Özbəkistanda keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Azərbaycan təmsilçilər ən yaxşı nəticəyə – qran pri mükafatına layiq görüldülər. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
  • bg2
  • bg2
  • bg2
1 2 3 4
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Azərbaycan təmsilçilər ən yaxşı nəticəyə – qran pri mükafatına layiq görüldülər.

Azərbaycanın gənc tarzəni, beynəlxalq müsabiqələr laureatı, Əməkdar Artist Sahib Paşazadə və əməkdar artist, nağaraçı Kamran Kərimov Özbəkistanın qədim tarixi şəhəri Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalın “Qran pri” mükafatına layiq görülüblər.
Özbəkistanın Səmərqənd şəhərinin tarixi “Registan” meydanında “Şərq təranələri” ХI Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi keçirilib. Festivalda dünyanın 60-dək ölkəsindən 280 ifaçı və musiqiçi iştirak edib.
Azərbaycanın gənc tarzəni, beynəlxalq müsabiqələr laureatı, Əməkdar Artist Sahib Paşazadə və əməkdar artist, nağaraçı Kamran Kərimov festivalın “Qran pri” mükafatına layiq görülüb. Onların 16 dəqiqəlik çıxışı münsiflər heyətinin və iştirakçıların böyük marağına səbəb olub.
“Şərq təranələri” ХI Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimində qaliblər elan edilib. Azərbaycan təmsilçiləri Əməkdar artistlər, tarzən Sahib Paşazadə və nağarada Kamran Kərimov Festivalda ən yüksək nəticə əldə edərək qran-pri mükafatına layiq görülüblər. Mükafatı musiqiçilərimizə Səmərqənd Vilayət Hakimiyyətinin rəhbəri Vaxid Raximov təqdim edib.
Qeyd edək ki, dünyanın 5 regionundan (Avropa, Asiya, Afrika, Amerika, Avstraliya), o cümlədən Özbəkistandan tanınmış musiqi mütəxəssislərindən ibarət Münsiflər Heyəti Azərbaycan musiqisinə ən yaxşı bal verərək səs veriblər.
Festival iştirakçıları Azərbaycan təmsilçilərinin çıxışını möcüzəli və təkrarsız adlandıraraq ayaq üstə alqışlayıblar.
Azərbaycan musiqiçiləri “Şərq təranələri” ХI Beynəlxalq Musiqi Festivalının Təşkilat Komitəsinin, habelə Səmərqənd şəhər Hakimiyyətinin xüsusi mükafatına, 10 min ABŞ dolları pul mükafatı ilə təltif ediliblər.
Bildiririk ki, S.Paşazadə “Muğam dünyası” layihəsinin daimi iştirakçısı, yaratdığı xalq çalğı alətləri ansamblının bədii rəhbəri, Prezident təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının dosentidir. O, “Ağcaqayın yarpağı” adlı beynəlxalq “Qran pri”yə, Kanadanın Niaqara şəhərində keçirilən beynəlxalq musiqi festivalında isə “Tarın Paqaninisi” tituluna layiq görülüb.
1997-ci ildə Səmərqənddə keçirilən birinci festivalda Simarə İmanova “Qran pri” mükafatına layiq görülmüşdü. Sahib Paşazadə artıq ikinci “Qran pri”ni Azərbaycana gətirəcək. Ayrı-ayrı vaxtlarda tanınmış xanəndə Alim Qasımov, həmçinin Aygün Bəylər, Qoçaq Əsgərov festivalda birinci, Zabit Nəbizadə ikinci yerləri tutublar.

30.08.2017

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası