Özbəkistanda yaşamış tanınmış azərbaycanlı heykəltəraş Eynulla Əliyevin barelyefinin açılışı olub. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
1 1 1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda yaşamış tanınmış azərbaycanlı heykəltəraş Eynulla Əliyevin barelyefinin açılışı olub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkənin Səmərqənd şəhərində artıq bir həftədir ki, “Azərbaycan Mədəniyyət günləri” uğurla davam edir və bu məqsədlə Səmərqənddə Azərbaycan mədəniyyətinə dair silsilə tədbirlər keçirilir.
Keçirilən Mədəniyyət günləri çərçivəsində Səmərqənddə yaşamış tanınmış azərbaycanlı heykəltəraş Eynulla Əliyevin barelyefinin açılışı olub. Qeyd edək ki, Eynulla Əliyev uzun müddət Özbəkistan Rəssamlıq Akademiyasının Səmərqənd Vilayəti üzrə rəhbəri olub və onun daş, mis, bürünc, ağacdan yaratdığı unikal əsərlər nəinki Özbəkistanda, Moskvadakı Tretyakov Qalereyasında və digər məşhur muzeylərdə saxlanılır.
Heykəltaraş Eynulla Əliyev Özbək ədəbiyyatının dahi nümayəndəsi Əlişir Nəvainin 550 illik yubileyi münasibətilə Daşkənddə ucaldılan möhtəşəm abidənin müəllifidir. O, Özbəkistanın Katta Kurqan şəhərində, Səmərqənd şəhərində, Akdarı və Payarı rayonlarında bir sıra heykəllərin müəllifidir, 1977-ci ildə isə Daşkənddəki "Mirzə Uluqbəy" metrostansiyasının döymə misdən dizaynını işləyərək ölməz əsərlər yaratmışdır.
Heykəltaraş Eynulla Əliyevin barelyefin açılış mərasimində çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin birinci katibi Samir Abbasov dünyada yaşayan tanınmış, yaradıcı soydaşlarımızın irsinin təbliği, onların xatirəsinin əbədiləşdirilməsinin Azərbaycan dövlətinin diqqətində olduğunu söyləyərək, Özbəkistanda yaşayıb, yaratmış azərbaycanlıların özlərindən sonra böyük bir irs qoyduqlarını bildirib. Azərbaycanlıların həmişə Özbəkistanın ictimai həyatında aktiv olduqlarını qeyd edən diplomat, bu cür şəxslərin öz fəaliyyətləri, yaradıcılıqları ilə iki xalq və dövlət arasında möhkəm dostluq körpüsü yaratdıqlarını söylədi.
Samir Abbasov heykəltaraş Eynulla Əliyev haqqında danışaraq, onun xidmətlərini yüksək qiymətləndirdi və bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il sentyabr ayında Özbəkistana səfəri zamanı Daşkənddə Heydər Əliyevin adına Azərbaycan Mədəniyyət Mərkəzində Eynulla Əliyevin fərdi sərgisi ilə tanış olub.
Səmərqənd Vilayəti üzrə Azərbaycan Diaspora Təşkilatının rəhbəri Adilağa Mirzəyev Səmərqənddə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi keçirilən Azərbaycan Mədəniyyət günlərinin olduqca faydalı olduğunu və milli mədəniyyətimizin təbliği istiqamətində yaxşı imkanlar açdığını vurğuladı. O, azərbaycanlı memarların Səmərqənddə hələ orta əsrlərdə Əmir Teymur zamanında bir çox abidələrin inşasında xüsusi əməkləri olduğunu söylədi.
Diaspora rəhbəri heykəltaraş Eynulla Əliyevin xidmətlərindən danışaraq, onun öz əsərlərində daim yaşayacağını qeyd etdi.
Özbəkistan Rəssamlıq Akademiyasının Səmərqənd Vilayəti üzrə rəhbəri, heykəltaraş Eynulla Əliyevin qızı Yaqut Əliyeva Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirərək, Azərbaycan dövlətinə, prezident İlham Əliyevə öz təşəkkürünü ifadə etdi.
O, dövlətimizin tanınmış azərbaycanlıların irsinin təbliği və əbədiləşdirilməsinə bu cür diqqət göstərməsini onlarda böyük həvəs yaratdığını, atasının Özbəkistan incəsənətinə öz imzasını qoyduğunu bildirdi. O, Özbəkistanda da atasının yaradıcılığına yüksək qiymət verildiyini, onun Xəmzə Xakimzadə Niyazi adına Dövlət Mükafatına layiq görüldüyünü, habelə əsərlərinin Özbəkistan Dövlət Muzeyində saxlanıldığını və nümayiş etdirildiyini qeyd etdi.
Yaqut Əliyeva Azərbaycan dövlətinə sevgisini illərdir öz evində saxladığı və atasının dünya şöhrətli “Aysel” əsərini Daşkənddə ulu öndər Heydər Əliyevin adına daşıyan Azərbaycan Mədəniyyət Mərkəzinin muzeyinə hədiyyə etdi.
Digər çıxışçılar heykəltaraş Eynulla Əliyevin öz əsərləri ilə nəinki Özbəkistanda, Bakı, Alma-Ata, Moskva, Helsinki, Vaşinqton, San-Fransisko və dünyanın digər şəhərlərində təşkil olunan sərgilərdə iştirak etdiyini və onun yüksək insani keyfiyyətlərindən söhbət açmışlar.
Sonda heykəltaraş Eynulla Əliyevin Səmərqənddə yaşadığı evinin üzərində barelyefinin açılışı olmuşdur. Barelyef Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Özbəkistanın tanınmış heykəltaraşı, professor Marina Borodinova hazırlayıb.
Qeyd edək ki, layihəyə Özbəkistandakı Azərbaycan Səfirliyi, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi, Səmərqənd Vilayət hakimiyyəti təşkilati dəstək göstərib.

15.06.2017

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası