Daşkənddə keçirilən Azərbaycanın təntənəli Respublika günündə diplomatik nümayəndəliklər arasında ilk dəfə olaraq Özbəkistanın Baş Naziri iştirak etdi. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
  • bg2
  • bg2
  • bg2
1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə keçirilən Azərbaycanın təntənəli Respublika günündə diplomatik nümayəndəliklər arasında ilk dəfə olaraq Özbəkistanın Baş Naziri iştirak etdi.

Hər ilin may ayında dövlət tərəfindən ənənəvi olaraq keçirilən çox sayda konfransların olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 28 may – Respublika günü münasibəti ilə rəsmi tədbir cari ilin may ayının 19-da Daşkənd şəhərində keçirilmişdir.
250 nəfərdən çox qonaq sayı olan tədbir “Windham Tashkent” otelində təşkil edilmişdir. Tədbirdə əsas qonaq qismində ölkə rəhbərliyinin göstərişi ilə Özbəkistan Respublikasının Baş Naziri cənab Abdulla Oripov iştirak etmişdir. Bildirmək istəyirik ki, Özbəkistanın müasir siyasi tarixində ilk dəfədir ki, bu kimi tədbirdə ölkənin baş naziri iştirak edir. Baş nazir cənab A.Oripovu qarşılama zamanı səfir H.Quliyev Özbəkistan hökumətinin ölkəmizə göstərilən bu hörmətin tərəfimizdən yüksək qiymətləndirildiyi vurğulanmış və iştirakı ilə bizi qururlandırdığını bildirmişdir.
Baş nazirlə yanaşı tədbirdə Xarici İşlər Nazirinin müavini Saidikrom Niyazxocayev, Müdafiə Nazirinin müavini Baxodir Taşmatov, Özbəkistan Xarici İşlər, Milli Təhlükəsizlik nazirliklərinin nümayəndələri, Özbəkistanda akkreditə olmuş xarici ölkələrin səfirləri, eyni zamanda beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər. Digər dəvətlilər arasında elm, mədəniyyət və ictimai xadimlər, jurnalistlər və s. nüfuzlu qonaqlar yer almışdır.
Öz çixişı ilə tədbirə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev açılış edilmişdir. Səfir H.Quliyev çıxışında 1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycanın qazandığı uğurlar, həyata keçirdiyi nəhəng lahiyələrdən bəhs etdikdən sonra, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü haqqında qonaqlara ətraflı məlumat verdişdir. Çıxış zamanı səfir Azərbaycan-Özbəkistan iki qardaş ölkə arasındakı yüksək səviyyəli münasibətlərdən danışaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə ölkə rəhbərliyinə öz təşəkkürünü bildirmişdir.
Tədbirdə verilən furşet zamanı Heydər Əliyev Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansablı milli rəqslərimizi ifa edərək maraqlı çıxışlar etmiş və qonaqlar üçün Azərbaycanın zəngin kartotekasından milli musiqilər səsləndirilmişdir. Tədbirin bədii hissəsində Özbəkistanın tanınmış sənətçiləri çıxış etmiş, ölkəmizin son illər əldə etdiyi nailiyyətlər, Azərbaycanın turizm gözəllikləri nümayiş etdirildi.

19.05.2017

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası