Daşkənddə Azərbaycan dili və ədəbiyyatı kafedrası, Azərbaycanca-Özbəkcə, Özbəkcə-Azərbaycanca danışıq lüğəti yaradılacaqdır. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
  • bg2
1 1
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə Azərbaycan dili və ədəbiyyatı kafedrası, Azərbaycanca-Özbəkcə, Özbəkcə-Azərbaycanca danışıq lüğəti yaradılacaqdır.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Daşkənddəki Əlişer Nəvai adına Özbək dili və ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracədddinov arasında görüş keçirilmişdir.
Görüş zamanı xalqlarımız, iki dövlət arasında ədəbi-mədəni əlaqələr, hal hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər, layihələr müzakirə edilib.
Samir Abbasov Azərbaycan – Özbəkistan arasında hər bir sahədə olduğu kimi mədəni-ədəbi sahədə də yüksək əməkdaşlığın olduğunu, dövlət rəhbərlərinin səyləri nəticəsində bugün bu əlaqələrin strateji partnyorluq səviyyəsinə çatdığını qeyd edib. O, iki ölkə arasında tarixi dostluq, mədəni, ədəbi əlaqələr barədə danışaraq, son zamanlar ölkəmizdə aparılan islahatlar, habelə Ermənistanın Azərbaycana qarşı təcavüzu, işğal nəticəsində mədəniyyətimizə, ədəbiyyatımıza dəyən ziyan barədə məlumat verib.
S.Abbasov Azərbaycan və Özbəkistan universitetləri, elm, təhsil müəssisələri arasında əməkdaşlığın dərinləşdirilməsi, habelə rəhbərlik etdiyi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistanın nüfuzlu Əlişer Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universiteti arasında əməkdaşlıq Memorandumunun imzalanmasını təklif edib.
Rektor Ş. Siracədddinov Azərbaycan mədəniyyətinə, ədəbiyyatına Özbəkistanda böyük maraq olduğunu qeyd edərək, Tarixi İpək yolunun üzərində yerləşən hər iki xalqın bir-birinə çox yaxın olduğunu, eyni mədəniyyətə, adət və ənənələrə malik olduğunu qeyd edib.
O, ik itərəf arasında mədəni-ədəbi əlaqələr sahəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin gördüyü işlər, layihələri qeyd edərək, Özbəkistanın ali məktəblərində Azərbaycan otaqlarının yaradılması, Azərbaycan mədəniyyəti, ədəbiyyatı, tarixinə dair Özbəkistanda Özbək dilində nəşrlərin işıq üzü görməsi, bədii filmlərin özbək dilinə dubliuaj olunması, bu sahədə çoxsaylı tədbirlərin, konfransların, görüşlərin keçirilməsini yüksək qiymətləndirdi.
Görüş zamanı rektor Ş.Siracəddinov Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə imzalanacaq Memoranduma bir sıra tədbirlərin daxil edilməsini təklif edib. Azərbaycanın ali təhsil ocaqları, elmi araşdırma institutları ilə əlaqələrin yaradılması, onlarla birgə əməkdaşlığa dair memorandumların imzalanması istiqamətində işlərin aparılması, müvafiq razılıq əsasında Azərbaycanda mövcud olan Əlişir Nəvai və b. Özbək sənətkarlarının əlyazmalarının surətlərinin Özbəkistana gətirilməsi, iki ölkə universitetləri, elmi müəssisələri arasında tələbə, doktorant mübadiləsi, ədəbiyyatımıza dair birgə nəşr layihələrinin reallaşdırılması və s.
Samir Abbasov çıxış edərək səsləndirilən təkliflərin maraqlı və hər iki tərəf üçün faydalı olduğunu qeyd edərək, Daşkənddə Əlişer Nəvai adına Dövlət Universitetində Nizami Gəncəvi adına Azərbaycan-Özbəkistan Dostluq Mərkəzinin təşkili, yaradılacaq Mərkəzin bazasında Azərbaycan dili kafedrasının yaradılması, birgə Azərbaycanca-Özbəkcə, Özbəkcə Azərbaycanca sözlüyün-lüğətin yaradılması və s. təkliflər irəli sürdü.
Görüş zamanı irəli sürülər təkliflər, onların konkret icrası müzakirə edildi və təkliflərin Memoranduma daxil edilməsi razılaşdırıldı.
Yaxın günlərdə tərəflər rasında Memorandumun imzalanması planlaşdırılır.
Sonda Samir Abbasov Daşkənddəki Əlişer Nəvai adına Özbək dili və ədəbiyyatı Universitetinin kitabxanası üçün Özbəkistanda son zamanar Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbək dilində çap olunmuş kitabları rektor Ş.Siracəddinova hədiyyə etdi.

16.11.2017

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası