Daşkənddə “Xalqların adət-ənənələri və milli yeməkləri” adlı 15-cü xeyriyyə festivalı keçirib. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
1 1 1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə “Xalqların adət-ənənələri və milli yeməkləri” adlı 15-cü xeyriyyə festivalı keçirib.

Özbəkistan Xarici İşlər Nazirliyinin diplomatik servis xidməti “Uzekspomərkəz” sərgilər mərkəzinin həyətində “Xalqların adət-ənənələri və milli yeməkləri” adlı 15-cü xeyriyyə festivalı keçirib.
Festivalda Özbəkistanda fəaliyyət göstərən səfirliklər öz xalqlarının adət-ənənələri və milli yeməklərini nümayiş etdiriblər.
Tədbirdə ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Tədbirdə Özbəkistanda akreditə olunmuş xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycan səfirliyinin və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
Diplomatik servis xidmətinin rəhbəri Abduraşid Kayumov festivalın əhəmiyyəti haqqında söhbət açıb, deyilib ki, xalqların bir-birini daha da yaxından tanımasında belə tədbirlərin əhəmiyyəti böyükdür.
Azərbaycan tərəfi ənənəvi olaraq Festivalda builki iştirakını da ulu öndər Heydər Əliyevin doğum gününə həsr edib.
Azərbaycan Mədəniyyət Mərkəzi üçün ayrılmış guşədə ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatlar haqqında kitab və albomlar, Qarabağın milli qadın və kişi geyimləri, Qarabağ xalçaları, suvenirlərimiz nümayiş etdirilib.
Xalqımızın tarixi, ədəbiyyatı, mədəniyyəti ilə əlaqədar nəşrlər, milli musiqi alətləri, milli məişət əşyalarımız buraya gələnlərin diqqətini çəkib. Guşədə qonaqlara milli xörəklərimiz, o cümlədən dolma, plov, dovğa, kükü, qutab və digər təamlarımız təklif olunub.
Tədbirin sonunda festivalın münsiflər heyəti iştirakçıları mükafatlandırıb. Səfirliyimiz və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi festivalda aktiv iştirak etdiyinə görə səfir Hüseyn Quliyevə diplom və qiymətli hədiyyələr təqdim edilib.

13.05.2017

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası