2016-ci il xəbərləri Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2016

Daşkənddə keçirilən “Xalqların adət-ənənələri və milli yeməkləri” beynəlxalq xeyriyyə festivalında Azərbaycan mətbəxi təqdim olunub.



(14.05.2016) Daşkəndə keçirilən “Xalqların adət-ənənələri və milli yeməkləri” mövzusunda xeyriyyə festivalında Azərbaycanın Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizi təmsil etmişlər.
Özbəkistanda fəaliyyət göstərən 50-dən çox səfirlik və diplomatik nümayəndəliklərin iştirak etdiyi Festivalı Özbəkistanın Xarici İşlər Nazirliyi və onun Diplomatik Servis Xidməti tərəfindən təşkil edib.
Festivalda Özbəkistanda səfirliklər və beynəlxalq təşkilatlar öz xalqlarının adət-ənənələrini nümayiş etdirmiş, qonaqlara öz milli yeməklərini və şirniyyatlarını təklif etmiş və sonda əldə olunan gəlir Daşkənddəki uşaq evlərinə əvəzsiz olaraq verilir.
Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev, Azərbaycan Səfirliyi, onun Mədəniyyət Mərkəzi, habelə Daşkənddəki azərbaycanlılar fəal iştirak etmişlər.
Azərbaycan tərəfi builki festivalda iştirakını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr ediblər. Qonaqlara milli xörəklərimiz-dolma, plov, dovğa, kükü, müxtəlif kabablar, həmçinin şirniyyatlarımızdan şəkərbura, paxlava və s. təklif edilib.
Azərbaycan yeməklərinə festivalda böyük maraq göstərilmiş və ən çox sifariş verilən təamlar olmuşdur.
Tədbir çərçivəsində Festivalın Təşkilat Komitəsinə, Özbəkistandakı xarici ölkələrin səfirlərinə Azərbaycan yeməkləri və şirniyyatları ilə ziyafət verilmişdir.
Azərbaycan üçün ayrılmış guşədə Azərbaycan mədəniyyətinə dair suvenirlər, xalçalarımız, milli geyimlər, milli musiqi alətləri, həmçinin milli məişət əşyaları nümayiş etdirilib.
Guşədə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif kitab və albomlar, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, milli mətbəxi ilə əlaqədar nəşrlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitablar sərgilənib.
Festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə davam edib. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
Sonda festivalın münsiflər heyəti iştirakçıları mükafatlandırılıb, Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun Mədəniyyət Mərkəzi xüsusi fərqlənmə diplomuna layiq görülüb. Festival yerli KİV-lərdə geniş işıqlandırılıb.

Özbəkistanda ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilmişdir.



(10.05.2016) Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddə ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilmişdir.
Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə diplomatlar, Azərbaycan diasporasının fəalları, fəxri qonaqlar iştirak etmişlər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin Mədəniyyət Mərkəzinin həyətindəki büstünün qarşısına əklil və gül dəstələri qoyulmuş, xatirəsi hörmətlə anılmışdır.
Ulu öndərin adını daşıyan muzeydə keçirilən tədbirdə çıxış edən Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, onun memarı olduğu müstəqil Azərbaycanın qazandığı uğurları vurğulayaraq, məhz Heydər Əliyevin uzaqgörən siyasi fəaliyyətinin nəticəsində Azərbaycanın beynəlxalq aləmdə layiqli mövqe tutduğunu qeyd edib. O, Azərbaycan - Özbəkistan əlaqələrinin, dostluğunun möhkəmlənməsində Ulu Öndərin tarixi xidmətlərindən söz açıb.
Daha sonra Azərbaycanın yaxın dostu, özbək iş adamı Haydbəy Djapaqov Heydər Əliyevi şəxsən tanıdığını, onun şəxsiyyətinə qibtə etdiyini qeyd etdi, ulu öndərin hakimiyyəti dövrünə nəzər salaraq, onun fəaliyyətinin yalnız inkişaf və rifaha yol açdığını söylədi. O, bugün Azərbaycana fəxrlə baxdığını, ölkəmizin uğurlarını yüksək qiymətləndirdiyini söylədi.
Çıxış edən digər natiqlər Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, dövlətin inkişafı üçün Heydər Əliyevin müstəsna xidmətlərindən danışaraq, ulu öndərin qurucusu olduğu müasir müstəqil Azərbaycanın, bütövlükdə Heydər Əliyev ideyalarının bugün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən fəxr hissi ilə qeyd etdilər.
Daha sonra ulu öndər Heydər Əliyevin həyat yolu, siyasi fəaliyyəti, dövlətçiliyin möhkəmlənməsində, ordu quruculuğunda xidmətləri barədə sənədli film nümayiş etdirilmişdir.

Bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 24 il ötür.



(08.05.2016) Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan muğamının beşiyi kimi tanınır.
1977-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyətimizin və incəsənətimizin böyük simalarından Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ev muzeyləri yaradılıb, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılıb.

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası haqqında müvafiq sənədlər qəbul edən Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın aqressiv etnik təmizləmə siyasəti ilə üz-üzə qaldı. Dərin siyasi, iqtisadi, sosial böhran keçirən və Dağlıq Qarabağda yaranmış gərgin vəziyyətdən çıxış yolu axtaran ölkəmiz hələ öz milli ordusu formalaşmadığından yüksək hərbi-strateji əhəmiyyətli Şuşa şəhərinin müdafiəsində yalnız könüllü özünümüdafiə dəstələrinin yardımına ümid edirdi. Lakin onların qəhrəmancasına döyüşmələrinə və layiqli müqavimət göstərmələrinə baxmayaraq, təpədən dırnağadək silahlanmış Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etdi.
Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir düşdü və girov götürüldü. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan etdilər, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtdılar, məbədgah və məscidləri təhqirlərə məruz qoydular, çox sayda nadir əlyazma nümunələrini məhv etdilər, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərdilər.
Şuşada dövlət tərəfindən qorunan 248 tarixi abidə, 8 muzey, bir rəsm qalereyası, bir məqbərə, 8 musiqi məktəbi, onlarla mədəniyyət obyekti işğal altında qalıb. Şuşanın işğalı zamanı yüzlərlə dinc sakin həlak olub, 60-ya yaxın mülki şəxs girov götürülüb və itkin düşüb, ölən, yaralanan və girov götürülənlər arasında qadınlar və uşaqlar da var. Onların bir çoxu bu günə qədər azad olunmayıb. Şuşanın işğalı nəticəsində təxminən 22 minə yaxın insan qaçqın düşüb ( oxu.az)

Daşkənddə Mirzə Uluqbəy adına Beynəlxalq məktəbdə “Xalqların adət-ənənələri və mətbəxi” festivalı keçirilib.



(07.05.2016) Tədbirdə Özbəkistanda akkreditə olunan diplomatik korpusun təmsilçiləri, xarici ölkələrin mədəniyyət mərkəzləri xalqlarının mədəniyyətinin və milli mətbəxinin nümunələrini təqdim ediblər.
Festivalda ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib. Açılış mərasimindən sonra tədbir iştirakçıları pavilyonlarla tanış olublar.
Ölkəmiz üçün ayrılmış guşədə Azərbaycanın bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi inkişafından bəhs edən kitab və albomlar nümayiş etdirilib. Kitablar arasında “Görkəmli adamların həyatı” seriyasından Viktor Andriyanovun və Hüseynbala Mirələmovun “Heydər Əliyev” kitabı, “Qarabağ” fotoalbomu, “Erməni terroru” və digər nəşrlər olub. Sərgidə “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər də nümayiş etdirilib. Milli musiqi və məişət əşyalarımız, eləcə də AMM-nin naxış və rəsm dərnəyi üzvlərinin əl işləri və suvenirlər də təqdim olunub.
Azərbaycan guşəsində ziyarətçilərə plov, dolma, qutablar, dovğa və şirniyyatlarımız təklif edilib.Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblının üzvlərinin ifasında milli rəqslərimiz qonaqların böyük marağına səbəb olub.

Daşkənddə “Xalqların adət-ənənələri” adlı mədəniyyət festivalı keçirilmişdir.



(30.04.2016) Daşkənddəki ingilisdilli Beynəlxalq Vestminster Universitetində ənənəvi olaraq “Xalqların mədəniyyəti və adət-ənənələri” adlı festival keçirilib.
tədbir çərçivəsində Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri və mədəniyyət mərkəzlərinə otaqlar ayrılmış və hər bir ölkə öz mədəniyyətini, turizmini nümayiş etdirmişdir.
Öncə tədbirin rəsmi açılış mərasimində universitetin rektoru Kamilcon Karimov çıxış edərək festivalın əhəmiyyətindən danışmış, qeyd etmişdir ki, festival özbək gənclərinə müxtəlif xalqların mədəniyyətləri, incəsənəti, adət və ənənələrinin öyrənmək və biliklər əldə etməyə imkanlar yaradır. Tədbirdə ölkəmizi Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təmsil etmişdir.
Ölkəmiz üçün ayrılmış otaqda Azərbaycan mədəniyyətinə dair stend, Qarabağ geyimləri, suvenirlərimiz, Azərbaycanın müxtəlif regionlarında toxunmuş xalçalar nümayiş etdirilmişdir. Azərbaycan guşəsində təşkil olunmuş sərgidə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər iştirakçıların böyük marağına səbəb olub.
Nümayiş etdirilən videoçarxda Azərbaycanın füsunkar mədəniyyəti, turizm gözəllikləri göstərilmişdir.
Azərbaycan guşəsinə gələnlərə ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı haqqında müxtəlif məzmunlu kitab və jurnallar hədiyyə olunmuşdur.
Festivalda Azərbaycanla yanaşı, İtaliya, İran, Misir, Səudiyyə Ərəbistanı, Hindistan, Pakistan, Böyük Britaniya və digər ölkələr öz mədəniyyətlərini nümayiş etdirmişlər.
Tədbirin bədii hissəsində daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı milli rəqslərimizi ifa etmişlər.

Özbək və rus dillərində çap olunan Azərbaycan mədəni irsi adlı kitabın Daşkənddə geniş təqdimatı keçirilib.



(22.04.2016) Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə işıq üzü görən "Ozarbayjoning madaniy merosi: Культурное наследие Азербайджана" adlı kitabın Daşkənddəki Nizami adına Dövlət Pedaqoji Universitetdə təqdimatı keçikrilmişdir.
Təqdimat mərasimində Pedaqoji Universitetlə yanaşı, Uluqbek adına Özbəkistan Milli Universitetinin müəllim və tələbələri, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, mətbuat nümayəndələri, tanınmış elm xadimləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin beyəlxalq əlaqələr şöbəsinin müdiri, dosent İsroil Şamsimuxammedov Azərbaycanın mədəni irsinin çox zəngin və dünyanın diqqət mərkəzində olduğunu qeyd etdi və qardaş Azərbaycanın bir sıra maddi və mənəvi mədəniyyət abidələrinin YUNESKO-nun qeyri maddi irs siyahısına daxil edildiyini qeyd etdi. O, kitabda ilk dəfə olaraq dünyanın incisi olan Azərbaycan xalçaları, muğam və aşıq sənəti, Novruz bayramı, Azərbaycan xanımlarının baş örtüyü olan kəlağayılar, Qarabağ atı ilə oynanılan Çovqan oyunu, milli musiqi alətləri və nəhayət Özbəkistanda da çox sevilən Azərbaycan milli kulinariyası haqda dolğun informasiya verildiyini bildirdi. Daha sonra Azərbaycan mədəni irsi və onun erməni millətçiləri tərəfindən saxtalaşdırılmasına dair sənədli film nümayiş etdirildi.
Təqdimat mərasimində çıxış edən kitabın tərtibçisi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dəfələrlə Azərbaycan xalqına məxsus mədəni irs nümunələrinin mənimsənilməsi, onların təhrif olunmasının şahidi olduğunu qeyd edərək, məhz, bu cür halların aradan qaldırılması, Azərbaycanın mədəni irsinin təbliği məqsədi ilə kitabın çap olunduğunu qeyd etdi. O, kitabda verilən bir sıra materialların Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlandığını və mədəni irsimizin təbliği məqsədi ilə Heydər Əliyev Fondunun xarici ölkələrdə təşkil etdiyi çoxsaylı mədəni tədbirlər barədə məlumat verdi.
Uluqbek adına Özbəkistan Milli Universitetinin tarix kafedrasının müdiri, professor Nemətcan Palvanov Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ölkənin mədəni irsinə, mədəniyyət abidələrinə çox böyük ziyan dəydiyini və kitabla tanış olarkən bunun bir daha şahid olduğunu qeyd etdi. O, beynəlxalq konvensiyalara görə müharibə zonasında, işğal altındakı olan ərazilərdəki tarix-mədəniyyət abidələrinin kütləvi məhvi və saxtalaşdırılmasının yolverilməz olduğunu bildirdi. Professor Nemətcan Palvanov bu gün dünyanın mədəni inciləri olan Suriyadakı Palmira abidələrinə vurulan ziyanı, habelə Azərbaycanın işğal altında olan abidələrinin məhv edilməsi, saxtalaşdırılmasının ürək ağrısı ilə qarşıladıqlarını söylədi.
Çıxış edənlər kitabın Kitabın özbək və rus dillərinə tərcümə edən tanınmış alim, tərcüməçi Usman Kuçkar, Daşkənd Dövlət Pedaqoji Universitetinin informasoya resursları kafedrasının müdiri, professor İbrahim Yuldaşov, alim Babaxan Şərif Azərbaycan ərazisinin bəşər sivilizasiyasının ilk meydana gəldiyi məkanlardan olduğu və burada yaşamış insanların çox böyük və dəyərli maddi mədəniyyət nümunələri yaratdıqlarını qeyd etdilər, kitabın həm Özbəkistanda, həm də dünyada maraqlananlara Azərbaycan mədəni irs nümunələri haqqında məlumat və biliklər əldə etməyə yardımçı olacaqğını vurğuladılar.
Çıxışçılardan sonra Özbəkistanda tanınmış muğam ustası, dosenti Davron Kadirov Azərbaycan və Özbək dilində muğam parçaları ifa etdi, özbək dilinə tərcümə olunmuş Azərbaycan şairlərinin şeirlərini səsləndirdi.

Daşkəndin mərkəzi sərgi zalında keçirilən moda sərgisində Azərbaycanın Qarabağ xanımlarının geyimləri nümayiş etdirilib.



(19.04.2016) Özbəkistan Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə keçirilən "Ənənəvi təsviri incəsənət festivalı"nın ikinci günündə möhtəşəm moda sərgisi nümayiş etdirilib. Sərgidə ölkənin gənc modelyerlərinin kolleksiyaları təqdim edilib.
Moda sərgisində iştirak edən Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi Azərbaycanın Qarabağ diyarının geyimlərini nümayiş etdirib.
Qarabağ geyimlərini Özbəkistanın Kəmaləddin Bexzod adına Rəssamlıq və Dizayn İnstitutunun tələbələri nümayiş etdirmişlər.
Azərbaycan xalq mahnısı "Sarı gəlin"in sədaları altında modelyer qızlar XVII-XIX əsrlərə aid Qarabağın bir sıra mərasim, toy libasları, şənlik geyimləri, zadəgan Qarabağ xanımlarının geyimlərini nümayiş etdiriblər.
Xüsusi daş-qaşlarla bəzədilmiş və ipəkdən hazırlanan geyimlərə böyük maraqla qarşılanıb və Festivalın Təşkilat Komitəsi tərəfindən xüsusi mükafata layiq görülüb.
Qarabağ geyimlərini Bakı Geyim Evi tərəfindən hazırlanmış və Mədəniyyət Mərkəzinin "Azərbaycan milli geyimləri" muzeyində daimi nümayiş etdirilir.
İştirakçılara festival çərçivəsində Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda xalqımızın yaratdığı zəngin mədəni irs təqdim olunub, milli geyimin hər bir xalqın qədim tarixi, zəngin mədəniyyətinin göstəricisi olduğu sərgilənib.
Qeyd edək ki, sərgidə Özbəkistanın bir sıra gənc modelyerlərinin müasir, klassik stilə aid kolleksiyaları nümayiş etdirilib. Bir sıra yeni kolleksiyalar, əsasən Şərq qadın geyim kolleksiyalarına üstünlük verilib.
Sərgi Daşkənddə böyük rezonans doğurmuş, ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış və yerli mətbuatda geniş işıqlandırılmışdır.
Moda sərgisində Özbəkistan Rəssamlıq Akademiyası, Dizayn institutları, Azərbaycanın Özbəkistandakı Səfirliyi, xarici diplomatlar, tanınmış mədəniyyət, incəsənət nümayəndələri, bu sahə üzrə çalışam müəllim və tələbələr, mətbuat nümayəndələri iştirak ediblər.

Özbəkistanda keçirilən turizm və səyahətlər sərgisində Azərbaycan təmsil olunmuşdur.



(18.04.2016) Daşkəndin Mərkəzi Sərgi Sarayında rəsmi açılışı olan "İstirahət dünyası 2016" Daşkənd IV beynəlxalq turizm sərgisinə maraq böyük olub.
Ölkəmizi Beynəlxalq sərgidə Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təmsil edib.
Sərginin əsas məqsədi Özbəkistanın, habelə dünya ölkələrinin turizm resurslarını təbliğ etmək, turizm şirkətləri arasında əlaqələri genişləndirmək, şirkətlər və turistlər üçün faydalı turpaketlər təqdim etməkdir.
Beynəlxalq sərginin açılış mərasimində çıxış edən "Özbəkturizm" Milli Şirkətinin sədri Fərrux Rizayev Özbəkistanın turizm potensialı, ölkədə inkişaf edən turizm sənayesi haqqında məlumat verib. O, sərgidə Özbəkistanın bütün regionlarından, xüsusi ilə ilk dəfə olaraq qədim tarixə malik Sırxandərya, Sırdərya əyalətlərinin ekskluziv turizm resurslarının təqdim olunacağını qeyd edib.
Sərginin rəmzi açılış lenti kəsilib, bədii hissədə Özbəkistanın tanınmış sənətçiləri çıxış etmiş, Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs kollektivi milli rəqslərimizi ifa ediblər.
Builki sərgidə Özbəkistanla yanaşı, Azərbaycan, Malayziya, Türkiyə, Çin, İspaniya, Fransa, Çexiya, Ukrayna, Sinqapur və s. ölkələr öz turizm resurslarını təqdim ediblər.
Daşkənd IV beynəlxalq turizm sərgisinin builki əsas mövzusu tibbi, müalicəvi turizm və bu sahədə təqdim olunan turizm resursları olub.
Sərgidə turizm sahəsi üzrə dünyanın öndə gedən şirkətləri, otelləri öz məhsullarını iştirakçılara nümayiş etdirməklə yanaşı, hazır turpaketlər təqdim edilib.
Azərbaycan sərgisinə böyük maraq olub. Sərgidə ölkəmizin dünya səviyyəli müalicəvi istirahət məkanları olan Naftalan, Naxçıvan-Duzdağ turizm obyektlərinin təqdimatını həyata keçirib.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirliyi tərəfindən göndərilən çoxsaylı nəşrlər, buklet və broşurlar paylanılıb, "Чудесный Наталан" videoçarx nümayiş edilib, ölkəmizin turizmi, mədəniyyəti, milli mətbəxinə dair nəşrlər sərgilənib.
İştirakçılara Azərbaycanın turizm məkanları, paytaxt Bakı ilə yanaşı, regionlardakı bütün turizm marşrutları, tarixi abidələr haqqında məlumatlar verilib.
Özbək turistlər Naftalandakı müalicəvi istirahət mərkəzləri, burada fəaliyyət göstərən “Chinar Hotel SPA Naftalan”, "Qaşaltı", "Garabag Resort & Spa", Naftalan Terapiya Mərkəzində müalicə, istirahət haqqında ətraflı məlumatlandırılıb.
Sərgi çərçivəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda 2015-ci ildə çap olunmuş özbək və rus dillərində “Муъжизавий Нафталан: Чудесный Нафталан" kitabçasının təqdimatı keçirilib.

Özbəkistan Rəssamlıq Akademiyasında keçirilən "Ənənəvi təsviri incəsənət festivalı"nda Azərbaycan təmsil olunmuşdur.



(18.04.2016) Özbəkistan Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə keçirilən Ənənəvi təsviri incəsənət festivalı"nda ölkənin bütün regionlarından dəvət olunan sənətkarlar öz əl işlərini, habelə xarici ölkələrin səfirlikləri, mədəniyyət mərkəzləri milli stendlərini təqdim edirlər.
Bu ildə tədbirə maraq böyük olmuş, festivalda dövlət və hökumət nümayəndələri, mədəniyyət, incəsənət sahəsi üzrə tanınmış şəxslər, xarici ölkələrin Özbəkistandakı səfirləri, diplomatları, mədəniyyət, incəsənət sahəsi üzrə mütəxəssislər, bu sahə üzrə müəllim və tələbələr iştirak etmişlər.
Festivalda ölkəmizi Azərbaycan Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təmsil etmişlər.
Tədbiri giriş sözü ilə açan Özbəkistan Rəssamlıq Akademiyasının prezidenti, xalq rəssamı Akmal Nuriddinov festivalın əhəmiyyətindən danışmış, Özbəkistanda sənətkarlığın zəngin ənənələrə malik olduğunu qeyd etmişdir. O, böyük ipək yolu üzərində yerləşən Özbəkistanın əksər regionlarında əl sənətinin inkişaf etdiyini qeyd etdi. Akmal Nuriddinov festivalın Özbək sənətkarlara öz əl işlərini ictimaiyyətə təqdim etməyə, habelə istedadların üzər çıxarılmasına imkan verəcəyini bildirdi.
Azərbaycanın Özbəkistandakı Səfirliyinin birinci katibi Leyla Orucova Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti haqqında danışaraq, Azərbaycan xalçalarının, milli geyimlərinin dünya mədəni irsinin inciləri olduğunu qeyd etdi və Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Fondunun layihələrindən danışan diplomat çıxışında Azərbaycan xalça sənətinin, Lahıc misgərlik sənətinin YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edildiyini qeyd etdi.
Çıxış edən digər diplomatlar, mədəniyyət xadimləri festivalın mədəniyyət və incəsənət bayramı olduğunu və ölkədə əl işləri sənətinin inkişafına təkan verdiyini qeyd etdilər.
Daha sonra Festivalın rəsmi açılışı olmuş, iştirakçı fəxri qonaqlar milli stendlərlə tanış olmuşlar.
Festival çərçivəsində İtaliya, Yaponiya, İran, Slovakiya, Çin, Banqladeş, Vyetnam, Hindistan və s. ölkələrin milli stendləri təqdim olunmuşdur.
Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi "Азербайджан жемчужина Кафказа" milli stendi münsiflər heyətinin və iştirakçıların böyük marağına səbəb olmuş və Festivalda "Ən yaxşı milli stend" adına layiq görülmüşdür.
Azərbaycan milli stendində Azərbaycan xalçaları - Qarabağ, Naxçıvan, Şirvan qrupu, Azərbaycan milli geyimləri - Qarabağ xanımlarının şənlik, ziyafət geyimləri, zadəgan xanımların geyimləri, misdən hazırlanmış məişət qabları (su satılları, səhənglər, qazanlar və s), milli musiqi alətlərimiz (tar, kamança, saz, nağara, tütək və s.) nümayiş etdirilib.
Milli stendlə tanış olanlar ölkəmizin zəngin tarixi haqqında məlumatlandırılmış, ipək yolunun üzərində yerləşən Azərbaycanda ipəkçiliyin, toxuculuğun, sənətkarlığın zəngin ənənələrə malik olduğu qeyd olunmuşdur.

Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində “Özbək və Azərbaycan müasir poeziyasının xüsusiyyətləri” adlı nəşrin təqdimatı keçirilib.



(08.04.2016) Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetin Azərbaycan Mədəniyyəti və ədəbiyyatı mərkəzində Özbək alim, professor Saodat Muxammadovanın tərtibçisi olduğu “Özbək və Azərbaycan müasir poeziyasının xüsusiyyətləri” adlı kitabın təqdimatı keçirilmişdir.
Kitab Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çap olunmuşdur. Təqdimat mərasimində Özbək filoloqları, Azərbaycanşünas alimlər, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, universitetin müəllim, tələbə heyəti və mətbuat nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Pedaqoji Universitetin Filologiya fakültəsinin dekanı, dosent İnomcan Azimov Azərbaycan ədəbiyyatına Özbəkistanda böyük maraq olduğunu və Azərbaycan-Özbək ədəbi əlaqələrinin tarixinin qədim dövrlərə təsadüf etdiyini qeyd etdi. İnomcan Azimov çıxışında Universitetin filologiya fakültəsinin kafedra müdiri, professor Səadət Muxammadovanın tərtibçisi olduğu “Özbək və Azərbaycan müasir poeziyasının xüsusiyyətləri” adlı nəşr haqqında məlumat verib.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək nəşrin əsas məqsədinin müasir özbək və azərbaycan poeziyasının xüsusiyyətləri ilə elmi ictimayyəti tanış etmək, hər iki ölkənin ədəbi ictimaiyyətinə müasir dövrün şairlərinin əsərlərini təqdim etmək olduğunu bildirdi. O, kitabın əsas üstün cəhətinin azərbaycan şairlərinin şerlərinin özbək dilində, özbək şairlərinin şerlərinin isə azərbaycan dilində tərcümələrinin verilməsi olduğunu vurğuladı və bu cür ikidilli layihələrin əhəmiyyətindən danışdı.
Özbək azərbaycanşünas alim, professor Marğuba Mirqasımova Azərbaycan-Özbək ədəbi əlaqələrinə dair məruzə ilə çıxış etdi, kitabdakı gənc şairlərinin şeirlərini təhlil edərək, ədəbiyyatımızın oxşarlıqları barədə məlumat verdi.
Alim, tərcüməçi Babaxan Şərif kitabda özbək və azərbaycan alimlərinin ədəbi əlaqələrinə həsr olunmuş məqalələr barədə məlumat verərək, özbək alimləri Marğuba Mirqasımova, Səadət Muxammedova, Nəsibə Cumaniyazova, Nafosat Urakova və azərbaycan alimləri Almaz Ülvi, Yaşar Qasımov, Təranə Həşimovanın məqalələrini yüksək qiymətləndirdi.
Sonda tərtibçi Səadət Muxammedova çıxış edərək kitabda ilk dəfə olaraq müasir özbək şairləri Çulpan, İqbal Mirzo, Qayrat Macid, Utkir Xıdırov, Malika Səlimovanın şerlərinin azərbaycan dilinə, müasir azərbaycan şairləri Bəxtiyar Vahabzadə, Qulu Ağsəs, Firuz Mustafa, Afaq Şıxlı, Elçin İskəndərzadə, Xanım İsmayılqızı, Elçin Mirzəbəyli və digər şairlərinin lirik şerlərinin nəşr olunduğunu qeyd etdi.
O, kitabın filoloqlar, elm xadimlərin və ədəbiyyatsevərlər üçün faydalı olacağına inandığını və nəşr layihəsinin reallaşdırılmasında Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirdi.

Daşkənddə “Özbək və Azərbaycan müasir poeziyasının xüsusiyyətləri” adlı kitab çapdan çıxmışdır.



Daşkəndəkki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi “Özbək və Azərbaycan müasir poeziyasının xüsusiyyətləri” adlı kitab çap olunmuşdur. Kitabın tərtibçisi filologiya elmləri doktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin müəllimi Saodat Muhammadovadır. Kitab Özbəkistan – Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə çap olunub.
Nəşrin əsas məqsədi – müasir özbək və azərbaycan poeziyasının xüsusiyyətləri ilə elmi içtimayyəti tanış etməkdir. Nəşrdə özbək, azərbaycan alimlərinin məqalələri yer almışdir.
Kitabın ön sözündə Özbəkistan və Azərbaycan xalqlarının müasir şairlərinin ədəbi əlaqəlarindən bəhs edilir. Bu elmi – populyar nəşr aparılan tadqiqat işlərinin nəticəsidir, nəşrdə müasir özbək və azərbaycan poeziyasının xüsusiyyətlərini əks edildiyi qeyd olunur.
Nəşrdə özbək və azərbaycan alimlərinin poeziyaları haqqında məqalələri toplanıb. Bunlardan özbək alimləri Marğuba Mirqasımova, Saodat Muxammedova, Nəsibə Cumaniyazova, Nafosat Urakova və azərbaycan alimləri Almaz Ülvi, Yaşar Qasımov, Təranə Əzim qızı Həşimovanın özbək, azərbaycan və rus dillərində məqalələri verilmişdir.
Nəşrin əsas üstünlüyü də azərbaycan şairlərinin şerləri özbək dilində, özbək şairlərinin şerləri isə azərbaycan dilində tərcümə edilərək verilməsidir.
İlk dəfə olaraq müasir özbək şairlərindən Çulpan, İqbal Mirzo, Qayrat Macid, Utkir Xıdırov, Malika Səlimovanın şerləri azərbaycan dilinə tərcümə olunmuş, müasir azərbaycan şairlərindən Bəxtiyar Vahabzadə, Qulu Ağsəs, Xanım İsmayıl qızı, Afaq Şıxlı, Elçin İskəndərzadə, Elçin Mirzəbəyli, Firuz Mustafa, İbrahim İlyaslı, Maarif Soltan, Ağamehdi Mehdəliyev, Əli Əmirov və digər şairlərin lirik şerləri nəşr olunmuş, şairlərin poetik, fəlsəfi duyğuları, lirik ifadələri öz əksini tapmışdır.
“Özbək və Azərbaycan müasir poeziyasının xüsusiyyətləri” adlı kitab filoloqlara, elm xadimlərinə və iki qardaş dövlətin ədəbiyyatsevərləri üçün faydalı mənbədir.

Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində 31 mart azərbaycanlıların soyqırımına həsr olunmuş açıq dərs keçirilmişdir.



(31.03.2016) Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin Azərbaycan - Özbəkistan Dostluq Muzeyində azərbaycanlı və özbək uşaqları üçün 31 mart azərbaycanlıların soyqırımına həsr olunmuş açıq dərs keçirilmişdir. Açıq dərsdə Daşkənddəki bir sıra orta məktəblərin şagirdləri iştirak etmişlər.
Mədəniyyət Mərkəzinin kitabxanaçısı Kifayət Pirməmmədova hər il 31 mart tarixinin Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunduğunu, 1918-ci ildə mart ayında erməni daşnakları tərəfindən Azərbaycanın Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və başqa bölgələrində etnik təmizləmə siyasətinin aparıldığını, azərbaycanlılara qarşı qətliamlar törədilməsi barədə geniş məlumat vermişdir. O, Azərbaycanın Quba şəhərində aşkar olunmuş toplu məzarlıq haqqında danışaraq, burada "Soyqırım Memorial Kompleksi"nin inşa edildiyini bildirmişdir. K.Pirməmmədova 31 mart tarixinin Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunmasını 1998-cı il 26 martda Azərbaycan prezidenti Heydər Əliyevin fərmanı ilə təyin edildiyini qeyd edib.
Daha sonra şagirdlər Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış kitab sərgisi ilə tanış olmuş və bu barədə onların maraqlandıqları sualları cavablandırılmışdır.

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 98 il ötür.



(31.03.2016) Ermənilərin 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törətdiyi soyqırımından 98 il ötür. Sovet hakimiyyəti dövründə uzun illər bu qətliamın üstündən sükutla keçilsə də, Azərbaycan müstəqillik qazandıqdan sonra hadisələr öz siyasi qiymətini aldı. Prezident Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildən 31 mart azərbaycanlıların soyqırım günü kimi qeyd edilir.
1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.
1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib.
Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. Bu münasibətlə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir.

"Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri" kitabında şairin Özbək dilinə tərcümə olunmuş şeirləri də yer almışdır.



(30.03.2016) "Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri" adlı kitabında şairin Özbək dilinə tərcümə olunmuş şeirləri də yer almışdır.

Layihəyə Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də qoşulmuş və kitabın hazırlanmasında, materialların toplanmasında iştirak etmişdir.

Kitabda Bəxtiyar vahabzadənin özbək dilinə tərcümə olunmuş "Azərbaycan", "Latın dili", Ana dili", "Vətəndaş", Tilsimli olma", "Əlvida", "Zindanda" və b. şeirləri yer almışdır. Özbək dilində verilən şeirlərin tərcüməçiləri - tanınmış özbək şairləri və tərcüməçiləri olan Cumaniyaz Cabbarov, Nəsrəddin Muhammadiyev, Polat Mumindir.

Qeyd edək ki, kitaba yazılan "Ön söz" ün müəllifi Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir.

"Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri" kitabında ilkin olaraq şairin həyat və fəaliyyəti haqqında məlumat verilir, daha sonra onun Azərbaycan, qazax, qırğız, özbək, türkmən və türk dillərində şeirləri verilmişdir.

Sonda Bəxtiyar Vahabzadənin türkdilli xalqların dilinə çevirən tərcüməçilər haqqında məlumatlar öz əksini tapmışdır.

Qeyd edək ki, kitab TÜRKSOY təşkilatının layihəsi ilə işıq üzü görmüşdür.
Yaxın vaxtlarda Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində kitabın geniş təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

Daşkənddəki Babur parkında milli mədəniyyət mərkəzlərinin Novruz şənliyində Azərbaycan mədəniyyət mərkəzləri iştirak etmişlər.



(21.03.2016) Daşkənddə Babur parkında keçirilən təntənəli Novruz şənliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan diaspora təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi ilə birgə iştirak etmiş və Azərbaycan mədəniyyətinə dair sərgilər, stendlər, milli mətbəximizi, milli rəqslərimizi nümayiş etdirmişlər.

Tədbirin təşkilatçısı Özbəkistanda fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin Asossiasiyası olan Beynəlmiləl Respublika Mədəniyyət Mərkəzi olmuşdur.

Tədbir çərçivəsində Özbəkistanda fəaliyyət göstərən hər bir xalqın mədəniyyət mərkəzi öz tarixi, mədəniyyəti, mətbəxini əks etdirən sərgi təşkil etmiş, milli rəqslər ifa olunmuşdur.

Azərbaycan guşəsinə ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı iqtisadi islahatlar, ölkəmizin tarixi, mədəniyyəti ilə bağlı kitablar, həmçinin milli musiqi alətləri, milli mətbəx nümunələri, suvenirlər nümayiş etdirilib. Azərbaycan guşəsinə maraq böyük olmuş, ziyarətçilər Novruz şirniyyatlarına - şəkərbura, paxlava, qoğal və digər Novruz şirniyyatlarına qonaq ediliblər.

Azərbaycan guşəsində ziyarətçilərə ölkəmizdə Novruz adət-ənənələri, Novruzun keçirilməsi, Novruzun tarixi, Novruz yeməkləri və şirniyyatları barədə məlumat verilmişdir.

Tədbirin rəsmi hissəsində çıxış edən Beynəlmiləl Respublika Mədəniyyət Mərkəzi sədri Nəsrəddin Məhəmmədiyev Novruz bayramının tarixi haqqında məlumat verib, bu bayramın Özbəkistanda yaşayan 130-dan artıq xalq və millərin bayramı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsü və bir sıra digər dövlətlərin dəstəyi ilə 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası martın 21-nin Beynəlxalq Novruz Günü kimi tanınması ilə əlaqədar qətnamə qəbul edib.

Azərbaycan diaspora təşkilatı sədrinin müavini Firdovsi Hüseynov bildirib ki, Novruz bayramının yaşı 5 min ildir. O, çıxışında qeyd edib ki, böyük şair və maarifçilər Nizami Gəncəvi, İbn Sina, Rudəki, Sədi, Hafiz və başqaları əsərlərində Novruzun İslamdan xeyli əvvəl yarandığını yazıblar.

Sonra müxtəlif ölkələrin rəqs kollektivlərinin çıxışları olub. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblı milli rəqslərimizi ifa ediblər.

Özbək dilində "Azərbaycanın mədəni irsi" adlı kitab Daşkənddə çap olunmuşdur.



(18.03.2016) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə "Ozarbayjoning madaniy merosi:
Культурное наследие Азербайджана" adlı iki dilli (özbək və rus) kitab nəşr olunmuşdur. Kitab Daşkənddəki "Kamalak-PRESS" nəşriyyatında çap edilib.
Sözügedən nəşr özbək dilində ilk layihədir ki, Azərbaycan mədəni irsinə dair məlumatları özündə əks etdirir. Kitabda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan "YUNESKO-nun "Qeyri-maddi mədəni irs siyahısı"na daxil edilmiş mədəni irs elementləri, milli musiqi alətləri haqqında, habelə Azərbaycan Milli Kulinariya Mərkəzinin məlumatlarından istifadə edilib.
"Azərbaycanın mədəni irsi" adlı kitabda Azərbaycan xalça, muğam və aşıq sənəti, Novruz bayramı, kəlağayılar, Lahıc - misgərlik sənəti, Qarabağ atı ilə oynanılan Çovqan atüstü oyunu, milli musiqi alətlərimiz, milli kulinariyamızın nümunələri geniş olaraq öz əksini tapmışdır. Nəşrdə Azərbaycan xalq rəqsləri - "Köçəri", "Yallı", "Uzundərə", "Turacı", "Nəlbəki" və digər rəqslərimiz haqqında məlumatlar da geniş işıqlandırılmışdır.
Kitabda milli musiqi alətləri "Balaban", "Kamança", "Qaval", "Ney", "Ud", "Tulum", "Tütək", "Rübab" və s. haqqında geniş məlumat verilib, Azərbaycan mətbəxinin əvəzsiz yeməkləri - müxtəlif növ dolmalar, plovlar, kəbablar, "piti", "lavaş" və şirniyyatlarımız, onların şəkilləri, hazırlanma metodları, xalqımıza aid olduğunu təsdiq edən faktlar, məlumatlar öz əksini tapmışdır.
Nəşrin reallaşdırılmasında əsas məqsəd Azərbaycan mədəniyyətinin, mədəni irsinin saxtalaşdırılması, mənimsənilməsinin qarşısını almaq və bu barədə dünya ictimaiyyətinə obyektiv məlumatların çatdırılmasıdır.
Kitabın redaktoru və tərcüməsini tanınmış Özbək alim Usman Kuçkar həyata keçirmişdir. "Ön söz"ün müəllifləri Azərbaycanınn Özbəkistandakı Səfiri Hüseyn Quliyev, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.
"Ön söz"də Azərbaycan ərazisinin bəşər sivilizasiyasının ilk meydana gəldiyi məkanlardan olduğu və burada yaşamış insanların çox böyük və dəyərli maddi mədəniyyət nümunələri yaratdığı qeyd olunur.
Azərbaycan dövlətinin yürütdüyü humanitar siyasət nəticəsində respublika ərazisindəki mövcud tarixi, dini və mədəniyyət abidələrinin aşkar edilməsi, mühafizəsi istiqamətində çox böyük və məqsədyönlü layihələrin həyata keçirildiyi və bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanır. Qeyd olunur ki, məhz Heydər Əliyev Fondunun reallaşdırdığı bir sıra regional, yerli və beynəlxalq layihələr əsasında xalqımızın maddi-mənəvi sərvətlərinin qorunub saxlanır, dünyada geniş təbliğ olunur və gələcək nəsillərə çatdırılması xüsusi fəaliyyət proqramına çevrilib.
Nəşrdə Azərbaycan torpaqlarının işğalı nəticəsində ölkənin mədəni irsinə, mədəniyyət abidələrinə çox böyük ziyan dəydiyi, açıq səma altında muzey olan Azərbaycan mədəniyyətinin, musiqisinin beşiyi - Şuşa şəhərində və digər ərazilərdə xalqımıza məxsus maddi mədəniyyət nümunələrinin talan və məhv edilməsi yazılır.
Dağlıq Qarabağ və ona heç bir aidiyyatı olmayan 7 rayonda 13 dünya, 292 ölkə əhəmiyyətli abidə, muzey, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi - tarixi və mədəniyyət nümunələrini yerlə-yeksan edilməsinin beynəlxalq təşkilatların rəsmi sənədlərində də öz əksini tapdığı, Azərbaycanın Ağdam şəhərindəki dünyada yeganə hesab olunan "Çörək muzeyi", 13 mindən artıq nadir eksponatlı Kəlbəcər və Laçın şəhər tarix-diyarşünaslıq muzeylərinin darmadağın edildiyi "Ön sözdə" xüsusi vurğulanır.
Qeyd edilir ki, oxuculara təqdim olunan bu kitabda tarixi abidələrimizlə yanaşı, ilk dəfə olaraq Azərbaycan musiqi alətləri haqqında məlumat verilir. Nəşrdə musiqi tariximizdə ifa olunan, hazırda geniş istifadə olunmayan musiqi alətlərinə dair məlumatlar da yer almışdır.
"Ozarbayjoning madaniy merosi: Культурное наследие Азербайджана" adlı kitab həm Özbəkistanda, həm də dünyada maraqlananlara Azərbaycan mədəni və qeyri-maddi irs nümunələri haqqında məlumat və biliklər əldə etməyə yardımçı olacaqdır.
Nəşrin yaxın vaxtlarda Nəvai adına Özbəkistan Milli Kitabxanasında təqdimatı keçiriləcək və onun Özbəkistan kitabxanalarına, tədqiqat müəssisələrinə, ali məktəblərə, aidiyyatı qurumlara, bu ölkədəki xarici diplomatik nümayəndəliklərə göndərilməsi nəzərdə tutulmuşdur.

Novruz bayramı ilə əlaqədar Özbəkistanda geniş bayram tədbiri keçirilmişdir.



(16.03.2016) Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddə Azərbaycan Səfirliyində Novruz bayramı ilə əlaqədar bayram tədbiri keçirilmişdir.
Tədbirdə Azərbaycan Səfirliyi, Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanda akreditə olunmuş xarici ölkələrin səfirləri, diplomatları, beynəlxalq təşkilatların təmsilçiləri, dövlət nümayəndələri, tanınmış elm-mədəniyyət xadimləri iştirak ediblər.
Bayram tədbirində çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Azərbaycan və digər türkdilli xalqların milli bayramı olan Novruz bayramı haqqında danışaraq, Azərbaycanda Novruzun qeyd olunması, Novruz adət-ənənələri haqqında məlumat verdi, bu bayramın xalqlarımızı birləşdirdiyini qeyd etdi. O, çıxışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Novruz bayramının YUNESKO-nun qeyri-maddı mədəni irs siyahısına daxil edildiyini bildirdi. O, Azərbaycanın təşəbbüsü ilə 2010-cu ildə BMT Baş Assambleyasında 21 martın Beynəlxalq Novruz Günü elan edilməsi ilə bağlı qətnamənin qəbul edildiyini və hər il bu bayramın BMT-də də geniş qeyd edildiyini bəyan etdi.
Daha sonra Azərbaycanda Novruzun qeyd olunması, Novruz adət-ənənələri, ölkəmizin turizm gözəlliklərini özündə əks etdirən videeo material nümayiş etdirildi.
Tədbirdə iştirakçılara Novruz süfrəsi təqdim olundu, onlara Novruz xonçaları, şirniyyatları, səməni haqqında məlumat verildi.
Daha sonra qonaqlara rəsmi ziyafət verildi, onlar ölkəmizin milli yeməklərinə, şirniyyatlarına qonaq edildilər. Tədbir yerli KİV-lərdə geniş işıqlandırılmışdır.

Özbəkistan Mədəniyyət və İdman Nazirliyi bu ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktorunu təltif etdi.



(11.03.2016) Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistan Mədəniyyət və İdman Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.
Özbəkistan Mədəniyyət və İdman Nazirinin müavini Fərhad Corayev tərəfindən imzalanmış Fəxri Fərmanda iki ölkə arasında mədəni əlaqələrin inkişafında mühüm xidmətləri nəzərə alınaraq, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov təltif olunub.
Fəxri Fərman cari il 11 mart tarixində Özbəkistan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyli adına Özbəkistan-Azərbaycan Musiqi Mədəniyyəti Mərkəzinin açılışı zamanı Dövlət Konservatoriyanın rektoru, professor Bəxtiyar Yaqubov Azərbaycan Mədəniyyət Mərkəzinin direktoruna təqdim edilib. Özbək tərəfi qeyd etmişdir ki, Özbəkistanda fəaliyyət göstərən xarici ölkə mədəniyyət mərkəzləri arasında birinci hadisədir ki, ilk dəfə olaraq azərbaycanlı diplomatın fəaliyyəti yüksək qiymətləndirilərək bu ölkənin Nazirliyi tərəfindən təltif olunur.

Özbəkistan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyli adına Özbəkistan - Azərbaycan Musiqi Mədəniyyəti Mərkəzinin açılışı olmuşdur.



(11.03.2016) Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə Özbəkistan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyli adına Azərbaycan-Özbəkistan Musiqi Mədəniyyəti Mərkəzinin açılışı olmuşdur.
Qeyd edək ki, layihə çərçivəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistan Dövlət Konservatoriyasında yerləşən "Soqdiana" Xalq çalğı alətləri Dövlət Kamera Orkestrinin zalı müasir səviyyədə qurulmuş, tərtibat işləri aparılmışdır.
Özbəkistan Mədəniyyət və İdman Nazirliyi ilə əldə olunan razılaşmaya əsasən Mərkəzə dünya şöhrətli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adı verilmişdir.
Əvvəlcə Mərkəzin rəsmi açılışı olmuş, daha sonra giriş sözü ilə çıxış edən Özbəkistan Dövlət Konservatoriyasının rektoru, professor Bəxtiyar Yaqubov müasir səviyyədə qurumlmuş Musiqi Mədəniyyəti Mərkəzinin Özbəkistan-Azərbaycan arasında mədəni əlaqələrin inkişafına təkan verməklə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərinin Özbəkistanda öyrənilməsi, ifası işinə dəstək verəcəyini bildirdi. O, Mərkəzin xidmətlərindən gələcəkdə Konservatoriyada təhsil alan tələbələr, mütəxəssislər də faydalana biləcəyini qeyd etdi və layihənin reallaşdırılmasına görə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirdi.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dahi Üzeyir Hacıbəylinin adını daşıyan Mərkəzin Özbəkistan Dövlət Konservatoriyasında fəaliyyət göstərməsini böyük hadisə adlandırdı və gələcəkdə Mərkəzin qardaş Özbəkistanda milli musiqimizin təbliğatçısına çevriləcəyini, dünya şöhrətli Azərbaycan bəstəkarlarının əsərlərinin təbliğinə və Özbəkistan səhnələrində tez-tez ifa olunmasına şərait yaradacağını qeyd etdi. Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov Azərbaycan musiqisinə, bəstəkarlarının əsərlərinə Özbəkistanda böyük maraq olduğunu qeyd edərək, Azərbaycanın zəngin musiqi ənənələri barədə danışdı və məhz Azərbaycanda Şərqdə ilk operanın əsasının qoyulduğunu qeyd etdi.
Daha sonra Xalq çalğı alətləri Dövlət Kamera Orkestri dahi Üzeyir Hacıbəyovun əsərlərindən ifa etdi, orkestrin solisti Səncər Qədirov "Ay Laçın" Azərbaycan xalq mahnısını ifa etdi.
Qeyd edək ki, Üzeyir Hacıbəyli adına Azərbaycan-Özbəkistan Musiqi Mədəniyyəti Mərkəzinin Özbəkistanın xalq çalğı alətləri Kamera Orkestrinin bədii rəhbəri, professor Firuzə Abduraximova rəhbərlik edəcəkdir. Mərkəzdə həmçinin Özbəkistanın "Soqdiana" Xalq çalğı alətləri Dövlət Kamera Orkestrinin məşqlərinin də həyata keçiriləcəkdir. Firuzə Abduraximovanın rəhbərliyi Özbəkistanın Xalq çalğı alətləri Dövlət Kamera Orkestri dəfələrlə Özbəkistan səhnələrində Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərini ifa etmiş, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən 20 yanvar və Xocalı soyqırımına həsr olunmuş anım tədbirlərində möhtəşəm konsert-rekviem proqramlarında Azərbaycan bəstəkarlarının əsərlərini ifa etmişlər.
Mərkəzə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan xalq çalğı alətləri üçün əsərlər, ölkəmizdə çap olunan musiqisi nəşrləri, disklər hədiyyə olunmuş, Azərbaycan və Özbək musiqişünaslarının, bəstəkarlarının portretləri vurulmuş, ölkəmizin mədəniyyətini əks etdirən guşə yaradılmışdır.

Özbəkistanda tanınmış azərbaycanlı rəssam Yusif Hüseynovun "За кулисами" adlı fərdi sərgisinin açılışı olmuşdur.



(04.03.2016) Daşkənddə Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Özbəkistanda tanınmış azərbaycanlı rəssam Yusif Hüseynovun "За кулисами" adlı fərdi sərgisinin açılışı olmuşdur.
Sərgidə Azərbaycan Səfirliyi, onun Mədəniyyət Mərkəzi, Özbəkistanın tanınmış mədəniyyət, incəsənət, rəssamlıq sahəsi üzrə xadimləri, rəssamla birgə çalışmış sənət adamları, diaspora fəalları, Daşkənddəki Rəssamlıq və Dizayn İnstitutunun müəllim və tələbələri iştirak etmişlər.
Sərginin açılışı edildikdən sonra çıxış edən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü olmuş, tanınmış rəssam, kino-teatr xadimi, azərbaycanlı Yusif Hüseynovun yaradıcılığı haqqında danışmış, azərbaycanlıların Özbəkistanın mədəni həyatında daim fəal olduqlarını qeyd edib. O, Seyid Rza Əlizadə, Sidqi Ruhulla, Maqsud Şeyxzadə, Firudin Səfərov, Yusif Hüseynovun qardaş Özbəkistanın mədəniyyət, incəsənət sahəsinin inkişafına öz töhvələrini verdiklərini vurğuladı.
Sərgidə çıxış edən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov Azərbaycan mədəniyyətinin son zamanlar Özbəkistanda təbliği, Özbəkistanda yaşayıb yaratmış azərbaycanlıların irsinin öyrənilməsi və əbədiləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü qeyd etdi. Natiq Özbəkistanda tanınmış azərbaycanlı rəssam Yusif Hüseynovun Daşkənddə barelyefinin və fərdi sərgisinin açılışının bir daha Azərbaycan dövlətinin öz soydaşlarının yaradıcılığına necə diqqət və qayğı ilə yanaşdığının göstəricisi olduğunu bildirdi.
Yusif Hüseynovun sənət dostları, rəssam Mirkamil Babaxanov, Vyaçeslav Axunov onun yaratdığı əsərlər barədə danışaraq, tanınmış azərbaycanlı rəssam Yusif Hüseynovun Özbək incəsənətində xidmətlərini qeyd etdilər.
Sərgidə qeyd edildi ki, rəssam Yusif Hüseynovun öz vətəni Azərbaycana çox bağlı insan olob, 1992-ci il ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalıdakı soyqırım hadisələrindən təəsirlənərək "Материнство: Analıq" adlı rəsm əsəri yaratmışdır.
Yusif Hüseynovun "За кулисами" adlı fərdi sərgisində ümumilikdə rəssamın 18 əsəri bir ay müddətində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistan - Azərbaycan Dostluq Muzeyində nümayiş olunacaqdır. Sərgidə rəssamın bir sıra əsərləri ilk dəfə olaraq ictimaiyyətə təqdim olunacaqdır.
Qeyd edək ki, tanınmış azərbaycanlı rəssam Yusif Hüseynovun 70 illik yubileyi münasibəti ilə onun Daşkənddə yaşadığı binanın qarşısında xatirə löhvəsi qoyulmuş və rəssamın fərdi sərgisi təşkil olunmuşdur.

Daşkənddə tanınmış azərbaycanlı rəssam Yusif Hüseynovun yaşadığı evin qarşısında onun barelyefinin açılışı olmuşdur.



(03.03.2016) Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindədəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda tanınmış azərbaycanlı, Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü olmuş, tanınmış rəssam, kino-teatr xadimi Yusif Hüseynovun yaşadığı binanın qarşısında onun barelyefinin açılışı olmuşdur.
Qeyd edək ki, Yusif Hüseynov 1980-2006-cı ildə Daşkənddəki Yunisabad rayonunda 14-cü məhəllədə 1-ci binada yaşamışdır.
Barelyefin açılışını edən Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan dövləti tərəfindən öz soydaşlarının irsinin öyrənilməsi, təbliğ edilməsi məsələsinin prioritet məsələ kimi qəbul edildiyini vurğuladı. O, Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü, rəssam Yusif Hüseynovun yaradıcılığının iki xalq arasında dostluq əlaqələrinin inkişafına xidmət etdiyini və rəssamın əsərlərinin daim aktual olduğunu qeyd etdi. Samir Abbasov rəssam Yusif Hüseynovun yaradıcılığı haqqında danışaraq, onun Vətəninə bağlı insan olduğunu, Xocalı hadisələrindən təəsirlənərək "Материнство: Analıq" adlı rəsm əsəri yaradaraq bu hadisələrin dəhşətlərini öz əsərində əks etdirdiyini söylədi.
Tədbirdə çıxış edən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvü, professor Gülbahar Aşurova, sənətşünas Elmira Əhmədova, Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin icraçı direktoru Firdovsi Hüseynov rəssamın yaratdığı çoxsaylı əsərlərin bugün də Özbəkistanda sevildiyini və yüksək qiymətləndirildiyini qeyd etdilər. Azərbaycanlıların Özbəkistanın mədəniyyətinə, incəsənətinə böyük töhvələr verdiklərini, öz yaradıcılıqları ilə iki xalq arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə daim çalışdıqlarını söyləyən natiqlər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirdilər.
Yusif Hüseynovun oğlu rəssam Zaur Mansurov ailəsi adından atasının xatirəsinin əbədiləşdirilməsi, onun yaşadığı binada xatirə löhvəsinin vurulmasına görə Azərbaycan dövlətinə təşəkkürünü bildirdi. O, Yusif Hüseynovun rəssamlıqla yanaşı, Özbəkistanda kino və teatr sahəsində də fəaliyyəti barədə danışaraq, bu cür layihələrin həyata keçirilməsinin gələcək nəsillər üçün də faydalı olacağını vurğuladı.
Açılış mərasimində Azərbaycanın Özbəkistandakı Səfirliyi, Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan diaspora fəalları, rəssamın sənət dostları, ailə üzvləri, tanınmış rəssamlar iştirak etmişlər.
Qeyd edək ki, tanınmış rəssamın barelyefi onun 70 illik yubileyi münasibəti Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə ilə hazırlanmışdır. Barelyefin müəllifi Özbəkistanın tanınmış heykəltaraşı, professor Marina Borodinovadır.

Özbəkistanda Xocalı soyqırımı qurbanları anılmış və faciə qurbanlarının xatirəsinə həsr olunmuş konsert-rekviem keçirilib.



(25.02.2016) Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddə Xocalı faciəsinin 24-cü ildönümü münasibəti ilə anım tədbiri keçirilib.
Səfirliyin nəzdindəki Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin çoxsaylı səfirləri, diplomatları, ölkənin dövlət nümayəndələri, tanınmış elm, mədəniyyət xadimləri, diaspora fəalları, ali məktəb tələbələri, mətbuat nümayəndələri iştirak ediblər. Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Heydər Əliyev Fondunun layihəsi ilə çəkilmiş "Xocalıya ədalət" adlı klip nümayiş etdirilmişdir.
Anım tədbirində çıxış edən Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev Xocalı soyqırımı haqqında məlumat verdi, faciənin ağır nəticələri barədə məruzə edib. Səfir erməni işğalçıları tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparıldığını, qadınlara, uşaqlara, yaşlılara qarşı xüsusi amansızlıqla işgəncələr verildiyini və məhv edildiyini bildirdi. O, bu cinayəti törədənlərin ədalət qarşısında cavab verəcəyinə inandığını vurğuladı.
Diplomat son zamanlar Azərbaycan dövləti tərəfindən aparılan uğurlu siyasət nəticəsində ölkəmizin haqq işinin dünya ictimaiyyətinə çatdırılması, Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində mühüm işlər görüldüyünü söylədi. Hüseyn Quliyev bu günə qədər dünyanın 12 dövlətinin, ABŞ-ın 20 ştatının, o cümlədən dünyanın 53 islam dövlətini özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatının Xocalıda baş verən hadisələri soyqırım kimi tanıdığını vurğuladı. Səfir çıxışında Azərbaycan xalqının Xocalı ilə yanaşı, Xolokostda, 1915-1918-ci illər Türküstanda törədilmiş soyqırım hadisələrində həyatını itirən günahsız insanların xatirəsini ehtiramla yad etdiyini bildirdi.
Daha sonra Özbəkistan xalq çalğı alətləri Kamera Orkestri "Xocalıya ədalət" adlı soyqırım qurbanlarının xatirəsinə həsr etdiyi konsert-rekviemlə çıxış etdi.
Konsert-rekviemdə Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Hacı Xanəmmədovun, özbək bəstəkarları Dani Zakirovun, Muxtar Əşrəfinin və s. əsərləri ifa olundu.
Beynəlxalq festivalları laureatı Səncər Kadirov xocalı soyqırımı qurbanlarının xaitərsinə ithaf etdiyi "Ayrılıq", "Darıxıram sənin üçün Şuşam" musiqisini Azərbaycan dilində ifa etdi. Konsert rekviemdə bədii rəhbər professor Firuzə Abduaraximova olmuşdur.
Daha sonra azərbaycanlı müğənni Nigar Camalın "Məhv olmuş arzular" adlı klipi nümayiş etdirilmişdir.
Tədbirdə iştirak edən xarici qonaqlara bu il Daşkənddə nəşr olunmuş özbək tədqiqatçısı Şuxrat Barlasın “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər. Daşnaklar Qarabağdan Fərqanəyə qədər” adlı kitab paylanılıb.
Tədbir yerli KİV-lərdə, o cümlədən Türkiyənin "TRT" kanalında geniş yayılıb.

Daşkənddə "21 fevral - Beynəlxalq Ana dili günü"nə həsr olunmuş tədbirdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi iştirak etmişdir.



(19.02.2016) Daşkənddəki İrriqasiya və Meliorasiya İnstitutunda Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir keçirilib.
Mərasimdə elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, institutun professor-müəllim heyəti, tələbələr və jurnalistlər iştirak edib.
İnstitutun rektoru, professor Muxammad Xamidov Beynəlxalq Ana Dili Gününün əhəmiyyəti haqqında söhbət açıb. Deyilib ki, bütün dünyada bu bayram fevralın 21-i qeyd edilir. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ildə Banqladeş səfirinin təşəbbüsü ilə bu bayram tanınıb. UNESCO-nun Baş konfransında isə 21 fevral Beynılxalq Ana Dili Günü elan olunub. Qeyd edilib ki, bu bayram 1952-ci ildə Pakistanda benqal dilinin qadağan olunması ilə bağlı keçirilən etirazlar və həlak olan dörd nəfərin xatirəsinə ehtiram əlaməti olaraq keçirilir.
ABŞ-ın Özbəkistandakı səfirliyinin əməkdaşı Dayan Del Rozario, Fransa səfirliyinin nümayəndəsi Fredrix Viyam və başqaları Beynəlxalq Ana Dili Gününün mahiyyəti haqqında söhbət açıblar.
Tədbirdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Polad Zeynalov Azərbaycan dili haqqında danışıb, Mərkəzdə təşkil olunan dil kursu haqqında məlumat verib.
Qeyd olunub ki, bu kursda yalnız soydaşlarımız deyil, müxtəlif xalqların nümayəndələri də Azərbaycan dilini öyrənirlər. O tələbələri kurslardakı məşğələlərə dəvət edib.
Sonra o böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin Ana dili ilə bağlı şerini söyləyib. Tədbirin sonunda səmərəli əməkdaşlığa görə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə institutun fəxri fərmanı verilib.
Bədii hissədə Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblı milli rəqslərimizi ifa edib.

Özbəkistan Dövlət Tarix Muzeyində "Əlişir Nəvainin dünya ədəbiyyatında rolu" adlı elmi simpozium keçirilmişdir.



(09.02.2016) Özbəkistan Dövlət Tarix Muzeyində böyük özbək şairi Əlişir Nəvainin 575 illik yubileyinə həsr olunmuş "Əlişir Nəvainin dünya ədəbiyyatında rolu" adlı elmi simpozium keçirilmişdir.
Tədbirin təşkilatçıları Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti olmuşdur.
Elmi simpoziumda Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri və üzvləri, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın tanınmış ədəbiyyat və elm xadimləri, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin müəllim və tələbə heyəti iştirak etmişlər. Simpoziumu giriş sözü ilə açan Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin sərdi, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti rektoru Şavkat Şaripov Böyük özbək şairi və dövlət xadimi Əlişir Nəvainin özbək və dünya ədəbiyyatında rolu barədə danışaraq qeyd etmişdir ki, Nəvai yalnız böyük ədəbiyyat deyil, böyük dil yaratmışdır. O, bütün Şərq xalqlarının ədəbiyyatından digər dillərin çıxarılması və ana dilində türk dilində əvəzolunmaz əsərlər yaratmışdır. Ş.Şaripov Nizami Gəncəvinin Nəvai yaradıcılığına mühüm təsirindən söhbət açmışdır.
Tədbirdə məruzə ilə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan və özbək ədəbi əlaqələrinin tarixinin qədim dövrlərə gedib çıxdığını, orta əsrlərdə iki xalq arasındakı əlaqələrin yüksək səviyyədə olmasının əsas səbəbinin isə onların eyni kökə, ənənələrə malik olmasında, Azərbaycan və cığa­tay türkcəsinin vahid mənşəyə mənsub olmasında gördüyünü qeyd etmişdir. Samir Abbasov Nəvainin Özbək-Azərbaycan ədəbi əlaqələrində böyük rolu olduğunu, Azərbaycan ədəbiyyatına xüsusi rəğbət göstərdiyini, Nizamini öz ustadı, ilhamvericisi hesab etdiyini və ona əsərlər həsr etdiyini bildirdi. Nəvainin özündən sonra gələn Azərbaycan şairləri - Kişvəri, Xətai, Füzuli və başqalarının yaradıcılığına təsir etdiyini qeyd etdi.
Simpoziumda çıxış edən Özbəkistan Milli Elmlər Akademiyasının Tarix Muzeyinin direktoru, professor Cənnət İsmayılova və Nəvaişünas alim, araşdırmaçı Feyzulla Nəbiyev Nəvainin dünya xalqları, yaratdığı Xəmsə əsərləri barədə məruzə ilə çıxış etmişlər və onun əsərlərinin, kəlamlarının gənc nəslin tərbiyəsində rolu barədə məruzə etdilər.
Tədbirin bədii hissəsində Özbəkistan Dövlət Akademik Teatrının Əlişir Nəvaiyə həsr etdiyi səhnəcik nümayiş olundu. Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin tələbələrinin hazırladığı bədii kompozisiya təqdim olundu. Nəvainin bir sıra əsərlərindən şeirlər səsləndirildi. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan dili kurslarının tələbəsi Arzu Mirqasımova Nəvainin Azərbaycan dilində tərcümə olunmuş şeirlərini oxudu.
Muğam ustası, dosent Davron Kadırov Özbək məqam sənətinə dair musiqilər ifa etdi.

Özbəkistanda Azərbaycanın Qarabağ geyimlərinin daimi sərgisi açılmışdır.



(05.02.2016) Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Qarabağ geyimlərinin daimi sərgis açılmışdır.
Qeyd edək ki, Mədəniyyət Mərkəzinin foyesində yaradılan və daimi sərgidə nümayiş etdiriləcək libasları Bakıdakı Milli Geyim Evi tərəfindən hazırlamışdır.
Sərgidə Qarabağ geyimlərinin olduqca maraqlı kompozisiyası yaradılmışdır. Şüşə vitrinlərdə sərgilənən geyimlər, görünüşün keyfiyyətini yüksəltmək məqsədi ilə xüsusi işıqlandırma aparatları ilə təmin olunmuşlar.
Geyimlərə Qarabağın XVII-XIX əsrlərə aid bir sıra mərasim, toy libasları, şənlik geyimləri, Qarabağın zadəgan xanımlarının geyimləri, qadın və kişi libasları daxil edilmişdir. Kolleksiyada olan libaslar əsasən ipəkdən hazırlanmış və xüsusi daş-qaşlarla bəzədilmişdir.
Açılışda Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı Qarabağ rəqslərini ifa etdilər.
Daha sonra Mədəniyyət Mərkəzinin nəzdindəki kurs və dərnəklərin şagirdləri sərgi barədə, Azərbaycanın Qarabağ bölgəsi, bu diyarın mədəniyyəti, geyimləri haqqında məlumatlandırıldılar.
Qeyd edək ki, daimi sərgi Mədəniyyət Mərkəzində keçirilən tədbirlər zamanı mötəbər qonaqların, diplomatların, Mərkəzə daim gələn yerli ictimaiyyətin, azərbaycanlıların, habelə Mərkəzdə fəaliyyət göstərən dərnək və kursların tələbələrinə Azərbaycanın Qarabağ diyarının tarixi, mədəniyyəti, milli geyimləri ilə tanış olmağa imkan verəcəkdir.

Özbək dilində Azərbaycan mədəni irsi haqqında kitab çapa hazırlanır.



(28.01.2016) Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə yaxın günlərdə "Культурное наследие Азербайджана" adlı kitab iki dildə işıq üzü görəcəkdir.
Kitab həm özbək dilində, həm də geniş ictimiayyətə yayılması üçün rus dilində hazırlanmışdır.
Azərbaycanın mədəni və qeyri-maddi irsi dünyanın diqqətindədir və onlar tədqiq edilir, öyrənilir. Azərbaycanın bir sıra maddi və mənəvi mədəniyyət abidələri YUNESKO tərəfindən bəşəriyyətin yüksək dəyərləri kimi qorunur.
Azərbaycanın maddi və qeyri-maddi irs nümunələrinin təbliği məqsədi ilə Heydər Əliyev Fondunun xarici ölkələrdə təşkil etdiyi çoxsaylı mədəni tədbirlər Azərbaycan mədəniyyətinin, mədəni irs nümunələrinin dünyada tanınmasında əvəzolunmaz rol oynayır.
Azərbaycan məmləkətinin döyünən qəlbi olan xalçalarımız, muğam və aşıq sənətimiz, Novruz bayramımız, kəlağayımız, Lahıc - misgərlik sənəti, Qarabağ atı ilə oynanılan Çovqan atüstü oyunu, milli musiqi alətlərimiz, milli kulinariyamızın nümunələri kitabda geniş olaraq öz əksini tapmışdır. Kitabda ilk dəfə olaraq Azərbaycan xalq rəqsləri haqqında geniş məlumat verilmiş, "Köçəri", "Yallı", "Uzundərə", "Turacı", "Nəlbəki" və s.
rəqslərimiz haqqında məlumatlar yer almışdır.
Kitab həm qardaş Özbəkistanda, həm də dünyada maraqlananlara Azərbaycan mədəni və qeyri-maddi irs nümunələri haqqında məlumat və biliklər əldə etməyə yardımçı olacaqdır.
Qeyd edək ki, "Azərbaycan mədəni irsi" kitabı (Özbək və rus dillərində) çap olunduqdan sonra onun Nəvai adına Özbəkistan Milli Kitabxanasında geniş təqdimatı keçirilməsi nəzərdə tutulur.

Özbəkistanda 20 Yanvar faciəsinin ildönümü qeyd olunmuşdur.



(19.01.2016) Azərbaycanın Özbəkistandakı səfirliyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistandakı Azərbaycan diaspor təşkilatı Daşkənddə 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirmişlər.
Tədbirdə Azərbaycan səfirliyinin, Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, mətbuat nümayəndələri iştirak etmişlər.
Mərasim iştirakçıları Mədəniyyə Mərkəzinin foyesində 20 Yanvar faciəsindən bəhs edən fotostend, faciə ilə bağlı uşaqların əl işləri və kitab sərgisinə baxmış, onlara faciə ilə bağlı məlumatlar toplusu paylanmışdır.
Tədbirdə Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxış edənlər 20 Yanvar faciəsi haqqında məlumat vermiş, bu faciəni Azərbaycan xalqının qəhrəmanlıq və qürur səhifəsi adlandırmışlar.
Tədbirdə qeyd edilmişdir ki, Azərbaycan xalqının torpaqlarını mənimsəyən ermənilərə, Sovet ailəsində üzləşdiyi ədalətsizliyə etirazını bildirmiş və etirazçılar Sovet qoşunları tərəfindən vəhçicəsinə qətliama məruz qalmişdır.
Natiqlər o vaxt Moskvada yaşayan ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın bu şəhərdəki nümayəndəliyinə gələrək Bakıda törədilən cinayətləri insanlğa qarşı bir cinayət adlandırdığını və məsuliyyəti SSRİ rəhbərliyinin üzərinə qoyduğunu vurğulamışlar.
Tədbirdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan dili kurslarının uşaqları 20 Yanvar faciəsinə həsr edilmiş bədii kompozisiya ilə çıxış etmiş və faciənin dəhşətlərini özündə əks etdirən sənədli film nümayiş olunmuşdur.
Anım mərasimində Özbəkistanın Xalq Çalğı Alətləri Orkestrinin 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsinə həsr etdiyi konsert-rekviem iştirakçılara təqdim olunmuş, bir sıra özbək əsərləri ifa olunmuşdur.

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası