XƏBƏRLƏR 2017
Özbəkistanın Respublika sarayı olan Türküstanda keçirilən uşaq xeyriyyə festivalının təşkilatçısı Azərbaycan Mədəniyyət Mərkəzi olmuşdur.
Özbəkistandakı Azərbaycan Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın Respublika sarayı -Türküstanda uşaq xeyriyyə festivalı keçirilmişdir.
Özbəkistanın "Türküstan" Respublika Sarayında Daşkəndəki internet evlərinin uşaqları üçün keçirilən xeyriyyə festivalının builki təşkilatçısı Səfirliyimiz və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi olub.
Azərbaycan tərəfi builki xeyriyyə festivalında iştirakını Azərbaycanın Respublika gününə həsr edib və Festivalın rəsmi sponsoru olub.
Tədbirdə Daşkənd Şəhər Hakimiyyətinin, Özbəkistan Həmkarlar İttifaqının nümayəndələri, Daşkənddəki 15-ə yaxın uşaq evlərinin minə yaxın fiziki qüsurlu və yetim uşaqları iştirak ediblər.
Tədbirin açılışında iştirakçılar Azərbaycan tərəfinin bu təşəbbüsünü və dəstəyini yüksək qiymətləndirərək xeyriyyə aksiyasını əsl dost addımı adlandırıblar.
Daşkənd şəhər Həmkarlar İttifaqının sədr müavini Omon Topilov Azərbaycan Mədəniyyət Mərkəzinin xeyriyyə Festivalına dəstəyini yüksək qiymətləndirərək bunu əsl dost qayğısı və dəstəyi adlandırdı. O, kiçikyaşlı istedadların tapılaraq üzə çıxarılması, onların Özbəkistanın ən ali səhnəsində konsertlərinin təşkili, habelə uşaq evlərinin hər il bir zəruri ehtiyacının ödənilməsi nümunəvi dost addımı olduğunu vurğuladı. Natiq Özbəkistan-Azərbaycan dostluğundan danışaraq bu münasibətlərin böyük tarixə malik olduğunu söylədi.
Səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan dostluğundan danışaraq, bu dostluğun möhkəmlənməsi, xalqlarımız arasında əlaqələrin inkişafında gələcək nəsillər olan uşaqların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O, çıxışında gələcək nəsillərin elm və biliklərə yiyələnməsinin vacib olduğunu vurğuladı, Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun ölkəmizdə uşaq evlərinə qayğısı, onların fəaliyyətinin yüksək səviyyədə qurulması istiqamətində görülən işlərdən danışdı. Diplomat hər bir xalq üçün böyük nemət olan müstəqilliyin tariximizin, dilimizin, dinimizin, mədəniyyətimizin, adət və ənənələrimizin yaşadılması və inkişafında əvəzsiz olduğunu söylədi.
Daha sonra Festivalda Daşkənddəki İnternat evlərinin fiziki qüsurlu uşaqları maraqlı musiqi nömrələri ilə çıxış etdilər. Onlar bir sıra Özbək, Azərbaycan və dünya musiqilərini və rəqslərini ifa ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qzıları” və “kiçik fidanlar” rəqs qrupları milli rəqslərimizi ifa etdilər.
Tədbirin sonunda Daşkənddəki 15 uşaq evi və İnternet məktəblərinə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin hədiyyələri təqdim olunub.
Bədii hissədən sonra Daşkənddəki "Turon" sarayında uşaqlara nahar və sovqatlar verilib.
Məlumatın aidiyyatı üzrə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə göndərilməsinə göstəriş verməyinizi Sizdən xahiş edirik.
20.05.2017