əsrin 90-cı illərində yenidən öz müstəqilliyinə qovuşması, müstəqillik illərində yenidən böyük təhlükələrlə qarşılaşması, Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri nəticəsində ölkəmizin öz müstəqilliyini qoruyaraq daha da möhkəmləndirməsi barədə geniş məruzə etdi. Diplomat Azərbaycanın son illər əldə etdiyi böyük nailiyyətlər, öz iqtisadiyyatı ilə regionun aparıcı dövlətinə çevrilməsi, ölkəmizdə son illər həyata keçirilən nəhəng layihələr barədə danışaraq, günü-gündən inkişaf edən Azərbaycan-Özbəkistan əlaqələrindən söhbət açdı.
Daha sonra səfir Hüseyn Quliyev və Özbəkistan Baş Nazirinin müavini cənab Uluqbek Ruzikulov üzərində “Bakı-2015 ilk Avropa Olimpiya Oyunları”nın loqosonu əks etdirən tortu kəsdilər.
Tədbirdə Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, bu il ölkəmizdə keçiriləcək ilk Avropa Olimpiya oyunlarını özündə əks etdirən videoçarx nümayiş etdirildi.
Rəsmi qonaqlar üçün təşkil olunmuş ziyafətdə ali qonaqlar və diplomatlar Azərbaycanın qısa müddət ərzində əldə etdiyi nailiyyətlər barədə danışaraq qazanılmış uğurları yüksək qiymətləndirdilər.
Tədbir iştirakçıları Azərbaycan milli yeməklərinə qonaq edilmiş, onlara plov, dolma, ləvəngi və s Azərbaycan mətbəxinin təamları təqdim edilmişdir.
Qeyd edək ki, tədbirə maraq böyük olmuş və tədbir yerli kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.