Daşkənddə Eluca Atalının “Özünü gətir” və “Tiqranizm Xocalıda” kitablarının təqdimatı olub. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
  • bg2
  • bg2
  • bg2
1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə Eluca Atalının “Özünü gətir” və “Tiqranizm Xocalıda” kitablarının təqdimatı olub.

İsveçdə yaşayan azərbaycanlı yazıçı Eluca Atalı Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində özbək dilində çap edilən “Özünü gətir” və Bakıda Azərbaycan dilində işıq üzü görən “Tiqranizm Xocalıda” kitablarının təqdimatı olub.
Tədbirdə şair, yazıçı və alimlər, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak edib.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Eluca Atalının yaradıcılığı haqqında danışaraq yazıçının indiyədək Azərbaycan, Türkiyə, İsveç, Özbəkistan və digər ölkələrdə hekayə, roman, esse, şeir, dram əsərləri və digər janrlarda 18 kitabının çap olunduğunu qeyd etdi. O, xüsusi ilə Xocalı soyqırımına həsr olunmuş “Tiqranizm Xocalıda” pyesi haqqında danışaraq kitabda Roma imperiyası dövrü ilə XX əsrin axırlarında baş verən hadisələr, erməni hiyləgərliyi və vəhşilikləri öz əksini tapdığını vurğuladı. Diplomat Xocalı soyqırımı və 20 yanvar faciəsi həqiqətlərini bəddiləşdirib oxuculara çatdırılmasında müəllifin xidmətlərini xüsusi qeyd etdi.
Təqdimat mərasimində müəllifin həyat və yaradıcılıq fəaliyyətinə dair videomaterial nümayiş etdirildi.
Daha sonra təqdimat mərasimində Daşkənddəki Özbək dili və ədəbiyyatı Universitetinin doktoru İslam Yaqubov, professor Səadət Muxammedova, dosent Gülbaha Aşurova çıxış edərək təqdimatı edilən kitabların mövzuları, habelə insanlığın faciəsi olan Xocalı soyqırımının dəhşətləri haqqında danışdılar. Onlar bu hadisələrin Eluca Atalının kitabında bədii şəkildə öz əksini tapdığını və vurğuladılar ki, kitabın oxucuya verdiyi mesaj ermənilərin etdikləri vəhşiliklərin bəşəri faciə olduğunu çatdırmaq və buna susmağın ləyaqətsizlik olduğunu bildirməkdir.
Kitabın tərcüməçisi Şermurad Subxon Eluca Atalı ilə əməkdaşlığından söhbət açaraq bundan sonra da bu istiqamətdə əlaqələrin davam edəcəyini bildirib.
Eluca Atalı “Daşkənddə çap edilən “Özünü gətir” və Bakıda dərc olunan “Tiqranizm Xocalıda” kitablarının təqdimatında çıxış edib. Müəllif əsas məqsədinin erməni xislətinin dünyaya çatdırılması və tarix boyu ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımların bədiiləşdirərək oxucu kütləsinə təqdim etmək olduğunu söylədi. O, kitabda ermənilərin Xocalıda həyata keçirdikləri vəhşiliklərin, qeyri insani cinayətlərin öz əksini tapdığını dedi və Azərbaycan həqiqətlərinin yayılması istiqamətindəki fəaliyyətindən danışdı.
Qeyd edək ki, Eluca Atalının bugünə qədər 18 kitabı çapdan çıxıb. Dörd kitabı, "Azadlık hekayeleri", "Atlara kurşun sıkmayın", "Kerkükler yalniz burakılmış türklər", "Tiqranizm Hocalıda" türk dilinə, "Özünü gətir" adlı kitabı isə özbək dilinə tərcümə olunub.
Özbəkistanda və Orta Asiyada müəllifin yazıları geniş yayımlanır.

31.10.2017

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası