Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun adından Özbəkistanın Səmərqənd Vilayətindəki İmam Al Buxari ziyarətgahına nəfis “Quran” bağışlanmışdır. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
  • bg2
  • bg2
  • bg2
1 2 3 4
html5 slider by WOWSlider.com v8.8

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun adından Özbəkistanın Səmərqənd Vilayətindəki İmam Al Buxari ziyarətgahına nəfis “Quran” bağışlanmışdır.

Səmərqənd şəhərindəki İmam Al Buxari ziyarətgahına Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən ziyarətgahın Muzeyinə bağışlanmış xüsusi nəfis şəkildə hazırlanmış “Quran” kitabının təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev, Özbəkistanın İmam Al Buxari ziyarətgah kompleksinin rəhbəri İlhom Ramazanov, AMEA-nın vitze prezidenti İsa Həbibbəyli, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, Azərbaycan Səfirliyinin müşaviri Mahir Hacıyev, Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Səmərqənd Vilayəti üzrə Azərbaycan diaspora təşkilatının rəhbəri Adilağa Mirzəyev, Səmərqənd Vilayət hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev Azərbaycan-Özbəkistan münasibətlərindən danışaraq, xalqlarımızın eyni kökə, mədəniyyətə, dinə malik olduğunu, iki xalq arasında əsrlərlə davam edən dostluq münasibətlərindən danışıb. O, Azərbaycan dövlətinin dinə qayğısından danışaraq, ölkədə dinlərarası dialoqa mühüm töhvələr verdiyini söylədi.
Diplomat cari ilin iyun ayında Səmərqənddə olan Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun bu tarixi şəhərdəki İmam Al Buxari ziyarətgahında olduğunu və burada Muzeydə saxlanılan, müxtəlif dövlət rəhbərləri tərəfindən hədiyyə olunmuş “Quran” kitabları ilə tanış olduğunu qeyd edib. Səfir bildirib ki, Vasif Talıbov Muzeydə olarkən buraya Azərbaycandan da nəfis şəkildə hazırlanmış müqəddəs “Quran” kitabının hədiyyə olunmasına qərar verib.
Daha sonra çıxış edən AMEA-nın vitze prezidenti, akademik İsa Həbibbəyli 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə “İslam həmrəyliyi ili” elan edildiyini və Azərbaycanda bu il “İslam həmrəyliyi oyunları”nın keçirildiyini qeyd etdi. Azərbaycanın İslam dünyasında daim dostluq və əməkdaşlığa can atdığını qeyd edən akademik tədbirin əhəmiyyyətindən, Azərbaycanda İslam ənənələrinin qorunub saxlanılması və bu sahədə dövlət siyasətindən danışdı.
Səmərqənd Vilayəti İmam Al Buxari ziyarətgah kompleksinin rəhbəri İlhom Ramazanov ziyarətgah kompleksi haqqında məlumat verərək, Azərbaycan tərəfinin təşəbbüsünü yüksək qiymətləndirdi. O, Azərbaycan-Özbəkistan dostluğundan danışaraq bu əlaqələrin yüksək səviyyəyə çatdırılmasında hər iki ölkənin liderlərinin rolunu qeyd etdi. Azərbaycan tərəfinə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbova öz təşəkkürünü bildirən dini müəssisənin rəhbəri Azərbaycan tərəfdən hədiyyə edilən nəfis “Quran” kitabının komleksin Muzeyində daimi olaraq nümayiş etdiriləcəyini bildirdi.
Sonra Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev nəfis “Quran” kitabını İmam Al Buxari ziyarətgah kompleksinin rəhbəri İlhom Ramazanova təqdim etdi.
Qeyd edək ki, İslam hafizlərindən biri olan İmam Buxari 810-cu ildə (hicri təqvimlə 194-cü il) indiki Özbəkistan ərazisində yerləşən Bəhratəng adlı Buxaraya yaxın bir kənddə anadan olmuşdur. 870-ci ildə isə, elə orada da vəfat etmişdir. Buxarinin müəlləq və mutəbiə rəvayətlər istisna edilməklə təkrarlı şəkildə nəql etdiyi hədislərin sayı (7593) yeddi min beş yüz doxsan üçdür. Buxarinin Məhəmməd Peyğəmbərin vəfatından 200 il sonra yazılmış şəriət hökmlərinin məcmuəsi hesab olunan “Altı kitab” ən mötəbər dini əsər sayılır. “Qurani-Kərim”dən sonra ikinci əhəmiyyətli kitab hesab olunan əl-Buxarinin ən məşhur toplusu “Səhih əl-Buxari” 97 kitabdan ibarətdir.
Özbəkistan höküməti Səmərqənd Vilayətinin Xartanq kəndində yerləşən Al Buxarinin məqbərəsini yenidənqurma işləri çərçivəsində böyük məscid, muzey, mədrəsə inşa edərək burada ziyarətgah kompleksini istifadəyə verib.
Hazırda dünyanın müxtəlif ölkələrindən, o cümlədən Özbəkistanın daxilindən yüz minlərlə insan hər il bu dini kompleksi ziyarət edir.

29.08.2017

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası