Daşkənddə azərbaycanlılar möhtəşəm – 28 may bayram tədbiri. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
1 1 1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə azərbaycanlılar möhtəşəm – 28 may bayram tədbiri.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistandakı Azərbaycan diaspora təşkilatı – Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi ilə birlikdə Daşkənddə möhtəşəm bayram tədbiri keçirilib.
Tədbir Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında açıq havada təşkil olunub. Bayram tədbirinə çoxsaylı azərbaycanlılar, özbək xalqının nümayəndələri, mötəbər qonaqlar qatılıblar.
Açılış mərasimində çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalqının yaratdığı Şərqdə ilk Demokratik Respublika haqqında məlumat verdi, 70 ildən sonra xalqımızın yenidən öz qəlbində yaşatdığı müstəqillik arzusunu reallaşdırdığını qeyd etdi. O, tarixə nəzər salanda müstəqilliyin tək qazanmaq deyil, onun qorunub saxlanılması, möhkəmləndirilməsinin necə vacib amil olduğunu vurğuladı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik siyasəti nəticəsində bugün Azərbaycan dünyanın sayılıb seçilən ölkəsinə çevrildiyini q eyd etdi. Samir Abbasov bir vaxtlar xəyal belə edilə bilməyən tədbirlərin, bügün prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, ölkəmizin Avropa Musiqi Festivalı, Avropa oyunları, İslam həmrəyliyi oyunları, ümumdünya forumlarının keçirildiyini məkana çevrildiyini öz çıxışında söyləyib. Müstəqilliyin böyük nemət olduğunu qeyd edən S.Abbasov qazanılan böyük uğurlar haqqında danışdı.
Özbəkistandakı Daşkənd şəhər Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov öz çıxışında bütün dünya azərbaycanlılarının tarixi vətəni olan müstəqil Azərbaycanın uğurlarına həmişə sevindiklərini və soydaşlarımızın Azərbaycan ətrafında sıx birləşərək Azərbaycana daim dəstək olmalarını istədi.
Daha sonra təntənəli bayram konsertinə start veridi. Tədbirdi Azərbaycan Mədəniyyət Mərkəzlərinin “Qardaşlıq” ansamblı, Özbəkistanın tanınmış sənətçiləri İsroil Saidumarov, Abdulmalik Tatlı, “Özbəyim yoşları” qrupunun musiqiçiləri, “Azərbaycan qızları” rəqs ansamblı Azərbaycan və Özbək mahnılarını ifa etdilər.

27.05.2017

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası