Bu il “Şərq təranələri” Şərqin nufuzli musiqi Festivalında Azərbaycanı Əməkdar artist, tarzən Sahib Paşazadə təmsil edəcəkdir. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
1
html5 slider by WOWSlider.com v8.8

Bu il “Şərq təranələri” Şərqin nufuzli musiqi Festivalında Azərbaycanı Əməkdar artist, tarzən Sahib Paşazadə təmsil edəcəkdir.

Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Azərbaycanı Beynəlxalq və respublika müsabiqələri laureatı, “Muğam - 2007” televiziya müsabiqəsinin iştirakçısı, Azərbaycanın Əməkdar artisti, tarzən Sahib Paşazadə təmsil edəcəkdir.
“Muğam dünyası” layihəsinin daimi iştirakçısı olan tarzən yaratdığı xalq çalğı alətləri ansamblının bədii rəhbəri, Prezident təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının dosentidir.
Azərbaycanda keçirilən bütün muğam festivallarında iştirak edən Sahib Paşazadəyə bütövlükdə konsert proqramları və başçılıq etdiyi musiqi kollektivləri ilə demək olar ki, dünyanın 40-dan artıq ölkəsində səfərlərdə olaraq milli musiqimizi tanıdaraq təbliğ edir.
Gənc tarzən Sahib Paşazadə bir çox Beynəlxalq mükafatlar sahibidir. O, “Ağcaqayın yarpağı” adlı Beynəlxalq “Qran-Pri” mükafatına, Kanadanın Niaqara şəhərində keçirilən beynəlxalq musiqi festivalında “Tarın Paqaninisi” tituluna layiq görülüb.
Müxtəlif beynəlxalq festivallarda qazandığı nailiyyətlər Sahibin timsalında Azərbaycan tarının dünyanı öz sehrinə saldığını bir daha təsdiqləyir. Qeyd edək ki, “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı Şərqin qədim mədəniyyət mərkəzi olan Səmərqənddə keçirilir və dünyanın müxtəlif ölkələrinin təmsilçiləri bu beynəlxalq tədbirdə iştirak edirlər.
1997-ci ildən keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı hər iki ildən bir təşkil olunur, Festivalın nüfuzu isə ildən-ilə artmaqdadır. İlk illərdə Festivalda 30 ölkə iştirak edirdisə, hazırda bu musiqi müsabiqəsinə maraq xeyli artmış və 2015-ci ildə dünyanın 66 ölkəsi bu böyük musiqi bayramına qoşularaq təmsil etdikləri xalqlarının musiqilərini ifa ediblər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə iki ildən bir keçirilən beynəlxalq musiqi festivalının bu il açılış mərasimi xüsusi təmtaraqla qeyd olunacaqdır. Özbək tərəfi açılış mərasimində çıxış etmək məqsədi ilə Festivalda daim fərqlənən ölkələrdən, xüsusi ilə Azərbaycandan fəxri qonaq qismində tanınmış müğənni dəvət etməyi planlaşdırır.
Sevindirici haldır ki, festivalda hər dəfə iştirak edən Azərbaycanlı musiqi və muğam ustaları, demək olar ki, uğur qazanırlar.
Qeyd edək ki, Festivalın 1-ci ilində 1997-ci ildə müğənni Simarə İmnaova “Qran Pri” mükafatının sahibi olub. 2001-ci ildə Azərbaycanın xalq artisti Alim Qasımov 1-ci yeri əldə edib.
2003-cu ildə isə əməkdar artist Zabit Nəbizadə 2-ci yerin mükafatçısı olub. 2005-ci ildə müğənni Aygun Bəylər festivalda 1-ci yer tutan ifaçı olub. Qalib ənənəsini 2009-ci ildə xanəndə Qoçaq Əsgərov davam etdirib.
2015-ci il Festivalda Azərbaycanın Əməkdar Artisti, xanəndə Təyyar Bayramovun rəhbərliyi ilə “Buta” qrupu (əməkdar artistlər tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov, habelə balabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov) öz gözəl ifaları ilə milli musiqimizi yüksək səviyyədə təbliğ edərək 66 iştirakçı dövlət arasında yüksək nəticə göstərərək “Nadir səs” nominasiyasına layiq görülüblər.
İnanırıq ki, bu il də “Şərq təranələri” Festivalında Azərbaycanı təmsil edən musiqiçimiz qələbə əldə edərək ecazkar Azərbaycan musiqisini bir daha dünyaya tanıdacaqdır.

24.08.2017

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası