Daşkənddə "Turizm biznesinin inkişafı və xarici təcrübənin Özbəkistanda tətbiqi məsələləri” adlı Beynəlxalq elmi konfransda Azərbaycan təmsil olunub. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
1 1 1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə "Turizm biznesinin inkişafı və xarici təcrübənin Özbəkistanda tətbiqi məsələləri” adlı Beynəlxalq elmi konfransda Azərbaycan təmsil olunub.

Cari il 6 oktyabr tarixində Daşkənd Dövlət İqtisadiyyat Universitetində Özbəkistanda keçirilən 23-cü Daşkənd Beynəlxalq Turizm yarmarkası çərçivəsində "Turizm biznesinin inkişafı və xarici təcrübənin Özbəkistanda tətbiqi məsələləri” adlı elmi konfrans keçirilib. Qeyd edək ki, Daşkənd Dövlət İqtisadiyyat Universitetində turizmin müxtəlif sahələrinə dair fakültələr fəaliyyət göstərir.
Tədbirin təşkilatçıları Özbəkistan Ali və orta təhsil Nazirliyi, Turizmin inkişafı üzrə Dövlət Komitəsi, Daşkənd Dövlət İqtisadiyyat Universiteti olub.
Tədbirin açılışında giriş sözü ilə çıxış edən Daşkənd Dövlət İqtisadiyyat Universitetinin rektoru, professor Baxodir Xudiyev son illər Özbəkistanda turizm sahəsində həyata keçirilən işlər, mövcud problemlər, turizm biznesinin inkişafını təmin etmək məqsədi ilə ölkədə turizm təhsili sahəsində həyata keçirilən layihələr barədə danışıb.
Rektor Baxodir Xudiyev turizm sahəsində inkişafa nail olmaq üçün qabaqcıl xarici təcrübənin öyrənilməsi və Özbəkistanda tətbiqinin olduqca vacib olduğunu vurğuladı.
Turizmin inkişafı üzrə Dövlət Komitəsinin departament rəhbəri Ənvər Yusupov Özbəkistanda turizm sahəsinin artıq iqtisadiyyatın aparıcı sahəsi kimi prioritet sahəyə çevrildiyini və bu istiqamətdə əsaslı işlərin, layihələrin həyata keçirilməsinin dövlətin diqqətində olduğunu bildirdi. Natiq Türkiyə, Azərbaycan, Tailand və Sinqapur təcrübəsinin onlar üçün maraqlı olduğunu qeyd etdi.
Daha sonra Sinqapur, Tailand, Azərbaycan, Yunanıstan təmsilçiləri tədbirdə məruzə ilə çıxış edərək turizm sahəsində əldə olunan nailiyyətlərdən, ölkələrinə turist cəlb etmək üçün həyata keçirilən layihələr barədə geniş çıxış etdilər.
Azərbaycan təmsilçisi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzninin direktoru Samir Abbasov ölkədə turizmin inkişafı sahəsində həyata keçirilən nəhəng layihələr barədə danışaraq, bu sahənin ölkə rəhbərliyinin bir başa diqqətində olduğunu qeyd etdi. O, 2011-ci ilin Azərbaycanda “turizm ili” elan olunduğunu, yay turizmi ilə yanaşı qış turizm mərkəzləri olan Qusarda Şahdağ, Qəbələdə Tufandağ kimi müasir dünya standartlarına cavab verən istirahət turizm mərkəzlərinin yaradıldığını söylədi, turizm təhsili sahəsində həyata keçirilən işlər, Azərbaycan Turizm və Menecmentlik Universiteti haqqında məlumat verdi.
Samir Abbasov Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ölkədə turist sayının son statistikasına dair məlumatlarını açıqlayaraq, bu ilin ilk 8 ayında ayında Azərbaycana 1 milyon 818 min nəfər gəldiyini və Azərbaycan dövlətinin əsas hədəfinin 2020-ci ilə qədər turist sayının 4-5 milyon nəfərə çatdırılması olduğunu qeyd etdi.
Tədbirdə Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən ölkəyə gələn turistlər üçün prosedurun asanlaşdırılması məqsədi ilə elektron “ASAN VİZA” sisteminin yaradılması haqqında məlumat verildi, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin – Avropa və İslam oyunlarının, “Formula 1” yarışması, Bakı Şopinq Festival və b. turizmin inkişafına böyük təkan verdiyini vurğulandı.
Konfrans çərçivəsində iştirakçılar arasında maraqlı diskusiyalar oldu, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin ötən 3 ildə Özbək turistlərin Azərbaycana cəlb olunması və bu istiqamətdə həyata keçirilən işlər, iki ölkə arasında turizm sahəsində perspektivlərdən danışıldı. Azərbaycandan 4 milyondan çox Azərbaycan vətəndaşının xaricə səfər etdiyini və Azərbaycan turistlərinin Özbəkistana da cəlb olunmasının vacibliyi barədə Özbək turizm ekspertləri xüsusi təkliflər səsləndirdilər.
Məruzələrlə yanaşı, tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin ölkəmizin turizm potensialı, turizm obyektləri və regionlara təşkil olunan turizm turlara dair hazırladığı xüsusi video material nümayiş etdirildi.
Konfransda fəal iştirak edən qonaqlar Təşkilat Komitəsinin Fəxri Fərmanları ilə təltif olundular. Azərbaycan təmsilçisi də xüsusi mükafata layiq görüldü.
Tədbirin sonunda Daşkənd Dövlət İqtisadiyyat Universitetinin Turizm Fakultəsində turizm təhsilində praktiki məşğələləri həyata keçirmək üçün təlim mərkəzinin açılışı oldu.
Qeyd edək ki, Təlim Mərkəzində oteldə qəbul, müştərilərlə söhbət kafedrası, restoran və orada təşkil olunan xidmət, yataq otaqları, dünya standartlarına uyğun xidmətin təşkili və s. bölmələr nəzərdə tutulub.
Tanışlıq zamanı Daşkənd Dövlət İqtisadiyyat Universitetinin tələbələri əyani olaraq turistlərə xidmətin təşkilinə dair məşğələləri təqdim olunub.

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası