Nizami Gəncəvinin şah əsəri “Leyli və Məcnun” Daşkənddə özbək dilində çapdan çıxdı. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
1
html5 slider by WOWSlider.com v8.8

Nizami Gəncəvinin şah əsəri “Leyli və Məcnun” Daşkənddə özbək dilində çapdan çıxdı.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan ədəbiyyatının dahi şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri Daşkənddə “Extremum Press” nəşriyyatında çap olunub. Əsəri orjinaldan özbəkcəyə çevirən Özbəkistanın xalq şairi Camal Kamaldır.
2015-ci ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə xalq şairi Camal Kamal arasında bağlanan müqaviləyə əsasən 2018-ci ilə qədər Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan beş poemanın özbək dilinə tərcüməsi nəzərdə tutulur. Onu da deyək ki, “Xəmsə”yə daxil olan əsərlər hələ Özbəkistanda tam olaraq çap olunmayıb.
Artıq “Sirlər xəzinəsi” və “Leyli və Məcnun” poemaları özbək dilində çap edilib, ədəbiyyatsevərlər, ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Camal Kamal kitaba yazılan epiloqda qeyd edir ki, hər bir insan sevgi ilə yaranıb, adları dünyaya sevgi, eşq dastanı ilə yazılan çoxlu qəhrəmanlar var: Tahir və Zöhrə, Romea və Cületta, Aşıq Qərib və Şahsənəm, Antoni və Kleopatra və s. Amma onlar arasında “Leyli və Məcnun” surətləri tamam fərqlidir. Bu bir ilahi məhəbbət timsalıdır.
Mədəniyyət Mərkəzindən verilən məlumata görə kitabın cari ilin sentyabr ayında Daşkənddəki Nizami Gəncəvi adına Dövlət Pedaqoji Universitetində və Əlişir Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetində geniş təqdimat mərasimlərinin keçirilməsi planlaşdırılır.
Təqdimat mərasimindən sonra kitabın Özbəkistanın və Azərbaycanın aparıcı kitabxanalarına, elm, təhsil, tədqiqat müəssisələrinə göndərilməsi planlaşdırlır.
Kitaba yazılan ön sözün müəllifi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, kitabın redaktoru filologiya elmlər namizədləri Erqaş Açilov, Gülbahar Aşurova, rəyçilər Daşkənddəki Əlişir Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracəddinov və tanınmış professor Naim Kərimovdur.
Ön sözdə Samir Abbasov vurğulayır ki, Türk dünyası ölkələrindən biri və ən zəngin ədəbiyyat, sənət, poeziya beşiyi olan Azərbaycan, bütün bəşəriyyəti heyrətdə qoyan, qeyri-adi, sözlə ifadə olunmayan istedada malik böyük Nizami Gəncəvi ilə fəxr edir, qürur duyur. O, Mədəniyyət Mərkəzinin layihəsi ilə Nizami Gəncəvinin "Xəmsə"sinin bütövlükdə Özbək dilinə tərcümə edilərək Özbəkistanda çap edilməsi ilə bir tarix yazıldığını və kitabların qardaş ölkənin tədqiqatçıları üçün Nizami Gəncəvini daha dərindən öyrənməkdə zəngin və əvəzsiz bir mənbə olacağına ümid etdiyini söyləyir.
Kitabda qeyd olunur ki, Nizami Gəncəvi bu qədim məhəbbət əfsanəsinə ustad qələmi ilə bəzək vurmuş, onu bədii yüksəkliyə qaldırmış, ilahi bir sevgi dastanı yaratmışdır. Şairin yaratdığı bu məhəbbət dastanı dünya ədəbiyyatı xəzinəsinin ən qiymətli incisinə çevrilmişdir.
Şair-tərcüməçi Camal Kamal Nizami Gəncəvinin əsərləri ilə yanaşı, böyük Azərbaycan şairləri Məhəmməd Füzuli, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və s. əsərlərini özbək dilinə tərcümə edibdir.
Qeyd edək ki, Azərbaycan dövləti də Camal Kamalın bu xidmətlərini yüksək qiymətləndirir. Cari ilin 29 may – 1 iyul tarixlərində Özbəkistanın xalq şairi Camal Kamalın Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və millət vəkili Qənirə Paşayevanın dəstəyi ilə Bakıya səfəri təşkil olunmuş, onun Azərbaycan Yazıçılar Birliyində, Azərbaycan Milli Kitabxanasında, Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda 80 illik yubileyləri və şairlə yaradıcılıq görüşləri keçirilmiş, o Avrasiya Universitetinin Fəxri doktoru, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü adına layiq görülmüşdür.

12.06.2017

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası