Özbəkistanda keçirilən 23-cü Daşkənd Beynəlxalq Turizm Yarmarkasında Azərbaycan təmsil olunmuşdur. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
1 1 1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda keçirilən 23-cü Daşkənd Beynəlxalq Turizm Yarmarkasında Azərbaycan təmsil olunmuşdur.

Cari il 3 oktyabr tarixində Daşkəndin Mərkəzi Sərgi Sarayında “Turizm İpək yolu ilə” 23-ci Daşkənd Beynəlxalq Turizm yarmarkasının (ТМТЯ-2017) rəsmi açılışı olmuşdur.
Sərginin əsas məqsədi Özbəkistanın, habelə dünya ölkələrinin turizm resurslarını təbliğ etmək, turizm şirkətləri arasında əlaqələri genişləndirmək, şirkətlər və turistlər üçün faydalı turpaketlər təqdim etməkdir.
Qeyd edək ki, “Turizm İpək yolu ilə” Daşkənd Beynəlxalq Turizm Yarmarkası 1995-ci ildən Ümumdünya Turizm Təşkilatının dəstəyi ilə hər il keçirilir. Beynəlxalq Turizm Yarmarkasının açılışında Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev də iştirak edib.
Beynəlxalq sərginin açılış mərasimində çıxış edən Özbəkistanın turizmin inkişafı üzrə Dövlət Komitəsinin sədri Aziz Abduxakimov ölkənin turizm potensialı, inkişaf edən turizm sənayesi, son zamanlar turizmin inkişafı istiqamətində Özbəkistanda həyata keçirilən yeni layihələr, infrastrukturun yenilənməsi, xarici turistlərin ölkəyə cəlb edilməsi istiqamətində yaradılan şərait və s. barədə məruzə ilə çıxış edib.
Tədbirdə digər çıxışçılar qeyd ediblər ki, hazırda dünya iqtisadiyyatında neft və kimya sənayesindən sonra üçüncü gəlirli sahə turizm sahəsidir.
Çıxışçılar vurğuladılar ki, ölkələrin iqtisadiyyatının inkişafı, dövlət büdcəsinin gəlirlər əldə etməsi, əhalinin məşğulluğu, işsizlik probleminin həll olunması, təbiətin mühafizəsi, tarixin və ekologiyanın qorunması və s. istiqamətdə turizm əvəzsiz bir sahədir. Turizm həm də dövlətlərə imkan verir ki, öz mədəniyyətlərini, tarixlərini, adət və ənənələrini və s. təbliğ etsin və tanıtsın.
Builki sərgidə Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Türkiyə, Azərbaycan, Rusiya, Tailand, Misir, Sinqapur, Malayziya, ABŞ və s. ölkələr ölkələr öz turizm resurslarını təqdim edirlər.
Sərginin rəmzi açılış lenti kəsildikdən sonra xüsusu mədəni proqramlar təqdim edildi və milli stendlərə baxış keçirilib.
Sərgidə turizm sahəsi üzrə dünyanın öndə gedən şirkətləri, otelləri öz məhsullarını iştirakçılara nümayiş etdirməklə yanaşı, hazır turpaketlər təqdim edilib.
Sərgi-Yarmarkada Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılmış stenddə ölkəmizin 3 turizm firması öz turpaketlərini təqdim ediblər.
“Xəzər Travel”, “My travel” və “Gilan travel” şirkətləri təqdim etdikləri turpaketlərdə “Bakı Şopinq Festival”da iştirak, “Azərbaycan Tarixinə ekskursiya: Bakı-Qobustan-Şamaxı-Lahıc-Şəki”, Müalicə turu: Naftalan – Qalaltı, Qış istirahəti: Qusar Şahdağ, Qəbələ Tufandağ, Şərabçılıq marşurutu, Çimərlik və Ovçuluq istirahət-turizm paketlərini təklif etmişlər. Azərbaycan stendinə maraq böyük olub.
Qeyd edək ki, Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən aparılan təbliğati işlər nəticəsində son zamanlar ölkəmizə səfər edən Özbək turistlərin sayında xeyli artım baş verib. Aparılan sorğulara əsasən Özbək turistlər əsasən Naftalan müalicəvi sanatoriyalarına, Bakı və Qəbələyə daha çox maraq göstərirlər.

09.10.2017

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası